Перейти к содержимому


Əbu-Turab

Регистрация: 27 авг 2009
Offline Активность: 04 янв 2023 16:04

Мои темы

Xəlifələrin Peyğəmbərin hədislərini qadağa...

24 декабря 2009 - 14:07

Əbu Bəkr Peyğəmbərin vəfatından sonra camaat üçün xütbə oxyaraq belə dedi: “Həqiqətən, siz Rəsuləllahdan hədislər nəql edirsiniz və onlarda ixtilafınız var. Sizdən sonra gələnlərin isə daha çox ixtilafları olacaq. Heç vaxt Rəsuləllahın hədislərini nəql etməyin və hər kəs sizdən soruşsa ona deyin: Sizinlə bizim aramızda Allahın kitabı var. Bəs, halalını halal, haramını isə haram bilin” (Zəhəbi “Təzkirətül-hifaz” 1 cild, səh 3)

Aişə deyir: “Atam Rəsuləllahın hədislərindən beş yüzə qədər toplamışdı. Sonra axşam onun öz yatağında qurdalanaraq yuxuya getmədiyini gördüm. Öz-özümə dedim. Deyəsən narahatşılığı var, ya narahat edici bir xəbər eşitmişdir! Səhər aşıldıqda məni səsləyərək dedi: Qızım! Sənə əmanət tapşırdığım hədisləri gətir. Mən hədisləri gətirdim. Conra onların hamısını yandırdı” (“Kənzül-Ümmal” cild 10 səh 285, hədis 29460; “Təzkirətül-hifaz” Zəhəbi 1 cild, səh 5)

Ibn Macə öz sünnəninin birinci hissəsində “Ət-Təvəqqi filhədis” fəslində Qorzət ibni Kə’bdən nəql edir ki, o demişdir: Ömər ibni Xəttab bizi Küfəyə göndərdi. Onun özü də Sərar adlı məntəqəyə qədər bizimlə gəldi. Ora çatdıqda bizı dedi: Bilirsiniz niyə sizinlə yol gəlirəm? Dedik: Hər halda ənsardan və Rəsuli-Əkrəmin əshabından olduğumuza görə. Dedi: Yox, bəlkə bir məsələ var ki, sizinlə o barədə söhbət etmək istəyirəm. Istəyirəm ki, onu unutmayasınız (ona əhəmiyyət verin). Elə buna görə də sizinlə bu qədər yol gəlmişəm.siz helə bir tayfaya tərəf gedirsiniz ki, Qur’an avazı onların sinəlırində, qazanda qaynar suyun səsinə bənzəyir. Onlar sizi gördükdə boyunlarını sizə tərəf uzadacaqlar (yəni sizinlə görüşdüklərinə görə sevinəcəklər) və deyəcəklər: Mühəmmədin ədhabı gəldi. Elə isə diqqətli olun, Rəsuləllahdanaz rəvayət nəql edin və bilin ki, mən sizinləyəm.
Helə ki, Qorzət ibn Kə’b o diyara daxil oldu camaat ona dedi: Rəsuləllahdan söhbət et və bizə onun hədislərindən söylə. Qorzət dedi: Ömər bizi bu işdən çəkindirişdir. (“Təzkirətül-hifaz” Zəhəbi 1 cild, səh 7; “Sünən” ibni Mace 1 cild səh 12; “Sünən” Darəmi 1 cild səh 85).

Müslim öz səhihinin “Əl-Adab” kitabında, “Əl-istizan” fəslində gətirmişdir: “Ömər Əbu Musa Əş’ərini Peyğəmbərdən hədis nəql etdiyinə görə kötək vuracağı ilə hədələdi”. (“Səhih” Müslim cild 6 səh 178, cild 3 səh 38).

