Перейти к содержимому


Samir Selefi

Регистрация: 10 окт 2010
Offline Активность: 17 янв 2012 18:11

Мои темы

Əl Cin 18

11 октября 2010 - 13:12

Uca Allah buyurur:
وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا
Şübhəsiz ki, məscidlər Allahındır. Allah ilə birlikdə heç bir kimsəyə dua etməyin.” (əl-Cin 18). Yəni Allah ilə yanaşı heç bir kimsəyə ibadət etməyin və yaxud Allah ilə bərabər heç bir kimsədən kömək istəməyin. Deməli hər iki mənanı əhatə edir. Necə ki, Uca Allah bu haqda qeyd edir: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək istəyirik!” (Əl Fatihə, 5). Bunu da qeyd edim ki, Allah ilə birlikdə qəbir sahibini: “Ya filankəs” çağıraraq ondan kömək istəmək məhz ona ibadət etmiş kimi hesab olunur. Çünki Allaha Dua etmək özü bir ibadətdir. Bu haqda Allah rəsulu (s.ə.s) dedi: “Dua ibadətdir”. Hətta bu məsələdə müxaliflərin İmamlardan (ə) gələn rəvayətlərinə görə: “İbadətin ən yaxşısı duadır” qeyd olunur. Bununla belə bütün ibadətlərin növü Allaha məxsusdur və ona görə də hər bir ibadətlərin növündə ona ortağı olmaq heç kəsin haqqı yoxdur. Müvəffəqiyyət Allahdandır.

İmam Əlinin xütbəsi

10 октября 2010 - 17:50

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
Həmd aləmlərin Rəbbi olan, Muhəmmədi (sallallahu aleyhi və alə əlihi vasalləm) hidayət elçisi olaraq göndərən, İslamı kamil edən və onu haqq din olaraq seçən Allaha məxsusdur.
Böyük islam alimi, imam, hafiz Əbül Fərəc İbn Əl Cəuzi "Təlbisi İblis" kitabında deyir:
Bizə Əbu Bərəkat ibn Əli Bəzzar, ona Əbu Bəkr Tureysisi, ona Hibətullah ibn Həsən Təbəri, ona Übeydullah ibn Məhəmməd ibn Əhməd, ona Əli ibn Məhəmməd ibn Əhməd ibn Yezid Reyahi, ona Məhəmməd ibn Əhməd ibn Yezid Reyahi, ona Həsən ibn Ümara, ona Minhal ibn Amr, ona da Süveyd ibn Qəflə belə anlattı:

Əbu Bəkr və Öməri (Allah onlardan razı olsun) dillərinə dolayan, onları aşağılayan bir qrup insanın yanından keçdim. Həmən Əlinin (Allah ondan razı olsun) yanına getdim və ona dedim:
- Ey möminlərin əmiri ! Adamlarından bir qrupun yanından keçdim. Əbu Bəkr və Ömərdən laiq olmadıqları şəkildə bəhs edirdilər. Əgər sənin belə bir düşüncəyə sahib olduğuna inanmasalardı belə danışmağa cəsarət etməzdilər.
Əli (r.a.) belə cavab verdi:
- Onlara (Əbu Bəkr və Ömər) Rəsulullahın (s.a.v.) bəslədiyi münasibətin əksinə davranmaqdan Allaha sığınıram. Onlara qarşı gözəl və xoş hisslərdən başqa hiss bəsləyənlərə Allah lənət eləsin! Onlar Rəsulullahın qardaşları, silahdaşları və vəzirləridir.
Sonra gözləri yaşlı halda əlimdən tuttu və birlikdə məscidə getdik. Minbərə çıxdı və oturdu. Bu arada insanlar yanımıza toplandılar. Əli (r.a.) qalxdı və qısa bir xütbə verdi. Xütbəsində belə dedi:
"Bəzilərinə nə olub ki, Qureyşin iki əfəndisini çirkin sözlərlə anırlar? Mən onların söylədiklərindən uzağam. Etdiklərindən dolayıda onları cəzalandıracağam.
Buğda dənəsini yaran və küləyi əstirən Allaha and olsun ki, o ikisini ancaq təqva əhli mömin sevər, onlara sadəcə gunahkar, bədbəxt kimsələr nifrət edər. Rəsulullaha sədaqətlə və vəfakarcasına silahdaşlıq etdilər, yaxşılığı əmr edib, ptslikdən çəkindirdilər. Bir yalnışlıq etdilərsə, xəbardar edildilər. Ancaq Rəsulullah onların görüşlərindən başqa görüş tərcih etməz, heç kimsəni onlar qədər sevməzdi. Rəsulullah onlardan razı halda ayrıldı. Onlarda, möminlər onlardan razı qaldığı halda köçüb getdilər.
Rəsulullah Əbu Bəkrə möminlərə namaz qıldırmağı əmr etdi. O, Rəsulullah həyatta ikən doqquz gün boyunca namaz qıldırdı. Allah peyğəmbərini vəfat etdirib yanına alınca, möminlər namazıda, zəkatıda ona həvalə etdilər. Sonrada məcburiyyətsiz , öz xoşlarıyla ona beyyət etdilər. Mən Abdulmutallib oğullarından ona ilk beyət edən adamam. O xəlifəliyi istəmir, bu işi bizdən birinin alsmasını istəyirdi. Vallahi o geridə qalanların ən mərhəməlisi, ən şəfqətlisi, ən təqvalısı, ən yaşlısı və islamı ilk qəbul edən kişi idi. Rəsulullah onu şəfqət və mərhəmətiylə Mikayıla (ə), bağışlaması və vəqarıyla İbrahim (ə) bənzədirdi. Rəsulullahın yolu ilə getdi və o hal üzrə vəfat etdi. Allah ona rəhmət eləsin!
Sonra xilafətə Ömər keçirildi, məndə onun olmasına razı olanlardan idim. İşi Rəsulullahın və dostunun yolu üzrə götürdü, süddən kəsilmiş dəvə balasının anasını təqib edişi kimi, onların izini təqib etdi. Vallahi gücsüzlərə qarşı şəfqətli və mərhəmətli idi, zalımlara qarşı məzlumun yanında idi. Allah yolunda heç bir qınayanın qınamasından qorxmazdı. Allah haqqı onun dilinə verdi, doğruluğu onun xasiyyəti elədi. Belə ki, biz Ömərin dilinin üzərində bil mələyin danışdığını sanırdıq. Allah onun islama girişi ilə birlikdə islamı gücləndirdi. Allah möminlərin qəlbinə onun sevgisini, münafiqlərin qəlbinədə ondan qorxma duyğusunu qoydu. Rəsulullah onu düşmənlərə qarşı sərtliyi və qatılığı səbəbi ilə Cəbrayıla (ə) bənzədirdi.
Allah onlara rəhmət eləsin. Allah sizədə onlar kimi birilərini nəsib etmiş, bizə onların yolunda getmə ehsanını bəxş etmişdir. Hər kim məni sevirsə onlarıda sevsin. Kim onları sevməzsə, mənə də nifrət etmiş olur, mən o adamdan uzağam. Onlar barəsində bir addım atacaq olsaydım, haqqlarında pis danışanlara çox böyük cəza verərdim.
Diqqət edin! Bu gündən etibarən bu cür sözlər söyləyənin cəzası iftiraçıya verilən cəzadır. Diqqət! Bu ümmətin peyğəmbərdən sonra ən xeyirlisi Əbu Bəkr ilə Ömərdir (Allah onlardan razı olsun). Sonra Allah xeyrin harada olduğunu hərkəsdən yaxşı bilir. Bunlarla sözümü bitirir, mənim və sizin üçün Allahdan bağışlanma diləyirəm".

Рейтинг@Mail.ru