Перейти к содержимому


Публикации Asiman.X

60 публикаций создано Asiman.X (учитываются публикации только с 29-апреля 23)



#100250 Təqlid

Отправлено автор: Asiman.X 15 января 2014 - 16:39 в Şiə-sünni dialoqu

Salam aleykum .Allah razı olsun.Çox maraqlı mövzudur.



#100251 Təqlid

Отправлено автор: Asiman.X 15 января 2014 - 16:41 в Şiə-sünni dialoqu

Hər bir müsəlmanın üsuli-dinə əqidəsi bəsirət və dəlil əsasında olmalıdır. Üsuli-dində təqlid caiz deyil. Yə’ni üsuli-dində ayrı bir şəxsin sözünü, yalnız onun deməsinə e’timad edərək qəbul etmək olmaz. Amma haqq İslami əqidələrə yəqini olan bir şəxs onları izhar edirsə, bu əqidəsi bəsirət üzündən olmasa da, o şəxs müsəlman və mö’min sayılır, bütün İslam və iman hökmləri onun üzərində caridir. Müsəlman dinin zəruri və qəti olan hökmlərindən başqa, din hökmlərində ya müctəhid olub dini hökmləri çıxara bilməli, ya bir müctəhidə təqlid etməli, ya da öz təklifini (şər'i vəzifəsini) düzgün yerinə yetirməsinə yəqin edəcək bir şəkildə, ehtiyat yolu ilə əməl etməlidir.

Məsələn, müctəhidlərin bə’zisi bir əməlin haram olduğunu, digərləri isə haram olmadığını söyləyirlərsə, o əməli etməməli və əgər bir əməli müctəhidlərdən bə’zisi vacib, digərləri isə müstəhəbb buyururlarsa, onu etməlidir. Deməli müctəhid olmayan şəxslərin və ehtiyata əməl edə bilməyənlərin bir müctəhidə təqlid etmələri vacibdir.Hökmlərdə təqlid, müctəhidin göstərişlərinə əməl etməkdir. Təqlid ediləcək müctəhid kişi, həddi-büluğa çatmış, ağıllı, 12 imam (ə.s) şiəsi, halalzadə, diri və adil olmalıdır. Adil, üzərinə vacib olan işləri yerinə yetirib, ona haram olan şeylərdən çəkinən şəxsə deyilir. İnsanın zahirdə yaxşı olması ədalətin nişanəsidir, belə ki, onunla bir yerdə yaşayan camaatdan, qonşulardan və ya onunla əlaqədə olan şəxslərdən onun haqqında soruşsalar, onun yaxşı bir insan olduğunu təsdiq etsinlər. Ehtiyac duyulan yerdə və ümumi məsələlərdə müctəhidlər arasında hətta icmalən olsa belə, fətva ixtilafı olduğu təqdirdə insanın təqlid etdiyi müctəhid ə’ləm olmalıdır. Yə’ni Allahın hökmlərini dərk etməkdə zəmanəsinin müctəhidlərinin hamısından daha bacarıqlı olmalıdır.



#100253 Təqlid

Отправлено автор: Asiman.X 15 января 2014 - 17:44 в Şiə-sünni dialoqu

Asiman.X , Allah razı olsun qardaş. Bəs görəsən vahabilərdə necədir?

Allah sizdən də razı olsun qardaş.Vehabilər haqda çox oxumuşam.Allah hidayət eləsin onları.



#100254 Təqlid

Отправлено автор: Asiman.X 15 января 2014 - 17:47 в Şiə-sünni dialoqu

Yazdıqlarınız mövzuya aid deyil.



#100257 Təqlid

Отправлено автор: Asiman.X 15 января 2014 - 21:10 в Şiə-sünni dialoqu



Amin. Əziz qardaşım, yazdıqlarınızın demək olar ki, heç birisinin mövzu ilə əlaqəsi yoxdur. Xahiş edirəm, ilk səhifədə mövzunu oxuyun, sonra cavab yazın.) Təşəkkürlər!

Salam aleykum qardaş.necəsən ? Bu vahabilər kimə təqlid edir ? çox maraqlıdı ))) Yəqin Yezid olsaydı ona təqlid edərdilər.Çox təəsüf ki o da cəhənnəmə vasil olub.



#100260 Təqlid

Отправлено автор: Asiman.X 16 января 2014 - 09:33 в Şiə-sünni dialoqu



Aleykum əs-salam va rahmətullahi va bərakətuhu. Şükür Allaha qardaşım, siz necəsiz? Yəzid indi olsaydı, onlar üçün Yezidə itaət etməkləri vacib idi. BU başqa məsələdir. Amma, biz təqliddən danışırıq. Xahiş edirəm, mövzu haqqında bir məlumatınız varsa, bizimlə paylaşın.)

Salam aleykum.qardaş şükür məndə yaxşıyam.inşallah bu haqda mövzu yazacam.



#100262 Səhabələr haqqında nazil olan ayələr.

Отправлено автор: Asiman.X 16 января 2014 - 10:30 в Qur'an və onun təfsiri

Bismihi təala ...

Əs-salamu aleykum.

Çox zaman sahabə mövzusundan söz düşəndə, bəkriyyə firqəsi ( özünə "əhli-sünnə" və ya "sələfi" deyən bütün Əbu Bəkr tərəfdarları ) səhabənin istisnasız olaraq hamısından Allahın razı olduğunu, onların əbədi olaraq cənnətdə qalacağını iddia edirlər.

Bu fikirlərinə Qurani-Kərimdən bir çox ayələri dəlil gətirirlər ki, biz onların biriylə başlayacaq, ehtiyac olsa, digər ayələr haqqında da danışacağıq.

Bəs onlar bu iddialarında tamamilə haqlıdırlarmı?






Təqdim etdiyimiz birinci ayə Tövbə surəsinin 100-cü ayəsidir.



وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ وَالَّذِينَ اتَّبَعُوهُمْ بِإِحْسَانٍ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي تَحْتَهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۚ ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ


Allah mühacirlərin və ənsarın (Peyğəmbərin–səlləllahu əleyhi və alihi və səlləm–Mədinəyə hicrətindən qabaq iman gətirənlərin) ilk qabaqcıllarından və yaxşılıqla onlara tabe olanlardan razıdır və onlar da Allahdan razıdırlar. Və onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər hazırlamışdır və onlar orada əbədi qalacaqlar. Budur böyük uğur və qurtuluş! ( Ayətullah Meşkini )

(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)! ( Bünyadov-Məmmədəliyev)

Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur. ( Əlixan Musayev )


Bu ayələri doöru anlamaq çox muhimdir. Çünki,bu ayələr doğru anlaşılmadıqda peyğəmbərdən (s.a.s) sonrakı ixtilaflarda haqq ilə batili ayırmaq demək olar ki, mümkün olmur.

Suallarımızı daha dəqiq verəcəyik ki, məsələ tam aydın olsun inşaAllah. Əvvəlcə ilk sualdan başlayaq, sonra davam edərik inşaAllah.

Beləliklə :

Bu ayə Əbu Bəkrə də, Ömərə də, Muaviyəyə də , şamil olunurmu ? Əgər olunursa nəyə görə ? Əgər olunmursa nəyə görə ? Əgər bəzilərinə şamil olunursa , bəzilərinə şamil olunmursa, kimə nəyə görə şamil olunmur ?

Təşəkkürlər!

