Перейти к содержимому


Фотография

Baş yarmağın (tətbirin) hökmü nədir?


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 257

#181 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 03 декабря 2012 - 18:29

Yasir Həbib səfeh, vəhhabilər ondan da səfehdi-Ayətullah Məkarim

Sual:Salam.Londonda yaşayan Yasir Əl Həbib-i şiə alimi hesab etmək olarmı. Onun fikirləri nə qədər etibarlıdır.
Cavab: Bismillahir-rəhmanir-rəhim.

Sizə Allahın salam və rəhməti olsun.

İslam alimləri onun təxribatçı olduğunu, müsəlmanlar arasında ixtilaf yaratmaq məqsədi daşıdığını qeyd edirlər. Əgər Yasir əl-Həbib İslam naminə bir iş görsəydi İngiltərə ona siğıncaq verməzdi.

Bir sıra müctəhidlərin hökmünə əsasən, Əhli-sünnənin inanclarını təhqir etmək haramdır.

http://haqqyolu.com/...ndex/1/page:190


#182 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 06 декабря 2012 - 02:35

Qardaşlar,
1.Yasir əl-Həbib barədə onun müxaliflərinin fikirlərinə etina etmək? Yasirin də fikirləri onlar barədə "xoşdur".
2.Haqqyolu org iranskiy saytdır bununlada çox şey aydın olur. Digər müsəlman ölkələrinin saytlarına nəzər yetirin məsələn aqaed.com-tatbir.
3.Mümkündürsə zəhmət olmasa haqqyolu.org saytından İmam Xomeyninin həmin fətvasını rica edin. İmam Xomeyni və Ayətullah Sistaninin nəzərləri barədə ixtilaflara rast gəlinir. Zahir budur ki, haqqyolu.org öz nəzərinin təsdiqi kimi bu ixtilafdan öz xeyirinə istifadə edir.


Elməddin,
Xanım Zeynəb (s.a.) haqqında olan rəvayət barədə öz nəticələrini kənara qoymağı rica edirəm. Əllamə Məclisinin "bəzi mötəbər kitablarda mürsəl olaraq rast gəlmişəm" sözü sadə bir söz deyil. Əllamə deyibsə deməli o cür də var. Şəxsən özüm yoxlamamışam ancaq oxuduğuma görə həmin kitablar "Müntəxəb" (Fəxrudiin ət-Tureyhi), "Cilaul-Uyun" (Abdullah Şubbar) və "Avamil-imam əl-Huseyn"dir (Abdullah əl-Bəhrani). Hədis barədə nəzərlər fərqlidir. Səhih olduğunu, zəif olduğunu, etibarlı olub olmadığına asanlıqla rast gəlmək olur, lakin sənin dediyin kimi uydurma olduğunu deyənə rast gəlməmişəm. Mətninə və sənədinə etirazlar və bu etirazlara cavablar var. Birdəki sən deyən kimi Yasir əl-Həbib Əllamə Məclisini cahil adlandırmayıb, bu hədisin zəif olduğu üçün fiqhi məsələdə hökm çıxartmağa yaramadığını söyləyənləri cahil adlandırıb.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#183 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 06 декабря 2012 - 03:17

(Yaqub) onlardan üz döndərdi və: “Heyf Yusufdan!”– dedi. Kədərdən onun gözlərinə ağ gəldi. O, (dərdini öz içində) saxlayırdı.
Onlar dedi: “Allaha and olsun ki, Yusufu sən tez-tez yada salmaqla axırda əldən düşəcək, ya da öləcəksən”.


Elməddin,
Ayələri diqqətlə oxuyaq. Bu 2 ayə məsum bir şəxsin itkisi müqabilində ölüm həddinə çatana qədər lakin ölməmək şərti ilə səbrsizlik göstərməyin caiz olduğuna dəlildir. Söhbət təkcə sənin iddia ettiyin kimi ağlamaqdan getmir, ağlamaq müsibət zamanı baş verən hallardan yalnız biridir. Müxtəlif insanlarda bu hal müxtəlif ola bilər. Oğlanlarının sözlərini diqqətlə oxu ümum mənanını tutmağa çalış.


İmam Səccad a.s.-da haldan-hala düşürdü az qalırdı ki, atasının itkisinin kədərindən can versin.
"Ağlatmaq hədisi"nə gəldikdə isə əvvəldə də bildirdiyim kimi hədisdə necə ağlat deyə bir şey yoxdur. Baş yarmaq da o dəhşətli günləri xatırladan bir metoddur insanı istər istəməz haldan-hala salır, ağladır.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#184 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 06 декабря 2012 - 10:01

Xanım Zeynəb (s.a.) haqqında olan rəvayət barədə öz nəticələrini kənara qoymağı rica edirəm.

əziz qardaşım, bu mənim nəticələrim deyil, hədis elminin ortaya qoyduğu ümumi bir qayda qanunun nəticəsidir. məgər hədisin səhih olması üçün ittisal və ravilərin güvənilir vəya mədh edilmiş olmağı hədis elminin şərtlərindən deyil? amma bu rəvayətdə bunların heç biri yoxdur, nə ittisal, nədə güvənilir ravi.

Əllamə Məclisinin "bəzi mötəbər kitablarda mürsəl olaraq rast gəlmişəm" sözü sadə bir söz deyil. Əllamə deyibsə deməli o cür də var.

yox əziz qardaşım, məsələ fərqlidir. misal üçün bir kitabı qeyd edim. "Fiqh ər-Riza" kitabı, Əllamı Məclisi və atası I Məclisi -Allah ikisindən də razı olsun- bu kitabı mötəbər qəbul etmişdirlər. ancaq Seyyid xoi və Seyyid xomeyni r.a bu kitabın imam a.s-a aid olduğunu qəbul etməyib və kitabın müəllifini məçhul sayıblar. dəlilləri də tutarlıdır. burada Əllamə r.a-ın hansı kitabı qəsd etdiyi bilinmir.

hətta kitab mövzusunu keçsək belə digər problemlər var, sənəd müttəsil deyildir, ravi isə heç bir rical kitabında, ümumən bu rəvayətdən başqa heç bir yerdə zikr edilməyib.


Şəxsən özüm yoxlamamışam ancaq oxuduğuma görə həmin kitablar "Müntəxəb" (Fəxrudiin ət-Tureyhi), "Cilaul-Uyun" (Abdullah Şubbar) və "Avamil-imam əl-Huseyn"dir (Abdullah əl-Bəhrani).

bu kitablar üçün cild və səhifə nömrəsi qeyd edilsə idi araşdırardıq. xahiş edirəm, əgər səndə bunlar varsa yaz ki, araşdıraq. amma hər halda, elə düşünürəm ki, bunlarda "Bihar əl-Ənvar" kitabından Əllamə r.a-ın sözlərini nəql ediblər. çünkü hamısı Əllamə r.a-dan sonra yaşamışdırlar.

Hədis barədə nəzərlər fərqlidir. Səhih olduğunu, zəif olduğunu, etibarlı olub olmadığını lakin sənin dediyin kimi uydurma olduğunu deyənə rast gəlməmişəm.

əziz qardaşım, səndən çox xahiş edirəm bu hədis haqqında özün araşdırma apar. sən burada hədis deyə bir şey görürsənmi? ortada zəif və ya səhih bir sənəd yoxdur, bir kitab yoxdur, sadəcə o dövrə isnad edilən, hadisələri gördüyünü deyən bir şəxs var ki, bunun da adı heç bir rical kitabında, hətta bu hədisdən başqa heç bir hədisdə yoxdur. sən bunu səhih və ya zəif qəbul edirsən?

Mətninə və sənədinə etirazlar və bu etirazlara cavablar var.

axı burada nə cavab ola bilər? məgər bunun bir sənədi, nəql olunduğu bir kitab, nəql edən bir ravi varmı ki, cavab olsun?

Ayələri diqqətlə oxuyaq. Bu 2 ayə məsum bir şəxsin itkisi müqabilində ölüm həddinə çatana qədər lakin ölməmək şərti ilə səbrsizlik göstərməyin caiz olduğuna dəlildir. Söhbət təkcə sənin iddia ettiyin kimi ağlamaqdan getmir, ağlamaq müsibət zamanı baş verən hallardan yalnız biridir. Müxtəlif insanlarda bu hal müxtəlif ola bilər. Oğlanlarının sözlərini diqqətlə oxu ümum mənanını tutmağa çalış.

İmam Səccad a.s.-da haldan-hala düşürdü az qalırdı ki, atasının itkisinin kədərindən can versin.
"Ağlatmaq hədisi"nə gəldikdə isə əvvəldə də bildirdiyim kimi hədisdə necə ağlat deyə bir şey yoxdur. Baş yarmaq da o dəhşətli günləri xatırladan bir metoddur insanı istər istəməz haldan-hala salır, ağladır.

bəs deyə bilərsənmi nə üçün bu 2 məsumdan -Hz. Yəqub və Hz. Səccad a.s- heç biri götürüb öz başına bir dəfə olsun qılınc vurmayıb? qılınc vurmağı keç, niyə heç üzünə-başına şillə vurmayıb, köz üstündə yeriməyib. bunu deyən bir nəfər var? Allah üçün de, burada tətbirə aid olan nə isə var? bu ayəyə dayanaraq hər kəs öz qohumunu, yaxınını itirəndə götürüb başına qılınc vura, köz üstündə yeriyə, zəncir ilə özünü döyə bilərmi? madam ki, bu 2 məsumun əməli -hərçənd ki, Hz. Səccad a.s-ın əməli sübut olunmayıb- ölüm həddinə çatana qədər lakin ölməmək şərti ilə səbrsizlik göstərməyin caiz olduğuna dəlalət edir onda niyə bu məsumlar a.s və ya onlardan sonra gələn məsumlar a.s-ın heç birini başına qılınc vurmayıb?

Сообщение отредактировал Elmeddin.88: 06 декабря 2012 - 10:01


#185 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 07 декабря 2012 - 17:37

Qəribə yanaşma nümayiş etdirirsən. Mən ümum məlumat üçün bildirirəm ki, ALİMLƏRİN rəvayət barədə nəzərləri MÜXTƏLİFdir, sən isə rəvayətin səhih olmadığını sübut etməyə çalışırsan. Sanki baş yarmağın caiz olduğuna inananlar hamılıqla bu rəvayətin səhih olduğunu iddia edirlər!? Rəvayət mürsəl olduğu halda belə (ən pis halda belə) bəzi alimlərin nəzərinə görə FİQHİ MƏSƏLƏdə istifadəyə yararlıdır. Yasir əl-Həbibin də söylədiyi budur, diqqət et!
Məlumat üçün bildirim ki, "mürsəl hədis" GENİŞ ANLAYIŞdır fərqli görüşlər var. Həmçinin mürsəl hədisin höcciyyəti barədə də nəzərlər fərqlidir.

Səhv etmirəmsə sən hədisin məchul olduğunu bildirirsən yəni ravinin adına heç bir rical kitabında rast gəlinmir. Mirdamada görə məchul hədis 2 qismdir, istilahi məchul və lüğəvi məchul. O zaman bu hədis lüğəvi məchul hədisdir, bu cür hədisin nə zəifliyinə nədəki səhihliyinə hökm verilmir daha sənin söylədiyin kimi uydurma və s. hökmü verilmir.


Əllamə Məclisi səhv edə bilər bunu heç kim inkar etmir, eləcədə adlarını çəkdiyin alimlərlər də səhvdən sığortalanmayıblar. Söhbət Əllamənin sözünün qiymətindən gedir, sənin söylədiyin kimi "sadəcə......" deyil, diqqətli ol!







فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#186 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 07 декабря 2012 - 18:49

əziz qardaşım, mən artıq söhbəti davam etdirməyi münasib görmürəm. davam etək istəyənlərlə söhbət edə bilərsiniz.

#187 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 07 декабря 2012 - 19:19

Yuxarıda da dəfələrlə qardaşlar tərəfindən bildirilib ki, söhbət əməlin caizliyindən gedir vacibliyindən yox. İstəyən bu əməli yerinə yetirər istəməyən yox. Bəzən müxaliflər tərəfindən belə bir suala rast gəlirik ki, nəyə görə filan alim aşura mərasimində sinə vurmur, zəncir vurmur, başını yarmır və s.? Sanki, bu əməlləri yerinə yetirmək vacibdir. Bu cür cahillər sadə şeyi unudurlar ki, alim öz payına düşən, DAHA ƏHƏMİYYƏTLİ olan moizəsini edir, tarixi xatırladır, məclis iştirakçılarını ağladır və s. Bu halda qeyri-alimlərin payına isə ağlamaq, mərsiyə, sinə və zəncir vurmaq, bəzi yerlərdə tətbir, başa torpaq tökmək və s. düşür.

Yəqub peyğəmbər və imam (hər ikisinə Allahın salamı olsun) bizə öz əməlləri ilə ümum qanunu çatdırıblar, diqqət elə! Bu qanun ondan ibarətdir ki, məsum bir şəxsin faciəsi müqabilində intihar etməmək (şəriətin ana qanunlarına zidd olmamaq) şərtilə səbirsizlik göstərmək caizdir. Faciə müqabilində səbirsizlik GENİŞ ANLAYIŞdır. Bura ağlamaq, yaxa cırmaq, sinə vurmaq, başa gözə vurmaq, başa torpaq tökmək, zəncir vurmaq, baş yarmaq və s. hamısı daxildir.


Ümumiyyətlə istər Quran ayələri istərsə də hədislər bizə ümumi və xüsusi qanunları çatdırır. O alimlərin işidir ki, hər hansı bir əməl barədə xüsusi bir ayə, yaxud hədis olmadıqda umummənalı ayə yaxud hədis vasitəsiləkonkret bir əməl barədə hökm çıxarmağa çalışırlar. Niyə İmam filan əməli etmədi, niyə peyğəmbər filan sözü demədi cəhalətdən başqa bir şey deyil. O qədər mübah, caiz əməllər var ki, peyğəmbər və imamlar onu etməyiblər.

Tətbirin ilkin dərəcəli hökmü kimliyindən asılı olmayaraq bütün alimlərə görə mübahdır, müstəhəb, caiz və yaxud haram olmağı isə ikinci dərəcəli hökmdür, diqqət elə! Bu isə alimlərin nəzərlərindən asılı olaraq dəyişə bilir.

İynə batırmağın, baltanın isə aşura hadisəsi ilə əlaqəsi yoxdur. Həmin dövrdə silah, qılınc xəncər, ox və s. olub. Əhli-beytə və tərəfdarlarına əziyyət bu silahlar vasitəsilə verilib. Xeymələr yandırılaraq qadınlara və uşaqlara əziyyət verilib. Əsirlər zəncirlənərək səhrada və küçələrdə zorla hərəkət etdirilib. Bundan başqa tətbirdən fərqli olaraq nə bədənə iynə batırmaq nədəki balta ilə kəsmək kiminsə nəzərində əzadarlığın şüarlarından hesab edilmir. Hətta bu günlərdə reklamı gedən aşura günü qan vermə aksiyası özü-özlüyünda gözəl əməl olmağına baxmayaraq əzadarlıq şüarı deyildir.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#188 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 07 декабря 2012 - 19:35

bu ayəyə dayanaraq hər kəs öz qohumunu, yaxınını itirəndə götürüb başına qılınc vura, köz üstündə yeriyə, zəncir ilə özünü döyə bilərmi?


Xeyr bu ayə məsum bir şəxsin faciəsi müqabilində səbrsizlikdən xəbər verir, hər kəsin deyil.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#189 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 07 декабря 2012 - 22:58

Müəyyən bir əməlin müqabilində insanın mövqeyi həmin hadisənin hədəfindən xəbər verir.
Həzrət Yaqubun (ə) Yusifi (ə) itirməsinə qarşı bu cür dözümsüzlüyü və yaxud imamların (ə) Seyidüş-şühədanın (ə) müsibətinin yad olunmasına bu qədər təkidi, heç də iddia edildiyi kimi şivənlik və s. məqsədlər güdmür. Şüvənlik bəlkə burada hədəf ola bilər.
Məgər İmam Hüseynə (ə) ağlamağın niyə bu qədər savabı var? elə əgər ağlamaq, əza saxlamaqdısa, layiqdi ki, əziz İslam peyğəmbərinə (s) hamıdan çox, ilin 354 günü yas saxlanılsın. Hədəf nədir? Niyə İmam Hüseynə (ə) əza saxlamağa, "səsi ucaltmağa" bu qədər təşvik olunur?
"Səs ucaltmaq" heç də dinin ruhunu tanımayan şəxslərin "səsucaldıcılar" vasitəsilə bütün şəhərə qışqırtı səsini yaymaq istədiyi kimi deyil. İmam Hüseynin (ə) qiyamının hədəfi ilk növbədə müsəlman ümmətini, amma ümumən bəşəriyyəti islah etmək, onlara nicat verməkdir. İmam Hüseynə (ə) əza saxlamağın məqsədi bu ilahi hədəfləri bəşəriyyətə çatdırmaqdır.
Əgər bu gün əql sahiblərinin yanında başa qılınc vurmaq qeyri-münasib bir əməldirsə, niyə bunda israr edilsin? Əgər bu əmələ heç bir təkid yoxdursa, məsumlardan (ə) belə bir davranış görünməyib və ya buyurulmayıbsa, nədəndi bu israr? Bu israr ancaq İmam Hüseynin (ə) qiyamına həqiqi qiymətin verilməsinə qarşı səddir, maneədir. Hansısa bir qrupun "mühafizəkar" ruhu, şəxsi istəkləri bu dinin ardıcıllarına höccət ola bilməz. İmam Hüseynin (ə) hədəfi bundan çox-çox yüksəkdir.

Müsəlmanların vəzifəsi var. Hər kəs öz üzərinə düşən vəzifəni icra etməlidir. Artıq vaxt gəlib ki, biz öz ağlımızdan da istifadə edək. Müsəlmanlar arasında təfriqə yaradan məsələlərdən qaçınılmalıdır. Müsəlmanların vəliyyi-əmri məqamındakı şəxs bu əmələ "veto" qoyubsa, sənin vəzifən ən azı aşkarda bunu müzakirə etməmək, təfriqə salmamaqdır. Əgər sən vəliyy-fəqihi tanımırsansa, o halda heç olmasa "Abdullah ibn Ömər" qədər olmamalı, aşkar itaətsizlik göstərməməlisən.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#190 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 07 декабря 2012 - 23:34

Qardaş anladığım qədər bu tərcümədir. Müəllifin kim olduğunu öyrənmək olar?

Bu mətnin əsl müəllifinə deyərdim ki, zəncir vurmağı, fars sözləri ilə dolu olan və əksəriyyət tərəfindən başa düşülməyən mərsiyyələri, iran üslubunda ağlaşmaları da yığışdırın ki, bəlkə əzadarlıq müasir forma alaraq daha cəlb edici olar.
Əql sahibləri bir neçə İranlı alimdən ibarət deyil, bu məzhəbin əziyyətini çəkən çoxlu sayda həyatda olan və Allahın rəhmətinə qovuşmuş alimlərdir.
Bu əməlin qiyama əsl qiymət verilməsinə qarşı sədd hesab olunması subyektiv fikirdir. Azərbaycanımızda şiəliyin əsl qiymətinin verilməsinə qarşı səddlərdən biri də İrandır, farsdır indi nə edək?
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#191 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 08 декабря 2012 - 23:44

Hər halda biz müsəlman və şiəyik.Millətçi deyilik.İranskiy sayt,İran alimi sözlərini eşitmək mənə mənəvi cəhətdən pis təsir etdi.Haqqyolu saytında da fəaliyyət göstərənlər Qumda ki, Azərbaycanlı tələbələrdir.Qumda alimlərin yanında oturub duran möminlərdir.Yaxşı deyil onlar haqqında pis fikirdə olmaq.Təbii ki,səhv edə bilərlər.

#192 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 12 декабря 2012 - 02:22

Zərərli olduğunu Xameneyi ağa və Məkarim ağa buyururlar. Deməli bu, onlar üçün sübut olunub.


Maraqlıdır, bu gün Kərbalaya ziyarətə gedərkən terror nəticəsində ölmək ehtimalı ola-ola nəyə görə bu əməl müctehidlər tərəfindən qadağan olunmayıb? Hərçənd ki, nə baş yarmaqdan, nə də zəncir vurmaqdan hələ bu günə kimi nəinki ölən olmayıb, heç ciddi zərər belə görməyiblər. Ümumiyyətlə İraqa səfər bu gün çox təhlükəlidir amma nədənsə İranlı müctehidlər iran camaatını İraqa səfərdən çəkindirmir.


Zərərdən ehtiyyat edən qardaşlar,
Ölüm təhlükəsi sizi bu günkü gündə İmam Hüseyni (a.s.) ziyarət etməkdən çəkindirirmi?


Bədənə xəsarət, əziyyət vermək haramdır deyən qardaşlar dəliliniz nədir? Yoxsa hamı deyir biz də deyəkdir?

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#193 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 12 декабря 2012 - 02:40

əziz qardaşım, gördüyün kimi burada tətbir haqqında dəlil istəyənlər "bizə dəlil gətirin" deyirlər. əgər onlar sənin sözünü etdiyin "Peyğəmbər (s.a.s.) başını yarmaqla qanını axıdırsa" məsələsindən xəbərdar olsalar daha nə üçün "məsumlar a.s-dan bu məsələdə bir şey varid olubmu?" deyə soruşurlar ki? yaxşısı budur ki, haqqında danışdığınız bu dəlili də nəql edin.


Başı kəsici alətlə yarmaq adını nə qoyursan qoy yenə fe`l olaraq baş yarıb qan çıxartmaq kimi qalır. İstəyir həcamət adlandırılsın istərsədə tətbir. Dəyişən niyyətdır. Baş yarıb qan çıxarmaq zərərli və zatında haram bir şey olsa idi Peyğəmbər s.a. bunu etməzdi.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#194 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 12 декабря 2012 - 02:56

Hz.Ayətullah Xamenei çıxışların birində buyurmuşdur: "Kommunistlər Azərbaycanı ələ keçirdikdən sonra İslami abidələri məhv etməyə başladılar. Onlar İslamdan əsər-əlamət qoymamağı qarşılarına məqsəd qoymuşdular. Amma yeganə şey ki, onlar keçirilməsinə icazə verirdilər o başa qılınc(qəmə) vurmaq olmuşdur. Sual oluna bilər axı necə ola bilər ki, namaz qılmağı, Quran oxumağı və s. qadağan edən bir cərəyan buna icazə versin? Cavabı budur ki, onlar qəmə vurmağı saxlamaqla İslama və şiəlyiyə qarşı təbliğat aparırdılar. Çünki düşmən belə xurafatların vasitəsilə dinin əleyhinə gözəl təbliğat edə bilir. Və xurafatlar meydana çıxdıqda xalis dinin adı bədnam olur".


Kommunizm zamanı başa harada qılınc vururdular? Kommunizmdə müzeyləri, kino və teatrları çıxmaq şərtilə başqa yerdə qılınc görən olub? Zəncir yaxud sinə vurmaq desələr haradasa inandırıcı olar.

Kommunizm başa qılınc vurmağı icazə vermək üçün ilk növbədə əzadarlıq məclislərinin keçirilməsinə icazə verilməli idi. Bildiyim qədər də buna icazə verilmirdi. Əzadarlıq məclisləri gizli şəkildə, qeyri-rəsmi həyata keçırılirdi. Yox əgər icazə verilirdisə yuxarıdakı məntiqlə əzadarlıq məclisi başdan-ayağa xürafat olduğu üçün icazə verilirdi?

Bir anlıq mənə elə gəldi ki, kommunizm zamanı İran kəşfiyyatı indiki kimi işləmirmiş.

Hacı, biz müvəqqəti nigahı tərk etmirik, ona görə ki, buna bizim şəriətimiz icazə verir. Qəmə isə bizim şəriətimizdə haramdır.



Qəmə vurmaq öz-özlüyündə bizim şəriətdə haram deyil. Qadağan edən müctehidlər də bu gün üçün qadağan ediblər, əməlin zatında haram olduğunu demirlər, deməzlərdə.
Müvəqqəti nikahı şəriətimiz caiz bilir hamı isə mız qoyur, söz atır. Nə vacibdir nədəki bu günkü gündə müstəhəb, qadağan etsələr məzhəbimiz də tənələrdən qurtulmazmı?
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#195 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 12 декабря 2012 - 03:19

Qeme vuran asiqlerdi.
Asiqler divanelerdi.
Divaneye haram yoxdu.

P.S siz qemeye,qeme vuranlarin gozunne baxin,Neceki Leylaya Mejnunun gozunnen baxmag lazimdi.


Hüseyn a.s. aşıq istər, nahaq yerə eşq karvanı adlandırılmır. Məgər din, iman eşqdən sevgidən başqa bir şeydir?

Mərsiyəni, zənciri, qəmə vurmağın ləzzətini aşıq bilər.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#196 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 12 декабря 2012 - 03:28

1. əgər bir şəxs əlinə iynə alıb özünü deşik-deşik edərək qan çıxarmaq istəsə bu caizdir?



Vacib də ola bilər, müstəhəb də, caizdə, məkruhda, haram da.


فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#197 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 12 декабря 2012 - 03:48

əgər bura yerləşdirdiyim videoda nasibi rufailərin etdiyi əməl ilə tətbir arasında nə fərq var?

Bir tərəfdə müsəlman, digər tərəfdə kafir, müsəlman öldürür murdar olub cəhənnəmə vasil olur, kafir öldürür şəhid olub cənnətə düşür. Bu fərqi anlasaq o fərqi də anlayacağıq.

Şəriət birdir və kəskin şəkildə insanın özünə zərər vurması, cismini yaralaması kimi şeylər qadağan edir.

Dəlil?

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#198 Unit

Unit

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 38 сообщений

Отправлено 12 декабря 2012 - 11:43

Mövzunu başdan ayağa oxudum.Başa qılınc vurmağın əlehinə əsas arqument kimi məzhəbin süstləşməsini dəlil gətiriblər qardaşlar.Mənə maraqlıdır görəsən Ayatullah Həkimi(rə) rolikdə görəcəyiniz əməli məzhəbə nə cür təsir qoyur?! Ümumiyyətcə nasibilər-vəhabilər-atesitlər-cahillərin bu rolik barədə fikirləri ilə tanışsız?
Ayatullah Həkimi(rə) əzadarlıq

Сообщение отредактировал Unit: 12 декабря 2012 - 11:44

Ayaqların üstə ölmək, dizlərin üstə yaşamaqdan daha yaxşıdır

#199 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 16 декабря 2012 - 04:29

Ağa Sistani:

Sistani ağanın fətvasının tərcüməsi:

Sual: Əssəlamu-əleykum,
Mən (zəncir zəni,zəncir ka matum) barəsində soruşmaq istəyirəm.Ayatullah Sistaninin bu barədə fikri nədir? Çünki Rəhbər Xameneyi ondan uzaq durmağı tövsiyyə edir,çünki bu şiəlik üçün faydasızdır.
Mənə tez cavab verin xahiş edirəm,çünki Pakistanda bəzi mərcəiyyət əlehdarları bu iki Ayatullahın müqəllidləri arasında ixtilaf salmaq istəyirlər.

Cavab: Bismillahir-Rəhmanir-Rəhim,
"Aşura" günündə yas tutmağın və ağlamaqların əsas məqsədi dinin əlamətlərinə və nişanələrinə hörmət etmək, İmam Hüseyn(ə.s) və səhabələrinin İslamın müdafiəsi naminə çəkdikləri əzab-əziyyətlərini və onların bəni-üməyyə sülaləsi tərəfindən dini aradan aparılmasının qarşısını almaq üçün etdikləri üsyanını yad etməkdir . Bu mərasimlər elə keçirilməlidir ki,insanların diqqətini Kərbala hərəkatının yüksək amallarına cəlb etməyə xidmət etsin . Həmçinin onun dini ayin aspekti qorunub saxlanılmalıdır. Ona görə də İslamın düşmənləri və şiə olmayan müsəlmanlar tərəfindən anlaşılmayan hərəkətlərdən , eləcə də dini yanlış anlamalara və ona qarşı ikrahın yaranmasına səbəb olan əməllərdən uzaq olmaq lazımdır.


#200 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 16 декабря 2012 - 06:27

Xoi ağanın (r.ə) rəyi:
ما هو رای السید فی التطبیر وهل هو شعیره من شعائر الحسین علیه السلام اولیس الدمعه الصادقه خیر من هذا العمل؟
لايجوز التطبير اذا كان موجبا للضر المعتد به أو كان وهنا و منقصة للمذهب .

ما رأي السيد الخوئي رحمه الله بالتطبير و بقية الامور التي قد نجد فيها هتكا للقضية الحسينية؟
اذا كان فيه ضرر معتد أو كان وهنا للمذهب فلايجوز.

Tətbir məzhəbə nöqsan, süstlük gətirərsə, caiz deyildir.

http://www.alkhoei.n...efta.php?it=975

#201 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 17 декабря 2012 - 00:53

Qulam,
Ssılkaya görə təşəkkür edirəm. Zahirən mənə elə gəldi ki həmin ssılkadakı səhifəni tam oxumamısan?

Ayətullah Sistaninin hökmünə gəldikdə isə maraqlıdır ki, onun rəsmi saytında, ərəb və fars dillərində tətbir barədə bir kəlmədə yoxdur. Bir az inetdə var-gəl elədim və belə aydın oldu ki, deyəsən O, tətbir barədə susma mövqeyindədir. Onun adından hər iki tərəf öz xeyrlərinə istifadə etməyə çalışırlar.

Qardaşlar,
Bu gün kommunizm zamanı Naxçıvan və Qubada qəmə vurulmağını eşitdim.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#202 Arif

Arif

    Naqib – Captain

  • Murid
  • 944 сообщений

Отправлено 17 декабря 2012 - 11:19

BAKI

0rvLr7cZlcAop1lzkZs0XeA5MD.jpg 115561m.jpg 139691.jpg ACWAUnZH9sMjeucTcyxbyoKV5O.jpg

ŞUŞA

Shusha_in_Moharrem.jpg 193754m.jpg
ваххабизм – это дистилированный суннизм

#203 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 17 декабря 2012 - 21:18

Allah razı olsun!
Əgər səhv etmirəmsə bu rəsm əsərləri kommunizmə qədərki dövrü təsvir edir? O dövrə bax indiyə bax, hardan-hara gəlib çıxmışıq.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#204 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 18 декабря 2012 - 03:01

Əssəlam aleykum! Səhifədə digər yerləri oxumuşdum bir daha da oxudum.Öz səviyyəmə görə başa düşdüyüm bunlardır.
Xoi (r.ə) Tətbir caizdir.Lakin cana zərər qətil qəsdində olsa və ya əzanın hansısa hissəsi qətil (şikəst) qəsdində olsa və ya məzhəbə nöqsan və süstlük gətirərsə,caiz deyildir.
İmam Hüseyn(ə.s)-ın bütün nişanələri müstəhəbdir.Qətiliklə cana zərər gətirsə və dinə süstlük gətirsə,istisnadır.


#205 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 18 декабря 2012 - 10:18

Bu məzhəbə nöqsan və süstlük gətirmə məsələsi mənə o qədər də aydın olmur. Yəni, başa düşürəm ki, propoqanda kimi bizə qarşı istifadə edilir və sair və ilaxır. Özüm də bir yandan düşünəndə deyirəm caiz olsa da, lazım deyil bu dövrdə. Amma o da var ki, bəyəm bu günə qədər bu propoqandalardan istifadə edilmirdi ki? Və ya hansı bir eks-müsəlman məhz tətbirə görə İslamdan üz döndərib? Və ya hansı bir müsəlman tətbirə görə tərəddüddə qalıb İslamı qəbul edərkən?
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#206 Muhib

Muhib

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 13 сообщений

Отправлено 09 февраля 2013 - 23:52



Qardaşlar,
Bu gün kommunizm zamanı Naxçıvan və Qubada qəmə vurulmağını eşitdim.



Əs-Salam aleykum...

Düzdü , mənim yaşım çatmasa da , İsmayıllıda ( video görüntülərə əsasən deyirəm) zəncir vurulurdu...
Lakin məscidlərdə yox, o dövrün Əhli-Beyt (ə) aşiqlərinin evlərində təşkil etdikləri əza məclislərində...

Və bu məclislərdə qan çıxana qədər zəncir vurulurdu. Hətta indi də bunu edənlər var...

Amma qaranlıq qalan bir məqam var ki , insanlar bunu cahillikdən belə edirdilər, yoxsa o zamana alimlərin rəyləri fərqli idi?

#207 kripteks

kripteks

    Jundi – Soldier

  • Ibtidai
  • 2 сообщений

Отправлено 19 августа 2013 - 13:48

Yaxşı inanmırsınız deyəsən mənə onda ardına qulaq asın ağa buyurur.

اصابة الشيعة لجسمه بالحسام والزناجير وضربه لوجهه بيديه لا تؤدي إلى عواقب و خيمة بل هي تزيد إيمانه و تمسكه بعترة النبي صلى الله عليه و آله و سلم

Şiənin öz cisminə qılınc və zəncirlər ilə xasarət yetirib üzünə iki əli ilə vurması təhlükəli nəicələrə gətirib çıxartmır.Əksinə bunlar onun imanını və peyqəmbərin (sas) itrətinə bağlılıqını artırır.


Siz bu vaxta qədər hələ də başa düşməmisiz ki, bu forumda ruhi və cismi xəstə olan insanları saxlamırlar? Ömürlük ban.


:nasibi: unudub ki , bizdə yarımçıq salavat olmur ;)

#208 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 16 ноября 2013 - 23:04

Bunları görüb şiə məzhəbindən qaçanları qınamıram, 1000 dənə vəhhabi bizə belə zərbə vura bilməz:

Сообщение отредактировал al-Islam: 16 ноября 2013 - 23:05

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#209 Arif

Arif

    Naqib – Captain

  • Murid
  • 944 сообщений

Отправлено 17 ноября 2013 - 15:45

haqqa bir bir gələrlər , haqqdan min min gedərlər ... gedəni saxlamazlar . yoxsa Kərbəlada 72 nəfər qalmazdi ... ləbbeyk ya Hüseyn !

suali təkrar verirəm , bir dəfə pozulub , görək indi nə olur . Yer Kurəsində musəlmanlarla yaşayan digər 6 milyard qeyri-musəlman desə ki ,sizin Quran bizi təhqir edir , ordan biz qeyri musəlmanlari təhqir edən ayələri pozun , nə olacaq görəsən ? musəlmanlar musəlmanciliqdan imtina edib deyəcək ki , ayə İslama zərbə vurur və ayəni pozacaq ?

Сообщение отредактировал Arif: 17 ноября 2013 - 15:50

ваххабизм – это дистилированный суннизм

#210 Arif

Arif

    Naqib – Captain

  • Murid
  • 944 сообщений

Отправлено 17 ноября 2013 - 16:20

və əsas məsələ ! bu təqdim olunan videoya fikri versək , məlum olar ki elə şiəyə zərbə vurmaq ücündür ! 2012 ci ildə Mumbaydaki Aşura günü İran kimi təqdim olunur ...

burdan da aydin olur ki , bu rolik fitnə ,qorxu hissi , dezinformasiya niyyəti ilə monitorlari gəzir ... belə cixir ki ,Kərbəlaya ziyarət etmək cana - mala qəsd olduguna görə haramdir ... haramdir ??? niyə haram deyil ? orda insan öldü ya ağcaqanad öldü fərqi yoxdur , amma nədənsə haram fətvasina hec kimin curəti catmir ... cunki Əimmədən ə.s təkid olunur ki , Kərbəlani ( ziyarəti ) tərk etməyin . və hec kimin əlində qəmə - tətbirin haram olmağina ( Kərbəla ziyarətinin haram olmadiği kimi ,halbuki ora səfər təhlukədir ) dair sənəd sübut da yoxdur . bu kimi videolar da inşaAllah şiəni sindira bilməyəcək ...
ən başlica , Ühüddə peygəmbərin s. dişi sinanda səhabəsi öz dişini vurub xəncərlə sindirdi , peygəmbər s. bu işə hec bir şey demədi . deməli ?? demədisə sünnədir ( yəni olar .... )

Сообщение отредактировал Arif: 17 ноября 2013 - 16:25

ваххабизм – это дистилированный суннизм




Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru