bu hədisə görə sayılan 10 nəfər cənnətlikdir. şiəyə görə bəli Hz. imam Əli (ə) cənnətlikdir. ancaq bu hədis uydurmadır. indi səbəbi aydınlaşacaq. əvvəlcə Əbu Bəkirdən başlayaq.
əzzə və cəllə olan Allah buyur ki: "Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!" (Nisa surəsi 92-ci ayə)
indi görək "Sıddıq" nə edib. Əbu Hüreyrə nəql edir; “Rəsulullah (s.ə.a) dünyadan köçüb Əbu Bəkir “xəlifə seçildikdən” sonar və ərəb tayfaları üsyan ettikləri zaman Ömər ibni Xəttab Əbu Bəkirə dedi; “Rəsulullah (s.ə.a); “İnsanlar Allahdan başqa ilah yoxdur deyənədək onlarla vuruşun. Hər kim Allahdan başqa ilah yoxdur deyərsə malını və canını qorumuş olar. Ancaq dildə deyib ürəkdə inanmasa (Əbu süfyan, Müaviyə və b. Kimi – bu mənim sözümdür) onun işi Allaha qalıb.” Buyurduğu halda sən necə insanlarla hərb edirsən?” Əbu Bəkir dedi; “Vallahi namazla zəkatın arasını ayıranlarala mütləq hərb edəcəyəm. Çünkü zəkat malın haqqıdır. Vallahi Rəsulullaha (s.ə.a) verdikləri zəkatı mənə verməsələr bundan ötrü onlarla hərb edəcəyəm.” Bundan sonar Ömər ibni Xəttab dedi; ”Vallahi yaxşı anladım ki Allah Əbu Bəkirin qəlbinə döyüş istəyi verib və O, haqlıdı” (Səhih-i Müslüm, iman kitabı, Allahdan başqa ilah yoxdur, Məhəmməd (s.ə.a) Allahın rəsuludur deyənədək insanlarla vuruşmağın əmri babı). göründüyü kimi “Sıddıq” ərəb tayfalarını zəkat vermədiklərinə görə qətl edirdi. Müsəlmanı öldürmək isə haramdır. Bu haqda Miqdad ibni Əsvəd nəql edir ki; “Mən Rəsulullaha (s.ə.a) dedim; “Ya Rəsulullah (s.ə.a) nə buyurursan? Mən küfr edən bir adama rast gəlsəm və həmin şəxs mənimlə vuruşsa və əllərimdən birini qılıncla vuraraq kəssə sonar qaçıb bir ağaca sığınsa və; “mən Allaha təslim oldum” desə bu sözdən sonar onu öldürə bilərəm? Rəsulullah (s.ə.a); “Onu öldürmə” dedi. Mən; “ Axı o mənim əlimi kəsdi ondan sonar bu sözü dedi.” dedim. Rəsulullah (s.ə.a); “Onu öldürmə çünkü öldürsən o sənin onu öldürməzdən əvvəlki vəziyyətinə keçər. Sən də onu dediyi sözdən əvvəlki vəziyətdə (yəni kafir) olarsan” dedi. (Səhih-i Müslüm, İman kitabı, Allahdan bbaşqa ilah yoxdur dedikdən sonar kafiri öldürməyin haram olması babı). Indi deməyin ki, onlar zəkat vermirdilər və buna mömin deyildilər, siz bir deyin görək onlar nə üçün zəkat vermirdilər?
növbə "Faruqundu" indi onun necə cənnətlik olduğuna baxaq:
əzzə və cəllə olan Allah buyurur ki: "Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!" (Maidə surəsi 44-cü ayə). Bu bütün müsəlmanların inancıdır, çünkü Allahın əmri haqdır. Indi isə baxın nə olub: Səid ibni Əbdürrəhman ibni Əbza atasından nəql edir; “Bir adam Ömərin yanına gələrək; “Mən cünub oldum və su tapa bilmədim necə namaz qılım” dedi. Ömər; “Namaz qılma, cavabını verdi." Bundan sonra Əmmar; “xatırlayırsanmı ya Ömər mən səninlə bir səfərdə idim. İkimizdə cünub olduq ancaq, su tapa bilmədik. Sən namaz qılmadın amma, mən torpaqda sürtünərək namaz qılmışdımş Rəsulullaha (s.ə.a) dedikdə dedi ki; “sənə sadəcə əllərini yerə vurmaq, sonra üfürərək onlarla üzünə və qollarına məsh etməyin bəs edərdiş” Bundan sonra Ömər; “Allahdan qox ey Əmmar” dedi. Əmmar isə “istəyirsən bunu heç kimə deməyim” cavabını vermişdi.” (Səhih-i Müslüm, Heyz kitabı, Təyəmüm babı). göründüyü kimi “raşidi xəlifə” Allahın kitabının əksinə hökm verir və üstəlik elə vəziyyət yaranır ki, hökmü xatırladan Əmmar ® üzr istəyərək "istəyirsən bunu heç kimə deməyim" cavabını verir. Görəsən O, “Allahın ayələri ilə hökm etməyənlər kafirlərdir” ayəsini eşitməyib. Sünnülər deyəcəklər; “Ömər ictihad edib”. Biz isə deyirik; “allahın hökmü qarşısında?”
növbə “zinnureynə” gəldi, görək o nə edib ki, cənnəti qazanıb?
Uca Allah buyurur ki: “Söylə: “Allaha və Peyğəmbərə (Onun Peyğəmbərinə) itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri (haqdan üz çevirənləri) sevməz!”. Indi görək zinnureyn Allah və Rəsulunun əmr etdiyi işə tabe olubmu yoxsa? Səid ibni Müseyyib nəql edir ki; “Əli (ə) ilə Osman bir yerə gəldilər, Osman mütəni və ümrəni nəhy edirdi. Əli (ə) dedi; “Rəsulullahın (s.ə.a) etdiyi bir işə qarşı nə demək istəyirsən, onu niyə qadağan edirsən?” Osman dedi; “bizdən bunu soruşmaqdan əl çək”. Əli (ə) isə cavabında; “mən səni qoymaram” dedi. Bunadan sonra Əli (ə) caiz bildiyi üçün mütə ilə ümrənin ikisinə birdən niyət edtdi.” (Səhih-i Müslüm, Həcc kitabı, Təməttu babı). Görünür Osman özünü Rəsulullah (s.ə.a) və Elm şəhərinin qapısı olan Əli ibni Əbu Talibdən elmli bilirmiş.
Сообщение отредактировал Elmeddin.88: 11 октября 2009 - 10:41