Salam aleykum.«Vəsilədən məqsəd həzrət Peyğəmbərin (s) Əhli-beytidir (ə). Buna dəlilimiz böyük sünnü alimi Hafiz Əbu Nəim İsfahaninin «Nüzulul-Quran fi Əliyyin» (Əli (ə) haqqında nazil olan ayələr) adlı əsərində, Hafiz Əbubəkr Şirazi «Ma nəzələ min əl-Qurani fi Əliyyin» (Quranda Əli haqqında nazil olan) imam Əhməd Sələbi öz yazdığı təfsirdə nəql edərək deyir: «Bu ayeyi-kərimdəki vəsilədən məqsəd həzrət Peyğəmbərin Əhli-beytidir. Necə ki, bu mövzuda Rəsulallahdan (s) bir çox hədislər nəql olunmuşdur».
Böyük alimlərinizdən İbn Əbil-Hədid Mötəzili «Şərhi Nəhcül-bəlağə» adlı əsərinin IV cildinin 79-cu səhifəsində həzrət Fatimənin (ə.s) xütbəsindən bu ayəyə dəlil olaraq bir cümləni göstərir. Həzrət Fatimə (ə.s) «Fədək» hadisəsində mühacir və ənsara istiqamətlənmiş bir xütbə oxumuşdur. Bu xütbənin əvvəlində həzrət Fatimə (ə.s) belə buyurur:
«Göylərdə və yerdə nə varsa, əzəməti və nuru üçün ibadət edilən Allaha həmd edirəm. Bütün vəsilələrin hədəfi Odur və Onun insanlar arasındakı vəsiləsi bizik».



#100263 Səhabələr haqqında nazil olan ayələr.

Отправлено автор: Asiman.X 16 января 2014 - 10:37 в Qur'an və onun təfsiri

Bismihi təala ...

Əs-salamu aleykum.

Çox zaman sahabə mövzusundan söz düşəndə, bəkriyyə firqəsi ( özünə "əhli-sünnə" və ya "sələfi" deyən bütün Əbu Bəkr tərəfdarları ) səhabənin istisnasız olaraq hamısından Allahın razı olduğunu, onların əbədi olaraq cənnətdə qalacağını iddia edirlər.

Bu fikirlərinə Qurani-Kərimdən bir çox ayələri dəlil gətirirlər ki, biz onların biriylə başlayacaq, ehtiyac olsa, digər ayələr haqqında da danışacağıq.

Bəs onlar bu iddialarında tamamilə haqlıdırlarmı?






Təqdim etdiyimiz birinci ayə Tövbə surəsinin 100-cü ayəsidir.



وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ وَالَّذِينَ اتَّبَعُوهُمْ بِإِحْسَانٍ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي تَحْتَهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۚ ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ


Allah mühacirlərin və ənsarın (Peyğəmbərin–səlləllahu əleyhi və alihi və səlləm–Mədinəyə hicrətindən qabaq iman gətirənlərin) ilk qabaqcıllarından və yaxşılıqla onlara tabe olanlardan razıdır və onlar da Allahdan razıdırlar. Və onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər hazırlamışdır və onlar orada əbədi qalacaqlar. Budur böyük uğur və qurtuluş! ( Ayətullah Meşkini )

(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)! ( Bünyadov-Məmmədəliyev)

Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur. ( Əlixan Musayev )


Bu ayələri doöru anlamaq çox muhimdir. Çünki,bu ayələr doğru anlaşılmadıqda peyğəmbərdən (s.a.s) sonrakı ixtilaflarda haqq ilə batili ayırmaq demək olar ki, mümkün olmur.

Suallarımızı daha dəqiq verəcəyik ki, məsələ tam aydın olsun inşaAllah. Əvvəlcə ilk sualdan başlayaq, sonra davam edərik inşaAllah.

Beləliklə :

Bu ayə Əbu Bəkrə də, Ömərə də, Muaviyəyə də , şamil olunurmu ? Əgər olunursa nəyə görə ? Əgər olunmursa nəyə görə ? Əgər bəzilərinə şamil olunursa , bəzilərinə şamil olunmursa, kimə nəyə görə şamil olunmur ?

Təşəkkürlər!

Möminlərin əmiri İmam Əli (ə.) haqqında peyğəmbərimiz (s.a.v.v.) buyurub ki: “Ya Əli, sənin üzündən 2 dəstə həlak olar. Birincisi: sənin haqqında güluv edən (səni ilahiləşdirən); İkincisi: sənə düşmənçilik edib haqq olmadığını gizləyənlər.”
Bu yazımızda imam Əlinin (ə.) fəzilətlərini və kimliyini Qurani-Kərim ayələrinin işığında araşdıracağıq.
Hədəfimiz, tərəfdarlarının qorxudan, düşmənlərinin isə ona qarşı olan həsəd və nifrətləri səbəbindən gizlətdikləri həqiqətləri gün işığına çıxarıb, aşiqlərinin qəlblərinə sevinc və fərəh bəxş etməkdir. İnşAllah yazımızda Seyyid Sadiq Şirazinin “Quranda həzrət Əli” adlı 2 cildlik kitabından istifadə etmişik.
1. Bismilləhir Rahmənir Rahim.
Hafiz Süleyman ibni İbrahim Qunduzinin rəvayətinə görə ibni Təlhə Əl-Hələbi Şafii “Durrul-Mənsur” kitabında belə rəvayət etmişdir: “Bilin ki, bütün səmavi kitabların sirləri Qurandadır və Quranda olan bütün sirlər Fatihə surəsindədir. Fatihə surəsində olan bütün sirlər isə bismilləhdədir. Və bismilləhdə olan bütün sirlər bismilləhdəki bə hərfindədir. Bə hərfində olan sirlər isə bə hərfinin altındakı nöqtədədir.” Daha sonra İmam Əlinin (ə.) belə buyurduğunu rəvayət etmişdir: “Mən bə hərfinin altındakı nöqtəyəm.” (Qunduzi: “Yənabiul-Məvəddə” səh.69)
Hafiz Qunduzinin başqa rəvayətində isə Hakim Tirmizi, İbni Abbasın bu ayənin təfsirində belə dediyini rəvayət etmişdir: “İmam Əli (ə.) Bismilləhir Rahmənir Rahimdə olan bə hərfinin altındakı nöqtənin mənasını axşamdan sübh namazına qədər təfsir edərdi, amma yenə də bitməzdi” (Qunduzi: Yənabiul-Məvəddə səh. 70)
2. “İhdinəs-siratəl-Mustəqim” (Bizi doğru yola hidayət elə) (Fatihə, ayə 6))
Sələbi “Kəfşul-Bəyan fi Təfsirul-Quran” adlı təfsir kitabında bu ayənin təfsirində belə nəql edir: “Ya Rəbbim, bizi doğru yola hidayət elə” ayəsinin təfsirində Müslim ibni Həyyanın, Əbu Bureydədən belə dediyini duydum: “Sirat dedikdə (yəni doğru yol) məqsəd Həzrət Muhamməd (s.a.a.), hz. Əli (ə.) və Əhli-Beytidir (ə.)” (sənəd: “Rəşfətul-Sadi” səh.25; “Yənabiul-Məvəddə” səh.114)
3. “Nemət verdiklərinin yoluna (hidayət elə)” (Fatihə, ayə 7). Hafiz Hakim Həskani (hənəfi) “Şəvahid Tənzil” adlı kitabında bu ayə ilə bağlı rəvayət nəql etmişdir: “Nemət verdiklərinin yoluna” dedikdə yəni “Həzrət Muhamməd (s.a.a.), Əli ibni Əbu Talib və tərəfdarları”. (“Şəvahidut-Tənzil” c.1,səh.66)
4. “Müttəqiləri hidayət etməkdə şübhəsi olmayan bir kitabdır” (Bəqərə, ayə 2)
Əhli-sünnə alimləri Abdullah ibni Abbasın bu ayənin təfsirində belə nəql etdiyini söyləmişlər: “Şübhəsi olmayan” dedikdə yəni: “Allah tərəfindən olmasında şübhəsi olmayan”.“Hidayət” dedikdə, yəni “aşkar, nurlu yol”. “Müttəqilər” dedikdə məqsəd Əli ibni Əbu Talibdir (ə.), ona görə ki, İmam Əli (ə.) bir göz qırpımı qədər də olsun Allaha şirk qoşmayıb. (“Şəvahidut-Tənzil” c.1,səh.67)
5. “Onlara verdiklərimiz rizqdən sərf edərlər” (Bəqərə, ayə 3). Əllamə Hənəfiyyə Mir Muhəmməd Salih Tirmizi bu ayə ilə bağlı olaraq Əhməd ibni Musa Mərdəveyhdən belə rəvayət etmişdir: “Bu ayə Əmirul Muminin Əli (ə.) haqqında endirildi” (“Əl-Mənaqibul-Mir Kəşfi Hənəfi”)
6. “Onlar hidayət olmuşlar və nicat tapanlardırlar” (Bəqərə, ayə 5)
Hakim Həskani Hənəfinin rəvayətinə görə, Səlman Farsi İmam Əlidən (ə.) belə nəql edir: “Ya Əbəl Həsən (ya Səlman) sən və mən peyğəmbərin (s.a.v.v.) hüzuruna hər qəbul edildiyimizdə” peyğəmbər (s.a.v.v.) belə deyərdi: “Ey Səlman, Əli (ə.) və tərəfdarları (şiələri) qiyamət günündə nicat tapanlardır” (“Şəvahidut-Tənzil” c.1,səh.569)
7. “Adəm (ə.) Rəbbindən kəlmələr öyrəndi və tövbə etdi” (Bəqərə, ayə 37)
İbni Abbas peyğəmbərdən (s.a.v.v.) bu ayənin təfsiri barədə soruşdu: “Adəm (ə.) hansı kəlmələri öyrəndi (aldı) ki, Rəbbi də onun tövbəsini qəbul etdi?” Peyğəmbər (s.a.v.v.) dedi: “Adəm (ə.) Allaha belə yalvarmışdı: “Ey Rəbbim, Muhamməd (s.a.v.v.), Əli (ə.), Fatimə (ə.), Həsən (ə.), və Huseyn (ə.) haqqına (hörmətinə) məni bağışla” və Uca Allah da onun tövbəsini qəbul etdi.” (İbn Məğazili Şafii “Mənaqibu Əli ibni Əbi Talib” səh. 63; Süyuti Əl Şafii c.1,səh.60).
8. “Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə ruku edin” (Bəqərə, ayə 43)
İbni Abbasdan belə rəvayət edilmişdir: “Bu ayə həzrət peyğəmbər (s.a.v.v.) və imam Əli (ə.) haqqında xüsusi olaraq nazil olundu, çünki ilk namaz qılan və rüku edən onlar idi”. (“Mənaqib Kəşfi” I bab; Xarəzmi “Mənaqib Əli ibni Əbi Talib” səh.198; Zəhəbi “Mizanul-İtidal” səh.223-224; “Usdul-Ğabə” c.3,səh.93-94; ”Şəvahidut-Tənzil” c.1,səh.89)
9. “Səbrdən və namazdan köməklik alın! Doğrudan da bu iş xaşe olanlardan savayı başqalarına ağır gələr” (Bəqərə, ayə 45)
Hakim Həskani Hənəfinin rəvayətinə görə ibni Abbasın belə dediyini rəvayət edir: “İbni Abbas dedi ki, xaşe olanlar (qəlbən itaətkar) dedikdə, məqsəd həzrət Muhamməd (s.a.v.v.) və Əlidir (ə.) və bu ayə onlar haqqındadır” (“Şəvahidut-Tənzil” c.1,səh.89)
10. “Allah İbrahim peyğəmbərə (ə.) buyurdu: Mən səni insanlara imam etdim (seçdim), İbrahim (ə.) soruşdu: Mənim nəslimdən necə?” (Bəqərə, ayə 124)
Abdullah ibni Məsud bu ayənin yozumunda (təvilində) peyğəmbərin belə söylədiyini rəvayət edir: “Uca Allah, İbrahimin (ə.) nəslindən məni peyğəmbər, Əlini (ə.) isə vəsi seçdi” (Məğazili “Mənaqib Əli ibn Əbi Talib” səh. 276; “Şəvahidut-Tənzil” c.1,səh.92)



#100266 Səhabələr haqqında nazil olan ayələr.

Отправлено автор: Asiman.X 16 января 2014 - 12:01 в Qur'an və onun təfsiri

[quote name='N_ن_N' timestamp='1389855014' post='100264']
Salam aleykum. Asiman.X,qardaşım, xahiş edirəm mövzunu diqqətlə oxuyun, mövzuya uyğun şərhlər yazın və bu cür uzun və mövzu ilə heç bir əlaqəsi olmayan copy-paste materiallardan istifadə etməyin. Təşəkkürlər.
[/quote
inşallah qardaş



#100269 Təqlid

Отправлено автор: Asiman.X 16 января 2014 - 12:41 в Şiə-sünni dialoqu



Aleykum əs-salam va rahmətullahi va bərakətuhu.

İnşaAllah qardaşım.

Ey vahabilər!

Bu barədə alimlərinizin nəzərini bizə deyin! Təqlidə sizin üləmanın nəzəri necədir?
Əgər təqlid caiz deyilsə, nəyə görə öz alimlərinizin fətvalarına önəm verirsiz?

Yoxsa, bu mövzu "namazda əllərin vəziyyəti" haqqında və s. deyildir. Məsələni mövzusundan uzaqlaşdırmağa çalışmayın!


qardaş yeni mövzu açacaqsız ?



#100270 Səhabələr haqqında nazil olan ayələr.

Отправлено автор: Asiman.X 16 января 2014 - 12:44 в Qur'an və onun təfsiri


Allah razı olsun qardaşım. Üzr istəyirəm. Salam diqqətimdən qaçıb. Va Aleykum əs-salam va rahmətullahi va bərakətuhu .

aleykum salam qardaş.cümləmizdən inşallah.yeni mövzu olsaydı yaxşı olardı.artıq cavab yaza bilmirlər



#100293 "Səhihi-Buxari" və "Səhihi-Müslüm"dəkidəki bütün hədislər səh...

Отправлено автор: Asiman.X 22 января 2014 - 10:57 в Şiə-sünni dialoqu




Va Aleykum əs-salam va rahmətullahi va bərakətuhu!

Qardaşım, həqiqətən də nə tip "alim" desən tapmaq mümkündü indi.


bu abdhalimin "üstünlüyü" bundadı ki, konkret bir əqidəsi yoxdu ki, onu müzakirə edək :rolleyes:/>

Nə deyim ... Allah hidayət eləsün qardaşım!

Hətta, bu qardaş, səhv eləmirəmsə şiələri də təkfir edir, ümumiyyətlə, bizləri şiə hesab etmir ))

SubhanAllah!

Hər yerindən duran bizə hücum eləyir ))

Görəsən niyədi ? :rolleyes:/>



Salam aleykum.necəsiz ? işlərimlə bağlı neçə gündü iştirak edə bilmirdim.siz belə bir fikir yazmisiz ki hər yerindən duran bizə hücum edir.(yəni haqq məzhəb olan cəfəri ,12 imam şiəsinə) .mən səbəbi bilirəm.Bu İmam Əli (ə) olan nifrətlə bağlıdı.Yalandan deyirlər sevirik sevirik,açıb kitabların oxuyanda tam fərqli bir şeyin şahidi olursan.Əli (ə) olan nifrəti qurtarmayıb hələ bunların.Haqqını yedilər,Əhli beytin şəhid elədilər,doymadılar.indi keçiblər tərəfdarlarına.



#100294 Müaviyyəni (L) yaxşı tanıyın

Отправлено автор: Asiman.X 22 января 2014 - 11:26 в Şiə-sünni dialoqu

حدثنا عمرو بن عثمان بن سعيد الحمصي حدثنا بقية عن بحير عن خالد قال وفد المقدام بن معدي كرب وعمرو بن الأسود ورجل من بني أسد من أهل قنسرين إلى معاوية بن أبي سفيان فقال معاوية للمقدام أعلمت أن الحسن بن علي توفي فرجع المقدام فقال له رجل أتراها مصيبة قال له ولم لا أراها مصيبة وقد وضعه رسول الله صلى الله عليه وسلم في حجره فقال هذا مني وحسين من علي فقال الأسدي جمرة أطفأها الله عز وجل قال فقال المقدام أما أنا فلا أبرح اليوم حتى أغيظك وأسمعك ما تكره ثم قال يا معاوية إن أنا صدقت فصدقني وإن أنا كذبت فكذبني قال أفعل قال فأنشدك بالله هل تعلم أن رسول الله صلى الله عليه وسلم نهى عن لبس الذهب قال نعم قال فأنشدك بالله هل تعلم أن رسول الله صلى الله عليه وسلم نهى عن لبس الحرير قال نعم قال فأنشدك بالله هل تعلم أن رسول الله صلى الله عليه وسلم نهى عن لبس جلود السباع والركوب عليها قال نعم قال فوالله لقد رأيت هذا كله في بيتك يا معاوية فقال معاوية قد علمت أني لن أنجو منك يا مقدام قال خالد فأمر له معاوية بما لم يأمر لصاحبيه وفرض لابنه في المائتين ففرقها المقدام في أصحابه قال ولم يعط الأسدي أحدا شيئا مما أخ ذ فبلغ ذلك معاوية فقال أما المقدام فرجل كريم بسط يده وأما الأسدي فرجل حسن الإمساك لشيئه .

تحقيق الألباني

صحيح النسائي ( 4254 ) // ( 3967

Bizə Amr ibn Osman ibn Səid əl-Himsi nəql etdi,bizə Bəqiyyə (ibn əl Vəlid) nəql etdi,o da Bəhirdən,o da Xaliddən:(Səhabə) Miqdam ibn Madi Kərib ilə Amr ibn əl-Əsvəd və Qinnəsrin əhalisindən olan Əsəd oğullarından bir kişi Müaviyə ibn Abu Sufyanın yanına (evinə) gəldilər.Müaviyə əl-Miqdama dedi:Həsən ibn Əlinin öldüyünü bilirsənmi? əl-Miqdam dedi: "İnnə lillah və inna ileyhi raciun".Bir kişi (Müaviyə ibn Abu Sufyan) ona dedi:Sən onun ölümünü müsibətmi sayırsan?! (əl-Miqdam cavab olaraq Müaviyəyə) dedi: Mən onun ölümünü necə müsibət saymaya bilərəm?! Rəsulullah (salləllahu aleyhi və alih) onu quçağına alıb deyirdi: "Bu (Həsən) Məndəndir Hüseyn də Əlidən".Əsəd oğullarından olan (Müaviyənin tələbinə görə onu razı salmaq üçün və ona yaltaqlanmaq üçün) dedi:(Həsən)atəş qığılcımı idi ki,Allah onu (öldürməklə fitnəni) söndürdü.(Hədisi nəql edən Xalid) dedi:əl-Miqdam (Müaviyəyə) dedi:Mən bu gün səni qıcıqlandıran və qəzəbləndirən şeyləri sənə eşitdirməyincə burdan ayrılmayacağam! əl-Miqdam sonra isə dedi:Ey Müaviyə! Əgər doğru danışsam mənim sözlərimin doğru olduğunu təsdiqlə və əgər yalan danışsam mənim yalan dediyimi də təsdiqlə.Müaviyə də dedi ki,oldu. əl-Miqdam Müaviyəyə dedi:Allah eşqinə de görüm Rəsulullahın (salləllahu aleyhi və alih) kişilərə qızıl üzük taxmağı haram etdiyini bilirsənmi? Müaviyə dedi bəli.əl-Miqdam:Allah eşqinə de görüm Rəsulullahın (salləllahu aleyhi və alih) kişilərə ipək geymələrinin haram etdiyini bilirsənmi? Müaviyə dedi bəli bilirəm.əl-Miqdam:Allah eşqinə de görüm Rəsulullahın (salləllahu aleyhi və alih) vəhşi heyvanların dərilərinin giyinilməsini və onların üzərinə minməyin (oturmağın) haram etdiyini bilirsənmi? Müaviyə dedi bəli bilirəm. əl-Miqdam dedi:Ey Müaviyə! Allaha and olsun ki,mən bunların (haramların) hamısını sənin evində gördüm.Müaviyə dedi: Ey Miqdam! Mən başa düşdüm ki,sənin əlindən qurtara bilməyəcəm. (Hədisi nəql edən) Xalid dedi: Müaviyə,Miqdamın o iki yoldaşına (pul ) verilməsini əmr etdiyindən çoxunu Miqdama verilməsini əmr etdi.Onun oğluna da iki yüz qədərində (pul) verdi.Miqdam aldıqlarını yoldaşlarına bölüşdürdü.Əsəd oğullarından olan kişi isə aldıqlarından heç kimə bir şey vermədi.Müaviyə bundan xəbər tutdu və dedi: əl-Miqdam əli açıq (pulunu malını əsirgəmədən verən) kişidir.Əsəd oğullarından olan isə əli möhkəm, bir şey verməyə qıymayan kişidir.

Albani təhqiq edib və deyib ki,hədis səhihdir.


Mənbə:Sünən Abu Davud,libas kitabı,hədis 4131, 9/131
http://islamport.com/d/1/alb/1/54/510.html

فقال له رجل أتراها مصيبة

Bir kişi dedi: Sən onun (İmam Həsənin) ölümünü müsibətmi sayırsan?

Hədisi şərh edən Muhəmməd Şəms əl-Haqq əl-Azim Abadi deyir ki:
والمراد بفلان هو معاوية بن أبي سفيان
"o fulan (kişi) Müaviyə ibn Abu Sufyandır". Və sonra deyir ki,Əhməd bin Hənbəl bunu nəql edib.

http://library.islamweb.net/newlibrary/display_book.php?bk_no=55&ID=1565&idfrom=7169&idto=7176&bookid=55&startno=2

Əhməd ibn Hənbəl müsnədində nəql etdiyi hədisə nəzər salaq.

رقم الحديث: 16857
حديث مرفوع) حَدَّثَنَا حَيْوَةُ بْنُ شُرَيْحٍ ، حَدَّثَنَا بَقِيَّةُ ، حَدَّثَنَا بَحِيرُ بْنُ سَعْدٍ ، عَنْ خَالِدِ بْنِ مَعْدَانَ ، قَالَ : وَفَدَ الْمِقْدَامُ بْنُ مَعْدِي كَرِبَ ، وَعَمْرُو بْنُ الْأَسْوَدِ ، إِلَى مُعَاوِيَةَ ، فَقَالَ مُعَاوِيَةُ لِلْمِقْدَامِ : أَعَلِمْتَ أَنَّ الْحَسَنَ بْنَ عَلِيٍّ تُوُفِّيَ ؟ فَرَجَّعَ الْمِقْدَامُ ، فَقَالَ لَهُ مُعَاوِيَةُ : أَتُرَاهَا مُصِيبَةً ؟ فَقَالَ : وَلِمَ لَا أَرَاهَا مُصِيبَةً وَقَدْ وَضَعَهُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي حِجْرِهِ ، وَقَالَ : " هَذَا مِنِّي وَحُسَيْنٌ مِنْ عَلِيٍّ " ، رَضِيَ اللَّهُ تَعَالَى عَنْهُمَا

Bizə Həyvə ibn Şureyh nəql etdi,bizə Bəqiyyə nəql etdi,bizə Bəhir ibn Səd,o da Xalid ibn Madəndən:əl-Miqdam ibn Madi Kərib ilə Amr ibn əl-Əsvəd Müaviyə ibn Abu Sufyanın yanına (evinə) gəldilər.Müaviyə əl-Miqdama dedi:Həsən ibn Əlinin öldüyünü bilirsənmi? əl-Miqdam dedi: "İnnə lillah və inna ileyhi raciun". Müaviyə ona dedi:Sən onun ölümünü müsibətmi sayırsan?! (əl-Miqdam cavab olaraq Müaviyəyə) dedi: Mən onun ölümünü necə müsibət saymaya bilərəm?! Rəsulullah (salləllahu aleyhi və alih) onu quçağına alıb deyirdi: "Bu (Həsən) Məndəndir Hüseyn də Əlidən"
http://library.islamweb.net/hadith/display_hbook.php?bk_no=121&pid=61109&hid=16857

Əhmədin müsnədini təhqiq edən Əhməd Şakir-Həmzə Zeyn deyir ki,hədis səhihdir.Və Abu Davud 4131 nömrəli hədisdə nəql edib.
Cild 13 səh 295 hədis 17123

https://archive.org/details/WAQmusndaWAQ
http://www.waqfeya.c...ook.php?bid=619


" الحسن مني و الحسين من علي " .

قال الألباني في "السلسلة الصحيحة" 2 / 469 :
أخرجه أبو داود ( 2 / 186 ) و أحمد ( 4 / 132 ) و ابن عساكر ( 4 / 258 / 2 ) من
طريق بقية حدثنا بجير بن سعد عن خالد بن معدان قال : " و فد المقدام بن معدي
كرب و عمرو بن الأسود إلى معاوية ، فقال معاوية للمقدام : أعلمت أن الحسن بن
علي توفي ؟ فرجع المقدام ، فقال له معاوية : أتراها مصيبة ؟ فقال : و لم لا
أراها مصيبة ، و قد وضعه رسول الله في حجره و قال ... " فذكره .
قلت : و هذا إسناد حسن ، رجاله ثقات ، و قال المناوي : " قال الحافظ العراقي : و سنده جيد



Əhmədin nəql etdiyi müxtəsər hədisi Albani özünün əs-Silsilətu əs-Səhihə hədis 811-də nəql edib və deyib:Deyirəm ki,bu isnad həsəndir və ravilər də siqədir.əl-Munəvi deyib ki,Hafiz əl Əraqi onun sənədinin ceyyid (yaxşı) olduğunu söyləyib.

http://islamport.com/d/1/alb/1/19/124.html

Ola bilsin ki,Müaviyəni özlərinə dayı bilənlər gəlib burda onu müdafiə etsinlər və sənəd də olan ravi Bəqiyyə ibn əl-Vəlid haqqında nələrsə,danışsınlar.Ona görə onlara bir az məlumat verək ki,tələsməsinlər.Tələsən təndirə düşər.Məsələn Sünən Tirmizidən yalnızca sənədi qeyd edəcəm və sənəd də ravi silsiləsində Bəqiyyə ibn əl-Vəlidin də adı var.

حدثنا علي بن حجر حدثنا بقية بن الوليد عن بحير بن سعد عن خالد بن معدان عن عبد الرحمن بن عمرو السلمي عن العرباض بن سارية

قال أبو عيسى هذا حديث حسن صحيح
تحقيق الألباني
صحيح

Tirmizi dedi:Bu hədis həsən səhihdir. Hədis 2676
http://islamport.com/w/alb/Web/782/2676.htm

2-ci bir nümunəni Hakim və Zəhəbidən misal göstərək.Və ravi silsiləsində Bəqiyyənin adı qeyd olunub.Mustədrək hədis 7027

حدثنا أبو العباس محمد بن يعقوب أنبأ أبو عتبة محمد بن الفرج ثنا بقية بن الوليد عن يزيد بن أبي مريم عن القاسم بن مخيمرة عن أبي مريم

هذا حديث صحيح الإسناد و لم يخرجاه و إسناده شامي صحيح
و له شاهد بإسناد البصريين صحيح عن عمرو بن مرة الجهني عن رسول الله صلى الله عليه و سلم
تعليق الذهبي قي التلخيص : صحيح

Hakim və Zəhəbi deyirlər hədis səhihdir.
http://islamport.com/w/mtn/Web/2986/7635.htm

Ay əyyaş,münafiq,nasibi,nəcis oğlu nəcis Müaviyə! Allah sənə lənət eləsin!Sənin cinayətlərinə göz yumub səni bilərəkdən təbliğ edənlərədə!Allah Muhəmməd və Ali Muhəmmədin düşmənlərinə əvvəldən axıracan lənət etsin!

Salam aleykum.Allah Müaviyyəyə lənət eləsin.Yezid ibn müaviyyə yədə lənət eləsin.Bunları haqq sayıb arxaları ilə gedənlərə yazığım gəlir. Əli(ə) Haqq ilədir,Haqq Əli (ə) ilə.



#100297 Təqlid

Отправлено автор: Asiman.X 22 января 2014 - 15:27 в Şiə-sünni dialoqu


Qardaşım, forumda mövzular çoxdu. Yeni mövzular da olacaq inşaAllah.

İnşALLAH qardaş



#100454 cisni azlıqlar haqqında şübhəli bir hədis və cavabı

Отправлено автор: Asiman.X 18 февраля 2014 - 15:48 в Nasibilərə cavab



Bəs "sənin cavabın hazırdı" demirdin qardaşım ? Bəs sən Elməddindən icazəni gözləmirdin ? Buyur! İcazəni də verib Elməddin sənə! Xahiş edirəm həmin o "hazırdı" dediyin cavabı tezliklə ver. Yox əgər hazır deyilsə, o başqa məsələ. Nə qədər istəyirsən tədqiqat apar, gözləyirəm.

Qaldı ki, bu fikrinə ... Əzizim, burda heç kəs həmin kişinin haqlı olduğunu müdafiə eləmir ki, sən də durub bu əməlin çirkinliklərindən danışasan. Hədisi qoyaq kənara. Bir başqa məsələ də var ki, orda söhbət cins qarışımından gedir. Bax sən özün də yazmışdın "iki cinsli doğulanlar və sair " . O "və sair" nədir ? Açıqla biz də bilək. Sənin ümumiyyətlə insan orqanizmi haqqında, cinsi xəstəliklər haqqında məlumatın nə dərəcədədir?

Məsələn, elə lap götürək cüt cinsi orqanla dünyaya gələn adamdan. Bu adam neynəməlidir? Qadın olduğuna görə hicab taxmalıdırmı ? Kişi olduğuna görə hicab taxmamalıdırmı ? Qadın kimi ərəmi getməlidir ? Yoxsa, kişi kimi qadınla evlənməlidir? Yoxsa, hər ikisini də edə bilər? Yoxsa, sən "oruc tutsun" deyirsən ?

Bir də ki, bu xəstəliyin bir növü də var ki, qoşa cinsiyyət orqanı ilə dünyaya gəlmir, ama, qoşa cinsin xüsusiyyətləri ilə doğulur. Yəni, hormon qarışıqlığı.


Mən ümumiyyətlə, istəmirəm mövzu şaxələnsin. Qardaş bir mövzu açıb hədisə dair, hədisin sənədini araşdırıb. Əgər sən istəyirsənsə bu barədə bir başqa mövzu aç orda müzakirə edək.

Salam aleykum qardaş.Allah razı olsun.Çox məntiqli yazmısız.



#100455 Kitab ve peyğəmbər çatmayan insanlara tehvidde cahillik üzrlüdür?

Отправлено автор: Asiman.X 18 февраля 2014 - 17:12 в Əqidə və fiqh

darıxma , bir məsələni çözək ondan sonra keçək o birisinə.

mən bilirəm ki, imamlar belə bir söz deməz., hətta hansısa kitabda gəlsə belə bu onların adından uydurulan bir şeydir. geydirmə şiyələr tərəfindən ,,




yox tutalım, yox. deyib deməyib. hə yox ? çünkü söhbət allahı tanımaqdan gedir.deyibsə onda bir az xırdala bu söhbəti cahillər üçün. nə məna verir bu ? bunuynan Allahı tanımaq olar ?

Salam aleykum .Sənə 2 sualım var.1-cisi Hz Muhəmməd(s) olmasaydı sən Allahı necə tanıyacaqdın ? 2-ci sual.Şiələr sənə neyləyib ki əl çəkmirsən onlardan ??? de biz də bilək.



#100465 Kitab ve peyğəmbər çatmayan insanlara tehvidde cahillik üzrlüdür?

Отправлено автор: Asiman.X 19 февраля 2014 - 09:24 в Əqidə və fiqh

mənim o zaman əl çəkərəm ki sizdən , sizlər imamların əqidəsinə dönənəcən,
yani bu əqidən küfürdür.

ən 1 ci Allah hər şeyə qadirdir,və onu bəyan edim ki, Allah özünü peyğəmbərsizdə tanıdar, və bu Allah üçün nöqsandırsa isbat elə! peyğəmbərlər zahiri xəbərdalıq edənlərdir, amma onlar olmasa bu o demək deyil ki, insan canını qurtardı, bəhanə gətirə bilər ki, mən ada da doğuldum, ve ya kafirlərin arasında doğuldum ona görə səni taniya bilmədim. amma bu zaman batini xəbərdalıq onun eleyhinə şahidlik edecək. bu mövzu sənə 1 ci ağır gələ bilər.... amma sonra ola bilsin ki nəsə anladın
sənə suallar verecem onlara doğru cavablandır.
1.sən ümümən batini xəbərdalıqı nə zamandan görmüsən ?

Salam aleykum.Ay müsalman suala dəqiq cavab ver.sual belədir.Hz Muhəmməd (s) olmasaydı Allahı necə tanıyacaqdın ??? Mən də bilirəm ki Allah hər şeyə qadirdi.İkincisi yazanda diqqətli yaz.İsbat elə ki mənim əqidəm səhvdi.yoxsa həmişə ki kimi nəsibi çıxacaqsan :rolleyes:



#100466 Kitab ve peyğəmbər çatmayan insanlara tehvidde cahillik üzrlüdür?

Отправлено автор: Asiman.X 19 февраля 2014 - 09:56 в Əqidə və fiqh

mənim o zaman əl çəkərəm ki sizdən , sizlər imamların əqidəsinə dönənəcən,
yani bu əqidən küfürdür.

ən 1 ci Allah hər şeyə qadirdir,və onu bəyan edim ki, Allah özünü peyğəmbərsizdə tanıdar, və bu Allah üçün nöqsandırsa isbat elə! peyğəmbərlər zahiri xəbərdalıq edənlərdir, amma onlar olmasa bu o demək deyil ki, insan canını qurtardı, bəhanə gətirə bilər ki, mən ada da doğuldum, ve ya kafirlərin arasında doğuldum ona görə səni taniya bilmədim. amma bu zaman batini xəbərdalıq onun eleyhinə şahidlik edecək. bu mövzu sənə 1 ci ağır gələ bilər.... amma sonra ola bilsin ki nəsə anladın
sənə suallar verecem onlara doğru cavablandır.
1.sən ümümən batini xəbərdalıqı nə zamandan görmüsən ?

Bir az məzhəb haqqında yazım,oxu....amma bunun mövzuya adiyyatı yoxdu.mən öz əqidəmi yaxşı bilirəm.Əqidəsiz sənsən və sənin əqidən küfürdü.Yoxxxxx,sən əqidəsiz deyilsən.Yezidi əqidəsidir əqidən :rolleyes: təzə əqidə tapdım sizə.İndi Şiə haqqında yazım oxu.Şiə sözünün mə᾿nası lüğət kitablarında tabe, ardıcıl kimi göstərilmişdir.

Ərəb dilində «şiətur-rəcul» sözü deyildikdə, o kişinin arxasıyca gedən, ona tabe olan mə᾿nası nəzərdə tutulur.

Məşhur Əhli-sünnə lüğət və ədəbiyyatçıları Firuzabadi «Qamusul-lüğət» və İbni-Əsir «Nihayətul-lüğət» kitabında şiə sözünün mə᾿nası haqda belə yazırlar:

«Həqiqətən bu ad (şiə) Əli (ə)-ı və onun Əhli-beytini sevənlərə şamil olurdu. Daha sonra bu ad onlar üçün xüsusiləşdi».

Şiə məzhəbi ardıcılları Əli (ə)-ın tabeləri olduqları üçün onlara aid edilən bu ad sonradan xüsusiləşdi. Belə bir sual ortaya çıxır: Nə üçün bu məzhəb Həzrət Məhəmmədin (s) ümməti kimi müsəlman deyil, sonradan qondarılmış şiə adını daşıyır?

Cavab:

1. Biz insanlar yalnız və yalnız öz yaradanımıza baş əyir, Ona itaət edirik. Allahdan başqa heç bir kəsin əmrinə itaət etmək bizim vəzifəmiz deyildir. Fiziki və ya mə᾿nəvi gücündən asılı olmayaraq, kimsənin bizlərə göstəriş vermək hüququ yoxdur. Lakin əmr və itaət sahibi olan Allah-taala bizlərə müəyyən bir şəxsə itaət etməyi əmr edərsə, bu şəxsin itaəti bizim üçün vacib sayılır. Bu şəxsin itaəti, onun əmrlərinə tabe olmaq bilavasitə Allah-taalanın əmrinə itaət etmək deməkdir.

Allah-taala bəşəriyyətin atası Adəmi yaratdıqdan sonra bütün mələklərə onun qarşısında səcdə etməyi əmr etdi. Bu səcdə Allahın Öz icazəsi və əmri ilə olduğu üçün sözsüz ki, Allah-taalanın Özünə səcdə hesab olunur. Uca və əzəmətli Allah bizlərin hidayəti üçün həzrət Məhəmmədi (s) peyğəmbərlik məqamına tə᾿yin etdi. O həzrətin bütün əmrlərinə itaət etməyi bizlərə əmr etdi. Allah Rəsulunun əmrlərinə itaət etmək heç də Allahdan qeyrisinə itaət etmək sayılmır. Bu itaət bilavasitə Allah qarşısında baş əymək, Onun əmrlərinə tabe olmaqdır. Necə ki, «Nisa» surəsinin 80-cı ayəsində buyurulur:

«Hər kəs peyğəmbərə itaət edərsə, Allaha itaət etmişdir».

Bu məntiqlə həzrət Peyğəmbər (s) müsəlmanlara müəyyən bir şəxsin itaətini əmr edərsə, bu itaət bütün müsəlmanlara vacib olur. Bu şəxsin itaəti Peyğəmbərin (s) itaəti və bilavasitə Allah-taalanın itaəti sayılır.Hz Muhəmməd (s) özündən sonra Hz Əliyə (ə) itaəti vacib buyurmuşdu.

Deməli, əgər Əli (ə)-ın itaəti Peyğəmbərin (s) əmri və göstərişidirsə, onun ardıcılı (şiə) olmaq Peyğəmbər (s) itaətindən kənara çıxmaq deyildir.

2. Şiə sözünün həzrət Peyğəmbərdən (s) sonra qondarılması həqiqətə uyğun deyildir. Bu söz hətta Qur᾿ani-Kərimdə də işlədilmiş, insanların bə᾿ziləri digərlərinin şiəsi adlandırılmışdır. «Saffat» surəsinin 83-cü ayəsində İbrahim peyğəmbər (ə) Nuh peyğəmbərin (ə) şiəsi kimi təqdim olunur:

«Onun (Nuh) şiələrindən biri İbrahim idi».

Şiə sözü Peyğəmbərin (s) zamanında da işlədilmiş, bu barədə yüzlərlə hədis və rəvayətlər nəql olunmuşdur.

Böyük əhli-sünnə alimi, hədisşünas Hafiz Əbu-nəim İsfahani mö᾿təbər sənədlərlə İbni Abbasdan nəql edir:

«Bəyyinə surəsinin 7-ci ayəsi nazil olduqdan sonra:

“İman gətirib saleh əməl edənlər ən yaxşı məxluqdurlar. Onların mükafatı Rəbblərinin hüzurunda altından çaylar axan cənnət bağlarıdır. Onlar əbədi olaraq bu bağlarda qalarlar. Allah onlardan, onlar da Allahdan razıdırlar”.

Peyğəmbər (s) Əli (ə)-a üzünü tutaraq buyurdu:

Ya Əli, onlar sən və sənin şiələrindir. Qiyamət günü sən və sənin şiələrin Allahdan razı, Allah da sizdən razı olar.»

Həmçinin bu mö᾿təbər hədis aşağıdakı əhli-sünnə kitablarında yazılmışdır:

1. Mənaqib ‒ Əbul-müəyyəd ibni Əhməd Xarəzmi;

2. Şəvahidut-tənzil fi qəvaidit-təfsil ‒ Hakim Əbul-Qasim Ubeydullah ibni Əbdullah Əl-Həskani;

3. Kifayətut-talib ‒ Məhəmməd ibni Yusif Gənci;

4. Təzkirətu xəvassil-ümmə fi mə᾿rifətil ümmə ‒ Sibt ibni Cuzi.

5. Durrul-mənsur fi kitabillahil-mə’sur ‒ Cəlaləddin Siyuti;

6. Səvaiq ‒ İbni Həcər;

7. Nihayə ‒ İbni Əsir;

8. Cəvahirul-əqdəyn ‒ Əllamə Səmhudi;

9. Füsulul-mühimmə ‒ Nurəddin Əli ibni Məhəmməd ibni Əhməd Maliki.

Əhli-sünnə raviləri (hədisşünaslar) Seyyid Əli Həmdani Şafei “Məvəddətul-qurba” kitabında və İbni Həcər “Əs-səvaiqul-mühriqə” kitabında həzrət Peyğəmbərin (s) xanımı Ümmu-Sələmədən nəql edirlər ki, Peyğəmbər (s) buyurdu:

“Ya Əli, sən və sənin səhabələrin, sən və sənin şiələrin cənnətdə olacaqlar”.

Bu hədislərdən mə’lum olur ki, şiə sözü heç də sonradan qondarılmış bir termin deyildir. Əksinə, bu kəlmə Peyğəmbərimizin (s) dilindən bəyan olunmuşdur və o həzrət, Əli (ə)-ın tərəfdarlarını şiə adlandırmışdır.



#100467 Kitab ve peyğəmbər çatmayan insanlara tehvidde cahillik üzrlüdür?

Отправлено автор: Asiman.X 19 февраля 2014 - 09:58 в Əqidə və fiqh



İndi gəl görək kim yalançı və nankordu ? :rolleyes:/>

bax, Zumər surəsinin üçüncü ayəsi belədir :


أَلَا لِلَّهِ الدِّينُ الْخَالِصُ ۚ وَالَّذِينَ اتَّخَذُوا مِنْ دُونِهِ أَوْلِيَاءَ مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَا إِلَى اللَّهِ زُلْفَىٰ إِنَّ اللَّهَ يَحْكُمُ بَيْنَهُمْ فِي مَا هُمْ فِيهِ يَخْتَلِفُونَ ۗ إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ كَاذِبٌ كَفَّارٌ


Tərcüməsi :

"Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik![/color]” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!"

Sən ayədən "ibadət edirik" sözünü kəsib çıxartmısan :rolleyes:/>
Bu sənin bir yalançılığın. Açıq -aşkar ayəni təhrif edirsən.

Halbuki, biz nə Allahdan başqasına ibadət edirik, nə də Allahdan başqasına ibadət etdiyimizi deyirik. Ayədə tənqid edilən vəsilə yox, vəsiləyə ibadət etməkdir.

Bundan əlavə, bu ayənin harasından məlum olur ki, "şiələr nübuvvəti tovhiddən irəli bilirlər" ? Allah səni hidayət eləsiN! )

Qaldı ki, "tanımaq" ilə, "yaxınlaşmaq" başqa başqa anlayışlardı. Tutalım malı amal qatıb özünü aldatdın, özündən başqa birini aldatdın, ikisini aldatdın... Allahı ki aldada bilməıyəcəksən ? Övliya vasitəsilə Allahdan nəsə istəmək həmin övliyanın diri olduğu dövrdə də mümkündür. Biz "ölü-diri" məsələsindən danışmırıq. Nə də məsələnin şirk olub-olmamasını müzakirə etmirik. Əgər bir kimsə övliya vasitəsilə Allahdan nəsə istəyirsə, bu "şiələr nübuvvəti tovhiddən irəli bilirlər" anlamınamı gəlir ?



Ay Allahın məxluqu :rolleyes:/>

Sən vəsilə məsələsini müzakirə edirsən, ya nübuvvətin tovhiddən irəli olması məsələsini ? )

Bir də ki, sən nəyə əsasən "tanımaq" ilə "yaxınlaşmaq"ı gətirib bir elədin ? Mən sənin vasitənlə sənin müdirindən bir işimin həll olmasını istəyirəm, mən səni müdirindən irəli bilirəm? :rolleyes:/> Yazı yazanda barmaqlarını işlədirsən. Arada başuvı da işlət! :rolleyes:/>

Sən dediyini heç nə təsdiq eləmir. Sən nə qədər danışırsan danış özünçün :rolleyes:/> Sənin fikirlərin, mülahizələrin bizə zərrə qədər də maraqlı deyil. Sənin "küfÜr" dediyin şey də küfr olmaz. Sən buyur bircə imamdan (ə) , yaxud, bircə şiə alimindən sitat gətir ki, "şiələrdə nübuvvət tovhiddən irəlidir"

Ayəni kəsib doğrayıb, əsas hissəni çıxartmısan, təhrif etmisən. Axırda hələ bir utanmaz utanmaz yazmısan ki, "sizlər və müşrüklər haqqında isə Allah deyir Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz."

ALlah əlbəttə ki, düz deyib. Elə yalançı və nankor olduğun üçün də ALlah səni muvəffəq etməyib. Əslində bu ayə sən və sənin kimilərə şamil olur. Amma, şeytan səni o dərəcədə əlinə alib ki, bundan da qafilsən.
.

Salam aleykum qardaş.necəsən ? Allah sənə səbir versin.Halaldı vallah sənə. :gizildish:



#100468 Səqəleyn hədisi

Отправлено автор: Asiman.X 19 февраля 2014 - 11:38 в Hədislər

Bismilləh.

Ümumiyyətlə, "Allahın kitabı və sünnətim" variantı əsassızdır. Peyğəmbərimizin vəsiyyət elədiyi şey "Allahın kitabı və əhli-beyt" idi. Doğru olan budur. Ömər əhli-beyt (ə) iilə müxalifət edib. İş orasındadır ki, "sünnətim" olsaydı belə, Ömər sünnətlə də müxalifət edib. Bu iki ağər əmanətdən biri olan ALlahın kitabı haqqında "ALlahın kitabı bizə yetər" deyib. Halbuki, "sünnətim" variantının doğruluğunu qəbul etsək belə, peyğəmbər təkcə Allahın kitabını yox, sünnətini də əmanət qoymuşdu. Yəni, Ömər həm sünnət ilə, həm də əhli-beyt (ə) ilə müxalifət edirdi. Bu ikisinə müxalifət etmək isə, elə Allahın kitabına müxalifət etməkdir.

Salam aleykum.Qardaş Allah razı olsun.



#100480 Kitab ve peyğəmbər çatmayan insanlara tehvidde cahillik üzrlüdür?

Отправлено автор: Asiman.X 19 февраля 2014 - 14:41 в Əqidə və fiqh

nə halaldı ? sən 1 ci suala cavab ver.batının xəbərdalıqı görmüsən umumiyyətlə ?
suala cavab odur ki, hə Allah öz-özünü tanıdır. ən 1 ci fitrət yolu ilə insan Allahı tanıya bilər.yəni özünü tanıyan Allahı da tanıyaacaq.hətta xarıcı,zahiri xəbərdarlıqsız. yəni peyğəmbərsiz, övliyasız.
sualım odur ki, sən özüvü haçandan tanımıssan ?

Ay insan,sənin əqlində problem var deyəsən.Bilmirəm sənin neçə yaşın var.Mən cəbhə bölgəsində erməni ilə döyüşəndə sənin əqidə yoldaşların müsalman qanı töküb cihad edirdilər.indi də suriya da cihad edirsiz.müsalman qıraraq .sizin Allahı necə tanıdığınızı bütün İslam aləmi bilir.siz nə özünüzü nədə ki dininizi tanıyırsız.Qaldı ki mən özümü tanımağıma.Mən özümü də,əqidəmidə ,dinimidə ,Allahımı da yaxşı tanıyıram.Bu haqqdı.Batil isə göz qarşısındadı.Sizin əqidə kimi.



#100483 Kitab ve peyğəmbər çatmayan insanlara tehvidde cahillik üzrlüdür?

Отправлено автор: Asiman.X 19 февраля 2014 - 15:30 в Əqidə və fiqh

bu məkanda söhbət gedirsə elə bu məkanda da davam edəcək . Mən elə üzbəüzəm ,sən görə bilmrisən amma )) batinnən söhbət edən oglanin zahir nəyinə gərəkdi ki ? kamilsənsə teyyul ərz elə ,dur qarşimda da ))



yenə ? )) elə sənin kimi özünü mömin və əmirəlmöminin bilənlər idi Əlini ə. kafir bilən ,özlərini tanimişdilar sənin kimi

Salam aleykum qardaş.necəsən ? vallah mən buna söz tapa bilmirəm yazım )))



#100484 Kitab ve peyğəmbər çatmayan insanlara tehvidde cahillik üzrlüdür?

Отправлено автор: Asiman.X 19 февраля 2014 - 15:33 в Əqidə və fiqh

nə halaldı ? sən 1 ci suala cavab ver.batının xəbərdalıqı görmüsən umumiyyətlə ?
suala cavab odur ki, hə Allah öz-özünü tanıdır. ən 1 ci fitrət yolu ilə insan Allahı tanıya bilər.yəni özünü tanıyan Allahı da tanıyaacaq.hətta xarıcı,zahiri xəbərdarlıqsız. yəni peyğəmbərsiz, övliyasız.
sualım odur ki, sən özüvü haçandan tanımıssan ?

sənə bir sualım var.Amma dəqiq cavab yaz.Sən Cəməl döyüşü vaxtında olsaydın hansı tərəfdən döyüşərdin ??? amma ürəyindən gələni yaz....yəqin ki Hz Əli (ə) qarşı döyüşərdin.amma yenə də cavabın maraqlıdı :nasibi:



#100488 Kitab ve peyğəmbər çatmayan insanlara tehvidde cahillik üzrlüdür?

Отправлено автор: Asiman.X 19 февраля 2014 - 16:37 в Əqidə və fiqh

yəndə mən səndən böyük olaram yaşda. qırğınlardan gileylenirsen, bundanda çox qırğın imam Mehdi gələndə olacaq.onda nə" bu adam əhli beytdən deyil" deyəcəksən ?
mən onlardan deyiləm.,biz həm şiyələrə həmdə vəhabilərə qarşıyıq.biz inşallah imam Mehdiyə qoşulanlardan olacayıq.İmam Baqir (ə): Əgər camaat Onun qiyam edən zaman necə qırğınlar edəcəyini bilsəydi, şübhəsiz ki, onların çoxu onu görmək istəməzdi... Hətta insanların çoxu deyər: ?O Məhəmmədin Əhli-Beytindən deyil, əgər Məhəmmədin Əhli-Beytindən olsaydı rəhm edərdi?. (əl-Ğeybə, Nömani, səh.204, hədis 6).
mövzuya aid sualın varsa buyur...yəni mövzunu başqa səmtə çəkmə

mənim sualıma cavab vermədin .cavab versən biləcəm hansı əqidəyə qulluq edirsən.Cəməl döyüşü vaxtında olsaydın Hz Əli (ə) tərəfdən vuruşardın ??? yoxsa qarşı tərəfdən.sualdan qaçma..... qaldı ki Hz Mehdi (əs) gəlişinə.....Həmin qırğınlar zamanı ancaq dinsizlər qırılacaq və inşallah biz buna şübhə edənlərdən deyilik.Ən azı yezid tərəfdə olanlar narahat olsun.... :rolleyes: biz ki Şiəyik.sənin dediyin kimi.sən deyirsən ki nə şiəsən ,nə vəhabi.yəqin ki əqidə tapmaqda çətinlik çəkirsən.Sənə məsləhət edim.Get Pişavər Gecələri əsərini oxu.Görəcəksən ki haqq hansı tərəfdədi.



#100493 Kitab ve peyğəmbər çatmayan insanlara tehvidde cahillik üzrlüdür?

Отправлено автор: Asiman.X 19 февраля 2014 - 17:01 в Əqidə və fiqh

yəndə mən səndən böyük olaram yaşda. qırğınlardan gileylenirsen, bundanda çox qırğın imam Mehdi gələndə olacaq.onda nə" bu adam əhli beytdən deyil" deyəcəksən ?
mən onlardan deyiləm.,biz həm şiyələrə həmdə vəhabilərə qarşıyıq.biz inşallah imam Mehdiyə qoşulanlardan olacayıq.İmam Baqir (ə): Əgər camaat Onun qiyam edən zaman necə qırğınlar edəcəyini bilsəydi, şübhəsiz ki, onların çoxu onu görmək istəməzdi... Hətta insanların çoxu deyər: ?O Məhəmmədin Əhli-Beytindən deyil, əgər Məhəmmədin Əhli-Beytindən olsaydı rəhm edərdi?. (əl-Ğeybə, Nömani, səh.204, hədis 6).
mövzuya aid sualın varsa buyur...yəni mövzunu başqa səmtə çəkmə

Sən İslamı necə qəbul eləmisən ? Allahı necə tanımısan ? Öz vitrətinlə ? yoxsa Allahın Rəsulunun (s) köməyilə ??? yazanda bir az məntiqli yazzzz... :pravila:




Рейтинг@Mail.ru