Перейти к содержимому


Фотография

Namazda əllərin bir birinin üzərinə qoyulması


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 99

#31 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 11 ноября 2009 - 16:06

Bunlar oz Mucdehidlerinin sozunu saymirlar,saysaydilar gerek Tukiyede adam galmazdi.Giribler bogaza geder necisin icine bashgasina deyirler ki,ayagin necise batib.

ALLAH hidayet etsin.AMIN
Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"


#32 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 13 ноября 2009 - 09:26

Sənin sözlərində zərrə qədər də olsun səmimiyyət yoxdur. Sadəcə olaraq suda batan vəhhabinin saman çöpündən yapışmağıdır. Yazdığına inanırsansa onda gecə-gündüz "Şiyələrin yəhudilərə bənzəməsi" fantaziyasının müəllifi olan din qardaşlarıni da buna inandır ki, irili-xırdalı gücənməkdən bihal olmasınlar. Yazıqların bu yolda pul xərcləməkdən müsəlmanların dərdinə xərcləməyə pulları qalmayıb.

Rafizilərin (şiələrin) yəhudi və xaçpərəstlərə bənzər cəhətləri

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#33 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 14 ноября 2009 - 10:25

حَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ، حَدَّثَنَا عَفَّانُ، حَدَّثَنَا هَمَّامٌ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جُحَادَةَ، حَدَّثَنِي عَبْدُ الْجَبَّارِ بْنُ وَائِلٍ، عَنْ عَلْقَمَةَ بْنِ وَائِلٍ، وَمَوْلًى، لَهُمْ أَنَّهُمَا حَدَّثَاهُ عَنْ أَبِيهِ، وَائِلِ بْنِ حُجْرٍ، أَنَّهُ رَأَى النَّبِيَّ صلى الله عليه وسلم رَفَعَ يَدَيْهِ حِينَ دَخَلَ فِي الصَّلاَةِ كَبَّرَ - وَصَفَ هَمَّامٌ حِيَالَ أُذُنَيْهِ - ثُمَّ الْتَحَفَ بِثَوْبِهِ ثُمَّ وَضَعَ يَدَهُ الْيُمْنَى عَلَى الْيُسْرَى فَلَمَّا أَرَادَ أَنْ يَرْكَعَ أَخْرَجَ يَدَيْهِ مِنَ الثَّوْبِ ثُمَّ رَفَعَهُمَا ثُمَّ كَبَّرَ فَرَكَعَ فَلَمَّا قَالَ ‏"‏ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ‏"‏ ‏.‏ رَفَعَ يَدَيْهِ فَلَمَّا سَجَدَ سَجَدَ بَيْنَ كَفَّيْهِ ‏.

Zuheyr b. Hərb---Əffan---Həmmam---Muhəmməd b. Cuhədə---Əbdul-Cəbbar b. Vail, Əlqamə b. Vail və Məulə (azad olunmuş qul), atası Vail b. Hucr Peyğəmbər s.a.s-i namaza başlayarkən əllərini qaldıraraq təkbir etdiyini gördüyünü rəvayət etdi.--Həmmam (peyğəmbər s.a.s-in) əllərini qulaqlarına qədər qaldırdığını göstərmiş--Sonra paltarına sarınmış, sağ əlini sol əlinin üzərinə qoymuşdur. Ruku etmək istəyəndə əllərini paltarının arasından çıxarmış, əllərini qaldırıb təkbir etmiş və rukuya getmişdir. "SəmiAllahu limən həmidəh" deyəndə əllərini yenidən qaldırmış, səcdə edərkən iki əllərinin arasına səcdə etmişdir.

"Səhih" Muslim 923-cü hədis



Bu hədisə nəzər salmadan Türk dilində Muslimin "Səhih"ində rastlaşdığım maraqlı mə`lumatı sizlərin nəzərinə çatdırmaq istərdim. Moderlər və istifadəçilər "copy-paste"lərimi üzrlü hesab edin. İnanıram ki, faydalı mə`lumatlardır.

Buhârî' bu bâbda Sehl b. Sa'd (Radiyallahû anh) 'dan şu hadîsi rivayet etmiştir:

«Resûlüllah (Sallallahü Aleyhi ve Sellem) zamanında insanlara namaz kılarken sağ ellerin sol elleri üzerine koymaları emr olunurdu» gerek Buhar î'nin, gerekse Müslim'in buradaki hadîsinde ellerin bağlanacağı yer tam tesbit edilmemişse de Vâi1 hadîsinin Ebû Dâvûd ile Nesâi rivayetlerinde; «Sonra sağ elini sol elinin üzerine, kolun bilek kısmına bağladı» denilerek ellerin bağlanacağı yer gösterilmiştir. Hadîsi îbni Huzeyme ile diğer imamlar sahih bulmuşlardır. Namazda el bağlama meselesi bir kaç yönden tetkik edile bilir:

1- Ellerin bağlanıp bağlanmıyacağı ihtilaflıdır. Hanefîlerle, Şâfiî-lere göre eller bağlanır. İmam Ahmed b. Hanbel ile ishâk'm ve ekseriyetle ulemânın kavilleri de budur. Ashâbı kiramdan A1i b. Ebü Tâ1ib ile Ebû Hüreyre (Radiyallahû anhûma) 'nın, tabiînden İbrahim, Nesaî ve Süfyan-ı Sevrî'nin mezhebleri de budur. îbnül Münzir bu kavli îmam Mâlik 'ten de rivayet etmiştir. «el-Tevhid» nam eserde Saîd b. Cübeyr, Ebû Miclez, Ebû Sevr, Ebû Ubeyd, îbni Cerîr ve Davûd-u Zahirî ile Ashâbiı kiramdan Ebû Bekr ve Aişe (Radiyallahû anhûma) nın ve keza Cumhur-u ulemânın buna kail oldukları zikrediliyor. Tirmizî: «Sahabe ile Tabiîn hazerâtı ve onlardan sonraki ulemâ bununla amel etmişlerdir» demiştir. Yine îbnû'l-Münzirin rivayetine göre Abdullah b. Zübeyr, Hasan-ı Basrî ve îbni Sîrin (Radiyallahû anhûm) namazda ellerini yanlara salarlarmış. İmam Mâlik 'den meşhur olan rivayet de budur. Ona göre namaz uzun sürerse istirahat için sağ eli sol el üzerine koymak caizdir. Leys İbni Sa 'd'ın mezhebi de budur. Evzâî'ye göre namaz kılan kimse ellerini bağlamakla yana salmak arasında ixtiyar sahibidir.

Hanefîler buradaki Müs1im hadîsinden maada Buhârî rivayeti ile Ebû Dâvûd, Nesaî ve Îbni Mâce 'nin tahrîc ettikleri Abdullah îbni Mes'ud hadîsi ile D.âre Kutnî'nin tahrîc ettiği İbni Abbâs ve Ebû Hüreyre rivayetleri ile de istidlal ederler. Mezkûr rivayetlerin her birinde namazda el bağlanacağı beyân edilmektedir. Hattâ İbni Mes'ud hadisinde; Hz. İbni Mes'ud'un namazda sol elini sağ elinin ü-zerine bağladığı, Resûlüllah (Sallallahü Aleyhi ve Sellem) bunu görünce 0-nun sağ elini sol elinin üzerine koyduğu tasrih edildiği gibi, İbni Abbâs hadîsinde de; «Resûlüllah (Sallallahü Aleyhi ve Sellem) :

Biz Peygamberler cemaatı namazda sağ ellerimizi sol ellerimiz üzerine bağlamakla me'muruz, buyurdular» denilmektedir. Yalnız bu hadîs zayıftır.

2- Ellerin nasıl bağlanacağı meselesi dahi ulemâ arasında mevzuu bahis olmuştur. Bunun sıfatı sağ avucunun içini sol bileğin üzerine koymak ve bileği avucun ortasında bulundurmaktır. İsbîcabî'nin Ebû Yûsuf'tan rivayetine göre, sağ elle sol elin bileği tutulur. İmam Muhammed dahi ellerin böyle bağlanacağını ve bileğin avucun ortasına geleceğini söylemiştir. «el-Müfîd» nam eserde sol elin bileği sağ elin baş ve küçük parmaklan ile tutulur diyor ki muhtar olan da budur. «ed-Dirâye» de sol bileğin büküntüsü, sağ elin avucu ile tutulur denilmiştir. İmam Şafiî ile Ahmed b. Hanbel'in mezhepleri budur. İmam Ebû Yûsuf ile İmam Muhammedden bir rivayete göre, sağ elin orta parmakları bileyin üzerine uzunluğuna yatırılır. Bilek baş ve küçük parmaklarla tutulur. Ulemâmızdan birçokları bu kavli benimsemişlerdir.(Hərəsi bir söz deyir)

3- Ellerin nereye bağlanacağı ihtilaflıdır. Hanefîlere göre; göbeğin altına, Şâfiîlere göre göğsün üstüne bağlanır. Şâfiîlerin «el-Hâvi», «el-Vasît» nam eserlerinde ellerin göğsün altına bağlanacağı bildirilmiştir. İmam Şafiî (Rahimehullah) İbni Huzeyme 'nin «Sahîh» inde Hz. Vâi1 b. Hucr'dan rivayet ettiği şu hadîsle istidlal eder:
"Resûlüllah (Sallallahü Aleyhi ve Sellem) ile beraber namaz kıldım. Sağ elini sol eli üzerine bağlayarak göğsü üzerine koydu". Nevevî «el-Hülâsa» adlı eserinde bundan başka delil zikretmediği gibi, Şeyh Tâkiyiddîn dahî «el-Imam» nâm eserinde bundan başka birşey söylememiştir.

