Перейти к содержимому


Публикации hənbəli

176 публикаций создано hənbəli (учитываются публикации только с 29-апреля 23)



#13382 Buxarinin hədisə xəyanəti

Отправлено автор: hənbəli 26 июля 2009 - 17:32 в Şiə-sünni dialoqu

Bir çox hədislərə görə...hər mövzuda yazacaq qədər imkanım yoxdur...gələcəkdə bu barədə sənə xatırladaram mövzunu açarsan, orada cavab verərəm...



#13377 "Əmr sahiblər" kimlərdir?

Отправлено автор: hənbəli 26 июля 2009 - 17:24 в Şiə-sünni dialoqu

Rabbani alimlər... haqqı dəstəkləyən alimlər...hər bir alim yox!
Bir də onu qeyd edim ki, "əmr sahiblərinə tabe olun" ayəsi ümumi ayədir, "masiyətdə itaət yoxdur" hədisi bu ayəni təxsis edir. Ona görə də alimin batil fikirlərində ona tabe olmaq caiz deyildir. Həm də hakimin masiyətə əmrində də tabe olmaq caiz deyildir.



#13376 İbn Əbil-Hədid kimdir?

Отправлено автор: hənbəli 26 июля 2009 - 17:21 в Şiə-sünni dialoqu

Meger Zeydiler 12 imamcidirlar?
Manim demayim budur ki Moteziliyin axir vaxtlar xususan salafiler saymirlar ahli sunna kimi.
Motazili zamaninda onlar ahli snna kimi olub va alimleri olub maktablari olub. Yani sunni mazhabin bela problemi yox idid.


Tatar, sən axı ağıl sahibi bir Allah bəndəsisən...burda kim İbn Əbil-Hədidin imamiyyə firqəsindən olduğunu deyir? Yoxsa sizə görə imamiyyədən başqa firqələr şiə sayılmır? Sözsüz ki, onlar da şiədir...lakin ola bilsin ki, sizə görə həqiqi şiə deyildir...bu isə başqa bir məsələdir.



#13375 İmamlar yoxsa peyğəmbərlər

Отправлено автор: hənbəli 26 июля 2009 - 17:19 в Şiə-sünni dialoqu

İmamlar mələklərdən hansı növ elmi alıb? Məgər mələklər Allahın peyğəmbərə verdiyi şəriətdən başqa şəriət (təzə bir şey) gətiriblər imamlar üçün?
Allah-təala istədiyi insana vəhy göndərə bilər. Bildiyimiz kimi o İsanın anası, Musanın anasına da vəhy göndərib. Elə Sizin Səhihlərdə də bu haqda hədislər var:

Buxari Əbu Hüreyrədən, o da Peyğəmbərdən (s) nəql edir: “Sizlərdən əvvəl bəni İsrail övladlarından elə şəxslər var idi ki, peyğəmbər olmamaqlarına baxmayaraq mələklər onlar ilə söhbət edərdilər. Mənim ümmətimdən elə bir şəxs olarsa, Ömər özü olacaqdır.”
(“Səhihi-Buxari”, 2-ci cild, səh.194, Ömərin fəzilətləri fəsli)


Mən daha onu demirəm ki, mələk insan cildinə girib hamının gözü qarşısında peyğəmbərə yaxınlaşıb onunla söhbət edir və o getdikdən sonra peyğəmbər səhabələrinə deyir ki, bu kişi Cəbrayıl (ə) idi. Harada yazılıb ki, Cəbrayıl (ə) yalnız peyğəmbərin yanına gələ bilər?


Əvvələ sənin əl-Buxaridən gətirdiyin hədisdə elə bir söz yoxdur. Hədisdə "muhəddəs" deyilir, mələklər ilə danışması haqqında bir şey yoxdur. İbn Hacər "əl-Fəth" kitabında bunun təvili haqqında bir çox rəy gətirib..onun ilhamlanan kəs olması bir rəydir, digər rəyə görə doğru sözlü, sözündə haqqa isabət edən biridir, digər rəy isə mələklərin onun dili ilə danışmasıdır və İbn Hacər bunun da məna etibarı ilə ilhama əsaslandığını deyir.
İstənilən halda hədisdə belə bir söz yoxdur...

Üstəlik İsanın anası Məryəmin peyğəmbər olması haqqında bəzi əhli-sünnət alimləri fərqli görüşdə olublar, lakin istənilən halda bu da bir şeyə dəlalət etmir. Çünki Məryəm qadın olmuşdur və onun haqqında peyğəmbərlik vəsfi qadın olmasına görə mümkün deyildir, lakin eyni vəsfi bölüşdürməsi isə imkansız deyildir.

Uşaqların danışmasına isə cavab verdim...yəni bunda heç bir dəlil yoxdur. Uşaqların danışması Allahın möcüzəsi olmuşdur, yəni bununla Allaha bəndələrinə hüccət iqamə etmişdir. Lakin həmin uşaq bununla xüsusi bir məqama sahib olmamışdır. Heç kəs uşağa gəlib sual verib fətva soruşmayıblar... buna görə də əhli-sünnət övliyaların kəraməti ilə peyğəmbərlərin möcüzələri arasında fərq qoyublar.


Lakin sizin etiqada görə imamlar bir növ insanlara haqqı izah etmək üçün Allahın Yer üzərindəki nümayəndələridir, sizin öz standartlarınıza görə səhih saydığınız hədislərdə onların qeybi bilmələri, mələklərlə danışmaqları qeyd olunmuşdur. Yəni bütün göstəricilərə görə imamlar ilə peyğəmbərlər arasında heç bir fərq qalmamışdır. Diqqət edin...mən rasul demirəm, peyğəmbər deyirəm...çünki rasul yeni şəriət gətirənə verilən addır, amma peyğəmbər özündən əvvəlkinin şəriətini təbliğ edəndir.

Sizin öz alimlərinizə görə əgər imam bir söz deyərsə, bunu "Allah dedi: " deyərək rəvayət etmək caizdir. Belə bir elm sözsüz ki, Allahdan bir başa gələn elmdir. Çünki biz bilirik ki, bəzi məsələlərdə səhabələr peyğəmbərdən bunun onun öz sözü, yoxsa vəhy olduğunu soruşub dəqiqləşdirərdilər.



#13368 Omar Fatime(a)-ni niye gore incidib?

Отправлено автор: hənbəli 26 июля 2009 - 16:55 в Şiə-sünni dialoqu

Bağlama qardaş...gözlə qoy dəlillərini gətirsinlər!



#13367 "Əmr sahiblər" kimlərdir?

Отправлено автор: hənbəli 26 июля 2009 - 16:53 в Şiə-sünni dialoqu

Yekun görüş budur ki, müsəlman alimləri və hakimləridir.



#13366 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 26 июля 2009 - 16:51 в Şiə-sünni dialoqu

Get tayını tap!



#13365 Quranın təhrif olunduğuna inanan

Отправлено автор: hənbəli 26 июля 2009 - 16:50 в Şiə-sünni dialoqu

Mən fikirlərini bilmək istəyirəm...qəbul etməkdən burda söz düşmədi...haqq söz şəxsiyyətə görə deyil, sözün öz çəkisinə görə qəbul olunur.



#13363 İbn Əbil-Hədid kimdir?

Отправлено автор: hənbəli 26 июля 2009 - 16:49 в Şiə-sünni dialoqu

Zeydi şiəliyinin banisi Zeyd bin Əli bilirsən kimdən elm alıb? Vasil bin Ata'nın kim olduğunu bilirsən? Məhz mötəzilənin banisi odur. Ona görə də zeydilərin etiqadda, yəni tövhid məsələlərində mötəzilə olduğunu görəcəksiz. Bir qədər yaxşı araşdırma apar. Mötəzililər əhli-sünnət deyildir, lakin səhabələr və xilafət məsələlərində sünnidirlər. İbn Əbil-Hədid isə səhabələr və xilafət məsələsində şiədir. Yuxarıda göstərdiyim səbəblərə görə...



#13362 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 26 июля 2009 - 16:40 в Şiə-sünni dialoqu

Mövzunu açıb iddia etmisən ki, əhli-sünnət məxluqa bənzər bir ilaha iman gətirir...mən isə sənin yalan dediyini göstərdim. Nə İbn Əbi Yalə, nə də başqası belə bir şey demir...sənin problemin bundadır ki, sən lüğət elmlərində cahilsən, bir şeyin zahirini təsdiqləmək onun hərfi mənasını qəbul etmək deyildir!!! Həqiqətini qəbul etmək, sadəcə başqa mənaları nəfy edib həmin sifətlərin Allaha aid mahiyyətini və keyfiyyətini bilmədiyimiz sifətlər olduğuna etiqad gətirməkdir. Bu isə o deməkdir ki, ALLAHın əli dedikdə onun özünə məxsus bir sifəti olduğunu deyirik, orqan deyil, cism deyil, hissələrə ayrılmaz, heç bir şeyə bənzəməz...keyfiyyətini bilmədiyimiz bir sifətdir...indi sən mənim məxluqa bənzər bir ilaha iman gətirdiyimi isbat elə...sonra mövzunu davam edə bilərsən! Çünki mənim dediklərim alimlərimizin dedikləridir...Əgər mənim sözümdə təşbih olduğunu isbat etsən...o zaman sənin burda yazdıqların doğru olacaqdır...isbat etməsən...boş yerə yazıb doldurmaqla bir şeyə nail olmayacaqsan...mən sənin içüzünü çoxdan açmışam, sən yazıb tökməklə elə təəssürat yaradırsan ki, guya millət sənin qarşında yazdıqlarına cavab vermir...daha anlamırsan ki, millət sənin cahilliyini görüb mövzunu davam eləmək istəmir...

Sən ümumiyyətlə bəlağə elmi haqqında hansısa bir kitab oxumusan?

Hanbali ezizim meger sizin alimlera Allaha el uz ayag demayi yalniz shyeler deyir?
Ela ehli sunni alimleri sizi Allaha el uz ayag iddia edan kimi taniyirlar
Useymin oz kitabinda yazir (al agidatul al safaraniyye)
ما ظاهرها فهو المعنى اللائق بالله حقيقة دون المجاز ، فالمراد باليد يد حقيقية تأخذ وتتصرف وتقبض وتبسط ، وكذلك أيضا المراد بالأصابع أصابع حقيقية يأخذ الله بها ما أراد من خلقه ، وكذلك المراد بالعين ، وهكذا بقية الصفات

Zahir deyanda Allaha mecazi demirik ne ki var onu deyirik.El yani hegigi el hansi ki tutur galdirir ve edir barmag deyanda da hemcini eladir ve istediy sheyi galdirir,goz deyandada hamcinin.

http://www.ibnothaim...cle_18166.shtml


İbn Useymin deyir: "Lakin zahirə gəldikdə isə bu Allaha layiq həqiqi mənadır, məcaz deyildir. Əl ilə qəsd olunan həqiqətdir, götürür, təsərruf edir, bağlayıraçır. Eynilə barmaqlarla qəsd olunan həqiqi barmaqlardır, Allah onlarla yaratdıqlarından istədiyini götürür, eynilə göz ilə qəsd olunan da bunun kimidir və digər sifətləri də eynidir."

