Перейти к содержимому


RahilMR

Регистрация: 19 июн 2011
Offline Активность: 22 авг 2022 17:26

#79542 Əliəkbər Ocaq Nejad və onun "səfləri"

Написано RahilMR 18 августа 2011 - 15:46

Kerbela kitabinda deyir ki, Allah endi Huseynin qebrinin ustune ve dil dedi, sinesini doydu ve agladi. Allahu ekber!


Əvvəla ağa elə deməyib, onun Kərbəla adlı kitabı da yoxdur, Bu Abu Zeydin həmişəki uydurmalarındandır.

İkincisi də ki.
Niyə acığıvız gəlir ki, siz demirsiz ki Allah hər gün sübh vaxtı yerə enir?! Bu məsələ də sizin məntiqivizlə düz olmalıdır. Özünəməxsus əl, özünəməxsus sinə, özünəməxsus göz və göz yaşı. nə var ki burda?!


#79401 imam Mehdi a.s-ın viladəti

Написано RahilMR 17 августа 2011 - 12:11

QARDAŞLAR, mən bildiyimə görə Cəfər yalançı olmayıb. onun da aqibəti yaxşı olub. İmamı müdafiə etmək üçün bucür edirdi.
İmam Həsən Əskəriyə(ə) namaz qılan zaman tarixdə oxumuşam ki, İmam Zaman (ə.f.) gəlir və deyir ki, "əmican çəkil kənara, məsumun namazın gərək məsum qıla". o zaman hamının diqqəti yönəlmişdi ora ki, kim namaz qılsa o da imamdır. Buna görə də Cəfər diqqəti yayındırmaq üçün namaza durdu, amma qılmaq niyyəti yox idi. görəvli məmurlar gördülər ki, namaza Cəfər durdu, bir az rahat olub oranı tərk etdilər. (düşündülər ki, Cəfər bizim adamdı.) Sonra İMAM (ə.f) gəldi və təhlükəsiz halda namazı qıldı.


#78744 Sual-Cavab

Написано RahilMR 07 августа 2011 - 10:07

Zəhmət deyilsə "qəsr" anlayışını bir qədər açıqlayın. Tutaq ki, mənim Moskvadan Bakıya 5-10 günlük səfərim Ramazan ayına təsadüf edir. Mən müvəqqəti Bakıda olsam belə orucumu Ramazan ayında tutmaq istəyirəm. Bu qəsrdir? Yəni mənim Bakıda müvəqqəti oruc tutmağa ixtiyarım yoxdur? Yoxsa könüllü olaraq tuta da bilərəm, ya da saxlayıb qayıdandan sonra daimi yaşadığım məmləkətdə qəza şəklində tuta bilərəm?


Qardaş, burda bir xüsusa toxunmaq lazımdır.
əgər sənin haçansa gəlib Bakıda yaşamaq fikrin varsa, və məsələn "filan yaşım olanda gedib Bakıda yaşayacam. ora mənim ata-baba yurdumdu. və s." kimi planların varsa onda yolda olduğun müddət heç, Bakıda qaldığın vaxtda (1,2 gün də olsa) namaz tam, oruc yerində olmalıdır. yəni Bakıdan vətən kimi istifadə etməlisən.
Əks hald məsələ Kənan qardaşın dediyi kimidir.


#76351 İSRA 60

Написано RahilMR 05 июля 2011 - 17:19

İsra/60:
وَإِذْ قُلْنَا لَكَ إِنَّ رَبَّكَ أَحَاطَ بِالنَّاسِ وَمَا جَعَلْنَا الرُّؤيَا الَّتِي أَرَيْنَاكَ إِلاَّ فِتْنَةً لِّلنَّاسِ وَالشَّجَرَةَ الْمَلْعُونَةَ فِي القُرْآنِ وَنُخَوِّفُهُمْ فَمَا يَزِيدُهُمْ إِلاَّ طُغْيَانًا كَبِيرًا
“(Xatırla,) o zaman ki, sənə dedik: Həqiqətən, Rəbbin insanları əhatə etmişdir. Sənə göstərdiyimiz röyanı və Qur’anda lənətlənmiş ağacı xalq üçün yalnız sınaq qərar verdik. Biz insanları qorxuduruq, amma (Bizim xəbərdarlığımız) onlarda tüğyan və azğınlıqdan başqa bir şey artırmır.”

Dəvə adi bir heyvandır. Amma Allah Salehin dəvəsi haqqında “Allahın dəvəsi” təbirini işlədir. Çünki Allaha aid olan hər şey müqəddəsdir. Qur’anda hətta Əbu-Ləhəbin adına belə dəstəmazsız toxunmaq olmaz. Bu ayədə isə Peyğəmbər (s) Əhli-beytinin (ə) qatili olmuş mə’lun ağacdan söz açılır.
Rəvayətlərdə oxuyuruq ki, Əhli-beyt (ə) buyurmuşdur: “Biz Salehin dəvəsindən əskik deyilik, bizə qarşı düşmənçilik fəlakətlə sonuclanır.” “Bihar”, c. 28, s. 206; c. 50, s. 192
Qur’anda İslam Peyğəmbərinin (s) bir neçə yuxusuna işarə olunur: Bədr döyüşü astanasında röyada Allah düşmənləri Peyğəmbərə (s) azsaylı göstərildi.“Ənfal”, 43 Digər bir röyada həzrət Məscidül-Hərama qalib halda daxil olduğunu gördü.“Fəth”, 27 Başqa bir yuxu isə bu ayədə bəyan olunur. Əvvəlki iki yuxu hicrətdən sonra Mədinədə gerçəkləşmişdi. Bu yuxu isə Məkkə dövrünə aiddir. Bəziləri bildirirlər ki, bu röya me’racla bağlıdır. Halbuki me’rac gerçəkdə baş vermişdir, röya isə yuxuda görülənlərdir.
Həmin yuxu və lənətlənmiş ağac bir-birindən ayrı deyil. Çünki hər ikisinin nəticəsi eynidir və bu nəticə xalq üçün fitnədən ibarətdir. Allah lənətlənmiş ağac və onların əməllərini Peyğəmbərə (s) yuxuda göstərdi. Bildirildi ki, bu, ümmətinin fitnə səbəbidir. “Rəbbin insanları əhatə edir” cümləsi ilə Peyğəmbərə (s) təsəlli verildi.
“Şəcərə” həm ağac, həm də budağı olan hər hansı gövdə mənasını bildirir. Bu səbəbdən qəbilə, tayfa da şəcərə adlanır. Həzrət Peyğəmbər (s) buyurur: “Mən və Əli bir şəcərəyik.”“Bihar”, c. 38, s. 309 Əsil-nəsil silsiləsi də “şəcərənamə” adlanır. Demək, lənətlənmiş şəcərə (ağac) dedikdə, lənətlənmiş qövm nəzərdə tutulur.
Ayənin sonunda deyilir ki, lənətlənmiş ağacla bağlı ilahi xəbərdarlıq düşmənlərin yalnız tüğyanını artırdı. “Tuğyanən kəbira” təbiri yalnız bu ayədə işlədilmişdir. Demək, bir lənətlənmiş ağacdan, qövmdən danışılır. Bu qövm zahirən müsəlman olsa da, daxilən münafiqdir və xalq arasında fitnəyə səbəb olur.
Qur’anda bir çox işlər lənətlənmişdir. Məsələn, İblis, yəhudilər, münafiqlər, müşriklər, haqqı gizlədən alimlər, Peyğəmbərə (s) əziyyət verənlər. Amma yalnız münafiqlər müsəlmanlarladır və onlar arasında fitnə törədirlər. İblis, kitab əhli və müşriklərin siması aydındır. Yalnız münafiqlər müsəlman qiyafəsində fitnə axtarırlar.
Bə’ziləri elə düşünürlər ki, lənətlənmiş ağac dedikdə, ilahi əzab vasitəsi olan Zəqqum ağacına işarə olunmuşdur. Amma əzab vasitəsi olan başqa amillər də var və bu səciyyə lənətlənmə göstəricisidir. Fironun qərq olduğu Nil çayı, yolunu azmış qövmlərə əzab gətirən mələklər, Allahın qüdrəti ilə kafirləri məhv edən mö’minlər misal göstərilə bilər.“Tövbə”, 14
Əllamə Təbatəbai “Qədr” surəsi ilə bağlı rəvayətlərdən danışarkən Xətib Bağdadi, Termizi, İbn Cübeyr, Təbərani, Beyhəqi, İbn Mərdəvey kimi sünni, “Kafi” kitabının sahibi Kuleyni kimi şiə alimlərindən belə nəql edir: Həzrət Peyğəmbər (s) yuxuda öz minbərindən meymunların yuxarı qalxdığını görüb çox qəmgin oldu. Cəbrail nazil oldu. Həzrət öz yuxusunu ona danışdı. Cəbrail səmaya qalxıb çox keçməmiş qayıtdı və özü ilə bu ayələri gətirdi: “Görmürsənmi, əgər onlara illər uzunu bəhrə versək, sonra vəd olunmuş əzab soraqlarınca gəlsə, dünyadan aldıqları bəhrənin heç bir faydası olmayacaq.”“Şüəra”, 205-207 Bu röya həm də “Qədr” surəsinin nazil olma səbəblərindəndir. Peyğəmbərə (s) təsəlli verildi ki, əgər Bəni-Üməyyənin hakimiyyəti min il çəkərsə, əvəzində sənə min aydan üstün qədr gecəsi əta etdik.
Peyğəmbərin (s) yuxuda meymunları görməsi, onların Peyğəmbərin (s) minbəri ilə yuxarı qalxaraq hakimiyyəti ələ keçirmələri məsələsi imam Baqir (ə) və imam Sadiqdən (ə) də nəql olunmuşdur.“Təfsiri-Tibyan” Şiə və sünni təfsirçiləri bildirirlər ki, lənətlənmiş ağac (şəcərə) dedikdə Bəni-Üməyyə tayfası nəzərdə tutulmuşdur. İmam Səccad (ə) buyurur: “Cəbrail meymunları Bəni-Üməyyə kimi yozdu. Peyğəmbər (s) soruşdu: “Bu hadisə mənim dövrümdəmi baş verəcək?” Cəbrail cavab verdi: “Xeyr, sənin hicrətindən qırx il sonra!”“Təfsiri-Lahici”
Bəni-Üməyyə arasında ən böyük tüğyan qoparmış, Kərbəla hadisəsini vücuda gətirmiş şəxs Yezid idi. Bu faciə tarixin ən böyük faciəsidir.

Bu hissə "NUR TƏFSİRİ"ndəndir Cild 7, səh.55


#75609 Şiələrə suallar

Написано RahilMR 20 июня 2011 - 11:55

Allahin Salami ve Rehmeti Olsunher bir muselmanin uzerine.
Allahin izni ile haqq axtarmaqa davam.
Shiye teriqetinde bezi mqamlar var ki meni chox chekindirir. Bunlardan en esaslarindan biri ile bashlayim. Xahish edirem shiyelikde Imamlardan (e) ve Peyqemberimizden (s) nese istemek meselesini izah edesiniz. Ehli Sunneden qardashlar bir neche Quran ayesi getirerek bunun kufr olduqunu bildirir. teessuf ki ayeler yadma gelmir. Bu barede hyazir bir meqale ve ya hetta kitab nese hazir bir material varsa xahish edirem verin oxuyum. Sizleri chox eziyyete salmaq istemirem. INSHALLAH olmesek qalsaq hele suallar davam edecek. Allah komeyiniz olsn


Allahın salamı, rəhməti və bərəkəti olsun haqqı axtaran, gördükdə inkar etməyən qövmə.

Mənim əziz qardaşlarım. Bu məsələdə çox incə bir nöqtə var ki, bunu mütləq vurğulamaq lazımdır.
İstər Peyğəmbər olsun, istər imam, istərsə də Allah övliyalarından hər hansı biri və yaxud adi bir insan Allahu Təalanın iradəsi xaricində, yəni müstəqil formada heç bir şey etməyə qüdrəti çatmaz!

Aydındır ki, hərgah bir insan başqasından kömək istəsə, o da həmin işi yerinə yetirməyə qadir olsa onda bu qüdrət iki cür təsəvvür olur:
1-Bəzən bu qüdrət maddi və təbii qüvvələr çərçivəsində olur. Məsələn, bir şəxs başqasından ona bir qab su verməsini istəyir.
2-Bəzən bu qüdrət qeybi qüdrət olur, maddi və təbii qüvvələrin fövqündə və onlardan xaricdə olur. Məsələn, bir kəs İsa ibni Məryəm (ə) kimi Allahın layiqli bəndələrinin əlacsız xəstəlikləri müalicə edə bilməsinə, özünün müqəddəs nəfəsi ilə onlara şəfa verə bilməsinə inansın.
Aydındır ki, belə bir qeybi qüdrətə inanmaq Allahın qüdrət və iradəsinə arxalınıb istinad etməklə olsa, heç vaxt şirkə səbəb olmaz. Çünki maddi və təbii qüdrəti insana əta edən Allah, qeybi qüdrətləri də Özünün bəzi saleh bəndələrinə əta edə bilər.
İndi yuxarıdakı sualın cavabında deyirik ki, ilahi övliyaların qeybi qüdrətlərinə etiqad bəsləmək iki cür təsəvvür olunur:
1-Bir şəxs üçün, "müstəqil təsirin mənşəyi” ünvanı ilə qeybi qüdrətin olmasına inanmaq və o qüdrəti əsl cilvələndirək, belə ki, Allahın işini Allahdan asılı olmayan şəkildə ona isnad verək. Şübhəsiz, Allahın qüdrətinə bağlı olmayan belə bir müstəqil qüdrətə etiqad bəsləmək şirkə səbəb olur. Çünki bu halda Allahdan başqasının müstəqil qüdrətə və əsalətə malik olduğuna inanır, Allahın işini ona mənsub edirik, halbuki bütün qüvvələrin mənşəyi aləmlərin rəbbi olan Allahdır.
2-Allahın layiqli bəndələrindən bəzisinin qeybi qüdrətə malik olmasına inanmaq və eyni zamanda onun, Allahın sonsuz qüdrətindən qaynaqlandığını bilmək. İlahi övliyalar Allahın izni ilə bu sonsuz qüdrətin büruz etmə və cilvələnmə vasitəsidir, onlar özləri heç bir vəch ilə müstəqil deyilləræ əksinə həm öz varlıqlarında, həm də qeybi qüdrətdən istifadə etməklərində böyük Allaha arxalanırlar. Aydındır ki, belə bir etiqad ilahi övliyaları Allah hesab etmək, yaxud ilahi işləri onlara aid etmək mənasına deyildir, çünki bu halda Allahın saleh bəndəsi Allahın izni və Onun qaçılmaz iradəsi ilə özünün Allah verən qeybi qüdrətindən istifadə edərək onu izhar edir. Qurani-Kərim bu barədə buyurur:
وَ مَا كَانَ لِرَسُولٍ اَنْ يَاْتِيَ بِآيَةٍ اِلاَّ بِاِذْنِ اللّهِ
"Heç bir peyğəmbər (öz yanından) möcüzə gətirə bilməzæ yalnız Allahın izni ilə gətirə bilər.” ("Ali İmran” surəsi, ayə:49)
Deməli belə bir etiqad nəinki şirkə səbəb olmur, əksinə tovhid və yeganəpərəstlik prinsipi ilə tamamilə uyğundur.
Quran nəzərindən Allah övliyalarının qeybi qüdrəti
İslamın asimani kitabı tam aşkar şəkildə Allahın izni ilə belə bir möcüzəli qüdrətə layiq olan layiqli bəndələrdən bir qrupunun adını çəkir. Onlardan bəzilərini qeyd edirik:
1-Həzrəti Musa (ə)-ın qeybi qüdrəti
Mütəal-Allah Öz peyğəmbəri Musaya fərman verir ki, əsanı daş parçasına vursunæ bu zaman ondan içməli, sərin su axmağa başlayır:
وَ اِذِ اسْتَسْقَي مُوسَي لِقَوْمِهِ فَقُلْنَا اضْرِب بِعَصَاكَ الْحَجَرَ فَانفَجَرَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَيْنًا
"Musa öz qövmü üçün Allahdan su istədikdə ona dedik: "Öz əsanı daşa vur!” (Bu zaman) ondan 12 çeşmə yarılıb axmağa başladı.” ("Nəml” surəsi, ayə:16)
2-Həzrəti İsanın qeybi qüdrəti
İsa (ə)-ın qeybi qüdrəti Quranın müxtəlif yerlərində bəyan olmuşdur. Onlardan bir nümunəni qeyd edirik:
اَنِّي اَخْلُقُ لَكُمْ مِنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَاَنفُخُ فِيهِ فَيَكُونُ طَيْرًا بِاِذْنِ اللّهِ وَ اُبْرِيءُ الاَكْمَهَ وَ الاَبْرَصَ وَاُحْيِي الْمَوْتَي بِاِذْنِ اللّهِ
"İsa dedi: Mən palçıqdan bir heykəl düzəldib ona üfürürəm, Allahın izni ilə həqiqi bir quş surətinə düşüræ anadangəlmə koru, xora xəstəliyinə tutulanı Allahın izni ilə sağaldıram, Allahın izni ilə ölüləri dirildirəm...” ("Rəsailul-əşr” (Şeyx Tusi), səh.111)
3-Həzrəti Süleymanın qeybi qüdrəti
Quran Süleyman peyğəmbərə əta olunan qeybi qüdrətləri belə bəyan edir:
وَ وَرِثَ سُلَيْمَانُ دَاوُودَ وَقَالَ يَا اَيُّهَا النَّاسُ عُلِّمْنَا مَنْطِقَ الطَّيْرِ وَ اُوتِيْنَا مِن كُلِّ شَيْءٍ اِنَّ هَذَا لَهُوَ الْفَضْلُ الْمُبِينُ
"Süleyman Davudun varisi oldu və dedi: Ey insanlar, bizə quşların dili öyrədilib, hər növ nemətlər bizə əta olunub. Həqiqətən bu, aşkar fəzl və mərhəmətdir.” ("Bəqərə” surəsi, ayə:213)
Şübhəsiz, Musanın əsasının daşa dəyməsi ilə böyük bir daş parçasından içməli su axması, yaxud İsa tərəfindən palçıqdan həqiqi quş yaradılması, əlacsız xəstəliklərə şəfa verilməsi, ölülərin dirildilməsi, həmçinin Süleyman peyğəmbərin quşların dilini bilməsi xariqul-adə bir iş olub, təbii qanunlardan kənardadır ki, bu da qeybi qüdrətin aşkar bir nümunəsidir. Halbuki Quranın bu və digər çoxlu ayələri Allahın layiqli bəndələrinin qeybi qüdrətini bəyan edir. Quranın bu aşkar məzmununa – ilahi övliyaların xariqul-adə qüdrətə malik olmasını göstərən bu ayələrə inanmağımız şirkə, yaxud dində bidətə səbəb olarmı?!
Saleh bəndələrin qeybi qüdrətinə inanmaq onları Allah hesab etmək, yaxud Allahın işlərini onlara aid etmək mənasına deyildir. Çünki belə bir etiqad onların ilahiləşdirilməsinə səbəb olsaydı, onda Quran nəzərindən Musa, İsa, Süleyman və sair peyğəmbərlər məbud hesab olunmalı idi, halbuki bütün müsəlmanların bildiyi kimi, Qurani-Kərim Allah övliyalarını Allahın bəyənilmiş bəndələri hesab edir.
Deməli, Allah dərgahında əziz olan insanların qeybi qüdrətinə iman gətirmək əgər Allahın sonsuz və yenilməz qüdrətinə arxalanmaqla yanaşı olarsa, həmçinin onların Allahın qüdrətinin göstərilməsi üçün bir nümunə və vasitə olduğuna etiqadla yanaşı olarsa nəinki şirk deyil, əksinə həqiqi tovhidlə tamamilə uyğundur. Çünki tovhidin meyarı budur ki, dünyada olan bütün qüdrət və qüvvələri Allaha mənsub edək, bütün qüdrət və hərəkətlərin mənşəyinin Allah olduğunu bilək.


Рейтинг@Mail.ru