Перейти к содержимому


ALLAH QULU

Регистрация: 16 фев 2011
Offline Активность: 29 апр 2011 15:10

Мои сообщения

В теме: Təvəssul və onun hokmləri

14 апреля 2011 - 16:37

Salam Aleykum.
Əziz bacı və qardaşlarım. Mən bir dəfə demişdim ki, Əhli- Beyti sevirəm ancaq ALLAHa xatir. Mən hacətimi istəyərkən aşağıdakı kimi istəyirəm:
ALLAHı müxtəlif gözəl adları ilə çağıraraq. Mən alimlərimizdən birinin saytında oxumuşdum ki, ALLAHın adları ilə təvəssül ən üstün təvəssüldür.
ALLAHa xatir 2 rəkət namaz qılıram. Daha sonra həmin namazı Peyğəmbər salavatullaha və ya hər hansı İmam əleyhissalama pay erirəm. Üzü qibləyə durub ALLAHdan hacətlərimi istəyirəm.
Ya da ALLAHdan Əhli-Beytə xatir hacətimi yerinə yetirməsini diləyirəm. Mən bu zaman həmin əleyhissalamların saleh əməllərini vasitə tuturam. Əhli_beyt əleyhissalamlar bütün günahlardan kənardırlar. Onlar ALLAHa daima itaətkar qul olmuşlar və onların saleh əməlləri ilə hacətimi diləməyimdə qəba hədd görməyirəm.
Bəzən üzümü qibləyə tutub Əhli-Beytə salam göndərirəm(necə ki hər dəfə namazdan sonra Peyğəmbər salavatullaha salam deyirik) və daha sonra özümün də onları ALLAHa xatir sevənlərdən olduğumu deyib, ALLAHdan hacətimi istəyirəm.
Amma əsasən ALLAhın adları ilə təvəssül edirəm.
Əlbətdə ki, hər dəfə dua etməzdən əvvəl və sonra Muhəmməd (s)-a və Məsum Əhli-Beyt əleyhissalamlara salavat deyirəm.

Mən İnşaALLAH Əhli-Beyt əleyhissalamların qəbrini ziyarət edəcək və bu şəkildə təvəssül edərək ALLAH təaladan dünya və Axirət hacətlərimi diləyəcəyəm.
ALLAH hər birinizə yardım etsin. AMİN...
ALLAH amanında.

В теме: Təvəssul və onun hokmləri

07 марта 2011 - 16:35

Ey şiyyələr təvəssülü necə edirsiniz?!


Sən görmürsən,yoxsa özünü görməməzliyə vurursan?

Buyur daxil ol
gör,gulağ as,eşid bil ki,şiələr necə təvəssül edirlər.

girdim və qulaq asdım. görürəm şiyyələrin necə təvəssül etməsini demək istəmirsiniz, ya dəlillərin sizi təkfir edəcəyindən qorxursunuz, ya da utanırsınız. 15 dəqiqəlik duada sadəcə əvvəlində 1-2 dəfə Allın adı çəkilərək dua olundu, sonra isə axıra qədər Allhadan başqaları çağırılaraq dua edildi. bu isə insanı islamdan çıxaran böyük şirkdir. muşriklərin əməlidir.

Mən sizin dilinizdən də eşitmək istəyirəm: Şiyyələr təvəssülü necə edirlər? Cavab verin sonra danəşarıq.

TƏVƏSSÜL DUASI
Əllahummə inni əs᾽əlukə və ətəvəccəhu ileykə binəbiyyikə nəbiyyir-rəhməti Muhammədin səlləllahu əleyhi və alihi, ya Əbəl-Qasim, ya Rəsulallah, ya imamər-rəhmət, ya seyyidina və movlana, inna təvəccəhna vəstəşfə´na və təvəssəlna bikə iləllah, və qaddəmnakə beynə yədəy hacatina, ya vəcihən indəllah işfa᾽ ləna indəllah.
Ya Əbəl-Həsən, ya Əmirəl-mu᾽minin, ya Əliyyəbnə Əbi Talibin, ya huccətəllahi əla xəlqih, ya səyyidəna və movlana, inna təvəccəhna vəstəşfə´na və təvəssəlna bikə iləllahi və qəddəmnakə beynə yədəy hacatina, ya vəcihən indəllah işfə´ləna indəllah…»
Bu dua əvvəlcə həzrət Rəsulallah (s), sonra həzrət Əli (ə) və həzrət Fatiməylə (ə) başlayıb, daha sonra Onların on bir mə᾽sum övladına xitab edərək, davam edir. Ancaq onlara xitab edilərkən, «Ey Allahın yaradılmışlar üçün olan höccəti» deyə bir-bir onların adlarını deyərək, təvəssül edirlər. Sonda onların hamısına təvəssül edilərək, «Sizin vəsilənizlə Allahdan şəfaət istəyirik və deyirik ki, sizlər Allahın yanında e᾽tibarı olan insanlarsınız, Allahın yanında mənim heç e᾽tibarım olmadığına görə şəfaət edin…» deyilir.
İnsafla söyləyin, bu duanın harasında şirk vardır? Görəsən, duanın hər yerində Allah-təalanın mübarək adı yoxdurmu? Harada onları Allaha şirk qoşduq? Nə üçün bizə iftira edirsiniz? Nə üçün muvahhid müsəlmanlara azğın və müşrik deyirsiniz? Nə üçün müsəlmanların arasında düşmənçilik toxumları səpirsiniz? Məsələni bir-birinə qarışdıraraq, həqiqətdən xəbəri olmayan insanların, din qardaşlarına qarşı kafir gözüylə baxmasına səbəb olursunuz?
Bir çox təəssübkeş və həqiqətdən xəbərsiz insan var ki, zavallı şiələrə «kafir» deyərək öldürür, özlərini cənnət əhli zənn edirlər. Bunun günahı sizin alimlərinizin boynundadır!

