Перейти к содержимому


Публикации Samir Selefi

59 публикаций создано Samir Selefi (учитываются публикации только с 08-мая 23)



#63488 Təvəssul və onun hokmləri

Отправлено автор: Samir Selefi 13 октября 2010 - 14:18 в Şiə-sünni dialoqu


Diriyə təvəssül şirkdir?

Əvvəla Vüsal, təvəssül dedikdə nəyi nəzərdə tutursan bir mənə de.



#63380 Təvəssul və onun hokmləri

Отправлено автор: Samir Selefi 12 октября 2010 - 17:51 в Şiə-sünni dialoqu

Tatar əvvəla istəməzdim bu mövzu digər mövzular kimi tam fərqli məcraya yönəlsin, mən hamımız üçün Hüccət sayılan Qurani Kərimdən dəlillər gətirirəm və ortaya suallar qoyuram, xahiş edirəm o suallara müvafiq cavab verin.
İkincisi şeyxülislam, imam, müctəhid Əhməd ibn Teymiyyənin üslubu kitablarında müxaliflərin rəylərini gətirərək onları dəlillərlə təkzib etməkdir. Əgər ibn Teymiyyənin təvəssül və şirklə bağlı mövqeyini bilmək istəyirsənsə "Sıratal Mustaqim" kitabını oxu. Onun kitabında hər hansı bir fikrin yer alması, onun bu fikri müdafiyə etdiyi anlamına gəlmir. Müvəffəqiyyət Allahdandır.



#63355 Təvəssul və onun hokmləri

Отправлено автор: Samir Selefi 12 октября 2010 - 11:53 в Şiə-sünni dialoqu

Gördüyünüz kimi bu mövzu 12 səhifədir ki gedir. Siz elə fikirləşirsiz ki, yazdığınız ayələri Sizdən əvvəl heç kəs yazmayıb və onlara cavab verilməyib?
Sizə hər dəfə yazmalıyam ki, əvvəl mövzunu oxumaq lazımdır ki, təkrar yazılar olmasın?! Sizin yazılarınız təkrardır və forumun qaydalarına ziddir. Qaydaları da oxuyun!

Əl İsra 57 harda cavab verilib? Niyə şirkdən danışanda acığınız gəlir. Cavab verin mənim gətirdiyim ayələrə! Və ümumən mənim mövzum təvəssül yox, etdiyiniz şirkdir!

Niyə elə fikirləşirsiz ki, acığımız gəlir? Sadəcə eyni şeylərə cavab verməyə bezmişik. Siz birinci insan deyilsiz ki, bu iddialarla gəlirsiz.

Hər ayəyə ayrılıqda cavab verməliyik? bu ayələrə ümumi cavablar verilib. O cavablara nəsə iradınız varsa yazın.


Yəni heç bir 12 imam şiəsi təvəssül etdikləri şəxsləri məbud hesab etmir və onlara ibadət etmirlər.

İkincisi, təvəssül edilən şəxsin məbud olduğunu iddia etməyiniz absurddur. Çünki elə öz əqidənizə görə əshab özü Peyğəmbərə(s) sağlığında təvəssül edib. Yəni vasitə məbuddursa, əshab da Peyğəmbərə(s) ibadət edib. Amma bu gülməlidir. Siz sadəcə deyə bilərsiz ki, ölüyə təvəssül caiz deyil. Bax bu başqa məsələdir ki, gəl bu məsələni araşdıraq. Yoxsa Quran ayələrini yazmağın adı yoxdur.

Əvvəla bu sözmü oxudun?

Çünki Allaha Dua etmək özü bir ibadətdir. Bu haqda Allah rəsulu (s.ə.s) dedi: “Dua ibadətdir”. Hətta bu məsələdə müxaliflərin İmamlardan (ə) gələn rəvayətlərinə görə: “İbadətin ən yaxşısı duadır” qeyd olunur.

