Перейти к содержимому


İstifadəçi

Регистрация: 27 дек 2010
Offline Активность: 03 ноя 2013 11:14

Мои сообщения

В теме: Ramazan Ayı 2011

29 августа 2011 - 05:42

Şəkillərə baxanda belə çıxır ki, ayın 29-u gecə Ayın ölkəmizdə görünməsi ümumiyyətlə mümkün deyil. Ayın 30-u isə yalnız optik cihazlarla görünə bilər.

Bəli, 29-u ölkəmizdə mümkün deyil, amma cənubi Amerikada görünməsi mümkündür, çox güman ki, görünəcək. 30-u isə ölkəmizdə görünməsi çətin mümkün olsun, ancaq bizim üfüqdən çox-çox əvvəlki üfüqlərdə ay görünəcək (ayın 30-unun qrafikinə bax: http://moonsighting.com/1432shw.html), hətta hava şəraiti imkan versə, İranda da görünə bilər.


Bir-iki sayta baxdım ki, orada deyilir ki, yeni ay avqustun 30-u səhər 7-dən başlayır. Yəni 29-u axşam görmək mümkün deyil.

Bəlkə 29-u yazıblar, səhv salmırsan ki? Məsələ ondadır ki, astronomiyada Ayın Yer ətrafında öz orbiti üzrə dövrə vurması bir neçə üsulla ölçülür. (Orbital periodlar: http://en.wikipedia..../Orbital_period) Qəməri təqvim ayları da sinodik periodla hesablanır (Günəş və Yerə nəzərən), bu da yuvarlaq olaraq 29.53 sutkaya bərabərdir. Yəni sinodik hesabla Ay Yer ətrafında 29.53 sutkaya bir dövrə vurur. Astronomiyada sinodik periodla yeni ayın doğuşu hesablanarkən, ayın orbital hərəkət zamanı Günəşlə Yerin düz ortasında dayandığı vaxt əsas götürülür və astronomiyada "New moon" (Təzə ay) adlanır (http://en.wikipedia.org/wiki/New_moon). Bu doğuş isə Şəvval ayı üçün 29 avqust, 03:03-də verilib (bizim saat qovşağını (+4:00) nəzərə alsaq, 07:03). Ona görə dedim ki, ayın 30-una hansı metodla astronomik ay doğuşu verə bilərlər, mənə çatmadı. Vəssəlam, yerdə qalan hesablamalar artıq şəriətə tətbiq üçündür, hansı ölkədə və ya hansı üfüqdə gözlə görünə bilər, ya yox və s. Çünki astronomiya elmi termin kimi ilk gözlə görünən ayı "Təzə ay" hesab eləmir, onun verdiyi "Təzə ay" isə heç cürə gözlə görünmür, ona görə ki, həmin vaxtda Ay Yerlə Günəşin arasına keçir, Günəş onun yalnız arxasını işıqlandırır, Yerdən görünən hissəsinə isə işıq çatmır, nəticədə Yerdən görünmür. Astronomiya Təzə ayın start nöqtəsini məhz burdan götürür.
Sən də qeyd etmisən, fiqh müasir dövrə (konkret olaraq ay təqviminin hesablanmasında) cavab vermir, razıyam.

Quran deyir ki, Günəş də, Ay də müəyyən olunmuş nizamla hərəkət edir. Yəni ki, Ay onsuz da nizamla dövrə vurur. İnsanlara qalır təqvim aylarını buna uyğun bölərək ayların əvvəl-axırını hesablasınlar. Ancaq ümumi baxanda müasir dövrdə ay təqviminin hesablanması hardasa 3 variantda mümkündür:
1. Dədə-baba qaydası ilə, gözlə görüb ayı başlamaq, gözlə görüb ayı bitirmək, hazırki şəriətimiz də belə deyir.
2. Gözlə görmədən, astronomik cədvəllərə əsaslanıb, ayın ölkəmizdə də olmasa, bizim üfüqdəki başqa ölkələrdə görünməsini, yaxud dünyada bir neçə ölkədə görünməsini nəzərə alıb yeni ayı başlamaq. Türkiyə, Səudiyyə və bir çox ölkələr bu variantla gedir.
3. Bir astronomik doğuşdan növbəti astronomik doğuşa qədər məsafəni bir qəməri ay kimi hesablamaq.

Bu variantlar Qəməri təqvimi hesablamaq üçün nəticə etibarilə, hamısı keçərlidir (şər'i cəhətdən demirəm). Çünki hansıyla hesablasan, nəticədə 1 qəməri il ərzində 6 dənə 29, 6 dənə 30 günlük ayımız olacaq, 1 ilimiz də 354 gün olacaq. Ancaq şəriət yalnız o dövrdəki üsulu ortaya qoyur, gözlə görməyi. O dövrdəki insanlara başqa hansı üsul deyilə bilərdi ki? Ancaq gözlə görüb oruc tutmaq, gözlə görüb bayram etmək. Odur ki, indi başqa variantları şəriətə tətbiq edib-etməmək və necə etmək problemi var müasir fiqhdə. Bu artıq ictihadlıqdır, müctəhidlər də ola bilər ehtiyat edib bu variantları keçərli bilmirlər və ya fikirləri fərqlənir, nəticədə hər il belə ixtilaf düşür. Nə isə.

Mənə bir şey maraqlıdır, neçə adama bunu sual vermişəm, amma qane edən cavab almamışam.
Mümkündür ki, dünyada iki ayrı-ayrı miladi günlərində bir qəməri gün qeyd olunsun? Yəni belə deyək də, tutaq ki, Ramazan bayramını dünyanın bir hissəsi 30-unda, digəri hissəsi isə 31-ində qeyd etsin. Məsələn, bir variant ola bilər ki, bizdə ayın 30-u daxil olsun və həmin günü bayram edək, ancaq hələ ABŞ-da ayın 29-u olsun, 10-12 saatdan sonra onlarda da ayın 30-u olsun, onlar da bayram etsin, bunu nəzərdə tutmuram. Bu zatən eyni gün hesab olunur.
Ancaq bir də ola bilər ki, bizdə ayın 30-unun məğribində ay görünməsin, ancaq 10-12 saatdan sonra ABŞ-da (30-unun məğribində) ay görünsün. Ordakılar ayı gördüklərinə görə 30-unu bayram edə bilərlər, buna şübhə yox, ancaq biz artıq ayın 31-i bayram edərik. Nəticədə iki fərqli gündə bir bayram qeyd olunar. Bilmək istəyirəm ki, buna şəriətdə dəlil varmı ki, iki fərqli gündə bir qəməri gün qeyd oluna bilər? Bu artıq çaş-başlıq üzündən fərqlənən bayram günləri deyila, praktiki olaraq mümkün olan bir şeydir. O dövrdə müsəlmanların Amerika, Avstraliya ilə bir əlaqələri olmayıb ki, bunun praktiki olaraq mümkün olduğunu bilsinlər. Bəlkə də elə biliblər onlar Ayı görürlərsə, dünyanın hər yerindəkilər də görür. Ona görə maraqlıdır ki, indi buna "mümkündür" deyirlərsə, bunun dəlili nədir.

P.S. "30-unun məğribi" dedikdə, 29-unun axşamındakı məğribi nəzərdə tutmuşam, qəməri gün ki, məğribdən başlayır, 29-u axşam görünən hilal ay 30-u üçün təzə ayın birinci gününü təyin edir, ona görə. Həm də nümunə kimi yazmışam, məhz avqust ayını demirəm.

В теме: Ramazan Ayı 2011

29 августа 2011 - 01:00

Risalələr arasında ciddi fərqlər var. Çünki ağanın başqa risalələrində heç bu məsələ ümumiyyətlə yoxdu. Bəlkə də nəzəri dəyişib?
Amma bunun prinsipcə, əhəmiyyəti yoxdur. Çünki Sistani ağa 4 yol müəyyən edib ki, bunların arasında şəriət hakiminin hökmü yoxdur. Amma yəqin yaradan halda əməl etmək olar.

Mən deyərdim tərcümələrdə fərq var. Ayrı-ayrı vaxtlarda çap olunan risalələrdə məsələlər fərqli nömrələnir, ancaq bəzi məsələlərin mətni də dəyişir bəzən (məsələni daha ətraflı və ya əksinə, daha yığcam əhatə etməklə). Nəzəri dəyişməyin deyə bilmərəm, ancaq sonrakı risalələrdə yoxdursa, elə çıxır bu məsələni risalədən kənarlaşdırıblar.

P.S. Bir də, vusal114, imkan varsa, o şəkilləri hansı saytdan götürdüyünü yazardın. http://moonsighting.com saytını bilirəm, bunu isə yox.

В теме: Ramazan Ayı 2011

29 августа 2011 - 00:41

Məndə evdə iki dənə risalə var(yəni biri 2000 ilin capıdır o biri 2010 ilin capı)O RİSALƏLƏRİN İKİSİNDƏ DƏ 1740 məsələdə belə yazılıb:

Şəri hakimin hökm etməsi ilə ayın əvvəli sübut edilməz.Bu halda ehtiyata riayət etmək daha övladır.(Sistani ağa.məsələ 1740)

Söhbətinizə qarışmıram, ancaq gördüm məndəki risalədə də Məsələ 1740 belə yazılıb, dedim qeyd edim:

Изображение
Изображение

В теме: İmam Zamana (əc) beyət və onun qaydaları

08 июля 2011 - 20:21

Qardaşlar özünüzü yormayın.Buna imkanda vermək lazım deyil ki,söhbətdən yayınsın.Qoyun bu suala cavab versin.

Hansı İmamlarımızın dövründə İmamların adını cəkiblər azanda və bu vasitəylə beyət ediblər?
Həsənən(ə.s),Hüseynən(ə.s),Zeynalabidinən(ə.s),Bagirən(ə.s.),Sadiqən(ə.s),Kazimən(ə.s),Rzayən(ə.s),
Təqiyyən(ə.s),Nəqiyyən(ə.s),Həsənən(ə.s) HÜCCƏTULLAH kim deyib?

Bismillah,istifadəçi cvb veeer!

O suala əvvəlki səhifələrdəki müzakirələrdə cavab verilib. Mövzunu əvvəldən oxusan, görəcəksən. Təzədən başlayası deyiləm. Siz bilirsiz axı bunlar əvvəldə müzakirə olunub, niyə boş-boşuna bu sualları yazıb cavab tələb edirsiz, bilmirəm. Bu haqda yazacağımı yazmışam, yenidən verdiyiniz təkrar suallara cavab gözləməyin məndən.

В теме: İmam Zamana (əc) beyət və onun qaydaları

08 июля 2011 - 19:23

Qardaşlar özünüzü yormayın.Buna imkanda vermək lazım deyil ki,söhbətdən yayınsın.Qoyun bu suala cavab versin.

Hansı İmamlarımızın dövründə İmamların adını cəkiblər azanda və bu vasitəylə beyət ediblər?
Həsənən(ə.s),Hüseynən(ə.s),Zeynalabidinən(ə.s),Bagirən(ə.s.),Sadiqən(ə.s),Kazimən(ə.s),Rzayən(ə.s),
Təqiyyən(ə.s),Nəqiyyən(ə.s),Həsənən(ə.s) HÜCCƏTULLAH kim deyib?

