Allahın buyurduğu üzrə xanımların geyinməyini uyğun görürəm (mənim fikrim). İstər hicab olsun, istər niqab, istər çadra və s. Mənim fikrim xanımlara çadra diktatorluğu etmək deyil, çadraya geridə qalmışlıq deyənlərin puç fikirdə olduğunu söyləməkdir.7-ci əsrdə "dəb" hicab idi, libassızlığa pis baxılırdı, 21-ci əsrdə isə dəb çılpaqlıq sayılır və çadraya pis baxırlar. (çox təəssüf)
Problem aydındır...əxlaqsız qruplaşmaların həyata baxış tərzi dəb deyil. Dəb tamam başqa anlayışdır. Maraqlıdır ki, çadranın 7-ci əsr dəbi olduğunu etiraf edir, həmçinin də onu 21-ci əsrdə dünyəvi qanunlarla idarə olunan cəmiyyətə tətbiq etmək istəyirsiniz. Niyə özünüz 14 əsr əvvəlki dəbi geyinmir, amma qadınlara uyğun görürsünüz?!
Vaxtı ilə çadranı atdılar və qəhrəmanlıq hesab olundu və ...
21 ci əsrin dəbini həmən qruplaşmalar deyilmi? İlk öncə dedilər ki dəb belədir, misal üçün bir qrup imansız çıxdı hicabdan keçdi o dediyinə, gördülər ki imanlıları çıxarda bilmirlər, nə edək? Həmən müasir, lakin şəriətə uyğun olmayan hicab dəblərini atdılar ortaya. Və bu cür "hicab"ları da imanlılar lakin savadsızlar qəbul elədi. Amma imanı və ağlı başında olan xanımları heç kəs yoldan çıxara bilmədi. Salam olsun onlara