Ilk öncə bu forumda iştirak edən bacı və qardaşlarıma ALLAH-dan axirət və dünya xeyri, hidayet yolunda möhkəm olmağı istəyirəm.
Burada belə qələmə vrilib ki, sanki müsəlman əhlindən olan şiələr ALLAH-a şərik qoşur və digər birisinə ibadət edirlər. İlk öncə mən savad cəhətdən cəif olduğuma görə bəzi qüsurlarımdan keçməyinizi xahiş edir və ALLAH-dan yardım diləyirəm. ALLAH adildir və hər bir əməlimdən sözsüz ki, xəbərdardır. Mən ALLAH Peyğəmbəri olan Ali Peyğəmbər Muhəmməd (s.a.s)-i, ALLAH-ın bizə rəhbər deyə təyin etdiyi 12 İmam əleyhissalamları öz canimdan və ailəmin canindan daha çox sevirəm. Amma mənim onları bu dərəcədə sevməyim ALLAH üçündür. Mən onların hamısını ALLAH-a xatir sevirəm. Mən onlara necə ibadət edə bilərəm ki, ibadət üçün ən layiqli varlığı tanıyıram. Mənim məbudum hər şeyə qadir ALLAH-dır. O istədiyi kəsə qüdrət verər, heç bir kəs ona şərik, tay ola bilməz. Peyğəmbərimiz və imamlarımız əleyhissalamlar ALLAH-ın ən itaətkar qulları olduqları üçün ALLAH da onları sevir. Onlar ALLAH-a tam şəkildə təslim olduqları üçün ALLAH onları sevdi və quranda onlar kimi şəxslərdən başqa heç kimin şəfaət etməyə imkanının olmadığını bəyan etdi. ALLAH Peyğəmbərə buyurdu ki, mənə daima ibadət et ki, səni bu şərəfə layiq bilim. Mən bütün bunlardan sonra ALLAH-dan başqasına ibadət edə bilərəmmi? Mən O şərafətli şəxslərə yalnız şəfaət üçün müraciət edə bilərəm. Ən sonda ixtiyar sahibi isə ALLAH-dır. Mən yalnız ALLAH-dan həmin şəxslərə xatir nə isə istəyirəm. ALLAH-ın yanında onların xatırləri məndən çox yüksəkdir. Onların qəbrlərini ziyarət edib onlara xatir ALLAH-dan nə isə istəyirəm. Bu heç bir halda şirk və ya bidət sayıla bilməz və heç kim məni müşrik deyə adlandıra bilməz. Əgər belə bir iş tutsa da ALLAH yanında öz iftirasının cavabını verəcəkdir. Kafir və müşrik anlayışları çox ağır anlayışlardır və onu hə bir kəsə aid edən ALLAH-ı xatırlamalı və özünə düzəliş etməli, özünü islah etməlidir. Biz salam deyərkən, Mühəmməd (s.a.s.)-ə və məsum ailəsinə salam göndərərkən onlar bizi eşidir və salamlarımızı alırlarmı? Əgər almayırlarsa bəs nə üçün bizə bu əmr edilib? Əhli-Sünnə qardaşlarımızdan bunun cavabını QURANA əsasən almaq çox yaxşı olardı?
- MirMustafa, cafari и Kanan_313N это нравится