Перейти к содержимому


hənbəli

Регистрация: 03 июл 2009
Offline Активность: 11 янв 2010 21:32

Мои темы

Təhrif ittihamları

14 ноября 2009 - 20:07

Sadə bir sual vermək istəyirəm.
Təhrif nədir? Bir şeyə nə zaman təhrif deyilər.

1. Əgər mən bir şeyi yazıb, sonra onun xəta olduğunu anlayıb düzəliş etsəm, bu təhrif sayılırmı?
2. Bir şey əgər kitabın orijinalında mövcud deyilsə, lakin sonradan əlavə olunubsa, həmin əlavəni çıxartmaq təhrif sayılırmı?

Buxarinin şiə raviləri

14 ноября 2009 - 14:56

İmam Buxari şiələr tərəfindən ittiham olunur ki, o, şiələrə qarşı təəssübkeş olmuş. İttiham edirlər ki, o nasibilərdən xaricilərdən rəvayət etmişdir.
Ona qarşı atılmış ittihamlardan da biri bu idi ki, əl-Buxari İmam Cəfərdən hədis rəvayət etməmişdir. Bunun cavabını daha əvvəl verdik ki, onun İmam Cəfərdən rəvayət etməməsi ona qarşı qərəzli olmasını göstərirsə, o zaman belə çıxır ki, əl-Buxari çox adama qarşı qərəzli olub. Məsələn İmam Şafidən də rəvayət etməmişdir. Bu, cavab olaraq kifayət etməlidir.

Gəlin baxaq görək Buxaridə şiə ravilər kimlərdir?
"Abdulməlik bin Ayən əl-Kufi, Zərara bin Ayənin qardaşı, əl-Kəşşi deyir ki, əqidəsi müstəqim olmuşdur (yəni, şiə, imamiyyə olmuşdur). Şiə ricəl kitablarında qeyd olunur ki, əs-Sadiq onun qəbrini ziyarət etmişdir.
Ondan Səhih əl-Buxari, Muslim, ət-Tirmizi və ən-Nəsai də rəvayət vardır.
Əbu Hatim deyir: "Sidq əhlidir, hədisdə salehdir, hədisləri (şahidlik üçün) yazılmalıdır."
İbn Hibban onu siqalardan sayır və deyir: "Şiələrdən idi."
əl-Uqeyli dedi: "Şiə rafizi idi, rəy sahibi idi."
İbn Hacər deyir: "saduqdur (doğru sözlüdür), şiədir". əz-Zəhəbi dedi: "şiədir, saduqdur."
əl-Humeydi Sufyanın belə dediyini nəql edir: "Bizə şiə Abdulmalik bin Əyan rəvayət etdi. Bizə görə rafizi idi, rəy sahibi idi."

davamı var...

Abduləziz bin Səyah əl-Əsdi
http://www.islamweb.net/hadith/display_hbo...&pid=285028

əl-Buxari və Muslim ondan rəvayət ediblər.
Yəhya bin Main və Əbu Davud onun siqa olduğunu deyirlər.
Əbu Zura deyir: "Onda bir bəis yoxdur. Şiələrin böyüklərindəndir." İbn Hacər deyir: "Şiə olmuşdur."

Abdurrazzəq bin Humməm əs-Sənani

http://www.islamweb.net/newlibrary/showalam.php?ids=16360


Buxari, Muslim, Əbu Davud və Tirmizi ondan rəvayət ediblər.

əz-Zəhəbi deyir: "Abdurrazzəq bin Humməm bin Nafi, böyük hafiz, Yəmənin alimi, Əbu Bəkr əl-Humeyri, siqadır, şiədir."
əl-İcli deyir: "yəmənlidir, siqadır." yenə deyir: "şiələrdən olmuşdur."
İbn Adiy deyir: "Abdurrazzəqın çox hədisləri var, müsəlmanların siqaları və imamları onun yanına səfər edib ondan hədis yazıblar. Onun hədislərində bir bəis görməyiblər, sadəcə olaraq onu şiəliyə aid edirlər. Fəzilətlər barəsində elə hədislər rəvayət edib ki, siqalardan heç kəs bunda ona müvafiq olmamışdır və onu tənqid edənlərin ondan tutduqları ən böyük eyib bu olmuşdur."

Şeyx ət-Tusi onu İmam əs-Sadiqin əshabı arasında zikr etmişdir. (bax: "Ricəl əş-Şeyx ət-Tusi", 265, rəq: 3805)

قال أبو جعفر العقيلي : حدثنا أحمد بن بكير الحضرمي ، حدثنا محمد بن إسحاق بن يزيد البصري ، سمعت مخلدا الشعيري ، يقول : كنت عند عبد الرزاق ، فذكر رجل معاوية ، فقال : لا تقذر مجلسنا بذكر ولد أبي سفيان !

"Əbu Cafər əl-Uqeyli deyir: "Əhməd bin Bukeyr əl-Hadrami bizə rəvayət etdi: Muhamməd bin İshaq bin Yəzid əl-Basri bizə rəvayət etdi: Mixləd əş-Şueyrini belə deyərkən eşitdim: "Abdurrazzəqın yanında idim, bir nəfər Muaviyyənin adını zikr etdi və o, dedi: "Əbu Sufyanın oğlunun adını çəkib məclisimizi bulandırma!"


قال العقيلي سمعت علي بن عبد الله بن المبارك الصنعاني يقول : كان زيد بن المبارك ، قد لزم عبد الرزاق ، فأكثر عنه ، ثم خرق كتبه ، ولزم محمد بن ثور ، فقيل له في ذلك ، فقال : كنا عند عبد الرزاق ، فحدثنا بحديث معمر ، عن الزهري ، عن مالك بن أوس بن الحدثان . . . الحديث الطويل فلما قرأ قول عمر لعلي والعباس : فجئت أنت تطلب ميراثك من ابن أخيك ، وجاء هذا يطلب ميراث امرأته ، قال عبد الرزاق : انظروا إلى الأنوك ، يقول : تطلب أنت ميراثك من ابن أخيك ، ويطلب هذا ميراث زوجته من أبيها ، لا يقول : رسول الله -صلى الله عليه وسلم- قال زيد بن المبارك : فلم أعد إليه ، ولا أروي عنه .

"əl-Uqeyli deyir: Əli bin Abdilləh bin Mubarək əs-Sənani'ni belə deyərkən eşitdim: Zeyd bin əl-Mübarək həmişə Abdurrazzaqın yanında olurdu, ondan çox rəvayət etmişdir, sonra kitablarını cırdı və Muhamməd bin Səurun yanına qoşuldu. Ondan bunun səbəbi soruşuldu: Dedi: "Abdurrazzaqın yanında idik, Muammərin əz-Zuhridən, onun da Malik bin Əus bin əl-Hədsəndən hədisini rəvayət etdi..uzun hədisi rəvayət edir, Ömərin Əliyə və Abbasa sözlərini oxudu: "Sən öz qardaşın oğlundan olan mirasını, bu isə öz xanımının mirasını tələb etməkdən ötrü gəlibsiz. Abdurrazzaq dedi: "Bu cahilə fikir verin, deyir: "Sən qardaşın oğlundan olan mirası, bu isə zövcəsinin atasından olan mirasını tələb edir və "Allahın Elçisi, salləllahu aleyhi va səlləm" demir: "Zeyd bin əl-Mubarək dedi: "Ondan sonra ona bir də geri qayıtmadım və ondan bir şey rəvayət etmədim."


Həzrəti Ömərə "Ənuk" demişdir, İbnul-Mənzur deyir ki, ənuk anlamaqdan aciz və cahil olan birinə deyilir.

Bütün bununla belə əl-Buxari həmin bu Abdurrazzaqdan çoxlu hədis rəvayət etmişdir.

Abdullah bin Şəddəd

http://www.islamweb.net/newlibrary/showalam.php?ids=16439

Kutubi Sittədə rəvayətləri vardır. yəni həm Buxari, həm Muslim, həm də Nəsai, Tirmizi, Əbu Davud və İbn Macə ondan rəvayət edir.
Siqadır.
İbn Sad deyir: "Siqa olmuşdur, az hədis rəvayət etmişdir, şiə olmuşdur."
Ata bin Saib dedi: "Abdullah bin Şəddədi belə deyərkən eşitdim: "Sübhdən zöhrə qədər minbərdən durmağı və Əli bin Əbi Talibin - radiyallahu anhu - fəzilələrini rəvayət edib, ordan düşdükdən sonra boynumun vurulmasını arzu edirəm."

Şiə alimi ət-Tusi həmin bu Abdullah bin Şəddədi öz ricəl kitabında İmam əs-Sadiqin əshabı arasında zikr edir.

Abdullah bin AbdulQuddus ər-Razi

əl-Buxari onu kitabında şahid kimi istifadə etmişdir.

İbn Hacər "Təqrib ət-Təhzib"də onun saduq olduğunu deyir:
Əbu Ubeyd əl-Acuri dedi: "Rafizilikdə ittiham olunub."
əz-Zəhəbi dedi: "Kufəli rafizidir."
İbn Hacər dedi: "rafizilikdə ittiham olunub."
İbn Adiy deyir: "rəvayət etdiklərinin hamısı əhli-beytin fəzilətləri haqqındadır."

Auf bin Əbi Cəmilə əl-Arabi

http://www.islamweb.net/newlibrary/showalam.php?ids=16732

əl-Buxari "əs-Səhih"də ondan rəvayət edir. Eləcədə Muslim, Tirmizi, Əbu Davud, Nəsai və İbn Macə də ondan rəvayət etmişdir.

əz-Zəhəbi deyir: "Bidətinə baxmayaraq Basranın alimlərindən olmuşdur...İbnul-Mubarək dedi: "Bir bidət ilə kifayətlənmədi, özündə iki bidəti birləşdirdi, həm qədəri idi, həm də şiə." əl-Ənsari dedi: "Davud bin Əbi Hindi gördüm, Aufu vurub deyərdi: "Vay sənə, ay qədəri!" Bəndər dedi: "Qədəri, rafizi olmuşdur." Deyirəm (yəni əz-Zəhəbi deyir:) "Lakin siqadır, çox rəvayət edənlərdəndir."

Rafizi, şiə olmasına baxmayaraq əl-Buxari ondan rəvayət etmişdir.
Bir də İmam əz-Zəhəbinin sözləri bizə yenə də onu göstərir ki, əz-Zəhəbi rafizi olduğunu söyləməklə bərabər onun siqa olduğunu da demişdir, yəni yalançı olmadığını demişdir. Lakin bəzi cahillər hələ də bunu anlaya bilmirlər, onlar əz-Zəhəbini onunla ittiham edirlər ki, guya əz-Zəhəbi bir kəsi şiə olduğuna görə rəvayətlərini qəbul etməzmiş...

Muhamməd Heykəlin kitabı

25 июля 2009 - 04:34

http://313news.net/f...p?showtopic=626

Bu linkdə əl-Fəth iddia edir ki, guya "vəhabilər" kitabları təhrif edirlər və bunun üçün Muhamməd Hüseyn Heykəl'in "Həyatu Muhamməd" kitabından misal gətirmişdir. Orada iki dənə surət göstərir, birinci surət ilə ikinci surət arasındalı fərqə işarə etmiş və buna təhrif adını vermişdir.

Sonra Efendi qardaşımız etiraz edərək bunun müəllifin özü tərəfindən də edilə biləcəyinə işarə etmişdir. əl-Fəthi üzməli olacağam, çünki Efendi doğru söyləmişdir. Aşağıdakı linkdən Muhamməd Hüseyn Heykəl'in kitabının ikinci nəşrini yükləyə bilərsiz:
http://www.archive.o...s/MN41643ucmf_0
Kitabın ikinci nəşri miladi 1935-ci ilə aiddir, yəni sağ olarkən nəşr olunmuşdur və müəllif özü ikinci nəşrə xüsusi əlavə etmişdir və həmin nəşrdə bəzi ustazların və şeyxlərin nəsihəti və köməyi ilə kitabına düzəlişlər etdiyini qeyd edir. Artıq ikinci nəşrdə həmin işarə olunan sözlərin kitabdan müəllifin özü tərəfindən çıxarıldığını görürük.

Axırda aydın olur ki, bu "vəhabilər" tərəfindən təhrif deyildir, lakin sadəcə olaraq müəllifin özünün kitaba etdiyi düzəlişlərdir.

Quranın təhrif olunduğuna inanan

19 июля 2009 - 17:42

Sualımı burada bir daha təkrarlayıram.
Quranın təhrif olunduğuna, Allahın Quranı qorumadığına inanan kəsin hökmü nədir?

əl-Fəth yazmışdı ki, belə bir kafirdir.
Digər şiə yuzerləri isə müəmmalı səbəblərdən susurlar.

İbn Əbil-Hədid kimdir?

17 июля 2009 - 22:02

İbn Əbil-Hədid kimdir?
Bu forumda və digər forumlarda bu zat əhli-sünnətə qarşı dəlil gətirilir və guya sünni alimidir. Bilənlər bunun yalan olduğunu bilirlər. Lakin inadkarlar inad edirlər. Ona görə də inşəallah onun haqqında əhli-sünnət kitablarından və şiə kitablarından nəql gətirərək onun şiə deyil, sünni olduğunu isbat edəcəyik, inşəAllah!
Ümid edirəm ki, bundan sonra mövzumuz yekun bir söz olar...daha bundan sonra bu İbn Əbil-Hədid gözümüzə girməsin!

Рейтинг@Mail.ru