Şükür Allaha ki, təsadüfən bunu gördüm. Dünən sən 397-ci postunu yazan kimi onu oxudum və ona cavab yazmağa başladım. 403-cü postda onu sitat kimi gətirib cavabımı yerləşdirdim. Ancaq sonradan ki, sən yazdın ki, mən guya sənin yazını təhrif etmişəm, sən "azanda beyətdən" yazmısan, çaşıb-qaldım ki, axı mən sənin yazdığın postu oxumuşdum, orda elə yazmamışdın sən. Ancaq öz gətirdiyim sitata baxıb gördüm ki, orda birinci "beyət" sözünün əvvəlində "Azanda" yazılıb. Dedim ola bilər mən səhv oxumuşam, gözümdən qaçıb nəsə. Ancaq bax gör indi sənin etdiyin "fokus-mokus" necə aşkar olacaq:

Saat 04:26-da yazdığın 397-ci postda işlətdiyin 4 dənə "beyət" sözündən ikisinin əvvəlində "Azanda" sözü yazılıb. Amma baxıb görürəm ki, həmin post yazıldıqdan 4 dəqiqə sonra, yəni 04:30-da redaktə olunub. Nə isə, redaktə olunmağı hələ nəyəsə sübut deyil. Bunu elə gecə də görmüşdüm. Maraqlısı qabaqdadır.

400-cü postda Rembo adlı istifadəçi sənin yuxarıda qeyd etdiyim 397-ci postunu sitat kimi gətirib sənə sual ünvanlayıb. Bu postu Rembo saat 04:31-də, yəni sənin postu redaktə etdiyindən 1 dəqiqə sonra göndərib. Ancaq nədənsə həmin sitatda o 2 dənə "beyət" sözünün qabağında "Azanda" sözü yoxdur. Bunu belə başa düşmək olur ki, sən postunu redaktə etməmişdən qabaq Rembo artıq sənin postunu sitat edibmiş və öz sualını yazdığı müddətdə (təxminən 04:29-04:31 arası) sən öz postundaki o 2 "beyət" sözünün əvvəlinə "Azanda" sözünü yerləşdirməyə macal tapmısan və ümumilikdə, yazında başqa dəyişikliklər də eləmisən. Mətnlər fərqlidir. Halbuki, mən sənin məhz ilk yazdığın posta cavab hazırlayıb yazmışdım.

Saat 04:38-də isə mən sənin o postunu sitat kimi gətirib 403-cü postda sənə cavab yazmışam. Yadımda deyil onu 04:38-dən nə qədər əvvəl sitata alıb başlamışdım cavab yazmağa, ancaq bu sitatda da bir başqa cür yazdığın görünür. Burda 2 "beyət" sözündən yalnız birinin qabağına "Azanda" sözü yazılıb. Bunu da belə başa düşmək olur ki, sən o yazını iki dəfəyə redaktə etmisən, yəni "Azanda" sözlərini ora ayrı-ayrı yazmısan, mən də bu iki redaktənin arasında onu sitat kimi nişanlamışam.

Hətta sənin özünün saat 04:48-də yazdığın 407-ci postda gətirdiyin o sitatda da (hansı ki, göy rənglə, iri fontla cümlə nişanlamısan) həmin sitatın orijinalı (redaktə olunmuşu) ilə fərq var. Eyni zamanda bu post özü də redaktə olunub, amma deyə bilmərəm nəyi dəyişmisən orda.

İndi bax, postlarını redaktə eliyib, arasına təzə söz salıb mənaları dəyişə-dəyişə gedirsən, sonra da gəlib məni həmin postu üzündən oxuya bilməməkdə, invalid olmaqda günahlandırırsan. Heç nə demirəm, utan sadəcə, ayıb olsun. Bu, dinindən, məzhəbindən, əqidəsindən asılı olmayaraq, heç kimə yaraşmayan bir hərəkətdir.

Siz burda mənim qarşıma əks dəlillər qoya bilərsiz, ya mənim cavab verə bilməyəcəyim hansısa suallar yaza bilərsiz, yəni mümkündür, bu bir bəhsdir, hər iki tərəfin özünə görə dəlili və rəddiyyəsi olur. Ancaq hər şeyə rəğmən, mən burda sizin heç birinizə qarşı sən etdiyin hərəkətləri etməmişəm. Bunu da ona görə yazdım, biləsən ki, bu fokusun keçməyib.

Ancaq yenə də, nə eləmisən, mən tərəfdən halal xoşun. Allah əcrini versin.

al-Islam, sən də çox sağ ol, moder kimi obyektiv qərarına görə.

Рейтинг@Mail.ru