Doğrudur, onlar kafir və müşrikdirlər. Çünki, əvvəla onlar Allahın bəyənmədiyi, izn vermədiyi, taxta və dəmir parçasından olan bütlərdən şəfaət diləyirdilər. İkincisi isə, onlar öz şəfaətçilərinə ibadət edirdilər: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik (Zümər-3)”.
Lakin peyğəmbərlər və övliyaların şəfaəti nə şirk, nə də küfrdür.
Peyğəmbər bir nəfər üçün şəfaət edərkən o şəxsin bağışlanmasında Allah ilə şərik olur, yoxsa o şəfaət istəyən şəxslə dua etməkdə şərik olur? Əgər desəniz: Allah ilə şərik olur, Allah üçün şərik qərar verir ki, bu da şirkdir. Yox, desəniz ki, şəfaət istəyən şəxsin istəyində şərik olur, onda elə biz deyəni deyirsiz.
- Vey-sal это нравится