Altından xətt çəkdiklərimi İbn Useyminin öz sözləri olduğunu zənn etmə, çünki bütün bu sifətlər, Yəni Allah yerləri və göyləri əli ilə götürür, istədiyi kimi təsərrüf etməsi, əlinin açılması və digər buna bənzər sifətlər Quranda və səhih sünnətdə gəlmişdir. İbn Useymin də bütün bunları isbat edir. Buna isbat deyirlər..bununla nə məxluqa bənzədir, nə də bu sifətlərin ALLAHın sifətləri olmasını inkar etmir. Sən gərək İbn Useyminin bu sözlərindən əvvəl qeyd etdiyi digər sözlərini də qeyd edərdin:

فكل هذه ألفاظ تدل على مسميات هي بالنسبة إلينا أبعاض وأجزاء ، أما بالنسبة لله فلا نقول إنها أبعاض وأجزاء ؛ لان البعض والجزء ما يمكن انفصال بعضه عن بعض ، وهذا بالنسبة لله عز وجل مستحيل ، ولهذا لم نر أحداً يقول : إن يد الله بعض منه أو جزء منه ، أو إن وجهه جزء منه أو بعض منه ، فلا يقال هذا في حق الله عز وجل ؛ لان البعض والجزء ما صح انفصاله عن الأصل ، وهذا بالنسبة لله أمر مستحيل ، إذا نسميها يدا ووجها وعينا وأصبعا وقدما ، وما أشبه ذلك ، لكننا لا نسميها بعضا أو جزءا .

"Bütün bu ləfzlər öz adlarına görə bizə nisbətdə hissələr və cüzlərdir. Lakin Allaha nisbətdə isə bunların hissələr və cüzlər olduğunu demirik, çünki hissə və cüz bir hissəsi başqa hissəsindən ayrı olan şeylərə deyilir. Bu isə Allaha nisbətdə imkansızdır, buna görə də heç kəsin "Allahın əli onun bir hissəsidir, ondan bir cüzdür" və ya "onun üzü ondan bir hissədir" dediyini görmürük. Allahın haqqında belə şeylər söylənilməz, çünki hissə və cüz öz əslindən ayrılması mümkündür, belə bir şey isə Allah haqqında imkansızdır. Biz bunları əl, üz, göz, barmaq, ayaq və buna bənzər şəkildə adlandırırıq, lakin bunların hissələr və cüzlər olduğunu demirik."
Bu sözlərindən sonra deyir:

"ولنضرب لذلك مثلا باليد ، فإذا قالوا إن ظاهر اليد أن تكون مثل أيدي المخلوقين ، قلنا : كذبتم ليس هذا ظاهرها ؛ لان هذه اليد أضيفت إلى الله ، فلا يمكن "أن يكون المضاف إلى الله كالمضاف للمخلوقين ، بل المضاف إلى الله يكون لائقا بالله عز وجل ، ووصف كل موصوف يناسبه .

"Buna misal olaraq əli misal göstərək. Əgər desələr ki, əl sözünün zahiri mənası məxluqların əlidir, onlara belə cavab verərik: Siz yalan dediniz, bunun zahiri mənası bu deyil, çünki bu "əl" Allaha izafə olunmuşdur, o zaman Allaha izafə olunan şeyin məxluqlara izafə olunan şey kimi olması mümkün deyildir. Əksinə Allaha izafə olunan şey, Allahın Özünə layiq olan bir şeydir və hər vəsf olunan şeyin vəsfi onün özünə münasibdir."
Problem məhz bununla əlaqədardır...bəziləri elə zənn edirlər ki, biz zahir deməklə Allahı məxluqa bənzətmiş oluruq...bu isə yalandır...çünki biz belə bir şey demirik. Bu yalnız məqsədi anlamamaqdan irəli gəlir.

Yuxarıda isə əlin açılması, bağlanması, götürməsi kimi sifətlər səhih nasslarda gəldiyi üçün bunları təsdiq edirik. Dediyim kimi bu məzhəbə isbat etmək, nəfy etməmək və məxluqa bənzətməmək məzhəbi deyilir. Bu eynilə şiə imamlarından da nəql olunmuş görüşdür.

ومنها: ما رواه هشام بن إبراهيم ، قال : (قال العباسي قلت له - يعني أبا الحسن عليه السلام - : جعلت فداك أمرني بعض مواليك أن أسألك عن مسألة قال : ومن هو ؟ قلت : الحسن بن سهل . قال : في أي شيء المسألة ؟ قال : قلت في التوحيد ، قال : وأي شيء من التوحيد ؟ قال : يسألك عن الله، جسم أو لا جسم ؟ قال : فقال لي : إن للناس في التوحيد ثلاثة مذاهب: مذهب إثبات بتشبيه ، و مذهب النفي ، ومذهب إثباتٍ بلا تشبيه. فمذهب الإثبات بتشبيه لا يجوز ، ومذهب النفي لا يجوز ، والطريق في المذهب الثالث إثبات بلا تشبيه )([6]).

ومنها: ما رواه محمد بن عيسى بن عبيد ، قال : (قال لي أبو الحسن عليه السلام : ما تقول إذا قيل لك : أخبرني عن الله عز وجل شيء هو أم لا ؟ قال فقلت له : قد أثبت الله عز وجل نفسه شيئًا حيث يقول : {قُلْ أَيُّ شَيْءٍ أَكْبَرُ شَهَادَةً قُلِ اللَّهُ شَهِيدٌ بَيْنِي وَبَيْنَكُمْ}([7]) فأقول : إنه شيء لا كالأشياء ، إذ في نفي الشيئية عنه إبطاله ونفيه ، قال لي : صدقت وأصبت ، ثم قال لي الرضا عليه السلام : للناس في التوحيد ثلاثة مذاهب : نفي ، وتشبيه ، وإثبات بغير تشبيه ، فمذهب النفي لا يجوز ، ومذهب التشبيه لا يجوز لأن الله تبارك وتعالى لا يشبهه شيء ، والسبيل في الطريقة الثالثة إثبات بلا تشبيه)

Qısacası "Əbul-Həsəndən - aleyhissələm - soruşdular: Əgər sənə "bizə Allahdan onun "şey" olub olmaması haqqında xəbər ver!" desələr nə cavab verərsən? Dedi: Deyərəm ki, Allah Azzə və Cəllə özünün "şey" olduğunu isbat etmişdir, beləki demişdir: "Hansı şey şahidlikdə ən böyükdür? De: Allah mənimlə sizin aranızda şahiddir." Deyirəm: "O, bir şeydir, lakin digər şeylər kimi deyildir, çünki Onun şeyliyini inkar etmək onu ibtal və nəfy etməkdir." Mənə dedi: Doğru söylədin, isabət etdin. Sonra Rida - aleyhissələm - mənə dedi: "İnsanlar tövhiddə üç məzhəbdirlər, nəfy, təşbih və bənzətmədən isbat etmək. Nəfy etmək məzhəbi caiz deyildir, bənzətmək (təşbih) məzhəbi də caiz deyildir, çünki Allah Ucadır, ona heç bir şey bənzəməz. Çıxış yolu üçüncü yoldur, bənzətmədən isbat etmək..."

Biz də bütün səhih xəbərlərdə nə gəlibsə hamısını təsdiq edirik, isbat edirik...bunların hamısının ALlaha layiq sifətlər olduğunu, keyfiyyətini anlamadığımız sifətlər olduğunu deyirik. "Allahın əli yoxdur" deyərək bunu nəfy etmirik və "Allahın əli məxluqların əli kimidir" deyərək təşbih etmirik. Əksinə deyirik "Allah Özü əlinin olduğunu xəbər vermişdir və biz də deyirik ki, Allahın Özünə layiq əli vardır, məxluqun əlinə bənzəməz, heç bir şeyə bənzəməz, orqan deyildir, hissə deyildir, cüz deyildir."



#13351 Quranın təhrif olunduğuna inanan

Отправлено автор: hənbəli 26 июля 2009 - 15:59 в Şiə-sünni dialoqu

Məlumdursa mövqenin nə olduğunu qısa yazsaydınız, yuxarıdakı uzun yazınızdan daha faydalı olardı.



#13347 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: hənbəli 26 июля 2009 - 15:47 в Şiə-sünni dialoqu

Nardarani və Fəth
Cavablarınızı gözləyirəm...mümkündürsə dəqiqləşdirin ki, bu yazdıqlarınızın həqiqət olub olmadığını bilək...!



#13345 Muhamməd Heykəlin kitabı

Отправлено автор: hənbəli 26 июля 2009 - 15:41 в Şiə-sünni dialoqu

narahat olma qardaş Subhaniye bu barədə xəbərdarlıq edəcəm əgər öz səhvini düzəltməsə onda adminlə əlaqə saxlayıb həmin yazını sildirəcəm


Sadəcə olaraq forum boyu ortaya atdıqları iftiralarıp kül kimi havaya sovrulduğu üçün və bu mövzuları açıb yalan yayanların müsibətləri ortaya çıxdığı üçün, Subhani bunə təhamül edə bilmir. Müəllifin öz kitabına düzəlişlərini də təhrif sayırlar...əl-Fəth bir mövzuda Quranın təhrif edildiyinə inanan insanın kafir olduğunu söyləmişdi, sonra "xətasını" anlayıb düzəliş elədi...indi Subhani'nin məntiqinə görə gərək Fəthi təhrifdə günahlandıraq... bir çox insan öz xətasını görüb düzəlişlər edir, bu normal bir şeydir...söhbət ondan gedir ki, mövzunu açan iddia etmişdi ki, guya kitabı nəşr edən "vahabilər" təhrif edirlər...indi yalanları üzə çıxdıqdan sonra müəllifin özünə hücum edirlər.



#13343 Quranın təhrif olunduğuna inanan

Отправлено автор: hənbəli 26 июля 2009 - 15:36 в Şiə-sünni dialoqu

Mövzu açılıb, amma cavab verənlərimiz yoxdur...


Əgər sizə elə gəlirsə ki,yoxdur,onda səbr edin :rolleyes:
Amma o da var kiiiii, "Gec olar,güc olar" :shades:


xanım, mən bu mövzunu açıb kiməsə güc gəlmək fikrində deyiləm, əgər mövzunun adını yaxşı oxusaydınız,anlayardız ki, mövzuda məqsəd şiələrin fikrini bilməkdir... mənə hələki burada şəxsi fikirlər yazılıb. Fəth daha əvvəl belə birini kafir saymışdı, lakin sonra nədənsə fikrini dəyişdi...



#13341 İbn Əbil-Hədid kimdir?

Отправлено автор: hənbəli 26 июля 2009 - 15:33 в Şiə-sünni dialoqu

İndi onun həqiqi şiə, yoxsa zay olması haqqındakı söhbət sizin öz məsələnizdir. Fakt budur ki, bu insan sünni deyildir. Heç bir sünni Əlini şeyxeyndən üstün saymır, heç bir sünni Əlinin digərlərindən xilafətə layiq olduğunu söyləmir, ümumiyyətlə heç bir sünni İbn Əbil-Hədid kimi səhabələrə dil uzatmaz...
Qaldı ki, nuseyrilərin və ələvilərin şiə olub olmamasına, sözsüz ki, onlar Əlinin şiələridir, lakin ifrata varıb kafir olublar...necəki sizin öz alimləriniz belə bəzi ğulati şiələri kafir sayıblar...



#13339 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 26 июля 2009 - 15:25 в Şiə-sünni dialoqu

Mövzunu açıb iddia etmisən ki, əhli-sünnət məxluqa bənzər bir ilaha iman gətirir...mən isə sənin yalan dediyini göstərdim. Nə İbn Əbi Yalə, nə də başqası belə bir şey demir...sənin problemin bundadır ki, sən lüğət elmlərində cahilsən, bir şeyin zahirini təsdiqləmək onun hərfi mənasını qəbul etmək deyildir!!! Həqiqətini qəbul etmək, sadəcə başqa mənaları nəfy edib həmin sifətlərin Allaha aid mahiyyətini və keyfiyyətini bilmədiyimiz sifətlər olduğuna etiqad gətirməkdir. Bu isə o deməkdir ki, ALLAHın əli dedikdə onun özünə məxsus bir sifəti olduğunu deyirik, orqan deyil, cism deyil, hissələrə ayrılmaz, heç bir şeyə bənzəməz...keyfiyyətini bilmədiyimiz bir sifətdir...indi sən mənim məxluqa bənzər bir ilaha iman gətirdiyimi isbat elə...sonra mövzunu davam edə bilərsən! Çünki mənim dediklərim alimlərimizin dedikləridir...Əgər mənim sözümdə təşbih olduğunu isbat etsən...o zaman sənin burda yazdıqların doğru olacaqdır...isbat etməsən...boş yerə yazıb doldurmaqla bir şeyə nail olmayacaqsan...mən sənin içüzünü çoxdan açmışam, sən yazıb tökməklə elə təəssürat yaradırsan ki, guya millət sənin qarşında yazdıqlarına cavab vermir...daha anlamırsan ki, millət sənin cahilliyini görüb mövzunu davam eləmək istəmir...

Sən ümumiyyətlə bəlağə elmi haqqında hansısa bir kitab oxumusan?



#13336 Quranın təhrif olunduğuna inanan

Отправлено автор: hənbəli 26 июля 2009 - 15:14 в Şiə-sünni dialoqu

Bu movzu fitneden bshqa bir shey deyil.Hemdebu movzunun achilmasi movzu muellifini oz aleyhine chevrilmish oldu.


Mövzunun nəyi fitnədir?
Soruşmaq ayıb olmasın...sən sadəcə öz fikrini deyə bilmirsən? Əgər Quranın təhrif olmasına inanmaq insanın kafir olmasına səbəb olmursa, o zaman ümumiyyətlə Quranın təhrif olduğunu söyləyərək İslamı qəbul etməyənləri də gərək üzrlü görəsiz...çünki həmin adam da təvil edib, sizin alimləriniz haqqında gətirdiyiniz üzrlərlə məzur olmuşdur...

Mövzu açılıb, amma cavab verənlərimiz yoxdur...



#13335 Muhamməd Heykəlin kitabı

Отправлено автор: hənbəli 26 июля 2009 - 15:10 в Şiə-sünni dialoqu

Yox, mən Əbu Bəkr məsçidinə yaxın bir ərazidə qalıram, amma gördüyüm vəhhabilər qara deyil. Düzdür aralarında qaralar da var. gizildish.gif
Əslində bu təhrifdən də pisdir. Əllamə Əskəri (r.):


Bura deyəsən forum deyil, karvansaraydır...belə başa düşürəm ki, foruma nəzarət edənlərdən də biri sənsən, indi sən özün nəzarətçi olub, sonra məscid camaatına "Qatıq" deyəndən sonra, digərlərinin təhqirlərinə necə irad tutacaqsan?!



#13334 İbn Əbil-Hədid kimdir?

Отправлено автор: hənbəli 26 июля 2009 - 15:07 в Şiə-sünni dialoqu

Koti,
yazını diqqətlə oxusaydın...görərdin ki, sözlərimi Abu Sufyanın təhqirlərinə qarşı yazmışam...bir də nə məğlubiyyətindən danışırsan!
Səninləki mənim söhbətim düşməyib, yuyulmamış çömçə kimi özünü ortaya nə soxursan... Ümumiyyətlə kimin burda təhqirlərə başladığı kimin isə cavab verdiyi ortadadır...mənim yazılarımı oxumağı səndən xahiş eləməmişəm...

Mövzuya gəldikdə isə, İbn Əbil-Hədidin şiə olması ortadadır, təklif edirlər ki, onun öz sözlərinə əsasən əqidəsini müəyyən edək...
Onun əqidəsi budur ki, Əli digər səhabələrdən üstündür (şiə əqidəsi), Əli işarə ilə xilafətə hamıdan layiq idi (şiə əqidəsi), səhabələrə tənə etməsi (şiə əqidəsi)... Burada onun imamiyyə olmasını isbat etməyin nə münasibəti? Özünün "Nəhcul-Bəlağa" şərhini də görün kimin şanı üçün yazıb?!

Bu adam sözsüz şiədir, ona görə də onun şiə-sünni arasındakı söhbətlərdə sünni kimi ortaya atmaq sizin hiylənizdən başqa bir şey deyil!
Abu Sufyan ordusu, sən ümumiyyətlə cahil birisən, sənin cahilliyinin də nə olduğunu göstərmişəm...sən bir daha mənim alimlərimə və ya məzhəbimə təhqir edici sözlər atsan və əgər görməsəm ki, bu səfər də moder sənin ədəbsizliyinə göz yumur...sənin bütün alimlərini qarşında biyabır edəcəm...ona görə də dilini qısa tutdun!



#13178 СМУТА ВАХХАБИЗМА

Отправлено автор: hənbəli 25 июля 2009 - 05:55 в Суннито-шиитский диалог

Говорит ибн Усеймин в своем шархе на акыда аль-Васатыя: Если для того, что бы было видения Аллаха необходимо, что бы он был тело, то значит это так. Но мы точно знаем, что Он не похож на тела сотворенные, потому что Он сказал, что нет ничего ему подобного.
يقول ابن عثيمين في شرح الواسطية ، والرد عليهم : أنه إن كان يلزم من رؤية الله تعالى أن يكون جسما فليكن ذلك لكننا نعلم علم اليقين أنه لا يماثل أجسام المخلوقين لأن الله تعالى يقول : (( ليسى كمثله شيء وهو السميع البصير )) على أن القول بالجسم نفيا أو إثباتا مما أحدثه المتكلمون وليس في الكتاب والسنة إثباته ولا ننفي


ولا يستلزم من رؤية الله جل وعلا أن يكون جسماً، ولو كان لازم هذه الآية التي تدل على الرؤية أن يكون جسماً فليكن جسماً؛ لأن لازم الحق حق، ولكننا نتوقف في مثل هذا الكلام فلا ننفيه ولا نثبته.

onun sözləri burdadır...yaxşı oxu!



#13177 İbn Əbil-Hədid kimdir?

Отправлено автор: hənbəli 25 июля 2009 - 05:48 в Şiə-sünni dialoqu

Özünə əl qatma! Sənin sifətin foruma ilk girdiyim gündən açıq aydın yadımdadır...ortalıqda tullanıb lağlağı ilə məşğul idin, yazıb doldurduqların da öz dəyərinə yaraşacaq qədər çox "akademik" yazılar idi...
Hörmət etmək deyəndə, hər şeydən əvvəl özünə hörmət qoy! Bir qədər ədəb, tərbiyə nümayiş elə...sözlərindən görünür ki, həddini bilmirsən, gözün nifrətlə dolu hər tərəfi qırmızı görürsən...hər qarşından keçənə düşmən olmusan...ağzının suyu axır, sanki insan əti yemək istəyirsən...ona görə də özünü normal aparmanı məsləhət gördüm. El içindəsən, millət qabağındasan...sözlərinə fikir ver!



#13175 Искажение ваххабитами книги «Жизнь Мухаммада»

Отправлено автор: hənbəli 25 июля 2009 - 05:35 в Коран и тафсир

http://313news.net/f...amp;#entry13174



#13174 Muhamməd Heykəlin kitabı

Отправлено автор: hənbəli 25 июля 2009 - 05:35 в Şiə-sünni dialoqu

Sənin gözündə qatığ da qaradır, bala!



#13173 Əhli-Sünnə Mənbələrində Quranın Təhrif Olunması

Отправлено автор: hənbəli 25 июля 2009 - 05:31 в Şiə-sünni dialoqu

Səhih Muslim kitab 5. Zəkat. hədis 2285.
İbn Abbas deyir ki, peyğəmbər (s) dedi: Adəm oğlunun sərvətlə dolu vadisi olsaydı o bundan birini də istəyəcəkdi. Onun qarnını torpaqdan savayı heç nə doldurmayacaq (14:13) və Allah Ona qayıdana qayıdır (14:14). İbn Abbas deyir: mən bilmirəm bunlar Quran ayələridir ya yox. Zuhayrdən gələn rəvayətdə deyilir: mən bilmirəm bunlar Quran ayələridir ya yox. Və o İbn Abbası zikr etmir. [/indent]
Gördüyünüz kimi peyğəmbərin vəfatından sonra səhabələr çaşbaş qalıblar, bilmirlər ki, bu ayələri Qurana yazsınlar, ya yox. Bilmirlər ki, bunlar Quran ayəsidi ya yox. Bəlkə ayədir, bəlkə də yox.

Səhih Muslim kitab 5. Zəkat. hədis 2286.
Əbu Musa Əşəri Bəsrədən qareləri dəvət edir. Onun dəvətinə üç yüz nəfər cavab verdi. O onlara dedi: Siz qaresiz (Quran oxuyan) və Bəsrə əhalisinin yaxşılarısız. Quranı tez tez oxuyun ki, o keçmişdəkilərin yadından çıxdığı kimi sizin də yadınızdan çıxmasın. Biz uzunluğu Bəraət surəsi boyda olan bir surə oxuyardıq, amma indi o mənim yadımdan çıxıb. Yadımda qalan yalnız onda olan bu ayədir: Adəm oğlunun iki sərvətlə dolu vadisi olsa o üçüncüsünü axtaracaq. Onun qarnını torpaqdan savayı heç nə doldurmayacaq. Həmçinin biz Müsabbihat surəsinə oxşar bir surəni oxuyardır ki, o da mənim yadımdan çıxıb. Ondan yadımda qalan yalnız bu ayələrdir:
Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (61:2)
Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. (17:3)

Fikir verin Əbu Musa deyir ki, biz Bəraət surəsi boyda (129 ayə) surəni oxuyurduq, amma indi o mənim yadımdan çıxıb. Əhli-sünnət deyir ki, bu ayələr nəsx olunub. Amma O (Əbu Musa) nəsxdən danışmır, demir ki, o surə nəsx olunmuşdur! Həmçinin mən ümid edirəm ki, siz bütöv surənin nəsx olunmasını iddia etmək fikrinə düşməyəcəksiz. Amma Əbu Musanın təkcə bu surə yox, həmçinin digər, Müsabbihat surəsinə oxşar bir surə də yadından çıxıb və məhz buna görə də o qareələri çağırıb ki, onlar Quranı təkrar etsinlər və camaat da onu eşitsin. O Müsabbihat surəsinə oxşayan surədən Əbu Musanın yadında yalnız iki ayə qalıb. Fikir versəz indi o ayələr Quranda ayrı ayrı surələrdədir.


"Adəm övladının qarnını yalnız torpaq doldurar" sözləri həqiqətdə peyğəmbərin sözləridir, lakin səhabələrdən bəziləri bunun Qurandan olduğunu zənn ediblər... Bunu bizlərə əl-Buxaridəki digər rəvayət izah etməkdədir:

حدثنا عبد العزيز بن عبد الله حدثنا إبراهيم بن سعد عن صالح عن ابن شهاب قال أخبرني أنس بن مالك أن رسول الله صلى الله عليه وسلم قال لو أن لابن آدم واديا من ذهب أحب أن يكون له واديان ولن يملأ فاه إلا التراب ويتوب الله على من تاب وقال لنا أبو الوليد حدثنا حماد بن سلمة عن ثابت عن أنس عن أبي قال كنا نرى هذا من القرآن حتى نزلت ألهاكم التكاثر

"Ənəs bin Malik bizə xəbər verdi ki, Allahın Elçisi - salləllahu aleyhi va səlləm - dedi: "Əgər Adəm övladının bir vadi qızılı olsaydı iki vadi qızılının olmasını istərdi, onun ağzını torpaqdan başqa heç bir şey doldurmaz. Allah tövbə edənin tövbəsini qəbul edər." Əbul-Vəlid bizə dedi: Həmməd bin Sələmə bizə Sabitdən, o da Ənəsdən, o da Ubey bin Kəbdən rəvayət edir: ""Əlhəkumət-təkəsur" ayələri nazil olana qədər, bunu biz Qurandan hesab edirdik."
İbn Hacər - rahiməhullah - "Fəthul-Bari" kitabında deyir:

"قوله كنا نرى بضم النون أوله أي نظن ويجوز فتحها من الرأي أي نعتقد

قوله : هذا لم يبين ما أشار إليه بقوله : هذا وقد بينه الإسماعيلي من طريق موسى بن إسماعيل عن حماد بن سلمة ولفظه " كنا نرى هذا الحديث من القرآن لو أن لابن آدم واديين من مال لتمنى واديا ثالثا الحديث دون قوله : ويتوب الله إلخ .

قوله حتى نزلت ألهاكم التكاثر زاد في رواية موسى بن إسماعيل " إلى آخر السورة " وللإسماعيلي أيضا من طريق عفان ومن طريق أحمد بن إسحاق الحضرمي قالا " حدثنا حماد بن سلمة " فذكر مثله وأوله " كنا نرى أن هذا من القرآن إلخ "


"Onun "biz bunu Qurandan hesab edirdik" sözləri, yəni zənn edirdik. Bunun etiqad edirdik anlamında olması da mümkündür.
Onun "bunu" sözünə gəldikdə isə, bununla nəyə işarə etdiyi aydın deyildir. əl-İsmayili bunu Musa bin İsmayıl yolu ilə Həmməd bin Sələmədən rəvayətində izah etmişdir: "Biz bu hədisi Qurandan sayırdıq: "Adəm övladının bir vadi malı olsaydı, ikincisini arzu edərdi..." və burada Allah tövbələri qəbul edir sözləri yoxdur.
Onun "Əlhəkumuttəkəsur" ayələri nazil olana qədər" sözünə gəldikdə isə, Musa bin İsmayılın rəvayətində isə "surənin axırına qədər" sözləri əlavə olaraq rəvayət olunmuşdur. İsmayilinin də Affan yolu ilə və Əhməd bin İshaq əl-Hadrəmi yolu ilə rəvayətində deyir: "Bizə Hamməd bin Sələmə rəvayət etdi: və bunun eynisini zikr etmişdir və bunun əvvəlində deyir: "Bunun Qurandan olduğunu hesab edirdik."


Daha sonra isə deyir:
"

ووجه ظنهم أن الحديث المذكور من القرآن ما تضمنه من ذم الحرص على الاستكثار من جمع المال والتقريع بالموت الذي يقطع ذلك ولا بد لكل أحد منه فلما نزلت هذه السورة وتضمنت معنى ذلك مع الزيادة عليه علموا أن الأول من كلام النبي - صلى الله عليه وسلم - ، وقد شرحه بعضهم على أنه كان قرآنا ونسخت تلاوته لما نزلت ألهاكم التكاثر حتى زرتم المقابر فاستمرت تلاوتها فكانت ناسخة لتلاوة ذلك وأما الحكم فيه والمعنى فلم ينسخ إذ نسخ التلاوة لا يستلزم المعارضة بين الناسخ والمنسوخ كنسخ الحكم والأول أولى وليس ذلك من النسخ في شيء

"
Onların bu hədisi Qurandan saymaqlarının səbəbi onun çoxlu mal toplamağa hərisli olmağı zəm etməsi və bu mal toplama işinə son qoyan ölümü günahlandırmaları mənasını ifadə etməsi idi, hər bir kəsdə bunun olması qaçınılmazdır. Lakin bu surə nazil olub bu mənanı və üstəlik daha ziyadə bir mənanı əhatə etməsi ilə, bildilər ki, birincisi peyğəmbərin - salləllahu aleyhi va səlləm - sözündəndir. Bəziləri isə bunun Qurandan olduğunu, lakin daha sona "əlhəkumuttəkəsur" surəsi nazil olduqda isə tilavətinin nəsx olunduğunu deyirlər, ikincisinin tilavəti davam etdi və birincisinin tilavətini nəsx etmiş oldu. Lakin hökm və məna qaldı, çünki tilavətin nəsx olunması hökm nəsində olduğu kimi nasix ilə mənsuxun bir-birinə zidd olmasını tələb etməz. Lakin birinci izah daha uyğundur, burada nəsx ilə əlaqədar bir şey yoxdur."
http://www.islamweb....p;bookhad=11780

Aydın olur ki, bəzi səhabələr peyğəmbərin həmin sözlərini Qurandan hesab ediblər, lakin daha sonra məsələ onlara aydın olmuşdur. Bununla da Əbu Musanın bu ayəni Quranın nəsxindən hesab etməsi şübhəsi aydın olur. İbn Abbasın sözlərinə gəldikdə isə, İbn Abbas həmin sözlərin öz zamanında mövcud olmuş Quranın bir hissəsi olub olmamasında şübhə etməmişdir. İbn Abbas bunun Quranın nəsx olmuş ayələrindən olub olmamasında şübhə etmişdir. Rəvayətdən aydın olur ki, İbn Abbas bu sözləri peyğəmbərin – salləllahu aleyhi va səlləm – özünə aid etmişdir və digər rəvayətlərə nəzər saldıqda görürük ki, bəzi kəslər (qeyri-səhabələr) bunun nəsx olunmuş ayələrdən olduğunu zənn ediblər. Zahir budur ki, İbn Abbas peyğəmbərin bu sözləri haqqında insanların dediklərini eşitdiyi üçün, həmin sözlərin Quranın nəsx olunmuş ayəsi olub olmaması barəsində şəkk etdiyini ifadə etmişdir. Yoxsa zənn edildiyi kimi həmin bu sözlərin Qurandan olub olmaması haqqında heç bir şəkki olmamışdır. Çünki mushafda sabit olmuş Quran bir məsələdir, ondan nəyin nəsx olunub olunmaması isə başqa məsələdir. əl-Alləmə əl-Ayni əl-Hənəfi “Umdətul-Qari” kitabında (23/46) deyir:

“قوله قال ابن عباس فلا أدري من القرآن هو أم لا يعني الحديث المذكور يعني من القرآن المنسوخ تلاوته”

“Onun “İbn Abbas dedi: “Bunun Qurandan olub olmamasını bilmirəm”, yəni sözü gedən peyğəmbərin hədisinin tilavətinin nəsx olunmuş Qurandan olmasını.”

Belə bir rəvayətin bir bənzəri İmam Əhmədin müsnəd əsərində gəlmişdir. Şeyx Şueyb əl-Ərnavut “Müsnəd Əhməd”də eyni rəvayətin təhqiqində (1/370) bu sözləri deyir:

وقول ابن عباس " فلا أدري أمن القرآن هو أم لا " كما جاء عند غير واحد ممن خرجه قاطع بنفي قرآنية هذا الكلام نفيا باتا لأن القرآن لا يمكن أن يثبت على الشك ولابد في إثباته من القطع بتلقي نصه عن رسول الله صلى الله عليه وسلم تلقيا متواترا ... . ثم ذكر أحاديث صحيحة فيها أنه من كلام النبي صلى الله عليه وسلم مثل ما عند البخاري 6439و6440 وقال : وقد وردت أحاديث عن غير واحد من الصحابة وفيها أن هذا كان قرآنا ثم نسخ وكلها ضعيفة لا تصح لا تناهض الروايات الصحيحة السابقة منها ما عند مسلم 1050 من حديث أبي موسى ... وضعفه لحال سويد بن سعيد

İbn Abbasın "Bunun Qurandan olub olmadığını bilmirəm" sözü bu kəlimənin Qurandan olmasını qəti inkar edir, çünki Quranın şəkk üzərində isbat olunması mümkün deyildir, onun isbatında peyğəmbərdən açıq şəkildə gəldiyi qəti və mütəvatir olaraq bilinən elmlə bilinməlidir. Səhabələrdən bəzilərindən bu sözlərin Qurandan olması, sonra nəsx olunması haqqında rəvayətlər gəlmişdir, bunların hamısı zəifdir, heç biri səhih deyildir."

Bir də Quranda musəbbihat adlı bir surə yoxdur, musəbbihə təsbih ilə başlayan surələrə verilmiş addır. Hədisdə isə deyilir ki, "musəbbihə surələrindən birinə bənzər..."
Şiə alimləri özləri etiraf edirlər ki, Qurandan tilavəti nəsx olunmuş böyük həcm ayələr vardır. Məsələn, Əbu Əli ət-Tabərsi “Məcmə əl-Bəyan”da (1/409), Əbu Cafər ət-Tusi “ət-Tibyan”da (1/394) bu barədə Zirr bin Hubeyş’in rəvayətini dəlil gətirmişdir.



#13167 Muhamməd Heykəlin kitabı

Отправлено автор: hənbəli 25 июля 2009 - 04:34 в Şiə-sünni dialoqu

http://313news.net/f...p?showtopic=626

Bu linkdə əl-Fəth iddia edir ki, guya "vəhabilər" kitabları təhrif edirlər və bunun üçün Muhamməd Hüseyn Heykəl'in "Həyatu Muhamməd" kitabından misal gətirmişdir. Orada iki dənə surət göstərir, birinci surət ilə ikinci surət arasındalı fərqə işarə etmiş və buna təhrif adını vermişdir.

Sonra Efendi qardaşımız etiraz edərək bunun müəllifin özü tərəfindən də edilə biləcəyinə işarə etmişdir. əl-Fəthi üzməli olacağam, çünki Efendi doğru söyləmişdir. Aşağıdakı linkdən Muhamməd Hüseyn Heykəl'in kitabının ikinci nəşrini yükləyə bilərsiz:
http://www.archive.o...s/MN41643ucmf_0
Kitabın ikinci nəşri miladi 1935-ci ilə aiddir, yəni sağ olarkən nəşr olunmuşdur və müəllif özü ikinci nəşrə xüsusi əlavə etmişdir və həmin nəşrdə bəzi ustazların və şeyxlərin nəsihəti və köməyi ilə kitabına düzəlişlər etdiyini qeyd edir. Artıq ikinci nəşrdə həmin işarə olunan sözlərin kitabdan müəllifin özü tərəfindən çıxarıldığını görürük.

Axırda aydın olur ki, bu "vəhabilər" tərəfindən təhrif deyildir, lakin sadəcə olaraq müəllifin özünün kitaba etdiyi düzəlişlərdir.




Рейтинг@Mail.ru