Əhli-sünnənin səhabələr barəsində etiqadı
#1
Отправлено 23 сентября 2010 - 23:07
Quran və sünnədən səhabələrin ədalətli olmaları barəsində dəlillər:
1-ci ayə: And olsun ki, möminlər (Hüdeybiyyədə) ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. (Allah) onların qəlbində olanı bildi, onlara (mənəvi) rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı. Fəth 18. Cabir ibn Abdullah Allah ondan razı olsun deyir ki, biz min dörd yüz nəfər idik. (Buxari 4154)
Bu ayə Allahın onları təmizə çıxardığı açıq-aydın ayədir. Bu həm onların qəlblərini, həm də batinlərində olanları təmizə çıxarır. Buradan da Allah onlardan razıdır. Allah kimdən razıdırsa onun küfr üzərində ölməsi mümkün deyil. Çünki ibrət islam üzərə ölməkdədir. Allah təalə yalnız o kəsdən razı olur ki, öz elmi ilə bilir ki, o kəs islam üzərə öləcək. Və həmçinin hədisdə gəlib ki, İnşə Allah ağac altında beyət edənlərdən heç kəs cəhənnəmə girməyəcək. (Muslim 2496)
İbn Teymiyyə rahiməhullah deyir: "Allahın razılıq sifəti zatı sifətlərdəndir və yalnız o kəsdən razı olur ki, bilir ki, o kəs razılığı vacib edən şey üzərində öləcək. Allah təalə kimdən razı qalarsa ona heç vaxt qəzəblənməz. Allah təalənin razı qaldığını xəbər verdiyi kəs - o, kəs cənnət əhlindəndir. Əgər Allah təalə bilsə ki, o kəs bu razılıqdan sonra Rəbbi qəzəbləndirən bir şey edəcək, onda o kəs razılıq əhlindən olmaz"
#2
Отправлено 23 сентября 2010 - 23:15
Deməli tarixdən ayə və hədislərə görə Allahı narazı salanlara bu ayə aid deyil.
Düz sözdü batil məna ilə işlədilir yuxardakı qəbildə ayələr.
Bundan başqa möminlərdən beyət edərkən deyilir ayədə.Hüdeybiyyədə özdə.
möminlər (Hüdeybiyyədə) ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı
Сообщение отредактировал Mumin: 23 сентября 2010 - 23:17
#3
Отправлено 23 сентября 2010 - 23:30
Buxari öz Səhihində yazır:Əhli sünnənin səhabələr barəsində etiqadı (Allah onların hamısından razı olsun)
Quran və sünnədən səhabələrin ədalətli olmaları barəsində dəlillər:
1-ci ayə: And olsun ki, möminlər (Hüdeybiyyədə) ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. (Allah) onların qəlbində olanı bildi, onlara (mənəvi) rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı. Fəth 18. Cabir ibn Abdullah Allah ondan razı olsun deyir ki, biz min dörd yüz nəfər idik. (Buxari 4154)
Bu ayə Allahın onları təmizə çıxardığı açıq-aydın ayədir. Bu həm onların qəlblərini, həm də batinlərində olanları təmizə çıxarır. Buradan da Allah onlardan razıdır. Allah kimdən razıdırsa onun küfr üzərində ölməsi mümkün deyil. Çünki ibrət islam üzərə ölməkdədir. Allah təalə yalnız o kəsdən razı olur ki, öz elmi ilə bilir ki, o kəs islam üzərə öləcək. Və həmçinin hədisdə gəlib ki, İnşə Allah ağac altında beyət edənlərdən heç kəs cəhənnəmə girməyəcək. (Muslim 2496)
3937 - حدثني أحمد بن إشكاب حدثنا محمد بن فضيل عن العلاء بن المسيب عن أبيه قال
: لقيت البراء بن عازب رضي الله عنه هما فقلت طوبى لك صحبت النبي صلى الله عليه وسلم وبايعته تحت الشجرة فقال يا ابن أخي إنك لا تدري ما أحدثنا بعده
"Əla ibn Müseyyib atasından nəql edir ki, Bəra ibn Əzibi gordum. Ona dedim ki, “xoş halina, Peyğəmbərin (s) səhabəsi olmusan, onunla ağacın altında beyət etmisən (rizvan beyətinin iştirakçısısan).” O dedi: Qardaşoğlu, sən bizim Peyğəmbərdən (s) sonra nələr etdiyimizi bilmirsən.".
Bu da Sizin beyət edənlər.#4
Отправлено 23 сентября 2010 - 23:40
#5
Отправлено 24 сентября 2010 - 06:33
#6
Отправлено 24 сентября 2010 - 09:45
Buxari öz Səhihində yazır:
3937 - حدثني أحمد بن إشكاب حدثنا محمد بن فضيل عن العلاء بن المسيب عن أبيه قال
: لقيت البراء بن عازب رضي الله عنه هما فقلت طوبى لك صحبت النبي صلى الله عليه وسلم وبايعته تحت الشجرة فقال يا ابن أخي إنك لا تدري ما أحدثنا بعده"Əla ibn Müseyyib atasından nəql edir ki, Bəra ibn Əzibi gordum. Ona dedim ki, “xoş halina, Peyğəmbərin (s) səhabəsi olmusan, onunla ağacın altında beyət etmisən (rizvan beyətinin iştirakçısısan).” O dedi: Qardaşoğlu, sən bizim Peyğəmbərdən (s) sonra nələr etdiyimizi bilmirsən.".
Bu da Sizin beyət edənlər.
#7
Отправлено 24 сентября 2010 - 22:53
Onda razılığın əksi narazılığdır.Peyqəmbərimizdə(sə) demişdirki: Kim Fatiməni narazı edib qəzəbləndirsə məni narazı etmişdir.Mənidə narazı salan Allahı narazı etmişdir.Belələri lənətə düçardırlar dünya və axirətdə.
Deməli tarixdən ayə və hədislərə görə Allahı narazı salanlara bu ayə aid deyil.
Düz sözdü batil məna ilə işlədilir yuxardakı qəbildə ayələr.
Bundan başqa möminlərdən beyət edərkən deyilir ayədə.Hüdeybiyyədə özdə.
möminlər (Hüdeybiyyədə) ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı
Biz əhli sünnə əhli beyti sevirik. İnşə Allah gələn dəfələrdə əhli beyti sevmək barədə geniş danışacam. Lakin bunu demək istəyirəm ki, Fatimə radiyəllahu anhəni hər hansı bir məsələdə narazı salmaq insanı islamdan çıxaran küfr deyil. Əgər torpaq məsələsini deyirsənsə onda bəz nə üçün Əli radiyəllahu anhu öz xəlifəliyi vaxtı bunu sən dediyin kimi həll etmədi. Deməli burada Əbu Bakr radiyəllahu anhu düz olub. Həmçinin Fatimə radiyəllahu anhə Əlidən radiyəllahu anhudan heç də az narazı qalmayıb. Onalrın da arasında narazılıqlar və s. olub. buna görə də deyirik ki, bütün bunlar və həmçinin səhabələrin (Allah onların hamısındam razı olsun) arasında olan şeylər onların dünyaları ilə əlaqədar şeylər olub, bunun onların dinləri ilə heç bir əlaqəsi olmayıb. Əksinə onlar qardaş olublar. "Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz." Ali-İmran 103. (Allah) onların qəlblərini birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir Ənfəl 63.
#8
Отправлено 24 сентября 2010 - 23:44
tovba 101.Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş münafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə (dünyada və qəbir evində) əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük əzaba uğrayacaqlar.ha na deyirsan onlardan burda yox idi?qiyamatda hadislarin coxu bosa cixacaq hadisa bel baqlama qurana bel baqla,birda quranin inkar etmadiyi hadisa.
Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur. Tövbə 100.
Allah təalə burada da səhabələri önə çəkərək təriflədi. Ayədəki incəliyə fikir verin! Səhabələrdən danışdıqda ehsanı (yaxşılıq etməyi) şərt qoymadı, lakin sonra gələnlərdən danışdıqda isə bunu şərt qoydu. Sanki ayə belədir.
Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara gəldikdə Allah onlardan razıdır, onlar da Ondan razıdırlar.
, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar.
İkinci bir tərəfdən Allah təalə 100-də açıq-aydın səhabələrdən və ehsan etməkdə onlara tabe olanlardan razılığını bildirdi. Və bunu ayə kimi də nazil etdi. Qiyamətə qədər də bunu bütün müsəlmanlar oxuyub onlari sevdikləri üçün onlar üçün Allaha dua edəcəklər. Səhabələrdən sonra gələnlər deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!" Həşr 10.
İndi sən mənə de görüm ey şübhədə olan insan! Sən gətirdiyin ayədə Rəbbimiz buyurur ki, "Sən onları tanımazsan, Biz isə onları tanıyırıq." Əgər peyğəmbər sallallahu aleyhi və səlləm tənimirdisa, bəs sən necə tanıyırsan?
Сообщение отредактировал Omarin qilinci: 24 сентября 2010 - 23:47
#9
Отправлено 25 сентября 2010 - 00:03
1-ci ayə: And olsun ki, möminlər (Hüdeybiyyədə) ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. (Allah) onların qəlbində olanı bildi, onlara (mənəvi) rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı. Fəth 18. Cabir ibn Abdullah Allah ondan razı olsun deyir ki, biz min dörd yüz nəfər idik. (Buxari 4154) albatda burda mominlardan gedir sohpat gal kecak sanin fikirlasdiyin 1-ci cannatlik haqqinda. "Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!" (Nisa surəsi 92-ci ayə) indi görək "Sıddıq" nə edib. Əbu Hüreyrə nəql edir; “Rəsulullah (s.ə.a) dünyadan köçüb Əbu Bəkir “xəlifə seçildikdən” sonar və ərəb tayfaları üsyan ettikləri zaman Ömər ibni Xəttab Əbu Bəkirə dedi; “Rəsulullah (s.ə.a); “İnsanlar Allahdan başqa ilah yoxdur deyənədək onlarla vuruşun. Hər kim Allahdan başqa ilah yoxdur deyərsə malını və canını qorumuş olar. Ancaq dildə deyib ürəkdə inanmasa (Əbu süfyan, Müaviyə və b. Kimi – bu mənim sözümdür) onun işi Allaha qalıb.” Buyurduğu halda sən necə insanlarla hərb edirsən?” Əbu Bəkir dedi; “Vallahi namazla zəkatın arasını ayıranlarala mütləq hərb edəcəyəm. Çünkü zəkat malın haqqıdır. Vallahi Rəsulullaha (s.ə.a) verdikləri zəkatı mənə verməsələr bundan ötrü onlarla hərb edəcəyəm.” Bundan sonar Ömər ibni Xəttab dedi; ”Vallahi yaxşı anladım ki Allah Əbu Bəkirin qəlbinə döyüş istəyi verib və O, haqlıdı” (Səhih-i Müslüm, iman kitabı, Allahdan başqa ilah yoxdur, Məhəmməd (s.ə.a) Allahın rəsuludur deyənədək insanlarla vuruşmağın əmri babı). göründüyü kimi “Sıddıq” ərəb tayfalarını zəkat vermədiklərinə görə qətl edirdi. Müsəlmanı öldürmək isə haramdır. Bu haqda Miqdad ibni Əsvəd nəql edir ki; “Mən Rəsulullaha (s.ə.a) dedim; “Ya Rəsulullah (s.ə.a) nə buyurursan? Mən küfr edən bir adama rast gəlsəm və həmin şəxs mənimlə vuruşsa və əllərimdən birini qılıncla vuraraq kəssə sonar qaçıb bir ağaca sığınsa və; “mən Allaha təslim oldum” desə bu sözdən sonar onu öldürə bilərəm? Rəsulullah (s.ə.a); “Onu öldürmə” dedi. Mən; “ Axı o mənim əlimi kəsdi ondan sonar bu sözü dedi.” dedim. Rəsulullah (s.ə.a); “Onu öldürmə çünkü öldürsən o sənin onu öldürməzdən əvvəlki vəziyyətinə keçər. Sən də onu dediyi sözdən əvvəlki vəziyətdə (yəni kafir) olarsan” dedi. (Səhih-i Müslüm, İman kitabı, Allahdan bbaşqa ilah yoxdur dedikdən sonar kafiri öldürməyin haram olması babı). Indi deməyin ki, onlar zəkat vermirdilər və buna mömin deyildilər, zakat vermayani oldurmak harda yazilib.hala cox sey qalib.xanim ZAHRA(sa)HAQQINDA.peyqambarin mali sadaqadir deyir ela bil quran oxumayib.DAVUDDAN SULEYMANA daha basqa-basqa ayalar.
Buradan da görünür ki, sizin qurandan xəbəriniz yoxdur. Əbu Bəkr (Allah ondan və bütün səhabələrdən razı olsun) Allahın elçisinin xəlifəsi idi. O, quarnı da çox gözəl bilirdi və bu qərarı verdikdə qalan bütün səhabələr, o cümlədən də Əli (Allah ondan razı olsun) onun yanında idi. Və bu döyüşdə səhabələr iştirak etmişdir. Əgər o səhv olsaydı, səhabələr bunu inkar etməli idilər və ya Əli (Allah ondan razı olsun) bunu inkar etməli idi. Axı o da bizə görə raşidi xəlifələrdən biridir və peyğəmbər sallallahu aleyhi və səlləm öz yolunu və hidayət olunmuş raşidi xəlifələrin yolunu bizə əmanət qoyub gedib. Burada isə o zəkat verməyənlər bunu halal bilərək vermirdilər. buna görə də onlar mürtəd adlanırdılar.
Digər bir tərəfdən Allah təalə Hucurat 9-da buyurur "Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın". Burada vuruşan tayfalar "möminlərdən" adlanır. Deməli hətta müsəlmanlar vurşsa belə nə qədər ki, o vuruşanlar bir-birlərinin qanlarını halal görmürlər onlar müsəlmanlardır. Özüdə ki, bu ayədə Allah onları müsəlman yox, əksinə bir az da yuxarı "möminlər" adlandırır. Necə ki, Əli və Müaviyyə arsında olan döyüş. Onların heç biri bir-birlərinin qanları halal görmürdülər. Əksinə hər biri digərini islah etmək üçün vuruşurdular. Allah onların hər birindən razı qalsın.
