Перейти к содержимому


Mumin

Регистрация: 20 апр 2009
Offline Активность: 15 дек 2015 08:17

#95903 Shiyelere suallar

Написано Mumin 05 октября 2012 - 19:16

Şiələrə iki sualım var?
Birinci sual:
Hüseyn(ra)Allahdır yoxsa Allahdan qeyrisi?
İkinci sual:
Şiddətli bəla anında Hüseynə(ra) dua etmək olar?

Ş İ Ә V Ә S Ü N N İ L Ә R İ N A L L A H B A R Ә D Ә
E ’ T İ Q A D L A R I .
Bu mövzuda zikr olunan әn mühüm mәsәlә Allahı görmәk mәsәlәsidir. Әhli-sünnәt
axirәtdә hәr bir möminin Allahı görә bilәcәyini sübut etmәyә çalışır. Buxari, Müslim
kimi sünni sәhih kitablarını oxuduqda, mәcazi şәkildә deyil, hәqiqi görmәyi tә’kid edәn
rәvayәtlәri tapırıq.1 Hәmçinin o kitablarda Allahı oxşatmaq tapırıq. O gülür2, gәlir vә
yeriyir vә dünya sәmasına enir.3 Әlamәt olaraq tanınacağı budunu açır4 vә ayağını
cәhәnnәmә qoyur vә o da dolub deyir: “Bәsdir” vә Allahın uzaq (münәzzәh) olduğu vә
sair sifәtlәr.5
Xatırlayıram, Afrikanın şәrqindә Keniyanın Lamu şәhәrindә olanda, mәscidin
daxilindә namaz qılanlara moizә edәn bir vәhhabi imamı gördüm ki, deyirdi: “Allahın
iki әli, iki ayağı, iki gözü vә bir üzü var” Mәn bunu qәbul etmәdikdә Qur’an ayәlәri
gәtirmәyә başladı:

“Yәhudilәr dedilәr: “Allahın әli bağlıdır”. Dediklәrinә görә onların әli bağlandı
vә lәnәtә gәldilәr. Әksinә, Allahın әllәri açıqdır…” (Maidә surәsi, 64-cü ayә)

“Vә dedi: “Bizim gözlәrimizlә gәmini düzәlt”…” (Hud surәsi, 37-ci ayә)

“Hәr bir şәxs fanidir, amma rәbbinin üzü baqi qalar…” (Әr-Rәhman surәsi, 27-ci
ayә)
1 “Sәhih әl-Buxari”, c. 2, sәh. 47; c. 5, sәh. 179; c. 6, sәh. 33
2 “Sәhih әl-Buxari”, c. 4, sәh. 226; c. 5, sәh. 47-48; “Sәhih Müslüm”, c. 1, sәh. 114-122
3 “Sәhih әl-Buxari”, c. 8, sәh. 197
4 “Sәhih әl-Buxari”, c. 8, sәh. 182
5 “Sәhih әl-Buxari”, c. 8, sәh. 187 vә 202
ŞİӘ VӘ SÜNNİLӘRİN ALLAH BARӘDӘ E’TİQADLARI ..................................................................... 27
Mәn dedim: “Dәlil gәtirdiyin bütün bu ayәlәr mәcazidir”. O cavab verdi ki, “Qur’an
hamısı hәqiqәtdir, orada mәcaz yoxdur.” Mәn soruşdum, bәs bu ayәyә nә deyirsәn?

“Bu dünyada kor olan axirәtdә dә kor olar…” (İsra surәsi, 72-ci ayә)
Bu ayәni hәqiqi mәnayamı yozursunuz? Vә dünyada kor olan axirәtdә dә kor
olacaqmı? O belә cavab verdi: “Biz Allahın әlindәn, gözündәn vә üzündәn danışırıq,
korlarla işimiz yoxdur.”
Mәn dedim: Yaxşı, korları keçәk, bәs bu ayәyә nә deyirsәn?

“Hәr bir şey fani olacaq, tәkcә rәbbinin üzü qalacaq…” (Әr-Rәhman surәsi, 27-ci
ayә)
O, mәsciddәkilәrә baxıb dedi: “Sizin içinizdә bu ayәni başa düşmәyәn varmı?
Dediyin bu ayә, bu ayә kimi aydındır:”

“Rәbbinin üzündәn başqa hәr bir şey hәlak olar”. (Qәsәs surәsi, 88-ci ayә)
Mәn dedim: Sәn aranı qarışdırdın. Qardaşım, biz Qur’an barәsindә ixtilafda olduq.
Sәn iddia etdin ki, Qur’anda mәcaz yoxdur, hamısı hәqiqәtdir. Mәn isә belә iddia etdim
ki, Quranda mәcaz var, xüsusәn Allaha cism verәn vә onu başqa bir şeyә bәnzәdәn
ayәlәr. İndi ki, sәn öz rәyinә belә israr edirsәn, onda belә demәlisәn ki, “Onun üzündәn
başqa hәr bir şey hәlak olar” ayәsinin mәnası budur ki, Onun әllәri, ayaqları vә hәr bir
cismi mәhv olub aradan gedәr, ancaq üzü qalar. Allah-tәala belә şeylәrdәn çox ucadır
(uzaqdır). Sonra üzümü orada olanlara tutub dedim: “Sizlәr bunun dediyi ilә razısız?”
Hamı susdu vә hәmin şeyx dә bir söz demәdi. Onlarla vidalaşıb, onlara hidayәt vә
müvәffәqiyyәt arzulayıb onlardan ayrıldım.
Bәli, bu onların sәhih kitablarında vә mühazirәlәrindә olan Allah barәsindәki
әqidәlәridir. Deyim ki, alimlәrindәn bәzilәri bunu inkar edir, lakin әksәriyyәti (çoxu)
qarşısında bulud olmayan on dörd gecәlik ayı gördüklәri kimi axirәtdә dә Allahı
görәcәklәrinә inanırlar vә onlar dәlil olaraq aşağıdakı ayәni gәtirirlәr:
ŞİӘ VӘ SÜNNİLӘRİN ALLAH BARӘDӘ E’TİQADLARI ..................................................................... 28

“O gün üzlәr tәzә tәr olacaq, öz rәbblәrinә baxacaq”. (Qiyamәt surәsi, 22-23-cü
ayәlәr) 1
Bu xüsusda imamiyyә şiәlәrinin әqidәlәriylә tanış olduqda insan daxilәn rahat olur.
Allaha cism verәn vә Allahı hәr hansı bir mәxluqa bәnzәdәn Qur’an ayәlәrini,
bәzilәrinin güman etdiklәri kimi, hәqiqi mәnaya vә sözlәrin zahirlәrinә deyil, mәcazi
mәnaya izah etdiklәrini qәbul etmәklә insan ağlı razı qalır. İmam Әli (ә) bu barәdә
buyurur:

“O, elә bir mәbuddur ki, dәrin düşüncәlilәr belә, Onu idrak etmәkdә acizdir. Әql vә fikir
dәryasına dalanlar Onun zatının әslinә vara bilmәz. Elә bir hüdud yoxdur ki, sifәtini әhatә edә
bilsin, bir vәsf (tә’rif) yaradılmayıb ki, zatına layiq olsun. Onun üçün mәhdud bir an yoxdur.
Onun nәzәrindәn kәnarda zaman yoxdur…”
Allahı başqa bir mәxluqa bәnzәdәnlәrin cavabında İmam Baqir (ә) belә demişdir:

“Әksinә, onun әn incә mәnalarında üstün tutduğumuz hәr bir şey, bizim özümüz kimi
mәxluq vә yaradılmışdır, bizim öhdәmizә buraxılmalıdır…”
Dediklәrimizin isbatı üçün aşağıdakı Qur’an ayәlәri kifayәt edәr.

