Bütün Xanımlar kimdən nümunə götürməlidir? 2 Dünya və Xanımlar Xanımı,Möminlərin anasından deyil mi?
Mən sadəcə olaraq onu qeyd etdim ki,Allah dərgahında ən üstün Xanım belə hərəkət edirsə,demək ki,o hərəkətlə bizə də bildirir ki,bu daha gözəldir
al-İslam
Nəzərə almaq lazımdır ki, Zəhra xanımın (ə) dövrü, yaşadığı yer, iqlimlə bizimki çox fərqlidir, ən əsası isə cəmiyyətimiz fərqlidir. Biz 14 əsr əvvəlki geyimlərə necə riayət edə bilərik? Əsas olan şəriətdə göstərilən zəruri qaydalara (örtülməsi vacib olan yerlərin örtülməsi) riayət etməkdir
doktor Əli Şəriəti..
QADININ ÜÇ FORMASI
Müsəlman cəmiyyətində üç növ qadınla rastlaşırıq: müqəddəsnüma dindar qadın; son dövr artmaqda olan Avropa görünüşlü dindar qadın; bir də Fatimə görünüşlü, Fatimə xislətli qadınlar! Nə birinci, nə də ikinci qrup qadınlarla Fatimə arasında heç bir oxşarlıq yoxdur.
Bu günkü dünyada, xüsusi ilə də şərqdə, fərdi və ictimai təbəddülatlar nəticəsində cəmiyyətdə demək olar ki, qarşı-qarşıya dayanmış “ziyalı-müasir” və “mühafizəkar-dindar” təbəqələri formalaşmışdır. Bu ziddiyyətin qarşısını almaq imkansızdır. Cəmiyyət dəyişdikcə kişi geyimləri, paralel olaraq qadın geyimləri, ümumiyyətlə həyat tərzi dəyişilir. İnsan əbədi bir qəlibdə qala bilməz.
Sabit, dəyişməz ictimai zamanın dayandığı bir mühitdə həm kişi, həm qadın sabit bir tip olur. Belə mühitdə sözsüz ki, qız ananın surəti olmalıdır. Belə mühitdə ana və qız çox əhəmiyyətsiz məsələlər barəsində mübahisə edə bilərlər. Dəyişməz cəmiyyətlərdə dəyərlərə qarşı yekdil münasibət olur. İki insan qrupu arasında yalnız məişət zəminində mübahisə yaranır.
Amma bu gün əxlaqlı qız öz əxlaqlı anasından “uzaq” düşmüşdür və onlarda bir-birinə qarşı biganəlik var. Cəmi 20-25 yaş bir-birindən fərqlənən bu insanları, eyni bir cəmiyyətdə yaşamalarına baxmayaraq, yalnız şəxsiyyət vəsiqəsi bağlayır
Bu yanaşma qadına münasibətdə daha aşkar görünür. Qadından tələb olunur ki, o qədimdə necə idisə, elə də qalmalıdır. İddia edirlər ki, qadın üçün bu qəlibi İslam bəyənmişdir və dünyanın sonunadək qadın belə qalmalıdır. Dünya dəyişir, hər şey dəyişir, ata, ər, oğul dəyişir, amma qadın sabit qalmalıdır?! Guya Peyğəmbər (s) bu qəlibi seçmiş və bu beləcə də qalmalıdır. Nə böyük nadanlıq!
Bu insanlar anlamırlar ki, dəyişikliklərin qarşısını almaq imkansızdır. Onsuz da bu yersiz tələblərə əhəmiyyət verən yoxdur. Bəli, dövr dəyişir, cəmiyyət yeniləşir, adət-ənənələr, qayda-qanunlar yeni forma alır. Həqiqət isə sabitdir. Dövrün karvanı bütün maneələri ayaqları altında əzəsidir.
Bəzən köhnəliyi qoruyub saxlamaq üçün dindən istifadə edirlər. Hansı ki, ölmüş, çürümüş köhnəliyi dinin köməyi ilə yaşatmaq mümkün deyil.
Köhnə adətlərlə nadancasına yüklənmiş din özü haldan düşür. Hətta elə olur ki, din köhnəliyin ağırlığına tab gətirmir.
Dinin adət-ənənə ilə bir tutulması nəticəsində, qəlbi yenilik eşqi ilə dolu olan hərəkatlar dini də köhnəliyə qatıb səhnədən çıxarmaq istəyirlər.
Diqqətli olun! Dini, İslamı köhnəliklərə qarışdırmayın! Məsələn, qaynatası ilə qəfil rastlaşan gəlin, guya hörmət üçün qucağındakı körpəni daş döşəməyə atırsa, bu din yox, köhnəlikdir
http://www.haqqyolu....=20081203041857