Təbərrük
#61
Отправлено 10 ноября 2010 - 00:45
#62
Отправлено 10 ноября 2010 - 01:07
1. Müşrik öz şəfaətçisini tanrı bilir (istər üluhiyyat olsun ,istərsə də rübubiyyət) ,müsəlmanlar isə öz şəfaətçisinə nə tanrı deyir ,nə də tanrı bilir
2. Müşrik öz şəfaətçisinə ibadət edir , nəzir-qurbanlıq verir , müsəlman isə əsla !
3. Müşrikin bütləri şəfaətçi hesab etmələri barəsində qeybdən dəlil yoxdur (bunu Qurani Kərim də açıqca bildirir) ,lakin müsəlmanların şəfaətçi hesab etdiklərinə dair ayə və səhih hədislərdə dəlil vardır
Сообщение отредактировал reservoir engineer: 10 ноября 2010 - 01:08
Zillət bizdən uzaqdır !
#63
Отправлено 10 ноября 2010 - 08:47
Sual: Sizə görə LƏ İLƏHƏ İLLƏLLAH kəliməsi ilə LƏ RABBƏ İLLƏLLAH arasında nə fərq var? Bunların arasında fərqi görürsünüzmü? Elmli cavab verə bilən varsa o cavab versin.
Bir şəxs əgər Lə İLƏHƏ İLLƏLLAH desə Allahın təkliyini (yəni tovhidi)qəbul eləmiş olur.Amma Lə RABBƏ İLLƏLLAH desə yox.
Bunun təbərrükə nə adiyyatı var?
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"
#64
Отправлено 13 ноября 2010 - 00:35
Sual: Sizə görə LƏ İLƏHƏ İLLƏLLAH kəliməsi ilə LƏ RABBƏ İLLƏLLAH arasında nə fərq var? Bunların arasında fərqi görürsünüzmü? Elmli cavab verə bilən varsa o cavab versin.
Əvvəl sən mənim sualıma cavab ver ki, bütə niyə tanrı deyib bu müşriklər ? Məgər harda görülüb ki, tanrı sayılan bir şeyin qeyri-müstəqil olmadığı hesab olunsun .
Müşriklər demək olar ki, xaliqiyyət başqa bütün tövhidlərdə şirkə batıblar ,indi sənə görə kəlmeyi şəhadətin 5-6 cür deyilməsi olmalı idi ??
Quranda müşriklərin çətin vəziyyətlərdə Allaha sidq ürəklə dua edib yalvarması amma təhlükə sovuşan kimi yenə dı Allahı qoyub büt tanrılardan kömək diləməsi qeyd olunub . Bu açıqca müşriklərin rübubiyyətdə də şirkə batdığının bariz göstəricisidir ! Həmçinin müşrik xeyirin Allaha ,şərin isə başqa qüvvələrdən gəldiyini deyirdilər . Quran isə bildirdi ki xeyir də şər də Allahdandır ! Bu da başqa bir sübut
Omarın qılıncı , sən müşriklə müsəlmanın əməlindəki fərqləri tələb edirdin cavabını aldın ! Təəssübkeşliyi kənara qoy !
Сообщение отредактировал reservoir engineer: 13 ноября 2010 - 00:37
Zillət bizdən uzaqdır !
#65
Отправлено 13 ноября 2010 - 01:58
Rübubiyyətdə şirk məsələsinə gələk
Rübububiyyətdə tövhid odur ki, aləmin idarə olunmasında Allah təkdir ,şərik(lər)i yoxdur !
Leksik baxımdan "rəbb" , ixtiyarında bir şey olan və həmin şeyin işlərini qaydaya salan və idarə edən şəxsə deyilir .İdarətetmə bu mənadadır . Misal üçün , ixtiyarında tarla olan və bu tarlanını bütün işlərini yerinə yetirən şəxs - bağban . Bağban tarlanın leksik baxımından (!) rəbbi sayılır və idarə edənidir. Bağban tarlanın xaliqi deyil.
Rububiyyət 3 qismdən ibarətdir: Xəlq (yaratmaq), sahiblik (Mulk), idarə etmək (Qayyum). Bu şeyləri də muşriklər bilirdilər və bunda şirk yox idi. Tochidin bu qismini məxluqatdan indiyədək heç kəs inkar etməyib. Bu yalnız Firondan baş verib, bu da təkəbbürlükdən idi. Uca Allah buyurur: (Musa )dedi: “Sən artıq bilirsən ki, bunları yalnız göylərin və yerin Rəbbi, açıq-aşkar möcüzə olaraq endirdi. Mən isə, ey Firon, sənin məhv olacağını yəqin bilirəm”.İsra 102.
Deməli hətta Firon da rububiyyətdə şirk etməyib, onun da şirki uluhiyyətdə olub. Baxmayaraq ki, Allah təalə onun barəsində xəbər verir ki, "dedi: “Sizin ən uca rəbbiniz mənəm!”" Naziat 24.
Aləmi yaradan və onun yaranışına şəriki olmayan Allah özü tək idarə edir . Ərəb müşrikləri də zatda və xaliqiyyətdə olan tövhidi qəbul etmişlər, lakin idarəetmədə büt tanrıları Allahın şərikləri bilmişlər .Ərəb müşrikləri başqa ölkələrin müşrikləri kimi düşünürdülər ki, Allah aləmin idarəsini görünməyən qüvvələrin , məsələn ,mələklərin , cinlərin ,insan allahının , heyvan allahının ,dəniz və səhra allahının ,bitki allahının ,habelə insanın ,müqəddəs ruhların və şər ruhların öhdəsinə qoyub və onlar müstəqil formada təbiət aləmini idarə edirlər .
Muşriklər bilirdilər ki, yaradan (Xaliq), idarə edən (Qayyum), hər şeyə sahib olan (Malik), ruzi verən və sair rububiyyə sifətləri tək olan Allaha mxsusdur.
BUYUR MUŞRİKLƏRİN RUBUBİYYƏDƏ ŞİRK ETMƏMƏLƏRİNƏ AUD AYƏLƏRİ! OXU FİKİRLƏŞ! HAQQA TƏSSÜBKEŞLİK ET, BATİLƏ YOX!
De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs (belə olduğu halda) (Allahdan) qorxmursunuz?”
YUNUs 31. Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar hökmən: “Allah!”– deyəcəklər. LOĞMAN 25. Əgər sən onlardan: “Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?”– deyə soruşsan, onlar mütləq: “Allahdır!”– deyəcəklər. Onlar necə də (haqdan) döndərilirlər! Ənkəbut 65. Əgər sən onlardan: “Göydən yağış nazil edib onunla yeri quruduqdan sonra canlandıran kimdir?”– deyə soruşsan, onlar mütləq: “Allahdır!”– deyəcəklər. Ənkəbut 63.Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar mütləq: “Allah!”– deyəcəklər. De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!” Zumər 38. Həqiqətən, əgər onlardan (Məkkə müşriklərindən): “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, mütləq: “Onları yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən (Allah) yaratmışdır!” – deyə cavab verəcəklər.Zuxruf 9. Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, əlbəttə: “Allah!”– deyərlər. (Gör) necə də (haqdan) döndərilirlər!Zuxruf 87.
Burada isə öz məqsədivə uyğun olaraq ayənin mənasını təhrif etmisən, dəyişdirərək həqiqi mənadan uzaqlaşdırmısan! Yazıqlar olsun sənə! Ayənin ərəbcəsi belədir:(Ya Rəsulum de) Allahdan qeyri ibadət etdikləri (bütlər) heç bir şey yarada bilməzlər, əksinə, onlar özləri (daşdan, ağacdan və sairədən) yaradılmışlar. Onlar ölüdürlər, diri deyillər və (insanların, bütün məxluqatın) nə vaxt diriləcəklərini də bilməzlər. (Elə isə onlara ibadət etmək düzgündürmü?!) Siz tanrınız bir olan Allahdır. (Nəhl 20-22)
وَالَّذِينَ يَدْعُونَ مِنْ دُونِ اللَّهِ لَا يَخْلُقُونَ شَيْئًا وَهُمْ يُخْلَقُونَ
Allahdan başqa dua etdikləri heç bir şey yarada bilməzlər. (Çünki) onlar özləri yaradılmışlar.
أَمْوَاتٌ غَيْرُ أَحْيَاءٍ ۖ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ
Onlar) ölüdürlər – diri deyillər və nə vaxt dirildiləcəklərini də bilmirlər.
Sən deyirsən ki, "Allahdan qeyri ibadət etdikləri (bütlər)" ayədə büt sözü keçmir. Bəli deyə bilərsən ki, məna başa düşülsün deyə belə kopyalayıb gətirmişəm. Mən deyirəm ki, bu düzgün tərcümə deyil. Çünki bunsuz da məna baça düşülür, əksinə daha da ətraflı və Allahın muradına uyğun başa düşülür. Çünkik ayədə keçən "وَالَّذِينَ يَدْعُونَ " (dua etdikləri) ümumiliyi əhatə edir və Allahdan başqa dua olunan hər şeyi əhatə edir - istər mələk, istər peyğəmbər, istər saleh insan, istərsə də cinn.
İkinci ayədə isə yenə oxucunu məqsəddən yayındırmaq üçün gətirmisən ki, "diri deyillər və (insanların, bütün məxluqatın) nə vaxt diriləcəklərini də bilməzlər." BUrada da mötərizə içərisində olan hissə yersiz , artıq, lazımsız əlavədir. Ayədə gəlir ki,وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَonlar nə vaxt diriləcəklərini bilmirlər - yəni Allahdan başqa dua və ibadət edilənlər özlərinin nə vaxt diriləcəklərini bilmirlər. Çünki bu ayə dəlildir ki, sənin Allahdan başqa dua etdiklərin də sənin kimi insanlardır və ölüdürlər və nə vaxt diriləcəklərini də bilmirlər.
Buna inandıqları üçün böhrab və sıxıntı ,təhlükə zamanı çətinliklərin həll olunmasında öz problemləri ilə əlaqədar olan qeybi qüvvəyə pənah aparırdılar. Onların diqqətini cəlb etmək üçün ibadətlə və nəzir-niyazla məşğul olurdular . Bu mətləb Quran ayələrində var . Xurafat və uydurmadan başqa bir şey olmayan bu "qeybi qüvvələr" onların gözü qarşısında olmadığı üçün ağacdan ,daşdan ,metaldan büt heykəllər düzəldir və ibadət vaxtı diqqətlərini onlara tərəf yönəldirdilər ,onların qarşısında təzim-səcdə edirdilər . Lakin həqiqətdə isə hədəfləri qeybi olan qüvvələrə və tanrılara ibadət etmək idi.
Əkksinə onlar tovhidi bu günki özlərini islama nisbət edən muşriklərdən daha yaxşı bilirlər. Onlar sıxıntı vaxtında Allaha dua edirdilər və raharlıq vaxtında isə şirk edirdilər. Bu günki muşriklər isə həm sıxıntı vaxtında, həm də rahatlıq vaxtında Allaha şərik qoşaraq Ondan başqasına dua edirdilər. Dəlil Ənkəbut 65-ci ayədir: Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona yalvarırlar. (Allah) onları xilas edib quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşurlar. Lakin faktla deyə bilərik ki, bu gün özlərini islama nisbət edən muşriklər hər vaxt Allahdan başqasına dua etməyi caiz görür və buna da dəlil axtarırlar. Lakin tapa bilmirlər, çünki bu din tovhid dinidir.
De: “Rəbbim ədaləti əmr etdi. Hər səcdədə (namaz vaxtı) üzünüzü (bütlərə deyil, Ona tərəf və ya qibləyə) tutun. (Allah) dini yalnız Ona məxsus edərək ibadət edin. Sizi (yoxdan) yaratdığı kimi, yenə Onun hüzuruna qayıdacaqsınız! (Əraf 29)
Bəli! Bu ayə də sizə qarşı dəlildir ki, Allahdan başqasına səcdə etmək olmaz, bu şirkdir, çünki ibadəti Allahdan başqasına yönəltmək şirkdir. De: “Rəbbim ədalətli olmağı əmr etdi. Hər səcdə etdiyiniz yerdə üzünüzü Ona tutun və Allaha – dini məhz Ona məxsus edərək dua edin. Sizi ilk dəfə yaratdığı kimi diriləcəksiniz”.
Rəbbinin dərgahında olan (mələklər) Ona ibadət etməkdə təkəbbürlük göstərmir, Onu tərifləyir və yalnız Ona səcdə edirlər.Əraf 206.
Bu din tovhid dinidir. Kim Allahda başqasına ibadətlərindən hər habsı bir ibadəti yönəldərsə o kəs muşrik və kafir olur. Onun axirətdə heç bir payı yoxdur. Allah təalə bizdən qiyamət günü Öz haqqını soruşacaq, başqa şey soruşmayacaq. Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.Zariyat 56. Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– (deyə), elçi göndərdik. Nəhl 36.
#66
Отправлено 13 ноября 2010 - 12:52
#67
Отправлено 15 ноября 2010 - 02:41
Başa düşürəm və bilirəm ki, peyğəmbər sallallahu aleyhi və səlləmlə təbərrük ediblər və peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra isə səhabələr bir-birləri ilə təbərrük etməyiblər. İndi siz mənə qurandan dəlil gətirin ki, daşa, divara, ağaca, qondarma ayaq izinə sürtünmək təbərrükdür.
#68
Отправлено 15 ноября 2010 - 02:55
Siz Qurandan savayı heç nəyi qəbul etmirsiz?Yaxşı!
Başa düşürəm və bilirəm ki, peyğəmbər sallallahu aleyhi və səlləmlə təbərrük ediblər və peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra isə səhabələr bir-birləri ilə təbərrük etməyiblər. İndi siz mənə qurandan dəlil gətirin ki, daşa, divara, ağaca, qondarma ayaq izinə sürtünmək təbərrükdür.
Qurandan bu işin haram olmasını sübut edə bilərsiz? Bilirsiz də şəriətlə haram olmayan hər şey halaldır.
#69
Отправлено 15 ноября 2010 - 18:54
1-si mənə fironla bağlı ayələri göstərirsən ,iddia edirsən ki firon rübubiyyətdə şirkə batmayıb , hə ?? Sən əvvəl qədim Misir tarixini araşdır sonra burda danış ,fikir söylə ! Misirdə müharibə tanrısı , ölüm tanrısı , günəş tanrısı ,şər tanrısı ,ölüb dirilən təbiət tanrısı və s. tanrılar vardı ! Bu isə rübubiyyətdə şirk deməkdir ! Firon 2-ci Ramzes özünə tanrı deyir ,Musadan tək olan Allah haqda suallar verir ,daha doğrusu Allahın necəliyi barəsində ,hətta Allahın olduğuna iman etmir ,vəziri Xamana deyir uca qəsr tik bəlkə ordan Musanın Allahını görə bildim deyə istehza edir ! Nə isə..
2-si bir əhli sünnə kitabında bu yaxınlarda oxudum ki, orada yazılmışdı ki, müşriklər 2 qrupa bölünürlər əqidə baxımdan , 1 qrup müşriklər bütləri tanrı sayır düşünürdülər ki, tanrılar onların düzəltdikləri bütlər şəkildədir və bu bütlərə daxil edir - hülul edir ! 2-ci qrup müşriklər isə bütlərini tanrı yox sadəcə şəfaətçi hesab edir və düşünürdülər ki onlara ibadət etsələr Allah bu işdən razı qalar və onları bağışlar !
Əgər belə olmasaydı müşriklər deməzdilər xeyir qüvvələr də var ,şər qüvvələr də . Mən bundan əvvəlki postumda rübubiyyət məsələsində şirk məsələsini isbat etmişəm , sən isə başqa özünə sərf edən ayələri misal çəkirsən , üstəlik cəmi bir ayədə büt sözünün olmadığını isbat etmisən mən isə çoxlu ayələr təqdim etmişdim !
3-sü üluhiyytada şirkəbatmağı izah elə ,bu sualı sənə əvvəl də vermişdim !
4-sü mənə dəxli yoxdur müşrik üluhiyyatda şirkə batıb ya rübubiyyətdə , fakt budur ki, bütlərə tanrı deyiblər ,mənə bu bəsdir
5-si sən söhbəti fırlatmısan özü də nəyi var ,sən müşriklə müsəlmanın əməlində fərqi bilmək istəyirdim mən də fərqləri göstərdim daha nə deyirsən e ?!?!?!
6-sı niyə sizin hamınız şəfaət məsələsində müşriklərin bütlərə dua etməsini göstərirsiz e ? Məgər müsəlmanlar belə edirlər ?!
Müşrik dua edəndə bütə dua edir bütdən istəyir bağışlanmağı yaxud başqa şeyləri ,müsəlmanlar isə Hz Peyğəmbərin (s) duada onlarla bir Allaha dua etməsini rica edir ki bu müşrikin əməli ilə tamamilə fərqlidir !
Nizami Gəncəvinin "Yeddi gözəl" əsərində "Peyğəmbərin tərifi" mədhiyyəsində belə yazıb :
Günahkar ümməti qoymaz xəcalət
Onlara edər daim şəfaət
O pak məzarından bir diləyim var
Allah dərgahında mənə ol duakar
7-si təəssübkeşlik inadkarcasına həqiqətə göz yummaqdır sən isə yazmısan ki ,"HAQQA TƏSSÜBKEŞLİK ET, BATİLƏ YOX!"
))))))
Al fath
Xahiş edirəm bu şərhimi silməyəsiniz , sadəcə cavab verməliydim ittihamlara . Bundan sonra mövzu barədə yazacam yalnız
Zillət bizdən uzaqdır !
#70
Отправлено 15 ноября 2010 - 19:35
اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای
#71
Отправлено 18 ноября 2010 - 21:55
Siz Qurandan savayı heç nəyi qəbul etmirsiz?
Qurandan bu işin haram olmasını sübut edə bilərsiz? Bilirsiz də şəriətlə haram olmayan hər şey halaldır.
Zillət bizdən uzaqdır !
#72
Отправлено 19 ноября 2010 - 01:21
Siz Qurandan savayı heç nəyi qəbul etmirsiz?Yaxşı!
Başa düşürəm və bilirəm ki, peyğəmbər sallallahu aleyhi və səlləmlə təbərrük ediblər və peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra isə səhabələr bir-birləri ilə təbərrük etməyiblər. İndi siz mənə qurandan dəlil gətirin ki, daşa, divara, ağaca, qondarma ayaq izinə sürtünmək təbərrükdür.
Qurandan bu işin haram olmasını sübut edə bilərsiz? Bilirsiz də şəriətlə haram olmayan hər şey halaldır.
Quarnda bu işin haram olmasına yox, əksinə halal olmasına dəlil lazımdır. Çünki əşyaların (müamilələrin) əsli halaldır dəlil gəlir nəyisə haramlaşdırır. Məsələn hər şeyi yemək olar, yalnız dəlil gəlil gəlib haram saydığı hansısa ətlərdə başqa, hər şeyi içmək olar, yalnız dəlil gəlib haram saydığı ağlı örtən içkilərdən başqa vəs sair. Lakin ibadətdə isə əsil budur ki, haramdır, dəlil gəlib halallaşdırır. Yəni sən istədiyin kimi namaz qıla bilməzsən, həcc edə bilməzsən, zəkat verə bilməzsən və sair ibadətləri edə bilməzsən nə qədər ki, dəlil yoxdur. O ki dəlil gəldi həmin dəlilə əsasən bu ibadətləri edə bilərsən. Deməli ibadət məsələlərində sən nə qədər ki, əlində dəlil yoxdur istədiyin şeyi edə bilməzsən! Dəlil lazımdır!. Mən də sizlərə deyirəm: "MƏNƏ DƏLİL GƏTİRİN Kİ, PEYĞƏMBƏR SALLALLAHU ALEYHİ VƏ SƏLLƏMDƏN BAŞQA KİMLƏSƏ TƏBƏRRÜK ETMƏK OLAR!"
#73
Отправлено 19 ноября 2010 - 01:26
Üluhiyyət-rübubiyyəti bilmək yaxşı şeydi amma təbərrük məsələsi o qədər aydın məsələdir ki, bu dərinliyə getməyə ehtiyac yoxdur. Əshab edib? Edib. Deməli, biz də edə bilərik. Ayrı vaxt əshabı məsum edirlər. Amma indi nədi-nədi 1-2 dənə dılğır deyib ki, təbərrük haramdı, qalıblar ortalıqda.
Necə ki, Yusuf aleyhissələmin köynəyi ilə təbərrük etdilər, həmçinin də əshab peyğəmbər sallallahu aleyhi və səlləmin sağlığında edib, vəfatından sonra etməyib. Bu müşriklərin ibadəti idi. başqa insanlarla təbərrük etməyə quranda dəlil yoxdur, Allah bu cür ibadəti (yəni başqa insanlarla təbərrük etməyi) bizə yazmayıb və biz də bunu etmirik. Bu isə dılğır müşriklərin ibadətidir.
#74
Отправлено 19 ноября 2010 - 04:53
Hər şeyi etmək olar, yalnız haram sayılanlanlardan başqa!Quarnda bu işin haram olmasına yox, əksinə halal olmasına dəlil lazımdır. Çünki əşyaların (müamilələrin) əsli halaldır dəlil gəlir nəyisə haramlaşdırır. Məsələn hər şeyi yemək olar, yalnız dəlil gəlil gəlib haram saydığı hansısa ətlərdə başqa, hər şeyi içmək olar, yalnız dəlil gəlib haram saydığı ağlı örtən içkilərdən başqa vəs sair.Siz Qurandan savayı heç nəyi qəbul etmirsiz?Yaxşı!
Başa düşürəm və bilirəm ki, peyğəmbər sallallahu aleyhi və səlləmlə təbərrük ediblər və peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra isə səhabələr bir-birləri ilə təbərrük etməyiblər. İndi siz mənə qurandan dəlil gətirin ki, daşa, divara, ağaca, qondarma ayaq izinə sürtünmək təbərrükdür.
Qurandan bu işin haram olmasını sübut edə bilərsiz? Bilirsiz də şəriətlə haram olmayan hər şey halaldır.
Siz artıq sayığlayırsız. İbadətdə nə haram olub, sonra onu Quran halal edib? Buna dəliliniz nədir?Lakin ibadətdə isə əsil budur ki, haramdır, dəlil gəlib halallaşdırır.
Lakin ibadətdə isə əsil budur ki, haramdır, dəlil gəlib halallaşdırır. Yəni sən istədiyin kimi namaz qıla bilməzsən, həcc edə bilməzsən, zəkat verə bilməzsən və sair ibadətləri edə bilməzsən nə qədər ki, dəlil yoxdur. O ki dəlil gəldi həmin dəlilə əsasən bu ibadətləri edə bilərsən. Deməli ibadət məsələlərində sən nə qədər ki, əlində dəlil yoxdur istədiyin şeyi edə bilməzsən! Dəlil lazımdır!. Mən də sizlərə deyirəm: "MƏNƏ DƏLİL GƏTİRİN Kİ, PEYĞƏMBƏR SALLALLAHU ALEYHİ VƏ SƏLLƏMDƏN BAŞQA KİMLƏSƏ TƏBƏRRÜK ETMƏK OLAR!"
Əvvəla kiməsə təbərrük edilmir, təvəssül edilir. Təbərrük əşyalara edilir, misal üçün peyğəmbərin əşyalarına, qara daşa və s.
İkincisi: Məgər Quranda necə namaz qılmaq, zəkat vermək və s. yazılıb? Quranda namaz qılın yazılıb və biz istədiyimiz kimi namaz qıla bilərdik əgər sünnət olmasaydı. Necə qılınmasını sünnətdən öyrənirik. Siz dəlili yalnız Qurandan istədiyinizə görə bizə də dəlili yalnız Qurandan gətirin!
Bunu nəyə əsasən deyirsiz? Təzə əqidə yaradmısız? Nəyə ki, qadağa yoxdur onu etməyə nə mane olur? Haram qılınmayan hər şey halal sayılır.Deməli ibadət məsələlərində sən nə qədər ki, əlində dəlil yoxdur istədiyin şeyi edə bilməzsən!
Quranda təbərrük haram qılınıbsa göstərin biz də onu haram sayaq!
#75
Отправлено 19 ноября 2010 - 05:01
Quranda heç bizim peyğəmbərin (s) də əşyaları, ağız suyu və s. ilə təbərrük edilməsi haqda bir şey yoxdur, deməli Sizin yazınıza əsasən bunu edənlər Qurana əsasən etməyiblər və onlar dılğır müşrikdilər?!Necə ki, Yusuf aleyhissələmin köynəyi ilə təbərrük etdilər, həmçinin də əshab peyğəmbər sallallahu aleyhi və səlləmin sağlığında edib, vəfatından sonra etməyib. Bu müşriklərin ibadəti idi. başqa insanlarla təbərrük etməyə quranda dəlil yoxdur, Allah bu cür ibadəti (yəni başqa insanlarla təbərrük etməyi) bizə yazmayıb və biz də bunu etmirik. Bu isə dılğır müşriklərin ibadətidir.Üluhiyyət-rübubiyyəti bilmək yaxşı şeydi amma təbərrük məsələsi o qədər aydın məsələdir ki, bu dərinliyə getməyə ehtiyac yoxdur. Əshab edib? Edib. Deməli, biz də edə bilərik. Ayrı vaxt əshabı məsum edirlər. Amma indi nədi-nədi 1-2 dənə dılğır deyib ki, təbərrük haramdı, qalıblar ortalıqda.
İkincisi: Bir insanın özünə yox, əşyasına təbərrük edilirsə onun sağ olub olmamağının və fərqi var? Sağ olanda o öz əşyasını bərəkətlə şarj edir?
Sizcə yalnız Quranda adları çəkilər insanlara və onların əşyalarına təbərrük caizdir?başqa insanlarla təbərrük etməyə quranda dəlil yoxdur
- _MOLLA_ и MirMustafa это нравится
#76
Отправлено 19 ноября 2010 - 07:36
Necə ki, Yusuf aleyhissələmin köynəyi ilə təbərrük etdilər, həmçinin də əshab peyğəmbər sallallahu aleyhi və səlləmin sağlığında edib, vəfatından sonra etməyib. Bu müşriklərin ibadəti idi. başqa insanlarla təbərrük etməyə quranda dəlil yoxdur, Allah bu cür ibadəti (yəni başqa insanlarla təbərrük etməyi) bizə yazmayıb və biz də bunu etmirik. Bu isə dılğır müşriklərin ibadətidir.
san na gulmali adamsan .sani qoyub qabaqa gulmak lazimdi.san ozun oz yazdiqini basa dusursan?demak istayirsan ki yusif as olandan sonra koynak da oldu. sana deyildi aksini subut ela na aqlina galani yazmisan.
o dilqir dediyin aqida 18 ci asirda yaranib.
#77
Отправлено 19 ноября 2010 - 12:41
Deyəsən məsələni yenə başa düşmədiniz. Yenə başa salaram. Diqqətlə oxuyun.
Əşyalarda əsil budur ki, hər şey halaldır, yalnız dəlilin haram etdiyindən başqa. Yəni hər şey yeyib-içmək olar, yalnız Allah və rasulunun haram etdiyi şeylərdən başqa. Əvvəlcə hər şey içmək və yemək olardı, sonradan dəlil gəldi ki, ağlı örtən və yaxud da donuz əti, və başqa ətləri yemək haram edildi.
Lakin ibadət məsələlərində isə belə deyil. Yəni islam gələndə başladı insanlara öyrətməyə ki, necə ibadət etmmək lazımdır - misal üçün şəhadət kəlməsini deməyi, namaz qılmağı, oruc tutmağı, qəbirləri ziyarət etməyi və başqa ibadət növlərini necə icra etməyi, necə yerinə yetirməyi insanlara öyrətdi. İndi də bizim əlimizdə əşyalardan əlillə hansı şeylər haramdırsa ona haram deyirik, qalanlarına isə haram demək olmaz. Və həmçinin ibadət məsələlərində də hansı şeylər əmr olunubsa onu yerinə yetiririk, əmr olunmayan, buyurulmayan ibadətləri isə özümüzdən icra etmirik. Belə olmasa bu bidət adlanılr və həmən insan Allahın adından Onun demədiyi sözü deyir. Həmçinin də Allaın kamil etdiyi dinə nələrisə əlavə edir. Uca Allah Maidə surəsinin 3-cü ayəsində buyurur ki, "Bu gün sizin dininizi kamil etdim və sizə olan nemətimi tamamladım və sizin üçün islamdan din olaraq razı qaldım." Və həmçinin Həşr surəsi 8-də Allah təalə buyurur ki, "Rasul sizə nəyi verirsə olnu götürün, və sizə nəyi qadağan edirsə ondan çəkinin. Allahdan qorxun, həqiqətən Allah şiddətli əzab verəndir." Və başqa ayədə Uca Allah buyurur "De: Əgər Allahı sevirsinizsə mənə tabe olun və Allah da sizi sevsin, günahlarınızı bağışlasın. Allah Bağışlayandir, Rəhm edəndir."
Bütün bu ayələr və zikr etmədiyim başqa ayələr göstərir ki, ibadəti Allah və rasulu əmr edir, göstəerir. Yəni özündən ibadət növü axtarma!!! Sənə buyurulanları et, bu sənə kifayətdir!!! İndi sən dində Allah və rasulunun buyurmadığı bir ibadəti özündən edərsənsə bu səndən qəbul olunmaz, çünki bunu sənə Allah və rasulu əmr etməyib.
İndi buyurun mənə siz dəlil gətirin ki, qəbirlərlə, baş daşları ilə, ayaq izləri ilə, "seyyidlərin" ocaqları ilə, kimlərinsə əl sürtmələri ilə, ağız suyu ilə (peyğəmbərdən başqa) və başqa nələr-nələrlə təbərrük etmək olar!
#78
Отправлено 19 ноября 2010 - 16:52
bu gun hasi gundu? qadir xumdu ha.siz ki qadrxumu qabul etmirsiz.niya dalil olaraq gatirirsan?axi o gun vilayat tasdiqlanib."Bu gün sizin dininizi kamil etdim və sizə olan nemətimi tamamladım və sizin üçün islamdan din olaraq razı qaldım."
maida 67 Ey Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər (belə) etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifə-sini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyar. Şübhəsiz ki, Allah kafir tayfanı doğru yola yönəltməz.
gorursan da butun hadislarda burda ALI as a man kimin movlasiyamsa o kasa da movladi ALI.deyib.doqru yolda olmayanlarda maida 67 da onlar haqqinda deyilib.
bir az arsdir gor kimlar amirdan cixib.1 ci 2ci va 3 cu.Və həmçinin Həşr surəsi 8-də Allah təalə buyurur ki,
"Rasul sizə nəyi verirsə olnu götürün, və sizə nəyi qadağan edirsə ondan çəkinin. Allahdan qorxun, həqiqətən Allah şiddətli əzab verəndir."
agar ALLAHI sevsaydilar onun rasulunu va ahli beytinida sevardilar va bela olmazdi.sura 23 da bu haqqda yazilib.Və başqa ayədə Uca Allah buyurur "De: Əgər Allahı sevirsinizsə mənə tabe olun və Allah da sizi sevsin, günahlarınızı bağışlasın. Allah Bağışlayandir, Rəhm edəndir."
İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi (nemət) budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir.
alhi beytin yolu ALLAHU talanin va onun rasulunun saas qoyduqu yoldu gedin oz yolunuzu duzaldin.
Сообщение отредактировал cafari: 19 ноября 2010 - 16:53
#79
Отправлено 19 ноября 2010 - 18:29
Bismillah,meshur hedislerden biri:"Muhemmedin(s.a.v.v) halali qiyamete qeder halal,harami qiyamete qeder haramdir"Sizin usulla desek,nedir hedise inanmirsan,yoxsa (neuzu-billah) Peygemebere(s.av.v.) yalanci deyirsen.Siz hemise camaati oz aleminizde qorxutmaq ucun bele deyirsiz..Demek Peygember(s.a.v.v)onu halal bilirdi,haram da etmedi.Indi de vusal qardas demisken bir-iki dilgir gelib deyir ki,haramdir.Eshab sonralar etmeyibse bele(sizin reyinize gore),mene maraqli deyil.Evvel halal idi,haram da edilmedi.Ruslar demisken vsyo!!!Yaxşı!
Başa düşürəm və bilirəm ki, peyğəmbər sallallahu aleyhi və səlləmlə təbərrük ediblər və peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra isə səhabələr bir-birləri ilə təbərrük etməyiblər. İndi siz mənə qurandan dəlil gətirin ki, daşa, divara, ağaca, qondarma ayaq izinə sürtünmək təbərrükdür.
#80
Отправлено 19 ноября 2010 - 20:37
Necə ki, Yusuf aleyhissələmin köynəyi ilə təbərrük etdilər, həmçinin də əshab peyğəmbər sallallahu aleyhi və səlləmin sağlığında edib, vəfatından sonra etməyib. Bu müşriklərin ibadəti idi. başqa insanlarla təbərrük etməyə quranda dəlil yoxdur, Allah bu cür ibadəti (yəni başqa insanlarla təbərrük etməyi) bizə yazmayıb və biz də bunu etmirik. Bu isə dılğır müşriklərin ibadətidir.
Çox sırtıq adamsız. Əslində sırtıq yox zombisiz, zombi. Necə zombi olduğunuza isə sonda ssılka verəcəm. Məgər Buxarinin və Müslimin Səhihindən rəvayətlər gətirmədim ki, Peyğəmbər(s) öləndən sonra onun əşyalarına təbərrük ediblər? Korlar üçün bir daha həmin rəvayətləri və Buxari və Müslümə online keçidləri yerləşdirirəm.
Buxari Səhihində yazır ki, Peyğəmbərin(s) Xanımı Ümmü Sələmə bir gün Peyğəmbər(s) yatarkən onun tərini bir şüşə qaba yığır. Ənəs ibn Malik öləndə vəsiyyət edir ki, onun hənutuna o tərdən də qatsınlar.
Müslüm öz Səhihində Əsmadan rəvayət edir ki, Əsma Peyğəmbərin(s) cübbəsini göstərərk dedi: Bu cübbə Aişə dünyasını dəyişənədək onun yanında idi. Öldükdən sonra mən götürdüm. Biz bunu xəstələr müraciət etdikdə yuyuruq və suyu ilə şəfa istəyirik.
Sonda söz verdiyim kimi zombiliyiniz barədə videomaterial. Videoda gördüyün birələr necədilərsə, siz də eyni cür zombiləşdirilmisiz.
اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای
#81
Отправлено 19 ноября 2010 - 21:21
bu gun hasi gundu? qadir xumdu ha.siz ki qadrxumu qabul etmirsiz.niya dalil olaraq gatirirsan?axi o gun vilayat tasdiqlanib."Bu gün sizin dininizi kamil etdim və sizə olan nemətimi tamamladım və sizin üçün islamdan din olaraq razı qaldım."
maida 67 Ey Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər (belə) etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifə-sini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyar. Şübhəsiz ki, Allah kafir tayfanı doğru yola yönəltməz.
gorursan da butun hadislarda burda ALI as a man kimin movlasiyamsa o kasa da movladi ALI.deyib.doqru yolda olmayanlarda maida 67 da onlar haqqinda deyilib.
bir az arsdir gor kimlar amirdan cixib.1 ci 2ci va 3 cu.Və həmçinin Həşr surəsi 8-də Allah təalə buyurur ki,
"Rasul sizə nəyi verirsə olnu götürün, və sizə nəyi qadağan edirsə ondan çəkinin. Allahdan qorxun, həqiqətən Allah şiddətli əzab verəndir."agar ALLAHI sevsaydilar onun rasulunu va ahli beytinida sevardilar va bela olmazdi.sura 23 da bu haqqda yazilib.Və başqa ayədə Uca Allah buyurur "De: Əgər Allahı sevirsinizsə mənə tabe olun və Allah da sizi sevsin, günahlarınızı bağışlasın. Allah Bağışlayandir, Rəhm edəndir."
İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi (nemət) budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir.
alhi beytin yolu ALLAHU talanin va onun rasulunun saas qoyduqu yoldu gedin oz yolunuzu duzaldin.
Sən yenə başladın boş-boş danışmağa? Biz nədən danışırıq, sən nədən danışırsan? Əhli beyti sevməyən müsəlman deyil, əhli bety də zövcələrdən başlayır.
Mən isə bu ayələri başqa şeyə dəlil gətirmişəm. Bəyəm sən hansısa məsələni qəbul etmirsənsə və ya sənin əqidəndə hansısa məsələni qəbul etmirlərsə həmin məsələyə dəlil olan ayəni də qəbul etmirlər? Nə gülünc bir söz danışırsan!
Mən sizlərə bu ayələri gətirmişəm ki, ibadəıti Allah və rasulu əmr edir. Allah və rasulu demədiyi, buyurmadığı hər hansı bir şeyi edən dində bidət edir. Əgər bu bidət şirk olarsa onsda sahibini əbədi cəhənnəmdə saxlayacaq. İndi siz mənə dəlil gətirin ki, qəbirlərdən, daşlardan, əyri bitən ağaclardan və sair şeylərdən təbərrük etmək olar!!!
#82
Отправлено 19 ноября 2010 - 21:27
Bismillah,meshur hedislerden biri:"Muhemmedin(s.a.v.v) halali qiyamete qeder halal,harami qiyamete qeder haramdir"Sizin usulla desek,nedir hedise inanmirsan,yoxsa (neuzu-billah) Peygemebere(s.av.v.) yalanci deyirsen.Siz hemise camaati oz aleminizde qorxutmaq ucun bele deyirsiz..Demek Peygember(s.a.v.v)onu halal bilirdi,haram da etmedi.Indi de vusal qardas demisken bir-iki dilgir gelib deyir ki,haramdir.Eshab sonralar etmeyibse bele(sizin reyinize gore),mene maraqli deyil.Evvel halal idi,haram da edilmedi.Ruslar demisken vsyo!!!Yaxşı!
Başa düşürəm və bilirəm ki, peyğəmbər sallallahu aleyhi və səlləmlə təbərrük ediblər və peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra isə səhabələr bir-birləri ilə təbərrük etməyiblər. İndi siz mənə qurandan dəlil gətirin ki, daşa, divara, ağaca, qondarma ayaq izinə sürtünmək təbərrükdür.
Bəli!!! Bizim etiqadımıza görə peyğəmbər sallallahu aleyhi və səlləmin saçı, saqqalı, tüpürcəyi, dəstəmaz suyu, nəfəsi və başqa ona məxsus şeylərlə və həmçinin onun özü ilə təbərrük etmək olar və bu ibadətdir. Bunda müttəfiqik. Axı siz bu şeylərlə etmirsiniz. Sizin təbərrük etdiyiniz şüylər - qəbirlər, əskilər, daşlar, ağaclar, dağlar, "ayaq izləri" və s. şeylərdir. Mən də bu şeylərə dəlil istəyirəm.
#83
Отправлено 19 ноября 2010 - 23:04
Məkkədə Həccilərə nəyə görə Kəbənin üstündə olan parcanı təbərrük kimi paylayırlar camaata?Bəli!!! Bizim etiqadımıza görə peyğəmbər sallallahu aleyhi və səlləmin saçı, saqqalı, tüpürcəyi, dəstəmaz suyu, nəfəsi və başqa ona məxsus şeylərlə və həmçinin onun özü ilə təbərrük etmək olar və bu ibadətdir. Bunda müttəfiqik. Axı siz bu şeylərlə etmirsiniz. Sizin təbərrük etdiyiniz şüylər - qəbirlər, əskilər, daşlar, ağaclar, dağlar, "ayaq izləri" və s. şeylərdir. Mən də bu şeylərə dəlil istəyirəm.
Bu məgər quranda yazılıb?Axı sən deyirsən ki,belə şeylər ibadət sayılır və buna Qurandan dəlil lazımdır.
Qurandan var dəlilin?
Сообщение отредактировал Ehli beyt ashigi: 19 ноября 2010 - 23:05
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"
#84
Отправлено 20 ноября 2010 - 01:05
Bizim etiqadimizda belə bir şey yoxdur. Sözü firlatma, dəlil gətir!Məkkədə Həccilərə nəyə görə Kəbənin üstündə olan parcanı təbərrük kimi paylayırlar camaata?Bəli!!! Bizim etiqadımıza görə peyğəmbər sallallahu aleyhi və səlləmin saçı, saqqalı, tüpürcəyi, dəstəmaz suyu, nəfəsi və başqa ona məxsus şeylərlə və həmçinin onun özü ilə təbərrük etmək olar və bu ibadətdir. Bunda müttəfiqik. Axı siz bu şeylərlə etmirsiniz. Sizin təbərrük etdiyiniz şüylər - qəbirlər, əskilər, daşlar, ağaclar, dağlar, "ayaq izləri" və s. şeylərdir. Mən də bu şeylərə dəlil istəyirəm.
Bu məgər quranda yazılıb?Axı sən deyirsən ki,belə şeylər ibadət sayılır və buna Qurandan dəlil lazımdır.
Qurandan var dəlilin?
#85
Отправлено 20 ноября 2010 - 01:06

#86
Отправлено 20 ноября 2010 - 07:01
Bəli!!! Bizim etiqadımıza görə peyğəmbər sallallahu aleyhi və səlləmin saçı, saqqalı, tüpürcəyi, dəstəmaz suyu, nəfəsi və başqa ona məxsus şeylərlə və həmçinin onun özü ilə təbərrük etmək olar və bu ibadətdir. Bunda müttəfiqik. Axı siz bu şeylərlə etmirsiniz. Sizin təbərrük etdiyiniz şüylər - qəbirlər, əskilər, daşlar, ağaclar, dağlar, "ayaq izləri" və s. şeylərdir. Mən də bu şeylərə dəlil istəyirəm.
peyqambarimiz saas naya gora tabarruk edirsan?aziz olduquna gora?
biz onun ahlibeytini da tabbarruk edirik.
fikrini bir az aydin yaz.san saydiqin by asyalar agar o azamatli insanlarin qabirlar-yatdiqi,asgilar-geyindiyi,daslar,aqaclar,daqlar isa o azamatli insanlarin nafasinin hiss olunduqu yerlardsa bunda insalari ALLAHU talanin dinindan uzaqlasdiracaq bir amal yoxdu aksina onlari ALLAHU talaya gora sevmakdi va yad elamakdi.o saydiqin asyalar nisanalardir ki onlarin vasitasi ila insanlar o tarixlari unutmur.san agar doqrunu bilmak istayirsan sa siyalarin aqida kitablarini oxu sonra danis,burda aqzina galani dema.har bir sozun bohtan ola bilar bohtaninda masalasini bilirsanda?qəbirlər, əskilər, daşlar, ağaclar, dağlar,
qaldi ayaq izina sana cavab verilib axi
baqara 125 da bu qeyd olub (Ya Rəsulum!) Yadına sal ki, Biz evi (Kəbəni) insanlar üçün savab (ziyarətgah) və əmin-amanlıq yeri etdik. (Ey möminlər! Sizə də: ) “İbrahimin durduğu yeri (özünüzə) namazgah edin!” - (dedik). İbrahimə və İsmailə də: “Evimi (Kəbəni) təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə ilə namaz qılanlar üçün (bütlərdən) təmizləyin! – deyə tövsiyə etdik.
yadina salim ki niya axi orda namaz qilin deyildi ki hal bu ki kabanin atrafinda har yerinda namaz qilmaq fazilatdidi.amma maxsus Ibrahim maqaminda deyildi.bunun atrafinda dusunmusan?Ibrahim maqaminin digar yerlarla farqi na idi ki ?onun peyqambar olmasi idisa biz da bunu bela qabul edirik.
Сообщение отредактировал cafari: 20 ноября 2010 - 07:03
#87
Отправлено 20 ноября 2010 - 12:32
Bizim etiqadimizda belə bir şey yoxdur. Sözü firlatma, dəlil gətir!Məkkədə Həccilərə nəyə görə Kəbənin üstündə olan parcanı təbərrük kimi paylayırlar camaata?Bəli!!! Bizim etiqadımıza görə peyğəmbər sallallahu aleyhi və səlləmin saçı, saqqalı, tüpürcəyi, dəstəmaz suyu, nəfəsi və başqa ona məxsus şeylərlə və həmçinin onun özü ilə təbərrük etmək olar və bu ibadətdir. Bunda müttəfiqik. Axı siz bu şeylərlə etmirsiniz. Sizin təbərrük etdiyiniz şüylər - qəbirlər, əskilər, daşlar, ağaclar, dağlar, "ayaq izləri" və s. şeylərdir. Mən də bu şeylərə dəlil istəyirəm.
Bu məgər quranda yazılıb?Axı sən deyirsən ki,belə şeylər ibadət sayılır və buna Qurandan dəlil lazımdır.
Qurandan var dəlilin?
Məgər sən vəhabi deyilsən?Vahabilərin etiqadında axı var bunlar.
Necə etiqadınızda yoxdur ki,oradakilar hamısı vəhabilərdi və o parcalarıda paylayan vahabilərdi.
Bəlkə bunuda boynuva almayacaqsan?
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"
#88
Отправлено 20 ноября 2010 - 22:19
əshab peyğəmbər sallallahu aleyhi və səlləmin sağlığında edib, vəfatından sonra etməyib. Bu müşriklərin ibadəti idi. başqa insanlarla təbərrük etməyə quranda dəlil yoxdur, Allah bu cür ibadəti (yəni başqa insanlarla təbərrük etməyi) bizə yazmayıb və biz də bunu etmirik. Bu isə dılğır müşriklərin ibadətidir.
Sənin bu gülünc sözlərinə qardaşlar əqli dəlillərlə cavab veriblər mən isə nəqli dəlillərlə cavab verirəm :
1.Səhabi Kiramdan nəql edilən təbərrük (bərəkət ummaq) rəvayətlərindən bir qismini zikr edək: Səhabi Kiram xəstəlik və s. bir çətinlikdən xilas olmaq üçün Hz Peyğəmbərin (s) mübarək bədənindən ayrılan saç, saqqal teli kimi şeylərlə təvəssül edərdi. Osman b. Abdillah b. Vəhbin belə dediyi rəvayət edilmişdir: "Ailəm məni Hz. Peyğəmbər (s.ə.v)ın arvadı Ümmi Sələmə (r.anha)a, bir gümüş stəkan içindəki su səbəbiylə göndərdi. (…) O stəkanı içində Hz. Peyğəmbər (s.ə.v)ın saçları vardı. İnsanlar, özlərinə göz dəyməsi yaxud (başqa) bir şey (xəstəlik) isabət etdiyi zaman Ümmi Sələməyə bir qab göndərərdilər. Mən də getdiyimdə Ümmi Sələmənin yanında kiçik bir qab (stəkan və) içində bir sıra qırmızı (qına ilə boyanmış) saçlar gördüm." - Buxari, "Libas", 66.
1.a - İbn Həcər bu rəvayətin şərhində bunları söyləyər: "İnsanlardan birinə göz dəyməsi və ya başqa hər hansı bir xəstəlik isabət etdiyi zaman Ümmi Sələmə anamıza bir qab göndərərdilər. O da Hz. Peyğəmbər (s.ə.v)ın, yanında bir qab içində məhfuz olan saçlarından (bir neçə tel) götürər, gətirilən qabın içindəki suya atar,(saçları götürdükdən sonra) suyu qaytarardı. Xalq, içində Hz. Peyğəmbərin (s) saçlarının yuyunduğu o suyu şəfa tapmaq məqsədiylə içər və ya yuyunar, o suyun bərəkətiylə şəfa tapardı." - Fəthu'l-Bârî"
2. Hz. Peyğəmbər (s.ə.v), gündüz yuxusu (qaylulə) üçün Ümmi Süleymin yanına gedərdi. Bir dəfə Ümmi Süleym, Əfəndimiz (s.ə.v) yatdığı zaman tərini və (yastığa düşən) saç tellərini bir şüşə içinə yığmış və gözəl bir qoxu ilə qarışdıraraq saxlamışdı. Ənəs b. Malik , vəfatı yaxınlaşdığı zaman, öldükdən sonra bədəninə və kəfəninə qoyulacaq qoxunun içinə, Hz. Peyğəmbər (s.ə.v)ın tərinin və saç tellərinin olduğu (və anası Ümmi Süleym (r. ənhə) tərəfindən mühafizə edilən) qoxudan da qatılmasını vəsiyyət etmişdi. Vəfat etdiyi zaman bu vəsiyyəti yerinə gətirildi. " - Buxarî, "İsti'zan", 41.
Bu rəvayəti Müslim də nəql etmişdir - Müslim, "Fədail", 84, 85
3.Əsma b. Əbubəkrdən belə dediyi rəvayət edilmişdir: "… İşdə Hz. Peyğəmbərin (s) cübbəsi! (…) Aişə vəfat edənə qədər bu cübbə onun yanında idi. O vəfat edincə mən götürdüm. Rəsulullah (s.ə.v) onu geyərdi. İndi biz də onu xəstələr üçün yıxırıq; onunla şəfa tələb edilir." - Müslim, "Libas", 10.
Zillət bizdən uzaqdır !
#89
Отправлено 20 ноября 2010 - 22:22
ƏL FATH
Deyəsən məsələni yenə başa düşmədiniz. Yenə başa salaram. Diqqətlə oxuyun.
Əşyalarda əsil budur ki, hər şey halaldır, yalnız dəlilin haram etdiyindən başqa. Yəni hər şey yeyib-içmək olar, yalnız Allah və rasulunun haram etdiyi şeylərdən başqa. Əvvəlcə hər şey içmək və yemək olardı, sonradan dəlil gəldi ki, ağlı örtən və yaxud da donuz əti, və başqa ətləri yemək haram edildi.
Lakin ibadət məsələlərində isə belə deyil. Yəni islam gələndə başladı insanlara öyrətməyə ki, necə ibadət etmmək lazımdır - misal üçün şəhadət kəlməsini deməyi, namaz qılmağı, oruc tutmağı, qəbirləri ziyarət etməyi və başqa ibadət növlərini necə icra etməyi, necə yerinə yetirməyi insanlara öyrətdi. İndi də bizim əlimizdə əşyalardan əlillə hansı şeylər haramdırsa ona haram deyirik, qalanlarına isə haram demək olmaz. Və həmçinin ibadət məsələlərində də hansı şeylər əmr olunubsa onu yerinə yetiririk, əmr olunmayan, buyurulmayan ibadətləri isə özümüzdən icra etmirik. Belə olmasa bu bidət adlanılr və həmən insan Allahın adından Onun demədiyi sözü deyir. Həmçinin də Allaın kamil etdiyi dinə nələrisə əlavə edir. Uca Allah Maidə surəsinin 3-cü ayəsində buyurur ki, "Bu gün sizin dininizi kamil etdim və sizə olan nemətimi tamamladım və sizin üçün islamdan din olaraq razı qaldım." Və həmçinin Həşr surəsi 8-də Allah təalə buyurur ki, "Rasul sizə nəyi verirsə olnu götürün, və sizə nəyi qadağan edirsə ondan çəkinin. Allahdan qorxun, həqiqətən Allah şiddətli əzab verəndir." Və başqa ayədə Uca Allah buyurur "De: Əgər Allahı sevirsinizsə mənə tabe olun və Allah da sizi sevsin, günahlarınızı bağışlasın. Allah Bağışlayandir, Rəhm edəndir."
Bütün bu ayələr və zikr etmədiyim başqa ayələr göstərir ki, ibadəti Allah və rasulu əmr edir, göstəerir. Yəni özündən ibadət növü axtarma!!! Sənə buyurulanları et, bu sənə kifayətdir!!! İndi sən dində Allah və rasulunun buyurmadığı bir ibadəti özündən edərsənsə bu səndən qəbul olunmaz, çünki bunu sənə Allah və rasulu əmr etməyib.
İndi buyurun mənə siz dəlil gətirin ki, qəbirlərlə, baş daşları ilə, ayaq izləri ilə, "seyyidlərin" ocaqları ilə, kimlərinsə əl sürtmələri ilə, ağız suyu ilə (peyğəmbərdən başqa) və başqa nələr-nələrlə təbərrük etmək olar!
Maidə 3-ü sizə göstərmək lazımdır əslində , təravih namazı,həsən bidətlər termini və s. bidətlərinizi
Zillət bizdən uzaqdır !
#90
Отправлено 20 ноября 2010 - 22:24
Yazmısınız ki qeyri-peyğəmbərlərdən təbərrük etmənin dəlili yoxdur . Sənə cavabım :
“Əshabi-Kəhfin” dəfn olunduğu yer haqqında “müvəhhidlər” (Allaha inananlar) belə dedilər:
“Onların (məzarı) üstündə Allaha ibadət etmək məqsədi ilə bir məscid tikəcəyik!... / Əl-Kəhf surəsi. 21-ci ayə/
Onlar orada öz vacibi əmələrini yerinə yetirmək və namazlarını qılmaq üçün məscid tikmək istəyirdilər.( “Ziyarətül-qübur”, s. 159-160.)Allahın sevimli bəndələri dəfn olunduğuna görə o yerin xüsusi fəziləti var idi. Müsəlmanlar çoxlu savab əldə etmək üçün bu məkandan təbərrük kimi istifadə edirdilər. Quran bu hadisəni nəql etdikdən sonra, bunun müqabilində sükut edir. Əgər bu əməl qadağan olunmuş və əbəs bir iş olsaydı, Quranda buna etiraz olunaraq bu iş xəta adlanardı və heç vaxt razılıq sükutu ilə, üstündən keçilməzdi.
“Hacər” və “İsmail” Allah yolunda səbir etdiklərinə, qəribliyə dözdüklərinə görə yüksək bir məqama nail oldular. Belə ki, onların addım atdıqları yer ibadətgah oldu. Yəni “Səfa” və “Mərvə” dağları arasında olan ərazi nəzərdə tutulur.
Əl-Xəsaisül-Kübra, müəllif Əbdürrəhman Süyuti.
İbn Hənbəlin fətvası:
İbn Cəmaət Şafei deyir: “Abdullah ibn Əhməd ibn Hənbəlin atasından nəql etdiyi bir xatirədə deyilir: “Atamdan, savab qazanmaq məqsədi ilə Peyğəmbərin (s) minbərini təbərrük edib, öpən bir kişinin əməlləri haqqında soruşdum. Atam cavabında: “Bunun heç bir eybi yoxdur” - deyə bildirdi” (“Vəfaul-vəfa”, c. 4, səh. 1414.)
“Əl-Camiu fil-iləl və mərifətir-rical” kitablarında isə həmin hədis bu şəkildə qeyd olunmuşdur:
Atama dedim: “Bu kişi məlum əməlləri ilə Allaha yaxınlaşmaq niyyətindədirmi?” Atam: “Bunun heç bir eybi yoxdur” - deyə qəti fikrini bildirdi” (“Əl-Camiu fil-iləl və mərifətur-rical”, c. 3, səh. 32.)
2. İbn əl-Üladan nəql olunduğuna görə İmam Əhməddən Peyğəmbərin (s) məzarını və minbərini öpmək haqqında soruşulduqda: “Bunun heç bir eybi yoxdur” - deyə fikrini bildirmişdir.
İbn əl-Ula deyir: “Bu fətvanı İbn Teymiyyəyə göstərdim. O, Əhmədin bu sözünə təəcüblənərək dedi: “Təəccüblüdür! Ona böyük hörmətim var. Bu onun sözüdürmü?!” (“Vəfaul-vəfa”, c. 4, səh. 1414.)
Doğrusu, İbn Teymiyyənin Əhməd ibn Hənbəli kafirlikdə, müşriklikdə, günahlandırmaması təəccüb dоğurur.))))
İbn Həcər deyir: “Bir çox fəqihlər “Həcərül-əsvəd”i öpmək icazəli olduğu üçün ehtirama layiq olan hər bir insanın və ya əşyanın öpülməsinin icazəli olduğu qənaətinə gəlmişlər” (“Vəfaul-vəfa”, c. 4, səh. 1405.)
Zillət bizdən uzaqdır !
Количество пользователей, читающих эту тему: 1
0 пользователей, 1 гостей, 0 скрытых пользователей