Allahın bu kəlamını oxudun?
وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا
Şübhəsiz ki, məscidlər Allahındır. Allah ilə birlikdə heç bir kimsəyə dua etməyin.” (əl-Cin 18)
Sonra bu ayəni oxumadın?
أُولَٰئِكَ الَّذِينَ يَدْعُونَ يَبْتَغُونَ إِلَىٰ رَبِّهِمُ الْوَسِيلَةَ أَيُّهُمْ أَقْرَبُ وَيَرْجُونَ رَحْمَتَهُ وَيَخَافُونَ عَذَابَهُ ۚ إِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحْذُورًا
Onların yalvardıqları məbudların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir. (Əl İsra 57)

Vüsal 114 bu ayənin özündə məbud sözü yoxdur, ayədə "Allahdan qeyri yalvardıqları" gedir, fəqət sizin onlara yalvarmanız onları məbud edir.
Bu təvəssül deyil, bu şirkdir, çünki Əbu Cəhl və əshabıda dua etdikləri bütlərin Allah yanında onlar üçün şəfaətçi olduğunu zənn edirdilər.
Həmçinin, sağ olan cinləri qeybdən çağıran insanlarda şirklə məzəmmət olunmuşdur, qəbirlərdə yatanlara dua edənlər necə?
Hidayət Allahdandır.



#63489 Təvəssul və onun hokmləri

Отправлено автор: Samir Selefi 13 октября 2010 - 14:24 в Şiə-sünni dialoqu

Davam edak.
Buyur bunuda diggatla oxu,siz salafilerin en sevimli sheyxiniz ibn teymiyye (l) ozunu *mecmual feteva kitabinin* 3 cild. seh 272 de yazib.
( وكذلك مما يشرع التوسل به في الدعاء كما في الحديث الذي رواه الترمذي وصححه أن النبي صلى الله عليه وسلم علم شخصا أن يقول:" اللهم إني أسألك وأتوسل إليك بنبيك محمد نبي الرحمة يا محمد يا رسول الله إني أتوسل بك إلى ربي في حاجتي ليقضيها اللهم فشفعه في" فهذا التوسل به حسن

Tirmizi bu hedisi revayet etmishdir. Rasulillah(s) bir shexsi oyretmish ve bela demishdi ona, dua edanda bela tavassul etmek lazimdir( Allahumma men sene senin peygambarini vasitesi ile uzumu tutmusham,ya rasulillah ya nabiy,men seni vasite tuturam ve Rebbimden isteyirem, menim hacetlerimi gebul elaAllahumma shefa ver.Bu tavassul en gozel duadir

Davam etməyək Tatar, zəyif və uydurma hədisləri gətirməkdə fikrin nədir? Adilsənsə ibn Teymiyyənin məsələyə münasibətini göstər, yoxsa Məcmuul fatavada şiyələrin qondarma hədisləridə yer alır. Yaxşısı budur "İbn Teymiyyənin etiqadı" adlı mövzu aç orda bunu müzakirə edək, bu mövzunu fərqli məcraya yönəltmə!
Mövzuyla bağlı sualımı təkrarlayıram:
أُولَٰئِكَ الَّذِينَ يَدْعُونَ يَبْتَغُونَ إِلَىٰ رَبِّهِمُ الْوَسِيلَةَ أَيُّهُمْ أَقْرَبُ وَيَرْجُونَ رَحْمَتَهُ وَيَخَافُونَ عَذَابَهُ ۚ إِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحْذُورًا
Onların yalvardıqlarının özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir. (Əl İsra 57)

Bu ayə cinlərə dua edənlər barədə nazil olmuşdur, sağ olan cinləri qeybdən çağıran insanlar şirklə məzəmmət olunursa, qəbirlərdə yatanlara dua edənlər necə?



#63490 Təvəssul və onun hokmləri

Отправлено автор: Samir Selefi 13 октября 2010 - 14:29 в Şiə-sünni dialoqu

İbadət Allahdan başqasına şırkdir bunun ölü diri fərqi yoxdur.Təvəssüldə Allah buyuran vasitələrə hətta təkidli müsstəhəbbatdandır bundada ölü diri olması fərq etməz.Məsələn İsa ya Musa üçün üçün deyir ki dünyadada axirətdədə vəcih hörmətli insan idi Allah subhanəhu və təala yanında.Axirətdə yəni öləndən sonra.Demirki öldü hörmətdən düşdü təkcə dünyada vəcih idi!

Bir öz avatarna bax. O insan Allaha dua edir, Allaha ibadət edir! İndi eyni əməli Əli (r.a.) qəbri önündə edərək, "Ya Əli mənə kömək ol" deyən Əliyə ibadət etmir?
Sən əslən bilmirsən ibadət nədir, çünki Quran oxumursan! Ümumən sənin zənnində ibadət nədir? Ölüyə bir başa dua edirsiz, qəbrə doğru səcdə edirsiz, daha ibadət necə olur?



#63617 Təvəssul və onun hokmləri

Отправлено автор: Samir Selefi 14 октября 2010 - 19:24 в Şiə-sünni dialoqu

Samir axırıncı dəfə xəbərdarlıq edirəm, bunların hamısına artıq cavab verilib. Hər təkrara görə reytinqinizi artıracağam.

Bu yanaşmanı heç başa düşmürəm, faydasız məsələlərə aid burda təkrarlanan mövzular var, yaxşısı budur onlarla məşqul olasınız. Burda isə mən digər yuzerlərlə polemika aparıram, deməli əvvəl verilən cavablar məni qane etmir, mən forumun hansı qaydasını pozuram? Allahdan qorxun və adil olun!



#63612 Təvəssul və onun hokmləri

Отправлено автор: Samir Selefi 14 октября 2010 - 17:57 в Şiə-sünni dialoqu

Böyük ustad həzrəti Ayətüllahul-Uzma Xomeyni (Allah ona rəhmət eləsin) öz nəfis kitabında bu nəzərə üstünlük verərək buyurur:
İbadət bir kəsə Allah ünvanı ilə sitayiş etməkdir. İstər, böyük Allah ünvanında olsun, istərsə də kiçik Allah ünvanında.”
[184]

Bu çox səhf mövqedir! Məgər Məkkə müşrikləri kimə isə Allah ünvanı ilə sitayiş edirdilər? Cavab budur ki, xeyr! Əksinə onlar ibadət etdiklərinin onları Allaha yaxınlaşdırdığını və ya Allah yanında onlar üçün şəfaətçi olduqlarını zənn edirdilər və Allah Təala bu batil zənnlərini endirdiyi pak ayələrlə puç etdi.
"Lə iləhə illəllah" Allahın tək və həqiqi ilah olduğunu isbat edir və bütün ibadət növlərinin yalnız Ona məxsus olduğunu bildirir. Həmçinin DUA İBADƏTDİR,
Uca Allah buyurur:
وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ ۚ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ
Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. (Ğafir 60)
Allah Təala bu ayədə duanın yalnız Ona edilməsini əmr edir və duanı aşkar olaraq ibadət adlandırır. Müxaliflərin qəbr yanında və ya ondan uzaq "Ya filankəs mənə yardım et" demələri aşkar şirkdir! Bunu edən müşrik hökmündədir. Allah hamımızı şirkdən qorusun! AMİN!



#63611 Təvəssul və onun hokmləri

Отправлено автор: Samir Selefi 14 октября 2010 - 17:46 в Şiə-sünni dialoqu

Əvvəla Vüsal, təvəssül dedikdə nəyi nəzərdə tutursan bir mənə de.


Bir nəfərin digər bir nəfərdən onu dua etməsi.

İndi mənə cavab ver "Ya Əli, səndən mədət" deməyin hökmü nədir?



#63300 Təvəssul və onun hokmləri

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 14:58 в Şiə-sünni dialoqu

Mövzu ilə bağlı Allah Təala buyurur:

أُولَٰئِكَ الَّذِينَ يَدْعُونَ يَبْتَغُونَ إِلَىٰ رَبِّهِمُ الْوَسِيلَةَ أَيُّهُمْ أَقْرَبُ وَيَرْجُونَ رَحْمَتَهُ وَيَخَافُونَ عَذَابَهُ ۚ إِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحْذُورًا
Onların yalvardıqları məbudların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir. (Əl İsra 57).

İmam hafiz İbn Kəsirin təfsirində oxudum ki, sələfdən bir qrup bu ayənin cinləri çağıranlar barədə nazil olmasını deyiblər.
Mən şiyələrə belə bir sual verirəm:
Əgər sağ olan və əməl dəftəri qapanmayan cinləri qeybdən çağırmaq şirk və haramdırsa, bu halda ölüb və əməl dəftəri qapanmış bir kimsəni Allah ilə yanaşı çağırmaq bundan betər deyilmi?



#63319 Təvəssul və onun hokmləri

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 17:14 в Şiə-sünni dialoqu

Gördüyünüz kimi bu mövzu 12 səhifədir ki gedir. Siz elə fikirləşirsiz ki, yazdığınız ayələri Sizdən əvvəl heç kəs yazmayıb və onlara cavab verilməyib?
Sizə hər dəfə yazmalıyam ki, əvvəl mövzunu oxumaq lazımdır ki, təkrar yazılar olmasın?! Sizin yazılarınız təkrardır və forumun qaydalarına ziddir. Qaydaları da oxuyun!

Əl İsra 57 harda cavab verilib? Niyə şirkdən danışanda acığınız gəlir. Cavab verin mənim gətirdiyim ayələrə! Və ümumən mənim mövzum təvəssül yox, etdiyiniz şirkdir!



#63298 Təvəssul və onun hokmləri

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 14:48 в Şiə-sünni dialoqu

Çox təəssüf ki şiyələr təvəssül ilə (ölmüş bir insan vasitəsi ilə, hərçənd ki buda bidətdir), allahdan qeyrisinə dua etməyi eyniləşdirirlər. Bu minvalla onların əqidəsinə görə şirk məchul və əslində olmayan bir şeydir, halbuki Allah təala açıq-aşkar bu etiqadı şirk saymışdır:
وَيَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ مَا لَا يَضُرُّهُمْ وَلَا يَنْفَعُهُمْ وَيَقُولُونَ هَٰؤُلَاءِ شُفَعَاؤُنَا عِنْدَ اللَّهِ ۚ قُلْ أَتُنَبِّئُونَ اللَّهَ بِمَا لَا يَعْلَمُ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ
Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilənlərə ibadət edir və: “Onlar Allahın dərgahında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” (Allah) onların qoşduqları şəriklərdən uzaqdır və ucadır. (Yunus 18)

Həmçinin buyurur:
أَلَا لِلَّهِ الدِّينُ الْخَالِصُ ۚ وَالَّذِينَ اتَّخَذُوا مِنْ دُونِهِ أَوْلِيَاءَ مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَا إِلَى اللَّهِ زُلْفَىٰ إِنَّ اللَّهَ يَحْكُمُ بَيْنَهُمْ فِي مَا هُمْ فِيهِ يَخْتَلِفُونَ ۗ إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ كَاذِبٌ كَفَّار
Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz. (Əz Zümər 3)



#63297 Təvəssul və onun hokmləri

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 14:37 в Şiə-sünni dialoqu

Uca Allah buyurur:
وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا
“Şübhəsiz ki, məscidlər Allahındır. Allah ilə birlikdə heç bir kimsəyə dua etməyin.” (əl-Cin 18). Yəni Allah ilə yanaşı heç bir kimsəyə ibadət etməyin və yaxud Allah ilə bərabər heç bir kimsədən kömək istəməyin. Deməli hər iki mənanı əhatə edir. Necə ki, Uca Allah bu haqda qeyd edir: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək istəyirik!” (Əl Fatihə, 5). Bunu da qeyd edim ki, Allah ilə birlikdə qəbir sahibini: “Ya filankəs” çağıraraq ondan kömək istəmək məhz ona ibadət etmiş kimi hesab olunur. Çünki Allaha Dua etmək özü bir ibadətdir. Bu haqda Allah rəsulu (s.ə.s) dedi: “Dua ibadətdir”. Hətta bu məsələdə müxaliflərin İmamlardan (ə) gələn rəvayətlərinə görə: “İbadətin ən yaxşısı duadır” qeyd olunur. Bununla belə bütün ibadətlərin növü Allaha məxsusdur və ona görə də hər bir ibadətlərin növündə ona ortağı olmaq heç kəsin haqqı yoxdur. Müvəffəqiyyət Allahdandır.



#63492 Quran təhrİf olunmayıb

Отправлено автор: Samir Selefi 13 октября 2010 - 14:34 в Şiə-sünni dialoqu

Şeyx Müfid deyib: "imamiyyə Allah azzə və cəlaluhunun sifəti olaraq bəda ifadəsinin istifadə edilə biləcəyi üzərində də ittifaq etmişlerdir. " (Şeyx Müfid, "əl Əvailul Məqalat", səhifə 48-49)


Zəhmət olmasa bunu mənə izah edin.

Sultan Məhəmməd əl Cənəbazi deyib: "Quranda şübhə edilməyəcək şəkildə artırma əksiltmə, təhrif və dəyişdirmənin vaqe

olduğuna dair rəvayətlər təmiz və pak imamlardan a.s müstəfiz olaraq gəlmişdir" (Sultan Məhəmməd əl Cənəbazi, "Bəyanus Səade fi Məqaməti)

"Vilayət" və "Nureyn" adlı 2 surənin Quranda olduğunu iddia edən şiə alimləri:
Əllamə əl-Məclisi, "Təzkirətul Əimmə", s.18-19
Əllamə Həbibullah əl Haşimi, "Minhacəl Bəraə fi Şərhi Nehcul Bəlağə", c.12, s.216-217

Nuri Ət Təbərsi.
Mənə maraqlıdır bu məşhur şiyə alimləri belə bir ciddi ittihamı edərkən nəyə əsaslanıblar?



#63282 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 12:48 в Şiə-sünni dialoqu

Nədənsə şiyələr bu məsələdə əhli sünnə mənbələrinə üz tuturlar, halbuki bu rəvayətləri qəbul etmirlər, fəqət öz kitablarında nəql olunan və onlara görə səhih olan imam Cəfərin "Ümmü Gülsüm bizdən qəsb edildi" sözlərini görməzdən gəlirlər.
Amma hamısı yox. Əgər bütün şiyələr bu izdivacın olmamasına etiqad etsəydilər, bu məsələyə müxtəlif izahlar gətirməzdilər.



#63281 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 12:43 в Şiə-sünni dialoqu

Bu hadisə həzrət Əli (ə)-ın qeyrətinə müvafiq deyil. Necə mümkündür həzrət öz qızını nigahdan qabaq şəri hökümləri riyaət etməyən bir şəxsə tapşırsın?!

Subhanallah! Siz bundan dəhşətlisini Əli (r.a.) nisbət edirsiniz. Məgər kiminsə onun evinə soxulub zövcəsinə təpik vurması və onun bunları müşahidə etməsi Əli (r.a.) qeyrətinə müvafiqdir?



#63288 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 13:54 в Şiə-sünni dialoqu

Subhanallah!

bəli, Allah vahhabilərin Ona nisbət etdiyi sifətlərdən münəzzəh və subhandır

Siz bundan dəhşətlisini Əli (r.a.) nisbət edirsiniz. Məgər kiminsə onun evinə soxulub zövcəsinə təpik vurması və onun bunları müşahidə etməsi Əli (r.a.) qeyrətinə müvafiqdir?

"Bu vaxt imam ə.s sıçrayıb Ömərin yaxasından tutdu, sonra onu fırladıb yerə atdı, onun burun və boynunu ayağının altına alıb tapdaladı, onu öldürmək istədi, amma Rəsulullahın s.a.a səbr etməsiylə əlaqədar söz və tövsiyələrini xatırlayınca belə dedi: "Ey Sahhak oğlu! Məhəmmədi peyğəmbərliklə üstün qılana and olsun ki, əgər Allahdan tərəf bir əhd olmasaydı, şübhəsiz ki, evimə giremeyeceğini əlbəttə anlamış olacaqdın." Bu əsnada Ömər kömək diləməyə (yəni mələməyə) başladı ..."

Əllamə Məclisi r.a, "Biharul Ənvar", cild 43, səhifə 198

O zaman İmam Cəfərin "Ümmü Gülsüm bizdən qəsb edildi", həmçinin Şeyx Müfidin "Əmirəl-möminin Əli (ə) Ömərin hədələdiyinə, özünün və şiələrinin canı təhlükədə olduğu üçün məcburiyyət qarşısında qalaraq bu təklifi qəbul etmişdir" sözlərini necə başa düşək???
Gətirdiyin hədisi araşdıracam, amma maraqlıdır Əli (r.a.) nəyə səbr etdi? Və sonra niyə beyət etdi?



#63296 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 14:33 в Şiə-sünni dialoqu

O zaman İmam Cəfərin "Ümmü Gülsüm bizdən qəsb edildi"

O hədisdə hansı zəmanədən və hansı Ümm Gülsümdən danışılır? Bəlkə bu hədis Umm Gülsüm ləğəbli Zeynəb bintə Əli (sə) haqdadır?!

həmçinin Şeyx Müfidin "Əmirəl-möminin Əli (ə) Ömərin hədələdiyinə, özünün və şiələrinin canı təhlükədə olduğu üçün məcburiyyət qarşısında qalaraq bu təklifi qəbul etmişdir" sözlərini necə başa düşək???

Elə də başa düşək ki, Ömər Əlini məcbur edərək Ümm Gülsümü qəsb edib və bununla da bu "nigah" səhih sayılmır. Həmçinin Ömərlə Əlinin yaxşı münasibətdə olmaları mifini də puç edir.

Gətirdiyin hədisi araşdıracam, amma maraqlıdır Əli (r.a.) nəyə səbr etdi? Və sonra niyə beyət etdi?

Araşdırsaz yaxşı olardı, biz də Sizin cavabları gözləyərik.
Əli bir çox səbəbdən səbr edirdi və beyəti yalnız Sizin saxta xəbərlərinizə görə 6 aydan sonra etdi, bizə görə isə o heç vaxt beyət etməyib.

Sən bir söz deyirsən, Elməddin başqa bir söz, amma mənə görə sənin rəyin daha mötəbərdir, çünki sən onfan daha biliklisən. Ömər Əli (r.a.) necə məcbur edib? Hücum hadisəsində Əlinin (r.a.) Öməri yıxması səhihdirmi? Çünki bu forumlarda sizin ən bilikliniz olan Sadr (bəlkə o sənsən?), bu haqda mübahisəmizdə bir söz söyləməmişdir. Rəvayətin zahiridə ziddiyətlidir, əgər Fatiməyə (əleyhəsalam) qarşı belə bir davranış olsaydı və o qanlar içində yerə sərilmş olsaydı və övladı düşmüş olaydı Əli (r.a.) səbr edərdimi? Həmdə necə oldu, burda səbr etdi, qızını qəsb edəndə səbr etdi, nəticəsi olmadı axı, imamət bərqərar olmadı axı!



#63324 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 17:39 в Şiə-sünni dialoqu

Şiələrdə Əmin əl-İslam ləqəbi ilə tanınan ət-Tabərsi özünün "İləm əl-Vara bi İləm əl-Huda" kitabında (səh: 402) deyir:
وأما أم كلثوم فهي التي تزوجها عمر بن الخطاب وقال أصحابنا إنه عليه السلام إنما تزوجها منه بعد مدافعة كثيرة وامتناع شديد واعتلال عليه بشيء بعد شيء حتى ألجأته الضرورة إلى أن رد أمرها إلى العباس بن عبدالمطلب فزوجها إياه
"Lakin Umm Kulsum, Ömər bin əl-Xattaba ərə getmişdir. Bizim əshabımız dedi: Əli - aleyhis-sələm - onu çoxlu münaqişə, inkar və tərəddüddən sonra zərurət qarşılığında verdi və hətta bu işə Abbas bin Abdulmuttəlib qarışdı və o da ona ərə verdi..."
Təbərsi yalan deyib?
عَلِيُّ بْنُ إِبْرَاهِيمَ عَنْ أَبِيهِ عَنِ ابْنِ أَبِي عُمَيْرٍ عَنْ هِشَامِ بْنِ سَالِمٍ وَحَمَّادٍ عَنْ زُرَارَةَ عَنْ أَبِي عَبْدِ اللهِ (عَلَيْهِ السَّلام) فِي تَزْوِيجِ أُمِّ كُلْثُومٍ فَقَالَ إِنَّ ذَلِكَ فَرْجٌ غُصِبْنَاهُ.

"Əli bin İbrahim, atasından, o da İbn Əbu Umeyrdən, o Hişəm bin Səlimdən və Həmməddən, o da Zuraradan, o is\ /bu Abdullahdan - aleyhis-sələm - Umm Kulsumun evliliyi barədə rəvayət etdi. Əbu Abdullah dedi: "Bu verməli olduğumuz bir fərc idi."

Əli ibn İbrahim ibn Haşim əl-Qumi əl-Kuleyninin yanında o qədər siqadır ki, əl-Kafi kitablnln üçdə biri onun rıvayıtlıridir. ən-Nəccaşi və İbn Mutahhar onun haqqında deyir: "siqatun fil hadis"
atası isə İbrahim bin Haşim əl-Qumi və şiələr tərəfindən siqa sayılmışdır.
Muhamməd bin Əbi Umeyr isə digər şiə ravisi və şiələrin qəbul etdikləri siqa biridir. Əbu cəfər ət-Tusi onun haqqında deyir: "Kənə min Əvsaq ən-Nəs" (İnsanların ən siqası idi). Bundan əlavə bu ravi "Əshabul-İcma"dan biri sayılır, bu isə o deməkdir ki, əgər belə bir raviyə qədər gələn sənəd səhihdirsə, onun rəvayət etdiyi sənəd avtomatik səhih sayılır.
Hişəm bin Səlim və Həmməd hər ikisi bunu rəvayət ediblər və onlar da şiələrin məqbul saydıqları ravilərdir.
əz-Zurara isə Əbu Abdullahın əshabındandır.
Bu evlilik olub, fəqət şiyələr Müfidə qədər bunu qəbul ediblər.



#63322 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 17:28 в Şiə-sünni dialoqu

Sizin forumlarda bu evliliyin olmaması barədə yaydığınız məlumat yalnız Müfid və ondan sonra gələnlərə dayanır: "İnsanlar elə bildilər ki, Ömər Əlinin qızı Ümm Gülsümlə evləndi, amma əslində o Ümm Gülsüm bintə Cərvilə Xüzeymə ilə evlənmişdir."
Müfidin buna dəlili nədir? İmam Cəfər "bizdən qəsb etdilər" dedikdə kimi nəzərdə tutur?
O ki qaldı sənin gətirdiyin təzadlara, bu çox qəribə məntiqdir. Əgər bir hadisə baş verərsə, lakin bu hadisənin baş verməsində təzadlı şəhadətlər mövcud olarsa, bu, heç də hadisənin baş vermədiyi anlamına gəlməz. Əgər bir nəfər öldürülərsə, lakin kimsə onun bıçaqla öldürüldüyünü, kimsə onun odlu silahla öldürüldüyünü, kimsə başqa cür öldürüldüyünü söyləyərsə, bu heç də həmin adamın öldürülmədiyi anlamına gəlməz.
Əgər bu məntiqlə biz danışsaq o zaman gərək şiələrin elə üzərində əsaslandıqları etiqadı məsələləri də inkar edək. Ğədir Xum hadisləri barədə də təzadlı rəvayətlər gəlmişdir, lakin heç bir kəs bu hadisənin baş vermədiyini söyləmir.

PS, mənə görə sən elm və mərifətdən uzaq adi bir şiyəsən, dedim Elməddinə nəzərən.



#63325 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 17:44 в Şiə-sünni dialoqu

qərib məxluqlarsınız. az öncə Müfidin r.a evliliyi qəbul etdiyini iddia edirdin indi özün öz yalanını açırsan?

Şeyxin r.a dəlilinin nə olduğunu bilmək üçün kitablarına baxmaq və sözlərini tamam oxumaq lazımdır.


Mən sual vermişəm:

Şeyx Müfidin "Əmirəl-möminin Əli (ə) Ömərin hədələdiyinə, özünün və şiələrinin canı təhlükədə olduğu üçün məcburiyyət qarşısında qalaraq bu təklifi qəbul etmişdir" sözlərini necə başa düşək???

Nə isə, bu mövzuda artıq yazmaq istəmirəm, çünki fayda yoxdur. O ki qaldı Qədir Xuma, bu hadisədən imamət, vilayət, xilafət anlayanlar yalnız şiyələrdir.



#63304 Əhli-Sünnə Mənbələrində Quranın Təhrif Olunması

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 15:20 в Şiə-sünni dialoqu

Bu mövzunu oxuyanda bişmiş toyuğun gülməyi gəlir, mövzuda iştirak edənlərin əksəriyyəti əslən təhrifin nə olduğunu bilmirlər.



#63303 Əhli-Sünnə Mənbələrində Quranın Təhrif Olunması

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 15:17 в Şiə-sünni dialoqu

Yazırsız nə gəldi, necə gəldi! İbn Həzm "dəyişdirdiyi hissələri" deməyib, "dəyişdirdiyi müshəfləri" deyib və bu məşhur hadisədi. Özündə etiraf edirsən ki, ərəbcə bilmirsən, bu halda İbn Həzmin ərəbcə yazdığı kitabına necə istinad edirsən?



#63283 Arxadan ilişki

Отправлено автор: Samir Selefi 11 октября 2010 - 13:05 в Əqidə və fiqh

vəhhabilər iddia edirlər ki, ibni Ömərdən bu mövzuda nəql edilmiş hədislər duburdan yox fərcdən olmaq şərti ilə arxadan cinsi əlaqə haqqındadır.

Bəqərə surəsindəki ayənin təfsiridə məhs belədir, ənsar qadınlara yalnız bir cür yaxınlaşırdılar, "istədiyiniz kimi yaxınlaşın", yəni istədiyiniz cür, fəqət anal dəlikdən yaxınlaşmaq haramdır, bu məşhur və sübut olan məsələdir, hədis təfsiri olan İbn Kəsirin təfsirində buna dair kifayət qədər hədis nəql edir. Əbu Süfyan Ordusu alimlərinin eyiblərini örtbasdır etmək üçün rusların "sam takoy" məntiqindən çıxış edir və bu bir çox şiyələrə aiddir.



#63225 Şeyx Albaninin "Kişinin yad bir qadin tərəfindən əmizdirilməsi" fətvası

Отправлено автор: Samir Selefi 10 октября 2010 - 19:40 в Əqidə və fiqh

Hörmətli şiyələr, zəhmət olmasa bu rəvayət haqqında ətraflı məlumat verin.


Zəhmət olmasa bu hədisi qamətin sözləri ilə birlikdə ayrıca mövzu kimi aç mən də bacardığım qədər ətraflı mə`lumat verim, inşaallah!


Başqa mövzuya nə gərək var? Elə burada məlumat ver.
Buyur, iddialar burda:
http://313news.net/f...php?/topic/791/

PS, ümumən mənim fikrim budur ki, fiqhdə hər bir məsələ müzakirə oluna bilər və bunda bir qəbahət yoxdur. Ağıllar və suallar müxtəlifdir, alimin vəzifəsi insanları maraqlandıran suallara dəlillərlə cavab verməkdir.



#63198 Şeyx Albaninin "Kişinin yad bir qadin tərəfindən əmizdirilməsi" fətvası

Отправлено автор: Samir Selefi 10 октября 2010 - 15:57 в Əqidə və fiqh

Təşəkkür edirəm, cavabını oxumuşam, inşəAllah ərəb dilini dərin bilən qardaşlardan məlumat alıb mövzunu davam etdirərəm.
İkinci bir tərəfdən, Əzhab surəsi 33-cü ayədə gələn müraciyətin kişi cinsində olması, ərəb dilinin xüsusiyyəti deyilmi?




Рейтинг@Mail.ru