Səhabələrdən sonra gələnlər deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!" Həşr 10.
#10
Отправлено 25 сентября 2010 - 00:05
Əhli sünnənin səhabələr barəsində etiqadı (Allah onların hamısından razı olsun)davamı
Quran və sünnədən səhabələrin ədalətli olmaları barəsində dəlillər:
2-ci ayə:Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu (əkin) cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. (Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir) ki, kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir. Fath 29.
İmam Malik rahiməhullah deyir: "Mənə çatıb ki, səhabələr (Allah onlardan razı olsun) Şamı fəth etdikdə Nəsranilər dedilər: Allaha and olsun ki, bunlar bizə çatan şeylərdə həvarilərdən daha xeyrlidirlər. Onlar bunda düz deyiblər. Həqiqətən bu ümmət əvvəlki kitablarda əzəmətləşdirilib. Bu ümmətin də ən əzəmətlisi və ən fazilətlisi Allahın elçisi sallallahu aleyhi və səlləmin səhabələridir. Artıq peyğəmbər sallallahu aleyhi və səlləm nazil olan kitablarda və keçən xəbərlərdə onları çox zikr edib. Buna gərə də Allah təalə burada deyir ki, "Bu onların Tövratdakı vəsfidir" sonra deyir ki, İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu (əkin) cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. Yəni səhabələr peyğəmbər sallallahu aleyhi və səlləmə qüvvətləndirmiş, gücləndirmiş və yardım etmişlər. Və peyğəmbər sallallahu aleyhi və səlləm kafirləri qəzəbləndirmək üçün onlarla bərabər olmuşdur, necə ki, əkin əkinçi ilə bərabər olur."
İbn Cövzi deyir ki, "Bu vəsf cumhura görə bütün səhabələrə aiddir."
#11
Отправлено 25 сентября 2010 - 01:21
#12
Отправлено 25 сентября 2010 - 07:22
indi cavab ver gorum 73 firqanin hamisi cannatlikdi axi bu tariqatlarin yarannmasinda sabab 1 2 3 sahabalardi?Buradan da görünür ki, sizin qurandan xəbəriniz yoxdur. Əbu Bəkr (Allah ondan və bütün səhabələrdən razı olsun) Allahın elçisinin xəlifəsi idi. O, quarnı da çox gözəl bilirdi və bu qərarı verdikdə qalan bütün səhabələr, o cümlədən də Əli (Allah ondan razı olsun) onun yanında idi. Və bu döyüşdə səhabələr iştirak etmişdir. Əgər o səhv olsaydı, səhabələr bunu inkar etməli idilər və ya Əli (Allah ondan razı olsun) bunu inkar etməli idi. Axı o da bizə görə raşidi xəlifələrdən biridir və peyğəmbər sallallahu aleyhiva alihi və səlləm öz yolunu və hidayət olunmuş raşidi xəlifələrin yolunu bizə əmanət qoyub gedib. Burada isə o zəkat verməyənlər bunu halal bilərək vermirdilər. buna görə də onlar mürtəd adlanırdılar.
Digər bir tərəfdən Allah təalə Hucurat 9-da buyurur "Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın". Burada vuruşan tayfalar "möminlərdən" adlanır. Deməli hətta müsəlmanlar vurşsa belə nə qədər ki, o vuruşanlar bir-birlərinin qanlarını halal görmürlər onlar müsəlmanlardır. Özüdə ki, bu ayədə Allah onları müsəlman yox, əksinə bir az da yuxarı "möminlər" adlandırır. Necə ki, Əli və Müaviyyə arsında olan döyüş. Onların heç biri bir-birlərinin qanları halal görmürdülər. Əksinə hər biri digərini islah etmək üçün vuruşurdular. Allah onların hər birindən razı qalsın. maviyadan yox
Səhabələrdən sonra gələnlər deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!" Həşr 10.
#13
Отправлено 25 сентября 2010 - 15:19
Əgər torpaq məsələsini deyirsənsə onda bəz nə üçün Əli radiyəllahu anhu öz xəlifəliyi vaxtı bunu sən dediyin kimi həll etmədi. Deməli burada Əbu Bakr radiyəllahu anhu düz olub. Həmçinin Fatimə radiyəllahu anhə Əlidən radiyəllahu anhudan heç də az narazı qalmayıb.
