'al-Islam' сказал(а) 07 Май 2011 - 20:09:
Bismillah,qardaşım sənin yazdığın ən azı yarım saat baş verən hadisədir.Bunu gözündə canlandır,Xanıma(sə) o qədər zülm edirlər(yəniii bu dərəcədə,sözsüz zülm olub),amma Əli(ə) otaqda oturub buna baxır???Buna,doğurdan,inanırsız???Biri var,qapını açanda təpik vurula qapıya,sonra da uşaq sidq ola,mismar Xanıma(sə) bata,həə bu ağla sığır.Amma sizin yazdıqlarınız heç bir məntiqə sığmır.Eləcə də,ardıcıl baxsaq,Xanımı(sə) ilk olaraq qırmanc ilə vurur,əllərinə o ki var çəkir,sonra da bu halda olan birisi qağını elə tutur ki(özü də xanım-qadın),Ömər məcbur olur təpiklə qapını aça,qapı-divar arasında qalan Xanımın(sə) hələ taqəti olur ayaqüstə dayana,üzbəüz Ömərlə,bir şillə də vuralar...Bunu Abbas Qummi(rə) yox eee,Əllamə Təbətəbayi(rə) yazsa mənasızdır.'Kanan_313N' сказал(а) 07 Май 2011 - 20:00:
'H I Z B U L L A H' сказал(а) 07 Май 2011 - 19:50:
Bismillah,bu halda necə olur ki,deyirlər və yazırlar ki,qapı-divar arasında qalanda uşaq sidq oldu????Məhəmməd ibn Cərir Təbəri mötəbər mənbəyə əsaslanaraq İmam Sadiq(ə.s)-in belə buyurduğunu qeyd edir: «Fatimə(s.ə) çərşənbə axşamı cəmadiyul ayının 3-də vəfat etmişdir. Şəhid olmasının səbəbi isə budur ki, Ömər ibn Xəttabın qulamı Qunfuz Ömərin əmrinə əsasən qılıncın qundağı (qılaf) ilə ona elə zərbə vurmuşdu ki, oğlu Möhsin dünyaya gəlməmiş anasının bətnindəcə məhv olmuşdu. Bu hadisədən sonra həzrəti-Zəhra(s.ə) sağlamlığını itirmiş, ağır xəstəliyə tutulmuşdu. O, xəstəlik yatağında yatarkən ona zülm edən kəslərin heç birinə onunla görüşə icazə vermədi.»
Ömər ibn Xəttab Müaviyəyə[58] məktubunda (beyət və qapının yandırılması barədə) belə yazmışdı: «Qabaqcadan öz adamlarımızla Əli(ə.s)-nin evinə getdim. Fizzə (həzrəti-Fatimə(s.ə)-nin kənizi) çölə çıxdı. Ona dedim:
__ Əli(ə.s)-yə de ki, çölə çıxıb Əbu Bəkrə beyət etsin. Çünki bütün müsəlmanlar ona beyət etmişlər.
Fizzə:
__ Əmirəl-möminin Əli(ə.s) «Quran»ı tərtib etməklə məşğuldur.
Dedim ki, bu sözləri bir yana qoy, Əli(ə.s)-yə de ki, çölə çıxsın, yoxsa evə daxil olub onu zorla apararıq. Bu zaman Fatimə(s.ə) çölə çıxıb qapının qarşısında dayanıb dedi:
__ Ey yolunu azmış yalançılar, nə deyirsiniz, bizdən nə istəyirsiniz?
Dedim:
__ Niyə əmin oğlu cavab verməyə səni göndərib, amma özü pərdə arxasında oturub gizlənib?!
Fatimə(s.ə):
__ Ey Ömər, sənin bu tüğyanın və meydan oxumağın məni evdən çıxararaq höccəti sənə və sənin kimi hər bir yolunu azmışa tamam etdi.
Dedim:
__ Boş-boş sözləri bir kənara qoy. Əli(ə.s)-yə de ki, çölə çıxsın.
Dedi:
__ Yəni dostluq və kəramət sənə layiq deyil. Məni şeytan qoşunu iləmi qorxudursan, ey Ömər? Bil ki, hizbi-şeytan zəif və qüvvətsizdir.
Dedim:
__Ya Əli(ə.s) evdən çölə çıxmalı, ya da məscidə gedib beyət etməlidir, yoxsa evə adamları qarışıq od vuracağam.
Sonra Qunfuzun qırmancı ilə Fatimə(s.ə)-ni vurdum. Xalid ibn Vəlidə tapşırdım: «Adamlarına de, odun yığsınlar».
Daha sonra Fatimə(s.ə)-ni hədələdim:
__ Evi yandıraram.
Fatimə(s.ə): «Ey Allahın düşməni, ey Peyğəmbər(s)-in düşməni, ey Ə|mirəl-mömininin düşməni!» __ deyib əllərini irəli uzatdı ki, mən içəri keçməyim. Mən onu vurub qapını möhkəm itələdim. Qırmancı qapını buraxmaq üçün əllərinə o ki var çəkdim. Ağrının şiddətindən nalə çəkib ağladı. Naləsi elə ürəkyandırıcı idi ki, az qala ürəyim yumşalıb oradan qayıdacaqdım, lakin yadıma Əli(ə.s)-nin Qureyş böyüklərinin (müşriklərinin) qanını tökməsi düşdü. Ürəyimdə ona qarşı bəslədiyim kin, düşmənçilik yenidən baş qaldırdı. Qapını təpiklə möhkəm vurdum. Fatimə(s.ə) qapını açılmasın deyə möhkəm sıxmışdı. Lakin mən qapıya təpiklə vuranda Fatimə(s.ə)-nin naləsini eşitdim. Elə bildim, Mədinə lərzəyə gəlib alt-üst oldu. Fatimə(s.ə) o halda ikən deyirdi: «Ay atacan, ya Rəsululah, sənin sevimli qızınla belə rəftar edirlər. Ah, ey Fizzə gəl məni götür. Allaha and olsun, bətnimdə olan körpəm öldürüldü!»
Mən başa düşdüm ki, Fatimə(s.ə) hamiləliyin şiddətli ağrısından divara(qapının arxasına) söykənmişdir. Qapını möhkəm itələdim. Qapı açıldı. Evə daxil olanda Fatimə(s.ə) o halətdə mənimlə üz-üzə dayandı. Lakin bərk qəzəbləndiyimdən elə bil, gözümün qarşısına pərdə çəkilmişdi. Niqabın üstündən ona elə sillə vurdum ki, yerə yıxıldı (Beytül-əhzan)