Əbu Sə’id Xidri deyir: Übey ibn Kə’bin məclisində oturmuşduq. Birdən Əbu Musa Əş’əri hirsli halda otağa daxil oldu. Sonra dedi: Sizi and verirəm Allaha, məgər sizlərdən biri Rəsuləllahdan eşitməyib ki, həzrət buyurur: (Evə daxil olmaq üçün) üç dəfə icazə almaq lazımdır?! Əgər sənə icazə verilməsə qayıt. Ubey dedi: Nə hadisə baş verib?
Əbu Musa dedi: Dünən Ömər ibn Xəttabın yanına daxil olmaq üçün üç dəfə icazə istədim. Icazə vermədiyinə görə geri qayıtdım. Bu gün onun yanına daxil olduqda bildirdim ki, dünən üç dəfə salam verdim və cavab almadığıma görə geri qayıtdım. Ömər dedi: Salamını eşitdim, ancaq işim var idi. Niyə görə yenə də icazə almamısan? Dedim: Mən Rəsuləllah buyurduğu kimi icazə almışam. O, tez əsəbləşərək dedi: And olsun Allaha, belinə və qarnına o qədər qamçı vuracağam ki, səsin aləmi bürüsün. Ya da elə bir adam gətir ki, sənin bu sözünə şahidlik etsin.
Übey ibn Kə’b dedi: And olsun Allaha, yaşı hamımızdan az olandan savayı heç kəs səninlə getməyəcək (biz hamımız bunu eşitmişik, hətta o kəs ki, yaşı hamımızdan azdır). Ey Əbu Sə’d! Qalx və get şahid ol. Əbu Sə’d deyir: Mən qalxdım və Ömərin yanına gedib dedim: And olsun Allaha, mən özüm Rəsuli-Əkrəmdən bu sözü byurduğunu eşitmişəm.

Buxari də bu əhvalatı nəql etmişdir, amma həmişəki kimi onu xülasə nəql etmişdir və Ömərin abrını qorumaq üçün onun hədələdiyi qisməti mətndən atmışdır. (Səhih Buhari “Əl-İstizan” kitabı “Ət-Təslim” fəsli cild 7 səh 130).

Lakin Müslim öz səhihində Übey ibn Kə’bin Ömərə dediyi sözünü də artırmışdır. O demişdir: Ey Xəttabın oğlu! Rəsuləllahın əshabına işkəncə vermə, onlarla sərt rəftar etmə!

Bir gün Ömər minbərdə camaat üçün xitab edərək dedi: “Ey camaat! Həqiqətən, mənə xəbər yetişib ki, sizin əlinizdə bəzi kitablar vardır. Bilin ki, Allahın yanında onların ən yaxşısı o kitabdır ki, onda doğru və düzgün mətləblər yazılmışdır. Heç kəs öz yanında bir kitab belə saxlamasın. Bütün kitabları mənim yanıma gətirin ki, onlara qarşı öz nəzərimi bildirim. Camaat elə fikirləşdilər ki, o, kitabları araşdıraraq ixtilafları aradan aparmaq istəyir. Buna görə də bütün kitablarını Ömərin yanına gətirdilər. Nəticədə isə Ömər onların hamısını yandırdı”. ( İbn Sə’ id “Təbəqatul-Kubra” cild 5 səh 188; Xətib Bağdadi “Təğyidil-Elm” səh 52) .

Ibn Əbdül Bər “Came Bəyan elm və fəzluh” kitabında yazır: Ömər ibn Xəttab Peyğəmbərin hədislərini yazmaq istəyirdi. Sonra fikirləşdi ki, bu işi görməsə yaxşıdır. Buna görə də bütün şəhərlərə məktub yazaraq əmr etdi ki, hər kəs hədis yazıbsa onu pozub aradan aparsın. (“Came Bəyan Elm” cild 1 səh 65).

Ömər dünyadan getməzdən qabaq Rəsulallahın əshabına məktub yazaraq onları bütün şəhərlərdən yanına çağırtdırdı. Məsələn: Abdullah ibn Hüzeyfə, Əbuddərda, Əbuzər Qəffari və Əqəbət ibn Amir. Sonra dedi: B nə hədislərdie ki, şəhərlərdə Rəsuləllahdan nəql etmisiniz? Dedilər: Bizi bu işdən çəkindirirsən? Dedi: Yox! Təkcə burada, mənim yanımda qalın. And olsun Allaha, nə qədər ki, sağam qoymaram məndən uzaqlaşasınız. (Yəni qoymaram şəhərlərə gedəsiniz və rəvayətləri yayasınız). (Kənzül-Ümmal cild 1 səh 292).

Osman xəlifəlik dövründə minbərdən açıq-aşkar elan etdi ki: “Rəsuləllahın (Ömər və Əbu Bəkrin vaxtında) eşitmədiyim bir hədisi nəql etmək rəva deyil”. (Təbəqatul-Kubra cild 2 səh 336; Kənzül-Ümmal cild 10 səh 295).

Mənbədən oxuyun.


Peyğəmbərdən sonra əsl xəlifə İmam Əli (a.s.)

19 декабря 2009 - 14:36

Həzrət Peyğəmbər (s), bu hədisi-şərifdən başqa bir çox yer və zamanda da eyni mə᾽naya toxunmuşdur. Məsələn:
1. İmam Əhməd bin Hənbəl «Müsnəd»də və Mir seyid Əli Həmədani əş-Şafei «Məvəddətul-Qurba»nın 4-cü məvəddətinin sonunda belə nəql edirlər: Rəsulallah (s) həzrət Əliyə belə buyurdu: «Ya Əli! Sən xalqın üzərimdəki olan haqqlarını ödəyəcəksən və sən mənim ümmətimə olan xəlifəmsən».

2. İmam Əhməd «Müsnəd»də müxtəlif mə᾽nbələrdən, Şafei fəqihi olan İbni Məğazili «Mənaqib»də və Sə᾽ləbi öz təfsirində belə nəql edirlər: «Rəsuli-əkrəm (s) həzrət Əliyə belə buyurdu: «Ya Əli! Sən mənim qardaşım, vəsim, xəlifəm və borclarımı ödəyənsən».

3. Əbül Qasım Hüseyn bin Məhəmməd (Rağib İsfahani) «Mühazirətül-Üdəba və Mühavəratüş-Şüəra vəl-bğüləğa» kitabının ΙΙ cildinin 213-cü səhifəsində Ənəs bin Malikdən Rəsuli-əkrəmin (s) belə buyurduğunu nəql etmişdir: «ŞübHəsiz mənim dostum, vəzirim, xəlifəm və borcumu ödəyib, vədlərimə vəfalı olan, özümdən sonra qoyduğum ən xeyirli kəs, Əli ibn Əbu Talibdir».

4. Mir Seyid Əli Həmədani əş-Şafei «Məvəddətul-qurba»nın 6-cı məvəddətinin əvvələrində, ΙΙ xəlifə Ömər bin Xəttabdan belə nəql edir: həzrət Peyğəmbər, əshab arasında qardaşlıq əqdi oxuyarkən belə buyurdu: «Bu Əli, dünya və axirətdə qardaşım, ailəm arasında xəlifəm, ümmətimin içində vəsim, elmimin varisi və borcumu əda edəndir. Onun malı məndən, mənim malım isə onundur; onun mənfəəti mənim mənfəətim, onun zərəri isə, mənim zərərimdir. Onu sevən məni sevmişdir, ona nifrət edən mənə nifrət etmişdir».

5. Yenə 6-cı məvəddətdə Ənəs bin Malikdən hədis nəql edir ki, daha öncə onu bildirmişdim. O hədisin sonunda belə deyir: «Rəsuli-əkrəm (s) belə buyurdu: «O (Əli), mənim xəlifəm və vəzirimdir».
6. MəHəmməd bin Yusif Gənci əş-Şafei «Kifayəut-Talib»də Əbuzər Ğəffaridən belə nəql edir: Peyğəmbər (s) belə buyurdu: «Üzü, əli, ayağı (səcdə yerləri) nurlu olanların əlində bayrağı olan imamı və məndən sonrakı xəlifəm Əmirəl-mö᾽minin Əli yanıma gələcəkdir».

7. Beyhəqqi, Xətib Xarəzmi və İbni Məğazili əş-Şafei «Mənaqib»lərində Rəsulallahın (s) həzrət Əliyə belə buyurduğunu nəql etmişlər: «Mən insanların arasından getdikdən sonra, sən mənim xəlifəm və məndən sonra mö᾽minlərin vəlisisən».

8. İmam Əbu Əbdürrəhman Nəsai (SiHahi-Sittənin imamlarından biri) «Həsaisul-Ələviyyənin 23-cü hədisində İbni Abbasdan həzrət Əlinin (ə) fəzilətini geniş şəkildə nəql edir. Harunun mənzilətlərini zikr etdikdən sonra Rəsulallahın (s) həzrət Əliyə belə buyurduğunu nəql edir: «Sən mənim xəlifəmsən. Yə᾽ni məndən sonra hər mö᾽minin xəlifəsisən».
(Aydındır ki, bu cümlə və davamındakı cümləylə Harunun bütün mənzilət və dərəcələrini həzrət Əliyə verdikdən sonra Əlinin əmirliyini açıq bəyan etdi. «Yə᾽ni sən Ey Əli! Ümmətimə və məndən sonra hər mö᾽minə mənim xəlifəmsən».
Bu hədisi-şərifdə və digər hədislərdə həzrət Peyğəmbərin buyurduğu «min» kəlməsi ya mini bəyaniyyədir; yə᾽ni «Mənim ölümümdən sonra…» və ya mini ibtidaiyyədir; yə᾽ni «Öldüyüm andan etibarən sən ümmətimin xəlifəsisən».
Hər iki halda da, həzrət Əlinin həzrət Peyğəmbərdən sonra, bütün ümmətə Allah və Rəsulunun xəlifəsi olduğu açıq-aydın əsaslandırılmış olur.

9.Xilqət hədisi: Bu hədis müxtəlif mənmələrdən nəql edilmişdir. Məsələn: İmam Əhməd bin Hənbəl «Müsnəd»də, Mir Seyid Əli Həmədani əş-Şafei «Məvəddətul-Qurba»da, İbni Məğazili əş-Şafei «Mənaqib»də, Deyləmi «Firdovs»da az bir fərqlə, səhih sənədlərlə həzrət Peyğəmbərin belə buyurduğunu nəql etmişlər: «Allah-təala, Adəmi yaratmadan 14000 il əvvəl mən və Əli bir nurdan yaradıldıq. Allah-təala, Adəmi yaratdıqdan sonra, o nuru Adəmin sülbünə yerləşdirdi. Əbdül-Müttəlibin sülbünə gələnə qədər beləcə bir nur idik. Əbdül-Müttəlibin sülbündən ayrıldıqdan sonra nübuvvət mənə, xilafət də Əliyə verildi».

10. Hafiz Əbu Cafər Məhəmməd bin Cəriri Təbəri (Ö: 310 H.) «əl-Vilayə» adlı kitabında Rəsuli-əkrəmdən (s) belə nəql edir: «Rəsulallah (s) «Qədiri Xum» xütbəsinin əvvəlində belə buyurdu: «Cəbrail Rəbbimdən tərəf mənə; burada qalxıb bütün ağ dərili və zəncilərə bunu e᾽lan etməyimi əmr etdi: «ŞübHəsiz ki, Əli bin Əbi Talib mənim qardaşım, vəsim, xəlifəm və məndən sonra İmamdır». Sonra belə buyurdu: «Ey insanlar! ŞübHəsiz Allah-təala, Əlini sizlərə vəli və imam tə᾽yin etdi; Onun itaətini hər kəsə vacib etdi; hökmü keçərli, sözü isə caizdir (Allah tərəfindəndir). Kim ona müxalifət edərsə (qarşı çıxarsa,) məl᾽undur; kim də onu təsdiq edərsə, rəhmətə nail olmuşdur».

