Перейти к содержимому


İstifadəçi

Регистрация: 27 дек 2010
Offline Активность: 03 ноя 2013 11:14

#79941 Ramazan Ayı 2011

Написано İstifadəçi 29 августа 2011 - 05:42

Şəkillərə baxanda belə çıxır ki, ayın 29-u gecə Ayın ölkəmizdə görünməsi ümumiyyətlə mümkün deyil. Ayın 30-u isə yalnız optik cihazlarla görünə bilər.

Bəli, 29-u ölkəmizdə mümkün deyil, amma cənubi Amerikada görünməsi mümkündür, çox güman ki, görünəcək. 30-u isə ölkəmizdə görünməsi çətin mümkün olsun, ancaq bizim üfüqdən çox-çox əvvəlki üfüqlərdə ay görünəcək (ayın 30-unun qrafikinə bax: http://moonsighting.com/1432shw.html), hətta hava şəraiti imkan versə, İranda da görünə bilər.


Bir-iki sayta baxdım ki, orada deyilir ki, yeni ay avqustun 30-u səhər 7-dən başlayır. Yəni 29-u axşam görmək mümkün deyil.

Bəlkə 29-u yazıblar, səhv salmırsan ki? Məsələ ondadır ki, astronomiyada Ayın Yer ətrafında öz orbiti üzrə dövrə vurması bir neçə üsulla ölçülür. (Orbital periodlar: http://en.wikipedia..../Orbital_period) Qəməri təqvim ayları da sinodik periodla hesablanır (Günəş və Yerə nəzərən), bu da yuvarlaq olaraq 29.53 sutkaya bərabərdir. Yəni sinodik hesabla Ay Yer ətrafında 29.53 sutkaya bir dövrə vurur. Astronomiyada sinodik periodla yeni ayın doğuşu hesablanarkən, ayın orbital hərəkət zamanı Günəşlə Yerin düz ortasında dayandığı vaxt əsas götürülür və astronomiyada "New moon" (Təzə ay) adlanır (http://en.wikipedia.org/wiki/New_moon). Bu doğuş isə Şəvval ayı üçün 29 avqust, 03:03-də verilib (bizim saat qovşağını (+4:00) nəzərə alsaq, 07:03). Ona görə dedim ki, ayın 30-una hansı metodla astronomik ay doğuşu verə bilərlər, mənə çatmadı. Vəssəlam, yerdə qalan hesablamalar artıq şəriətə tətbiq üçündür, hansı ölkədə və ya hansı üfüqdə gözlə görünə bilər, ya yox və s. Çünki astronomiya elmi termin kimi ilk gözlə görünən ayı "Təzə ay" hesab eləmir, onun verdiyi "Təzə ay" isə heç cürə gözlə görünmür, ona görə ki, həmin vaxtda Ay Yerlə Günəşin arasına keçir, Günəş onun yalnız arxasını işıqlandırır, Yerdən görünən hissəsinə isə işıq çatmır, nəticədə Yerdən görünmür. Astronomiya Təzə ayın start nöqtəsini məhz burdan götürür.
Sən də qeyd etmisən, fiqh müasir dövrə (konkret olaraq ay təqviminin hesablanmasında) cavab vermir, razıyam.

Quran deyir ki, Günəş də, Ay də müəyyən olunmuş nizamla hərəkət edir. Yəni ki, Ay onsuz da nizamla dövrə vurur. İnsanlara qalır təqvim aylarını buna uyğun bölərək ayların əvvəl-axırını hesablasınlar. Ancaq ümumi baxanda müasir dövrdə ay təqviminin hesablanması hardasa 3 variantda mümkündür:
1. Dədə-baba qaydası ilə, gözlə görüb ayı başlamaq, gözlə görüb ayı bitirmək, hazırki şəriətimiz də belə deyir.
2. Gözlə görmədən, astronomik cədvəllərə əsaslanıb, ayın ölkəmizdə də olmasa, bizim üfüqdəki başqa ölkələrdə görünməsini, yaxud dünyada bir neçə ölkədə görünməsini nəzərə alıb yeni ayı başlamaq. Türkiyə, Səudiyyə və bir çox ölkələr bu variantla gedir.
3. Bir astronomik doğuşdan növbəti astronomik doğuşa qədər məsafəni bir qəməri ay kimi hesablamaq.

Bu variantlar Qəməri təqvimi hesablamaq üçün nəticə etibarilə, hamısı keçərlidir (şər'i cəhətdən demirəm). Çünki hansıyla hesablasan, nəticədə 1 qəməri il ərzində 6 dənə 29, 6 dənə 30 günlük ayımız olacaq, 1 ilimiz də 354 gün olacaq. Ancaq şəriət yalnız o dövrdəki üsulu ortaya qoyur, gözlə görməyi. O dövrdəki insanlara başqa hansı üsul deyilə bilərdi ki? Ancaq gözlə görüb oruc tutmaq, gözlə görüb bayram etmək. Odur ki, indi başqa variantları şəriətə tətbiq edib-etməmək və necə etmək problemi var müasir fiqhdə. Bu artıq ictihadlıqdır, müctəhidlər də ola bilər ehtiyat edib bu variantları keçərli bilmirlər və ya fikirləri fərqlənir, nəticədə hər il belə ixtilaf düşür. Nə isə.

Mənə bir şey maraqlıdır, neçə adama bunu sual vermişəm, amma qane edən cavab almamışam.
Mümkündür ki, dünyada iki ayrı-ayrı miladi günlərində bir qəməri gün qeyd olunsun? Yəni belə deyək də, tutaq ki, Ramazan bayramını dünyanın bir hissəsi 30-unda, digəri hissəsi isə 31-ində qeyd etsin. Məsələn, bir variant ola bilər ki, bizdə ayın 30-u daxil olsun və həmin günü bayram edək, ancaq hələ ABŞ-da ayın 29-u olsun, 10-12 saatdan sonra onlarda da ayın 30-u olsun, onlar da bayram etsin, bunu nəzərdə tutmuram. Bu zatən eyni gün hesab olunur.
Ancaq bir də ola bilər ki, bizdə ayın 30-unun məğribində ay görünməsin, ancaq 10-12 saatdan sonra ABŞ-da (30-unun məğribində) ay görünsün. Ordakılar ayı gördüklərinə görə 30-unu bayram edə bilərlər, buna şübhə yox, ancaq biz artıq ayın 31-i bayram edərik. Nəticədə iki fərqli gündə bir bayram qeyd olunar. Bilmək istəyirəm ki, buna şəriətdə dəlil varmı ki, iki fərqli gündə bir qəməri gün qeyd oluna bilər? Bu artıq çaş-başlıq üzündən fərqlənən bayram günləri deyila, praktiki olaraq mümkün olan bir şeydir. O dövrdə müsəlmanların Amerika, Avstraliya ilə bir əlaqələri olmayıb ki, bunun praktiki olaraq mümkün olduğunu bilsinlər. Bəlkə də elə biliblər onlar Ayı görürlərsə, dünyanın hər yerindəkilər də görür. Ona görə maraqlıdır ki, indi buna "mümkündür" deyirlərsə, bunun dəlili nədir.

P.S. "30-unun məğribi" dedikdə, 29-unun axşamındakı məğribi nəzərdə tutmuşam, qəməri gün ki, məğribdən başlayır, 29-u axşam görünən hilal ay 30-u üçün təzə ayın birinci gününü təyin edir, ona görə. Həm də nümunə kimi yazmışam, məhz avqust ayını demirəm.

  • Arif это нравится


#70085 İmam Zamana (əc) beyət və onun qaydaları

Написано İstifadəçi 01 марта 2011 - 06:55

Müctəhid Məkarim Şirazidən İmam Zamana (ə) beyətlə bağlı fətvalar

Göndərilən məktubun məzmunu (31 yanvar, 2011):

Bu, heç bir dəlil ilə inkarı mümkün olmayan həqiqətdir ki, hər bir müsəlmanın yaşadığı müddətdə zamanın imamına beyəti olmalıdır. Bu, əvvəl də belə olub, indi də belədir, gələcəkdə də belə olacaq. Ancaq indiki zamanda beyətin şərait və şərti başqadır. Belə ki, imam füruən qaibdir. "Yer üzü höccətsiz ola bilməz" dəlilinə binaən, üsulən isə zahirdir. Bəs bu şərait və şərt daxilində biz öz boynumuzda olan vacib beyəti necə əmələ gətirə bilərik? Bunun ancaq bir şərti var - o həzrətin hüccətullah olduğuna şəhadət vermək (Əşhədu ənnə məvlana Məhdiyyən Huccətullah) və bu beyəti gün ərzində təzələmək. Bu şərti əmələ gətirmək üçün ən münasib zəmin azan və iqamədir. Ancaq azan və iqamə müstəhəb, beyət isə vacibdir. Nə etməli? Buradan hökmü-sanəvi irəli gəlir. Vacibi tərk etmək mümkün olmadığından, zərurət irəli gəlir ki, azan və iqaməni vacib etmək. Bütün bunları nəzərə alıb azan və iqaməni vacib bilirəm. Bu hökm ədalətdən uzaq deyil, bəlkə ədalətin özüdür.
Sual: Qeyb dövründə imam Zamana (ə) olan beyətin üsulu həqiqətənmi belədir?


Bu məktuba cavab (7 fevral, 2011 Makarem.ir [Estefta] makarem@makarem.ir):

Bismillahir-Rəhmanir-Rəhim
Salam
Cavab: Həzrət İmam Zamana (əc) qeybət əsrində beyət etməyin həqiqi mənası onun müqəddəs vücuduna inam, o həzrətin fərəcinin intizarı, onun fərman və göstərişlərinə itaət etməkdir. Fərman və göstərişlər ki, Quranda və Peyğəmbəri Əkrəmin (səlləlahu əleyhi və alihi və səlləm) hədislərində və Məsum İmamların (əleyhis-səlam) hədislərində varid olmuşdur.
Uğurlar diləyirik
Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanası / Şəri suallar bölməsi


Verilən cavaba aid olaraq yenidən göndərilən məktubun məzmunu (12 fevral, 2011):

Səlam əleykum. Mənim 89-11-11-002 nömrə ilə qeydə alınmış (31 yanvar, 2011) məktubuma yazdığınız cavaba aid olaraq soruşmaq istəyirəm:
Bəs biz peyğəmbərin (s.ə.s) nübuvvətinə və risalətinə iman, şəriətinə, halal-haramına, hədislərinə əməl etdiyimiz halda, o həzrətin (s.ə.s) adına şəhadət vermək nə üçün lazımdır? Bir halda ki, siz deyirsiz imam Məhdi (ə)-ın müqəddəs vücuduna inam, onun fərman və göstərişlərinə itaət etmək, onun vacib olan itaət və beyəti yerinə yetirməyə kifayət edir, onda peyğəmbərin (s.ə.s) də şəriətinə, göstərişlərinə əməl etmək, peyğəmbərə vacib olan itaəti təsdiqləməyə kifayət etmirmi ki, üstəlik ona şəhadət də veririk?
Bundan əlavə, Nəhcül-Bəlağədə 7-ci məktubda Hz Əli (ə) buyurur ki: "Beyət birdir, iki ola bilməz, ona başqa bir rəy qatıla bilməz". Peyğəmbəri-Əkrəmin (s.ə.s) Qədir-Xum hədisindən: "Hər kim edə bilsə, əl ilə beyət edər, hər kim də edə bilməsə, dili ilə iqrar edər".
Bir halda ki, hədisdə qeyb dövründə (hansı ki, bu dövrdə imama əl ilə beyət etmək mümkün deyil) zamanın imamına boynumuzda vacib olan bu bir olan beyəti necə etmək üsulu göstərilmişdir (hansı ki, hədisdə buyurulur "əl ilə edə bilməyən dili ilə iqrar etsin"), siz niyə bu beyəti şəhadətlə təsdiqləməyi (Əşhədu ənnə məvlana Məhdiyyən Huccətullah) düzgün saymır və bu beyətin üsulunu doğru-dürüst göstərmirsiz?


Bu məktuba cavab (27 fevral, 2011 Makarem.ir [Estefta] makarem@makarem.ir):

Bismillahir-Rəhmanir-Rəhim
Salam
Cavab: Sualınızda fərz olunanlara əsasən:
Əmir əl-möminin (əleyhis-salam) və onun imam Mehdiyə (ə.c) kimi on bir övladının vilayətinə şəhadət vermək kifayətdir.
Uğurlar diləyirik
Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanası / Şəri suallar bölməsi



#68978 İmam Zamana (əc) beyət və onun qaydaları

Написано İstifadəçi 18 января 2011 - 16:19

Rəhbər iki cürdür.Bu mənada ki,biri İmam Zaman(ə.f)-Allahın höccəti.İkinci dərəcəli rəhbər Xomeneyi(r.ə).

İslamda belə anlayış yoxdur. Peyğəmbər deyib: "Məndən sonra 12 rəhbər olacaq". Deməyib "12 rəhbər və ikinci dərəcəli rəhbərlər". Rəhbərlərin (imamların) də məsum olması İslamda şərtdir. Sənin ikinci dərəcəli rəhbərlərin məsumdurlar? Və onları kim seçib bu "rəhbərliyə"? Şura? Seçki yolu ilə? Əbu Bəkr, Ömər və Osmanın rəhbəriyyətini niyə batil bilirsiz onda? Nə yapışmısız onda qeyri-şiə məzhəblərdən? Onların da rəhbər kimi tanıdıqları qeyri-məsumlar "samozvanec" olublar da.
Siz imam Zamanın adı ilə belə düşmənçilik edirsiz, gör cismən zühur etsə, özü ilə neyləyərsiz bəs.


#68826 İmam Zamana (əc) beyət və onun qaydaları

Написано İstifadəçi 15 января 2011 - 20:32

Bismillah,şiənin nə olduğunu əvvəlki postda izah elədim.Cəfərilik də şiənin qoludur,amma həqiqi qoludur.İmam(ə.f)qeybdədir,beyət də bir qırağa atılmayıb,şər atma mən atılıb deməmişəm.
Bu dövr üçün Mehdi(ə.f) höccətdir düzdür.Ona beyət də vacibdir.Amma de görüm Əli(ə)-ın vilayəti olmadan,bu beyətin nə mənası var.Peygəmbər(s) Quran və Əhli-beyt(ə) buyurub(Səqəleyndə).Deməyib,Quran və hər dövrün İmamı(ə)...Bir az izah edim,əgər ikinci variant üzrə desə idi,bu o deməkdir ki,dövrün İmamını(ə)tanı bəs edər.Düzdür,dövrün İmamını(ə) tanımaq vacibdir,amma tək onu tanıyıb digər İmamları(ə)qəbul etməsən,bu sənə nicat verməyəcək.Sən İmama(ə.f) da beyət elə,Əhli-beytin bütün İmamlarını(ə) da tanı.Əşhədu ənnə Əliyyən höccətullah,bir bunu tərcümə elə...Şəhadət verirəm ki,Əli(ə)Allahın höccətidir.Diqqət elə dövrün sözü keçmir orada.Demək şəhadətdə də heç bir səhvlik yoxdur.Sizin şəhadətə qaldıqda isə bunun heç bir əsası yoxdur.Sünnədən səhih dəlil gətirsən bu başqa məsələ,bir halda gətirə bilmərsən onda bu fikrinlə də söhbəti bağla və gəl hidayətə azanda o şəhadəti demə!!!

Dedin ki, bu məsələni ictihadi olaraq vacib buyuran yoxdur, qaldı ki beyəti... Mən də bu sözə görə elə yazdım.
11 imamın vilayətini haqq olaraq qəbul etmədən, bəli, bu beyətin mənası yoxdur. Amma, onların vilayəti, imamlığı hərəsi üçün öz zamanında idi və onlara olunan beyət də öz zamanlarında yaşayan şiələr tərəfindən idi.
Yəqin ki, oxumusan, Kərbəla hadisəsində heç bir namazı-orucu olmayan şəxs(lər) olub ki, təkcə zamanın imamını tanıyıb ona beyət etməklə, nicat tapıb və şəhidlik qazanıb. Bu haqda şiə mənbələrində yazılır.
Sən deyirsən ki, Allahın höccəti Əli (ə)-dır, amma Əli (ə)-dan sonra 11 imam gəlib, hər biri də öz zamanında Höccətullah olub. Onda nəyə lazım idi 11 imammın gəlməyi, elə Allah-Təala bir imamla imaməti davam etdirə bilməzdi? Hz Məhdini qoruyub saxladığı kimi, Hz Əlini də qoruyub saxlaya bilməzdi?
Mənim verdiyim şəhadət hal-hazırda zəmanədə Allahın höccəti olan imamın Allah höccəti olduğunu təsdiqləməkdən ibarətdir. İmam Məhdi (ə.c) buyurub: "Ənə huccətullah". Mən də imamın sözünü təsdiq edirəm. Üstəlik, İmam Zaman (ə.c) öz dövri imaməti üçün "Əliyyən Huccətullah" şəhadətini təsdiq etməyib. Biz "Əliyyən Huccətullah" şəhadətini verməklə, zamanımızda huccətullah olmayan bir imamın huccətullah olmasını demiş oluruq və zamanımızda bir imam (Hz Məhdi) huccətullah olduğu halda, onun huccətullah olmasını şəhadətlə təsdiqləməkdən boyun qaçırmış oluruq.


Рейтинг@Mail.ru