Hanefilerden «el-Hidâye- sahibi Burhaneddin Merginanî: Ulemâmız bu meselede Peygamber (Sallallahü Aleyhi ve Sellem) in sağ eli sol eli üzerine bağlayarak göbeğin altına koymak sünnettir, hadîsi ile ihticâc etmişlerdir» diyor. Ancak Aynî bu hadîsin Peygamber (Sallallahü Aleyhi ve Sellem)e isnadının doğru olmadığını, bu sözü Hz. Ali 'nin söylediğini beyanla her iki vechin caiz olduğuna işaret ediyor.(Əli a.s.-a atılan iftira)

4- Ellerin ne zaman bağlanacağı meselesine gelince; bu bâbda esas şudur: İçersinde mesnûn zikir bulunan her kıyam halinde eller bağlanır. Zikr-i mesnûn bulunmayan kıyamda eller salınır. Binâenaleyh kunut duası okurken ve cenaze namazı kılarken eller bağlanır. Fakat Rükû'dan doğrulduktan sonra ve bayram tekbirlerinin arasında eller yanlara salınır, sahih olan budur. Ebû Ali En-Nesefî ile îmam Ebû Abdullah ve diğer bazı zevata göre, Zikr-i mesnûn bulunsun bulunmasın her kıyamda mutlak surette eller bağlanır.

5- Elleri göğsün üzerine veya göbeğin altına koymanın hikmeti ta'zimdir. Elleri göğsün üzerine koymak sünnettir, diyenler bunun huşûa daha münâsip olduğunu söylerler ve; «Bunda îman nurunu muhafaza vardır. Binâenaleyh elleri göbeğin altına bağlayıp ta avret mahallini işaret etmektense bu şekil daha münâsiptir» derler. Hanefîler ise göbeğin altına koymak daha ziyâde ta'zim ifâde eder. Namaz kılanı ehl-i kitaba benzemekten uzaklaştırır. Avret mahallini örtmeğe ve elbiseyi düşmekten muhafazaya vesile olur. Nitekim hükümdarlar huzuruna girerken dahî ayni şekilde hareket etmek âdettir. Bir de elleri göğse bağlamak kadınlara benzemektir. Binâenaleyh elleri göğse değil, göbeğin altına koymak sünnettir.» derler.

SAHİH-İ MÜSLİM TERCÜME VE ŞERHİ


Özləridə boyunlarına alırlar ki, namazları yəhudi namazına bənzəyir. "Namaz kılanı ehl-i kitaba benzemekten uzaklaştırır."

Hənbəlilər (vəhabilər, sələfilər, ........), Hənəfilərə görə siz qadınlar kimi namaz qılırsınız. Sizi təbrik edirəm."Bir de elleri göğse bağlamak kadınlara benzemektir."

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#34 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 15 ноября 2009 - 00:38

Qardaş icazənlə bura bişey əlavə etmək istəyirəm ki, bəzi şübhələr qalmasın. bu hədisdə ki, ravilərdən Həmmam yalançıdır. Ricâl âlimlərindən İbn-i Əmmâr, onun haqqında "O etina edilməyən bir râvîdir" demişdir. Yenə Əmr b. Şeybə, Əffândan belə nəql edir: "Yəhyâ b. Səid Hemmâm'ın nəql etdiyi hədislərin çoxuna etiraz edirdi." (Hüdes-Sârî, C.1, S.449)

Сообщение отредактировал Abu Sufyan ordusu: 13 декабря 2009 - 22:27


#35 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 18 ноября 2009 - 11:42

Mən Həmmam b. Yəhyanın yalançı olduğuna rast gəlməmişəm. Bəli Yəhya b. Səid ona e`tiraz etmişdir. İbn Main də Yəhya b. Səidin Həmmamdan rəvayət etmədiyini deyir. Lakin yenə də deyirəm onun yalançı olduğunu mən bildiyim qədər heç kəs deməmişdir.

Mənim bu hədisdə diqqət çəkmək istədiyim məsələlərdən biri Alqamə b. Vaildir.
Abdul-Cəbbar b. Vail
Alqamə b. Vail qardaşlardır. Əbdul-Cəbbarın atasını görmədiyi deyənlər var. Buxari "Ət-tarixul-Kəbir"də Əbdul-Cəbbarın atasından 6 ay sonra dünyayə gəldiyini söyləyir.

عبد الجبار بن وائل بن حجر الحضرمي عن أخيه عن أبيه قال محمد بن حجر ولد بعد أبيه لستة أشهر

Lakin Əbdul-Cəbbar bu hədisi atasından Məulə(azad olunmuş qul, bə`zi versiyalarda ev əhlindən biri) və Qardaşı vasitəsilə rəvayət edir. Əgər Əbdul-Cəbbarın azad olunmuş qul və ya ev əhlindən birindən rəvayət etdiyi versiyanı götürsək hədis mürsəldir. Yə`ni Əbdul-Cəbbar ilə ilə atası arasında olan vasitə məchuldur. Lakin atası ilə onun arasında vasitə olaraq qardaşını götürsək bu zaman hədis mursəl deyil lakin yenə bə`zi müşküllər var....................

Qeyd: Mursəl hədis dedikdə adətən tabiinin səhabəsiz bir başa peyğəmbər s.a.s.-dən rəvayət etdiyi hədis nəzərdə tutulur. Lakin mən burada mursəl hədisi ümum mə`nada götürərək munqəti hədis kimi nəzərdə tutmuşam.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#36 axi77

axi77

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 17 сообщений

Отправлено 19 ноября 2009 - 16:18

Müasir zamanda nəcdin məşhur hənbəli alimlərindən olan Abdurrahmən bin Muhamməd bin Qasim əl-Asimi ən-Nəcdi əl-Hənbəli, rahiməhullah, "Ravd əl-Murbi" əsərinə yazdığı haşiyəsində müəllifin sözlərindən sonra deyir:
(Ravd əl-Murbi)

ثم إذا فرغ من التكبير يقبض كوع يسراه بيمينه ، ويجعلهما تحت سرته إستحبابا لقول علي: من السنة وضع اليمنى على الشمال تحت السرة. رواه أحمد وأبو داود


"Sonra təkbir gətirdikdən sonra sol biləyini sağ əli ilə tutur və onları göbəkdən aşağıda tutması müstəhəbdir", çünki Əli demişdir: "Sağ əli solun üzərində göbəkdən aşağıda tutmaq sünnətdəndir." Bunu Əhməd və Əbu Davud rəvayət etmişdir."

Vail bin Hucr - radiyallahu anhu - rəvayət edir:

رأيت النبي صلى الله عليه و سلم حين كبر رفع يديه حذاء أذنيه ثم حين ركع ثم حين قال سمع الله لمن حمده رفع يديه ورأيته ممسكا يمينه على شماله في الصلاة


"Peyğəmbəri - salləllahu aleyhi va səlləm - təkbir gətirərkən əllərini qulaqları səviyyəsinə qədər qaldırdığını və sonra rükuya gedərkən "Səmi Allahu limən həmidəh" dediyini və əlini qaldırdığını gördüm və onu (salləllahu aleyhi va səlləm) namazda sağ əli ilə sol əlini tutarkən gördüm."
"Musnəd Əhməd bin Hənbəl", 4/318
Muəssəsə Qurtubə, Qahirə

Bu hədisi imam Əhməd öz "Müsnəd"ində hədis 18891 qeyd edib və Şuayb əl-Arnavut onun taliqində sənədinin güclü olduğunu, yəni dəlil üçün güclü olduğunu qeyd etmişdir. Eləcədə Əhməd Şakirin təhqiqində sənədinin səhih olduğunu qeyd edir. (bax: 14/289, Dar əl-Hədis çapı, Qahirə, birinci nəşr/1416 (1995) )

#37 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 21 ноября 2009 - 02:10

ثم إذا فرغ من التكبير يقبض كوع يسراه بيمينه ، ويجعلهما تحت سرته إستحبابا لقول علي: من السنة وضع اليمنى على الشمال تحت السرة. رواه أحمد وأبو داود


"Sonra təkbir gətirdikdən sonra sol biləyini sağ əli ilə tutur və onları göbəkdən aşağıda tutması müstəhəbdir", çünki Əli demişdir: "Sağ əli solun üzərində göbəkdən aşağıda tutmaq sünnətdəndir." Bunu Əhməd və Əbu Davud rəvayət etmişdir."


Zəhmət olmasa Əli a.s. vasitəsilə Peyğəmbər s.a.s.-ə nisbət verilən bu sözlərin sənədini təqdim et. Ümumən qeyd edim ki, namazda əllərin bağlanması barədə əhli-sünnə mənbələrində Əli a.s.-dan rəvayət olunan hədislərin sənədləri xoşa gələn deyil. İnşaAllah sən hədisin sənədini təqdim et gerisi bizim boynumuza.

Vail bin Hucr - radiyallahu anhu - rəvayət edir:

رأيت النبي صلى الله عليه و سلم حين كبر رفع يديه حذاء أذنيه ثم حين ركع ثم حين قال سمع الله لمن حمده رفع يديه ورأيته ممسكا يمينه على شماله في الصلاة


"Peyğəmbəri - salləllahu aleyhi va səlləm - təkbir gətirərkən əllərini qulaqları səviyyəsinə qədər qaldırdığını və sonra rükuya gedərkən "Səmi Allahu limən həmidəh" dediyini və əlini qaldırdığını gördüm və onu (salləllahu aleyhi va səlləm) namazda sağ əli ilə sol əlini tutarkən gördüm."
"Musnəd Əhməd bin Hənbəl", 4/318
Muəssəsə Qurtubə, Qahirə

Bu hədisi imam Əhməd öz "Müsnəd"ində hədis 18891 qeyd edib və Şuayb əl-Arnavut onun taliqində sənədinin güclü olduğunu, yəni dəlil üçün güclü olduğunu qeyd etmişdir. Eləcədə Əhməd Şakirin təhqiqində sənədinin səhih olduğunu qeyd edir. (bax: 14/289, Dar əl-Hədis çapı, Qahirə, birinci nəşr/1416 (1995) )


Bu hədis Muslimin "Səhih"indən yazdığım hədis kimi Vail b. Hucr tərəfindən rəvayət olunub. İnşaAllah Muslimin rəvayət etdiyi hədisi aydınlaşdırarkən bu hədisə də nəzər yetirərik.
Hələlik isə məhz sənin yazdığın versiyanın sənədinə nəzər yetirək:

حدثنا عبد الله حدثني أبي ثنا عبد الله بن الوليد حدثني سفيان عن عاصم بن كليب عن أبيه عن وائل بن حجر

İsnadda gördüyümüz kimi Sufyan əs-Sauri bu hədisi Asim b. Kuleybdən birbaşa eşitdiyini bildirməmiş, yə`ni "an`ana" ilə rəvayət etmişdir.

Qeyd: "An`ana" ravi ilə şeyxin görüşdüyünə dəlalət eləməz. Bu halda ola bilsin ki, ravi hədisi şeyxindən almamışdır. Buna görədə isnad ya munqatidir ya da ki, tədlis edilmişdir. Adətən "an`ana ilə rəvayət munqati hesab olunur. Bu isə hədisin "zəif hədis" qrupuna girməyinə dəlalət edir. Lakin qeyd etmək istərdim ki, hər "an`ana" yoluyla rəvayət olunmuş hədis munqati və ya mudəlləs deyildir. Müəyyən şərtlər daxilində bunun əksini deyənlərdə vardır.
Məhz buna görədə bə`ziləri bu hədisin "İhticaca" yaramadığını, bə`ziləri isə yaradığını söyləmişlər.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#38 axi77

axi77

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 17 сообщений

Отправлено 24 ноября 2009 - 14:11

Sən ananə terminini anlamamısan, ya da ki anlamısan, lakin özünə sərf edən şəkildə.
- Ananə nədir?
"Ananə" bir ravinin digərindən "an" deyərək, və ya "qalə" deyərək rəvayət etməsinə deyilir, bu zaman ondan özünün eşidib eşitmədiyi barəsində açıq bir məlumat vermir. əl-Hafiz İbn Abdilbərr, Əbu Amr əd-Dani, İmam Muslim və digərləri "ananə" ilə edilən rəvayətlərin qəbul edilməsində ümmətin icma etdiyini rəvayət etmişdir. Lakin tədlis əhlinin "ananə" ilə rəvayətləri qəbul olunmamışdır, çünki məlumdur ki, tədlis əhli "ananə" deyərkən bunu aldatmaq qəsdi üçün istifadə edirlər.
Sən isə deyirsən ki, "Adətən "an`ana ilə rəvayət munqati hesab olunur". Ümmət "ananə" ilə rəvayətin müttəsil olduğunu qəbul edir, sən isə bunun "munqati" olduğunu iddia edirsən.
- İkincisi isə Sufyan əs-Səvri - rahiməhullah - "Səhiheyn"in ravilərindəndir və Sufyan tədlisinə görə məşhur deyildir. Sən yazırsan ki, "Qeyd: "An`ana" ravi ilə şeyxin görüşdüyünə dəlalət eləməz. Bu halda ola bilsin ki, ravi hədisi şeyxindən almamışdır" Asim bin Kuleyb, Sufyan əs-Səvrinin şeyxlərindəndir, yəni Sufyan əs-Səvri öz şeyxindən rəvayət etmişdir. Bunu bildikdən sonra ümumiyyətlə ravinin "ananə" ilə rəvayətindən söhbət açmağın nə mənası vardır?! Sən yazırsan ki, "Müəyyən şərtlər daxilində bunun əksini deyənlərdə vardır" və sənin sözündən elə anlaşılır ki, sanki az bir alim müəyyən şərtlərlə "ananə" rəvayətləri qəbul etmişlər.
Allahul-Mustəən!
Mövzu haqqında bax: "İmam əs-Saxavi, "Fəthul-Muğis bi Şərh Əlfiyyətil-Hədis", səh: 73-85, Aləmul-Kutub, ikinci nəşr, hicri 1408 - miladi 1988, Şeyx Əhməd Şakirin təhqiqi ilə."

#39 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 24 ноября 2009 - 23:23

Axi77, Şeyxin Abu İbrahim sankı bizim yazını həyəcanla, şiyələrə xüsusi nifrətlə oxuyub cavab verir. Bilirəm bu ondan asılı olan bir şey deyil. Onu sakitləşdirməyə çalış. Bu mənim səndən xahişimdir.

Sən və şeyxin Abu İbrahim fikir versəniz mən hələ fikrimi tamamlamamışam. Yarımçıq fikirə elə həyəcan ilə reaksiya verirsiniz ki, gəl görəsən. İndi isə keçək mənim yarımçıq yazılarıma. Xahiş edirəm diqqətlə oxuyun:

An'ane ravi ile şeyhi arasında mülakata delalet etmez. Şeyhinden "an fulân" diyerek rivayette bulunan ravi gerçekte onu görmemiş ve hadisi ondan almamış olabilir. Bu durumda isnadı munkatı olabileceği gibi tedlis yapmış da olabilir. Her iki halde de hadisi sahih addedilmez. Bu itibarla mu'an'an hadisin muttasıl sayılabilmesi için bazı şartlar ileri sürülmüştür. Bunlardan ilki "an" lafzı ile rivayette bulunan ravinin adaletli dolayısıyle sika olmasıdır. İkincisi ravinin tedlis yapan yani mülaki olmadığı şeyhlerden hadis rivayet eden biri (mudellis) olmaması, üçüncüsü ise hadis aldığı şeyhe mülaki olduğunun bilinmesidir. Bu şart üzerinde belli başlı iki görüş vardır. Birisi Buhârî'ye, diğeri Müslim'e aittir.


Mənbə Hadis Sözlügü "Muan`an"



An'ane, ravi ile şeyhinin bir araya geldiğine kesinlikle delâlet etmez. Bu itibarla "an fulânin" diyerek birinden hadis rivayet eden ravi, gerçekte o hadisi ondan almadığı gibi onunla hiç görüşmemiş de olabilir. Buna göre ya isnadı munkatı'dır; ya da tedlis yapıyordur. Bu yüzden an'ane ile rivayet daha çok munkatı sayılmıştır. Bununla birlikte her an'ane yoluyla rivayet munkatı değildir. Bazı şartların söz konusu olması halinde an'ane ile rivayet muttasıl sayılır.


Mənbə Hadis Sözlügü "An'ane"

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#40 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 25 ноября 2009 - 00:27

İndi isə vəhhabilərin ulu liderləri İbn Teymiyyə l.a.-in saytındakı mə`lumat:(ixtisar üçün lazım olan hissələri kopyalayacam)

فإذا روى الراوي عن شيخه بكلمة "عن" هذا يسمى معنعنا؛ لأن صيغ الأداء منها ما يدل على الاتصال كـ"سمعت" و"حدثنا" و"أخبرنا" ومنها ما لا يدل على ذلك، ومنه صيغة "عن" هذه.

Ravinin öz şeyxindən "an" kəlməsi ilə rəvayət eməsi "muan`an" adlanır. Çünki əda siğələrindən bə`ziləri "səmi`tu", "həddəsənə""əxbaranə" kimilər "ittisala" dəlalət edir. Bə`ziləri isə buna (ittisala) dəlalət etmir. Onlardan "an" siğəsi.

والإسناد المعنعن له علاقة باتصال السند وانقطاعه، فتارة كلمة "عن" هذه تُحْمَل على الاتصال، وتارة تحمل على الانقطاع، وتارة تكون مما تردد فيه العلماء، أو اختلف فيه العلماء هل هي قاضية بالاتصال، أو دالة على الانقطاع؟

"Muan`an isnad"ın sənədin həm "ittisal"ı və həm də "inqita"sı ilə əlaqəsi var. "An" kəlməsi bə`zən "ittisala", bə`zən "inqita"ya, bə`zən də üləmanın tərəddüd etdiyi şeyə dəlalət edir və yaxud üləma ixtilaf etmişlər ki, "O, "ittisal"a dəalət edir yoxsa "inqita"ya?"

www.taimiah.org "Muan`an hadis"

Sonra Şeyx Əbdül-Əziz hansı şərtlər daxilində "muan`an hədis"in ittisala dəlalət etdiyi izah edir.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#41 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 25 ноября 2009 - 01:10

هل هو من المتصل أو المنقطع ؟ :

اختلف العلماء فيه على قولين:

أ‌) قيل أنه منقطع حتى يتبين اتصاله .

O (muan`an hədis) muttəsildir yoxsa munqatidir?

Üləma bu məsələdə iki qövl ilə ixtilaf etmişdilər:
1) Onun ittisalı bəyan olmayana qədər "munqati" olduğu deyilir.
...............................
http://www.hadith.abed-alkarem.com/mardod/9.htm#_ftnref1



المسألة الثانية : هل الحديث المعنعن من قبيل المقبول أو من قبيل المردود ؟

اختلف العلماء في هذه المسألة على ثلاثة أقوال :

1- فمنهم من قال : إنه مردود مطلقًا .

2- ومنهم من قال : إنه مقبول مطلقًا .

3- ومنهم من فَصَّل - وهم الجمهور - فقالوا : إن الراوي إذا عنعن عن شيخه؛ قُبِلَ قولُه بشروط ثلاثة :

İkinci məsələ: "Muan`an hədis" məqbul(qəbul olunmuş) (hədislər) qəbilindəndir yoxsa mərdud(rədd olunmuş)?

Üləma bu məsələdə 3 qövl ilə ixtilaf etmişlər:

1) Onlardan bə`ziləri dedi: Mütləq şəkildə mərduddur.
2).......................................... Mütləq şəkildə məqbuldur
3)Onlardan bə`ziləri təfsil etdilər--Onlar cümhurdur--Dedilər: Ravi öz şeyxindən an`anə ilə rəvayət etsə 3 şərt ilə qəbuldur

Şeyx Əbil-Həsən Əs-Süleymanı "Hədis barədə suallar"



Bu isə vəhhabi Abdullah b. Əbdür-Rəman b. Cibrinin sözləri:
والعنعنة يستعملونها إما للاختصار وإما لعدم التثبت من سماعه عن ذلك الشيخ، كأن يرويه عنه بواسطة أو ما أشبه ذلك،

"An`anə"ni ya ixtisar üçün istifadə edirlər, yadaki həmin şeyxdən eşitdiyinə əmin olmaması üçün. Sanki ondan (şeyxdən) vasitə və ya buna bənzər bir şeylə rəvayət edir.

"Şərhul-Mənzumə" İbn Cibrin

Doğrudur müasir vəhhabi alimlərinin də bə`zi kitablarını nəzərdən keçirdim və onların "muan`an" hədisi müttəsil adlandırdıqlarının şahidi oldum. Lakin yenədə mütləq şəkildə yox müəyyən şərtlər daxilində. Odur ki, mənim yazdıqlarımda havalanası bir şey görmürəm.
Digər tərəfdən mən bu hədisin "munqəti" olduğunu yazmamışam. Sadəcə olaraq hədisdə "an`anə" olduğunu yazmışam, qeyddə isə "an`anə" ilə bağlı qısa izah verməyə çalışmışam.

Nəhayət gələk Sufyan Əs-Sauriyə. Bəli, Abu İbrahimin də qeyd etdiyi kimi asim b. Kuleyb Sufyanın şeyxidir. Lakin Sufyan As-Saurinin isə tədlis etdiyini deyənlər var. Muan`an hədisin müttəsil sayılmağı üçün şərtlərdən biri də ravinin müdəllis olmamasıdır. Ona görə hədisin təhqiqə ehtiyyacı var. İnşaAllah buna nəzər yetirərik.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#42 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 25 ноября 2009 - 03:29

Sən yazırsan ki, "Müəyyən şərtlər daxilində bunun əksini deyənlərdə vardır" və sənin sözündən elə anlaşılır ki, sanki az bir alim müəyyən şərtlərlə "ananə" rəvayətləri qəbul etmişlər.
Allahul-Mustəən!
Mövzu haqqında bax: "İmam əs-Saxavi, "Fəthul-Muğis bi Şərh Əlfiyyətil-Hədis", səh: 73-85, Aləmul-Kutub, ikinci nəşr, hicri 1408 - miladi 1988, Şeyx Əhməd Şakirin təhqiqi ilə."


Mənim sözümü anlamağa nə var ki,? mətnin bir hissəsini yox bütöv oxuyanda asan başa düşülür. Mənim yazdığım:" Lakin qeyd etmək istərdim ki, hər "an`ana" yoluyla rəvayət olunmuş hədis munqati və ya mudəlləs deyildir. Müəyyən şərtlər daxilində bunun əksini deyənlərdə vardır".Bəli alimlər muan`an hədisi müəyyən şərtlərlə qəbul edirlər:

1)Ravinin siqa olması,
2)Müdəllis olmamasi
3) Şeyxi ilə görüşməsi

1-ci və 2-cidə üləma ittifaq etmişlər. Lakin 3-cüdə ixtilaflar var:
a) Ravinin uzun müddət şeyxi ilə görüşməsi
b. Ravinin şeyxindən hədis rəvayət etməsində tanınmış olması
c) Ravinin heç olmasa 1 dəfədə olsun şeyxini görməsi
d) Ravinin Şeyxi ilə görüşmə imkanı olması


"C" və "D" bəndinə Buxari ilə Muslimin ixtilafını misal gətirmək olar.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#43 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 25 ноября 2009 - 10:41

Sufyan Əs-Saurinin müdəllis olduğunu deyənlərə nümunə:

- سفيان ابن سعيد ابن مسروق الثوري أبو عبد الله الكوفي ثقة حافظ فقيه عابد إمام حجة من رؤوس الطبقة السابعة وكان ربما دلس

Sufyan b. Said b. Məsruq Əs-Sauri Əbu Abdullah Əl-Kufi----Siqa, hafiz, fəqih, abid, imam, huccə, 7-ci təbəqənin rəislərindəndir. Bə`zən tədlis edərdi.

İbn Həcər Asqalani "Təqribut-təhzib"


وكان يدلس في روايته

(Sufyan əs-Sauri)Rəvayətlərində tədlis edərdi

Əz-Zəhəbi "Siyər "


Həmçinin türk dilində nümunə:

Meşhur muhaddis Abdu'r-Rezzak'ın şu rivayeti munkatı' hadise güzel bir örnek teşkil eder:

"Süfyan-ı Sevri'den, o Ebu İshak'dan, o Zeyd b. Yusey'den, o da Huzeyfe'den rivayet etmiştir. Huzeyfe demiştir ki Hz. Peygamber (s.a.v.) şöyle buyurmuştur:

"Hilafete Ebu Bekir'i geçirirseniz (iyi olur); çünkü o kuvvetli ve güvenilir biridir. Hiçbir koğucunun kınaması onu Allah yolundan alıkoymaz. Ali'yi geçirseniz (de olur); çünkü o, yol göstericidir, doğru yoldadır. Sizi de doğru yolda tutar."

Bu hadisin senedi ilk bakışta kesiksizdir. Lakin iyice tetkik eden hadis alimleri onun iki yerinde inkıta olduğunu tesbit etmişlerdir. Bunlardan birincisi, Abdu'r-Rezzak bu hadisi Süfyan (us-Sevri) den değil, en-Nu'man b. Ebi Şeybe'den duymuştur. İkincisi de Süfyanu's-Sevri Ebu İshak'dan değil, Şureyk'den rivayet etmiştir. Böylece isnadın iki yerinde en-Nu'man b. Ebi Şeybe ile Şureyk atlanmıştır.

"Hadis Usulu" A.Metin



Başqa bir nümunə:

Tedlîs yapanlar pek çoktur. Aralarında zayıf raviler de, sika raviler de vardır. Hasan-ı Basri, Humeyd et-Tavîl, Süleyman b. Mehran, el-A'meş, Muhammed b. İshak, el-Velid b. Muslim gibi. Hadis hafızları tedlîs yapanları beş mertebeye ayırmışlardır:

1- Tedlîs yaptığı ancak nadiren görülenler Yahya b. Saîd gibi.
2- Hadis imamlarının Tedlîs yapmasını muhtemel görmekle birlikte, imamlığı ve yaptığı rivayetlere göre tedlîsinin azlığı dolayısıyla sahihlerde rivayetleri nakledilenler. Süfyan es-Sevrî gibi; yahutta ancak sika bir raviden tedlîs yapanlar; Süfyan b. Uyeyne gibi.
3- Ebu Zübeyr el-Mekkî gibi sikalara bağlı kalmaksızın (herkesten) çokça Tedlîs yapanlar.
4- Çoğunlukla zayıf ve meçhul ravilerin rivayetlerini Tedlîs yaparak nakledenler. Bakiyye b. el-Velid gibi.
5- Bir başka sebep dolayısıyla da zayıf ravi kabul edilenler. Abdullah b. Lehîa gibi.


Mənbə Tədlis


Mənim Sufyanın "an`anə" ilə rəvayəti və tədlisi üzərində dayanmaq fikrim yoxdur. İnşaalah Asim b. Kuleyb və Alqama b. Vail barədə olan bə`zi işkallara qısa nəzər salaraq hədisin mətni barədə mə`lumat çatdırmaq istəyirəm.


فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#44 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 25 ноября 2009 - 15:58

Asim b. Kuleyb əhli-sünnə alimlərinin nəzərində siqadır. Lakin bununla yanaşı İbn Həcər Asqalani "Təhzubut-təhzib" də yazır:
وقال بن المديني لا يحتج به إذا انفرد



İbn Əl-Mədini dedi: İnfirad etdikdə (ravinin rəvayətində tək qalması, hədisi hər hansı bir şeyxdən ondan başqa rəvayət edən olmasa) onunla ihticac olunmur.


İbn Həcər "Təhzibut-Təhzib" "Asim b. Kuleyb"

Ortaya belə bir sual çıxır bu hədisi Asim b. Kuleybdən başqa atasından rəvayət edən varmı?

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#45 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 25 ноября 2009 - 16:48

Alqamə b. Vail barədə:

Axi77, şeyxin Abu İbrahim postlarının birində yazır:

Bir rəvayətdə gəlir ki:

قال أبو داود حدثنا عبيد الله بن ميسرة الجشمي ثنا عبد الوارث هو ابن سعد ثنا محمد بن جحادة حدثني عبد الجبار بن وائل قال كنت غلاما لا أعقل صلاة أبي فحدثني علقمة بن وائل عن وائل بن حجر قال صليت مع رسول الله

"Əbu Davud dedi: Ubeydullah bin Meysərə əl-Cəşmi bizə rəvayət etdi: Abdulvaris - və o, İbn Sad'dır - bizə rəvayət etdi: Muhamməd bin Cəhadə bizə rəvayət etdi: Abdulcəbbar bin Vail mənə rəvayət etdi: "Mən uşaq idim və atamın necə namaz qıldığını ağlım çatmırdı və Alqamə bin Vail mənə Vail bin Hucr'dan rəvayət etdi: Allahin Elçisi ilə namaz qıldım...."



Əbu Davudun "Sunən"ində yazılıb:

حدثنا عبيد الله بن عمر بن ميسرة الجشمي حدثنا عبد الوارث بن سعيد قال حدثنا محمد بن جحادة حدثني عبد الجبار بن وائل بن
حجر
قال
كنت غلاما لا أعقل صلاة أبي قال فحدثني وائل بن علقمة عن أبي وائل بن حجر قال صليت مع رسول الله صلى الله عليه

...................Abdul-Cəbbar
b. Vail b. Hucr mənə rəvayət etdi: Mən uşaq idim və atamın namazı necə qılmağına əqlim çatmırdı. Dedi: Mənə Vail b. Alqamə atam Vail b. Hucrdən rəvayət etdi.........



Əbu Davud "Sunən" 723-cü hədis

Onun və mənim yazılarımda altından xətt çəkdiyim mətnlərdəki nəzərə çarpan fərq maraqlıdır. Bu fərqi 2 ssılka ilə yoxladım. Amma bu o qədər də önəmli deyil. Önəmli olan Abdul-Cəbbarın bu sözləri deməsidir. Yuxarida Buxarinin sözlərindən də gördük ki, Abdul-Cəbbar atasının vəfatından sonra dünyaya gəlib. Belə çıxır ki, bu sözləri deyən Abdul-Cabbar yox qardaşı Alqamədir. Bunu təsdiqləyəndə var. İbn Həcər yazır:

نص أبو بكر البزار على أن القائل كنت غلاما لا أعقل صلاة أبي هو علقمة بن وائل لا أخوه عبد الجبار وقال الترمذي سمعت محمد يقول عبد الجبار لم يسمع من أبيه ولا أدركه وقال بن حبان في الثقات من زعم أنه سمع أباه فقد وهم لأن أباه مات وأمه حامل به وقال البخاري لا يصح سماعه من ابية مات أبوه قبل أن يولد



Əbu Bəkr Əl-Bəzzar bildirir ki, "Mən uşaq idim və atamın namazı necə qılmağına əqlim çatmırdı."
sözlərini deyən Alqamədir qardaşı Abdul-Cəbbar deyil. Tirmizi dedi: Muhəmmədin "Abdul-Cəbbar atasından nə eşitməyib nədəki görməyib" dediyini eşitdim. İbn Hibban "Əs-Siqat"da dedi: Kim desə ki, o, (Abdul-Cəbbar) atasını eşidib vəhm etmişdir. Çünki onun atası öləndə anası ona hamilə idi. Buxari dedi: Onun atasından eşitməyi doğru deyil. Atası o, doğulmamışdan öncə vəfat etmişdir.


İbn Həcər "Təhzubut-Təhzib" "Abdul-Cəbbar b. Vail"


Nəticə:
Əgər bu sözləri deyən Alqamədirsə onun rəvayəti atasının namazını dərk etməyən uşağın rəvayətidir. Bu isə öz növbəsində Alqamə yolu ilə rəvayət olunan hədislərin qarşısında sual işarəsinin qoyulması deməkdir.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#46 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 25 ноября 2009 - 17:21

Həmçinin İbn Həcər "Təqrib"də yazır:

علقمة ابن وائل ابن حجر بضم المهملة وسكون الجيم الحضرمي الكوفي صدوق إلا
أنه لم يسمع من أبيه


Alqamə b Vail b Hucr zəmməli muhmələ və sukunlu cim ilə Əl-Xadrami Əl-Kufi. Səduqdur lakin O, atasından eşitməyib.
İbn Həcər "Təqrib" Alqamə b. Vail

Deməli Alqamə b. Vail hədisi atasından eşitməmişdir. Bu isə öz növbəsində hədisin munqati olması deməkdir. İbn Həcər həmçinin Abdul-Cəbbarin da atasından eşitmədiyini söyləyir. Yə`ni aləm qarışdı bir-birinə. Nə Alqamə nədəki qardaşı Abdul-Cəbbar ataları Vail b. Hucrdən eşitməmişlər. :)

Davamı var.................

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#47 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 25 ноября 2009 - 21:42

Alqamə b Vail və Abdul-Cəbbar b. Vail qardaşları barədə nəticə:

1)Alqamə b. Vail

صدوق إلا أنه لم يسمع من أبيه

Səduqdur. Lakin atasından eşiməmişdir
İbn Həcər "Təqrib"



وحكى العسكري عن بن معين أنه قال علقمة بن وائل عن أبيه مرسل

Əl-Əskəri İbn Maindən hekayət etdi ki, Alqamə b Vail atasından mursildir.(müasiri olmadığı və ya görüşmədiyi birisindən rəvayət edən ravi)
İbn Həcər "Təhzib"

علقمة بن وائل بن حجر عن أبيه قال ابن معين مرسل قلت هو في نفسه ثقة

Alqamə b. Vail b. Hucr. İbn Main dedi: Atasından mursildir. Mən (Əz-Zəhəbi) deyirəm: O, özü-özlüyündə siqadir.
Əz-Zəhəbi "Əl-Muğni fid-Duafa" "Alqamə b. Vail"
və s.

2)Abdul-Cəbbar b. Vail


عبد الجبار بن وائل بن حجر الحضرمي عن أخيه عن أبيه قال محمد بن حجر ولد بعد أبيه لستة أشهر

Abdul-Cəbbar b Vail b. Hucr Əl-Xadrami qardaşından o da atasından. Muhəmməd b. Hucr dedi: Atasının vəfatından 6 ay sonra doğulmuşdur.
Əl-Buxari "ət-Tarix əl-Kəbir"


عبد الجبار بن وائل بن حجر الحضرمي وكان ثقة إن شاء الله قليل الحديث ويتكلمون في روايته عن أبيه ويقولون لو يلقه

Abdul-Cəbbar b. Vail b. Hucr Əl-Xadrami İnşaallah Siqa olubdur. Az hədis rəvayət etmişdir.Atasından olan rəvayətlərində nəzərlər var. Deyirlər ki, onunla(atası ilə) görüşməyibdir.
İbn Sa`d "Ət-Təbəqat"


عبد الجبار بن وائل بن حجر بضم المهملة وسكون الجيم ثقة لكنه أرسل عن أبيه

Abdul-Cəbbar b . Vail b. Hucr zəmməli muhmələ və sukunlu cim ilə. Siqadir. Lakin atasından irsal etmişdir.(görüşmədən, eşitmədən rəvayət etmişdir)
İbn Həcər "Təqrib"


Bu barədə nümunələr çox gətirə bilərəm, lakin elə bilirəm kifayət edir. Yuxarıdakıları nəzərə alaraq nə Alqamə b. Vail nədəki qardaşı Abdul-Cəbbar b. Vail atalarını görməmişlər. Həmçinin:

قال يحيى بن معين: وروايته ورواية أخيه عبد الجبار عن أبيهما مرسلة، لم يدركاه

Yəhya b. Main dedi: Onun(Alqamənin) və qardaşı Abdul-Cəbbarın atalarından olan rəvayəti mursəldir. Heç birisi atalarını görməmişdilər.
İmam Ən-Nəvəvi "Təhzibul-Əsma val-Luğat" 426-cı ravi



Üstəlik bunların üstünə iki qardaş hər ikisinin "Mən uşaq idim və atamın namazına əqlim çatmırdı "nı əlavə etsək tənaqüz alınır. Buyurun bu tənaqüzü həll edin.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#48 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 25 ноября 2009 - 23:49

İndi isə belə bir suallar qoymaq istəyirəm:

1)İki qardaşın atası səhabə Vail b. Hucr İslamı nə vaxt qəbul edib və Peyğəmbər s.a.s. ilə nə qədər müddət bir yerdə olub?

2) Vail b. Hucrdən oğlanları və Asim b. Kuleybın atası Kuleyb b. Şihab yoluyla rəvayət olunan hədislərin mətnlərində əllərin tutulma qaydası bir-biri ilə düz gəlirmi?

3)Vail b. Hucrdən Muhammad b. Cihadə yoluyla rəvayət olunan hədisdə Peyğəmbər s.a.s.-in paltarına bürünməsi deyilir. Bu haldə onun əllərini necə qoymasını Vail b. Hucr necə tə`yin etmişdir?


Axi77, şeyxin Abu İbrahim Vail b. Hucrün rəvayət etdiyi hədis barədə gücənmək istəyirsə yuxarıda yazılanları qarşısına qoyub buyursun. Atmaca sözlərlə özünə reyting qazanmaqdansa, monoloq söylədiyi "forum"unda "An`ana" barədə mövzu açıb Muslimin nəzərlərini camaata diktə etməkdənsə, vəhhabilərdən başqa digərlərini bid`ət və zəlalət əhli adlandırmaqdansa normal qane edici cavablar yazıb bizləri feyziyab etsin.

Hələlik isə biz inşaAllah bu barədə olan digər hədislərləri nəzərdən keçirək. Bu yolda Allahdan kömək diləyirəm.

P.S. Axi77, həmçinin yadımdan çıxmamış Şeyxin Abu İbrahim Vail b. Hucrün rəvayət etdiyi hədisin mətnindəki uyğunsuzluqları müzakirə etməyi bacararsa buyursun. Allahın köməkliyi ilə mən hazıram.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#49 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 13 декабря 2009 - 12:58

Növbəti hədisi Hulb Ət-Tai rəvayət etmişdir:

حَدَّثَنَا قُتَيْبَةُ، حَدَّثَنَا أَبُو الأَحْوَصِ، عَنْ سِمَاكِ بْنِ حَرْبٍ، عَنْ قَبِيصَةَ بْنِ هُلْبٍ، عَنْ أَبِيهِ، قَالَ كَانَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم يَؤُمُّنَا فَيَأْخُذُ شِمَالَهُ بِيَمِينِهِ

Quteybə---Əbul-Əhvas--Simak b. Harb---Qabisə b. Hulb---atası(Hulb Ət-Tai) dedi: Rəsulallah s.a.s. bizə imamlıq edərdi və sağ əli ilə sol əlini tutardı.

Tirmizi "Sunən" 253-cü hədis "Namazda sağ əlin sol əl üzərinə qoyulması" fəsli


فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#50 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 13 декабря 2009 - 14:49

İlk öncə Abu İbrahimin yazılarından bu hədisə aid olan bir parçanı nəzərinizə çatdırmaq istərdim:

Hulb ət-Taidən isə rəvayət olunmuşdur: "Allahın Elçisi, salləllahu aleyhi va səlləm, bizə imamlıq edərdi və sağ əli ilə sol əlini tutardı." Bunu Tirmizi rəvayət etmişdir və "hədis həsəndir" söyləmişdir.


Bu hədisin "həsən" olduğunu iddia etmək çox qəribədir. Uzaqlara getmədən vəhhabilərin ulu ustadları olan Albanidən bir sitatla kifayətlənmək istərdim. Düzdür Albani bu sözləri bu hədisin şərhində yazmamışdır. Lakin bu sözlər elə bir hədisin şərhində gəlmişdir ki, ravilər içində Simak b. Harb də yer almaqdadır. Yə`ni bizim barəsində söz etdiyimiz hədisin ravilərindən biri.

لأن الترمذي معدود في جملة المتساهلين في تصحيح الأحاديث كالحاكم وابن خزيمة وابن حبان ونحوهم ، ولهذا قال الذهبي في " الميزان " (ص 33) :
" لا يعتمد العلماء على تصحيح الترمذي "

Çünki ət-Tirmizi hədislərin təshihində(hədis haqqında sihhət hökmünü verməkdə) əl-Hakim, İbn Xuzeymə, İbn Hibban və bunlara bənzərlər kimi "mütəsahil"lərdən (yetərincə araşdırmadan hədisə hökm verən alimlərdən) hesab olunur. Buna görə əz-Zəhəbi "əl-Mizan(səh. 33)" kitabında yazmışdır: "Alimlər ət-Tirmizinin hədis barədə sihhət hökmü verməsinə e`timad etmirlər.


Albaninin cavabı burada

Deməli Tirmizinin bu hədisi "həsən" hesab etməsinə e`timad etmək düzgün deyil.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#51 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 13 декабря 2009 - 17:59

Simak b. Harb

Bu ravini bə`ziləri siqa digərləri isə zəif hesab etmişlər. Mən bə`zi nümunələr gətirim, vəhhabilər isə gücənmək istəsələr buyursunlar.

وروى أبو طالب ، عن أحمد ، قال : مضطرب الحديث

Əbu Talib Əhməddən rəvayət etdi: (Simak b. Harb) Muztaribul-hədisdir. (Yə`ni hədisi bir dəfə bir cür digər dəfə isə başqa cür rəvayət edir)


وروى أحمد بن سعد ، عن ابن معين : ثقة ، وكان شعبة يضعفه

Əhməd b. Sa`d İbn Maindən rəvayət etdi: Siqadır. Şu`bə onu zəif hesab edirdi.


زكريا بن عدي ، عن ابن المبارك ، قال : سماك ضعيف في الحديث

Zəkəriyyə b. Addi İbn əl-Mübarəkdən rəvayət etdi: Simak hədisdə zəifdir.

Simak b. Harb burada

Həmçinin onun barəsində "təlqin" və s. kimi cərh sifətlərini deyənlərdə var.
Zəhəbinin yazdıqları kifayət etməsə İbn Həcər, Əl-Mizzi və hətta müasir vəhhabi alimlərindən də sitatlar gətirə bilərəm.


Qabisə b. Hulb

Bu ravi barədə də müxtəlif fikirlər söylənilir. Məsələn İbn Hibban və əl-İcli onu siqa etmişlər. Lakin yuxarıda Albaninin sözlərindən aydın oldu ki, İbn Hibban mütasahillərdəndir.
Digər tərəfdən isə İbn əl-Mədini ilə ən-Nəsai onu məchul hesab edirlər.

قال بن المديني مجهول لم يرو عنه غير سماك

İbn əl-Mədini dedi: Məchuldur. Ondan Simakdan başqa heç kəs rəvayət etməyib.


وقال النسائي مجهول

ən-Nəsai dedi: Məchuldur.

İbn Həcər "Təhzibut-Təhzib" 635-ci ravi


Yerdə qaldı Qabisa b. Hulbün atası Hulb ət-Tai
Qısa olaraq: Bu səhabənin əsl adının nə olduğunda ixtilaf vardır. "Hulb" (tüklü) bu səhabənin ləqəbidır. Mə`lum olan budur ki, o, keçəl olub. Peyğəmbər s.a.s. mübarək əlini onun başına çəkdikdən sonra başına tük gəlmişdir. İslamı Məkkə fəthindən sonra qəbul etdiyi və Peyğəmbər s.a.s.-i çox qısa müddət gördüyü də deyilir.


İbn əl-Əsir "Əsədul-ğabə" Hülb ət-Tai


Maraqlıdır sənədi bu gündə olan hədisə "həsən" hökmünü necə vermək olar?
Haqqında ixtilaf olan (Simak b. Harb), məchul olandan (Qabisə b. Hulb), oda adı doğru dürüst xatırlanmayan atasından (Hulb ət-Tai)rəvayət edir.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#52 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 13 декабря 2009 - 21:38

Hədisin mətnidə o qədər xoşa gələn deyil. Bu hədisi Simak b. Harbdən Əbul-Əhvas və Süfyan rəvayət etmişdir. Əbul-əhvas ilə Sufyanın rəvayət etdikləri hədislərin mətnlərində uyğunsuzluq var. Həmçinin Sufyandan bu hədisi Vaki` və Yəhya rəvayət edir özüdəki müxtəlif mətnlərlə:

حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ، عَنْ سُفْيَانَ، حَدَّثَنِي سِمَاكٌ، عَنْ قَبِيصَةَ بْنِ هُلْبٍ، عَنْ أَبِيهِ، قَالَ رَأَيْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَنْصَرِفُ عَنْ يَمِينِهِ وَعَنْ يَسَارِهِ وَرَأَيْتُهُ قَالَ يَضَعُ هَذِهِ عَلَى صَدْرِهِ وَصَفَّ يَحْيَى الْيُمْنَى عَلَى الْيُسْرَى فَوْقَ الْمِفْصَلِ


حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ، حَدَّثَنَا وَكِيعٌ، عَنْ سُفْيَانَ، عَنْ سِمَاكِ بْنِ حَرْبٍ، عَنْ قَبِيصَةَ بْنِ الْهُلْبِ، عَنْ أَبِيهِ، قَالَ رَأَيْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَاضِعًا يَمِينَهُ عَلَى شِمَالِهِ فِي الصَّلَاةِ وَرَأَيْتُهُ يَنْصَرِفُ عَنْ يَمِينِهِ وَعَنْ شِمَالِهِ‏


Əhməd b. Hənbəl "Musnəd" 20961və 20962-ci hədislər

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#53 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 13 декабря 2009 - 22:05

Hələlik isə bir balaca relax. Abu İbrahim bu barədə açdığı movzusunda yazır:

Müzakirəyə çıxardığım bu məsələ fiqhi bir məsələdir. Namazda qiyam zamanı əllərin vəziyyəti necə olmalıdır?!
Zamanımızda müsəlmanların çoxu bu məsələni çox şişirdirlər və elə düşünürlər ki, namazda əlləri sinəyə qoymaq sabit olmuş sünnətdir və onlardan fərqli hərəkət edənlər isə bidət əhlidirlər. Onların çox zaman bu məsələdə əl atdıqları metod elmi ədəbdən kasıb olur və çox zaman fərqli düşünənlərə də məzhəb təəssübkeçi damğası vuraraq onları cahil elan edirlər. Halbuki, məsələni araşdıran kəslər həqiqətin heç də onların dediyi kimi olmadığını görəcəklər.


Bu sözləri oxuyan ilk baxışda bu şəxsin insaf əhli olduğunu düşünür. Düzdür o, əlləri aşağıya sərbəst buraxmağın əhli-sünnə fiqhində olduğunu da qeyd edir. Amma yenədə yazılarında qoyulma yerindən asılı olmayaraq əsasən əllərin bağlanmasını çox vurğulayır. Onun və muridlərinin nəzərinə vəhhabi məktəbinin ulu liderlərindən olan Bin Bazın cavabını çatdırmaq istərdim:

السنة في وضع اليدين في الصلاة على الصدر، هذا هو المحفوظ عن النبي - صلى الله عليه وسلم



Namazda əllərin qoyuluşunda sünnət sinəyə qoymaqdır. Bu Peyğəmbər s.a.s.-dən öyrənilmiş bir şeydir.


يروى عن علي - رضي الله عنه – أن من السنة وضع اليدين تحت السرة. لكنه حديث ضعيف عند أهل العلم ليس بصحيح،



Əli r.a.-dən rəvayət olunur ki, əlləri göbəyin altına qoymaq sünnətdir. Lakin bu hədis elm əhlinin nəzərində zəifdir, səhih deyildir.


Bin Bazın cavabı burada


Sualım vəhhabilərədir: Bin Baz düz deyir yoxsa Abu İbrahim?
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#54 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 13 декабря 2009 - 22:12

Həmçinin onun açdığı mövzuda Qamət Süleymanov şəxsiyyətini göstərən gözəl nümunə vardır:

Qamətlə birlikdə gülək rubrikasından:

Namazda əllərin yeri ilə əlaqədar olaraq Azərbaycanda "sələfilərin" imamı Q.S.-a Malikin məzhəbi haqqında sual veriblər:

Assalamun aleykum ve rahmetullahi ve bereketuhu.
Fakirin bele bir suali var.
subut ede bilersinizmi ki, Rasulullah (s.a) eli bagli namaz qilib ve ya eli acik olaraq namaz qilmayib.?
niye Maliki meshebine etiqadlari olanlar eli acik namaz qilirlar? xahis edirem subutlarinan cavab veresiniz.
Assalamun aleykum ve rahmetullahi ve bereketuhu.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əli açıq namaz qılmaq barədə heç uydurma hədis də gəlməyib. Çünki nə gəlibsə, ancaq əli bağlı qılmaq barədə gəlib. Amma Maliki məzhəbində də əli açıq namaz qılmaq yoxdur. Çünki imam Malikin Muvatta kitabında hədislərin birində deyilir ki, Adəmdən (a.s.) başlayaraq bütün peyğəmbərlər əli bağlı namaz qılıblar. Sadəcə imam Malikin tələbələrindən biri müəlliminin həyatının sonunda döyüldüyü və əlləri ağradığı üşün əli açıq namaz qıldığını görüb və ondan rəvayət edib.
Namaz ıli bağlı qılınmalıdır, necəki peyğəmbər (s.a.v.) qılıb.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


Yenə yanvar ayında verilən eyni suala belə cavab vermişdi:

Salam aleykum,sheyx.Malik ibn Enes(maliki mezhebinin banisi) namazi eli aciq qilmaga icaze verib.Sheyx bilmirsiniz o ictihadinda hansi hedis ve kitablardan istifade eleyib?Eger bilirsinizse zehmet olmasa o hedislerin menbesini ve kitablarin adini yazin.
Cazak Allah!!!

Vaassalamu aleykum !!!

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. İmam Malik deməyib ki, namazı qolu açıq qılmaq olar. Sadəcə həyatının sonuna yaxın xəstəliyinə görə qollarını bağlaya bilmirdi. Tələbələrindən biri nəql edib ki, imam Maliki belə namaz qılan görüb. Ona görə bəzi malikilər qolu açıq namaz qılırlar. İmam Malikin Muvatta kitabına baxsaq görərik ki, orda hədis gətirib ki, 3 şey bütün peyğəmbərlərin yolu idi, bunlardan biri də sağ qolu sol qolun üzərinə qoyub namaz qılmaq idi. Bilin ki, qolu açıq namaz qılmaq üçün dəlil yoxdur.



İmam Malik nəinki namazı əlləri yanda qılmağın caiz olduğunu, hətta ondan nəql olunan görüşə görə fərz namazlarında bu şəkildə qılmağı müstəhəb görmüşdür. İmam Malikin əshabının əksəriyyətinə görə namazda əllər yanda olmalıdır və bu rəy İmam Malikin özündən nəql olunmuşdur. Bu barədə məlumat almaq istəyən heç vaxtı Q.S.-dan soruşmamalıdır. Baxmayaraq ki, Q.S. özünü sələfə aid edir, lakin onun sələfdən xəbəri yoxdur. Xəbəri olsaydı belə cahilcəsinə danışmazdı. Hər bir məzhəbin görüşünü məzhəb alimlərindən soruşarlar.


فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#55 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 13 декабря 2009 - 23:25

untitled.JPG

Əl-Əzhərin dünyasını dəyişmiş muftisi, vəhhabilərin "dostu" olan Atiyə Saqr namazda əllərin yeri sualına cavab olaraq:

اتفق العلماء على أنه لم يرد ما يوجب على المصلى أن تكون يداه فى وضع معين وهو في قيام الصلاة، فليس ذلك ركنا ولا شرطا من شروط صحة الصلاة

Namaz qılanın qiyam halında əllərinin müəyyən yerdə olmasını vacib edən bir şeyin varid olmamasında alimlər ittifaq etmişlər. Bu nə namazın səhihliyinin ruknlərindən, nədəki şərtlərindəndir.


Mufti Atiyə Səqrin cavabı burada

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#56 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 14 декабря 2009 - 08:29

ASSALAM ALEYKUM.

Gardas men esitdiyime gore bele bir revayet var:Hz.Peygamber namazi eli bagli gilirmis,sonra ise namaz gilanlarin arasinda eleleri olub ki,goltuglarinin arasinda butleri gizledibler.Sonra Hz.Peygambere vehy olunub ki,namazda ellerini acsin,bunu ederken munafiglerin butleri yere dusub ve sinib,ve ondan sonra namazi eli acig giliblar. Bu revayet sehihdir?Zehmet olmasa cavab yazin.
Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"


#57 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 14 декабря 2009 - 09:03

Aleykuməs-salam və rəhmətullahi və bərakətuh!

İlk dəfədir eşidirəm. Mümkündürsə hansı mənbədən götürüldüyünü bildirin.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#58 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 14 декабря 2009 - 14:30

Aleykuməs-salam və rəhmətullahi və bərakətuh!

İlk dəfədir eşidirəm. Mümkündürsə hansı mənbədən götürüldüyünü bildirin.



Gardasim ,menbeni oxumamisam, men bir neferle eli bagli namaz gilmag hagginda behs etdikde deyibler mene yeni esitmisem.Mumkunse eger melumat tapsaz bu hagda yazin. Evelceden tesekkur edirem.Bir seyide geyd edim, yeni butler yere dusenden sonra munafigler ifsa olandan sonra yene evvelki kimi gilinib namaz,yeni eli bagli.
Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"


#59 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 16 декабря 2009 - 12:47

Salamun aleykum.
Allahin Quranda chekindirdiyi meselelerden biride budur ki evvelki ummetlerden o bolunub firqe-firqe olanlar kimi olmayin.Hemishe bir olun ve onlarin tekce tefriqesi deyil hemde onlarin yerine yetirdiyi sunnelerinide muselman dinine getirib soxaraq onlara oxshamayin ibadetlerinizdede.Ali Imran suresinin 105-ci ayesi bu emri ozunde ehtiva edir.Yani heyatinizin ve dininizin hech bir sahesinde kafirlere mushriklere ve elecede ehli kitaba ister sabii olsun ya mecusi veya nesrani veya yehudi oxshatmayin ozunuzu.O oxsharliqlardan biride namazda ellerin ust uste qoyulmasidir.Hedisde ele bu mezmund adeyilib chkeindirilib ki bu mecusilere oxshatmaqdir ozunu.Ona gore biz shieler bunu bidet bilirik.

P.S:Her hansi bir hedis Quranla duz gelmirse qebul olunmamalidir.

Gardasim ,menbeni oxumamisam, men bir neferle eli bagli namaz gilmag hagginda behs etdikde deyibler mene yeni esitmisem.Mumkunse eger melumat tapsaz bu hagda yazin. Evelceden tesekkur edirem.Bir seyide geyd edim, yeni butler yere dusenden sonra munafigler ifsa olandan sonra yene evvelki kimi gilinib namaz,yeni eli bagli.

Bele bir hadisenin bash vermesi moteber menbelerde yoxdur.
Ali Imran 105 O kesler kimi olmayin ki (sizden evvelki ummetlerden ve hetta Islam tarixindede)devrin haqq dinini bolub deste-deste oldular ve ixtilaf etdiler!!!
Onlardan bir qoumda mecusiler idi.Veya hedis vardir ki kim ozunu hansisa bir qouma oxshatsa oda onlardandir.
Zürâre İmâm Muhammed Bâkır'dan (a.s) şöyle nakletmektedir: "Namazını şevk ve huzur içinde kıl ve ellerini bağlama; zira bu fiil tarzını Mecusiler (büyüklerine karşı) yapmaktadırlar." (Aynı kaynak, Hadis: 2)
Şeyh Sadûk kendi senediyle Hz. Emir-ül Mu'minin Ali'den (a.s) şöyle nakletmektedir: "Müslüman bir kimse namazında Allah'ın huzurunda durduğu bir sırada ellerini bağlayarak küfür ehli olan Mecusîlere benzememelidir." (Aynı kaynak, Hadis: 7)
Vesâil-üş Şia, C.4, Namazı Bozan Sebepler, Bab: 15

Сообщение отредактировал Abu Sufyan ordusu: 16 декабря 2009 - 15:33


#60 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 19 декабря 2009 - 02:42

Axi77, şeyxin yuxarıda da söylədiyim kimi pafoslu çıxışlarındakı biyabırçılığını ört-basdır etmək üçün "an`ana" barədə mövzu açıb camaata Muslimin nəzərini diktə edir. Gözlədim ki, bəlkə maraqlı yazılarla mövzunu davam etdirə bir şey olmadı. Maraqlı dedikdə vəhhabi yalan-palanını nəzərdə tuturam. Axı onlar gücəndikcə özlərini pis vəziyyətə qoyurlar.

Həmçinin ona cavab olaraq "an`ana" barədə yuxarıda yazdıqlarıma və ssılkalarda yazılanlara reaksiya bildirmədi. Eybi yox mən yenə davam edim, inşaAllah!

Abu İbrahim yazır:

"An'anə" rəvayət şəkli haqqında ilk yazan İmam Muslim olmuşdur. "əs-Səhih" kitabının müqəddiməsində rəvayət elminin müxtəlif məqamlarından danışarkən, bu məsələyə də ayrılıqda toxunmuşdur. İmam Muslim - rahiməhullah - bu məsələ ilə əlaqədar olaraq açdığı mövzusunda "an'anə" ilə rəvayətlərə şübhə salan müasirlərindən adını zikr etmədiyi bir nəfərdən danışır və həmin kəsin özündən əvvəl demədiyi bir şeyi dediyinə işarə edir. Qeyd edir ki, "an'anə" ilə gəlmiş rəvayətləri qəbul etməyən kəs bununla bir bidət ortaya atmışdır, halbuki ümmətin alimləri bunun qəbul olunmasında ittifaq etmişlər. Gəlin birlikdə İmam Muslim'in sözlərini oxuyaq:

‏باب ‏ ‏صحة ‏ ‏الاحتجاج بالحديث ‏ ‏المعنعن
‏ ‏وهذا القول يرحمك الله في الطعن في الأسانيد قول مخترع مستحدث غير مسبوق صاحبه إليه ولا مساعد له من أهل العلم عليه وذلك أن القول الشائع المتفق عليه بين أهل العلم بالأخبار والروايات قديما وحديثا أن كل رجل ثقة روى عن مثله حديثا وجائز ممكن له لقاؤه والسماع منه لكونهما جميعا كانا في عصر واحد وإن لم يأت في خبر قط أنهما اجتمعا ولا ‏ ‏تشافها بكلام فالرواية ثابتة والحجة بها لازمة إلا أن يكون هناك دلالة بينة أن هذا الراوي لم يلق من روى عنه أو لم يسمع منه شيئا فأما والأمر مبهم على الإمكان الذي فسرنا فالرواية على السماع أبدا حتى تكون الدلالة التي بينا

"Mu'an'ən hədis ilə dəlilləndirmənin səhihliyi babı:
Sənədi bu şəkildə tənqid etmək fikri uydurulmuş, sonradan ortaya çıxarılmış, özündən əvvəl heç kəsin söyləmədiyi və elm əhlindən heç bir kəsin dəstəkləmədiyi bir görüşdür, beləki xəbər və rəvayət elminin əhli olan bütün ilk və son dövr alimlərin üzərində ittifaq etdikləri və geniş yayılmış görüş budur ki, əgər hər bir siqa kəs özü kimi birindən bir hədis rəvayət edərsə, eyni əsrdə yaşadıqlarına görə (həmin ravinin) onu görməsi və ondan (hədis) eşitməsi mümkündürsə, onların bir yerdə görüşmələrinə, şifahi danışmalarına dair hər hansı bir məlumat gəlməsə belə, həmin rəvayət sabit sayılır və onu hüccət kimi qəbul etmək qaçınılmazdır. Lakin bu ravinin hədisi rəvayət etdiyi kəsi görməməsinə və ya onu eşitməməsinə dair açıq-aydın bir dəlilin mövcud olması halı istisnadır. Lakin izah etdiyimizin (görüşmələrənin) mümkünlüyü ilə bilrikdə bunun qeyri-müəyyənliyinə gəldikdə isə, izah etdiyimiz (bir-birilərini görməmələri və ya eşitməmələri) dəlaləti istisna olmaqla, rəvayəti eşitmə halına həml etmək lazımdır."

"Sahih Muslim", səh: 18


Maraqlıdır Abu İbrahim özü ssılka verdiyi saytda İmam Ən-Nəvəvinin Muslimin cəfəngiyatına yazdığı şərhi oxumayıb? Mən inşaALLAH bə`zi bizə lazım olan mə`qamları tərcümə edəcəm:

İmam Ən-Nəvəvi yazır:
أن مسلما - رحمه الله - ادعى إجماع العلماء قديما وحديثا على أن المعنعن , وهو الذي فيه فلان عن فلان محمول على الاتصال والسماع إذا أمكن لقاء من أضيفت العنعنة إليهم

Muslim rahiməhullah filankəsin filankəsdən olan "mu`an`an" hədisdə an`anənin izafə edildiyi şəxslərin görüşmə imkanı olduğu halda ilk və son dövr alimlərinin bunun ittisala(sənədin qopuqsuz olması) və sima`ya(eşitməyə) həml oldunduğunda icma etdiklərini iddia etdi.


Deməli bu Muslimin iddiasından başqa bir şey deyil. Necəki qarşıda bu daha da aydın olacaq. İmam Ən-Nəvəvi davam edir:
ونقل مسلم عن بعض أهل عصره أنه قال : لا تقوم الحجة بها , ولا يحمل على الاتصال , حتى يثبت أنهما التقيا في عمرهما مرة فأكثر , ولا يكفي إمكان تلاقيهما . قال مسلم : وهذا قول ساقط مخترع مستحدث , لم يسبق قائله إليه , ولا مساعد له من أهل العلم عليه , وإن القول به بدعة باطلة وأطنب مسلم - رحمه الله - في الشناعة على قائله , واحتج مسلم - رحمه الله - بكلام مختصره : أن المعنعن عند أهل العلم محمول على الاتصال إذا ثبت التلاقي , مع احتمال الإرسال , وكذا إذا أمكن التلاقي . وهذا الذي صار إليه مسلم قد أنكره المحققون , وقالوا : هذا الذي صار إليه ضعيف

Muslim onunla eyni əsrdə yaşayanların bə`zilərinin belə dediklərini nəql etdi: "Onunla (mu`an`an hədislə) höccət qiyam edilməz(dəlil kimi istifadə olunmaz), onların ömürlərində bir dəfə və ya daha artıq görüşdükləri sabit olmayana qədər ittisala(sənədin qopuqsuz olmasına) həml olunmaz. Onların bir-birini görmə imkanı (yə`ni Muslimin nəzəri) kifayət etməz."

Muslim dedi: "Bu bir səhv, uydurulmuş, sonradan ortaya çıxmış, özündən əvvəl heç kəsin söyləmədiyi və elm əhlindən heç kəsin dəstəkləmədiyi bir fikirdir. Bu cür söyləmək batil bid`ətdir." Muslim rəhiməhullah bu fikrin müəllifini qəbahətləndirməkdə ifrata varmışdır. Həmçinin Muslim rəhiməhullah qısa sözlərlə (iddiasına)dəlil olaraq demişdir:" Mu`an`an hədis görüşdükləri sabit olduqda, elm əhlinin nəzərində irsal ehtimalı ilə birlikdə ittisala həml olunur. Görüşmək imkanı olduqda da bu cürdür.
Təhqiqatçı alimlər Muslimin bu dediklərini inkar edərək demişlər: Muslimin dedikləri zəifdir.....




Ardıyca İmam Ən-Nəvəvi Muslimin səhv, uydurulmuş, sonradan ortaya çıxan və s. ilə ittiham etdiyi nəzər sahiblərinə nümunə olaraq bu fənnin imamlarından olan əl-Buxari və Əli b. əl-Mədininin adlarını çəkir. Həmçinin mütəəxxirinlərdən əl-Qabisinin, Əl-Səm`aninin, əbu Əmr əd-Daninin də bu nəzəri dəstəklədiklərini bildirir. Abu İbrahimdə öz yazılarında bu məsələni təsdiqləyib:

Imam Muslim kitabında bu məsələdə icma olduğunu nəql etdikdən sonra İmam Muslim'dən sonra üç əsr ərzində gəlib keçmiş heç bir alim onun bu sözlərinə etiraz etməmişdir, lakin daha sonra İmam Muslim'in "əs-Səhih" əsərinə şərh yazmış əl-Qadi İyad - rahiməhullah - (vəf. hicri 544) gəlmiş və həmin əlavə şərti İmam əl-Buxari'yə və onun şeyxi Əli bin əl-Mədini'yə aid etmişdir; yəni iki ravinin bir-biriləri ilə görüşmələrini şərt görən və İmam Muslim'in bidət olaraq adlandırdığı bu görüşü həmin o iki böyük alimə nisbət etmişdir.
Bundan sonra məsələ çox təhlükəli bir dönüş nöqtəsinə varmışdır, beləki hədis elmində ən məşhur kitabı yazmış alim İbn Salah - rahiməhullah - (öl. hicri 643) əl-Qadi İyad'ın bu sözlərini qəbul etmişdir və ondan sonra bizim əsrimizə qədər gələn alimlər də ona tabe olmuşlar.



İmam Müslim'in bu görüşü muhaddislerce tenkide tabi tutulmuştur. İbnü's-Salah bu hususta şunu söylüyor: "Müslim'in söylediği hususta düşünmek lazımdır. Ayrıca Müslim'in reddettiği görüşün, Ali b.el-Medînî, Buharî ve bunlardan başka zevâtın üzerinde birleştiği görüş olduğunu söyleyenler de vardır" (İbnü's-Salah, Ulûmu'l-Hadîs, Nşr. Nureddin Itr, Beyrut 1981, s. 60). İbn Hacer'in bu konudaki değerlendirmesi de şöyledir: "Buharî'nin, hadislerindeki ittisâl yönünden Müslim'e üstünlüğü, birbirinden hadis nakleden ravilerin, bir defa da olsa, birbirleriyle karşılaşmış olduklarının sâbit olması hususunda ileri sürdüğü şart dolayısıyladır. Halbuki Müslim, bu ravilerin muâsır olmalarıyla yetinmiş ve Buharî'yi de ileri sürdüğü bu şart dolayısıyla ananeyi asla kabul etmemekle ilzam etmiştir; bir başka ifadeyle, onun an'an'eyi kabul etmemesi gerektiğini ileri sürmüştür (İbn Hacer, Nuhbetü'l fiker şerhi, terc. Talat Koçyiğit, Ankara 1971, s. 37).

Daha ətraflı burada


Abu İbrahim yazır:

Şeyx əş-Şərif Hatim əl-Auni isə yuxarıda adını qeyd etdiyimiz kitabında belə bir nisbətin əl-Buxariyə və digərlərinə aid edilməsini doğru saymamış və bunu kitabında isbat etmişdir. Bu, çox maraqlı bir mövzudur və inşəAllah bu bəhsdə ümumi mövzu haqqında və Şeyx Hatim əl-Auni'nin gəldiyi nəticələr haqqında məlumat verəcəyik.


Gözləyək görək əl-Auni nə yazıb.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru