Перейти к содержимому


Фотография

Baş yarmağın (tətbirin) hökmü nədir?


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 257

#91 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 21 ноября 2012 - 13:11

Hal-hazırdakı və keçmişdəki mərcəyi-təqlidlərin baş yarmaq barəsindəki fətvalarını bəyan edin.

1. Baş yarmağın mənası nədir? Baş yarmaq həcamət etmək sayılırmı?
2. Əzadarlıq mərasimlərində bədənə xəsarət vurmaq, o cümlədən, baş yarmaq, başı sındırmaq, üzü yaralamaq və s. böyük alimlər (hətta qədim alimlər, o cümlədən Ayətullah Hairi, Əraki, Əbul-Həsən İsfahani, Şeyx Ənsari) tərəfindən qəbul olunurmu? Bu hadisələr əvvəlki zamanların tələbinə aid deyildimi? Lütfən, bütün alimlərin bu barədəki nəzərini bəyan edin.
3. Hazırkı dövrdə düşmənlər bu mövzudan sui-istifadə edərək zəhərli təbliğatlar aparırlarmı və İslama zərbə vururmu?
4. Ayətullah Seyid Əbul-Həsən İsfahani ® müəyyən bir dövrdə hamının baş yarmasını vacib etmişdimi?

Qısa cavab
İmam Hüseyn (əleyhis-salam)-a əzadarlıq məsum imamlar (əleyhimus-salam) və din rəhbərləri tərəfindən həmişə təkid edilmiş, bu mərasim tarix boyu davam etmişdir. Bəzi şəhərlərdə, məntəqələrdə və ölkələrdə İmam Hüseyn (əleyhis-salam)-a və onun vəfalı səhabələrinə əzadarlıq üslublarından biri də baş yarmaqdan ibarətdir. Bu üslubu o dövrün mərcəyi-təqdildəri bədənə zərər vurmamaq şərti ilə caiz bilirdilər. Lakin xüsusi üslub olan baş yarmaq barəsində heç bir rəvayət gəlməmişdir ki, onu müstəhəb əməl olmasına dair hökm olunsun.
Amma hal-hazırda bu mərasim İslam düşmənləri tərəfindən sui-istifadələrə məruz qalır. Belə ki, onlar bu mərasimi hay-küylə təbliğ etməklə İslam və şiəlik məzhəbi əleyhinə zəhərli təbliğatlar aparılar. Hətta bu mərasim məzhəbin süstləşməsinə səbəb olur. Buna görə də hazırkı dövrdə vəliyyi-fəqih və əksər mərcəyi-təqlidlər bu mərasimin caiz olmamasına dair hökm vermişlər.

Ətraflı cavab
İmam Hüseyn (əleyhis-salam)-a əzadarlıq tarix boyu məsumların (əleyhimus-salam) və din rəhbərlərinin təkid etdiyi məsələlərdəndir. O həzrət məzlumcasına şəhadətə çatdığından sonra bu mərasim tarix boyu daim cərəyan etmiş, Aşura mədəniyyətinin həmişə canlı qalmasına, camaatın İslam və Quranla yaxından tanış olmasına səbəb olmuşdur. İmam Xomeyni ® buyurur: “Hal-hazırda 1400 ildir ki, (Aşura mədəniyyəti) bu minbərlərlə, bu rövzəxanlarla, bu müsibətlərlə və sinə vurmaqla bizi (dinimizi) hifz etmişdir.”[1]
Din rəhbərlərinin ciddi təkidləri və tövsiyələri bu mərasimin əslinin – əzadarlıq məclislərinin bərqərar edilməsidir. Hətta imamların özü də İmam Hüseyn (əleyhis-salam)-a əzadarlıq bərqərar olunması yolunda ciddi cəhdlə çalışırdılar.[2] Amma onun necə təşkil olunması ilə əlaqədar rəvayətlərdə xüsusi şəkildə tövsiyə olunmamışdır. Əksinə, bütün üslublar İslamın müqəddəs şəriətinin nurani göstərişləri ilə müxalif olmayıncaya, əzadarlara bərpaolunmaz zərər və ziyan vurulmayıncaya, eləcə də İslamın və şiə məzhəbinin süstləşməsinə səbəb olmayıncaya qədər İslam və məsum imamların tərəfindən dəstəklənir. İmam Sadiq (əleyhis-salam) Əbu Harundan istəmişdi ki, o həzrət üçün imam Hüseyn (əleyhis-salam)-ın əzadarlığında mərsiyə oxusun. Həzrət buyurdu: “İmam Hüseyn (əleyhis-salam)-ın qəbrinin yanında özünüz necə mərsiyə oxuyursunuzsa, burada da həmin cür əzadarlıq et və mərsiyə oxu!”[3] Sonrakı dövrlərdə də əzadarlıq dəstələri təşkil edilərək matəm və əzadarlıq mərasimləri müəyyən qədər dəyişikliyə məruz qaldı.
Müxtəlif müsəlman ölkələrinin millət və xalqlarının adət-ənənələrinə və müxtəlif zamanların tələbinə uyğun olaraq İmam Hüseyn (əleyhis-salam)-a əzadarlıq üslubları fərqlənir. Bu işin şəri nəzərdən ayə və rəvayətlərə istinadı yoxdur, əksinə camaat arasında bir üslub olmuşdur və sırf şəkildə şiələrin Seyyiduş-şuhəda imam Hüseyn (əleyhis-salam)-a eşq və məhəbbətlərindən qaynaqlanır və hər bir millətin ürfümə uyğun olaraq keçirilir.
İraq, Pakistan, Hindistan və s. ölkələrdə əzadarların tərəfindən əncam verilən bu üslublardan biri də baş yarmaqdır. (Deyilmişdir ki, bu növ əzadarlığın mahiyyət və məfhumu İmam Hüseyn (əleyhis-salam) və din yolunda canından keçməyə hazırlıq izhar etməkdən ibarətdir).
Baş yarmağın caiz olub-olmaması məsələsi qədim dövrlərdən mərcəyi-təqlidlərin və alimlərin arasında ixtilaflı olmuşdur. Fəqihlərdən bir qismi onun caiz olmasına, bir qismi isə caiz olmamasına dair fətva verirdilər. Bu məsələnin hökmünü ilk dəfə mərhum Ayətullah əl-uzma Nainidən soruşdular. Onun fətvası onunla müasir olan və sonrakı mərcəyi-təqlidlərin fətvasında əsas mehvər sayıldı.
O cənab baş yarmaq barəsində heç bir ayə və rəvayət olmadığına işarə etdikdən sonra buyurmuşdu: “Əgər zərərdən qorxu törənməzsə, caizdir.” Ondan sonra onlarla mərcəyi-təqlid yeni bir fətva vermədən onun fətvasını qəbul etmişdilər. Bu qrupun müqabilində (baş yarmaq, bədəndən qan çıxarmaq qeyri-müsəlmanlara xoşagəlməz təsir qoyduğuna, şiəlik əleyhinə zəhərli təbliğatlar aparıb bədbinik yaratdıqlarına görə) alimlərdən bəziləri, o cümlədən Ayətullah Seyid Əbul-Həsən İsfahani onun haramlığına dair fətva vermişdir.[4]
Əlbəttə, keçmişdə bu işin caiz olmasını deyən fəqihlər də bədənə ciddi zərər vurduğu surətdə onu caiz hesab etmirdilər. Amma hal-hazırda bu növ əzadarlıq üslubunun İslam şüarları olmasına dair aşkar dəlil olmadığından, hətta onun müstəhəb olduğuna dair belə fətva vermək mümkün olmadığından,[5] İslam düşmənlərinin zəhərli təbliğatlarına səbəb olmuşdur. Belə ki, onlar bu mərasimi kütləvi informasiya vasitələrində efirə buraxaraq çox acınacaqlı nəticələr alırlar. Bu da dinləyicilərin və tamaşaçıların nəzərində İslamın və şiə məzhəbinin süstləşməsinə səbəb olur. Buna görə də imam Xomeyni ® bu barədə verilən suala belə cavab vermişdir: “Hazırkı dövrdə baş yarmayın.”[6]
Həmçinin, qərb dövlətlərinin bu mərasim barəsindəki azdırıcı və zəhərli təbliğatlarına diqqət yetirməklə mərcəyi-təqlidlərdən Ayətullah Xamenei, Fazil Lənkəranı, Məkarim Şirazi, Nuri Həmədani (həfəzəhumuhullah) və Təbrizi (rəhmətullah) hazırkı zamanda bu mərasimi caiz hesab etməmişlər.[7]
Əlbəttə, hazırkı mərcəyi-təqlidlərdən bəziləri də onun caiz olmasına dair fətva vermişdir. Çünki onlar belə əməlləri və üslubları məzhəbin süstləşməsinə və bədnam olmasına bir səbəb bilmirlər.
Axırda bunu qeyd edirik ki, həcamət şərən müstəhəb bir əməldir, onun xüsusi qayda-qanunları vardır.[8] Əgər doğrudan da tibbi baxımından baş yarmaqda həcamətin xüsusiyyəti olması sübuta yetərsə, yenə də baş yarmağın caiz olmasına dair fətva vermək olmaz. Çünki düşmənlərin sui-istifadələri və məzhəbi süstləşdirmələri bu kimi izahlarla aradan getmir.

[1] Mühəddisi, Cavad, “Aşura mədəniyyəti”, səh. 339
[2] “Məqtəlul-İmam Hüseyn (əleyhis-salam)”, Müqərrəm, səh. 367; “Suallar və cavablar” 13-cü cild, səh. 169-170
[3] “Aşura mədəniyyəti”, səh. 341
[4] “Aşura mədəniyyəti”, səh. 215
[5] Fəzlullah, Seyyid Məhəmməd Hüseyn, “İslamın Aşuraya nəzəri”, səh. 44
[6] “Aşura mədəniyyəti”, səh. 387
[7] “Alimlər və mərcəyi-təqlidlərin nəzərindən yeni məsələlər”, 4-cü cild, səh. 202; “Tovzihul-məsail” (İmam Xomeyninin risaləsinin haşiyələri), 2-ci cild, səh. 1026; Ayətullah Xameneidən istifta, sual 146: “Gizli şəkildə baş yarmaq halaldırmı, yoxsa cənabınızın bu şərif fətvası ümumidir?” Cavab: “Baş yarmaq camaatın nəzərində hüzn, qəm-qüssəyə səbəb olan təzahürlərdən biri deyil və imamların (əleyhimus-salam) dövründə, habelə onlardan sonrakı dövrlərdə bunun misli görünməmişdir, eləcə də məsum (əleyhis-salam)-dan onun barəsində ümumi və ya xüsusi şəkildə bir təsdiq gəlməmişdir, bununla belə hazırkı dövrdə şiə məzhəbinin süstləşməsinə və bədnam olmasına səbəb olur, buna görə də heç bir halda caiz deyildir.” “Suallar və cavablar”, nömrə 13, səh. 33; “Aşura mədəniyyəti”, səh. 198; “Movzuətul-ətəbatil-müqəddəsə”, 8-ci cild, səh. 378; İmam Xomeyninin baş yarmaq, şəbeh çıxartmaq, rövzəxanlıq və əzadarlıq barəsindəki nəzəri: “Mövcud şəraitdə baş yarmayın. Şəbeh oxumaq da əgər haram işlərə gətirib çıxarmasa və məzhəbin süstləşməsinə səbəb olmasa eybi yoxdur. Baxmayaraq ki, rövzəxanlıq daha yaxşıdır, məzlumların ağası imam Hüseyn (əleyhis-salam) üçün əzadarlıq etmək ən yaxşı qurubatdandır (insanın Allaha dərgahına yaxınlaşmasına səbəb olan ən yaxşı əməllərdəndir).
[8] Qummi, Şeyx Abbas, “Səfinətul-Bihar”, 1-ci cild, “həcəmə” maddəsi “

http://islamquest.ne...uestion/az15200


#92 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 21 ноября 2012 - 15:28

Yuxarıdakı yazılar "baş yarmağa" qarşı çıxanların fikirləridir. Yaxşı olardı ki, qarşı tərəfi də dinləyək.
Baş yarmağın orqanizmə zərərinin müctehid tərəfindən təyin olunmağı məni qane etmir. Fikrimcə bunu ya proffesional həkim, yada özüm təyin etməliyəm.
Mənə görə bu günkü məclislərimiz olduqca süstdür və günü-gündən də süstləşir. Onun-bunun tənəsindən qorxa-qorxa elə bir günə düşmüşük ki, .......Allah eləməmiş bir gün də görəcəyik ki, əzadarlıq məclislərimiz yubiley xarakteri alıb, beş-üç qalstuklu kişi ilə sadə hicaba riayət etməyən qadın-"islam alimi" oturub "məlikməmməd nağılı" danışırlar.
Bu minval ilə Allah eləməmiş günlərin bir günü göz yaşlarını, mərsiyyələri, sinə vurmaqları da dəfn edəcəyik. Məgər bu əməlləri topa-gülləyə tutan azdır?

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#93 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 21 ноября 2012 - 19:59

salam aleykum. Abu Sufya ordusu, xoş gəlmisən, səfa gətirmisən ustad. uzun müddətdir səni görmürük, inşaAllah problem yoxdur, Allah köməyin olsun, imkan olduqca yaz, sənin üçün vallahi darıxmışıq.

Tətbir, mövzusuna gəlincə, məndə bu məsələdə al-islam qardaş ilə eyni fikirdəyəm. və onun caiz olmadığını deyən müçtehidləri haqlı olduğunu düşünrəm. amma al-islamın bu sözünə gəlincə:


Aydındır ki, bu cür mərasimlər şiə məzhəbini gözdən salır, vəhhabilər bundan məharətlə istifadə edirlər.

mən belə düşünrəm ki, onun qəsdi bizim vəhhabilərin gözündən düşdüyümüz deyil. onsuzda vəhhabilərə sözümüzün xoş gəlməyin tək yolu dinimizi təkr etməkdir. al-islamın dediyi budur ki, bu əməl dini cahil insanlar üçün xurafat kimi göstərir. şəxsən mən bu məsələdə irad tutan, buna görə İslamı tənqid edən çox şəxs ilə rastlaşmışam. amma hər bir halda, bir iş sırf bəyənilən olmadığı, insanlarda ikrah doğruduğu üçün haram elan edilə bilməz və bunun məsələnin caiz olub olmamağında bir əhəmiyyəti yoxdur.

mən bilmək istəyirəm, bu məsələnin caiz olması haqqında məsumlar a.s-dan bir nəql var? və yaxud, məsumların səhabələrindən r.a, mütəqəddim əshabımızdan bu əməl haqqında bir şey varid olub? əgər varid olmayıbsa bu məsumlar a.s, onların səhabələri və mütəqəddim əshabımız əzərində əməlin tanınan bir şey olmadığına dəlil deyildirmi? mən bu məsələdə Seyyid Muhsin əl-Əmin r.a-ın yazdığı risaləni məsləhətli görürəm. o burada tətbir məsələsini tarixi baxımdan da incələmişdir.


#94 l-nur

l-nur

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 299 сообщений

Отправлено 21 ноября 2012 - 20:25

Üzür istəyirəm məqaləni rus dilində təqdim etdiyim üçün.

Проводя церемонии траура нужно сторониться действий, наносящих телесные раны и увечья, особенно нужно избегать ударов кинжалами, которые влекут за собой негативное отношение к шиитам со стороны других людей. Если бы великие шиитские деятели прошлого жили в наше время, то все они запретили бы подобные действия.


Имам Али, да будет над ним мир, сказал: Берегитесь нападок знатного, когда он голоден, и низкого, когда он сыт.

#95 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 21 ноября 2012 - 21:17

mən rusca bilmirəm.

#96 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 21 ноября 2012 - 22:27

Əleykəs-salam və rəhmətullahi va barakətuh!

Cümlənizin xoş günlərini görək inşaallah! Ustadı mən olanın axırı............)). Problemsiz həyat yoxdur. İnşaallah bir müddətdən sonra yenə əvvəlki kimi fikirlərimizi bölüşərik.

Yuxarıda sadə suallar ilə müraciət etmişəm. Fikirlərinizi bilmək mənim üçün maraqlı olardı. Özün də buyurdun ki, din kimlərinsə zövqü ilə oturub-durmur, ələlxüsus da cahillərin, nasibilərin fikri ilə.
Sadə bir misal: Milyonlarla müsəlman Kəbə (cansız daş parçası) ətrafında dövrə vururlar, hərvələ edirlər, daş atırlar. Bir anlığa bu səhnəyə bir qeyri-müsəlman kimi kənardan tamaşa edək və fikir bildirək. Bizə fikirləşməyi heç kəs qadağa etməyib.
Baş yarmağın caiz olduğunu bildirənlərin dəlilləri ilə də inşaallah tanış olarıq.


فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#97 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 21 ноября 2012 - 22:42

mən bu məsələnin tətbirin caiz olub olmamasına heç bir aidiyyatının olmadığını dedim. verdiyim açıqlama isə al-islamın məqsədini bəyan etmək idi. tətbiri caiz sayanların dəlillərini isə görək istəyərdim. paylaşsaz faydalı olar.

#98 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 22 ноября 2012 - 00:39

Əgər diqqət etsən fətvaların bə`zilərində səbəblərdən biri olaraq məhz ikrah hissi, süstləşmə və s. göstərilib.
Tətbir tərəfdarları da bildirir ki, istər nasibi olsun, istərsə də qərb, kim olursa-olsun, onların zövqlərinə uyğun olmadığı üçün bu şüarı tərk etmək fikrimiz yoxdur. Gedib oz gözlərindəki tir ilə məşğul olsunlar, bizim gözümüzdə çöp axtarmasınlar.

Deyək ki, dəlillərimiz kimisə qane etmir. Hər şeyin əsli ki, mübahdır. Haramlığını nə Qurandan nədə ki, sünnədən sübut edə bilmədiyiniz üçün məndə mübah əmələ "ali niyyətimi" qatıb savab qazanmağa çalışıram, kimə nə?

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#99 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 22 ноября 2012 - 00:50

Allah Elməddin qardaşımdan razı olsun ki, ürəyimdən keçənləri ifadə elədi.
Hər halda burada tətbirin caiz ya haram olmasını qəti isbat etmək mümkün olmayacaq- bu aydındır. Amma tətbiri caiz hesab edənlərin sübutlarını görmək maraqlı olar, inşallah.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#100 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 22 ноября 2012 - 01:47

Ərəbdilli saytlarda bir çox yazılara rast gəlmək olar. Mən tətbirin caizliyini müdafiə edənlərin dəlillərinin sadalandığı bir linki bölüşmək istərdim.

alkafi.net


Bir də bu Yasir əl-Həbibin bu barədə xütbəsi var. O bir neçə rəvayət dəlil gətirir. Bir rəvayətin əvvəlində deyir ki, Əllamə Məclisi bunu mötəbər mənbə ilə nəql etdiyini qeyd edir. Amma mənbəni qeyd etmədiyi üçün bölüşə bilmirəm.



Моя ссылка

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#101 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 22 ноября 2012 - 01:52

Orqanizmə dəyən zərərə gəldikdə "tətbir" tərəfdarları başdan qan çıxartmağın nəyin ki, zərəri hətta əksinə çox xeyirli bir əməl olduğunu bildirirlər. Yuxarıda Qulam qardaşın yerləşdirdiyi məqalənin sonunda "həcamət" məsələsinə qısa da olsa toxunulub.

Axırda bunu qeyd edirik ki, həcamət şərən müstəhəb bir əməldir, onun xüsusi qayda-qanunları vardır.[8] Əgər doğrudan da tibbi baxımından baş yarmaqda həcamətin xüsusiyyəti olması sübuta yetərsə, yenə də baş yarmağın caiz olmasına dair fətva vermək olmaz. Çünki düşmənlərin sui-istifadələri və məzhəbi süstləşdirmələri bu kimi izahlarla aradan getmir.



70 dərdin dərmanı həcamət

Digər tərəfdən bizlərdən kimin cürəti çatıb Yəqub peyğəmbərə (a.s,) irad tuta bilər ki, "Oğlunun sağ olduğunu bilə-bilə səbrsizlik göstərib, ağlayıb gözlərini kor etmisən, əzalarından birini şikəst etmisən, allahın verdiyi əmanətə xəyanət etmisən?

(Oğlanları Yəquba) dedilər: “Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən!”(12-85)

Sizə sual edirəm, hansı birimiz aşura mərasimində ağlayıb kor olmuşuq, zəncir və yaxud qəmə vurub şikəst olmuşuq? Bir damla qanımız axar ya axmaz, amandır bizim orqanizmimizə zərər dəydi. Bəlkə "Hüseyn-Hüseyn" deyib xəstə düşmüşük və yaxud ölmüşük?
Şikəst olsaq, xəstələnsək belə qorxusu yoxdur. Allahın izni ilə Yusif peyğəmbərin (a.s.) köynəyi atasının gözlərinə şəfa verdiyi kimi, İmam Hüseynin (a.s.) də qəbrinin torpağı bizə şəfa verər inşəallah!

Görün Lənkərani ağa nə buyurur:

Deyirlər sinə vurmağa nə sübut vardır? Bizə sübut lazım deyil, İmam Hüseynin (ə) əzadarlığı üçün olan hər şey aydındır. Əlbəttə, ağlın qəbul etdiyi həddə qədər və dinə ciddi bir zərər, zəiflik gətirməyən halda bəyənilir. Bir şəxs atasını əldən verir qəşş edir və ürəyi gedirsə heç kim ona demir bu iş ağılsız işdir. Başa və sinəyə vurmaq, hətta o rəvayətdə başının saçını yolmaq da, fəzədən sayılır.


"Fəzə"

Yenə sual edirəm hansı birimiz saçımızı yolub, başımıza vurmuşuq? Amandır vurmayaq, yolmayaq nasibilərin, qərblilərin, cahillərin xoşuna gəlməz, tüklərimizə, başımıza zərər gələr.

İmam Səccad (a.s.) buyurur: كادت نفسي تخرج "Az qalmışdı ruhum bədənimdən ayrılsın"
Xanım zeynəb (s.a.) buyurur: مالى اراك تجود بنفسك يا بقية جدى و ابى و اخوتى "Ey babamın, atamın, qardaşımın yadigarı niyə canınla oynayırsan?

İmam Səccad (a.s.) canı ilə oynayır, biz bir qaşıq qanımızı itirməkdən qorxuruq. Mənə görə dəlillərdən ən böyüyü elə budur.

Lənkərani ağanın buyurduğu "ağlın həddini" İmam Səccad (a.s.) və Xanım Zeynəb (s.a) bizə bildirib. Ölməyənə qədər nə qədər səbrsizlik göstərsən caizdir.



فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#102 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 22 ноября 2012 - 02:45

«Nahiyə» ziyarətində oxuyuruq ki, imam Zaman (ə) cəddi Hüseyn (ə)-a xitab edərək buyurur: «Gecə və gündüz sənə əzadarlıq edib göz yaşı tökürəm. Əgər göz yaşım qurtarsa, onun yerinə qan ağlayaram.»(Məqtəlul-Hüseyn (ə), səh. 224)

Qan ağlamaq

Sonuncu cümlənin mənasını bilən varmı?

İmam Sadiq (ə) buyurub: «Hər kəs (bizim müsibətimizə) özü ağlasa və ya başqasını ağlatsa, yaxud da özünü ağlamağa vursa cənnət ona vacibdir.»

Ağlatmaq metodlarına hədd qoya bilərikmi? "Tətbir" tərəfdarları "tətbir"in də çox effektiv bir metod olduğuna inanırlar.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#103 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 22 ноября 2012 - 03:50

Əs Səlam Aleykum! Qardaşlar mən avamam.Və bu sözümlədə heç kimi kinayə etmirəm.Sadəcə olaraq dəyərli alimlərimizin rəylərini gətirirəm.

Ayətullah Safi Gülpəyəqani:Əlbəttə hamı diqqət etməlidir ki, həzrətin əza məclislərinin təşkil etmək və o cümlədən iştirak etməyin ki, çoxlu savabı vardır haram işləri daxil etmək onları məhv etməsinlər. Hər hansı şeylər ki, məzhəbə və əzadarlıq məclislərinə xələl gətirir tərk olunmalıdır.

http://saafi.net/az/node/6802


#104 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 22 ноября 2012 - 04:05

Həmçinin Sə`səə b. Suhan əl-Əbdinin qoşunu barədə olan rəvayəti də "tətbir" tərəfdarları dəlil olaraq göstərirlər. Səsəə b. Suhan İmam Əlinin (a.s.) səhabələrindən olduğu bildirilir. Qısaca:

Sə`səənin qoşunu Bəhreyndən Kərbəlaya İmam Hüseynə (a.s.) kömək etmək məqsədilə yola düşürlər. Lakin onlar Kərbəlaya çatanda döyüş artıq başa çatmışdır. Bəni Əsəddən qəbrin yerini öyrənirlər. Qəbrin yanına çatanda özlərini torpağın üstünə atıb, üzlərinə, sinələrinə vura-vura ağllayırlar. Sonra isə qılıncları qınından çıxarıb başlarını yarırlar. Axan qan İmam Hüseynin (a.s.) qəbrinin torpağı ilə qarışır. Bu hadisə İmamın (a.s.) şəhadətindən 9 gün sonra baş vermişdir.


فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#105 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 22 ноября 2012 - 11:12

Xanım Zeynəb (s.a.) haqqında olan rəvayətə gəldikdə isə məhz Yasir əl-Həbibin cavabının xülasəsi budur:

Xanım Zeynəbin (s.a.) hərəkəti bizə höccətdir. Dəlil:

1. İmam Səccad (a.s.) buyurub:"
“Ey mənim bibim, sən müəllimsiz alim, dərk sahibisən”
2. Xanım bu əməli İmamın (a.s.) qarşısında etmiş, İmam (a.s.) onun bu əməlinə e`tiraz etməmişdir.

Rəvayət mürsəl olsada, mötəbərdir və məzmununa əməl olunur. Dəlil:

1. Əllamə Məclisi bə`zi mötəbər kitablarda bu rəvayətin mürsəl halda Muslim əl-Cəssasdan rəvayət olunduğunu bildirir.
2. Rəvayətin mürsəl olmağı bəzi cahillərin anladığı kimi onun zəifliyi və yaxud qeyri-səhih olması yox, sənədinin ixtisar olunması deməkdir. Əgər bu cür cahillər fiqhi istidlali kitablara müraciət etsələr gündəlik əməl etdiyimiz bir çox şəri hökmlərin mürsəl rəvayətlərdən istinbat olunduğunu asanlıqla görə bilərlər.
3. Əllamə əl-isfahani bu rəvayətin səhih olmasına hökm vermişdir.
4. Qədimdə və indiki zamanda alimlərin bu rəvayətə etimad göstərməsi insanda onun səhih olmasına əmniyyət yaradır.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#106 Arif

Arif

    Naqib – Captain

  • Murid
  • 944 сообщений

Отправлено 22 ноября 2012 - 11:34

Əssalamun aleykə ya əxi.bu məyus günlərdə sizin yazilarinizi oxumaqla təskinlik tapiram desəm yanilmaram,Aşura,Kərbəla vaqiəsi Allahin təkvini iradəsidir.kim nə qədər xərc töksün min cürə şübhə toxumu səpsin şiəliyə,əqidəyə zərbə endirsin yenə də Aşurada alt-üst olur bütün planlari.Allah bizi Aşurani dərk edib şəhid olanlardan qərar versin
ваххабизм – это дистилированный суннизм

#107 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 22 ноября 2012 - 11:47

Ələykəs-salam va rahmatullahi va barakətuh. Canımız bədəni tərk etməyənə qədər bu əzadarlığı bərpa etmək üçün nə etsək yenə də azdır.

Bəzilər Xanımın (s.a.) İmam Hüseynin (a.s.) vəsiyyətinə qarşı çıxaraq səbrsizlik göstərdiyini bildirirlər. Bu iddiaya qarşı dəlil:

1. İmam Hüseyn (a.s.) bacısına daim yox, məhz hadisə anında səbrli olmağı vəsiyyət etmişdir.
2. Bu hadisədən sonra İmamların (a.s.) bu müsibətə nisbətdə səbrsizlik göstərməkləri Xanımın vəsiyyətə qarşı çıxmamasına dəlalət edir.

Bütün müsibətlər zamanı səbr etmək tövsiyyə olunub lakin məsumların müsibəti, ələl-xüsus da İmam Hüseyn (a.s.) müsibəti istisnadır. Buna sübut Quran ayəsi və çoxlu sayda rəvayətlərdir.

Rəsulullah səlləllahu əleyhi və alihi və səlləmin dəfni zamanı buyurmuşdur:
Səbr gözəldir, lakin sənin ayrılığına dözmək olmur. Ağlayıb-sızlamaq pisdir, lakin bu sənin müsibətinə aid deyil. Sənin müsibətini görmək çox çətindir. Bundan əvvəl gördüyümüz və sonra görəcəyimiz müsibətlərin hamısından ağırdır.

İmam Sadiq (ə) buyurub: «İmam Hüseyn (ə) üçün ağlamaq və şivən salmaqdan başqa hər bir ağlamaq və şivən etmək məkruhdur.»

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#108 Arif

Arif

    Naqib – Captain

  • Murid
  • 944 сообщений

Отправлено 22 ноября 2012 - 11:57

qaldi ki həkim məsələsinə mənim bir tanişim var urək cərrahidir,adətən ürək əməliyyatlarindan sonra xəstəni rezin dubinka ilə

kürəklərinə vururlar,mikro kapilyarlarin partlamasi və laxtalanmiş qanin bədəndə yiğilib qalmamasi ücün.deyir ildə bir dəfə sinə vuran

sanki ürəyi massaj edir,o kəsin infarkt və s.kimi ürək xəstəliklərindən əziyyət cəkməsi riski cox azdir.aglamag həmcinin.qan cixarmaq

həmcinin.hətta bir yas mərasimində bir necə cərrah - həkim oturmuşdu və bu barədə sual verilib.5-6 ilin söhbətidir.cavab tamam müsbətdir...
bu da həkimlərin rəyi

Сообщение отредактировал Arif: 22 ноября 2012 - 11:59

ваххабизм – это дистилированный суннизм

#109 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 22 ноября 2012 - 12:36

Əssəlamu aleykum qardaşlar! Abu Sufyan Ordusu xoş gördük səni burda!

Mənim zənnimcə Habib qardaşımız burda haqlıdı, yəni bu iş əsasən nəsibilərin narahat edir. Biz böyük hörmətlə yanaşırıq İmam Xameneyi ağanın və Məkarim ağanın və digər alimlərin reylərnə, amma bu şiə alimlərin İcması deyil. Misal ücun mərhum Ayatullah Sadiq Rohani hətta zəncir vırılmagın vacib bilib. Ayətullah Sadiq Şirazi, habelə Böyük Ayatullah Əli Sistani və Vahid Xorasani qan tökülsədə belə, bu işi caiz biliblər!
Misal ücun: Ayətullahul-uzma Seyyid Əli Sistani Muasir şəriat məsələləri.
Imam Huseyn (a)-in əzadarlıq mərasimləri.

Sual-96: Bəzi insanlar Imam Huseyn (a)-in əzadarlıq mərasimlərində və xususən də Aşura günlərinde Imama məhəbbət əlaməti olaraq başlarını xəncər ilə yarır, hətta zəncirlə də vururlar. Bu əməl caizdırmı?
Cavab: Bədənə zərar vermək həlakət vəziyyetinə və ya halakət hökmlərinin mərtəbəsinə catmayana qədər (yəni həlakətə ugramayınca) bu əməlin haram olmasına hec bir dəlil yoxdur.

Bu video görüntüdə isə Ayətullah Vahid Xorasani, bir necə o vahtin alimlərin adlarnı cekib və deyir ki bu iş caizdi hetta qanda tökulsə. http://video.mynet.c...k-zinc/1071750/



Subut ücun gardaş vusal114 yazısı. Отправлено 03 Январь 2010 - 01:37
Qəmə vurmaq bəzi müctehidlərə görə haram bəzilərinə görə isə icazəlidir. Məsələn, Məkarim Ağa o günləri də çıxışında bunun yolverilməz olduğunu dedi. Və qeyd etdi ki, keçmiş müctehidlər də indi sağ olsaydılar fitvalarının əksini deyərdilər. Səhərisi ya o biri günü Vəhid Xorasani bu sözləri cavabsız qoymadı. Ad çəkməsə də eyhamla Məkarim Ağaya çatdırdı ki, sağ olsaydılar elə eyni şeyi deyəcəkdilər. Burada iş düşür insanın öz öhdəsinə. Reallıqları nəzərə alıb hərəkət etməlidir.

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#110 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 22 ноября 2012 - 12:41

Təşəkkür edirəm! Əgər Peyğəmbər (s.a.s.) başını yarmaqla qanını axıdırsa bizim narahat olmağımızı anlaya bilmirəm. Baş yarmağa tə`nə edənlər dolayısıyla Peyğəmbərə (s.a.s) tənə etmiş olurlar.
  • tatar. это нравится
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#111 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 22 ноября 2012 - 13:10

mən bilmək istəyirəm, bu məsələnin caiz olması haqqında məsumlar a.s-dan bir nəql var?

Məhz "tətbir" kəlməsi ilə rəvayət yoxdur. "Cəzə" kəliməsi ilə vardır. "Tətbir"in də "cəzə"nin misdaqlarından biri olduğu bildirilir.
Həmçinin "tətbir"in rəvayətlərdə gələn "ağlatma" kəliməsinin misdaqlarından olduğu bildirilir.

və yaxud, məsumların səhabələrindən r.a, mütəqəddim əshabımızdan bu əməl haqqında bir şey varid olub?

Xanım Zeynəbin (s.a.) və Səsəə b. əl-Cəssas əl-Əbdinin (r.a.) rəvayətləri

əgər varid olmayıbsa bu məsumlar a.s, onların səhabələri və mütəqəddim əshabımız əzərində əməlin tanınan bir şey olmadığına dəlil deyildirmi? mən bu məsələdə Seyyid Muhsin əl-Əmin r.a-ın yazdığı risaləni məsləhətli görürəm. o burada tətbir məsələsini tarixi baxımdan da incələmişdir.

Tarixi araşdıranda tarixi şəraiti nəzərə almaq lazımdır. Sadə bir misal: Bu gün 22.11.2012 tarixdə azadarlıq məclislərində kəsici alətlə baş yara bilərik, əlbəttə kəsici aləti məscidə gətirib çıxara bilsək?

  • tatar. это нравится
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#112 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 22 ноября 2012 - 13:27

Ulema ve Taklit Mercilerin kame zeni ve zincir vurmakla ilgili görüşleri

Vefat Etmiş Ulemalar

Büyük Ayetullah Seyyid Muhsin Hekim (r.a): Kame zeni, dini veya müstehap bir iş değildir. Bu iş İslam, Müslümanlar ve Ehl-i Beyt’in zararınadır.

Büyük Ayetullah Seyyid Ebu’l Kasım Hoi (r.a): Kame zeninin meşruiyeti hakkında hiçbir delil yoktur ve onun müstehap sayılması için hiçbir yol yoktur.

Büyük Ayetullah Seyyid Ebu’l Hasan İsfahani (r.a): Kame zeni, zincir vurmak ve trampetten istifade etmek haramdır ve meşru değildir.

Büyük Ayetullah Seyyid Muhsin Emin Cebel Amuli (r.a): Kame zeni ve bu tür yas merasimleri akıl hükmüne ve şeriata göre haramdır. Dünya da faydası olmayan ve ahirette de sevabı olmayan başı yaralamak nefse eziyet etmektir ki şeriatta haramdır. Bu amel, Ehl-i Beyti’n Şialarının halkın gözünde alaya alınmasına sebep olmuş ve onları vahşi olarak saymalarına sebep olmuştur. Hiç şüphe yoktur ki bu tür ameller şeytanların vesveselerinden kaynaklanmakta ve Allah, Peygamberi ve Ehl-i Beyt’in razılığı yoktur. Elbette bu amellerin adlarını değiştirmek onun mahiyetini ve haram olan şer’i hükmünü değiştirmez.

Büyük Ayetullah Şehit Seyyid Muhammed Bakır Sadr (r.a): Bu tür işler, cahil insanların işidir ve ulema devamlı bu tür işleri yasaklamış ve haram etmiştir.

Büyük Ayetullah Fazil Lenkerani (r.a): Kame zeni konusu, halkın imam Hüseyin’e daha çok ilgi duymasına, yönelmesine ve Onun mukaddes hedefine sebep olmadığı gibi, kötü neticeler vermesine sebep olmaktadır. Bundan dolayı imam Hüseyin (a.s) mektebine bağlı olan Şialar bu işlerden uzak durmalı ve eğer bu konuda nezretmiş olsalar bile nezirleri sahih değildir.

Büyük Ayetullah Salihi Mazenderani (r.a): Fıkıh kaynaklarında lubbi olsun, lafzi bil husus veya itlak veya umum olsun İmam Hüseyin’in (a.s) yas meclislerinde “kame zeni” hakkında ne fazilet, ne de erdem istifade edilmemektedir. Bilakis delillerin iktiza ettiği ve ikinci hüküm olarak bu işlerin haram olduğu ve caiz olmadığıdır. Bundan dolayı bu işlerden sakınmak farz ve gereklidir… iman kardeşlerim biliyorlar ki bu kameleri hain kame vuranların başına vurmalarıdırlar.

Ayetullah şehit Murteza Mutahhari (r.a): Bu tür merasimler, Ortodoks Hıristiyanlarından kaynaklanmıştır.

Ayetullah Muhammed Cevad Muğniye (r.a): Hoş olmayan bu gelenekler, bidattir. Din ve mezhepte yeri yoktur.

Ayetullah Meşkini (r.a): Bu tür işler İslam şeriatında kabul edilmemiştir, hatta bunlardan bazıları zaten haramdır. Müslümanlar, bir çeşit ibadet olan İmam Hüseyin’in (a.s) merasimlerine bunları sokmaktan kesinlikle kaçınmalıdır.

Yaşayan Ulemalar

Büyük Ayetullah Seyyid Ali Hamaney: Kame zeni, uydurma bir gelenektir ve dinden alakası olmayan işlerdendir. Hiç şüphe yoktur ki Allah’ta onun yapılmasından razı değildir.

Komünistler, Azerbaycan’a musallat oldukları zaman, tüm İslami eserleri yok ettiler; örneğin camileri ambara dönüştürdüler; dini salonları ve hüseyniyeleri başka şeylere dönüştürdüler öyle ki İslam ve Şiilikten hiçbir eser geride bırakmadılar. Sadece bir şeye izin verdiler o da “kame zeni” idi! … neden? Çünkü kame zeninin kendisi onlar için din ve Şiiliğin aleyhine kullanacakları bir propaganda aracıydı! Bu şekilde bazen düşman bu tür bazı şeyleri din aleyhinde kullanmaktadır. Her ne zaman hurafeler ortaya çıksa, halis din kötü tanınacaktır.

Büyük Ayetullah Cevadi Amuli: İslam’ın çirkin tanınmasına ve matem meclislerine hakarete sebep olacak şeyler caiz değildir. Kame zeni ve bunun gibi şeylerden uzak durulması umulur.

Büyük Ayetullah Mekarim Şirazi: Yas ve matem meclisleri öyle bir şekilde olmalıdır ki İslam düşmanlarının eline bahane vermemeli ve su-i istifade etmelerine sebep olmamalıdır. Ve bu azim ve büyük merasimler zayıflatılmamalıdır. Bundan dolayı mezhebin lekelenmesine sebep olacak işlerden – jiletle sine vurmak veya bıçaklı ve jiletli zincirlerle kendisine vurmaktan- sakınılmalıdır.

Büyük Ayetullah Mezahiri İsfahani: Kame vurmak ve bunun gibi şeyler caiz değildir.

Büyük Ayetullah Seyyid Kazım Hairi: Kame vurmak gibi hurafeler, İslam ve Şiiliğin kötü tanınmasına sebep olmaktadır.

Büyük Ayetullah Nuri Hemedani: Yas tutan muhteremler, kameleri kendi başlarınıza vuracağınıza İslam topraklarını işkal etmiş, onları zayıflatma fikrinde olan ve onların kaynak ve sermayelerini yağmalamak için her gün yeni oyunlarla İslami hayatı tehlikeye sokmak isteyenlerin başlarına vurunuz. Allah, bu yolu kat etmeleri için tüm Müslümanlara inayet ve başarı ihsan etsin.

Büyük Ayetullah Şeyh Muhammed Yakubi: Akla aykırı amellerin yapılması, nefse zarar vermek veya din ve Ehl-i Beyt (a.s) mektebine ihanet ve hakarete sebep olacak şeyler caiz değildir… bundan dolayı kame vurmak ve keskin şeylerle bedeni kanlar içinde bırakmaktan sakınmak farzdır.

Ayetullah Muhammed Mehdi Asifi: Bu işler Aşura mesajının halka ulaşmasında kötü etki bırakmaktadır ve Hüseyni şiarların hafife alınmasına sebep olmaktadır.

***

Büyük Ayetullah Seyyid Ali Sistani: “Yas ve mateme leke getirecek işlerden içtinap edilmelidir.”

***

Merhum Ayetullah uzma Mirza Cevad Tebrizi: “Aba Ehli için yas tutmak en önemli dini şiarlardan ve Şia’nın baki kalmasının sırlarındandır. Ancak yas tutan azizler mezhebin karalanmasına, İslam ve Ehlibeyt (a.s) düşmanları tarafından suistifade edilecek işlerden kaçınmaları gerekmektedir.” Yine başka bir yerde şöyle buyurmuştur: “Yas öyle bir şekilde tutulmalıdır ki Şia’ya leke getirmemelidir.” (Yeni sorular, s. 456) Ve yine başka bir yerde şöyle buyurmuştur: “Bu amelleri İmam Hüseyin’in yas ve mateminden saymak teemmül edilecek bir şeydir.” (Tariku’n Necat, c. 2, s. 445)

ABNA.İR

http://abna.ir/data....ng=10&Id=217055


#113 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 22 ноября 2012 - 13:44

Büyük Ayetullah Seyyid Ebu’l Kasım Hoi (r.a): Kame zeninin meşruiyeti hakkında hiçbir delil yoktur ve onun müstehap sayılması için hiçbir yol yoktur.


Büyük Ayetullah Seyyid Ali Sistani: “Yas ve mateme leke getirecek işlerden içtinap edilmelidir.”


Ali Sistaninın və Vahid Xorasaninın Xoi ağadan dərs almıştılar, və o işi haram olması deyə bilməzdi.

Büyük Ayetullah Seyyid Ali Sistani:
“Yas ve mateme leke getirecek işlerden içtinap edilmelidir.
Sual-96: Bəzi insanlar Imam Huseyn (a)-in əzadarlıq mərasimlərində və xususən də Aşura günlərinde Imama məhəbbət əlaməti olaraq başlarını xəncər ilə yarır, hətta zəncirlə də vururlar. Bu əməl caizdırmı?
Cavab: Bədənə zərar vermək həlakət vəziyyetinə və ya halakət hökmlərinin mərtəbəsinə catmayana qədər (yəni həlakətə ugramayınca) bu əməlin haram olmasına hec bir dəlil yoxdur.

Сообщение отредактировал tatar.: 22 ноября 2012 - 13:44

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#114 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 22 ноября 2012 - 13:59

Əziz qardaş.Təbrizi ağada Xoi ağadan dərs alıb.

#115 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 22 ноября 2012 - 14:07

Abu Sufyan ordusu, tətbir haqqındaki dəlilləri nəql etdiyin üçün çox sağol, təşəkkür edirəm. inşaAllah bu dəlillər haqqında müzakirə edək:

Deyək ki, dəlillərimiz kimisə qane etmir. Hər şeyin əsli ki, mübahdır. Haramlığını nə Qurandan nədə ki, sünnədən sübut edə bilmədiyiniz üçün məndə mübah əmələ "ali niyyətimi" qatıb savab qazanmağa çalışıram, kimə nə?

bəli, bu hərkəs tərəfindən bilinən və qəbul edilən bir həqiqətdir, şəriətə görə hər şeyin əsli mübahdır ta ki, onun haramlığı haqqında bir dəlil ortaya çıxana qədər. ancaq bu tətbiri caiz saymaq üçün əsas deyildir. bir nümunə verək: əgər bir şəxs hər hansı bir vasitə ilə, məsələn iyə ilə bədənini deşik-deşik etmək istəsə bu caizdir? əgər deyilsə hansı əsas onun haramlığı üçün dəlildir? bu məsələdə dəlil hər nədirsə elə tətbir məsələsinin haramlığında da dəlil odur.

Orqanizmə dəyən zərərə gəldikdə "tətbir" tərəfdarları başdan qan çıxartmağın nəyin ki, zərəri hətta əksinə çox xeyirli bir əməl olduğunu bildirirlər. Yuxarıda Qulam qardaşın yerləşdirdiyi məqalənin sonunda "həcamət" məsələsinə qısa da olsa toxunulub.

Axırda bunu qeyd edirik ki, həcamət şərən müstəhəb bir əməldir, onun xüsusi qayda-qanunları vardır.[8] Əgər doğrudan da tibbi baxımından baş yarmaqda həcamətin xüsusiyyəti olması sübuta yetərsə, yenə də baş yarmağın caiz olmasına dair fətva vermək olmaz. Çünki düşmənlərin sui-istifadələri və məzhəbi süstləşdirmələri bu kimi izahlarla aradan getmir.


70 dərdin dərmanı həcamət


İmam Sadiq (ə) buyurub: «Hər kəs (bizim müsibətimizə) özü ağlasa və ya başqasını ağlatsa, yaxud da özünü ağlamağa vursa cənnət ona vacibdir.»

hacamata gəlincə, hacamatın caiz olduğu doğrudur ancaq məsələ ilə yaxından uzaqdan əlaqəsi yoxdur. məgər birisi əlinə iynə alıb özünü deşikləyərək qan çıxarsa bu hacamat sayılacaq? hacamatın xüsusi qaydası var, bu isə başa qılıncı vurmaq deyildir.

Hz. Yəqub a.s qissəsinə gəlincə, Hz. Yəqub a.s ağlayırdı, başına qılınc vurmur, köz üstündə yeriyib zincir vurmudu. bunlar tamamilə başqa şeylərdir. və mövzu ilə əlaqəsi yoxdur. ümumən ağlamaq, sinə vurmaq, mərsiyə oxumaq ilə başa qılınc vurmaq, köz üstündə yerimək, zəncir vurmaq arasında nə əlaqə var? və ağlamağın caiz olması başa qılınc vurmağın caizliyinə necə dəlil ola bilər ki?

şəriətdə hər şeyin əslinin mübah olması, hacamat və yas tutma əlamətlərindən olan ağlamaq, mərsiyə oxumaq, sinə vurmaq kimi dəlilləri keçdikdən sonra nəqli dəlillər haqqında danışa bilərik. ancaq xahiş edirəm bütün nəqllərin mənbələrini də verin ki, araşdıra bilək.


İmam Səccad (a.s.) buyurur: كادت نفسي تخرج "Az qalmışdı ruhum bədənimdən ayrılsın"
Xanım zeynəb (s.a.) buyurur: مالى اراك تجود بنفسك يا بقية جدى و ابى و اخوتى "Ey babamın, atamın, qardaşımın yadigarı niyə canınla oynayırsan?

İmam Səccad (a.s.) canı ilə oynayır, biz bir qaşıq qanımızı itirməkdən qorxuruq. Mənə görə dəlillərdən ən böyüyü elə budur.

öncəliklə hədisin sihhətini öyrəmək lazımdır, inşaAllah mənbələri əlavə etdikdə bu barədə məlumatımız olacaq. amma hədisin mətninə gəlincə, bizim haqqında danışdığımız şey (tətbir) köz üzəridə yerimək, zəncir vurmaq, baş yarmaqdır. bunların heç biri isə burada görünmür. hədisdə olan şey kəskin şəkildə kədərlənmə, üzülmədir. eyni ilə Hz. Yəqub a.s-ın etdiyi kimi.

«Nahiyə» ziyarətində oxuyuruq ki, imam Zaman (ə) cəddi Hüseyn (ə)-a xitab edərək buyurur: «Gecə və gündüz sənə əzadarlıq edib göz yaşı tökürəm. Əgər göz yaşım qurtarsa, onun yerinə qan ağlayaram.»(Məqtəlul-Hüseyn (ə), səh. 224)

Qan ağlamaq

əvvəla bu ziyarətində sənədini öyrənmək lazımdır. onu nəql etdiyin "Maqtəl"in müəllifi kimdir? bunun haqqında məlumat versən araşdırma üçün asan olar.

ikinci olaraq, əgər səhihliyini fərz etsək, "qan ağlamaq" ifadəsinin baş yarmaq, zəncir vurmaq və köz üzərində yerimək ilə heç bir əlaqəsi yoxdur. "qan ağlama" ifadəsi elə bizim dilimizdə çox hallarda işlədilir və bununla dərin üzüntü qəsd edilir. məsələn deyirlər ki, "filankəs qan ağlayır" həqiqətdə isə o heç ağlamır.


Həmçinin Sə`səə b. Suhan əl-Əbdinin qoşunu barədə olan rəvayəti də "tətbir" tərəfdarları dəlil olaraq göstərirlər. Səsəə b. Suhan İmam Əlinin (a.s.) səhabələrindən olduğu bildirilir. Qısaca:

Sə`səənin qoşunu Bəhreyndən Kərbəlaya İmam Hüseynə (a.s.) kömək etmək məqsədilə yola düşürlər. Lakin onlar Kərbəlaya çatanda döyüş artıq başa çatmışdır. Bəni Əsəddən qəbrin yerini öyrənirlər. Qəbrin yanına çatanda özlərini torpağın üstünə atıb, üzlərinə, sinələrinə vura-vura ağllayırlar. Sonra isə qılıncları qınından çıxarıb başlarını yarırlar. Axan qan İmam Hüseynin (a.s.) qəbrinin torpağı ilə qarışır. Bu hadisə İmamın (a.s.) şəhadətindən 9 gün sonra baş vermişdir.

xahiş edirəm bunun mənbəsi qeyd edilsin ki, sihhətini araşdıra bilək.

Xanım Zeynəb (s.a.) haqqında olan rəvayətə gəldikdə isə məhz Yasir əl-Həbibin cavabının xülasəsi budur:

Xanım Zeynəbin (s.a.) hərəkəti bizə höccətdir. Dəlil:

1. İmam Səccad (a.s.) buyurub:"
[color="#000080"]“Ey mənim bibim, sən müəllimsiz alim, dərk sahibisən”

2. Xanım bu əməli İmamın (a.s.) qarşısında etmiş, İmam (a.s.) onun bu əməlinə e`tiraz etməmişdir.

Rəvayət mürsəl olsada, mötəbərdir və məzmununa əməl olunur. Dəlil:

1. Əllamə Məclisi bə`zi mötəbər kitablarda bu rəvayətin mürsəl halda Muslim əl-Cəssasdan rəvayət olunduğunu bildirir.
2. Rəvayətin mürsəl olmağı bəzi cahillərin anladığı kimi onun zəifliyi və yaxud qeyri-səhih olması yox, sənədinin ixtisar olunması deməkdir. Əgər bu cür cahillər fiqhi istidlali kitablara müraciət etsələr gündəlik əməl etdiyimiz bir çox şəri hökmlərin mürsəl rəvayətlərdən istinbat olunduğunu asanlıqla görə bilərlər.
3. Əllamə əl-isfahani bu rəvayətin səhih olmasına hökm vermişdir.
4. Qədimdə və indiki zamanda alimlərin bu rəvayətə etimad göstərməsi insanda onun səhih olmasına əmniyyət yaradır.

burada isə ilk növbədə hədisin əsli zikredilməlidir. baxaq görək hədisdə tətbirə dəlalət edən nəsə bir şey var? yoxsa o ağlamaq, mərsiyə demək kimi bizim də qəbul etdiyimiz məsələlər haqqındandır? daha sonra isə hədisin sihhəti araşdırılmalıdır. bəlkə bunun sənədindəki bir ravi məçhuldur? və yaxud zəif? ona görə hədisin əslini görmək lazımdır.

ancaq bunlardan sonra, Hz. Zeynəb s.a-ın əməlinin hüccətliyi üçün dəlil gətirilən hədis üzərinə müzakirə edilə bilər.


#116 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 22 ноября 2012 - 14:11

Təşəkkür edirəm! Əgər Peyğəmbər (s.a.s.) başını yarmaqla qanını axıdırsa bizim narahat olmağımızı anlaya bilmirəm. Baş yarmağa tə`nə edənlər dolayısıyla Peyğəmbərə (s.a.s) tənə etmiş olurlar.

əziz qardaşım, gördüyün kimi burada tətbir haqqında dəlil istəyənlər "bizə dəlil gətirin" deyirlər. əgər onlar sənin sözünü etdiyin "Peyğəmbər (s.a.s.) başını yarmaqla qanını axıdırsa" məsələsindən xəbərdar olsalar daha nə üçün "məsumlar a.s-dan bu məsələdə bir şey varid olubmu?" deyə soruşurlar ki? yaxşısı budur ki, haqqında danışdığınız bu dəlili də nəql edin.

Сообщение отредактировал Elmeddin.88: 22 ноября 2012 - 14:15


#117 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 22 ноября 2012 - 14:12

Əziz qardaş.Təbrizi ağada Xoi ağadan dərs alıb.

Səxix deyən adamlardan eşitmişəm ki Xoi ağa o işə haram dəməyib və qadaqa qoymayıb.

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#118 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 22 ноября 2012 - 14:20

Büyük Ayetullah Seyyid Ebu’l Kasım Hoi (r.a): Kame zeninin meşruiyeti hakkında hiçbir delil yoktur ve onun müstehap sayılması için hiçbir yol yoktur.


Ali Sistaninın və Vahid Xorasaninın Xoi ağadan dərs almıştılar, və o işi haram olması deyə bilməzdi.

Seyyid Xoi r.a nəzərində tətbir caizdir, o bunu "Məsail əş-Şəriə" 32-ci istiftatda deyibdir. ancaq Seyyid r.a 33-cü istiftatda deyir:



الخوئي: لم يرد نص بشعاريته ، فلا طريق الى الحكم باستحبابه
Qəmə və zəninin şəri olduğuna heç bir dəlil yoxdur və onun müstəhəb sayılmağına bir yol yoxdur.

Seyyid Əbul Qasim əl-Xoi r.a, "Məsail əş-Şəriyyə", 2/337, istifta 33


yəni, özü bu əməli caiz bilir amma onun için bir dəlil olmadığını bəyan edir.


#119 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 22 ноября 2012 - 15:28

Elmeddin qardaş cox saqolun cavaba görə.Yani bu işi Mərhum Xoi ağa haram saymıyıb və caiz bilib.

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#120 l-nur

l-nur

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 299 сообщений

Отправлено 22 ноября 2012 - 15:39

mən rusca bilmirəm.


Möhtərəm dini icmalar bu mərasimlərin təntənəli keçməsi və bu ayinlərin təzimlə yad edilməsi istiqamətində əllərindən gələni əsirgəməməli və icazə verməməlidirlər ki, onların adından məzhəbin geridə qalmış, süst qələmə verilməsinə bais olan və ya düşmənlərin əlinə bəhanə verən işlər, məsələn, musiqi alətlərindən istifadə etmək, baş yarmaq və bu kimi işlər görülsün. Bəzi insanların bu kimi işlər görməsi İmam Hüseynə (ə) olan məhəbbətlərindən irəli gəlsə də, bu məhəbbəti Həzrət Hüseynin (ə) bəyəndiyi, İmam Zamanın (ərvahuna fidah) razı olduğu şəkildə izhar etmək lazımdır.



Həzrət ustadın Kərbəla şəhidlərinin ağası İmam Hüseynin (əleyhis-salam) əzadarlarına tövsiyələri
Bədənə xəsarət vuran işlərdən, xüsusilə də şiə dünyası üçün ağır fəsadlar və xoşagəlməz nəticələri olan baş yarmaqdan çəkinsinlər. Əgər keçmiş böyük alimlər bu gün olsaydılar hamılıqla bu işin haram olmasına rəy verərdilər.


Имам Али, да будет над ним мир, сказал: Берегитесь нападок знатного, когда он голоден, и низкого, когда он сыт.




Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru