'Vey-sal' сказал(а)
Birden vehabi zad olar. Sonra qizi da vehabiye ere verer. Bedbext eliyer. Oqlan ve qiz momindilerse qoy tezlikle evlensinler. Belke kishini de imana getirdiz.
Amma sheriete gore (muselmandirsa!) gec-tez valideynin halaliqini almaq lazim olar, yeqin
Elə onun kimi bir şeydir. Şiə namazı qılır, amma "elmli" kimi tanıdığı bir nurçu tanışı var, onun yanına gedib-gəlir, elə dediyinə görə, təlağı da ona oxutdurub

)
'Ehli beyt ashigi' сказал(а)
Qardaşım baxır əqd hansı şərtlərlə oxunub.Yəni öz aralarında necə razılaşıblar ,bəlkə elə müvəqqəti əqd oxunub bir birlərinə məhrəm olub harasa qedib gəlmək ücün.
Qız bakirədirsə onun atasının mütləq halallığı lazımdır.
Əqd daimi kəbin kimi oxunub, heç bir xüsusi şərt filan olmadan. 52 qram qızıl mehriyyə yazılıb, şahidlər, valideynlərin halallığı və s. hamısı öz yerində. Təbii ki, əvvəlcədən (nişanlanarkən) oxunmasının səbəbi məhrəm sayılsınlar deyə olub, yoxsa toy olmamış başqa nəyə görə oxunacaq ki. Amma yenə də müvəqqəti söhbəti filan olmayıb. Bakirədir, halallığa da gəldikdə, islamda halallığı neçə dəfəyə alırlar bəyəm?

'Gunahkar' сказал(а)
Əqd oxunubsa ixtiyar oğlanın əlindədir və qızın atası təlaq oxutdura bilməz. Üzük isə, şəri baxımdan şərt deyil. Oğlan qızı şəri baxımdan qaçırtmır. Sadəcə atası evindən götürüb öz evinə gətirir. Burada heç bir problem yoxdur. Bu ürfdə qaçırmaq sayılacaq. Şəri baxımdan öz halalıdır.
P.S. Bəzi ataların bu problemi var da... Öz burunlarının ucundan başqa bir yeri görmək istəmirlər.
Məsələ də bundadır ki, qardaş qızı götürüb evinə apararsa, bu əməlin şəri baxımdan "qaçırmaq" sayılıb-sayılmamasını bilmək istəyir. Çünki məncə müctəhidlər qız qaçırmağı caiz bilmirlər. Ancaq güman ki, onlar dədə-baba qaydası ilə qaçırmağı nəzərdə tuturlar. Bu vəziyyətdə isə, sən dediyin kimi, yalnız ürfdə buna qaçırmaq kimi baxacaqlar, atası çəkəcək şalvarını başına ki, ay haray, qızımı qaçırıblar

)
Allah hamınızdan razı olsun. Görək də nə olur. Qardaş bir tanış vəkil tapıb, onunla da məsləhət edib. Hüquqi baxımdan sonradan bir problem olmasın deyə, fikri belədir ki, əvvəlcə qızın ərizəsini yerli polis bölməsinə təhvil versin. Yəni, mən filankəs öz razılığımla filankəsə ərə gedirəm və s. Ərizənin məzmunu təfsilatı ilə yadımda deyil, orda başqa şeylər də yazılmalıdır. Sonra da dərhal gedib ZAQS-da qeydiyyatdan keçməlidirlər. Bundan sonra əgər qızın atası polisə şikayət etsə ki, filankəs mənim qızımı qaçırıb (hansı ki, buna 99% ehtimal var), onda polis o ərizəni kişinin gözünə soxacaq və deyəcək ki, sürüş burdan, əks halda sənin özünü bu hərəkətinə görə mühakimə edərik. 20-30 gündən sonra isə, namaz əhlindən olan nisbətən yaşlı 3-4 nəfəri atasının yanına göndərmək istəyir. Oturub onu dinlə, şəriətlə, insafla başa salmağa çalışarlar, başa düşər, lap yaxşı, barışarlar, başa da düşməz, özü bilsin.
Allaha təvəkkül, inşallah yaxşı olar.