Перейти к содержимому


Əbu-Turab

Регистрация: 27 авг 2009
Offline Активность: 04 янв 2023 16:04

Мои сообщения

В теме: Əbubəkrin mağara əhvalatı

19 января 2010 - 16:43

Bir kəs varmı ki, Allah onunla bərabər olmasın? Bir məclisdə həm mö᾽min həm də kafir olarsa, Allahın yalnız möminlə bərabər olduğunu amma kafirlə olmadığını ağıl qəbul edərmi? Bu səbəbdən Allah-təala Quranın «Mücadilə» surəsinin 7-ci ayəsində belə buyurur: «Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini bilmirsən? Aralarında pıçıldaşan (gizlin söhbət edən) üç kimsə yoxdur ki, Allah dördüncüləri olmasın. Beş kimsə yoxdur ki, altıncısı da mütləq O olmasın. Bundan istər az, istər çox olsunlar. Harda olsalar olsunlar [Allah] onlarladır. Sonra qiyamət günü onlara etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi dəqiq biləndir».
Bu və buna bənzər ayələrə, əqli və nəqli dəlillərə görə, istər mö᾽min olsun istər kafir, istər dost olsun istər düşmən, istərsə də münafiq olsun Allah hər kəslə bərabərdir. İki nəfər bir arada olsa və biri digərinə «Allah bizimlə bərabərdir» deyərsə, bu qarşı tərəfin fəzilətli olduğunu isbat etməz.
Bu səbəbdən əgər iki yaxşı adam, ya da iki pis adam, ya da biri yaxşı digəri pis olan iki nəfər bir yerdə olsalar, yenə də Allah onlarla bərabərdir.
Bunun mə᾽nası dediyiniz şəkildə olsa belə, yenə sizə e´tiraz edərək deyəcəklər ki, Belə bir şey heç bir kəsin əbədi səadətinə dəlil olamaz. Çünki Allah qulların əməllərinə baxar. Bir zaman əməlləri yaxşı olar, Allahın rəhmət və lütfü onlara şamil olar. Sonra pis əməlləri nəticə və imtahan qarşısında cavab verə bilmədikləri üçün Allah onlara buğz edib onları rəhmətindən mahrum etmiş və onlar da mə᾽lun olmuşlar.
Bu səbəbdən İblis illər boyu Allaha xalis niyyətlə ibadət etdi. Amma Allahın əmrinə üsyan etdiyi, həvayi həvəsinə tabe olduğu an Allahın rəhmətindən məhrum edilərək qiyamətə qədər lə᾽nətlənmiş oldu. Allah-təala ona belə buyurdu: «Buyurdu: «Oradan [cənnətdən] çıx! Sən [dərgahından] qovulmusan. Sən qiyamət gününə kimi lə´nətlənmişsən»(«Hicr» surəsi, ayə 34-35.) .
Bilirsiniz, misal dedikdə irad tutulmaz. Bunları mövzunun yaxşı bir şəkildə anlaşıla bilməsi üçün söyləyirəm.
İnsanlar da eynidir; onların da arasında elələri vardır ki, əvvəldə Allahın dostlarıydılar. Amma imtahan vaxtı yetişdikdə, Allahın düşməni halına gəldirdir. Burada misal olaraq iki nəfərə toxunacaqam. Qur᾽ani-kərimin insanların ibrət alması və ümmətdən olan qafillərinin oyanması üçün onlara işarə etmişdir.
Onlardan biri Bəlam bin Bəuradır. Bəlam həzrət Musanın (ə) zamanında Allaha o qədər çox yaxın idi ki, Allah ona ismi əzəmin vermişdi. Bir dəfə dua etməklə həzrət Musanı (ə) «TiyH» vadisində çaşqın hala gətirmişdir. Amma imtahan vaxtı gəldikdə, məqam sevgisi onu Allaha üsyana və şeytana itaət etməyə vadar etmişdir. Beləcə cəhənnəmi də satın almışdır. Müfəssir və tarixçilərin hamısı onun vəziyyətini yazmışlardır. Fəxri Razi də öz təfsirinin ΙV cildinin 463-cü səhifəsində İbni Abbas, İbni Məs᾽ud və Mücahiddən nəqlən onun hekayəsini nəql edirlər. Allah-təala «Ə᾽raf» surəsinin 175-ci ayəsində belə buyurur: «Onlara ayələrimizi verdiyimiz kimsənin xəbərini də oxu! Bu şəxs nəhayət özünü ayələrdən ayırdı. Şeytan onu özünə tabe etdi və beləcə o, azğınlardan oldu».
Başqa biri isə Abid Bərsisadır. Bu da əvvələdə Allaha elə yaxın idi ki, duaları qəbul olurdu. Amma imtahan edildikdə sonu xeyirli olmadı. Şeytanın Hiyləsinə aldanaraq bir qızla zina etdi. Bu səbəbdən də bütün zəhmətləri boşa çıxdı. Sonra darağacına asılaraq kafir olaraq dünyadan getdi. Bunun üçün Allah-təala Qur᾽ani-kərimdə belə buyurur: «Şeytanın [aldatmasına] bənzəyir ki, insana dedi: «Kafir ol!». Kafir olduqda isə ona dedi: «Mən səndən uzağam, mən aləmlərin rəbbi olan Allahdan qorxuram». Beləliklə, hər ikisinin aqibəti od içində əbədi qalmaq oldu. Zülmkarların cəzası isə budur» («Həşr» surəsi, ayə 16-17.) .
Demək ki, bir insandan bir zaman yaxşı bir əməl görülürsə, bu onun aqibətinin xeyirli olacağını isbatlamaz Onun üçün belə dua etməmiz buyurulmuşdur: «Allahım, işlərimin sonunu xeyirli et».
«Ayrıca, «Məani-bəyan» elmində belə bir şey vardır: Bir cümlədə bir şey məxsus vurğulanarsa, bunun səbəbi mühatabın şək və şübhədə olduğu üçündür. Ayeyi-kərimnin cümləyi ismiyyə və ini müşəddədə ilə başlaması, qarşı tərəfin əqidəsinin azğınlığını, təzəlzül və təvəhhümə qapıldığını, şək və şübhədə olduğunu göstərir
«Səkinətəhu»dakı zəmir, Rəsulallaha dönməkdədir. Səkinə (sükunət), Rəsulallaha enmişdir; Əbu Bəkrə deyil. Çünki cümlənin arxasında belə buyurur: «Və əyyədəHu bicunudin ləm tərəvha» (Özünü, sizin görmədiyiniz ordularla dəstəklədi). Haqqın ordusuyla dəstəklənmək, Rəsulallahın haqqıdır; Əbu Bəkrin deyil.
Əgər ikisi də İlahi rəhmətə nail olsa idilər, o zaman ayənin bütün cümlələrindəki zəmirlər təsniyə olaraq gəlməsi lazım gəlirdi. Halbuki, əvvəlki və sonrakı bütün zəmirlər müfrət (təkil) olaraq gətirilmişdir; ta ki, Rəsulallahın (s) yüksək məqamı və Allahdan gələn rəhmət və inayətlərin Onun şəxsiyyətinə aid olduğu isbat və bəlli olsun. Əgər Rəsulallahın bələdçisi olaraq bir başqalarına da rəhmət və sukunə enmiş olsaydı, onun adı zikr edilərdi. Bu və bənzəri ayələr, səkinə və rəhmətin yalnız Rəsulallaha (s) aid olduğunu ortaya çıxarır
İstər Peyğəmbər olsun istər olmasın, hər kəsin Allahın rəhmətinə ehtiyacı vardır. Hüneyn döyüşündə «Tövbə» surəsinin 26-cı ayəsində Allah-təalanın belə buyurduğunu unutdunuzmu?!: «Sonra Allah öz peyğəmbərinə və mö᾽minlərə öz arxayınlıq amilini (sükunət) nazil etdi ».
«Fəth» surəsinin 26-cı ayəsində də yenə, səkinənin Rəsulallaha və mö᾽minlərə endiyi vurğulanmışdır. Bu ayələrdə Rəsuli-əkrəmdən (s) sonra mö᾽minlərə də toxunmuşdur. Əgər Ğar (mağara) ayəsində, Əbu Bəkr mö᾽minlərdən sayılmış olsaydı, sükunət və səkinəyə məşmul olaraq zəmirlərin təsniyə olaraq zikr edilməsi ya da onun isminin ayrıca halanması lazım gəlirdi. Bu məsələ o qədər aydındır ki, sizin insaflı alimləriniz də ayədəki zəmirin Əbu Bəkrə aid olmadığını söyləmişlər.
Siz ağaların, Şeyx Əbu Cəfər Məhəmməd bin Əbdullah İsqafinin (Mö᾽təzilənin böyük alimlərindəndir) «Nəqzul-Osmaniyyə» adlı kitabını oxuması çox yaxşı olar. Bu insaflı alimin, Əbu Osman Cahizin tutarsız sözlərinin cavabında haqqı necə aşkar etdiyinə bir baxın. İbni Əbil-Hədid də «Şərhi Nəhcül-bəlağə»nin ΙΙΙ cildinin 253-cü səhifəsindən 281-ci səhifəsinə qədər, onun verdiyi cavablardan bə`zilərini nəql edir.
Bütün bunlara əlavə olaraq, ayədə bir cümlə var ki, sizin söylədiyinizin tam əksini isbat edir. O cümlə belədir: Rəsulallah (s), Əbu Bəkrə qəmgin olma diyərək onun hüzünlənib qəmlənməsinə mane olur. Bu cümlə Əbu Bəkrin o anda hüzünlü olduğunu göstərir. Görəsən, Əbu Bəkrin Hüzünlü olması, yaxşı bir əməl idi yoxsa pis bir əməl? Əgər yaxşı bir əməldisə, sizin də bildiyiniz kimi Rəsulallah (s) heç bir zaman birinin yaxşı bir əməlinə mane olmazdı. Amma əgər pis bir əməl idisə, belə ki, bu əməlin sahibi fəzilətli birisi deyildir. Fəzilətli olmayan birisi də Allahın rəhmətinə şamil olamayacağı kimi ona sükunət də nazil olmaz. Şərəf və fəzilət yalnız övliyalara, mö᾽minlərə və Allahın dostlarına aiddir. Övliyaların bir qrup əlamətləri vardır. Onlar o əlamətlərlə tanınırlar. Qur᾽ani-kərimdə buyrulduğu kimi, övliyalar heç bir hadisə qarşısında aciz olub qorxmaz və hüznə qapılmazlar. Əksinə, səbr edərlər. «Yunis» surəsinin 62-ci ayəsində Allah-təala belə buyurur: «Bilin ki, Allahın dostları üçün heç qorxu yoxdur və onlar kədərlənməzlər».

В теме: Əbubəkrin mağara əhvalatı

19 января 2010 - 16:42

ahmed aydinliq getir zehmet olmasa.Ne olsunki sene ele gelir?amma ebu bekr yeqinen herada oldugunu deyir,

yuxardaki suallari cavablandir eziyyet deyilse.

1 ci gətirdiyin hədis hansı hədisdir
buxarinin səhih saydıqı kitabdadı ?
yoxsa başqa kitabında ?

Ahmed, qaqaş, SƏNƏ ƏJDAHA LAZIM İDİ? Buyur, alimlərinizin və əqli dəlillərin içində üz nə qədər istəyirsən.
Sizlər əhli-sünnət eynəyini çıxarıb bir kənara qoymadıqca, açıq gözlə tərəfsiz və təəssübsüz bir insan kimi ayəyə baxmadıqca, ayənin iddianıza hər hansı bir dəlil təşkil etmədiyini görə bilməzsiniz.
Bunun cavabını mühəqqiq alimlər müxtəlif yollarla demişlər. Əvvəlcə bunu bildirim ki, Rəsuli-əkrəmin (s) Əbu Bəkrin özündən sonra xəlifə olacağını bildiyindən onun canını qorunması Rəsulallahın (s) üzərinə vacib olduğu iddianız əsası olmayan bir şeydir. Bunun cavabı çox asandır. Belə ki Peyğəmbəri-əkrəmin xəlifəsi yalnız Əbu Bəkr olsaydı belə bir ehtimal ola bilərdi. Amma Xuləfai-raşidin xəlifələrinin dörd nəfər olduğunu siz özünüz söyləyirsiniz. Vəziyyət belədir ki, gətirdiyiniz dəlilə görə Rəsulallah (s) dörd xəlifənin dördünü də yanında aparması lazım gəlirdi. Yoxsa birinin canını qurtarıb digərlərini təhlükədə qoyması, hətta onlardan birini düşmənin hücumuna mə᾽ruz qalacağını bildiyi halda yatağında yatırdması sizin bu dəlillə heç bir şəkildə uyğunlaşmır.
Tarixi-Təbərinin üçünü cildində yazdığına görə, Əbu Bəkr Rəsulallahın (s) nə zaman hicrət edəcəyindən xəbəri belə yox idi. Həzrət Əlinin (ə) yanına gedərək həzrət Peyğəmbərin vəziyyətinin nə yerdə olduğunu soruşdu. O, da onun mağaraya getdiyini, işi varsa ona yetişə biləcəyini söylədi. Əbu Bəkr də yola düşdü və yarı yolda Rəsulallaha (s) yetişdi. Beləliklə məcbur halda bərabər yola davam etdilər. Bundan da anlaşılır ki, Peyğəmbəri-əkrəm (s) onu özü ilə birlikdə aparmaq istəməmişdir. Əksinə o izinsiz olaraq Rəsulallahın ardıyca gedib yarı yoldan sonra onunla bərabər yola davam etmişdir.
Hətta bə`zi hədislərə görə həzrət Peyğəmbəri (s)n Əbu Bəkri yanında aparmasının səbəbinin təsadüfi, fitnə çıxmaması və düşmənə xəbər verə biləcəyindən ehtiyat etdiyinə görə olduğu anlaşılmaqdadır. Bu səbəbdən sizin insaflı alimləriniz buna etiraf etmişlər. Məsələn: Sizin qabaqcıl alimlərinizdən olan Şeyx Əbul Qasım bin Sabbağ «Ən-nuru vəl-Bürhan» adlı kitabında Məhəmməd bin İshaqqdan, o da Həssən bin Sabit Ənsaridən belə rəvayət etmişdir: «Həzrət Peyğəmbəri (s)n hicrətindən əvvəl ümrə ziyarəti üçün Məkkəyə getdim. Qüreyş müşriklərinin Rəsulallahın (s) əshabını söydüklərini gördüm. O vaxt Rəsulallah (s) Əliyə öz yatağında yatmasını əmr etdi. Əbu Kuhafənin oğlu Əbu Bəkrin düşmənlarə xəbər verə biləcəyindən ehtiyat etdyinə görə onu özü ilə birlikdə götürüb mağaraya doğru hərəkət etdilər».
Ayədəki isdişhad yeri və fəzilət səbəbini bəyan etsəydiniz çox yaxşı olardı. Rəsulallahla (s) birlikdə səfər etmək, xilafətin isbatı üçün necə bir dəlil ola bilər?!
Əgər qərəzsiz bir əcnəbinin qarşısına, ona məxsus bir fəzilət isbat etmək üçün bu ayə haqqında verdiyiniz bəyanlarla çıxsanız, ciddi bir e´tirazla qarşılaşarsız. Çünki sizin cavabınızın əvəzində deyərlər ki, yaxşılarla yol yoldaşı olmaq tək başına fəzilətli və üstün olmaq üçün yetərli deyildir. Bir çox səfərlərdə yaxşılar pislərlə və kafirlər də müsəlmanlarla yol yoldaşı olurlar. Bu səbəbdən səfərdə bu cür halar daha çox gözə çarpır.
«Yusif» surəsinin 39-cu ayəsində də görüldüyü kimi həzrət Yusif (ə) zindanda olduğu müddətdə iki yoldaşı vardı. Ayədə belə buyrulur: «Ey mənim iki zindan yoldaşlarım! Ayrı-ayrı dağınıq Tanrılar yaxşıdır, yoxsa hər şeyə qadir və qalib olan tək bir Allah?!».
Müfəssirlər bu ayə haqqında belə deyirlər: Yusifi zindana gətirdikdə, şahın aşbazı və xidmətçisi olan iki kafiri də onunla birlikdə zindana saldılar. Bu üç nəfər beş il müddətində bir yerdə qaldılar. Ayədə görüldüyü kimi həzrət Yusif (ə) onlara «yoldaşlarım» deyə Xitab edir. Görəsən, Peyğəmbərin o iki kafirə yoldaş deyə Xitab etməsi onların fəzilət və şərəflərini isbatlamaqdadır. Yoxsa onlar iman gətirmişdilər? Halbuki müfəssir və tarixçilərin hamısı, onların beş il yoldaşlıq etdikdən sonra kafir olaraq həzrət Yusifin yanından ayrıldıqlarını söyləyirlər.
Kəhf surəsinin 37-ci ayəsində də Allah-təala belə buyurur: «Onunla danışmaqda olan yoldaşı ona dedi: «Səni əvvəlcə torpaqtan, sonra bir damla nütfədən [rüşeymdən] yaradan və daha sonra adam şəklinə salan Allaha küfr edirsənmi?!».
Sizin böyük alimlərinizdən olan Fəxri Razinində «Təfsiri Kəbir»də nəql etdiyi kimi, müfəssirlərin ümumi bu ayə haqqında belə deyirlər: Biri mö᾽min, digəri də kafir olan iki qardaş var idi. Mö᾽minin adı «Yəhuda», kafirin isə «Bəradus» idi. Aralarında olan söhbət uzun olduğu üçün nəql etmirəm. Ancaq görürsünüz ki, Allah-təala, biri mö᾽min, digəri də kafir olmasına baxmayaraq, onları «qardaş» adlandıraraq xüsusiyyətləndirir. Görəsən, mö᾽minin kafirlə qardaş olması, kafirə hər hansı bir fayda verdimi? Cavab mümkünsüzdür. Demək ki, biri ilə yoldaş olmaq tək başına fəzilət və üstünlük üçün yetərli deyildir. Bu mövzu üçün bir çox dəlil var, amma vaxtımız bundan çoxunu deməyə imkan vermir.
Rəsulallahın (s) Əbu Bəkrə «Allah bizimlə bərabərdir» deyə buyurması Allahın daima onunla bərabər olduğu və bunun da onun üstünlüyü və xilafətinin isbatı üçün dəlil təşkil etdiyi iddianıza gəlincə; ən yaxşısı bu mövzudakı inancınızı yenidən gözdən keçirin. Çünki belə dediyinizdə sizə e´tiraz edərək belə deyərlər: «Allah yalnız mö᾽min və övliyalarla bərabərdir? Mö᾽min olmayan biri ilə bərabər deyilmi?». Görəsən, bir yer var ki, Allah orada olmasın?

В теме: Allahı görmək olarmı?

19 января 2010 - 16:24

Səhihi-Müslüm və Səhihi-Buxaridə tövhid bəhsində olan üçüncü zəif məsələ, bu iki kitabda nəql olunmuş Allahın gülməsi barədə yazılan hədislərdir. Əziz oxucunu bu hədislərdən bir neçə nümunəyə diqqət etməyə dəvət edirik.
1.- Buxari və Müslümün Allahın görünməsi barədə öz kitablarında nəql etdikləri hədisdə, Allahın gülməsi diqqəti özünə cəlb edir. Qeyd edirik ki, biz bu hədisi bir dəfə Allahın görünməsi mövzusunda geniş şəkildə gətirmişdik. İndi isə hədisin axır hissəsində olan cümlələri bir daha nəzərinizə çatdırırıq:
... Allah buyurar: Məgər sən demirdinmi ki: başqa bir istəyim yoxdur. Vay olsun sənə ey Adəmin oğlu! Nə qədər hiyləgərsən?! Ərz edər:-Xudaya! Məni ən məhrum olunmuş bəndələrindən qərar vermə! İstə`yində o qədər ayağını möhkəm basarki Allahın gülməyi gələr. Elə ki onun gülməyi gəldi onun üçün behiştə girmək icazəsi verilər!! (فيقول الله اوليس قدزعمت ان لاتسألني غيره؟ ويلك يا ابن آدم مااغدرك! فيقول يا رب لاتجعلني اشقي خلقك، فلا يزال يدعو حتي يضحك الله، فاذا ضحك منه، اذن له بالدخول فيها!! Səhfə -73.-74)
2.- Əbu Hureyrədən səhabələrin birinin qonaqpərvərliyi barədə nəql olunmuş hədisin axırında olan cümlə diqqəti özünə cəlb edir.
... Sonraki gün, qonaqpərvər kişi Peyğəmbər (s)-in xidmətinə gəldi. Peyğəmbər (s) buyurdu:- Bu gecə sizin qonaqpərvərliyinizə və rəftarınıza Allah tə`ala gülüb. Sizin işinizə təəccüb edib..... (فلما اصبح غداً الي رسول الله (ص) فقال (ص): ضحك الله الليلة او عجب من فعالكما!! Səhihi Buxari c-5, Kitabu mənaqebul ənsar, bab- Vəyu`sirunə əla ənfusihum.)
3.- Əbu Hureyrədən üç sənədlə iki müxtəlif mətnlərdə nəql olunmuş hədisdə deyilir:- Allah tə`ala iki nəfərə gülür! Biri başqasını öldürdükdən sonra hər ikisi behiştə daxil olduqda. ərz etdilər: Ey Allahın elçisi! Qatillə öldürülmüş adamın hər ikisinin behiştə daxil olması mümkündürmü?! Buyurdu:- Onlardan biri Allah yolunda vuruşaraq şəhadətə yetişir, sonra onun qatili də tövbə edərək İslamı qə`bul edir. O da Allah yolunda cihada gedir və şəhadətə nail olur.عن ابي هريرة: ان رسول الله (ص) قال: يضحك الله الي رجلين، يقتل احدهما الاخخر، فكلاهما يدخل) الجنة) فقالوا: كيف يا رسولالله؟! قال: يقاتل هذا في سبيل الله عزوجل فيستشهد، ثم يتوب الله علي القاتل،فيسلم فيقاتل في سبيل الله. Səhihi Müslüm c-6, bab- Bəyanur-rəculəyn yəqtulu əhəduhuma əlaxəru yədxulanil cənnəh.)
4.- İbn Məsud Peyğəmbər (s)-dan nəql edir:- Behiştə axırıncı daxil olan şəx bəzən yol gedən , bəzən isə yerə üzü üstə yıxılan və bəzən üzünü od yandıran bir kişi olacaqdır. Elə ki, oddan keçdi ona baxar və Allaha şükürlər edər: -Məni sənin içindən nicat verən Allah böyükdür. Mənə elə bir ne`mət vermişdir ki, əvvəldən axıra heç bir kəsə bu ne`məti verməmişdir.
Sonra onun üçün bir ağac görünər. Ərz edər: Xudaya! Məni bu ağaca yaxınlaşdır ki onun kölgəsindən bəhrələnim və suyundan içim. Allah onun cavabında deyər: Ey Adəm övladı! Bu ağacı sənə versəm mümkündür məndən başqa bir şey də istəyəsən! Ərz edər:- Xeyr, İlahi! Allahla ondan başqa bir şey istəməməsinə söz verər və əhd bağlayar.
Allah onun üzrünü qə`bul edər. Çünki o şəxs elə bir vəziyyətdə olar ki ne`mətləri görər amma səbr etməyə taqəti olmaz. Onu ağacın kölgəsində rahatlanmasına və suyundan bəhrələmsinə görə ağaca yaxınlaşdırar.
Sonra onun gözlərinə əvvəlkindən gözəl olan başqa bir ağac görünər. Ərz edər: - İlahi! Məni bu ağaca yaxın etki onun suyundan içim və kölgəsində də rahatlıq tapım. Səndən daha başqa bir şey istəməyəcəm.
Allah deyər:- Ey Adəm övladı! Mənimlə əhd peyman bağlamaqla o ağacdan başqa bir şey istəmədiyinə söz verən sən deyildinmi? Sonra Allah deyər: -Əgər o ağaca səni yaxınlaşdırsam məndən başqa bir şey də istəyərsənmi?! O kişi ikinci ağacdan başqa bir şey istəməyəcəyinə söz verər və Allahla əhd bağlayar. Allah onun üzrünü qə`bul edər. Çünki gördüyü ne`mətin qarşısında səbrini əldən verər. Beləcə kölgə və suyundan bəhrələnməsindən ötrü ikinci ağaca yaxınlaşar. Sonra behişt qapısının ağzında birinci və ikinci ağacdan daha gözəl və göyçək bir ağac görər. Ərz edər :- İlahi! Məni bu ağaca yaxınlaşdır ki onun kölcəsindən bəhrələnim və suyundan içim. Səndən başqa bir şey istəməyəcəm. Allah onun cavabında deyər:- Ey Adəm övladı! Mənimlə o ağacdan başqa bir şey istəməyəcəyinə söz vermədinmi? Ərz edər: Bəli ey mənim Allahım! Səninlə belə bir əhd bağlamışdım. Amma üçüncü ağacı da mənə ver səndən daha heç nə istəməyəcəm. Allah yenə də onun üzrünü qə`bul edər. Çünki o kişi gördüyü ne`mətin qarşısında səbrini əldən verər. Allah onu ağacın və behişt qapısının yanına yaxınlaşdırar. Eləki behişt əhlinin səsini eşidər, ərz edər:- İlahi! Məni behiştə daxil et! Allah deyər: Ey Adəm övladı! Səni razı edəcək bir şey nədir? Əgər dünyanı iki qat sənə versəm, razı qalarsanmı? Deyər:- İlahi, axı aləmlərin rəbbi sənsən. Mənə məsxərə edirsən?!
Bu yerdə İbn Məsud güldü; və dedi: Mənim gülməyimin səbəbini soruşmursunuzmu? Dedilər :-Sənin gülməyinin səbəbi nədir? Peyğəmbər (s) belə gülmüşdür. Ərz etdilər: Ey Allahın elçisi gülməyinizin səbəbi nədir? Buyurdu:- Mənim gülməyim Allahın gülməsinə görədir!! Elə ki bəndəsi deyər:- İlahi, axı aləmlərin rəbbi sənsən. Mənə məsxərə edirsən?! Allah deyər: Mən sənə məsxərə etmirəm, istədiyim hər bir şeyə qadirəm. عن ابن مسعود: ان رسول الله (ص) قال: آخر) من يدخل الجنة رجل،فهو يمشي مرة، ويكبو مرة و تسفعه النار مرة، فاذا ماجاوزها، التفت اليها فقال: تبارك الذي نجاني منك، لقد اعطاني الله شيئاً، ما اعطاه احداً من الاولين، فترفع له شجرة، فيقول: اي رب ادنني من هذه الشجرة فلاستظل بظلها واشرب من مائها! فيقول الله عزوجل: يا ابن آدم! لعلي ان عطيتكها سألتني غيرها؟ فيقول: لا. يا رب! ويعاهده ان لا يسئله غيرها، وربه يعذره، لانه يري، مالا صبرله عليه، فيدنيه منها، فيستظل بظلها، ويشرب من مائها، ثم ترفع له شجرة، هي أحسن من الاولي، فيقول: اي رب! ادنني من هذه! لاشرب من مائها ويستظل بظلها، لااسئلك غيرها. فيقول: يابن آدم! الم تعاهدني ان لاتسئلني غيرها؟! فيقول: لعلي ان ادنيتك منها تسئلني غيرها؟ فيعاهده، ان لايسئله غيرها، و ربه يعذره، لانه يري مالا صبر له عليه، فيدنيه منها، فيظل بظلها، ويشرب من مائها، ثم ترفع له شجرة عند باب الجنة، هي أحسن من الاوليين، فيقول، اي رب ادنني من هذه لاستظل بظلها، واشرب من مائها! لااسئلك غيرها. فيقول: يابن آدم! الم تعاهدني ان لاتسئلني غيرها؟! قال: بلي يا رب، هذه لا أسئلك غيرها، وربه يعذره، لانه يري، مالا صبرله عليها، فيدنيه منها، فيسمع اصوات اهل الجنة فيقول: اي رب ادخلنيها! فيقول: ياابن آدم ما يصريني منك؟ ايرضيك ان اعطيتك الدنياومثلها معها؟ قال: يا رب استهزء مني وانت رب العالمين؟ فضحك ابن مسعود فقال: الاتسئلوني مم أضحك؟ فقالوا: مم تضحك؟ قال: هكذا ضحك رسول الله (ص) فقالوا: مم تضحك يا رسول الله؟ قال من ضحك رب العالمين!! حين قال: اتستهزءني وانت رب العالمين فيقول: اني لا استهزء منك؛ ولكني علي ماأشاء قدير. * عن ابي رزين، قال، قال رسول الله (ص) ضحك ربنا من قنوت عباده، وقرب غيره قال: قلت: يا رسول الله! أيضحك
الرب؟! قال (ص): نعم. قلت: لن نعدم من رب يضحك خيراً!!!
)

В теме: Allahı görmək olarmı?

18 января 2010 - 16:27

Görün bu ALLAH BƏNDƏLƏRİNİN nəzərində ALLAHA hörmət necə olur.
1.- Əbdullah ibn Ömər deyir:- Allahın Rəsulu (s) məscidin qibləsi tərəfində ağız suyu gördü və oranı təmizlədi. Sonra üzünü camaata tutaraq buyurdu : Sizlərdən hər biriniz namaz qılan zaman, öz qarşınıza ağzınızın suyunu atmamalısınız. Çünki namaz qılınan vaxt Allah sizin qarşınızda dayanır(عن عبدالله بن عمر: ان رسول الله (ص) راي بصاقاً في جدار القبلة فحكه بيده، ثم اقبل علي الناس، فقال: اذا كان احدكم يصلي فلا يبصق قبل وجهه، فان الله قبل وجهه اذا صلي .
Səhihi Buxari c-1, Kitabus-salat bab-حك البزاق بايد من المسجد ; Səhihi Müslüm c-2, Bab-Ənnəhyu ənil busaq fil məscidi fis-səlati və ğeyriha
).
2.- Əbdullahdan nəql olunmuşdur ki:- Peyğəmbər (s) namaz qılarkən məscidin qibləsində ağız suyu gördü. Əli ilə onu təmizlədi. Onun üzündən qəzəblənməsi və naraht olması bilinirdi. Sonra belə buyurdu:- Sizlərdən hər biriniz namaz qılarkən Allah onun qarşısında durur. Namaz qılarkən öz qarşınıza ağzınızın suyunu atmayın(عن عبدالله ره قال: بينا النبي (ص) يصلي رأي في قبلة المسجد نخامة فحكها بيده، ثم قال: ان احدكم اذا كان في الصلوة فان الله حيال وجهه، فلا يتخمن حيال وجهه في الصلوة .
Səhihi Buxari c-1, - Kitabus-səlat –bab:-həl yəltəfet liəmri ...; və c-8 Kitabul ədəb bab:- Ma yəcuzu minəl ğəzəbi vəşşiddəti li əmrillah!
).
3.- Əbu Hureyrə deyir:- Peyğəmbər (s), məscidin qibləsində ağız suyu gördü.Üzünü camaata tərəf çevirib buyurdu:- Nəyə görə sizlərdən biri Allahla üz-üzə durarkən öz qarşısına ağzının və sinəsinin suyunu atır?! Sizin qarşınızda duraraq üzünüzə ağzının və sinəsinin suyunu atan bir kəsin bu əməlini sevirsinizmi?! Əgər sizlərdən hər kəs ağzının ya sinəsinin suyunu atmaq istəsə, sol ayağının kənarına atsın. Mümkün olmasa əvvəlki kimi etsin(عن ابي هريرة: ان رسول الله (ص) يصلي رأي نخامة في قبلةالمسجد فأقبل علي الناس، فقال: ما بال احدكم يقوم مستقبل ربه فيتنخع امامه ، ايحب احدكم ان يستقبل فيتنخع في وجهه؟! فاذا تنخع احدكم، فليتنخع عن يساره تحت قدمه، فان لم يجد فليفعل هكذا . ووصف القاسم، فتفل في ثوبه، ثم مسح بعضه علي بعض
Səhihi Müslüm c-2, bab Ənnəhyu ənil busaqi fil məscidi fis-səlati və ğeyrih- Sunən İbn Macə Kitabus-səlat bab-61.
).
Hədis ravisi Qasim dedi: Peyğəmbər (s) öz paltarının ətə`yini açdı və ağzının suyunu ora atdı. Sonra ətə`yini bir birinə sürtdü. Ravinin özü də əyani surətdə bu işi gördü.
Bu hədisi Müslüm iki yolla Əbu Hureyrədən nəql edir.
Altı sihah sahiblərindən üçü və sunən və məsanid müəlliflərinin bir çoxu Müaviyət ibn Həkəm Səkəmidən Peyğəmbər (s) tərəfindən onun kənizinin i`manının yoxlanması barədə belə nəql etmişdir:
Peyğəmbər (s)-a ərz etdim:- Bu kənizi azad edimmi?! Buyurdu onu mənim yanıma gətir. Eləki kənizi Peyğəmbər (s)-in yanına gətirdim, ondan soruşdu: - Allah hardadır? Dedi:-Göydə! Sonra sual etdi:- Mən kiməm? Cavab verdi:-Sən Allahın elçisisən.
Bu yerdə Peyğəmbər (s) buyurdu:- Bu kənizi azad et. Çünki onun i`mani var.
فقال لها أين الله قالت في السماء ، قال: من انا؟ قالت انت رسول الله (ص). قال اعتقها فانهن مؤمنة(Səhihi Müslüm c-2, Kitabus-salat, bab-Təhrimul kəlami tis-səlat.; Sunəni Davud c-1, Kitabus-səlati bab-Təşmitul atisus-səlat.; Sunəni Nəsai c-2, Kitabul iman bab-Filmərqəbətil muminə.; Sunəni Nəsai c-3, Kitabus-səhvi bab-Əlkəlamu fis-səlat;Muvəttəi Malik c-2).
Əhnəf ibn Qeys Abbas ibn Əbdul Muttəlibdən nəql edir ki:- Bəthada (çay) Peyğəmbər (s) və bir neçə nəfərlə oturmuşdum. Kiçik bulud parçası görsəndi. Peyğəmbər (s) o buluda baxdı və buyurdu: Sizdə bunun adı nədir?
Ərz etdilər: "Səhab". Buyurdu :- "Mozn"da deyirsiniz? Ərz etdilər:- Mozn, da deyirik. Buyurdu:- "Ənan" da deyirsiniz? Dedilər :- Ənan da deyirik.
Sonra Peyğəmbər (s) buyurdu:- Yerlə göyün arasındaki fasilənin nə qədər olduğunu bilirsinizmi?
Cavab verdilər:- Bilmirik, buyurdu:-Yerdən göyə qədər olan məsafə, yetmiş bir ya yetmiş iki, ya da yetmiş üç ildir. İkinci göyün də məsafəsi o qədərdir. Yeddi göyə qədər saydı. Sonra Peyğəmbər (s) buyurdu:- Yeddinci göyün üstündə dərinliyi iki göyün arasında olan məsafə qədərində bir dəniz vardır. O dənizin üzərində səkkiz vəhşi bir qoç dayanmışlar. Onların dırnaqlarından dizlərinə qədər oalan məsafə iki göyün arasında olan məsafə miqdarı qədərdir. Ərş, o qoçların üstündədir. Ərşin aşağısı ilə yuxarı hissəsi arasında olan məsafə iki göyün arasında olan məsafə miqdarı qədərdir. Sonra buyurdu:- Allah da o ərşin üstündədir!(عن ابن عباس بن عبدالمطلب قال: كنت في البطحاء في عصابة فيهم رسول الله (ص) فمرت به سحابة فنظر اليها، فقال: ماتسمون هذه؟! قالوا: السحاب قال: والمزن؟! قالوا: والمزن. قال: والعنان؟! قالوا: والعنان. قال ابوداود لم اتقن العنان جيداً قال (ص) هل تدرون ما بين السماء والارض؟ قالوا: لا ندري قال: بعدما بينهما اماواحدة، اواثنتان او ثلالث و سسبعون سنة، ثم السماء فوقها كذلك، حتي عدد سبع سموات ثم فوق السابعة بحر ، بين اسفله واعلاه مثل ما بين سماء الي سماء، ثم فوق)

В теме: Vəhabilik.

16 января 2010 - 18:34

VƏHHABİLƏRin əksəriyyəti russkıyazıçnı olduğu üçün, bir balaca da onların ANA DİLİNDƏ.

Вслед за ознакомлением с убеждениями Ибн Таймийи, вас не удивит мнение и фетвы суннитских ученых об этом человеке.
Ибн Хаджар Аскалани собрал все существующие фетвы, изданные о нем, и говорит: "Ученые по поводу мазхаба Ибн Таймийи имеют разные мнения".
Так, некоторые причисляют его к секте "муджассамитов" за убеждения близкие к хамавитам и васийитам. Ибо он делал заявления, подобно: "Наличие рук, ног, лица – настоящие атрибуты Аллаха, и он восседает на троне".
Другие утверждают о его принадлежности к "занадикам"[Занадики – еретики, неверные.], т.к. он считает неверием призвание к помощи Пророка(ДБАР).
Другие посчитали его из "мунафиков"(лицемеры), т.к. он плохо отзывается об имаме Али(ДБМ). Ибн Таймийя пишет о его светлости: "Всякий раз встречаясь с противником лицом к лицу, он терпел поражение. Неоднократно пытался захватить власть в свои руки, но ему это не удавалось. Он вел войны ради установления своей власти, но ни как не религии Аллаха".
"Али был влюблен во власть, а Усман – в деньги".
"Али принес веру в Ислам в детском возрасте, тогда как вера малолетнего подростка не считается".
Также, что имам просил руки дочери Абу Джахля, что и послужило причиной его злословия в адрес его светлости.
Ученые в подтверждение его лицемерия приводят следующий хадис от Посланника Аллаха(ДБАР): "Никто не будет враждовать с тобой, о Али, кроме мунафика".
Иные говорят о его высоких идеях в "Великий Имамат", и приверженность к Ибн Тумерту.
Одним словом, насколько Ибн Таймийя противоречил самомусебе, столько мнений сложилось о нём у учёных. Но, наиболее выразительные слова принадлежат Ибн Хаджару Аскалани, который говорит: "Ибн Таймийя человек, которого Аллах принизил, ввел в заблуждение, сделал слепым и глухим… Ученые и предводители, раскрывшие его порочность, ложность речей, прямо на это указывали. Тот, кто желает узнать более подробно, должен непременно исследовать слова имама Абил Хасана Сабки, которого все считают предводителем и независимым исследователем в религиозных вопросах, а также его сына Тадж ад-дина, и шейха имама Из ибн Джамаата и других ученых шафиитского, маликитского, ханафитского толков, современников и предшественников Ибн Таймийи. В заключении хочу отметить, не следует придавать значения заявлениям Ибн Таймийи, они не стоят этого. Он – заблудший еретик, и вводящий в заблуждение, пустослов, с которым пусть Аллах поступит согласно справедливости. И да спасет нас Всевышний от его слов и поступков. Аминь!"

Рейтинг@Mail.ru