«Maidə» surəsi 35-ci ayə: «Ey inananlar, Allahdan qorxub çəkinin və (sizi) ona (yaxınlaşdıracaq) vəsilə axtarın». YALNIZ ALLAHA İBADƏT EDİRƏM VƏ HACƏTİMİ YALNIZ ONDAN DİLƏYİRƏM.

В теме: Təvəssul və onun hokmləri

07 марта 2011 - 15:54

Məhəmməd Təqi əl-Məclisi belə rəvayət edir: “Əgər Allahdan nəyisə istədiyin zaman dərhal İmamların qəbrinə gedib orada məktub yazaraq və yaxud məktubu torpağa basdıraraq və yaxud da dərin bir quyuya atsa. Şübhəsiz ki, yazdığı məktub İmamlara gəlib çatar.” (Biharül -ənvar, 94-ci cild, səh, 29.

“Nəyəsə ehtiyacın olduğu zaman sadəcə dilinnən məni çağır «Ey imam mənə kömək ol» deyə həmin anda mən sənə yetişib duanı qəbul edərəm”. (Biharül -ənvar, 22-ci cild, səh. 94).

“Allah yalnız imamların adları ilə duanı qəbul edir.” (Vəsail əş-Şiə, 4/139).

“Hər kəs 12 imamların adları ilə dua edərsə istədiyinə çatar. Hər kəs bizdən başqası ilə dua edərsə həlak olar hətta həlakını istəmiş olar. (Biharül-ənvar, 23 ci cild, səh 103).

“Muavuyyə b. Əmmar, Əbu Abdullahdan (Cəfəri Sadiq əleyhissalam) (belə dediyini eşitmişdir): “Allahın gözəl adları vardır. Onu bununla çağırın” (Əraf 180.) ayəsi ilə əlaqədər olaraq (Əbu Abdullahdan əleyhissalam) belə rəvayət etmişdir: “Allaha and olsun ki, Allahın ən gözəl adları bizik (12 imamlar). Belə ki, bizim imamlığımızı qəbul etməyən (Uca Allah) heç bir qulun əməlini qəbul etməyəcəkdir”. (Müqayisə üçün Azərbaycan dilində, “Üsuli kafi” 1 ci cild, səh 232-233, hədis № 353).

Mən bu hədislərlə bağlı onu deyə bilərəm ki, Şiəlikdə duanın qəbul edilməsi ilə bağlı müəyyən məsələlər var ki, eşitmişəm və bilirəm, amma bu hədisləri heç bir zaman duanın qəbul edilməsi ilə bağlı heç bir səhih hədislər içərisində görməmişəm.
Bilirik ki, hədislər səhih və qeyri-səhih ola bilər. Bu hədislər isə möhtərəm alimlərimizin təvəssül ilə bağlı dediyi heç bir kitabda mənə rast gəlməyib. Biharul ənvar barəsində onu bilirəm ki, burada həm səhih həm də səhih olmayan hədislər var. Biz sizin Buxarini və Muslimini səhih adlandırdığınız kimi bu kitabı səhih adlandırmayırıq.

В теме: Təvəssul və onun hokmləri

07 марта 2011 - 15:45

Bismillahir-Rəhmanir-Rəhim
ALLAHın salamı olsun sadiq qulu və bəndələrinə peyğəmbər seçdiyi Mühəmmədə və onun məsum ailəsinə.
Bu forumda olan bütün bacı və qardaşlarımızı salamlayıram.
İlk öncə bunu demək istərdim ki, TƏVƏSSÜL mövzusu ilə bağlı bəhsləriniz məni qane etmədi. Bu səbəbdən də mövzu ilə bağlı bəhslərin yenidən aparılmasını istəyirəm. İlk öncə buna görə ki, burada Cəfəri Şiələrindən olan Müsəlman bacı və qardaşlara iftiralar atılmış və ümumiyyətlə Əhli-Şiəlik yalanlara tuş gəlmişdir. Mən bu bəhsdə həqiqətləri demək və haqqı batildən ayırmaq niyyətimdə ALLAHdan Yardım diləyir və ona sığınıram. Bu mövzuda Şiəliyə iftiralar atmış şəxsləri (World cup və Omarın qılıncını) müzakirələrə dəvət edirəm. Mən burada olan bütün yazıları demək olar ki, oxumuşam və Əhli-Şiəliklə bağlı yalnış fikirlərə rast gəlmişəm. Hətta o dərəcəyə gəliblər ki, şiəliyi əvvəl bidətdə (dində olmayan bir şeyi sonradan dinə gətirmək) və daha sonra isə müşriklikdə ittiham ediblər. Həqiqətdə isə Şiəlik bütün pisliklərdən uzaq həqiqi islamın özüdür.

В теме: Vəhabilər bu hədislər haqda nə deyir ?

17 февраля 2011 - 18:08

Salam Aleykum.
Qardaş həmin hədisdə barəsində danışılan kəslər yalnız fitnə çıxarmaq imkanı əldə etsələr ortaya çıxar, Haqsızlıqları bəlli olduqda isə gözdən ilim-ilim itərlər.
Bu onların sifətlərindəndir.

Рейтинг@Mail.ru