Перейти к содержимому


fidan

Регистрация: 22 мар 2009
Offline Активность: Скрыто

#80558 Bu gününüz necə keçdi?

Написано fidan 15 сентября 2011 - 14:24

al-İslamQelem qardaş, Allah razi olsun. Allah Təala cümlə iman əhlinə hər iki dünyada sevinc bəxş etsin. Amin!


#80410 Bu gününüz necə keçdi?

Написано fidan 12 сентября 2011 - 12:02

Ramazan ayı keçəndən sonra insana bir darıxmaq gəlir. Amma yenə günlərim pis keçmir, Alhamdulillah. Bütün günlərim belə keçsin))) Bu günlərdə çox sevdiyim Şəmsinin xeyir işləridir, dünən xinayaxdısı, 1-2 günə də inşAllah toyu. Allah xoşbəxt etsin, bütün subaylarımızçun olsun.


#80409 Mənəvi yuxular

Написано fidan 12 сентября 2011 - 11:49

Allah-təala Şimrə necə əzab verir?

Əllamə Əminin oğlu nəql edir ki, atam ağlayaraq mənə dedi: Çoxdandır düşünürdüm ki, görəsən Allah-təala Şimrə necə cəzalandırır. Bir gün gecə yuxuda Əmirəlmömininı(ə) çox səfalı bir məkanda gördüm. Və özüm də onun xidmətindəyəm. Yanında iki kuzə var idi. Mənə buyurdu: Əmini, kuzələri götür get və oradan su gətir. Əlilə işarə etdiyi tərəf çox səfalı və təravətli idi. Bol sulu hovuz və ətrafında da yaşıl ağaclar var idi ki, təsvir etmək mümkün deyil.

Kuzələri götürüb ora yollandım. Kuzələri doldurub Əmirəlmömininin(ə) yanına qayıtmaq istəyirdim ki, gördüm hava qızmağa başladı. Uzaqdan bir nəfərin mənə yaxınlaşmasını gördüm. O şəxs nə qədər yaxınlaşırdısa hava bir o qədər hərarətli olurdu. Elə bil bütün hərarət ondandır. Yuxuda mənə ilham oldu ki, bu Hz.Hüseynin(ə) qatili Şimrdir. Mənə çatdıqda hava o qədər isti oldu ki, təhəmmül etmək mümkün deyildi. Və az qalırdı ki, məlun Şimr həlak ola. Məndən su istədi. Dedim ki, ölərəm amma sənə bir damcı belə su vermərəm. Birdən mənə hücum etdi. Kuzələrin Əmirəlmömininə(ə) aid olduğunu bildiyim halda belə onları vurub yerə sındırdım ki, əlimdən ala bilməsin. Kuzənin sınması ilə su dağıldı və buxarlandı. Məndən naümid olan Şimr üz tutdu hovuza tərəf. Mən onun su içib sirab olacağını düşünüb kədərlənmişdim ki, onun hovuza yaxınlaşması ilə hovuz qup-quru oldu. Elə bil illərdir orada su olmayıb. Hovuzun ətrafındakı ağaclar belə solub qurudular. O məyus halda gəldiyi yolla geri qayıtdı. Uzaqlaşdıqca hava yenə sərinləməyə başladı və səfalı və təravətli oldu. Hovuz isə yenə su ilə doldu və ağaclar yam-yaşıl oldular.

Hz.Əlinin(ə) hüzuruna gəldim. Həzrət(ə) təbəssüm edərək mənə buyurdu: "Allah-təala o məlunu bu cür əzab edir. Əgər o sudan bir damcı içərsə, onun üçün hər bir zəhərdən acı olacaq və çəkdiyi bütün dərdlərdən daha ağır olacaq." Elə bu vaxt yuxudan ayıldım.


