الحركة تستلزم خلو الذات المتحرّكة من المكان التي كانت فيه واستقرارها في مكان غير المكان السابق، وهذا باطل بالنسبة إلى الله; لأنّه تعالى منزّه عن المكان
Yəni, hərəkət müəyyən bir məkanda qərar tutan zatın digər bir məkandan boş olmasını lazım tutur. Bunu Allaha nisbət vermək batildir, çünki Allah Təala "məkan" anlayışından münəzzəhdir.
Əhli-beytdən (ə) buna dair çoxlu sayda hədis nəql olunub. Misal üçün, Imam Rza (ə) buyurur (ixtisarla):
لا تجري عليه الحركة والسكون
"Onun nə hərəkəti var, nə də sükünu."
"ət-Tövhid", Şeyx Səduq, 2-ci bab, hədis, səh. 41
Yanı Allahu Təala hər növ hərəkət və sükündan münəzzəhdir ki, bu da İslamda sabit bir məsələdir. Allaha hərəkət nisbəti verən kəslərin həqiqi tövhiddən uzaq duşməkləri aydın bir məsələdir. Həqiqi tövhidə yol isə Əhli-beytdən (ə) keçir.