“…Ona bәnzәr heç bir şey yoxdur…” (Şura surәsi, 11-ci ayә)

“Gözlәr onu (görüB) dәrk etmәz…” (Әn’am surәsi, 102-ci ayә)
1 Bu ayәni Әhli-beyt imam (ә)-ları belә tәfsir etmişlәr ki, o gün üzlәr gözәl vә sevincli olacaq vә
rәbblәrinin rәhmәtinә baxacaqlar.
SÜNNİ VӘ ŞİӘLӘRİN PEYĞӘMBӘRLİK MÖVZUSU BARӘDӘ E’TİQADLARI .......................... 29
Başqa bir ayәdә isә Musa peyğәmbәr Allahdan istәdikdә ki, özünü ona göstәrsin,
belә buyurdu:

“Musa dedi: “Ey rәbbim özünü mәnә göstәr, sәnә baxım”. Allah dedi: “Sәn mәni
әsla görә bilmәzsәn”…”
Ayәdәki " nәhv alimlәrin dediyi kimi әbәdiliyi ifadә edir vә әlbәttә ki, bu elm
mә’dәni, risalәt mözisi, Allahın kitaban elmini miras qoyduğu Әhli-beyt imam (ә)-
larının sözlәrinә әsaslanan şiәlәrin әqidәlәrinin düzgünlüyünә qәti bir dәlildir. Bu
barәdә daha geniş mәlumat әldә etmәk istәyәnlәr Seyyid Şәrәfuddinin “Kәlimәtun
hәulәr ru’yә” kitabı kimi müfәssәl kitablara müraciәt edә bilәrlәr.


#95902 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Написано Mumin 05 октября 2012 - 18:41

P E Y Ğ Ә M B Ә R L İ K
M Ö V Z U S U B A R Ә D Ә E ’ T İ Q A D L A R I .
Şiә vә sünnilәrin arasında münaqişәli mәsәlәlәrdәn biri dә “mә’sumluq”
mövzusudur. Şiә mәzhәbinә görә peyğәmbәrlәr (Allahın salamı onlara olsun) elçi
olaraq göndәrilmәzdәn әvvәl dә, sonra da mә’sumdurlar. Amma sünnilәrin fikrincә,
onlar ancaq Allahın kәlamını bәyan edәrkәn mә’sumdurlar, qalan vaxtlarda isә başqa
adamlar kimi sәhv dә edә bilәrlәr.
Bu mәsәlәyә dair sünnilәrin “sihah” kitablarında bir sıra rәvayәtlәr dә vardır ki,
hәmin rәvayәtlәrә görә Hәzrәti Peyğәmbәr (s) bir neçә dәfә “sәhv elәmiş” vә bә’zi
sәhabәlәr ona düzgün yolu göstәrmişlәr. Misal üçün, Bәdr әsirlәri barәdә guya Hәzrәti
Peyğәmbәr (ә) sәhv elәyib, Ömәr isә düzgün qәrar verib vә әgәr Ömәr olmasaymış
Peyğәmbәr (s) hәlak olacaqmış.1 Nәql elәdiklәri başqa bir rәvayәtә görә isә Hәzrәti
1 Bunu ibni Kәsir “әl-Bidayә vәn-Nihayә” adlı kitabında, İmam Әhmәd Hәnbәl, Müslim, Әbu Davud vә
Tirmizidәn nәql edibdir.
SÜNNİ VӘ ŞİӘLӘRİN PEYĞӘMBӘRLİK MÖVZUSU BARӘDӘ E’TİQADLARI .......................... 30
Peyğәmbәr (s) Mәdinәyә gәldiyi vaxt Mәdinә әhalisinin xurma ağaclarını
döllәndirdiklәrini görüb onlara “Ağacları döllәndirmәyә ehtiyac yoxdur, ağaclar özözünә
döllәnir vә meyvә verirlәr”-deyibmiş. Lakin xurma ağacları meyvә vermәyir.
Әhali bunu gördükdә Peyğәmbәr (s)-in yanına gәlib vә şikayәt edir. Peyğәmbәr (s) dә
belә deyir:

“Siz dünya işlәrini mәndәn yaxşı bilirsiniz”.
Başqa bir rәvayәtә görә isә Hәzrәt (ә) belә demişdir:


“Mәn dә insanam. Әgәr dininizlә әlaqәdar bir şeyi әmr etsәm onu әldә edin, әgәr öz
görüşümdәn bir şey nәql etsәm, mәn dә insanam”.1
Sünnilәrin nәql etdiyi başqa bir rәvayәt dә budur: Guya Hәzrәti Peyğәmbәr (s)-i
sehirlәyiblәr vә o Hәzrәt (s) bir neçә gün sehirlәnmiş vәziyyәtdә qalıb vә gün әrzindә
nә elәdiyini bilmirmiş. Hәtta qadınları ilә әlaqәdә olduğunu güman elәyir2 vә
görmәdiyi bir işi dә gördüyünü xәyal edirmiş.3
Başqa bir rәvayәtә görә isә guya Hәzrәt (s) namaz qılarkәn çaşmış vә neçә rәk’әt
namaz qıldığını bilmәmişdir4 vә ya namazda yuxulamış vә yuxusu o qәdәr dәrin imiş
ki, xorultusunu eşitmişlәr vә oyanandan sonra da dәstәmaz almadan namaz qılmışdır.5
Yenә belә nәql edirlәr ki, guya o Hәzrәt (s) qәzәblәnәr, bә’zәn lә’nәtә layiq olmayan
kimsәlәri dә söyәr, sonra da belә deyәrmiş:

“Ey Allahım, mәn dә insanam, müsәlmanlardan hәr birini söysәm, ya lә’nәt etsәm, sәn
bunu onun üçün bir sәdәqә vә rәhmәt hesab et”.6
1 “Sәhihi-Müslim”,Әl-Fәzail kitabı, c.7, sәh.95;“Müsnәdu Әhmәd ibni Hәnbәl”, c.1, sәh.162 vә c.3, sәh.152
2 “Sәhih әl-Buxari”, c. 7, sәh. 29
3 “Sәhih әl-Buxari”, c. 4, sәh. 68
4 “Sәhih әl-Buxari”, c. 1, sәh. 123 vә c. 2, sәh. 65
5 “Sәhih әl-Buxari”, c. 2, sәh. 37, 44, 171
6 “Sәhih әl-Buxari”, c. 8, sәh. 96; “Sünәn әd-Daremi” “Әr-Riqaq”
SÜNNİ VӘ ŞİӘLӘRİN PEYĞӘMBӘRLİK MÖVZUSU BARӘDӘ E’TİQADLARI .......................... 31
Nәql etdiklәri başqa bir rәvayәtә görә guya Hәzrәt (s) Aişәnin evindә uzanıbmış vә
budları görünürmüş. Әbu Bәkr içәri girir, Hәzrәt (ә) elә o vәziyyәtdә onunla danışır.
Sonra da Ömәr içәri girir, Hәzrәt (s) eyni vәziyyәtdә Ömәrlә dә danışır. Amma Osman
içәri girmәk üçün icazә istәyәndә, Hәzrәt (s) qalxıb oturur vә paltarını düzәldir. Aişә
bunun sәbәbini soruşanda, Hәzrәt (s) belә cavab verir:

“Mәn mәlәklәrin utandığı şәxsdәn utanmayacağammı?”1
Yenә rәvayәt edirlәr ki, Hәzrәt (s) guya Ramazan ayında cünub olurmuş vә buna
görә sübh namazını qıla bilmirmiş.2
Hәmin mәnbәlәrdә bu kimi ağlabatmayan vә Peyğәmbәr (s)-in mәqamına
yaraşmayan bir çox rәvayәt vardır ki, onları nәql etmәyә lüzum yoxdur.3
Şiәlәrә gәldikdә isә, qeyd etmәk lazımdır ki, onlar Әhli-beyt imam (ә)-larından
aldıqları tә’limә görә peyğәmbәrlәri, xüsusilә dә peyğәmbәrlәrin sonuncusu Hәzrәti
Mәhәmmәd (s)-i bu kimi puç vә şә’nlәrinә yaraşmayan sifәtlәrdәn uzaq bilir vә
Peyğәmbәr (s)-in hәr cür günah, pislik vә sәhvdәn pak olduğuna inanırlar. Şiә
mәzhәbinә görә Hәzrәti Peyğәmbәr (s) hәr cür günah, xәta, sәhv, unutqanlıq, sehr vә
ağlı aradan qaldıran bütün tә’sirlәrdәn uzaqdır. Hәtta Hәzrәti Peyğәmbәr (s) yeriyәndә
bir şey yemәk, uca sәslә gülmәk, yersiz zarafat etmәk vә sairә bu kimi xalqın gözündә
eyib sayılan işlәrdәn çәkinirdi. Hәlә qalsın Peyğәmbәr (s)-in başqalarının gözü
qarşısında üzünü arvadının üzünә dayayıb zәncilәrin oynamalarına tamaşa etmәsi.4
Yaxud arvadının da olduğu bir müharibәdә arvadı ilә qaçış müsabiqәsi vermәsi.5
Şiә mәzhәbi Peyğәmbәr (s)-in mә’sumluğu ilә uyğun olmayan bu cür rәvayәtlәrin
Әmәvilәr vә onların nökәrlәri tәrәfindәn uydurulduğuna inanır. Çünki Әmәvilәr
istәyirdilәr ki, bu yolla öz utandırıcı işlәrinә bәhanә quraşdırsınlar.
1 “Sәhih Müslüm”, c. 7, sәh. 117
2 “Sәhih әl-Buxari”, c. 2, sәh. 232-234
3 “Sәhih әl-Buxari”, c. 3, sәh. 114 vә c. 7, sәh. 96
4 “Sәhih әl-Buxari”, c. 3, sәh. 228 vә c. 2, sәh. 3
5 “Müsnәdu Әhmәd ibni Hәnbәl”, c. 6, sәh. 75
SÜNNİ VӘ ŞİӘLӘRİN PEYĞӘMBӘRLİK MÖVZUSU BARӘDӘ E’TİQADLARI .......................... 32
Bә’zilәrinin qondarma rәvayәtlәrindә mövzu olan Zeydin arvadı Zeynәbi başını
darayanda gördüyü zaman Peyğәmbәr (s)-in:


“Qәlblәri dәyişdirәn Allahı günah vә nöqsandan uzaq bilirәm” 1 - dediyi vә ya Aişәyә
meyl edib başqa arvadlarına qarşı әdalәtsiz davrandığını vә buna görә dә başqa
arvadlarının bir dәfә Fatimә (s.ә.) ilә bir dәfә dә Cәhş qızı Zeynәb ilә birlikdә gәlib
ondan әdalәtlә davranmasını istәdiklәrini ifadә edәn rәvayәtlәrin doğru olduğunu
qәbul etsәk2, başqa sözlә desәk, әgәr Peyğәmbәr (s)-in sәhv edib hәvәsinә tabe
olduğunu qәbul etsәk, onda Müaviyyә, Yezid, Mәrvan ibni-Hәkәm, Әmr ibni As kimi
böyük günahlar işlәyәn, Allahın haramını halal edәn, günahsız insanları öldürәn
kimsәlәri qınamaq olmaz.
Şiә imamları olan Әhli-beyt (ә) Hәzrәti Peyğәmbәr (s)-in hәr cürә xәta vә günahdan
uzaq vә mә’sum olduğunu bәyan etmiş vә zahiri anlamı ilә bunun әksini ifadә etdiyi
güman edilәn ayәlәrin tә’vilini (bu ayәlәrdә qәsd edilәn hәqiqi anlamları) izah etmişlәr.
Mәsәlәn, (3 9% : i Q ) “Üzünü qırışdırıb döndәrdi” ayәsi kimi zahiri mә’nası ilә
Peyğәmbәr (s)-i bir növ qınadığı güman edilәn vә ya:

“Sәnin keçmişdәki vә gәlәcәkdәki günahını bağışlasın deyә” ya da

“Hәqiqәtәn Allah, peyğәmbәrlәrin tövbәsini qәbul edәr” yaxud da

“Allah sәni bağışlasın, nәyә görә onlara icazә verdin” kimi zahiri mә’nası ilә
Peyğәmbәr (s)-in guya bir növ günah işlәtdiyini göstәrәn ayәlәri Әhli-beyt imam (ә)-
ları Peyğәmbәr (s)-in mә’sumluğunu göstәrәcәk bir şәkildә tә’vil etmişlәr. Çünki bu cür
1 “Cәlaleyn” tәfsiri, “Allahın aşkar etdiyini, öz nәfsindә gizlәdirsәn” ayәsinin tәfsirinә bax.
2 “Sәhih Müslüm”, c. 7, sәh. 136
SÜNNİ VӘ ŞİӘLӘRİN PEYĞӘMBӘRLİK MÖVZUSU BARӘDӘ E’TİQADLARI .......................... 33
ayәlәrdә qeyd edilәn әsl mә’na ayәnin zahirindәn başa düşülәn mә’na deyildir vә
çoxunda mәcazi mә’nalar vardır. Bu cür tә’birlәr әrәb dilindә çoxdur. Qur’ani-Kәrimdә
dә bunun nümunәlәri mövcuddur. Bu kimi mövzularda hәqiqәtin nә olduğunu bilmәk
istәyәnlәr şiә alimlәrinin yazdıqları tәfsirlәr, o cümlәdәn Әllamә Tәbatәbainin yazdığı
“Әl-Mizan”, Ayәtullah Xoinin yazdığı “Әl-Bәyan”, Mәhәmmәdcavad Muğniyәnin
yazdığı “Әl-Kaşif” vә Tәbәrsinin yazdığı “Әl-İhticac” kimi tәfsir vә hәdis kitablarına
müraciәt edә bilәrlәr. Mәn dә bu kitabda hәr iki firqәnin e’tiqadlarına qısa şәkildә işarә
edәrәk şәxsәn inandığım e’tiqadları açıqlamaq istәdiyim üçün mә’sumiyyәtlә әlaqәdar
mövzuların tәfәrrüatına girmәkdәn vaz keçdim. Mәn peyğәmbәrlәr vә onlardan sonra
gәlәn varislәrin mә’sum olduğuna inanır vә bu fikri müdafiә edirәm. Elә bu e’tiqad
mәni arxayın etmiş va şübhә ilә heyrәt qapısını üzümә bağlamışdır.
Peyğәmbәrlәrin yalnız Allahın kәlamını tәbliğ etdiklәri vaxt mә’sum olduğunu irәli
sürәn fikir isә heç bir dәlilә әsaslanmayan bir iddiadır. Çünki belә olsa, onda
peyğәmbәrlәrin filan sözünün Allah tәrәfindәn olduğu vә o biri sözünün isә özündәn
olduğunu ayırd etmәk üçün heç bir dәlil gәtirmәk olmaz. Belәliklә, sözlәrinin bә’zisini
mә’sum, bә’zisini isә qeyri-mә’sumdur deyә ayırd etmәk mümkün deyil vә onun
barәsindә xәta ehtimal oluna bilәr. Dinin müqәddәsliyindә şübhә yaradan bu tәzadlı
baxışdan Allaha pәnah aparıram.
Burada hidayәt olduqdan sonra dostlarımla apardığım bir mübahisәni xatırlayıram.
Mәn onlara Hәzrәti Peyğәmbәr (s)-in mütlәq mә’sum olduğunu sübuta yetirmәyә
çalışırdım. Onlar da mәni Peyğәmbәr (s)-in yalnız Qur’anı tәbliğ etdiyi vaxt mә’sum
olduğuna inandırmağa çalışırdılar. Mübahisә etdiyim şәxslәrin arasında Cәrid1
mәntәqәsindәn bir müәllim dә var idi ki, zәkası, elmi vә maraqlı sözlәrilә mәşhur idi.
Hәmin müәllim dostum bir az düşündükdәn sonra dedi: “Dostlar, mәnim bu mövzu
haqqında bir fikrim var”. Hamımız “Buyurun, söylәyin”-deyә sözü ona verdik. O belә
dedi:
“Ticani qardaşımızın Şiә mәzhәbindәn nәql elәdiyi görüş hәqiqәtәn dә haqq vә
doğru bir görüşdür. Bizim dә Peyğәmbәr (s)-in mә’sumluğuna mütlәq inanmağımız
1 Cәrid mәntәqәsi Tunisin cәnubunda Qәfәsә şәhәrindәn 92 kilometr mәsafәdә yerlәşәn bir mәntәqәdir.
SÜNNİ VӘ ŞİӘLӘRİN PEYĞӘMBӘRLİK MÖVZUSU BARӘDӘ E’TİQADLARI .......................... 34
lazımdır. Yoxsa Qur’anın özünә belә şübhә edәrik”. Onlar “Nәyә görә?”-deyә
soruşduqda dәrhal bu cavabı verdi: “Görәsәn Qur’anın surәlәrinin hәr hansı birisinin
altında Allahın imzası vardırmı?”
Müәllim dostumuzun imzadan söz açmaqda mәqsәdi yazının sonunda onun kimә
aid olduğunu göstәrәn bir әlamәt idi.
Onun bu maraqlı fikri hamını düşündürdü. Çünki bu sözü ilә incә bir mәtlәbә
toxunmuşdu. Tәәssübü olmayan insaflı bir insan ağlı ilә dәrin düşünsә, bu hәqiqәtlә
qarşılaşacaqdır. Qur’anın Allahın kәlamı olduğuna inanmaq onu çatdıran elçinin bütün
davranışlarında vә sözlәrindә mә’sum olduğuna mütlәq şәkildә inanmağı zәruri edir.
Çünki mütlәq şәkildә mә’sum olmayan bir şәxsin Allah-tәalanın kәlamını duyduğunu
iddia etmәsi vә Cәbraili vәhy nazil edәrkәn gördüyünü irәli sürmәsi, o hәqiqәtlәri
görmәyәn insanlar tәrәfindәn qәbul olunmaz. Başqa sözlә desәk, Peyğәmbәr (s)-in әn
böyük mö’cüzәlәrindәn olan Qur’ani-Kәrim o Hәzrәtin haqq peyğәmbәri olduğunu vә
Qur’anın ilahi bir kitab olaraq, Allah tәrәfindәn nazil olunduğunu isbat etmәk üçün
kifayәtdir. Qur’anda mövcud olan bütün tәfәrrüatların, mәsәlәn hәr hansı bir ayәnin,
sözün vә ya hәrfin Allah tәrәfindәn gәldiyinә vә heç bir hәrfin dәyişmәdiyinә inanmaq
Peyğәmbәr (s)-in mütlәq şәkildә hәr cür böyük vә ya kiçik sәhvdәn mә’sum vә uzaq
olduğuna inanmaqdan asılıdır. Şiә mәzhәbi dә Peyğәmbәrlәr haqqında belә bir inama
malikdir. Sözün qısası, şiә mәzhәbinin mә’sumluq mövzusu barәdә baxışı qәlbi arxayın
edәn, şeytanın vә nәfsin vәsvәsәlәrini mәhv edib fitnә axtaranlar, xüsusilә dә iman vә
dinimizi aradan qaldırmaq, Peyğәmbәr (s)-imizin bir nöqsanı olduğunu “isbat” etmәk
üçün bir bәhanә dalınca olan yәhudi, xristian vә din düşmәnlәrinin qarşısını alan çox
sağlam bir e’tiqaddır. Onlar çox vaxtlar “Sәhih әl-Buxari” vә “Sәhih Müslüm”ün
Hәzrәti Peyğәmbәr (s)-ә aid etdiklәri davranış vә sözlәri bizim әleyhimizә dәlil
göstәrirlәr. Halbuki Hәzrәti Peyğәmbәr (s) bu kimi hәrәkәt vә rәftarlardan uzaq vә
pakdır.1
1 Buxari “Sәhih” әsәrinin 3-cü cildinin 152-ci sәhifәsindә ibni Ubey ibni Meymundan nәql edәrәk Aişәnin
belә xәbәr verdiyini yazıbdır: “Hәzrәti Peyğәmbәr (s) bir gün bir nәfәrin mәsciddә Qur’an oxuduğunu
eşitdiyi vaxt belә buyurdu: “Allah ona rәhmәt elәsin. Filan surәlәrdәn unutduğum üçün söylәmәdiyim
behman ayәlәri mәnә xatırlatdı”.”.
.............................................................................................. 35
Әlbәttә, müsәlman olmayanlara Buxari vә Müslimin kitablarında bә’zi zәif
hәdislәrin dә olduğunu inandırmaq çox çәtindir. Çünki onlar dәrhal deyә bilәrlәr ki, bu
kitablar sünnilәr tәrәfindәn qәbul olunan “sәhih” kitablardır.
Sünnilәrә görә Allahın kitabından sonra “Sәhihi әl-Buxari” әn doğru kitabdır.


#89770 Novruz bayramınız mübarək!!!

Написано Mumin 20 марта 2012 - 10:40

Изображение

Bismihi təala
İslamın novruza münasibəti.
Novruz bayramı elə geniş bir coğrafi ərazini əhatə edir ki, onun hansı xalqa mənsub olduğunu və hansı tarixdə yarandığını qətiyyətlə söyləmək bir qədər çətindir. Amma ehtimal etmək olar ki, onun yaranma tarixi ibtidai icma quruluşunun inkişaf etmiş mərhələsilə bağlıdır.
Bəzi görkəmli alimlər Novruz bayramının Babilistanda, eradan əvvəl 3-cü minillikdə keçirildiyini xəbər verirlər. Təxminən həmin dövrdən Azərbaycan ərazisində də bu bayramın mövcud olduğu ehtimalı ortaya çıxır.
Qurani-Kərimdə Novruz və İslam bayramlarına işarə olunmasa da, İslam rəvayətlərindən bəzisində bayram ünvanı ilə qeyd olunmuş mühüm günlər təriflənmiş və ona hörmət edilməsi qeyd edilmişdir. Bayram sözünə Qurani-Kərimdə yalnız bir dəfə, Maidə surəsinin 114-cü ayəsində, rast gəlirik: Məryəm oğlu İsa dedi: «İlahi, ey Rəbbimiz! Bizə göydən yeməklə dolu bir süfrə nazil et ki, o bizim üçün həm birincimiz, həm də sonuncumuz üçün bir bayram və Sənin tərəfindən bir nişanə və möcüzə olsun; və bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan».
Bayram xeyir və bərəkət günüdür və müqəddəs İslam şəriətində Qurban və Fitr günləri bayram adlandırılmışdır. Qurban və Fitrdən əlavə cümə və Qədir-xum günləri də İslam hədislərində bayram ünvanı ilə qeyd olunmuş ən mühüm günlərdir və bu günlərin hər birinin özünə məxsus müştərək və xüsusi mərasimləri vardır.
Şeyx Qumi «Məfatihul-cinan» kitabında Novruz bayramı gününün mərasimlərini və ona aid olan duaları zikr edib. Həmçinin, «Misbahul-mutəhəccid», «Vəsailuş-şiə», «Biharul-ənvar»da Novruzun ədəb və qaydaları yad edilmişdir. Habelə, «Əl-kafi», «Mən la yəhzuruhul-fəqih» və «Dəaimul-islam» kitablarında da Novruzu dolayısı yollarla dəstəkləyən rəvayətlər nəql olunmuşdur. Bunlardan əlavə Novruzun üstünlükləri haqda bir çox kitablar nəşr olunub və bəziləri isə əlyazma olaraq qalmaqdadır.
«İslam dini Novruz bayramını təsdiq edirmi?» - sualı çox insanları düşündürür. Dinin məqsədi bəşəri dəyərləri ali məqama çatdırmaqdır. İslam dini bəşəri bir dindir və bütün insanları özünə cəlb edir. İslam dini heç vaxt milli adət-ənənələrlə mübarizə aparmayıb. Yalnız batil ənənələrə qarşı çıxıb və insanın fitrəti ilə əks olan şeyləri aradan götürüb, milli adət-ənənələrin cəmiyyət üçün xeyir və savabı varsa və fəsadı yoxdursa, İslam dini onu qəbul edir. Belə qədim adət-ənənələrdən biri də «Novruz»dur.
Görəsən, İslam dini tərəfindən «Novruz» bayramını rədd və təsdiq edən bir əmr varmı?

Novruz hədislərdə


Novruz barəsində fikirlər iki qismə ayrılır: bir qrup alim Novruzu alqışlayır və müdafiə edir, digər bir dəstə Novruza qarşı çıxır və onu tənqid edirlər.

Novruzu təsdiq edən hədislər


1. Koleyni (329 h.q) «Əl-kafi»-də belə rəvayət edir: İbrahim Kərəxi deyir: İmam Sadiq (ə)-dan soruşdum: Mehreqan (İranda payız bayramı) və Novruz günü mənə gətirilən hədiyyələri qəbul edim, ya yox?
Buyurdu: Onlar namaz qılandırlarmı?
Dedim: Bəli.
Buyurdu: Onların hədiyyəsini qəbul edin və əvəzini verin. Rəsuləllah (s) belə buyurub: Əgər mənim üçün keçi budu hədiyyə gətirsələr, qəbul edərəm və bu dindarlığın bir əlamətidir. Əgər bir kafir, ya münafiq mənə inək, ya qoyun budu hədiyyə gətirsə qəbul etməyəcəyəm və bu da dindarlığın bir əlamətidir. Allah-Taala münafiq və müşrikin hədiyyələrini bizə rəva bilməyib.
2. Şeyx Səduq (381 h.q) «Mən la yəhzuruhul-fəqih» kitabında belə bir hədis nəql edir: Əli (ə) üçün Novruz hədiyyəsi gətirdilər. Buyurdu: «Bu nədir?» Dedilər: «Ey Əmirəl-möminin, bu gün iranlıların Novruzudur. Bu günü onlar bayram edib, bir-birinə hədiyyələr bağışlayırlar». Buyurdu: «Bizim hər günümüzü Novruz edin».
3. Noman ibn Muhəmməd Təmimi (363 h.q) «Dəaimul-İslam» kitabında rəvayət edir: Əli (ə) üçün (gülab və şərbət) hədiyyə gətirdilər. Buyurdu: «Bu nədir?» Dedilər: «Bu gün Novruzdur». Buyurdu: «Əgər edə bilsəniz, hər günü Novruz edin» (yəni Allaha xatir bir-birinizə hədiyyə verin və bir-birinizin görüşünə gedin).
4. Şeyx Tusi: «Misbahul-mutəhəccid» kitabında bir hədis nəql edir: İmam Sadiq (ə) Novruz günündə buyurdu: «Novruz günü qüsl et, təmiz paltar geyin, özünü ətirlə və o günü oruc tut. Zöhr və əsr namazlarının nafilələrini yerinə yetirdiyin zaman 4 rəkətli namaz qıl. Onun 1-ci rəkətində «Həmd» və 10 dəfə «Qədr» surələrini, 2-ci rəkətində «Həmd» və 10 dəfə «Kafirun» surələrini, 3-cü rəkətində «Həmd» və 10 dəfə «Tovhid» surələrini və 4-cü rəkətdə «Həmd», «Fələq» və «Nas» surələrini de. Namazdan sonra şükr səcdəsini yerinə yetirib, dua et. Bu tərtiblə 50 illik günahların bağışlanar».
5. İbn Fəhd Hilli (841 h.q) «Əl-muhəzzəbul-bare» kitabından bir rəvayət gətirir: İmam Sadiq (ə) buyurur: «Novruz günü Allahın Rəsulunun (s) Qədir-xumda müsəlmanlardan möminlərin əmiri Əli (ə) barədə beyət aldığı və müsəlmanların onun vilayətini təsdiq etmələrini istədiyi gündür. Bu beyətdə möhkəm duranların xoş halına və bu beyətdən boyun qaçırıb onu sındıranların vay halına. Bu, Allah-Taalanın əmri ilə Peyğəmbərin (s) Əli (ə)-ı cinlərin məntəqəsinə göndərib onlardan əhd-peyman almasını istədiyi gündür. Bu, Əli (ə)-ın Nəhrivanlılara qələbə çaldığı və Zussədiyyəni qətlə yetirdiyi gündür. Bu, İmam Zamanın (ə.c) zühur edəcəyi və Allahın izni ilə Dəccala qələbə çalıb, onu Kufənin zibilxanasında dara çəkəcəyi gündür...»
6. Əllamə Məclisi (1111 h.q) «Biharul-ənvar»da belə qeyd edir: Xuneysin oğlu Muəlla deyir: Novruz günü İmam Sadiq (ə)-ın yanına getmişdim. İmam (ə) buyurdu: «Bu günün qiymətini bilirsənmi?» Dedim: «Sənə qurban olum! Bu günü farslar əziz tutarlar və bir-birinə hədiyyə verərlər». Buyurdu: «Kəbənin Allahına and olsun ki, bu qədim bir adətdir». Dedim: «Ey sərvərim! Sizin bunu mənə açıqlamanız əzizlərimizin dirilməsindən və düşmənlərin məhv olmasından daha vacib olar». O zaman buyurdu: «Ey Muəlla! Novruz günü, Allahın bəndələrindən Ona pərəstiş edib şərik qoşmamaları, Peyğəmbər (s) və onların höccətlərinə tərəfdar olmaları və İmamlara iman gətirmələri üçün əhd-peyman aldığı gündür. Bu, günəşin çıxdığı, küləklərin əsməyə başladığı və torpaqdakı güllərin bəhrələndiyi gündür. Bu, Nuh (ə) gəmisinin Cud dağının sahilinə çıxdığı və ölüm qorxusundan ev-eşiklərindən çıxmış minlərlə insanın dirildiyi gündür. Bu, Cəbrailin (ə) İslam Peyğəmbərinə (s) nazil olduğu və Peyğəmbərin (s) İmam Əli (ə)-ı Məscidul-həramda Qureyşin bütlərini sındırmaq üçün çiyninə çıxartdığı və həmçinin İbrahim (ə)-ın bütləri qırdığı gündür. Bu gün Peyğəmbərin (s) səhabələrinə Əli (ə) ilə beyət etmələrinə göstəriş verdiyi və Əli (ə)-ı cinlərin yanına beyət almaq üçün göndərdiyi gündür.
7. Muhəddis Nuri (1320 h.q) «Mustədrəkul-vəsail»də Hüseyn ibn Həmədanın kitabından yazır: Mufəzzəl ibn Əmr, İmam Sadiq (ə)-dan nəql edib: Allah-Taala buyurmuşdur: «Novruz günü mənim yanımda əzəmətli və ehtiramlı bir gündür. Hər bir mömin bu gündə məndən hacət istəsə, onu yerinə yetirəcəyəm».

İnkar edən hədislər


1. Qütbəddin Ravəndi «Lubbul-lubab» kitabında belə deyir: Allahın Rəsulu (s) buyurmuşdur: «İki günü sizin üçün iki günlə əvəz etdim: (yəni) Novruz və Mehriqanı Fitr və Qurban bayramı ilə əvəz etdim». İbn Şəhri Aşub (588 h.q) «Əl-mənaqib» kitabında rəvayət edir: Xəlifə Mənsur İmam Kazım (ə)-dan Novruzla əlaqədar olaraq, təbrik etmək və hədiyyələr almaq üçün, taxta əyləşməsini istədi. Həzrət (ə) onun cavabında buyurdu: «Mən cəddim Rəsuləllahın hədisləri arasında bu bayramı təsdiqləyən bir hədis tapmadım. Həqiqətən, bu farsların adət-ənənələridir. İslam dini onu ləğv etmişdir. İslamın ləğv etdiyi bir şeyi yerinə yetirməkdən Allaha pənah aparıram».
Mənsur dedi: «Bu işi hərbiçiləri idarə etməyə görə yerinə yetirirəm və sizi Allaha and verirəm, əyləşin». O zaman Həzrət (ə) qəbul etdi. Hökmdar və hərbiçilər təbrik üçün gəldilər və özləri ilə hədiyyələr gətirdilər. Mənsurun xidmətçisi Həzrətin (ə) başı üstə dayanaraq hədiyyələri sayırdı. Sonuncu şəxs yaşlı bir qoca idi. İmam Kazım (ə)-a dedi: «Ey Allah Rəsulunun qızının övladı! Mən yoxsul bir kişiyəm və hədiyyə veriləsi pulum yoxdur, lakin mənim babamın sizin babanız Hüseyn (ə) barəsində yazdığı bir neçə beyt şeri sizə hədiyyə verirəm».
Həzrət (ə) buyurdu: «Sənin hədiyyəni qəbul etdim. Əyləş, Allah sənə bərəkət verər!»
Mərasim bitdikdən sonra Həzrət (ə) Mənsurun xidmətçisini hədiyyələr barəsində məlumat vermək üçün xəlifənin yanına göndərdi. Xidmətçi gedib qayıtdıqdan sonra dedi: Xəlifə buyurdu ki, «Bu hədiyyələr sizinkidir». İmam Kazım (ə) o qocaya buyurdu: «Bu malları hədiyyə olaraq qəbul et».
Novruzun tənqidi barəsində olan bu hədislər heç bir cəhətdən düzgün və etibarlı deyildir. Belə ki:
Birinci rəvayət Hacı Nurinin (1320 h.q) «Mustədrəkul-vəsail» kitabından götürülmüş və 5-ci əsrin alimlərindən olan Qütbəddin Ravəndiyə aid edilmişdir. Bu rəvayət tarixi mənbələrdə mövcud deyil.
İkinci rəvayət isə, İbn Şəhri Aşubun «Əl-mənaqib» kitabında qeyd olunub. Lakin bu mənbə də çox şübhəlidir. (Onun nə müəllifi, nə də İbn Şəhri Aşubun qeyd etdiyi mənbə məlum deyil.)
Rəvayət olunmuş 7 hədis toplusunun isə çox etibarlı sənədi var. Bir çox din alimləri Novruz bayramının fəzilətlərini birbaşa və dolayı yollarla dəstəkləyən rəvayətlər və hikmətlər nəql etmişlər.
Məqalənin başlanğıcında qeyd etdiyimiz kimi İslam dini bəşəri bir dindir və bütün insanları özünə cəlb edir. İslam dini heç vaxt milli adət-ənənələrlə mübarizə aparmayıb, yalnız batil adətlərə qarşı çıxıb. Novruz adət-ənənəsi əsrlərlədir ki, qalmaqdadır və müsəlmanlar da ona atəşpərəstlərin adətləri kimi yox, əksinə öz milli adətləri kimi baxırlar.
Digər tərəfdən şəriət Novruzun dinlə uyğun olmayan batil ənənə və xurafatlarını rədd edir və şəriətdə haram olanları qəbul etmir.
Beləliklə, din və şəriət baxımından bu milli bayramın qarşısını almaq üçün heç bir hökm olmadığından onu rədd etmək olmaz.



#88158 Danilmaz faktlar

Написано Mumin 14 января 2012 - 23:00

Lap tochnu bilirsen qaynatasi olub Imam Alinin(as) omer?nezere alsaq 30 yash hele ozunden boyuk olub ve en balaca qiz ovladlarindan olub umm Kulsum gor ne qeribe menzere alinir?


#87005 Quran təhrİf olunmayıb

Написано Mumin 27 декабря 2011 - 09:38

Yəni ki bu söz yalandır belə söz demiyib hə? Yoxsa necə?

Bu onun subyektiv fikridir.
Hereke olmayib sureler o ardicilliqla gelmeyib.Alinin(as)tefsiri kimi tefsiri yoxdur ve sair.Amma metni eynidir.
Allah dərgahında böyük sayılan günahlardan biri də baş­qalarını, heç nə demədiyi, yerinə yetirmədiyi işlərdə müttəhim etməkdir.
Biz hər yerdə demişik və indi də deyirik: şiənin bö­yük alim və mühəqqiqlərindən heç bir kəs Qur’anın təh­rif edilməsinə inanmamış və indi də inanmırlar, la­kin bə’zi inadkar və təəssübkeş qruplar yenə də bu töhməti tək­rar­layırlar. Onların Qiyamət günündə Allah qarşısında nə cavab hazırladıqları mə’lum deyildir, çünki həm belə töh­mətlər vurur, həm də Qur’anı e’tibardan salırlar. Əgər sizin bəhanələriniz zəif rəvayətlərdən bə’ziləri­dir­sə, onda öz kitablarınızda, hədis və təfsir mənbə­lə­ri­niz­də də bu kimi rəvayətlər qeyd olunmuşdur ki, yuxarıda ona işarə etdik.
Heç bir məzhəb zəif rəvayətlər əsasında qurulmur: biz heç vaxt İbni Xətib Misrinin «Əl-Furqan fi təhrifil-Qur’­­an» kitabına, eləcə də təhrifi göstərən zəif rəvayət­lə­­rə istinad edərək sizi Qur’anın təhrif olunmasına e’ti­­qad­da müttəhim və Qur’ani-məcidi təxribatçı təəssüb­lə­rə fəda etmirik.
İnsaflı olun və Qur’anın təhrif olunması barəsində bu qədər danışmayın, İslama, müsəlmanlara zülm etməyin, məzhəb təəssübləri xatirinə dünya müsəlmanlarının əsl sər­mayəsi olan Qur’ani-məcidin e’tibarını təhrif kəlmə­lə­­rini təkrar etməklə azaltmayın, düşmənin əlinə bəhanə ver­məyin! Siz əgər bu yolla şiə və Əhli-beyt məktəbinin ar­dıcıllarından intiqam almaq istəyirsinizsə, onu bi­lin ki, özünüzdən asılı olmayaraq, İslamın əsaslarını sar­sıt­­mı­sınız; çünki müxaliflər deyirlər ki, müsəl­man­lardan böyük bir qrupu Qur’anın təhrif olunmasına e’tiqad bəsləyir, bu da Qur’an barəsində böyük bir zülmdür!
­Sonda bir daha və aşkar şəkildə deyirik: şiə və sünnü mühəq­qiqlərindən heç bir şəxs Qur’anın təhrif olun­masına inanmır, əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alih)-ə nazil olan Qur’an hal-hazırda müsəlmanların əlində olan Qur’anlarla tamamilə eynidir. Qur’anın özünün aşkar buyurduğuna əsasən, onlar inanırlar ki, Allah-Taala Qur’anın hər növ dəyişiklikdən, təhrifdən və zavaldan hifz olunmasına zəmanət vermişdir. Lakin hər iki tərəfdən bu elmlərdən mə’lumatı olmayan təəssübkeşlər Qur’anın təhrif olunması ilə əlaqədar biri digərinə yer­siz ittihamlar vurur və təəssüflər olsun ki, bir-birinin başına çırpırlar.
Allah-taala onların hamısını hidayət etsin!


#86675 İmama qarşı çıxanlar.

Написано Mumin 22 декабря 2011 - 22:30

Məsum imamın hökumətinə qarşı çıxanlar xəvariclərdir kafir və nəcis sayılırlar.Cəməldəki beyət pozanlar və buğat təcavüzkar siffeyn döyüşündə iştirak edənlərdə onun tayı.


#85393 Əsirlər karvanı

Написано Mumin 06 декабря 2011 - 23:11

http://www.youtube.com/watch?v=kF1klrWmOHk&feature=related




#85192 Sünni məzhəblərinin yayılmasının sirri

Написано Mumin 03 декабря 2011 - 22:20




#84822 İslam-küfr

Написано Mumin 28 ноября 2011 - 22:22



Nə isə də.abdhalim deyilsən deyilsən də.abdhalim olmamaq dişləri ağardıb gülmək üçün səbəb deyil.
SubhanAllah! Biz heç azanın və iqamənin bir hissəsi olmasından, fərz deyilməsindən danışdıq?
Ümumiyyətlə, mən heç bu barədə nə isə yazmışam?
Sən dərin elmi bir cavab almaq üçün gərək özüvün dərin yox, heç olmasa bu barədə bir az elmin olsun ki, verilən cavabın tutumu sənə ağır gəlməsin,başa düşə biləsən.
Görünür ki, sənin elmin zəifdir.Sadəcə, təkəbbürdü də girib canıva hər dəfə bir cür təzahür edir! :rolleyes:

Yuxarıda verdiyin sualların cavabını vermişəm.Deməli, elmin və dərrakən o qədər güclü deyil ki, dərk edə bilmirsən.
"ƏLiyyun Vəliyyullahın azan və iqamədə fərz olmamasından" danışmağın sənin "dərin elmivin" göstəricisidi.Mən nədən danışıram , sən nədən danışırsan! :rolleyes:

Özün müxtəlif smayliklər qoyursan öz işindi.Noldu indi birin mən qoyanda küsürsən.Onda get dahada artır elmini ki bu məsələlərin dərinliyini anlıyasan.Cahil alimi tanımaz çünki özü əvvəl alim olmayıb axı.Amma alim cahili o saat tanıyar çünki özüdə cahil olub əvvəllər.Sən bilirsənki sənin dırnaqarasında yazdığın dərin elmivin göstəricisi kimi yazdığın elə öz elminin və dərkinin zəifliyinə və təkəbbürünə aydın dəlildir.Sənə yazmışam ki şiə müctəhidlərin yekdil fikri budur ki bir şəxs tovhid və nübüvvətin inkarına qayıdacaq hər bir sözlə əməllə olunan inkarı küfr kimi bildirmişlər.İndi kəlməşəhadətdə ya ümumiyyətlə biri inad üzündən höccət tamamlandığdan sonra 12 imamın vilayətin inkar etsə nə olur?
  • N_ن_N это нравится


#84669 İslam-küfr

Написано Mumin 27 ноября 2011 - 22:25



1.abdhalim, əvvəla, bu mənim "fətvalarım" deyil. :rolleyes:
2.Yazdıqlarımı oxusan aydın olar ki, yetərincə aydın izah eləmişəm
3.Mən "sünniləri" kafir sayan mərcelər nə görmüşəm nə də eşitmişəm.

abdhalim hansıdı? :D )))))))))
Hə bəs kimindi?Görürəm istidlali dərs xaric keçirsən burda.Dedim bəlkə müstəzəf vaqiflə inadkar sünninin hökmün bəyan edəsən bilsinlər ki küfr nədi tövbə etsinlər...


#84388 İslam-küfr

Написано Mumin 24 ноября 2011 - 21:49

Buxaridə Əli(əs) -nin fəziləti ilə bağlı hədisə dair nə deyə bilərsiniz?Orda (Xeybərin fəthi ilə bağlı əmr aldığdan sonra)soruşur ki nə vaxtadək vuruşum?Allahın Rəsulu(s) deyir:

قاتلهم حتى يشهدوا أن لا إله إلاّ الله وأنّ محمداً رسول الله ، فإذا فعلوا ذلك فقد مَنعوا منك دماءهم وأموالهم إلاّ بحقّها وحسابهم على الله


Onlarla Alladan başqa ibadətə layiq məbud yoxdur və doğurdanda Muhəmməd Allahın Rəsuludur(s) deyə şəhadət vermələrinə qədər döyüş!
Haqqlı olanı istisna olmaqla əgər şəhadət versələr qanlarıni töküb və mallarını qənimət götürmək üçün sənə maneə yarandı (haram oldu).Hesbları Allaha qalır.
Buxari.


#84179 Səhabələr haqda...

Написано Mumin 20 ноября 2011 - 23:50

Hani Ehticac seh 53-de ele söz?
Изображение


#84131 Allahın nazil olması haqda Şeyx Mühəmməd Useymi...

Написано Mumin 19 ноября 2011 - 20:50

Allah subhane ve tealanin isim ve sifetleri barede neyise qavraya bilmirsinizse bu o demek deyil ki bu ola bilmez.Heqiqetende onun tayi beraberi yoxdur...selef Allahin sifetleri barede necedir? sualini vermeyi pis gormushler. onun neceliyi derk edilmez ve bu haqda sorushulmaz.

Bir dene alimle butun selefin fikrini bilmek olmaz!Bes ibni Betutenin tarixi sohbetlerinde niye keyfiyyetini ibni teymiyye gosterir?


#84018 İmamlar yoxsa peyğəmbərlər

Написано Mumin 17 ноября 2011 - 20:54

.İmam Sadiq (ə):«Allah-taala İbrahimi peyğəmbərliyə seçməmişdən qabaq onu bəndəliyə götürdü və onu risalət məqamına seçməmişdən qabaq nübüvvətə çatdırdı. Həmçinin onu dostluğa seçməmişdən qabaq öz rəsulu etdi və onu öz imamı etməmişdən qabaq öz dostu etdi. Bu məqamların hamısını onda toplayandan sonra buyurdu: Mən səni insanların imamı və başçısı təyin etdim. :victoryL:
Höccət (Allah tərəfindən təyin edilmiş ilahi rəhbərlərdir.Allah onları təyin etmişdir ki, Qiyamət günü insanlar bəhanə gətirib deməsinlər ki,dünyada bizə bir yol göstərən yox idi.)
İmam Əli (ə):«Bəli, elədir! Yer üzü Allahın yaratdıqlarına höccətlərini bərqərar edən kəsdən istər aşkar və məhşur olsun, istərsə də qorxu içində və naməlum – boş olmur ki, Allahın dəlil və sübutları aradan getməsin.


#83864 Qədir-Xum bayramınız mübarək!!!

Написано Mumin 14 ноября 2011 - 21:43

Bütün mömin və müsəlman bacı qardaşlarımı təbrik edirəm!!!Mübarək olsun!!!


http://www.youtube.com/watch?v=_baidGy8cGs






Рейтинг@Mail.ru