Перейти к содержимому


Samir Selefi

Регистрация: 10 окт 2010
Offline Активность: 17 янв 2012 18:11

Мои сообщения

В теме: Təvəssul və onun hokmləri

14 октября 2010 - 19:24

Samir axırıncı dəfə xəbərdarlıq edirəm, bunların hamısına artıq cavab verilib. Hər təkrara görə reytinqinizi artıracağam.

Bu yanaşmanı heç başa düşmürəm, faydasız məsələlərə aid burda təkrarlanan mövzular var, yaxşısı budur onlarla məşqul olasınız. Burda isə mən digər yuzerlərlə polemika aparıram, deməli əvvəl verilən cavablar məni qane etmir, mən forumun hansı qaydasını pozuram? Allahdan qorxun və adil olun!

В теме: Təvəssul və onun hokmləri

14 октября 2010 - 17:57

Böyük ustad həzrəti Ayətüllahul-Uzma Xomeyni (Allah ona rəhmət eləsin) öz nəfis kitabında bu nəzərə üstünlük verərək buyurur:
İbadət bir kəsə Allah ünvanı ilə sitayiş etməkdir. İstər, böyük Allah ünvanında olsun, istərsə də kiçik Allah ünvanında.”
[184]

Bu çox səhf mövqedir! Məgər Məkkə müşrikləri kimə isə Allah ünvanı ilə sitayiş edirdilər? Cavab budur ki, xeyr! Əksinə onlar ibadət etdiklərinin onları Allaha yaxınlaşdırdığını və ya Allah yanında onlar üçün şəfaətçi olduqlarını zənn edirdilər və Allah Təala bu batil zənnlərini endirdiyi pak ayələrlə puç etdi.
"Lə iləhə illəllah" Allahın tək və həqiqi ilah olduğunu isbat edir və bütün ibadət növlərinin yalnız Ona məxsus olduğunu bildirir. Həmçinin DUA İBADƏTDİR,
Uca Allah buyurur:
وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ ۚ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ
Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. (Ğafir 60)
Allah Təala bu ayədə duanın yalnız Ona edilməsini əmr edir və duanı aşkar olaraq ibadət adlandırır. Müxaliflərin qəbr yanında və ya ondan uzaq "Ya filankəs mənə yardım et" demələri aşkar şirkdir! Bunu edən müşrik hökmündədir. Allah hamımızı şirkdən qorusun! AMİN!

В теме: Təvəssul və onun hokmləri

14 октября 2010 - 17:46

Əvvəla Vüsal, təvəssül dedikdə nəyi nəzərdə tutursan bir mənə de.


Bir nəfərin digər bir nəfərdən onu dua etməsi.

İndi mənə cavab ver "Ya Əli, səndən mədət" deməyin hökmü nədir?

В теме: Quran təhrİf olunmayıb

13 октября 2010 - 14:34

Şeyx Müfid deyib: "imamiyyə Allah azzə və cəlaluhunun sifəti olaraq bəda ifadəsinin istifadə edilə biləcəyi üzərində də ittifaq etmişlerdir. " (Şeyx Müfid, "əl Əvailul Məqalat", səhifə 48-49)


Zəhmət olmasa bunu mənə izah edin.

Sultan Məhəmməd əl Cənəbazi deyib: "Quranda şübhə edilməyəcək şəkildə artırma əksiltmə, təhrif və dəyişdirmənin vaqe

olduğuna dair rəvayətlər təmiz və pak imamlardan a.s müstəfiz olaraq gəlmişdir" (Sultan Məhəmməd əl Cənəbazi, "Bəyanus Səade fi Məqaməti)

"Vilayət" və "Nureyn" adlı 2 surənin Quranda olduğunu iddia edən şiə alimləri:
Əllamə əl-Məclisi, "Təzkirətul Əimmə", s.18-19
Əllamə Həbibullah əl Haşimi, "Minhacəl Bəraə fi Şərhi Nehcul Bəlağə", c.12, s.216-217

Nuri Ət Təbərsi.
Mənə maraqlıdır bu məşhur şiyə alimləri belə bir ciddi ittihamı edərkən nəyə əsaslanıblar?

В теме: Təvəssul və onun hokmləri

13 октября 2010 - 14:29

İbadət Allahdan başqasına şırkdir bunun ölü diri fərqi yoxdur.Təvəssüldə Allah buyuran vasitələrə hətta təkidli müsstəhəbbatdandır bundada ölü diri olması fərq etməz.Məsələn İsa ya Musa üçün üçün deyir ki dünyadada axirətdədə vəcih hörmətli insan idi Allah subhanəhu və təala yanında.Axirətdə yəni öləndən sonra.Demirki öldü hörmətdən düşdü təkcə dünyada vəcih idi!

Bir öz avatarna bax. O insan Allaha dua edir, Allaha ibadət edir! İndi eyni əməli Əli (r.a.) qəbri önündə edərək, "Ya Əli mənə kömək ol" deyən Əliyə ibadət etmir?
Sən əslən bilmirsən ibadət nədir, çünki Quran oxumursan! Ümumən sənin zənnində ibadət nədir? Ölüyə bir başa dua edirsiz, qəbrə doğru səcdə edirsiz, daha ibadət necə olur?

Рейтинг@Mail.ru