Salam aleykum.
Vüsal, bir-az insafaları olsaydı əvvəlki yazıları oxuyardılar, çünki elə əvvəlki yazılarda belə mərhum şəhid Mütəhhəri (rəhmətullahi əleyh) ilə bağlı şübhələrə cavab verilib.
Təkrarən cavablamaqdan öncə bir müqəddiməni qeyd etmək istərdim. Əvvəla, bir alimin rəyi tarixi rəy ola bilməz. Analitik tarixə fərqli baxışlar ola bilər. Belə məsələlərdə sırf tarixçilərin rəylərinə söykənmək lazımdır. İkincisi, tarixi yöndən götürsək Mütəhhəridən qat-qat üstün alimlər olub və var. Misal üçün, Əllamə seyyid Mürtəza Əskəri (rəhmətullahi əleyh), Əllamə Mamaqani (rəhmətullahi əleyh), Əllamə Əmini (rəhmətullahi əleyh), Əllamə seyyid Hüseyni Milani və s. böyük tarixçilər olan yerdə Mütəhhərin sözlərini dəlil gətirmək səhvdir və yersizdir. Ən azı bu tarixçilər sırf İmam Hüseyn (ə) mövzusunda böyük təhqiqatlar aparıblar. Qayıdaq Mütəhhəriyə...
Mürtəza Mütəhhəri yazır:
«Əməvilər elə bir iş gördülər ki, İslam ləyaqətini müsəlmanlar arasında öldürdülər. Küfə İslam ordusunun mərkəzi olub. Əgər İmam Hüseyn (a) Küfəyə getməsəydi, bu gün bütün dünya tarixçiləri onu məzəmmət edərdilər ki, İraq İslam ordusunun mərkəzi olub və onlar da səni Küfəyə dəvət ediblər ve on səkkiz min nəfər de sənin Küfədə ki nümayəndənə beyət ediblər və sənə on iki min məktub göndəriblər, bütün bunların qarşısında sən nə üçün Küfəyə getmədin? Məgər İraqdan da yaxşı və üstün yer var idimi? Ümumiyyətlə, Küfə Peyğəmbərdən (s) sonrakı döyüşlərdə Ömər ibn Xəttabın göstərişi ile İslam goşununun yerləşməyi üçün salınmış bir şəhərdir və Küfə əhlindən daha şücaətli və cəngaver olan yox idi. Eyni zamanda on səkkiz min beyət edən ve on iki min məktub göndərən bir camaat, ibni Ziyadın üzünü görməklə, hamısı qaçırlar. Niyə?»
Şəhid Mürtəza Mütəhhəri - «Həmaseye Hüseyni», 1/91-92
"Niyə?" sualının cavabını elə Mütəhhərinin (rəhmətullahi əleyh) öz dilindən qeyd edək ki, vəhhabilərin dilləri bir-başa bağlansın və birdə bu mövzuya heç nəzər belə etməsinlər.
Mütəhhəri yazır:
«Çünki Ziyad ibn Əbih illərlə Küfədə hakimiyyət sürmüşdür, o gədər göz çıxartmışdı, o gədər əl-əyaqlar kəsmişdi, o gədər qarınlar yırtılmışdı, zindanlarda o gədər adamlar öldürülmüşdü ki, onlar tamamilə öz ləyaqətlərini əldən vermişdilər.»
Şəhid Mürtəza Mütəhhəri - «Həmaseye Hüseyni», 1/92
Dərhal sonra Mütəhhəri gözəl və düşündürücü bir cümlə qeyd edir...
«Çünki Əməvilər müsəlman millətinin ləyaqətinin əlinden almışdı, artıq heç kəs ozünde o İslami hissləri görmürdü».
Mütəhhərinin digər fikirlərini bu statusda qeyd olunub. Əllamə Mamaqani, Əllamə İştihardinin sırf tarixi fikirlərini isə bu postda oxumaq olar. Əllamə seyyid Hüseyni Milaninin isə ayrıca من هم قتلة الحسين عليه السلام؟ شيعة الكوفة؟ ("İmam Hüseyni (ə) kimlər öldürdü? Küfə şiələri") adlı kitabı var ki, həmin kitabda bütün məsələləri dərindən araşdırıb. İnsaf əhli həmin kitaba müraciət edə bilər.Allah hər birimizi 14 məsumun yoluna müşərrəf və hidayət eləsin! Həmçinin, Qiyamət günü Əhli-beytin (ə), məxsusən də İmam Hüseynin (ə) imamətini qəbul edənlərdən qərar versin. Amin!