Отправлено 07 декабря 2012 - 19:19
Yuxarıda da dəfələrlə qardaşlar tərəfindən bildirilib ki, söhbət əməlin caizliyindən gedir vacibliyindən yox. İstəyən bu əməli yerinə yetirər istəməyən yox. Bəzən müxaliflər tərəfindən belə bir suala rast gəlirik ki, nəyə görə filan alim aşura mərasimində sinə vurmur, zəncir vurmur, başını yarmır və s.? Sanki, bu əməlləri yerinə yetirmək vacibdir. Bu cür cahillər sadə şeyi unudurlar ki, alim öz payına düşən, DAHA ƏHƏMİYYƏTLİ olan moizəsini edir, tarixi xatırladır, məclis iştirakçılarını ağladır və s. Bu halda qeyri-alimlərin payına isə ağlamaq, mərsiyə, sinə və zəncir vurmaq, bəzi yerlərdə tətbir, başa torpaq tökmək və s. düşür.
Yəqub peyğəmbər və imam (hər ikisinə Allahın salamı olsun) bizə öz əməlləri ilə ümum qanunu çatdırıblar, diqqət elə! Bu qanun ondan ibarətdir ki, məsum bir şəxsin faciəsi müqabilində intihar etməmək (şəriətin ana qanunlarına zidd olmamaq) şərtilə səbirsizlik göstərmək caizdir. Faciə müqabilində səbirsizlik GENİŞ ANLAYIŞdır. Bura ağlamaq, yaxa cırmaq, sinə vurmaq, başa gözə vurmaq, başa torpaq tökmək, zəncir vurmaq, baş yarmaq və s. hamısı daxildir.
Ümumiyyətlə istər Quran ayələri istərsə də hədislər bizə ümumi və xüsusi qanunları çatdırır. O alimlərin işidir ki, hər hansı bir əməl barədə xüsusi bir ayə, yaxud hədis olmadıqda umummənalı ayə yaxud hədis vasitəsiləkonkret bir əməl barədə hökm çıxarmağa çalışırlar. Niyə İmam filan əməli etmədi, niyə peyğəmbər filan sözü demədi cəhalətdən başqa bir şey deyil. O qədər mübah, caiz əməllər var ki, peyğəmbər və imamlar onu etməyiblər.
Tətbirin ilkin dərəcəli hökmü kimliyindən asılı olmayaraq bütün alimlərə görə mübahdır, müstəhəb, caiz və yaxud haram olmağı isə ikinci dərəcəli hökmdür, diqqət elə! Bu isə alimlərin nəzərlərindən asılı olaraq dəyişə bilir.
İynə batırmağın, baltanın isə aşura hadisəsi ilə əlaqəsi yoxdur. Həmin dövrdə silah, qılınc xəncər, ox və s. olub. Əhli-beytə və tərəfdarlarına əziyyət bu silahlar vasitəsilə verilib. Xeymələr yandırılaraq qadınlara və uşaqlara əziyyət verilib. Əsirlər zəncirlənərək səhrada və küçələrdə zorla hərəkət etdirilib. Bundan başqa tətbirdən fərqli olaraq nə bədənə iynə batırmaq nədəki balta ilə kəsmək kiminsə nəzərində əzadarlığın şüarlarından hesab edilmir. Hətta bu günlərdə reklamı gedən aşura günü qan vermə aksiyası özü-özlüyünda gözəl əməl olmağına baxmayaraq əzadarlıq şüarı deyildir.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)