Отправлено 03 ноября 2009 - 16:33
ALLAH razı olsun Peyğəmbərin xanımı Ümmü Sələmədən. Bu fitnələrin qarşısını almaq üçün əlindən gələni etdi.Lakin nə faydası........
Tarixçilər, sirə yazanlar, habelə ibni Əbil Hədid yazır ki, Aişə Ümmü Sələmənin yanına gəldi ki, Osmanın intiqamını almaq bəhanəsi ilə onu da müharibəyə təhrik etsin. Ona dedi: “Ey ibni Üməyyənin qızı! Sən Peyğəmbərin ilk hicrət edən arvadısan. Sən Ümmül-mömininlər arasında ən böyük şəxsiyyətsən. Peyğəmbər bizim növbələrimizi sənin evində bölüşdürürdü. Cəbrail də əksər vaxtlarda sənin evində nazil olurdu.
Ümmü Sələmə dedi: “Bu sözlərlə nə demək istəyirsən?”
Aişə dedi: “Camaat Osmanı tövbələtdilər. O tövbə etdikdən sonra orucağız olan halda və haram ayda qanını axıtdılar. Mən istəyirəm ki, onun intiqamını almaq üçün Təlhə və Zübeyr ilə birlikdə Bəsrəyə gedəm. Sən də bizimlə gəl, bəlkə ALLAH bu işi bizim əlimizlə həll etsin.
Ümmü Sələmə dedi: “Sən dünən camaatı Osmanın əleyhinə qiyama qaldırır, onun barəsində ən pis və nəlayiq sözlər deyirdin, ona “Nəsəl” deyə xitab edirdin. Sən həm də Əlinin (Ə) Peyğəmbərin (S) yanında olan yüksək məqamını yaxşı bilirsən. Onu sənin yadına salımmı?
Aişə dedi: “Bəli.”
Ümmü Sələmə dedi: “Yadındadırmı, bir gün Əli (Ə) Peyğəmbərin (S) yanına gəldi, biz də onun yanında idik. Peyğəmbər (S) Əli (Ə) ilə söhbəti çox uzandı sən onlara etiraz etmək istədikdə mən sənə mane oldum, lakin sən etina etmədin. Gedib hər ikisinə etiraz etdin. Bir azdan ağlar gözlə qayıtdın. Mən səndən soruşdum ki, nə olub? Sən dedin: “Mən gedəndə gördüm ki, omlar bir-biri ilə raz-niyaz edirlər. Mən Əliyə (Ə) dedim: “ Doqquz gündən biri mənimdir. Ey Əbu Talibin oğlu, nə üçün qoymursan ki, bu gün mənə çatsın?!”
Peyğəmbərin (S) üzü qəzəbdən qızarmış halda mənə buyurdu: “Qayıt! ALLAH and olsun, hər kəs Əlini (Ə) düşmən tutsa, imandan xaric olmuşdur.” Yadındadırmı, sən də peşman və qəzəbi halda qayıtdın?!
Aişə dedi: “Bəli, yadımdadır.”
Ümmü Sələmə dedi: “Yenə də sənin yadına salım: “Mən və sən Peyğəmbərin (S) yanında idik, O bizə buyurdu: “Görəsən sizlərdən hansınız çox tüklü dəvəyə minəcək və Hovəd itləri onlara hürəcək və o, həqiqi yoldan azacaq?! Biz dedik: “ Belə bir şeydən ALLAH və Onun Peyğəmbərinə pənah aparırıq!”
Peyğəmbər (S) əlini sənin kürəyinə vurub buyurdu: “Hümeyra, olmaya sən olasan?! Yadındadırmı, mən də səni qorxutdum?”
Aişə dedi: “Bu da yadımdadır.”
Ümmü Sələmə dedi: “Bunu da yadına sal ki, mən və sən Peyğəmbərlə (S) bir səfərdə idik. Əli (Ə)-da bir ağacın altında oturub Peyğəmbərin (S) ayaqqabısını yamayırdı. Atan (Əbu Bəkr) Ömərlə birlikdə gəldi. Biz pərdənin arxasına keçdik. Onların arasında bir qədər söhbət oldu, axırda dedilər: “Ya Rəsuləllah! Biz bilmirik ki, neçə ildən sonra bizim aramızdan gedəcəksən. Yaxşı olar ki, səndən sonra xəlifə və canişinin kim olacağını bizə xəbər verəsən, o, bizim üçün bir sığınacaq olsun.”
Peyğəmbər (S) buyurdu: “ Mən kimin canişin olacağını yaxşı bilirəm, lakin əgər desəm, Bəni-İsrailin Harunun ətrafından dağıldığı kimi siz də dağılacaqsınız.”
Onlar susdular və sonra çölə çıxdılar. Sonra biz Peyğəmbərin (S) yanına getdik. Sən bizim aramızda Peyğəmbərə qarşı cəsur olduğundan dedin: “Ya Rəsuləllah, onlar üçün kimi əmir və xəlifə təyin edəcəksən?”
Peyğəmbər (S) buyurdu: “O kəsi təyin edəcəyəm ki, mənim ayaqqabılarımı yamayır.”
Biz gəlib gördük ki, O, Əlidir.
Sən dedin: “Ya Rəsuləllah, mən Əlidən (Ə) başqa bir kəsi görmədim.”
Peyğəmbər (S) buyurdu: “O, elə dediyim şəxsdir.”
Aişə dedi: “Bəli, bunu da xatırlayıram.”
Ümmü Sələmə dedi: “Ey Aişə, onda bu nə qiyamdır ki, başlayırsan?”
Aişə dedi: “İstəyirəm ki, cəmiyyətdə islahat aparmaq üçün qiyam edəm!
Bu sösbətdən sonra İbin Qütüybənin “Ğəribul-hədis” kitabında nəql etdiyinə
əsasən Ümmü Sələmə Ayişənin evdən çıxıb Əli (Ə)-ın əleyhinə qiyam etməsinin qarşısını almaq istədi və dedi: Əgər İslamın sütunu əyilsə, bil ki, qadınların vasitəsilə düzəlməcək; əgər İslamın sütunu sınsa, qadınların vasitəsilə təmir olunmayacaq. Əgər Peyğəmbər səni bu çöllərdə dəvəyə minib o tərəfə -bu tərəfə getdiyini görsə, nə deyəcəksən ? Allaha and olsun, əgər sən bu yolla getsən, qiyamətin günü mənə desələr ki, Bərrin cənnətlərə daxil ol, sənin Əliyə qarşı etdiyin bu işə görə mən ora daxil olmağa həya edərəm. “
İbni Əbil Hədid Ümmü Sələmənin bu məktubunu (Nəhcul-bəlağa)-yə yazdığı şərhin 2-ci cildinin 79-cu səhifəsində qeyd etmişdir. Ümmü Sələmə yox gözəl imtahan verdi. O, Allah xatirinə, İslam ümməti və şəxsən Ayişənin öz üçün müəyyən sözlər deyib bəzi tədbirlər gördü, ən gözəl cihadı (əmr be məruf və nəhy əz münkəri) yerinə yetirdi. Onun etdiyi cihadla Ayişənin cihadı arasında nə qədər fərq vardır!
Sonra Ümmü Sələmə Məkkədən Əli (Ə) – a belə bir məktub yazdı:
“Amma bəd. Təlhə, Zübeyr və onların azğın ardıcılları Aişə və Əbdullah Amir ilə birlikdə qiyam etmək fikrindədirlər. Onlar iddia edib deyirlər ki, Osman məzlumcasına öldürülmüşdür. ALLAH onları öz cəzalarına çatdıracaqdır. ALLAHA and olsun, əgər ALLAH bizim evdən çıxmağımızı qadağan etməsəydi və sən də razı olsaydın, sənə kömək etmək üçün heç nəyi əsirgəməzdim. Amma indi ki, belə maneələr var, əvəzində oğlumu öz yerimə (Ömər ibni Əbi Sələmə) göndərirəm ki, hər yerdə sənin önündə olsun. Ya Əmirəl-möminin, onun barəsində yaxşılıq et.”
Ümmü Sələmənin oğlu Əmirəl-möminin Əli (Əleyhissalam)-ın yanına çatdıqda Həzrət ona çox ehtiram etdi. O, bütün hadisələrdə Həzrətin yanında idi.
Zeyd ibni Suhan da “Cəməl” müharibəsində Həzrət Əliyyibni Əbitalib (əleyhissalam)-ın qoşununda idi. O, döyüş meydanında ağır yara aldıqdan sonra torpağa düşüb, öz qanına qəltan olduğu zaman Əli (əleyhissalam) onun başı üstünə gəldi. Zeyd ömrünün son anlarında gözünü açıb o həzrətə baxdı, dodaqaltı dedi: “Ey Möminlərin əmiri! Mən sənin köməyinə heç də gözübağlı gəlməmişəm. Mən Peyğəmbərin zövcəsi Ümmü Sələmənin dediyi sözlərdən inandım ki, müsəlmanların rəhbərliyinə yalnız sən layiqsən. Ümmü Sələmə deyirdi ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurub:
مَنْ كُنْتُ مَوْلاَهُ فَعَلِيٌّ مَوْلاَهُ اَلّلهُمَّ واَلِ مَنْ واَلاَهُ وَ عاَدِ مَنْ عاَداَهُ وَانْصُرْ مَنْ نَصَرَهُ وَاخْذُلْ مَنْ خَذَلَه ُ
“Mən hər kəsin mövlasıyamsa (rəhbəri və ixtiyar sahibiyəmsə), Əli də onun mövlasıdır. Ilahi, onu sevən hər kəsi Sən də sev onunla düşmənçilik edən hər kəslə Sən də düşmən ol ona kömək edən hər kəsə Sən də kömək et onu xar etmək istəyən hər kəsi Sən də xar et!” Buna görə də çox narahat olub qorxurdum ki, sənə kömək etməsəm, Allah Qiyamət günündə mənim dadıma çatmayıb məni yalqız qoyar.”
“Qamusur-rical”, 4-cü cild, səh.256
Bu məktubun digər variantını da nəzərinizə çatdırırıq.
Ümmü Sələmənin Quranı gözəl bilməsini, elm və fəzilət əhli olmasını göstərən ən yaxşı dəlil onun “Cəməl” hadisəsində Aişəyə yazdığı məktubudur. Bu məktub həm də onun gözəl söz ustası və bəlağətli olmasını sübut edir və göstərir ki, o çox savadlı, işbacaran, təcrübəli, Allaha və Onun Rəsuluna itaət edən, insaflı, haqqı axtaran və müdafiə edən, əmr be məruf və nəhy əz münkər edən, qərəzsiz, təmənnasız Islam dinini və Əliyyibni Əbitalib (əleyhissalam)-ı sədaqətlə müdafiə edən, haqqa arxa duran, müsəlmanlara ürəyi yanan bir qadındır. O, həmin məktubda Aişəyə yazır:
اِنَّكِ جُنَّةٌ بَيْنَ رَسُولِ اللهِ(ص)وَبَيْنَ اُمَّتِهِ وَاِنَّ الْحِجاَبَ دُونَكِ لَمَضْرُوبٌ عَليَحُرْمَتِهِ وَقَد جَمَعَ الْقُرْأنُ ذَيْلَكِ فَلاَ تَنْدَحِيهِ وَسَكَّنَ عُقَيْراَكِ فَلاَتُصْحِرِيهاَ لَوْ ذَكَرْتُك قَوْلَةً مِنْ رَسُولِ اللهِ (ص) تَعْرِفِينَهاَ لَنُهِشْتِ بِهاَ نَهْشَ الرَّقْشاَءِ الْمُطْرِقَةِ ماَ كُنْتِ قاَئِلَةً لِرَسُولِ اللهِ لَوْ لَقِيَكِ ناَصَّةً قَلُوصَ قَعُودِكِ مِنْ مَنْهَلٍ اِليَ مَنْهَلٍ قَدْ تَرَكْتِ عُهَيْداَكِ وَ هَتَكْتِ سِتْرَهُ اِنَّ عَمُودَ الدِّينِ لاَ يَقُومُ بِالنِّساَءِ خَفْضُ الاَصْواَتِ وَ خَفْوُ الْاَعْراضِ اِجْعَلِي قاَعِدَةَ الْبَيْتِ قَبْرَكِ حَتّيَ تَلْقَيْنَهُ وَ اَنْتِ عَليَ ذاَلِكَ
“Peyğəmbərin hərəmi pis və yaramaz adamların şərindən uzaq olmalıdır. Bu hərəmi qorumaqda sənin çox mühüm payın vardır. Ey Aişə, sən bir qalxan kimi Peyğəmbərin hərəmini qorumalısan. Yadda saxla ki, sənə dəyən zərbə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in köksünə dəyibdir. Qurani-Kərim bu müqəddəs məqamı qorumaqla əlaqədar sənin vəzifəni tə`yin etmişdir. Sən çalışmalısan ki, Allah Rəsulunun evində olan örpək camaat arasına gəlməsin. Qur`ani-Kərim sənə evin içində yer vermişdir. Özünü xalqa göstərmə! (O, “vəqərnə fi büyutikunnə” ayəsinə işarə edir.) Əgər Peyğəmbərin buyurduqlarını sənə xatırlatsam, ilan vurmuş adam kimi həyəcanlanar, iztiraba düşərsən. Əgər sənin ərin Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz cavan arvadının əlində bayraq tutub özünü xalqın içində göstərdiyini, susuz dəvə kimi bir su gölündən başqa su gölünə tərəf hərəkət etdiyini, siyasi işlərdə fəaliyyətə başladığını, onunla bağladığı əhd-peymanını pozduğunu görsə, ona nə cavab verəcəksən?! Məgər bilmirsən ki, dinin sütunları qadınların əli ilə möhkəmlənməyib? Bilmirsən ki, qadınların əli ilə sütunların sınması bərpaolunmaz bir xəsarətdir?! Qadının zinəti budur ki, öz səsini yalnız zərurətin tələb etdiyi qədər ucaltsın, öz iffət, namus və şərəfini qorusun. Sən Peyğəmbərlə görüşəcəyin vaxta qədər evin bir küncünü özün üçün qəbir seç! Onunla bağladığın əhd-peymana vəfasızlıq etmə!”
“Nəhcül bəlağə”nin şərhi, (Ibni Əbil Hədid), 6-cı cild səh.219
Tarixçilər yazırlar: Aişə daha sonra Həfsə və Peyğəmbərin sair qadınlarının yanına adam göndərdi. (Onların hamısı bu zaman həcc mərasimini yerinə yetirirdilər.)
Aişə onları dəvət etdi ki, onunla birlikdə Bəsrəyə getsinlər. Həfsədən başqa heç biri ona müsbət cavab vermədi. Həfsəni də qardaşı Əbdullah ibni Ömər gəlib qaytardı.
İbni Əbil Hədid “Şərhu Nəhcül Bəlağə” 2 cild, səh 80
HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !