Перейти к содержимому


elmir

Регистрация: 24 дек 2011
Offline Активность: 12 июн 2012 10:26

Мои темы

Dəstəmazı belə edək

11 мая 2012 - 20:34

Ey iman gətirənlər, namaza durarkən üzlərinizi və dirsəklərinizə qədər əllərinizi yuyun və başınıza və iki ayaqlarınızın üzərinə hər iki ayağınızın üstündəki qabarıq yerə kimi məsh edin. (Maidə 6)

Qardaşlar bilmirəm mövzu barədə nəsə yazmısız ya yox amma mənə maraqlıdır ki, niyə şiələr dəstəmaz alarkən suyu dirsəkdən aşağı tökürlər və əlidə dirsəkdən aşağı istiqamətdə çəkirlər? Çünki ayədə "dirsəklərinizə qədər əllərinizi yuyun" deyir və konkret olaraq hansı tərzdə yuyulmasını demir. Suyun yuxarıdan aşağıya pak etdiyini bilirəm amma niyə dəstəmaz alarkən mütləq yuxarıdan aşağıya yumalıyam? Buna aid Peyğəmbərdən s.a.a İmamdan ə.s hədis varmı?

Ricət

09 мая 2012 - 06:36

Ricət, lüğətdə ölümdən sonra təkrar həyata dönmək mənasındadır.
Şiələr əhli-beytdən ə.s gələn rəvayətlərə görə Allah, ölənlərin bir qurupunu öldükləri surətdə dünyaya gətirəcəyinə və onları ucaldacağına və digər bir qrupuda alçaldacağına, haqq olanları haksızlara və məzlumları zalımlara qalib qılacağına inanır. Bu, dünya zülm və haqsızlıqla dolandan sonra ədalət və bərabərliklə dolduracaq olan imam Mehdinin ə.s zühurunda olacaq.

"Tovhid" kitabı, "Nadir rəvayətlər" babı

23 апреля 2012 - 14:48

1 - Əbu Abdullahdan (İmam Sadiq əleyhissalam) "Onun üzündən başqa hər şey məhv olacaq" (Qəsəs, 88) ayəsinin mənası soruşuldu.
Buyurdu ki: «Bu ayə barədə nə deyirlər?»
Sualı soruşan adam dedi ki: "Allahın üzü xaric, hər şey yox olacaq." deyirlər.
Buyurdu ki: «Şübhəsiz böyük səhv ediblər. Halbuki bu ayədə nəzərdə tutulan, Allaha gedən yol mənasında üzün yox olmayacağıdır.

2 - Əbu Abdullah (İmam Sadiq əleyhissalam) "Onun üzü xaricində hər şey həlak olacaq" (Qəsəs, 88) ayəsinin mənası barədə deyib:
«Kim Allahın, Məhəmmədə (sallallahu əleyhi və alihi) verdiyi əmrlərini yerinə yetirərsə, onun bu davranışı həlak olmayacaq üzdür. Necə ki, Allah, belə buyurmuşdur: "Kim Rəsula itaət etsə, şübhəsiz Allaha itaət etmiş olar." (Nisa, 80)»

3 - Əbu Cəfər (İmam Baqir əleyhissalam) deyib:
«Allahın nəbimiz Məhəmmədə (sallallahu əleyhi və alihi) bəxş etdiyi bizik. Bizik Allahın üzü, aranızda gəzib dolaşırıq. Biz Allahın yaratdıqlarına baxan gözləriyik, qullarına uzanan rəhmət əlləriyik.
Bizi tanıyan tanımışdır, o necədə xoşbəxtdir. Bizi tanımayan da tanımayıb və müttəqilərin imamlığından məhrum olub.»

4 - Əbu Abdullah (İmam Sadiq əleyhissalam) "Ən gözəl adlar Allahındır. Ona bu adlarla dua edin." (Əraf, 180) ayəsinin mənası barədə deyib:
«Allaha and olsun ki, bizik Allahın ən gözəl adları. Belə ki Allah, bizim imamlığımızı qəbul etməyən heç bir qulun əməlini qəbul etməyəcək.»

5 - Əbu Abdullah (İmam Sadiq əleyhissalam) buyurdu ki:
«Allah, bizi yaratdı, əxlaqımızı və şəklimizi gözəl etdi. Bizi qullarının arasındakı gözləri, xalq arasında danışan dili, qullarının arasında açılan şəfqət və rəhmət əli, özünə gedən yolu etdi. Onu göstərən qapıları, göylərinin və yerinin həzinədarları etdi. Bizimlə meyvə verər ağaclar, meyvələr yetişər, çaylar axar.
Bizim bərəkətimizlə göylərdən yağış yağır, qupquru yer yaşıllaşır. Bizim ibadətimizlə Allaha ibadət edildi. Əgər biz olmasaydıq Allaha ibadət edilməzdi.»

6 - ... Əsvəd ibn Səid ravayət edir: Əbu Cəfərin (İmam Baqir əleyhissalam) yanında idim. Mən ona sual vermədiyim halda özbaşına danışmağa başladı və bunları dedi:
«Biz (Əhli-Beyt) Allahın höccətiyik. Biz, Allahın qapısıyıq. Biz Allahın diliyik. Biz Allahın üzüyük. Biz Allahın qulları arasındakı gözüyük. Biz Allah adına Onun qullarını idarə edənik.»

7 - ...Zürarə deyir ki, Əbu Cəfərdən (İmam Baqir əleyhissalam) "Bizə zülm eləmədilər, özlərinə zülm elədilər" (Bəqərə, 57) ayəsinin mənasını soruşdum.
Buuyurdu ki:
Allah zülm edilməkdən uludur, üstündür amma bizi özü ilə birlikdə zikr etmişdir və bizə edilən zülmü özünə edilən zülm kimi dəyərləndirmişdir, bizim vilayətimizi öz vilayəti bilmişdir.



Abu Zeyd - Allahı görmək mümkündür

09 февраля 2012 - 09:52

http://www.youtube.com/watch?v=yJAGPaqL_8I&feature=related

Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. (Musa) dedi: “Ey Rəbbim! (Özünü) mənə göstər, Sənə baxım”. O dedi: “Sən məni görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən”. Rəbbi dağa göründükdə onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi. Özünə gəldikdə isə dedi: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!” (Əraf 143)

Allah özü deyir ki, sən məni görə bilmərsən. Allah deyir o dağ yerində qala bilsə, əgər dağ yerində qala bilmirsə, Abu Zeyd necə dayanacaq görəsən. Deyir ki, Musa Allahdan mümkün olmayan bir şeyi istəməz bəs niyə tövbə edir?! Açıq aşkar bir ayəyə gör necə məna verirlər. Allah səni hidayət etsin ay Abu Zeyd. Sən hidayət olsan bəlkə ardınca gedən düşüncəsizlərdə hidayət oldu.

Əbu Bəkrin "peyğəmbərlər irs qoymur" sözünün yalan olmasına sübut

18 января 2012 - 14:36

Nisa 11 - "Allah sizə övladlarınız (ın mirası) barəsində oğlanın payının iki qızın payı qədər olmasını tövsiyyə edir." Bu ayə ümumi ayədir və peyğəmbərlərədə aitdir.

Məryəm 5 - "...Buna görə də mənə Öz dərgahından varis olacaq bir övlad əta et.

Məryəm 6 - "(Övlad əta et) ki, mənim və Yəqub övladlarının varisi olsun.

Nəml 16 - "Suleyman (peyğəmbərliyi, elmi, möcüzəni və mal-dövləti) Davuddan irs olaraq apardı ..."

Рейтинг@Mail.ru