Bəli, 29-u ölkəmizdə mümkün deyil, amma cənubi Amerikada görünməsi mümkündür, çox güman ki, görünəcək. 30-u isə ölkəmizdə görünməsi çətin mümkün olsun, ancaq bizim üfüqdən çox-çox əvvəlki üfüqlərdə ay görünəcək (ayın 30-unun qrafikinə bax: http://moonsighting.com/1432shw.html), hətta hava şəraiti imkan versə, İranda da görünə bilər.Şəkillərə baxanda belə çıxır ki, ayın 29-u gecə Ayın ölkəmizdə görünməsi ümumiyyətlə mümkün deyil. Ayın 30-u isə yalnız optik cihazlarla görünə bilər.
Bəlkə 29-u yazıblar, səhv salmırsan ki? Məsələ ondadır ki, astronomiyada Ayın Yer ətrafında öz orbiti üzrə dövrə vurması bir neçə üsulla ölçülür. (Orbital periodlar: http://en.wikipedia..../Orbital_period) Qəməri təqvim ayları da sinodik periodla hesablanır (Günəş və Yerə nəzərən), bu da yuvarlaq olaraq 29.53 sutkaya bərabərdir. Yəni sinodik hesabla Ay Yer ətrafında 29.53 sutkaya bir dövrə vurur. Astronomiyada sinodik periodla yeni ayın doğuşu hesablanarkən, ayın orbital hərəkət zamanı Günəşlə Yerin düz ortasında dayandığı vaxt əsas götürülür və astronomiyada "New moon" (Təzə ay) adlanır (http://en.wikipedia.org/wiki/New_moon). Bu doğuş isə Şəvval ayı üçün 29 avqust, 03:03-də verilib (bizim saat qovşağını (+4:00) nəzərə alsaq, 07:03). Ona görə dedim ki, ayın 30-una hansı metodla astronomik ay doğuşu verə bilərlər, mənə çatmadı. Vəssəlam, yerdə qalan hesablamalar artıq şəriətə tətbiq üçündür, hansı ölkədə və ya hansı üfüqdə gözlə görünə bilər, ya yox və s. Çünki astronomiya elmi termin kimi ilk gözlə görünən ayı "Təzə ay" hesab eləmir, onun verdiyi "Təzə ay" isə heç cürə gözlə görünmür, ona görə ki, həmin vaxtda Ay Yerlə Günəşin arasına keçir, Günəş onun yalnız arxasını işıqlandırır, Yerdən görünən hissəsinə isə işıq çatmır, nəticədə Yerdən görünmür. Astronomiya Təzə ayın start nöqtəsini məhz burdan götürür.Bir-iki sayta baxdım ki, orada deyilir ki, yeni ay avqustun 30-u səhər 7-dən başlayır. Yəni 29-u axşam görmək mümkün deyil.
Sən də qeyd etmisən, fiqh müasir dövrə (konkret olaraq ay təqviminin hesablanmasında) cavab vermir, razıyam.
Quran deyir ki, Günəş də, Ay də müəyyən olunmuş nizamla hərəkət edir. Yəni ki, Ay onsuz da nizamla dövrə vurur. İnsanlara qalır təqvim aylarını buna uyğun bölərək ayların əvvəl-axırını hesablasınlar. Ancaq ümumi baxanda müasir dövrdə ay təqviminin hesablanması hardasa 3 variantda mümkündür:
1. Dədə-baba qaydası ilə, gözlə görüb ayı başlamaq, gözlə görüb ayı bitirmək, hazırki şəriətimiz də belə deyir.
2. Gözlə görmədən, astronomik cədvəllərə əsaslanıb, ayın ölkəmizdə də olmasa, bizim üfüqdəki başqa ölkələrdə görünməsini, yaxud dünyada bir neçə ölkədə görünməsini nəzərə alıb yeni ayı başlamaq. Türkiyə, Səudiyyə və bir çox ölkələr bu variantla gedir.
3. Bir astronomik doğuşdan növbəti astronomik doğuşa qədər məsafəni bir qəməri ay kimi hesablamaq.
Bu variantlar Qəməri təqvimi hesablamaq üçün nəticə etibarilə, hamısı keçərlidir (şər'i cəhətdən demirəm). Çünki hansıyla hesablasan, nəticədə 1 qəməri il ərzində 6 dənə 29, 6 dənə 30 günlük ayımız olacaq, 1 ilimiz də 354 gün olacaq. Ancaq şəriət yalnız o dövrdəki üsulu ortaya qoyur, gözlə görməyi. O dövrdəki insanlara başqa hansı üsul deyilə bilərdi ki? Ancaq gözlə görüb oruc tutmaq, gözlə görüb bayram etmək. Odur ki, indi başqa variantları şəriətə tətbiq edib-etməmək və necə etmək problemi var müasir fiqhdə. Bu artıq ictihadlıqdır, müctəhidlər də ola bilər ehtiyat edib bu variantları keçərli bilmirlər və ya fikirləri fərqlənir, nəticədə hər il belə ixtilaf düşür. Nə isə.
Mənə bir şey maraqlıdır, neçə adama bunu sual vermişəm, amma qane edən cavab almamışam.
Mümkündür ki, dünyada iki ayrı-ayrı miladi günlərində bir qəməri gün qeyd olunsun? Yəni belə deyək də, tutaq ki, Ramazan bayramını dünyanın bir hissəsi 30-unda, digəri hissəsi isə 31-ində qeyd etsin. Məsələn, bir variant ola bilər ki, bizdə ayın 30-u daxil olsun və həmin günü bayram edək, ancaq hələ ABŞ-da ayın 29-u olsun, 10-12 saatdan sonra onlarda da ayın 30-u olsun, onlar da bayram etsin, bunu nəzərdə tutmuram. Bu zatən eyni gün hesab olunur.
Ancaq bir də ola bilər ki, bizdə ayın 30-unun məğribində ay görünməsin, ancaq 10-12 saatdan sonra ABŞ-da (30-unun məğribində) ay görünsün. Ordakılar ayı gördüklərinə görə 30-unu bayram edə bilərlər, buna şübhə yox, ancaq biz artıq ayın 31-i bayram edərik. Nəticədə iki fərqli gündə bir bayram qeyd olunar. Bilmək istəyirəm ki, buna şəriətdə dəlil varmı ki, iki fərqli gündə bir qəməri gün qeyd oluna bilər? Bu artıq çaş-başlıq üzündən fərqlənən bayram günləri deyila, praktiki olaraq mümkün olan bir şeydir. O dövrdə müsəlmanların Amerika, Avstraliya ilə bir əlaqələri olmayıb ki, bunun praktiki olaraq mümkün olduğunu bilsinlər. Bəlkə də elə biliblər onlar Ayı görürlərsə, dünyanın hər yerindəkilər də görür. Ona görə maraqlıdır ki, indi buna "mümkündür" deyirlərsə, bunun dəlili nədir.
P.S. "30-unun məğribi" dedikdə, 29-unun axşamındakı məğribi nəzərdə tutmuşam, qəməri gün ki, məğribdən başlayır, 29-u axşam görünən hilal ay 30-u üçün təzə ayın birinci gününü təyin edir, ona görə. Həm də nümunə kimi yazmışam, məhz avqust ayını demirəm.
- Arif это нравится