Yaxın qohumlarımdam bir seyyidə xanım buna oxşar bir yuxu görmüşdü. Danişıqdı ki, Yuxuda çox isti bir səhradaydım. bir az yol getdim qarşıma bir nəfər çıxdı ikiqat olmuş halda, gördüm susuzluqdan inildəyir. İstədim ona su verdim ki, içsin. Dedi mən onsuz da bunu içə bilməyəcəm, içsəm də bogazima zəhər kimi düşəcək. Sonra mənə baxıb dedi ki, mən sənin babalarını susuz qoyan, başlarına müsibət açan Yezidəm, sən isə mənə su verirsən. Xanim deyir ki, sonra uzaqlaşdım onun yanindan və mənə dedilər ki, bu cəza ona verilən cəzalardan biridir.


#70599 Türkiyə və İranlı möminlərin fərqi

Написано fidan 17 марта 2011 - 12:22

Salam əzız mömin və möminələr!

Aydındır ki, turklər və iranlılar məzhəblərinə görə fərqlı musəlmanlardır. Mövzunun məqsədi siyələr və sünnilərin arasında olan fərqləri araşdırmaq deyil.

Hər şeydən əvvəl, ibadət əhlı, onlarin həyat tərzi, Allahla rabitəsindən yazmağı təklıf edirəm. Möminlərin imanları, onun möhkəmlıyı milli-ənənəvi xüsüsiyətlər daşıyır. Möminlər Allah-Təalanin ən sevimli və şükürlü bəndələridir. Onlarin sevinci və xoşbəxtlıyı üca Tanrının inayətidir.

Dünyəvi ölkədə yaşayan türk mömin qardaş və bacılarla, islam ölkəsi olan İranda yaşayan möminlərin həyat-tərzi və azadlıqları ciddi fərqlənir. Nəzərə alaq ki, onlar bizimlə həm din qardaşlarıdır və həm də vahid etnos (iran azərbaycanlıları) təşkil edirlər.

Sülh və əminamanlıq şəraitində insanlar daha cox optimist olur və yaxşı mənada əylənməyə meyilli olurlar. Bu onlarin ibadətini daha da gücləndirir. Və onlar zillətdən üzaqdırlar. Belə bir fonda sıravi türk dindarı iranlıdan daha cox azad görünür.
Gəlin fikirlərimizi, şəxsi həyatda möminlərlə əlaqədar rastlaşdığimiz halları və hadisələri bölüşək.
Məsələn, işgüzar turk və iran möminləri namazı işlə necə, hansı şəraitdə birləşdirir?


Salam Aleykum qardaş, məncə fərq elə dövlətin özündədir. Dini dövlətdə imanı gücləndirmək asandır, televizorlarda, küçələrdə əxlaqsızlıq baş alıb getməyəcək hər halda. İranda bu mənada yaşamaq asan olar. Amma türk baci-qardaşların da arasında imanlı insanlar çoxdur. İman isə elə imandır. Sülh və əmin-amanlıqdan məncə indi heç bir müsəlman ölkəsində danişmaq mümkün deyil. Bütün dünya çalxalanır. Bütün müsəlmanlarda gördüyüm bir xüsusiyyət var ki, onu bizim ziyalılar qəbul edə bilmirlər. Mən elm sahəsində işlədiyim üçün daha çox xarici müsəlman ölkələrindən olan aspirantlar haqqında deyə bilərəm. Namaz vaxtinda onlar rəhbərlıərinin yanında belə olsalar 10 dəqiqə vaxt ayırıb, harda olmalarından asılı olmayaraq tez namazların qılırlar. balaca dəstərxanları da həmişə ciblərində olur. Bizim ziyalılara - yəni bu aspirantların rəhbərlərinə isə elə gəlir ki, bu tələbələr saymamazlıq edirlər. Bəzən buna görə mübahisələri olur.

Belədə isə geydirmə möminlər bizdə də var, onlarda da)))


#70595 Bu gününüz necə keçdi?

Написано fidan 17 марта 2011 - 11:58

Hele ki, salamatçılıqdı. Bayrama hazırlaşırıq. Her kesin Novruzu kutlu olsun. Yeni ilimiz uğurlu gelsin!

Amin bacı.
  • tatar. это нравится


#70594 Bu gününüz necə keçdi?

Написано fidan 17 марта 2011 - 11:56

maragli gundu.

Qisaca yuxudan durdum.Bir az o yana bir az bu yana getgel etdim.Sonrada ata oldum
:blushL:

indide forumda usag adlari temasini axtariram.isteyrem forumda beyenilen adlardan birini qoyam.

Təbrik edirəm Qələm qardaş, Allah övladlarınızın xeyrini, sevincini nəsib etsin daima. Hərdən şerlərinizlə də bizi sevindirin))) Yoxsa Al-İslam qardaş bizim bölmənin fatihəsin vermək istəyir. Moder olan kimi hərbə-zorba gəlməyə başlayib)))


#70589 Forumun inqilabi qərərgahı

Написано fidan 17 марта 2011 - 11:19

Deyəsən fitnəni sən yaratmaq istəyirsən axı? :rolleyes:


Forumun deyuro rəhbərini "kukla" adlandırmağın, elə ən böyük fitnədi. Ona görə də, mən al-Fatha müraciət edirəm! Belə məmurlarnan heç hara gedəmmiyəssən!

al-Islam qardaş, indi boynunuza alın görüm rənginizin yaşıllaşması üçün neçə paçka yaşıl rəng-dən istifadə etmisiz? (korrupsiya ilə mübarizə dövründə)))))
  • Şair это нравится


#65994 Hacı Arif Buzovnalı

Написано fidan 19 ноября 2010 - 16:22

Mənə qıyma

Ilahi, mənə bir az güc ver,
Çox yox, bir az.
Sabaha çıxa bilim.
Həyatdan üzülüb əlim,
…Bəla ver, cəfa ver,
Nə iləsə başımı qat,
Ya da öldür,yenidən yarat.
Məni ümüdsüz qoyma,
Mənə qıyma.
Ayağımdan çəkir
Yolların boşluğu,
Duymuram qumluğu, daşlıgı.
Gözümdən ələnir
Rəngbərəng şəkillər
Onlarda həyat var, nicat var.
Ələnib gedirlər.
Ömrümdə ən yaxın sandığım,
Adına dindiyim, oduna yandığım
Ən şirin günlərim
Bivec bir küləyin əsiri.
Anlaya bilmirəm bu sirri.
Küləyin gücü çox,
Mənimsə gücüm yox.
Ilahi, kömək ol, nəfəs ver.
Yaşamaq,
Səadət yükünü daşimaq
Nəsib et mənə də.
Üzümü tutmuşam qibləyə yenə də.
Ardımca gülən də olacaq,
Ardımca gələn də olacaq,
Könlümü duyan da olacaq,
Halımı bilən də olacaq.
Bilirəm kimlərsə
Qədrimi biləcək sonda,
Amma,
Mən olmayacağam onda.
  • Shemsi это нравится


#65993 Hacı Arif Buzovnalı

Написано fidan 19 ноября 2010 - 16:21

Sənsizliyə tab eyləyə bilsəydi bu könlüm
Məcnun kimi gündüz-gecə çöllərdə gəzər…dim,
Məcnun kimi çöllərdə gəzərdim və dözərdim.


Qəlbimdə əgər bilsə idim vəslə güman var,
Köksümdəki hər bir ucalan dağı çapardım,
Köksümdəki hər dağı çapardım və tapardım.


Olsaydı əgər mümkün o dünyaya gedəndə
Bir dəfə səni görməyimi arzu edərdim,
Bir dəfə səni arzu edərdim və gedərdim.


Getdin, nədi sevda qəminin zilləti bildim,
Gəlsəydin əgər sevgidəki zövqü bilərdim,
Gəlsəydin əgər zövqü bilərdim və ölərdim.


Bəxt ulduzumu olsa idi görməyə imkan,
Zülmətlər içindən özümə bir yol açardım,
Zülmətlər içindən yol açardım və qaçardım

Audio: http://share.az/6zv2...k__ser_.mp3.htm


#65523 Che Guevara və Turan

Написано fidan 12 ноября 2010 - 14:46

Ay qardaş bəsdirin də bu milləti, dövləti ləkələdiz. Montaj olunmuş nə bilim hansısa videolar höccət deyil. Mən siyahıya baxdım. Nə qədər müstəqil namizədlər seçilib?! YAP həmin dairələrdə uduzub. Da nə deyim, bu o deməkdir ki, seçkilər necə keçib. :victoryL:


Əəəə hə eeey boooy . Şəfaf oluf . Videolarda hamısı montajdı.

Mən də deyirəm şəffaf olub)) Şəffaf nə deməkdir ki, yəni o tərəfindən bu tərəfi görünən. Yəni nəticələri əvvəcədən görünürdü də)))


#65282 Che Guevara və Turan

Написано fidan 08 ноября 2010 - 17:31

Saray hərbçiləri ilə Zəngəzur dağları arasındakı əlaqəni ne illah elədim tapa bilmədim

Saray qəsəbəsində hərbi hissə yoxdu axıııı.

Seçkilərdən sonra daha bunun bir fərqi yoxdur qemendir qardaş ))
Seçkilərdə o qəddər, o qədddər şəffaf keçib ki, day deməli deyil.


#65277 "ALMA" qəzeti bağlandı.

Написано fidan 08 ноября 2010 - 16:52

Heç açılan günü olmasın.


#64212 Əli ayağı.

Написано fidan 22 октября 2010 - 11:45

Boş şey niyə? Bir şey Hz.Əlinin(ə) adı ilə bağlıdır, ora Allahən inayəti nazil olur.

Ağlıma yaxşı fikir gəlib. Bəlkəm bidənə pir açım ? :)

Ömərin adı ilə bağlı olan yerlərədə Allahın inayətin gözləməyin

"Əli ayağı" piri ilə bağlı isə həm də oxumuşam ki, kənd möminlərindən biri yuxuda görüb ki, Həzrəti Əli ə.s. həmin yerə gəlib. Bu piri ziyarət edirəm, məni aparan Həzrəti Əli (ə) sevgisidir.


#63775 Həzrət Yusuf (ə) filminə bir baxış

Написано fidan 18 октября 2010 - 12:18

İran aktrisalarından bəzilərinin fotolarına buradan baxa bilərsiniz:
http://www.pic2p30.com/post/category/2
Seçim doktorundur...

Bu aktrisalarin yarısının burnu əməliyyatdan çıxıb. İndi Hafiz bunların döymə qaşların, döymə xalların, n say qədər əməliyyat olunmuş burunların görsəydi sözlərin geri götürərdi.


#63356 Любимые стихи

Написано fidan 12 октября 2010 - 11:53

Səhv düşəndə yerimiz

Duman dağı dolanar
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar
…Müsibət oluruq biz
Səhv düşəndə yerimiz

Umman gəmmisi çayda
Oturar üzməz!
Çay gəmisi dağ boyda
Dalğaya dözməz.
Dözümsüz oluruq biz
Səhv düşəndə yerimiz

Muğan həsrət yağışa
Buludlar xəsis.
Yagış tökur talışa
Hey-hey gərkəsiz
Gərəksiz oluruq biz
Səhv düşəndə yerimiz.

Küt bıcaq parıldayıb,
Xırçıltı salıb.
Qılınc qında pas atıb
Qında kor qalıb.
Heyif, kor qalırıq biz
Səhv düşəndə yerimiz

Ağ biləklər gül çöllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Qızıl gül satar.
Qeyrətsiz oluruq biz
Səhv düşəndə yerimiz

Tarın pərdələrinin
Düzünə qurban.
Yerdəyiş et birini
Xaric vurarsan.
Xaric səslənirik biz
Səhv düşəndə yerimiz

Qabil.




Рейтинг@Mail.ru