Bəh-bəh məntiqə bax e ))
Deməli, Əli (ə) Fədəki geri almaq istəməyibsə deməli Əbu Bəkr düz olub ?? Sizin "məntiqli" alimlərdən biri deyir ki "Haşa Hz Fatimə (r.a) haqqı olmayan şeyi istəsin haşa Hz Əbu Bəkr (r.a) haqqı olan bir şeyi verməsin " .))) Heyf həmin alimin adını unutmuşam da
Hz Əli (ə) öz xütbəsində belə bəyan edir :
"Bəli, asimanın kölgə altına saldığı dünyada əlimizdə, yalnız Fədək var idi. Bir dəstə insan ona göz dikdilər, digərləri isə (bizlər) səxavət göstərircəsinə ordan əl götürdülər . Allah ədalətli hakimdir ! Fədəkdən başqa bir ərazidə də gözümüz yoxdur , sabah onsuz da hamımız torpağa basdırılacağıq !
Bu böyük şəxsiyyət əməli şəkildə sübut etdi ki Fədəyi bir gəlir yeri, iqtisadi mənbə kimi istəmirdi , həm özünün həm də xanımı Hz Fatimə (s.a) tərəfindən gündəmə gətirdikləri vaxt məqsədləri , vilayəti təsbit etmək idi .İndiki iş işdən keçib və Fədək artıq maddi surət kimi qalıbsa onu geri almağın nə faydası ?? Əksi olsaydı deyərdilər "Əli Fədəyi maddi istəklər üçün istəyirmiş"
Zillət bizdən uzaqdır !
#14
Отправлено 25 сентября 2010 - 15:23
mənə de görüm ey şübhədə olan insan! Sən gətirdiyin ayədə Rəbbimiz buyurur ki, "Sən onları tanımazsan, Biz isə onları tanıyırıq." Əgər peyğəmbər sallallahu aleyhi və səlləm tənimirdisa, bəs sən necə tanıyırsan?
Bu sualı bizlər sizlərə verməliyik ki sən nə bilirsən səhabələrdən hansı əsl mömin hansı münafiq idi .Sizlər içində kimlərin olduğu məlum olmayan bütün bir icmanı - səhablərin hamısını ədalətli sayır hamısına bir gözlə baxırsınız
Heyf indi dərslər başlayıb səhabələr haqda sənə o qədər səhih dəlillər gətirərdim ki
Zillət bizdən uzaqdır !
#15
Отправлено 25 сентября 2010 - 15:29
Cabir ibn Abdullah Allah ondan razı olsun deyir ki, biz min dörd yüz nəfər idik. (Buxari 4154)
Fərz edək ki, 1400 səhabədən Allah razı oldu. Bəs yerdə qalanlar? Axı əhli sünnə iddia edir ki, səhabələrin hamısı ədalətlidir.
Allah kimdən razıdırsa onun küfr üzərində ölməsi mümkün deyil.
Demək istəyirsiniz ki, Allah müsəlman bir kəsdən müəyyən bir işinə görə bir dəfə razı qaldısa bu razılıq həyatının sonuna qədər davam edir? Bəs onda tövbə nə üçündür?
Bu iddiaya dəliliniz nədir?Allah təalə yalnız o kəsdən razı olur ki, öz elmi ilə bilir ki, o kəs islam üzərə öləcək.
İbn Teymiyyə rahiməhullah deyir: "Allahın razılıq sifəti zatı sifətlərdəndir və yalnız o kəsdən razı olur ki, bilir ki, o kəs razılığı vacib edən şey üzərində öləcək. Allah təalə kimdən razı qalarsa ona heç vaxt qəzəblənməz. Allah təalənin razı qaldığını xəbər verdiyi kəs - o, kəs cənnət əhlindəndir. Əgər Allah təalə bilsə ki, o kəs bu razılıqdan sonra Rəbbi qəzəbləndirən bir şey edəcək, onda o kəs razılıq əhlindən olmaz"
Dəlil?
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#16
Отправлено 25 сентября 2010 - 15:34
Buradan da görünür ki, sizin qurandan xəbəriniz yoxdur. Əbu Bəkr (Allah ondan və bütün səhabələrdən razı olsun) Allahın elçisinin xəlifəsi idi. O, quarnı da çox gözəl bilirdi və bu qərarı verdikdə qalan bütün səhabələr, o cümlədən də Əli (Allah ondan razı olsun) onun yanında idi. Və bu döyüşdə səhabələr iştirak etmişdir. Əgər o səhv olsaydı, səhabələr bunu inkar etməli idilər və ya Əli (Allah ondan razı olsun) bunu inkar etməli idi. Axı o da bizə görə raşidi xəlifələrdən biridir və peyğəmbər sallallahu aleyhi və səlləm öz yolunu və hidayət olunmuş raşidi xəlifələrin yolunu bizə əmanət qoyub gedib. Burada isə o zəkat verməyənlər bunu halal bilərək vermirdilər. buna görə də onlar mürtəd adlanırdılar.
1.Əbu Bəkrin Quranı gözəl bilməsi haqda dedikləriniz batildir , bu adam Quranı belə çox bilirdisə nəyə görə Qurandakı "kəlalə" sözünün mənasını bilmirdi ?? Nəyə görə deyirdi ki "Quran haqda öz fikrimi deyirəm , əgər düzdürsə Allahdandır,səhvdirsə ya məndən ya da ki şeytandandır "
2. Hz Əli (ə) zəkat verməyənlərə qarşı heç vaxt döyüşməzdi , Hz Əlinin (ə) döyüşdə iştirak etdiyi yalnız sizin əqidədə uydurulmuş ola bilər ! Çünki Hz Əli (ə) heç vaxt nəsslər qarşısında ictihad etməz ! Axı Hz Rəsulullah (s) özü ona şəxsən buyrmuşdu ki "la ilahə illallah" deyənə qədər vuruşmaq caizdir !
Zillət bizdən uzaqdır !
#17
Отправлено 25 сентября 2010 - 15:39
Sən dəlil gətirirsən ki Allah Quranda deyib ki onlardan (səhabələrdən) razı olmuşam deməli vəssalam daha Allah bir daha heç birindən narazı olmayıb ?? And içə bilərsən ?? Necə də məntiqsizdir e sizin əqidəniz !
Sən Buxari və Müslimin səhablər haqda nəql etdiyi Hovuz hədisinə bax ki Hz Muhamməd (s) buyurmuşdur dəvə sürüsündən ayrılan dəvələr tək az qalan səhabələrdən başqa digər səhabələr cəhənnəmə gedəcək ! İndi sənə sual verirəm sənin məntiqinə əsasən : Allah bir kəsdən razı olubsa heç onu cəhənnəmə atar ?? Deməli , Allah onlardan həmişə razı olacağına söz verməyib ! Hucurat surəsi 2 və başqa yüzlərlə Quran ayəsi bunu sübut edir ! Həmin ayələrdə Allah onlardan narazılıq edir !!!
Сообщение отредактировал reservoir engineer: 25 сентября 2010 - 15:40
Zillət bizdən uzaqdır !
#18
Отправлено 25 сентября 2010 - 15:47
(Ya Peyğəmbər! Hüdeybiyyə səfəri zamanı bir ağacın altında beyəti-rizvanla) sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın (qüdrət) əli onların əllərinin üstündədir. Kim (beyəti) pozsa, ancaq öz əleyhinə pozmuş olar (bunun zərəri yalnız onun özünə dəyər). Kim Allahla etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük mükafat verər!
Zillət bizdən uzaqdır !
#19
Отправлено 25 сентября 2010 - 15:50
Buxari öz Səhihində yazır:
3937 - حدثني أحمد بن إشكاب حدثنا محمد بن فضيل عن العلاء بن المسيب عن أبيه قال
: لقيت البراء بن عازب رضي الله عنه هما فقلت طوبى لك صحبت النبي صلى الله عليه وسلم وبايعته تحت الشجرة فقال يا ابن أخي إنك لا تدري ما أحدثنا بعده"Əla ibn Müseyyib atasından nəql edir ki, Bəra ibn Əzibi gordum. Ona dedim ki, “xoş halina, Peyğəmbərin (s) səhabəsi olmusan, onunla ağacın altında beyət etmisən (rizvan beyətinin iştirakçısısan).” O dedi: Qardaşoğlu, sən bizim Peyğəmbərdən (s) sonra nələr etdiyimizi bilmirsən.".
Bu da Sizin beyət edənlər.
Allah razı olsun qardaşım ! Vaxt və imkan olduqca mən də belə səhih dəlilləri təqdim eləyəcəyəm ki qoy haqq aşkar olsun inşAllah , Amin !
Zillət bizdən uzaqdır !
#20
Отправлено 25 сентября 2010 - 15:55
Hәzrәti Mәhәmmәd (s.ә.v.) belә buyurmuşdur:
“Qiyamәtdә (hovuzun) başında durduğum an bir qrupla qarşılaşacağam vә onları tanıyacağam. O anda onlarla mәnim aramdan bir nәfәr qalxıb onlara gәlin - deyәcәk. Mәn, hara gәlsinlәr - deyәcәyәm. “Allaha and olsun ki, cәhәnnәmә”-deyәcәkdir. “Bunlar nә elәyiblәr?”- deyә, soruşacağam. “Bunlar sәndәn sonra dindәn çıxıb cahiliyyәtә qayıtdılar”-deyәcәkdir. “Bunların içәrisindәn, sürüdәn ayrılıb öz başına yayılan dәvәlәr kimi, az bir qrupdan başqa
qurtulan olmayacaqdır.”
O hәzrәt habelә buyurmuşdur:
“Mәn sizdәn әvvәl hovuza yetişәcәyәm. Mәnә gәlәn hәr kәs o hovuzun suyundan iзәr vә artıq susamaz. Bә’zi qruplar da mәnә gәlәrlәr ki, mәn onları tanıyaram. Onlar da mәni tanıyarlar. O anda mәnimlә onların arasında ayrılıq düşәr. “Bunlar mәnim sәhabәlәrimdir”- deyә, sәslәnәrәm. “Sәn bilmirsәn ki, bunlar sәndәn sonra nә elәdilәr?”-deyilәr. Mәn dә “mәndәn sonra dinimi dәyişdirәnlәr uzaq olsun”-deyәrәm.”
Mənbə - “Sәhih әl-Buxari”, c.4, sәh.94-dәn 99-a qәdәr vә sәh.156, c.3, sәh.32 vә “Sәhih Müslьm”, c.7, sәh.66,
“Hәdisi-Hauz”
Zillət bizdən uzaqdır !
#21
Отправлено 25 сентября 2010 - 15:58
Peyğәmbәr (s) belә buyurmuşdu:
“Sizlәr qarış-bәqarış, zira-bәzira* özünüzdәn әvvәlkilәrin sünnәtinin ardınca gedәrsiz, hәtta әgәr kәrtәnkәlә yuvasına daхil olmuşlarsa da, sizlәr dә onların ardınca gedәrsiniz. Dedik ki, ya Rәsulallah yәhudi vә хristianların? Peyğәmbәr dedi: Bәs kimlәrin ?!!!”
“Sәhih әl-Buхari”, c.4, sәh.187; “Sәhih Mьslьm”, c.8, sәh.57; “Müsnәdu Әhmәd ibni Hәnbәl”, c.3,
sәh.84-94
Zillət bizdən uzaqdır !
#22
Отправлено 25 сентября 2010 - 16:07
Әbu Sәidi-Hudridәn nәql olunmuşdur ki, belә demişdir: “Hәzrәti peyğәmbәr Fitr vә Qurban bayramlarında müsәllaya (camaatla namaz qılan yerә) gedәrdi. Orada gördüyü ilk işi bayram namazını qılmaq idi. Sonra camaata nәsihәt edәrdi, bә’zi işlәri görmәyә tәşviq edәrdi, bә’zi işlәrdәn dә çәkindirәrdi. Vә axırda qalxıb gedәrdi.” Әbu Sәid deyir ki, xalq da eyni şeyә adәt elәmişdi. Lakin bir gün Mәdinәnin valisi Mәrvan ilә birlikdә Qurban vә ya Fitr bayramında müsәllaya gәlmişdik. Kәsir ibni-Sәltin düzәltdiyi minbәrin yaxınlığına getdik. Mәrvan bayram namazını qılmadan
minbәrә çıxmaq istәdi, mәn çıxmasın deyә paltarından tutub aşağı çәkdim. O da minbәrә çıxmaq üçün mәni çәkdi vә nәhayәt minbәrә çıxıb namaz qılmadan xütbә oxudu. Mәn ona dedim ki, Allaha and olsun (peyğәmbәrin әn’әnәsini) dәyişdirdiniz. O, “artıq sәnin bildiklәrinin zamanı keçmişdir”-dedi. Mәn dә belә dedim: “Allaha and olsun ki, bildiklәrim, bilmәdiklәrimdәn daha xeyirlidir.” O, belә cavab verdi: “Camaat namazdan sonra gцzlәmir, mәn dә buna görә xütbәni namazdan әvvәl oxuyuram.” “Sәhih әl-Buxari”, c.1, sәh.122
Sәhabәlәrin namazı da dәyişdirmәlәri
Әnәs ibni-Malik deyir: “Mәn peyğәmbәrin zamanında namazdan daha mühüm olan bir şeyin olmasını bilmirdim. Bunu da korladınızmı?” Zühri belә deyir: “Şamda Әnәs ibni-Malikin yanına getdim. Onu ağlamaq halında gördüm. Nә üçün ağladığını soruşduğumda cavab verdi ki, mәn namazdan başqa bir şeyin hәqiqi şәklindә qaldığını bilmirәm, görәsәn onu da korladılar?”
“Sәhih әl-Buxari”, c.1, sәh.74.
Zillət bizdən uzaqdır !
#23
Отправлено 25 сентября 2010 - 16:08
“Sәhih әl-Buxari”, c.2, sәh.135.
Zillət bizdən uzaqdır !
#24
Отправлено 25 сентября 2010 - 16:11
qoyacaqsınız.” Onda Әbu Bәkr çox ağladı. Sonra dedi: “Biz sәndәn sonra yaşayacağıqmı?”
“Müvәttә әl-İmam Malik”, c.1, sәh.307; “әl-Mәğazi lil-Vaqidi”, sәh.310
Nə isə hələlik bu qədər , sonra yenə imkan tapdıqca səhih dəlilləri gətirəcəm , amma kim mənim şərhlərimə fikir bildirəcəksə 1-ci şərhimdən axırıncı şərhimə qədər hamısına fikir bildirsin , nala mıxa vurmasın !
Сообщение отредактировал reservoir engineer: 25 сентября 2010 - 16:13
Zillət bizdən uzaqdır !
#26
Отправлено 25 сентября 2010 - 21:41
Hələki bu.
Əbu Bəkr (Allah ondan razı olsun) vəsfi haqqında Qumminin təfsir kitabında Əbu –Əbdullahdan nəql etdiyi rəvayatdə deyilir:
Peyğəmbər (sallallahu aleyhi vasəlləm)mağarada olarkən Əbu-Bəkrə demişdir:Elə bilki Cəfərin gəmidə öz əshabələri ilə dənizdə üzdüyünü görürəm və Ənsairlərə baxıram və görürəm ki, günahsız halda evlərində oturublar.Bu an Əbu-Bəkr ey Allahın rəsulu sən onları görürsənmi?Peyğəmbər bəli cavabını verdi.Əbu Bəkr mənədə göstər ey Allahın rəsulu və peyğəmbər sallallahu aleyhi vasəlləm Əbu Bəkrin gözünə əlini çəkdi və oda onlarə gördü.Peyğəmbərimiz Əbu –Bəkrə: sən siddiqsən dedi.
(Qumminin Təfsiri , cild 1\289)
#27
Отправлено 25 сентября 2010 - 21:44
Həqiqətən Peyğəmbər sallallahu aleyhi vasəlləm Əlidən onun yatağında yatmasını tələb etdikdən sonra Əbu-Bəkrə demişdir:Ey Əbu Bəkr mənimlə bərabər olmaqdan razısanmı,Məni himayə etmənlə və məndən əziyyəti dəf etmənlə tanınacaqsan.Əbu Bək ey Allahın rəsulu mənin canın malım və evladlarəm sənin yolunda fəda olsun demişdir.Peyğəməbirmiz sallallahu aleyhi vasəlləm: Allah sənin qəlbinə baxmış və dilinlə deyəni qəlbinin təsdiq etdiyini görmüşdür.Sənin mənim qulağım, gözüm və başım və ruhum etmişdir.(Həsən əl-Əsgərinin təfsiri səhifə 164-165)
#28
Отправлено 25 сентября 2010 - 21:46
Peyğəmbər (sallallahu aleyhi vasəlləm ): Əbu Bəkr mənim qulağım ,Ömər mənin gözüm və Osman isə mənim ürəyim misalındadır. Həsn bin Əli sabahısı gün peyğəmbərin yanına getdiyimdə , orada möminlrin əmiri (alehissəlamı) Əbu Bəkri, Ömər və Osman gördüm və ey atacığım sənin əshabələrindən bunlar haqqında belə dediyini eşitmişəm dedim.Peyğəmbər sallallahu aleyhi vasəlləm bəli cavabını verdi və onlara işarə edərək , onar qulağım , gözüm və ürəyimdir dedi.(Təfsirul Burhan cild 4\564,565)
Peyğəmbərimiz sallallahu aleyhi vasəlləm Ənsarilər haqqında demişdir:
“Allahım Ənasiləri, onların övladlarını, övladlarının övladlarını bağəşla.Ey Ənsarilər siz razımısınız insanlar qoyun və sairə nemətləri pay alıb getdiyində sizing payınızda Allah rəsulu olsun.(Kəşful Ğəmma cild 1\ 224)
Peyğəmbərimiz Ənsairləri tərifləyərək demişdir:
“Əgər İnsanlar bir vadidən getsə və Ənsarilər isə dərəylə getsə mən Ənsarilərin getdiyi yerlə gedərəm.(Kəşful Ğammə 1\224)
#29
Отправлено 25 сентября 2010 - 21:59
Məqalədə adı keçən Əbul-Ğadiyənin rizvan bey`ətində iştirak etdiyi, həmçinin Əbul-Ğadiyənin Əmmar Yasirin ®qatili olduğu mə`lumdur. Bəs onda bu hədisi necə anlayaq? «Əmmarın qatili cəhənnəmlikdir» Əhli sünnənin iddiasına görə Allahın həmişəlik razılığını qazanmış Əbul-Ğadiyə cəhənnəmlik ola bilərmi?
Ümumiyyətlə rizvan bey`əti nə üçün baş verib?
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#30
Отправлено 25 сентября 2010 - 21:59
Omarin gilinci da olub?
Hə, özüdə iti.
Markasıda "Jilet" olar.
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"
Количество пользователей, читающих эту тему: 3
0 пользователей, 3 гостей, 0 скрытых пользователей