Перейти к содержимому


Публикации Leon

35 публикаций создано Leon (учитываются публикации только с 28-апреля 23)



#80520 Nəchül-Bəlağə

Отправлено автор: Leon 14 сентября 2011 - 14:00 в Şiə-sünni dialoqu

Xütbə 219
Allah filankəsin (Ömər ibn Xəttabın) şəhərlərinə bərəkət versin və qorusun ki, o, (Bəzilərinin fikrincə) əyriliyi düzəltdi (azğınları yola gətirdi), xəstəliyi müalicə etdi (bir sıra şəhərlərin əhalisini İslam dininə qovuşdurdu), sünnəni bərqərar etdi (Peyğəmbərin hökmlərini icra etdi) və fitnə-fəsadı arxaya atdı (onun zamanında bir fitnə baş vermədi). Dünyadan pak paltar və az eyblə getdi (Osman kimi özünü çirkinliklərə bulaşdırmadı). Xilafətin xeyrini əldə etdi və onun şərini qabaqladı (nə qədər ki, var idi xilafət işi nizam-intizamda idi və onda heç bir pozğunluq yaranmadı). Allahın itaətini yerinə yetirərək itaətsizlikdən çəkinib Onun haqqını əda etdi. O (dünyadan) köçdü, (lakin) onları (müsəlmanları) elə haçalanmış yollarda qoyub getdi ki, o yollarda yolunu azan hidayət, hidayət edilmiş isə yəqinlik tapmaz.
(Şərhçi: Əliyyənnəqi Feyzul-İslam İsfahani)


Lap tutaqki İmam Əli (ə) bu sözləri Ömər və ya Əbu Bəkr barəsində deyib amma xütbənin sonunda dediyi cümlə filankəsin yaxşı insan olmadığını sübut edir və bu cümlə əvvəl deyilmiş sözlərin təqiyyə olduğunu sübut edir. Amma maraqlı burasıdır ki, əgər filankəs deyəndə Malik Əştər nəzərdə tutulubsa onda sonda deyilən cümlə Malik Əştərə uyğun gəlmir.
Xaiş edirəm buna mənə izah edin.



#80529 Nəchül-Bəlağə

Отправлено автор: Leon 14 сентября 2011 - 18:03 в Şiə-sünni dialoqu

Ay qardaşlar noldu yuxarıda yazdığımı izah edən olmadı???



#80549 Nəchül-Bəlağə

Отправлено автор: Leon 15 сентября 2011 - 05:22 в Şiə-sünni dialoqu


Yuxarıda yazdığınıza mənbə göstərə bilərsinizmi?

Nəhcül-Bəlağə, üçüncü nəşr, 2009 çapı. İndi dükanlarda satılan Nəhcül-Bəlağə kitabı.



#80580 Nəchül-Bəlağə

Отправлено автор: Leon 15 сентября 2011 - 22:37 в Şiə-sünni dialoqu

Qardaşlar cavabınızı gözləyirəm və inanıram ki, bunun məntiqli izahı olacaq.



#80597 Nəchül-Bəlağə

Отправлено автор: Leon 16 сентября 2011 - 06:57 в Şiə-sünni dialoqu

Vey-sal qardaş təşəkkür edirəm sualıma vacab verdiyin üçün. Amma Sheyx Hebibullah al-Xoi məgər bu xütbənin axırını oxumayıb? Yalançı Əbu Zeyd də (Allah hidayət etsin) xütbənin axırın demir özünə sərf edən tərəfi deyir. Amma yenədə mənə çatmır ki, xütbənin sonundakı cümlə ola-ola şiə alimləri niyə burda Malik Əştərdən də söhbət gedə biləcəyi iddiasını ediblər? Çünki filan sözün Ömərə və ya Əbu Bəkrə aid etsək məsələ həll olur. :rolleyes:



#80603 Nəchül-Bəlağə

Отправлено автор: Leon 16 сентября 2011 - 11:11 в Şiə-sünni dialoqu

Əbu Zeydlərə çox da əhəmiyyət verməyin. Belə nağılbazlar hələ çox peyda olub, sonra da yox olacaqdır.

Leon, 219-cu xütbənin orijinalında Ömərin və Osmanın və başqa birisinin adı çəkilməyibdir. Yəni filankəslər yazılıb. Elə deyilmi?

Elədir. Hər halda ola bilər ki, ümumiyyətlə burda adı çəkilənlərin heç birindən söhbət getmir.



#80605 Nəchül-Bəlağə

Отправлено автор: Leon 16 сентября 2011 - 11:55 в Şiə-sünni dialoqu

Allah köməyiniz olsun...



#80610 Sələfilərə suallar

Отправлено автор: Leon 16 сентября 2011 - 16:47 в Şiə-sünni dialoqu

Sahih-i Müslim Muhtasarı,hədis 267.

Deve Eti Yemekten Dolayı Abdest Almanın Gerekmesi

Câbk b. Semaire (r.a)'tan rivayet edilmiştir: “Bir adam, Resulullah (s.a.v.)'e gelip ona:

“Deve eti yedikten sonra abdest alayım mı?” diye sordu. Resulullah (s.a.v.):

“Evet? Deve eti, gedikten sonra abdest al!” buyurdu.

“Deve ağıllarında namaz kılabilir miyim?” diye sordu. Resulullah (s.a.v.):

“Hayır!” diye cevap verdi. [406]

Açıklama:

Bu hadis, deve eti yemenin abdesti bozacağını ifade etmektedir. Fakat bu mesele, sahabiler ile alimler arasında ihtilaf konusu olmuştur. İmam Ahmed, Ishak b. Rahuyeh ve bazı sahabiler, bu hadisle amel ederek mutlak surette deve etinin abdesti bozduğunu ileri sürmüş­lerdir.

Ebu Bekr, Ömer, Osman, Ali, AbduÜah İbn Mes'ud, Übeyy b. Ka'b, Abdullah İbn Abbâs, Ebu Derdâ1, Ebu Talha, Ebu Ümame gibi bazı sahabiler ile İmam Ebu Hanife, İmam Malik, İmam Şafiî ve bu mezheplere bağlı kimseler, deve eti yemenin abdesti bozmadığını ileri sürmüşlerdir.

Peyğəmbər (s) deyir pozur. Əbu Bəkr və ardıcıllarıda deyir ki, pozmur.
Hansı düz deyir görəsən?



#80718 Peyğəmbəri (s) kim(lər) zəhərlədi?

Отправлено автор: Leon 18 сентября 2011 - 16:44 в Şiə-sünni dialoqu

Моя ссылка bu kitabda da zəhərləndiyi yazılıb.



#80722 Mütə haqqında mübahisə

Отправлено автор: Leon 18 сентября 2011 - 18:06 в Şiə-sünni dialoqu

Xaiş edirəm bu hədislərə cavab verin. Başqa bir forumdan copy eləmişəm.

şeyx Muhsin əl-Əmin “Əayan əş-Şiə” kitabında (səh. 159) nə yazır: “Bütün şiə aləmi, xüsusilə Nəcəf əhli hesab edir ki, müvəqqəti nigah icazə verilmiş, amma eyni zamanda da biabırçı bir şeydir”.

“Vəsail əş-Şiə” kitabında (14/437) deyilir ki, Abdullah bin Umeyr, Məhəmməd əl-Baqirin yanına gəlib deyir: “Mən səni sevindirəcəyəm: sənin arvadların, qızların, bacıların və qohumların bunu edirlər (yəni özlərini müəyyən müddətə pula satırlar)”. Bunu eşidən imam üzünü çevirir. Görəsən belə hərəkət nə deməkdir? Məgər o sevinirdi? Məgər mömin imam, Allahdan qorxan bir müsəlman istəyirdi ki, onun qadın qohumları kiminsə ehtirasını ödəmək üçün özlərini pula satsınlar? Məgər mömin özünə qıymadığını qardaşına arzu edə bilərmi? Rəsulullah (s.ə.s) deyib: “Özünə istədiyini qardaşına arzu etməyincə heç kəsin imanı kamil olmayacaq” (Əhməd, ən-Nəsai, İbn Macə, ət-Tirmizi, əl-Albani, “Muxtasar Muslim”, 24; “Silsilə əl-Əhadis əs-Səhihə”, 73).
şeyx İbn Babivih əl-Qumi özünün “Mən lə yahduruhu əl-Faqih” kitabında (2/251) imam Cəfər əs-Sadiqin aşağıdakı sözlərini rəvayət edib: “Həqiqətən, Rəsulullahın əməllərindən heç olmasa birini etməyib ölən adamdan mənim xoşum gəlməz”. Ondan soruşurlar: “O, müvəqqəti nigah edirdi?”. İmam cavab verir: “Bəli”, - və bu ayəni oxuyur: “Əgər o (Peyğəmbər) sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar versin” (ət-Təhrim, 5). Bu hədis “Vəsail əş-Şiə” (14/442), “Cəvahir əl-Kəlam” (30/151-152), “Əsl əş-Şiə və Üsuluhə” və s. kitablarda da var.



#80736 Mütə haqqında mübahisə

Отправлено автор: Leon 18 сентября 2011 - 21:20 в Şiə-sünni dialoqu

Kənan 313N
Təşəkkür edirəm ətraflı izah etdiyin üçün :goodL:



#80741 Mütə haqqında mübahisə

Отправлено автор: Leon 18 сентября 2011 - 22:12 в Şiə-sünni dialoqu

Böyük şiə hədisçisi Əbu Cəfər Tusi Məhəmməd rəvayət etdiyi hədisdə Əli(ə)belə demişdir: Peyğəmbər(s)Xeybər günü qadınlarla muta (siğə)etməyi və eşşək ətini yeməyi qadağan etdi.
(Tusi, İstibsar, 3; Təhzihul-Əhkam 7, 251)

Bu hədis varmı? Varsa yəqin ki, zəifdir və zəifdirsə nəyə əsasən? Elimli qardaşlardan xaiş edirəm izah etsinlər.



#80853 Mütə barədə şübhələr

Отправлено автор: Leon 20 сентября 2011 - 20:58 в Hədislər

İran mediasını silkələyən məlumat:

- Bu gün İranda 'siğə' (müvəqqəti nigah) səbəbi ilə 250.000 atılmış uşaq mövcuddur.

Əş-Şira jurnalı, № 684, səh. 4

Bu barədə nə deyə bilərsiz? Başqa bir forumdan copy etmişəm.



#80861 Mütə barədə şübhələr

Отправлено автор: Leon 20 сентября 2011 - 21:43 в Hədislər

Bismillah,kiminsə qaydadan sui istifadə etməsi qaydanı dəyişməz...Mütədə uşağın hüququ zərrə qədər də olsun,daimi əqdən olsan uşağın hüququndan fərqlənmir.Tərbiyəsi,yeməyi,dərsə getməsi və s hamısı valideynlərə BORCDUR,VACİBDİR...Kimsə etmirsə Allah nə etsin???Namaz vacibdir,indi qılmayan qılandan çoxdur(və ya kifayət qədərdir) deyə,namazı qadağan edək???Mütədən də düzgün istifadə edən etməyəndən çoxdursa,onu da qadağan edək???...Həcdən də sui istifadə edirlər,İmam Sadiq(ə) bir hədisdə deyir :"Hacı azdır,səs-küy çoxdur",,,buna görə Həcc olmamalıdır...Allahın qaydası qaydadır,istər bütün insanlar baş-ayaq istifadə etsin
Salam aleykum

Yeri gəlmişkən bir sualda verim. Əgər uşaq olsa və sonra evliliyin vaxtı tamam olsa kişi və qadın ayrılandan sonra uşaq kimdə qalır?



#80885 Mütə barədə şübhələr

Отправлено автор: Leon 21 сентября 2011 - 05:19 в Hədislər

Allah köməyiniz olsun



#81036 Sual-Cavab

Отправлено автор: Leon 23 сентября 2011 - 19:22 в Ümumislam mövzular

Salam alekum.
Quranda və ya hədislərdə hər hansısa bir günaha görə ASILMAQ və ya DAŞ-QALAQ olunmaq barədə açıq-aydın məlumat varmı?



#81052 Sual-Cavab

Отправлено автор: Leon 23 сентября 2011 - 20:33 в Ümumislam mövzular

Bismillah,evli olub zina edən daşqalaq olunmalıdır(Nisa surəsində var,99.9%).Subay zina etsə,100qamçı.Oğrunun isə əlini(barmaqlarını) kəsirlər

Bəs ASILMAQ barədə ayə və ya hədis var?



#81054 Sual-Cavab

Отправлено автор: Leon 23 сентября 2011 - 20:45 в Ümumislam mövzular

Qurani-Kərimdə aşkar bir ayə yoxdur. Bunlar hədislərlə sabit olub.

İranda günahkarların asılmasını irad tuturlar ona görə soruşurdum. Hər halda sizin verdiyiniz cavabı versəm razı olmayacaqlar.



#81056 Sual-Cavab

Отправлено автор: Leon 23 сентября 2011 - 21:00 в Ümumislam mövzular

Allah köməyiniz olsun.



#81143 Abu Zeyd - Şiəliyi tanimaq

Отправлено автор: Leon 25 сентября 2011 - 08:35 в Şiə-sünni dialoqu

Qardaşlar icazənizlə Əbu Zeyd (Allah hidayət etsin) həzrətlərinin bir məntiqsiz sözünədə mən cavab verim. Deyir ki, əgər imam Hüseyn (ə) məsumdursa niyə imam Əli (ə) ona günahdan çəkinməsini tövsiyyə edir?! Buna cavab olaraq bu ayə kifayətdir.
Ya Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!(33-1).
Bu yalançının sözündən belə çıxır ki, Peyğəmbər (s) Allahdan qorxmurmuş kafirlərə və münafiqlərə itaət edirmiş deyə həzrət Cəbrail mələk ona bu ayəni deyir. Onda belə çıxır ki, heç Peyğəmbərdə (s) məsum deyil?!



#81296 Abu Zeyd - Şiəliyi tanimaq

Отправлено автор: Leon 25 сентября 2011 - 22:19 в Şiə-sünni dialoqu

Bunun özünə "şiəlik nədir" adlı dərs keçmək lazımdır buda "şiəliyi tanımaq" dərsi deyir. Dünya nə günə qalıb ki, belələri Allahın dinindən danışır. Yəqin bunun xasiyyəti belədir, yəni bildi bilmədi hər şeydən danışır.



#81354 Vələdüzinalıq ya ?

Отправлено автор: Leon 26 сентября 2011 - 19:35 в Əqidə və fiqh

Əcəb söhbətürdhaaa filan alim zina bilmir deyənə zina deyil....
1.Zina ilə mayalandırma arasında nəticədə nə fərq var?

Əcəb söhbətdür nədür bilmirəm amma onu bilirəm ki, sən çox inadkarsan. Bunun zina ilə fərqi odur ki, zinada yad kişi və qadın cinsi əlaqədə olur amma burda onlar bir-birinə heç toxunmurda. Əgər bu yazdığımı qəbul etmirsənsə, Quranla sübut elə ki, bu zinadır.



#81390 Vələdüzinalıq ya ?

Отправлено автор: Leon 27 сентября 2011 - 10:58 в Əqidə və fiqh

Omar noldu qaqa sübut eləda bəs gözdüyürəm axı. Xameneyinin suala verdiyi cavabı yaxşı oxu. Bizi uşaq yerinə qoymusan yoxsa özünü? Söhbət kişinin öz arvadının başqasının spermasından mayalanmasına razı olub olmadığınnan getmir. Görmürsən ağa deyir əgər belə olsa uşaq hansının spermasından istifadə olunubsa ona aiddir. Bu sualı sənə versələr nə cavab verərsən bəs?



#81393 Vələdüzinalıq ya ?

Отправлено автор: Leon 27 сентября 2011 - 11:05 в Əqidə və fiqh

Başıvı yuxarı qaldırsan iradlarımı qeyd eləmişəm.Amma sənin xətrivə bidə yazıram.Hansı kişi razı olar ki arvadı başqa kişinin sperması ilə mayalansın?

Bu verdiyin suala cavab verəcəm narahat olma. Hələ sən Quranla sübut elə ki, bu zinadır. İndi dərsə gedirəm zəhmət olmasa cavab yaz gələndə oxuyacam.



#81507 İmamətin son günü!

Отправлено автор: Leon 29 сентября 2011 - 08:10 в Şiə-sünni dialoqu

Abu Sufyan ordusu yazdıqlarını silsən bəlkə Omar qayıtdar :rolleyes: Əfsanə geri dönər :rolleyes:




Рейтинг@Mail.ru