11.Şeyx Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-Məvəddət»də Əhmədin «Mənaqib»indən, o da İbni Abbasdan belə bir rəvayət nəql edir ki, həzrət Əlinin (ə) bir çox məxsus fəzilətləri xilafət məqamını əhatə edir. Onların Hər biri tək başına onun xilafətini isbat etməyə kifayətdir. Bu səbəbdən ağaların izniylə, Höccətin tamamlanması üçün hədisin hamısını nəzərinizə çatdırmaq istəyirəm.
Möhtərəm ağalar, bilin ki Xatəmül-ənbiyanın (s) risalət məqamından sonra, ən üstün məqam həzrət Əlinin (ə) məqam və dərəcəsidir. Xülasə, İbni Abbas Rəsuli-əkrəmin (s) belə buyurduğunu nəql edir: «Ya Əli! Sən Hovuzumun və bayrağımın sahibi, qəlbimin həbibi, mənim vəsim, elmimin varisi və xəlifəmsən. Sən məndən əvvəlki Peyğəmbərlərin mirasının əmanətçisisən. Sən Allahın yer üzündəki eminin, bütün insanlara Höccətisən. Sən imanın rükunu və İslamın keşikçisən. Sən qaranlığın məşəlisən, Hidayətin nuru və dünya əhli üçün yüksəldilmiş nişanəsən.
Ya Əli! Kim sənə itaət edərsə, qurtulmuşdur. Kim də səndən üz çevirirsə, həlak olmuşdur. Aydın yol sənsən, sırati müstəqim sənsən, ağ üzlülərin rəhbəri və mö᾽minlərin sultanı sənsən. Mən kimin mövlasıyamsa, sən də onun mövlasısan. Mən bütün mö᾽min kişi və qadınların mövlasıyam. Səni ancaq halalzadə sevər və səna yalnız haramzadə düşmən olar. Allah-təalanın hüzuruna me᾽rac etdiyim zaman mənə belə buyurdu: «Ya Məhəmməd! Əliyə məndən salam söylə və ona bildir ki, o mənim dostlarımın imamı və mənə itaət edənlərin nurudur». Bu kəramət və məqam sənə mübarək olsun ya Əli!».

12. Xarəzm Xətiblərinin ən üstün Xətibi Əbül-Mueyyid Müvəffəquddin «Fəzailu Əmirəl-mö᾽minin» (ə) adlı kitabının 240-cı səhifəsinın (1313 h.q tarixli nəşri) 19-cu bölümündə, öz sənədləriylə Rəsulallahın (s) belə buyurduğunu nəql edir:
«Me᾽racda Sidrətul-Müntəhaya yetişdikdə mənə belə Xitab edildi: «Ey Məhəmməd! İnsanları imtahan etdinmi? Onların içərisində en itaətkar kimi gördün?» Mən də cavabında: «Bəli, imtahan etdim, onların arasında ən itaətkar Əlini gördüm» dedim. Allah-təala buyurdu ki, «Doğru söylədin ya Məhəmməd!» Sonra belə buyurdu: «Sənin hədəflərini insanlara çatdıracaq, mənim kitabımdan bəndələrimin bilmədiklərini onlara öyrədəcək bir xəlifə özünə seçdinmi?» Mən belə ərz etdim: «Ey Rəbbim! Sən kimi seçsən, mən də onu seçəcəyəm». Allah-təala buyurdu ki: «Əlini sənin üçün xəlifə və vəsi seçdim. Elm və helmimdən ona bağışladım. O, mö᾽minlərin həqiqi olan əmridir. Nə keçmişdə bir kəs onun məqamına yetişmiş və nə də gələcəkdə bir kəs onun məqamına yetişəcəkdir».
Bu növ hədislər, sizin mö`təbər kitablarınızda çoxdur. Mən onlardan ancaq zehnimdə olanları söylədim. Bu şəkildə cənab Hafiz bilsin ki, biz mövzunu qarışdırıb faydalanmırıq. Əksinə həqiqətin elə özünü söyləyirik. Sizin insaflı böyük alimləriniz də bunu eynən təsdiq etmişlər. Onlardan biri Nizami Bəsridir. Səlahətdin Səfdi «Vafi bil-Vəfəyat»da əlif hərfində mötəzili Nizzam deyə tanınan İbrahim bin Səyyar bin Hani əl-Bəsrinin tərcüməyi-halında onun belə dediyini nəql etmişdir:
«Rəsulallah (s) Əlinin imamətini (Xəlifəliyini) açıq-aşkar e᾽lan etmişdir. Ömər də bunu çox yaxşı bilirdi. Lakin o, Əbu Bəkr (r.z) xatiri üçün Əlinin imamətini gizli saladı».
Təəssüflər olsun ki, biz Xatəmül-ənbiyanın (s) zamanında yaşamadıq. Bu gün haqq yolu tapmaq üçün Qur᾽anın ayələrinə və hər iki məzhəbin (şiə və sünni) qəbul etdiyi səhih hədislərə nəzər yetirmək məcburiyətindəyik. Hər kim, Qur᾽ani-kərimin ayələri və Rəsuli-əkrəmin (s) də mütəvatir hədisləriylə, elmi uca fəzilətlərə sahib olduğuna görə, digər insanlardan önə çəkilib üstün tanıdılmışsa, bizim də onu özümüzə rəhbər bilib ona itaət etməyimiz vacibdir.
Sizin mö`təbər kitablarınızda qeyd olunan hədislərdə – həzrət Əlinin imaməti xüsusunda - xilafət, vilayət və vəsilik (varisilik) kəlmələri olduqca çoxdur. Bunlara əlavə olaraq deyim ki, keçən axşamlar bildirdiyimiz kimi, həzrət Əli (ə), nübuvvət istisna olmaqla digər bütün üstünlük və xüsusiyyətlərdə, həzrət Peyğəmbər (s) ilə bərabər idi. Buna görədə ümmətin hamısındən daha üstündür. Qur᾽anın ayələri və bir çox mütəvatir hədislərə görə, insanlar arasında heç kəs onun fəzilətlərinin onda birinə, hətta mində birinə belə yetişməyiblər.
Bu səbəbdən Xətib Xarəzmi «Mənaqib»də, İbni Abbasdan, Məhəmməd bin Yusif Gənci əş-Şafei «Kifayəut-Talib»də, Sibt bin Cəvzi «Təzkirə»də, İbni Sabbağ əl-Maliki» Fusulul-müHimmə»də, Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-məvəddət»də, Mir Seyid Əli Həmədani «Məvəddətul-qurba»nın 5-ci Məvəddəsində ΙΙ xəlifə Ömər bin Xəttabdan Rəsuli-əkrəmin (s) belə buyurduğunu nəql etmişrlər: «Əgər ağaclar qələm, dənizlər mürəkkəb, cinlər Hesab edən və insanlar da yazıçı olarlarsa, yenə də Əli ibn Əbu Talibin fəzilətlərini saya bilməzlər».
Buna görədə həzrət Əli (ə) xilafət məqamına və Rəsulallahın (s) vəsisi olmaya hər tərəfdən daha övla və daha layiqdir.

Allahın kitabında ərəblər.

22 ноября 2009 - 15:00

Salam dəyərli qardaş və bacılar. Bu mцvzuda, adından da gцrьndьyь kimi, quranda ərəblər və onların peyğəmbərə qarşı tцrətdikləri fitnədən, Onun gətirdiklərinə iman etməmələrindən sцhbət aзmaq istərdim. Niyəsə bьtьn tərcьmələrdə "Ərəblər" sцzь "Bədəvilər", ən yaxşı halda "Bədəvi ərəblər" olaraq tərcьmə edilir və ərəb dilindən xəbərsiz qardaş və bacılarımız ALDADILIR. Buyurun sizə Z. Bьnyadov və V. Məmmədəliyevin tərcьməsindən bir neзə misal; Surə 49, ayə14

قَالَتِ الْأَعْرَابُ آمَنَّا قُل لَّمْ تُؤْمِنُوا وَلَكِن قُولُوا أَسْلَمْنَا وَلَمَّا يَدْخُلِ الْإِيمَانُ فِي قُلُوبِكُمْ وَإِن تُطِيعُوا اللَّهَ وَرَسُولَهُ لَا يَلِتْكُم مِّنْ أَعْمَالِكُمْ شَيْئًا إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ (Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: ”Biz iman gətirdik!” – dedilər. (Ya Peyğəmbər! Onlara) de: ”Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: ”Biz islamı (mьəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!” – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır (зьnki iman əməllə etiqadın vəhdəti, islamı qəbul etmək isə yalnız zahiri əməl deməkdir). Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O sizin əməllərinizdən heз bir şey əskiltməz (mьkafatınızı layiqincə verər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

Surə 9, ayə 97-98

الأَعْرَابُ أَشَدُّ كُفْرًا وَنِفَاقًا وَأَجْدَرُ أَلاَّ يَعْلَمُواْ حُدُودَ مَا أَنزَلَ اللّهُ عَلَى رَسُولِهِ وَاللّهُ عَلِيمٌ حَكِيمٌ Bədəvilər kьfr və nifaq baxımından daha pis (qəliz) və Allahın цz Peyğəmbərinə nazil etdiyi hцkmləri (cahillikləri ьzьndən) bilməməyə (başa dьşməməyə) daha layiqdirlər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir! وَمِنَ الأَعْرَابِ مَن يَتَّخِذُ مَا يُنفِقُ مَغْرَمًا وَيَتَرَبَّصُ بِكُمُ الدَّوَائِرَ عَلَيْهِمْ دَآئِرَةُ السَّوْءِ وَاللّهُ سَمِيعٌ عَلِيمٌ Bədəvilər iзərisində elələri vardır ki, (Allah yolunda) xərclədiklərini ziyan sayar və (bundan xilas olmaq ьзьn) başınıza bəlalar (mьnasibətlər) gəlməsini gцzləyərlər. (Mцminlərə arzu etdikləri) bəla (mьsibət) цz başlarına gəlsin! Allah (hər şeyi) eşidəndir, biləndir!

Oysa Quranın ərəbcəsində BƏDƏVİ sцzь yoxdur. Sizcə, bu işin iзində bir iş yoxdurmu?! Burda Allah aзıq aşkar ərəblərin yollarını sapmalarından danışdığı halda, TƏƏSSЬFKEŞ "ərəb" qardaşlarımız bunun gьnahsız bədəvilərə deyildiyini bizə YERİTMƏYƏ зalışırlar. Mьaviyə bədəviydimi, Əbu-Sufyan bədəviydimi, Yəzid (Allahın lənəti olsun bu lənətə laiq olanlara) bədəviydimi? İndi oturun yaxşı-yaxşı dьşьnьn. Bu ayələrdən aзıq-aşkar gцrьnьr ki, Allah lənəti yəhudilərə, bəlaları ərəblərə diləmişdir. (Gьnьmьzdə ərəb dьnyasının dьşdьyь vəziyyətə baxın)!!!

Əhli-sünnət nəzdindəki ziddiyyətli hədislər 1.

13 октября 2009 - 16:50

Buyurub ziddiyyətli hədislərə bir nəzər yetirə bilərsiniz.

İngilis casusun etirafları.

10 октября 2009 - 14:56

Bu qədər öyüd verilər, amma qəlbləri daşdan da sərtdir.

Рейтинг@Mail.ru