Перейти к содержимому


Фотография

Namazda əllərin bir birinin üzərinə qoyulması


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 99

#1 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 13 мая 2009 - 11:00

Bu mövzuda məqsəd 3 məzhəbinin yə`ni Hənəfi, Şafii və Hənbəli məzhəblərinin bunu hansı dəlilə əsasən etdiklərini öyrənməkdir.

Xatırladım ki, əhli-sünnəyə mənsub olan Malikilər əllərini 12 imam şiyələri və Zeydilər kimi namazda aşağı sallayırlar.

Bu mövzuda iştirak edən qardaş və bacılardan xahişim budur ki, mövzumuzun faydalı və oxunmalı olması üçün ünvansız mə`lumatlar və offtoplar yazmasınlar. Moderatordan xahişim bu cür yazılara özünün şəxsən nəzarət etməsidir. Allah cümləmizi düz yola hidəyət etsin!

Сообщение отредактировал Abu Sufyan ordusu: 17 февраля 2010 - 01:21

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#2 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 13 мая 2009 - 11:15

وقال مالك : في وضع اليمنى على اليسرى في الصلاة ؟ قال : لا أعرف ذلك في الفريضة وكان يكرهه ولكن في النوافل إذا طال القيام فلا بأس بذلك يعين به نفسه

Malik namazda sağ əlin sol əl üzərinə qoyulmağı barədə dedi: Bunun fərz(vacib) namazlarda olduğunu bilmirəm. O, bunu xoshlamırdı(məkruh bilirdi). Ancaq nafilə namazlarında əgər qiyam uzun olarsa özünə kömək etmək məqsəd ilə bunu etsə eybi yoxdur.


"Mudəvvinə" Malik İbn Ənəs

حَدَّثَنِي يَحْيَى، عَنْ مَالِكٍ، عَنْ عَبْدِ الْكَرِيمِ بْنِ أَبِي الْمُخَارِقِ الْبَصْرِيِّ، أَنَّهُ قَالَ مِنْ كَلاَمِ النُّبُوَّةِ إِذَا لَمْ تَسْتَحِي فَافْعَلْ مَا شِئْتَ وَوَضْعُ الْيَدَيْنِ إِحْدَاهُمَا عَلَى الأُخْرَى فِي الصَّلاَةِ يَضَعُ الْيُمْنَى عَلَى الْيُسْرَى

Yəhya_ Malik_ Əbdül-Kərim b. Əbul-Muxariq Əl-Bəsri Peyğəmbərin kəlamından rəvayət edir: Əgər utanmasan istədiyini et və namazda bir əlin o birinin üzərinə qoyulmağında saq əl sol əlin üzərinə qoyur.

Bu hədisdə diqqətinizi 3 şeyə cəlb etmək istəyirəm:

1. Hədis "mürsəl"dir. Əbdül-Kərim səhabə olmadığından hədisi kimdən rəvayət etdiyi bilinmir.
2. Əbdül-Kərim zəif ravidir. Həmçinin Mədinə əhlindən olmadığı üçün Malik onu yaxşı tanıya bilməzdi. (Aşağıda onun haqqında məlumat ala bilərsiniz )
3. Ravilərdən biri olan Malik İbn Ənəsin yuxarıda gördüyünüz "Mudəvvinə" kitabinda bu hədisin tam əksinə olan cavabı.


"Muvəttə" Malik İbn Ənəs

Əbdül-Kərim b. Əbul-Muxariq

قال ( ويعتمد بيده اليمنى على اليسرى تحت السرة ) لقوله عليه الصلاة والسلام { إن من السنة وضع اليمين على الشمال تحت السرة } وهو حجة على مالك رحمه الله في الإرسال ، وعلى الشافعي رحمه الله في الوضع على الصدر ، ولأن الوضع تحت السرة أقرب إلى التعظيم وهو المقصود



Dedi: (Göbəyin altında sağ əl ilə sol əlinə dəstək verir) Onun (peyğəmbər s.a.s.-in) "Göbəyin altında sağ əli sol əlin üzərinə qoymaq sunnətdəndir" kəlamına əsasən. Bu Malikin -Allah ona rəhmət etsin- əllərini aşağı boş buraxmasına, Şafiinin -Allah ona rəhmət etsin isə əllərini sinəsinin üzərinə qoymağına qarşı dəlildir. Çünki əlləri göbəyin altinda qoymaq tə`zimə daha yaxındır və məqsəd də budur.


Burada isə bir daha Malik İbn Ənəsin namazda əllərini aşağıya doğru sallamasına, həmçinin əhli-sünnə fiqhində əllərin qoyulma yerində ixtilafın olmasını müşahidə edirik.


"Fəthul-Qədir" Kəmaluddin b. Əbdul-Vahid (İbn Əl-Həmmam) Hənəfi məzhəbinin fiqhi

Сообщение отредактировал Abu Sufyan ordusu: 19 декабря 2009 - 09:36

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#3 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 13 мая 2009 - 15:19

وحدثني عن مالك عن أبي حازم بن دينار عن سهل بن سعد أنه قال كان الناس يؤمرون أن يضع الرجل اليد اليمنى على ذراعه اليسرى في الصلاة قال أبو حازم لا أعلم إلا أنه ينمي ذلك

Malik---Əbu Hazim b. Dinar---Səhl b. Sə'd dedi: Camaata namazda sağ əli sol əl üzərinə qoymaq əmr olunardı. Əbu Hazim dedi: Onun (Səhl b. Sə'din) nisbət verdiyindən başqa bir şey bilmirəm.

Bu hədisin raviləri rical alimlərinə görə siqədirlər. Lakin:

1. Hədisin mətnində camaat əmr olunurdu deyilir. Bu cür hədis "mərfu" deyil "hökmən rəf" hədis adlanır. Bu isə "mərfu" hədisdən aşağı hesab olunur.
2. Ravilərdən biri olan Malik İbn Ənəsin yuxarıda gördüyünüz "Mudəvvinə" kitabinda bu hədisin tam əksinə olan cavabı.


"Muvəttə" Malik İbn Ənəs

حدثنا عبد الله بن مسلمة عن مالك عن أبي حازم عن سهل بن سعد قال كان الناس يؤمرون أن يضع الرجل اليد اليمنى على ذراعه اليسرى في الصلاة

Abdullah b. Məsləmə-Malik-Əbu Hazim-Səhl b. Sə'd dedi: Camaata namazda sağ əli sol əl üzərinə qoymaq əmr olunardı.

Bu hədis eynilə yuxaridakı hədisdir. Fəqət 1 ravi Abdullah b. Məsləmə fərqi ilə.Yuxarıda deyilənlər bu hədisə də şamil olunur.


"Səhihul-Buxari"

Bu barədə "Səhihul-Buxari"də yalnız 1 hədis var.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#4 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 02 июня 2009 - 23:58

حَدَّثَنَا أَبُو تَوْبَةَ، حَدَّثَنَا الْهَيْثَمُ، - يَعْنِي ابْنَ حُمَيْدٍ - عَنْ ثَوْرٍ، عَنْ سُلَيْمَانَ بْنِ مُوسَى، عَنْ طَاوُسٍ، قَالَ كَانَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم يَضَعُ يَدَهُ الْيُمْنَى عَلَى يَدِهِ الْيُسْرَى ثُمَّ يَشُدُّ بَيْنَهُمَا عَلَى صَدْرِهِ وَهُوَ فِي الصَّلاَةِ ‏.‏

Əbu Təubə---Əl-Heysəm ibn Humeyd---Səur, Suleyman b. Musa, Tavus b. Keysanın belə dediyini bizə xəbər verdi: Peyğəmbər s.a.s. namaz qılarkən sağ əlini, sol əlinin üzərinə qoyub sinəsinə sıxardı.


"Sunən Əbu Davud" 759-cu hədis

Bu hədisdə 3 problem var:

1. Səur b. Yezid. Bu ravi barədə müxtəlif fikirlər söyləyirlər. Onun siqə olduğunu da deyən var, zəif olduğunu da. Onun barədə məşhur olan şey "qədəri" olmağıdır. Yə`ni əqidəsində problemi var. Həmçinin atası Müaviyə ilə birlikdə Əli a.s.-a qarşı vuruşub. Buna görə də o, Əli a.s. barədə söhbət olduqda "Atamı öldürən kişini sevmirəm" dediyi rəvayət olunur. (İbn Həcər Əsqalani "Təhzibut-Təhzib" 2/30)

Səur b. Yezid

2.Əl-Heysəm b. Humeyd. Bu ravidə həmçinin şeyxi Səur b. Yezid kimi "qədəri" olubdur. Bə`ziləri onu siqə, digərləri isə zəif hesab edir. (İbn Həcər Əsqalani "Təhzibut-Təhzib" 11/81)

Əl-Heysəm b. Humeyd

3. Hədis mursəldir. Tavus b. Keysan tabein olduğundan peyğəmbəri görməyib.

Tavus b. Keysan

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#5 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 03 июня 2009 - 00:39

حدثنا نصر بن علي أخبرنا أبو أحمد عن العلاء بن صالح عن زرعة بن عبد الرحمن قال سمعت ابن الزبير يقول صف القدمين ووضع اليد على اليد من السنة

Nəsr b. Əli---Əbu Əhməd---Əl-Alə b. Saleh---Zur`ə b. Əbdur-Rəhman---İbn Zubeyrindən belə eşitdiyini rəvayət edir: Ayaqları bir sirada qoymaq və əli əl üstə qoymaq namazın sunnəsindəndir.


"Sunən Əbu Davud" 754-cü hədis

Bu hədisdə bizə görə 3 əhli-sünnəyə gorə 2 problem var:

1.Zur`ə b. Əbdur-Rəhman. . Bu hədisdən başqa hədis rəvayət etdiyi bilinmir, yə`ni məchuldur. Həmçinin hədis öyrənməyi və s. mə`lum deyil. (İbn Həcər Əsqalani "Təhzibut-Təhzib" 3/281)

2. Əl-Alə b. Saleh. Bə`ziləri onun siqə olduğunu deyir, digərləri isə əksinə. Buxari ona tabe olmamaqı deyir. (İbn Həcər Əsqalani "Təhzibut-Təhzib" 8/164)

3. Abdullah b. Zubeyr. Bizə görə əhli-beytin düşməni, əhli-sünnəyə görə sössüz ki, fəzilət sahibidir. "Cəməl" döyüşündə xalası Aişə ilə birlikdə olaraq Əli a.s.-a qarşı vuruşub.

Abdullah b. Zubeyr

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#6 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 05 июня 2009 - 02:03

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَكَّارِ بْنِ الرَّيَّانِ، عَنْ هُشَيْمِ بْنِ بَشِيرٍ، عَنِ الْحَجَّاجِ بْنِ أَبِي زَيْنَبَ، عَنْ أَبِي عُثْمَانَ النَّهْدِيِّ، عَنِ ابْنِ مَسْعُودٍ، أَنَّهُ كَانَ يُصَلِّي فَوَضَعَ يَدَهُ الْيُسْرَى عَلَى الْيُمْنَى فَرَآهُ النَّبِيُّ صلى الله عليه وسلم فَوَضَعَ يَدَهُ الْيُمْنَى عَلَى الْيُسْرَى ‏.


Muhammad b. Bəkkar b. Ər-Rəyyan---Huşeym b. Bəşir---Həccac b. Əbu Zeynəb---Əbu Osman Ən-Nəhdi---(Abdullah)İbn Məs`ud namaz qılarkən sol əlini sağ əlinin üzərinə qoymuşdu. Peyğəmbər s.a.s. onu gördü və sağ əlini sol əlinin üzərinə qoydu.

"Sunən" Əbu Davud 755-ci hədis




أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ، قَالَ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ، قَالَ حَدَّثَنَا هُشَيْمٌ، عَنِ الْحَجَّاجِ بْنِ أَبِي زَيْنَبَ، قَالَ سَمِعْتُ أَبَا عُثْمَانَ، يُحَدِّثُ عَنِ ابْنِ مَسْعُودٍ، قَالَ رَآنِي النَّبِيُّ صلى الله عليه وسلم وَقَدْ وَضَعْتُ شِمَالِي عَلَى يَمِينِي فِي الصَّلاَةِ فَأَخَذَ بِيَمِينِي فَوَضَعَهَا عَلَى شِمَالِي ‏.

........Huşeym( b. Bəşir)---Həccac b. Əbu Zeynəb---Əbu Osman Ən-Nəhdi---(Abdullah) İbn Məs`ud dedi: Namazda sol əlimi sağ əlimin üzərinə qoyanda peyğəmbər s.a.s. məni görüb sağ əlimi sol əlimin üzərinə qoydu.

"Sunən" Ən-Nəsai 896-cı hədis




حَدَّثَنَا أَبُو إِسْحَاقَ الْهَرَوِيُّ، إِبْرَاهِيمُ بْنُ عَبْدِ اللَّهِ بْنِ حَاتِمٍ أَنْبَأَنَا هُشَيْمٌ، أَنْبَأَنَا الْحَجَّاجُ بْنُ أَبِي زَيْنَبَ السُّلَمِيُّ، عَنْ أَبِي عُثْمَانَ النَّهْدِيِّ، عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ، قَالَ مَرَّ بِي النَّبِيُّ ـ صلى الله عليه وسلم ـ وَأَنَا وَاضِعٌ يَدِي الْيُسْرَى عَلَى الْيُمْنَى فَأَخَذَ بِيَدِي الْيُمْنَى فَوَضَعَهَا عَلَى الْيُسْرَى ‏.‏


......Huşeym( b. Bəşir)---Həccac b. Əbu Zeynəb Əs-Sələmi---Əbu Osman Ən-Nəhdi---Abdullah İbn Məs`ud dedi: Peyğəmbər s.a.s. yanımdan keçirdi. Mən sol əlimi sağ əlimin üzərinə qoymuşdum. O, mənim sağ əlimdən tutub sol əlimin üzərinə qoydu.

"Sunən" İbn Macə 860-cı hədis

Bu hədisi Əbu Osman Ən-Nəhdi Abdullah İbn Məs`uddan rəvayət edib. 3 hədis kitabında mətnindəki ixtilaflar göz qabağındadır.

1.Həccac b. Əbu Zeynəb. Bu ravı barədə ixtilaflar var. Bə`ziləri onu siqa, Nəsai, Əhməd b. Hənbəl və s. is' onu zəif hesab etmışlər. Əd-dar Qutni onu bir yerdə zəif digər yerdə isə siqa hesab etmışdır.(İbn Həcər Əsqalani "Təhzibut-Təhzib" 2/177) Əl-Əqili İbn Məs`uddan olan bu hədis barədə demişdir:"Ona tabe olunmaz".(Əl-Əqili "Əd-Duəfa" 1/283)

2. Huşeym b. Bəşir. Bu ravı barədə də ixtilaflar var. Lakin çoxları onun müdəllis olduğunda ittifaq etmışlər.
İbn Macənin "Sunən"ində bu hədisi Huşeym b. Bəşirdən Əbu İshaq rəvayət etmişdir. Əbu İshaq h.178-də anadan olub. Huşeym b. Bəşir isə h.183-də dünyadan köçüb. Yə`ni Əbu İshaq max. 5 yaşında Huşeym b. Bəşiri görüb. Deməli sənəddə diqqətsizlik var.
Ən-Nəsainin rəvayətində Huşeym b. Bəşir Həccac b. Əbu Zeynəbdən an`ana ilə rəvayət edir. Onun ö`zündən bir-başa eşitdiyi bildirilmir.

Huşeym b. Bəşir

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#7 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 05 июня 2009 - 08:42

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْحَسَنِ الْوَاسِطِيُّ يَعْنِي الْمُزَنِيَّ، حَدَّثَنَا أَبُو يُوسُفَ الْحَجَّاجُ يَعْنِي ابْنَ أَبِي زَيْنَبَ الصَّيْقَلَ، عَنْ أَبِي سُفْيَانَ، عَنْ جَابِرٍ، قَالَ مَرَّ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِرَجُلٍ وَهُوَ يُصَلِّي وَقَدْ وَضَعَ يَدَهُ الْيُسْرَى عَلَى الْيُمْنَى فَانْتَزَعَهَا وَوَضَعَ الْيُمْنَى عَلَى الْيُسْرَى‏.‏



.........Əbu Yusuf Əl-Həccac b. Əbu Zeynəb---Əbu Sufyan(Təlhə b. Nafi)---Cabir(b. Abdullah) rəvayət edir: Peyğəmbər namaz qılan bir kişinin yanından keçirdi. O, sol əlini sağ əlinin üzərinə qoymuşdu. Peyğəmbər onun əlini ayırıb sağ əlini sol əlinın üzərinə qoydu.


"Musnəd Əhməd" 14558-ci hədis


1.Əbu Yusuf Əl-Həccac b. Əbu Zeynəb. Bu ravi barədə yuxarıda mə`lumat verdik.

2. Əbu Sufyan Təlhə b. Nafi. Bə`ziləri onun Cabir b. Abdullahdan yazılı şəkildə 4 hədisi olduğunu deyirlər. Buxari bu 4 hədisi rəvayət edib. Lakin bu hədis onların içində yoxdur.(İbn Həcər Əsqalani "Təhzibut-Təhzib" 5/24).

Əbu Sufyan Təlhə b. Nafi

Bundan başqa fikir versəniz yuxarıda Həccac b. Əbu Zeynəbın rəvayət etdiyi hədisdə İbn Məs`udun bu cür etdiyi deyilirdi. Bu hədisdə isə eyni ravidən bir kişinin bu cür etdiyini və Cabir b. Abdullahın bunu gördüyü deyilir.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#8 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 05 июня 2009 - 15:24

Başqa maraqlı bir məqamı nəzərinizə çatdırmaq istərdim:


حدثنا يزيد قال : أخبرنا الحجاج بن أبي زينب قال : حدثني أبو عثمان أن النبي صلى الله عليه وسلم مر برجل يصلي وقد وضع شماله على يمينه فأخذ النبي صلى الله عليه وسلم يمينه ووضعها على شماله



Yezid (b. Harun)---Həccac b. Zeynəb---Əbu Osman (Ən-Nəhdi) rəvayət edir. Peyğəmbər s.a.s. namaz qılan bir kişinin yanından keçirdi. O, sol əlini sağ əlinin üzərinə qoymuşdu. Peyğəmbər s.a.s. onun sağ əlini sol əlinin üzərinə qoydu.


"Əl-Musənnəf" Abdullah b. Muhammad b. Əbu Şeybə


Fikir versəniz eyni mətnli hədisi yenə Həccac b. Zeynəb Əbu Osman Ən-Nəhdidən rəvayət edir. Əbu Osman bu dəfə hədisi Cabir b. Abdullahdan yox bir-başa Peyğəmbər s.a.s-dən rəvayət edir. Bu hədis mursəldir. Belə ki, Əbu Osman Peyğəmbər s.a.s.-i görməyibdir.

Nəticə: Görünür ki, Həccac b. Zeynəb bu hədisi uydurmuş və hər dəfə bir şəkildə rəvayət etmişdir. Allahu Ə`ləm!

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#9 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 05 июня 2009 - 15:51

Yeri gəlmişkən həmin bu "Əl-Musənnəf" kitabında əllərin aşağıya doğru sallayıb namaz qılanlardan 5 hədis rəvayət edir:

حدثنا أبو بكر قال : حدثنا هشيم عن يونس عن الحسن ومغيرة عن إبراهيم أنهما كان يرسلان أيديهما في الصلاة



Əbu Bəkr bizə xəbər verdi: Huşeym (b. Bəşir)---Yunis (b. Ubeyd)---Əl-Həsən və Muğırə---İbrahimdən onların əllərini sallayaraq namaz qıldıqlarını rəvayət etdi.

Yuxarıda Huşeym b. Bəşirin İbn Məs`uddan olan sağ əli sol əlin üzərinə qoymaq barədə hədisi görmüşdük.



حدثنا عفان قال : حدثنا يزيد بن إبراهيم قال : سمعت عمرو بن دينار قال : كان ابن الزبير إذا صلى يرسل يديه

Əffan bizə xəbər verdi: Yezid b. İbrahim---Əmr b. Dinar (Abdullah)İbn Zubeyrin namaz qılarkən əllərini aşağı salladığını rəvayət etdi.


Yuxarıda Əbu Davudun "Sunən"ində 754-cü hədisdə Abdullah b. Zubeyr namazda sağ əlin sol əl üzərinə qoyulmasının sünnə olduğunu bildirmişdi. Bu hədisdə isə onun əllərinin aşağı sallayaraq namaz qıldığı bildirilir. Qəribə deyilmi?


حدثنا ابن علية عن ابن عون عن ابن سيرين أنه سئل عن الرجل يمسك يمينه بشماله قال : إنما فعل ذلك من أجل الدم

........İbn Sirindən (namazda) sağ əli ilə sol əlini tutan kişi barədə soruşuldu.(bunun səbəbini) Dedi: O, bunu qanın səbəbinə edibdir.



حدثنا عمر بن هارون عن عبد الله بن يزيد قال : ما رأيت ابن المسيب قابضا يمينه في الصلاة كان يرسلها

...........Abdullah b. Yezid dedi: İbn Əl-Museyyibi namazda əllərini tutan görməmişəm. O, (əllərini) sallayırdı.



حدثنا يحيى بن سعيد عن عبد الله بن العيزار قال : كنت أطوف مع سعيد بن جبير فرأى رجلا يصلي واضعا إحدى يديه على الأخرى هذه على هذه وهذه على هذه فذهب ففرق بينهما ثم جاء

Yəhya b. Səid---Abdullah b. İzardan bizə xəbər verərək dedi: Səid b. Cubeyr ilə təvaf edirdim. (Səid b. Cubeyr) Bir kişinin əllərindən bir-birinin üzərinə qoyub namaz qıldığını gördü. (Səid b. Cubeyr)Ona yaxınlaşıb əllərini bir-birindən araladı və gəldi.

"Əl-Musənnəf" Abdullah b. Muhammad b. Əbu Şeybə



Musənnəf kitabları barədə qısa mə`lumat: Bu kitablar da Sunən və Cami` kimi hədis kitabıdır. Əsas fərqi ondan ibarətdir ki, bu kitablarda mərfu hədislərlə yanaşı movquf və məqtu hədislərdə öz əksini tapır. Yuxarida Əbu Şeybənin "Əl-Musənnəf"indən namazda əllərin aşağı sallanması barədə olan hədislər buna bir misaldır. Movquf hədis dedikdə səhabələrin, məqtu dedikdə isə tabeinlərin söz və fe`lləri ilə bağlı olan hədislər nəzərdə tutulur. Bu kitabların da əhli-sünnə hədis mənbəyində mühüm yeri var.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#10 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 11 июня 2009 - 22:21

Изображение
1- Muhammed b. Müslim, İmam Muhammed Bâkır (a.s) veya İmam Cafer-i Sadık'a (a.s) şöyle sordu: "Kişi namazda sağ elini sol elinin üzerine koyabilir mi?" Cevabında İmâm (a.s) "Hayır, bunu yapmamalıdır" buyurdu. (Vesâil-üş Şia, C.4, Namazı Bozan Sebepler, Bab: 15, Hadis: 1)

2- Zürâre İmâm Muhammed Bâkır'dan (a.s) şöyle nakletmektedir: "Namazını şevk ve huzur içinde kıl ve ellerini bağlama; zira bu fiil tarzını Mecusiler (büyüklerine karşı) yapmaktadırlar." (Aynı kaynak, Hadis: 2)

3- Şeyh Sadûk kendi senediyle Hz. Emir-ül Mu'minin Ali'den (a.s) şöyle nakletmektedir: "Müslüman bir kimse namazında Allah'ın huzurunda durduğu bir sırada ellerini bağlayarak küfür ehli olan Mecusîlere benzememelidir." (Aynı kaynak, Hadis: 7)


#11 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 27 июня 2009 - 17:24

sumerian_worshippers.jpg salafi_but.jpg

حكي عن عمر لمّا جيء بأُسارى العجم كفّروا أمامه فسأل عن ذلك فأجابوه بأنا نستعمله خضوعاً وتواضعاً لملوكنا ، فاستحسن هو فعله مع الله تعالى في الصلاة وغفل عن قبح التشبيه بالمجوس في الشرع


Əcəm əsirlər gətiriləndə Ömərin qarşısında əllərini bir-birinin üzərinə qoymuşdular. Onlardan bunu etmələrinin səbəbini soruşduqda cavabında "Padşahlarımızın qarşısında bunu xuzu və təvazo üçün edirik" dedilər. Ömərin bundan xoşu gəldi və namazda Allah qarşısında etdi. Ancaq şəriətdə məcusilərə bənzəməsi eybindən qəflətdə qaldı.
("Cəvahirul-Kəlam" 11/19)


Zərdüştilərin, yəhudilərin və şumerlilərin ibadəti, ibadətə hazırlıqları və təvazöləri

Şumer
OIM_A12332.gif

Zərdüşt
ill1_50.jpg zorpar003.jpg PZORRP004.jpg

Yəhudi
11._Judaism__sharing_a_loaf.jpg

Прикрепленные изображения

  • Two_Zoroastrian_Priests_at_.jpg

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#12 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 27 июня 2009 - 18:35

Allah razi olsun. 100 il keçe menim aglima gelmezdi shumerlerin sheklini tapib baxim onlarin itaet ayinlerine. Yenilik idi menim ucun.
Bir hedis yadima dusdu, bu hedisi tez tez ehli sunneler tekrar edirler. "Kim hansi qovme benzemeye calisarsa, o qovmdendir"

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#13 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 28 июня 2009 - 17:25

Bütün bunlardan belə nəticəyə gəlirəm kiii,əlləri sinədə birləşdirib namaz qılanlarımız,Yoqa ilə namazı səhv salıblar :unsure:
Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.



Каждый день Ашура, Вся земля Кербела!

#14 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 29 июня 2009 - 10:26

Allah razi olsun! Ümumiyyətlə isə yəhudilərin demək olar ki, bir çox bidətlərdə barmaqları var. Mövzuya aid olmasa da Aşura günündə bayram və tutulan oruc, bəzi yəhudisayaği uzdəniraq hədislər və s.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#15 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 29 июня 2009 - 10:57

Mən şəkillərlə nəyisə sübut etməyə çalışmıram. Sadəcə olaraq qarşı tərəfin silahını özünə tərəf çevirərək onlara bə`zi şeyləri çatdırmaq istəyirəm. Onlar öz təbliğatını əsasən bu cür məntiqsiz üslublar üzərində qurublar. Ümidvaram xoşlarına gəlir.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#16 Əbu-Turab

Əbu-Turab

    Arif – Corporal

  • Murid
  • 64 сообщений

Отправлено 13 октября 2009 - 15:54

Möhtərəm sünni qardaşlar, buyurub əqidənizdə namazınızın hökmllərinə baxa bilərsiniz. Doğrusu, oxuduğumda sünni qardaşlarımıza bir az yazığım gəldi. "Müctəhid"ləri sünnət əhlini nə günə qoyub ki, dinin sütunu olan namazda belə ardıcıllarının başını, türkün sözü, allak-bullak ediblər.
اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً

#17 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 20 октября 2009 - 20:10

Salamun aleykum şlutfen fikirlerinizi bolushun.
Bura tiqla...

Прикрепленные изображения

  • Yehudi_namaz_qilir.JPG

Сообщение отредактировал Mumin: 20 октября 2009 - 20:19


#18 Abu_Omar

Abu_Omar

    Arif – Corporal

  • Murid
  • 75 сообщений

Отправлено 21 октября 2009 - 15:20

Namazda əllər sinıdə olmalidir, necə ki siz yuxaridaki şəkilərdə görürsünüz. Burda tecubli bir şey yoxdur ki gedim dovletlrin dininde bele bir şey olub, əksinə bu onu gostərirki hele namaz eli bagli olmalidir.
Bu ona sübutdur ki butun peygemberler namazi əli bağlı qılıblar. Ve yahudilerin dinidede bunun olmasi onu tasdiqliyir ki Musa (as) namazı əli bağlı qilib. ALLAH Quranda deirki "bele bir qovm yoxdur ki biz ora elçi gondermiyek". Bu onu göstarirki peygemberlerin ibadəti eyni olub, ola bilsin ki cuzi nese ferqlenib, amma umumi götürəndə eynidir.

حكي عن عمر لمّا جيء بأُسارى العجم كفّروا أمامه فسأل عن ذلك فأجابوه بأنا نستعمله خضوعاً وتواضعاً لملوكنا ، فاستحسن هو فعله مع الله تعالى في الصلاة وغفل عن قبح التشبيه بالمجوس في الشرع

Əcəm əsirlər gətiriləndə Ömərin qarşısında əllərini bir-birinin üzərinə qoymuşdular. Onlardan bunu etmələrinin səbəbini soruşduqda cavabında "Padşahlarımızın qarşısında bunu xuzu və təvazo üçün edirik" dedilər. Ömərin bundan xoşu gəldi və namazda Allah qarşısında etdi. Ancaq şəriətdə məcusilərə bənzəməsi eybindən qəflətdə qaldı.
("Cəvahirul-Kəlam" 11/19)

Besti yalan yazdin!


Среди людей есть такой, чьи речи восхищают тебя в мирской жизни. Он призывает Аллаха засвидетельствовать то, что у него в душе, хотя сам является непримиримым спорщиком. (Коран 2/204)

#19 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 21 октября 2009 - 16:04

Namazda əllər sinıdə olmalidir, necə ki siz yuxaridaki şəkilərdə görürsünüz. Burda tecubli bir şey yoxdur ki gedim dovletlrin dininde bele bir şey olub, əksinə bu onu gostərirki hele namaz eli bagli olmalidir.
Bu ona sübutdur ki butun peygemberler namazi əli bağlı qılıblar. Ve yahudilerin dinidede bunun olmasi onu tasdiqliyir ki Musa (as) namazı əli bağlı qilib. ALLAH Quranda deirki "bele bir qovm yoxdur ki biz ora elçi gondermiyek". Bu onu göstarirki peygemberlerin ibadəti eyni olub, ola bilsin ki cuzi nese ferqlenib, amma umumi götürəndə eynidir.

Bu onu göstərir ki, Sizin gözünüz pis görür (əvvəl yazılara baxın) və həmçinin Sizin əqidənizin yahudi və bütpərəstlərdən gəlməsini.
Yahidilər məgər öz peyğəmbərlərinin sünnətlərinə riayət edirlər?
Bəs bütpərəstlər hansı peyğəmbərə iqtida edib bu cür ibadət edirlər?
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#20 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 21 октября 2009 - 16:29

Əbu Ömər, maraqlı e`tiraflar edirsən. İbadətdə (və mə`budunuzu tanımaqda) məl`un yəhudilərə, müşrik zərdüştlərə və bütpərəstlərə bənzəməyinizi az qalsın həqiqət me`yarı kimi təqdim etmək istəyirsən. Amma nədənsə digər vaxtlar Şiyələrin bir çox məsələlərdə yəhudilərə bənzədiyini iddia edərək gücənirsiniz?
Yenədə yəhudilərə, zərdüştlərə və bütpərəstlərə bənzədiyinizi e`tiraf etdiyin üçün sənə varlı vəhhabi şeyxlərinin Yəhudi banklarındakı hesablarından mükafat düşür.


P.S. Sandığın Receb İvediyin nenesinin sandığındandır?

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#21 Abu_Omar

Abu_Omar

    Arif – Corporal

  • Murid
  • 75 сообщений

Отправлено 22 октября 2009 - 12:04

Sizin, yaniki şiyələrin yahudilərlə oxşarlığınız:

Yəhudilərin fikrinə əsasən hökmranlıq və taxt Davudun (ə) ailəsinə məxsusdur – Həmçinin şiələrdə də imamət və vilayət Əli (ə) və törəmələrinə aiddir.
Yəhudilərin dəstəmazı fiqhi - tam eyni olaraq şiələrdəki kimidir
Yəhudilər dəstəmaz aldıqda xoff (yəni corab) üzərindən məsh çəkmirlər – Həmçinin şiələrin dəstəmaz qaydasında xoff (yəni corab) üzərindən məsh çəkmək yoxdur.
Yəhudilər göydə ulduzlar görməyənə qədər namazlarını gecikdirirlər – Eyni tərzdə şiələr məğrib, və yaxud şam namazını ulduzlar görünmədən məscidlərdə azanı adi camaatdan 25-30 dəqiqədən sonra gecikdirirlər.

Kifayət edir?

Сообщение отредактировал Abu Sufyan ordusu: 12 декабря 2009 - 10:30

Среди людей есть такой, чьи речи восхищают тебя в мирской жизни. Он призывает Аллаха засвидетельствовать то, что у него в душе, хотя сам является непримиримым спорщиком. (Коран 2/204)

#22 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 22 октября 2009 - 14:43

Ümumiyyətlə yəhudi fiqhi haqqında internetdə mənbə göstərə bilərdinizmi? Heç olmasa onların dəstəmazları, namazları (əgər varsa belə bir şey!) haqqında?

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#23 Rufat 200

Rufat 200

    Mulazzim – lieutenant

  • Murid
  • 415 сообщений

Отправлено 22 октября 2009 - 16:09

Bəlkə özü görub necə onlar onları yerinə yetirirlər ... :rolleyes:
Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər!
10."Yunus" surəsi, 44 ayə, Məkkədə nazil olub.

#24 Sultan

Sultan

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 247 сообщений

Отправлено 22 октября 2009 - 16:11

Özü görüb deyəndə ki, çox da fərqlənmir ki.))

Bəs bu amin məsələsi??? Fatihədən sonra amin də deyirlər..
Mekkede bunalırsan, Medineye köçərdin...
Biz bu dünyadan hara köçək, yâ Muhammed? Yer üzünde riyâ, inkâr, xəyanət Altın dövrünü yaşayır... Diller, səhifələr, sətirlər "Ebu Leheb öldü" deyirlər. Ebû Leheb ölmedi, yâ Muhammed Ebû Cehil qit'ələr dolaşır!

#25 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 25 октября 2009 - 22:34

Sizin, yaniki şiyələrin yahudilərlə oxşarlığınız:

............

Kifayət edir?


Xeyr etmir. Qardaşların səndən fərasətli idilər. Onlar səndən əvvəl bu sandıqdan istifadə edib cavablarını alıblar. Köhnə sandığını qoltuğuna vurub bu mövzunu tərk et. Özünə əziyyət ver cavabları tap oxu. Əks təqdirdə moder offtopa görə seni sandığın ilə bərabər burdan çölə atacaq.

P.S. Getməmişdən öncə bu ssılkadakıları da sandığına əlavə et. http://ahli-sunnah.m.../2009-07-28-20

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#26 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 25 октября 2009 - 23:33

Yəhudilərin fikrinə əsasən hökmranlıq və taxt Davudun (ə) ailəsinə məxsusdur – Həmçinin şiələrdə də imamət və vilayət Əli (ə) və törəmələrinə aiddir.


Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər üzərində seçilmiş (üstün) etdi.(3-33)

Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri (yaxşılıq edənləri) belə mükafatlandırırıq.(6-84)

(Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona: ) "Səni insanlara imam təyin edəcəyəm", -dedi. (İbrahim isə: ) "Nəslimdən necə?" – deyə soruşdu. (Allah onun cavabında: ) "(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar", -buyurdu.(2-124)

Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!(33-33)




Yəhudilərin dəstəmazı fiqhi - tam eyni olaraq şiələrdəki kimidir

Allahın lə`nəti yalançılara olsun!

31 и омывали из него Моисей и Аарон и сыны его руки свои и ноги свои:
32 когда они входили в скинию собрания и подходили к жертвеннику, тогда омывались, как повелел Господь Моисею.

Исход 40:31

И сказал Господь Моисею, говоря: Сделай умывальник медный для омовения и подножие его медное, и поставь его между скиниею собрания и между жертвенником, и налей в него воды. И пусть Аарон и сыны его омывают из него руки и ноги свои. Когда они должны входить в скинию собрания, пусть они омываются водою, чтобы им не умереть, или, когда должны приступать к жертвеннику для служения, для жертвоприношения Господу. Пусть они омывают руки свои и ноги свои водою, чтобы им не умереть. И будет это им уставом вечным, ему и потомкам его в роды их


Исход. 30; 17- 21

И говорил Б-г, обращаясь к Моше, так: «Сделай медный умывальник на медном основании - для омовения и помести его между Шатром Откровения и жертвенником... И будут омывать из него Аарон и сыновья его руки и ноги свои перед тем, как войти им в Шатер Откровения... или приближаясь к жертвеннику для служения...» Шмойс, 30:17-20

Каждое утро, прежде чем приступить к молитве, следует совершать омовение лица, рук и ног. Рамбам, Законы о молитве, 4:1

http://www.chassidus...shmois/tiso.htm
http://www.lechaim.r...IV/131/rebe.htm



Yəhudilərdə sünnülər kimi əllərini 3 dəfə yuyurlar. Vəhhabilər inanmasalar öz əcdadları yəhudilərin yuyunmaq qaydalarını buradan öyrənə bilərlər. Об омовении рук



Əgər yadınızdadırsa yuxarıdakı şəkillərin birində gənc mə`cusinin Vəhhabilər kimi əllərini bir-birinin üzərinə qoyaraq ibadət etdiyini göstərən şəkil yükləmişdim. İndi isə məcusilərin yuyunmaqlarına nəzər salaq:



заратуштриец должен очистить руки, лицо, нос, глаза, ноги до щиколоток посредством очистителя (гомеза, фруктов, травы, сока, мыла). Затем эти части тела последовательно трижды омываются чистой водой. Сначала кисти рук, затем лицо, уши и макушку, потом предпллечья и наконец ноги. Сначала омывается правая рука или нога, затем левая.

Падьяб — омовение



3 dəfə yumaq, qulaqlar və s. Məcusi ilə Vəhhabinin dəstamazı fərqlənmir ki? :)


Yəhudilər göydə ulduzlar görməyənə qədər namazlarını gecikdirirlər – Eyni tərzdə şiələr məğrib, və yaxud şam namazını ulduzlar görünmədən məscidlərdə azanı adi camaatdan 25-30 dəqiqədən sonra gecikdirirlər.

Yalançıya Allahın lə`nəti olsun!

Yəhudilərdə axşam namazının vaxtı:



МААРИВ (ВЕЧЕРНЯЯ МОЛИТВА)Чтение вечернего Шма (которое входит в Маарив) можно начинать с момента появления на небосводе трех звезд средней величины (самое раннее - через двадцать минут после захода солнца). Если же Маарив читают до этого времени, тогда все три части "Шма, Исраэль" следует повторить, когда наступит положенное время для выполнения мицвы чтения Шма ночью. Лучше всего читать Шма сразу после наступления ночной темноты. Но обязанность исполнена, даже если Шма и Маарив читают до рассвета. Однако следует, если возможно, делать это до полуночи.
МААРИВ (ВЕЧЕРНЯЯ МОЛИТВА)



Şiyələrdə Şam namazının vaxtının hökmünü mənə göstərib yəhudilərlə eyni olduğunu sübut etməsən kişilikdən və insanlıqdan zərrə qədər də olsun payın olmadığını sübut etmiş olacaqsan. Gözləyəcəm!

Mə`budunuz və yəhudilərin mə`budu arasındakı oxşarlığı nəzərə alanda yuxarıdakılar boş şeylərdir:
Vəhhabilərin ALLAHı və ona iman gətirməyənlərin hökmü

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#27 AbdulWahhab

AbdulWahhab

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 40 сообщений

Отправлено 01 ноября 2009 - 02:24

Qədimi qövmlərə aid əlibağlı insan şəkillərini görəndə,Turan Dursun adlı əvvəllər müfti olmuş,sonradan ateist olan bir şəxsin İslamdan dönmə səbəblərini yazması yadıma düşdü.O araşdırmaları nəticəsində Quran və digər müqəddəs kitablarda olanların əslində daha əvvəlki toplumların ilkəl inanclarından götürldüyünü kəşf etmişdi.Məsələn,insanın palçıqdan yaranması haqqında bir çox tarixi tapıntılarda olması və digərləri...Amma o nədənsə Quranda bütün ümmətlərə peyğəmbərlərin göndərilməsini və onların qövmlərini eyni şeyə çağırmasını görməməzlik etmişdi.Bu heykəllər və şəkillər Allahın bütün qövmlərə ibadətin oxşar şəkildə buyurmasını isbat edir.Quranda əvvəlki peyğəmbərlər barəsində namaz qılmasından bəhs edilir.Başqa bir mövzuda "Mumin"adlı user bir yəhudinin namaz videosunu verib.Bu əsl yəhudi namazıdır.Düzdür.Fikir versəniz o rüku etmir.Yəhudi namazında rüku olmur.Necə ki,"rüku edənlərlə birgə rüku edin"ayəsi də yəhudilrə müraciət hesab olunur.Ancaq onun əlibağlı qılmasını əhli-sünnənin belə etməsinə fırlatmaq məncə absurddur.O zaman gərək bizlər yəni istər sünni istər şiə yəhudiyə tamam oxşamamaq üçün bütün hər şeyi onalara müxalif edək.Ancaq İslam şəriətiylə onların şəriətində xeyli oxşarlıqlar var.Donuz ətini də yeyirik deyə yəhudiyə oxşayırıq sizin məntiqinizlə.Onların şəriətiylə eyni olan hökmlərin bir çoxu Quranda var.Bəziləri də sünnədə gəlib.Əlibağlamaq da bunlardan biridir.Çünki onsuzda Quranda namaz haqqında tam hökmlər yoxdur axı.Məgər namazı başından axırna kimi olan hərəkətlətini siz Qurana görə edirsiz?Həmçinin Quranda tam açıqlanmayan digər şəriət hökmləri barəsində belə demək mümkündür.

Сообщение отредактировал AbdulWahhab: 01 ноября 2009 - 02:26


#28 Malik Ashtar

Malik Ashtar

    Mulazzim Awwal – 1st lieutenant

  • Naib
  • 551 сообщений

Отправлено 11 ноября 2009 - 10:51

Peyğəmbər(s) göresen hansı mezhebin namazını qılıb? Henefi, Şafii, Maliki yoxsa Hənbəli...

#29 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 11 ноября 2009 - 13:12

O Islam dini esasinda qilarda sozsuzki.

#30 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 11 ноября 2009 - 15:30

Peyğəmbər(s) göresen hansı mezhebin namazını qılıb? Henefi, Şafii, Maliki yoxsa Hənbəli...


Peyğəmbər (s) müqayisə ilə hökm verənlər kimi yox, öz övladı İmam Cəfər (ə) kimi namaz qılardı...

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)




Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru