Перейти к содержимому


Фотография

Əhli-sünnənin səhabələr barəsində etiqadı


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 328

#61 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 27 сентября 2010 - 22:03

Gətirib göstərərəm aa.


Gözləyirəm aa! Bu rəvayəti aydınlaşdıraq sonra keçək o birilərinə.


P.S. Əslində mövzu səhabələrin 100% hamısının məhz ədalətli olması haqqındadır. Xahiş edirəm fikrinizi bunu sübut etmək üzərinə cəmləyin.


فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#62 Omarin qilinci

Omarin qilinci

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 27 сентября 2010 - 22:13

Əhli sünnənin səhabələr barəsində etiqadı (Allah onların hamısından razı olsun)davamı



Quran və sünnədən səhabələrin ədalətli olmaları barəsində dəlillər:



4-cü ayə.

Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur. Tövbə 100.

Bu ayədəki dəlalət zahirdir, yəni hər şey bəyandır. Allah onlardan razıdır və bu razılıq da mütləq formadadır. Bundan sonrakl ayədə isə Çevrənizdəki bədəvilərdən və Mədinə əhalisi arasında münafiqlər var. Onlar ikiüzlülükdə inadkarlıq göstərir, sən isə onları tanımırsan. Biz ki onları tanıyırıq. Biz onlara iki dəfə işgəncə verəcəyik. Sonra isə böyük bir əzaba qaytarılacaqlar.Tövbə 101. Allah təalə münafiqlər barəsində danışır və peyğəmbər sallallahu aleyhi və səlləmə deyir ki, sən onları tanımırsan. sən isə onları tanımırsan. Biz ki onları tanıyırıq. Bəyəm peyğəmbər sallallahu aleyhi və səlləm ƏnuBəkri, Öməri, Osmanı, Əlini, Talhəni, Zubeyri, Əbu Hureyrəni, Abbası, İbn Abbası, İbn Məsudu, mömünlərin anası sayılan pak, təmiz olan öz zövcələrini və başqa səhabələri tanımırdımı?! Mümkün deyil! Biz də bilirik ki, səhabələrin arasında münafiqlər olub. Lakin onlar başqa səhabələr başqa.
Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar.



5-ci ayə:
Sizlərdən Məkkənin fəthindən əvvəl xərcləyib döyüşənlər başqaları ilə eyni deyillər. Onların dərəcəsi mallarını fəthdən sonra xərcləyib döyüşənlərdən daha üstündür. Amma Allah onların hamısına ən gözəl (əl husnə) olanı vəd etmişdir. Allah sizin nə etdiklərinizdən xəbərdardır. Hədid 10. Bu ayədəki ən gözəl olanı (əlhusnə) yəni cənnəti vəd vermişdir. Bunu Mucahid və Qatadə demişdir. (İbn Cəririn təfsiri 27/128. Dərul Mə`rifə - Beyrut 4-cü çap, hicri 1400)
İbn Həzm bu ayəyə deyir ki, qəti şəkildə bilinir ki, səhabələrin hamısı cənnət əhlindəndir. ( Amma Allah onların hamısına ən gözəl (əl husnə) olanı vəd etmişdir.) (əlFasl 4/148,149)


6-cı ayə:
Allah, müsəlmanlardan bəzilərinin qəlbi cihaddan yayınmaq üzrə olduqdan sonra, Peyğəmbərin də, çətin vaxtda onun ardınca gedən mühacirlərin və ənsarların da əvvəlcə tövbəsini qəbul etdi, sonra da onları bağışladı. Çünki Allah onlara (müsəlmanlara) qarşı Şəfqətlidir, Rəhmlidir. Tövbə 117.

Təbuk döyüşünə səhabələrin hamısı getmeşdir. Yalnız qadınlardan və zəiflərdən başqa. Lakin üç nəfər səhabə döyüşdən yayınmışdır. Allah da onların tövbəsini qəbul etmişdir. Geri qalmış üç nəfəri də bağışladı. Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri kədərdən sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra Allah peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir. Tövbə 118.







#63 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 27 сентября 2010 - 22:22

Moder Omar, xahiş edirəm qardaşlarına anlat ki, bura disskusiya yeridir, yalnız copy-paste yeri deyil. Hər halda vəhhabilər sizin dilinizdən anlayarlar.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#64 сталь

сталь

    Raqib – Seargeant

  • Murid
  • 180 сообщений

Отправлено 27 сентября 2010 - 23:42

Fərqi budur ki,Həzrət Əlini hamı bir cürə tanıyır,Öməri isə müxtəlif Cür.
Sən onda bizimlə razısanki, Muaviyə onun yolun tutmadı və munafiq oldu?
Aişə ,Təlhə,Zubeyr ona qarşı döyüşə getdi və munafiq oldular?
Cavab verin.Verməsəniz,Ömərin qılıncı olmadığı kimi sizin də məntiqiniz yoxdur!!!


Bu sözlərim Əliyə ayıd olduğu kimi,zikr etdiyiniz səhabələrə də ayiddır,çünki Allah Subhanəhu və Taələ buyurur:


9. Mühacirlərdən Mədinədə əvvəl orada yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.
10. Səhabələrdən sonra gələnlər deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!"
11. Münafiqlərin, Kitab əhlindən kafir olan qardaşlarına: "Əgər siz yurdunuzdan qovulsanız, biz də sizinlə birlikdə çıxıb gedəcək və sizə qarşı heç vaxt heç kəsə tabe olmayacağıq. Əgər müsəlmanlar sizə qarşı vuruşsalar, mütləq sizə kömək edəcəyik!"– dediklərini görmədinmi? Allah onların yalançı olduğuna şahiddir.



Göründüyü kimi,yalnız münafiqlər və onların qardaşları bu sahabələri sevmir,tabe olmur və qəlblərində də onlara qarşı nifrət və həsəd var.

Səhabələrin öz aralarında olan ixtilaf,bizlərin öz aramızda olan ixtilaf kimidir,ya ondan çoxdur,ya da azdır.Lakin biz bir-birimizə bundan ötrü kafir demirik,necə ki Allah Təalə demədi:



9. Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allahın əmrini yerinə yetirməyə qayıdanadək, vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir.
10. Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin.


257. Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.

#65 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 27 сентября 2010 - 23:56


Göründüyü kimi,yalnız münafiqlər və onların qardaşları bu sahabələri sevmir,tabe olmur və qəlblərində də onlara qarşı nifrət və həsəd var.

Səhabələrin öz aralarında olan ixtilaf,bizlərin öz aramızda olan ixtilaf kimidir,ya ondan çoxdur,ya da azdır.Lakin biz bir-birimizə bundan ötrü kafir demirik,necə ki Allah Təalə demədi:



9. Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allahın əmrini yerinə yetirməyə qayıdanadək, vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir.
10. Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin.



Səhabələr vuruşursa buna nə ad verməli? Məgər siz "Mömini söymək fasiqlik, onunla döyüşmək küfrdür" hədisini bilmirsiz? Bəs Quran ayəsinə əsasən 1 mömini qəsdən öldürənin əbədilik cəhənnəmlik olmasını bilmirsiz? Zamanının imamına beyət etmədən ölənin qeyri-müsəlman kimi dünyadan getməsi hədisdi sizdə gəlməyib?
Bəs niyə Muaviyəyə hələ də rəhmət oxuyursuz. Şiələr günahkar səhabələri ifşa edir deyə "rafizi" deməyi yaxşı bilirsiz, bəs Peyğəmbərin (s) Əmmar Yasir (r.ə.) kimi böyük səhabəsini qətlə yetirən Muaviyəyə heç olmasa eyni hökmü niyə tətbiq etmirsiz?

Сообщение отредактировал al-Islam: 27 сентября 2010 - 23:57

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#66 сталь

сталь

    Raqib – Seargeant

  • Murid
  • 180 сообщений

Отправлено 28 сентября 2010 - 01:40

Siz diyəsən Allah Təalənin iki ayəsini bir-birinə zidd görürsünüz.Bunu özünüzdə mütləq müalicə edin. :pravila:

Və bir də,əgər hətta can üstə belə siz
ey Rəbbim! mənə şəfa ver deməkdənsə,meyl edəcəksiz ona ki,"Əlidir mənim dərmanım,ey Rəbbim,biləsən",onda sizə heç bir müalicə effekt verməyəcək.

Qırmızı rəng ilə yazma əxi.Bu qaydalara ziddir.Allah elmivi artırsın İnşallah
257. Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.

#67 Djafarit

Djafarit

    Naqib – Captain

  • Murid
  • 783 сообщений

Отправлено 28 сентября 2010 - 02:09

Iki dana sunnat olmayan goca arabdan otri biza rafizi deirlar,bala halda rafizi olmag bir fahr di,har yerindan doran halifa olmaz,bu na islam di ki doyushdan dalina bahmaya gacan Usman, oda Alidan ostun oldu? Namiszis amr ibn as razi Allah oldu, iki gun bir geca islama galan abu huraira Alidan hadis coh goidi,ayib olsun bu islam deyil bu biyabirciligdi
Удивительное дело, права на наследство лишены незаконнорожденные и дети пророков

#68 Djafarit

Djafarit

    Naqib – Captain

  • Murid
  • 783 сообщений

Отправлено 28 сентября 2010 - 02:42

San bir bah Muavia yaninda Siffeinda kim olub,hamisi Uhud va Badrda peygumbara gilinc galhiziblar,sonra bah Alinin dostlarina,orda daha peygumbar olmadyi amma Badr va Uhud davam atdi,corpani agili bunu anlayar, fikir at quran nazil olan sonra tarih gotarmayib
Удивительное дело, права на наследство лишены незаконнорожденные и дети пророков

#69 katala

katala

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 28 сентября 2010 - 09:50

Fərqi budur ki,Həzrət Əlini hamı bir cürə tanıyır,Öməri isə müxtəlif Cür.
Sən onda bizimlə razısanki, Muaviyə onun yolun tutmadı və munafiq oldu?
Aişə ,Təlhə,Zubeyr ona qarşı döyüşə getdi və munafiq oldular?
Cavab verin.Verməsəniz,Ömərin qılıncı olmadığı kimi sizin də məntiqiniz yoxdur!!!


Cavab verməkdə deyəsən çətinlik çəkir...

Сообщение отредактировал Abu Sufyan ordusu: 30 октября 2010 - 18:30

De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!

#70 aburza

aburza

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 227 сообщений

Отправлено 28 сентября 2010 - 12:31

Bu sözlərim Əliyə ayıd olduğu kimi,zikr etdiyiniz səhabələrə də ayiddır,çünki Allah Subhanəhu və Taələ buyurur:

9. Mühacirlərdən Mədinədə əvvəl orada yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.
10. Səhabələrdən sonra gələnlər deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!"
11. Münafiqlərin, Kitab əhlindən kafir olan qardaşlarına: "Əgər siz yurdunuzdan qovulsanız, biz də sizinlə birlikdə çıxıb gedəcək və sizə qarşı heç vaxt heç kəsə tabe olmayacağıq. Əgər müsəlmanlar sizə qarşı vuruşsalar, mütləq sizə kömək edəcəyik!"– dediklərini görmədinmi? Allah onların yalançı olduğuna şahiddir.



Göründüyü kimi,yalnız münafiqlər və onların qardaşları bu sahabələri sevmir,tabe olmur və qəlblərində də onlara qarşı nifrət və həsəd var.

Səhabələrin öz aralarında olan ixtilaf,bizlərin öz aramızda olan ixtilaf kimidir,ya ondan çoxdur,ya da azdır.Lakin biz bir-birimizə bundan ötrü kafir demirik,necə ki Allah Təalə demədi:



9. Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allahın əmrini yerinə yetirməyə qayıdanadək, vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir.
10. Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin.


Sənin nə maraqlı məntiqin var?Sən lap quran təsfirçisən ki!!!
Sen ayələr də tapmısan yalançıları təmizə çıxartmaq üçün.Darıxma qiyamət günü Muaviyə dayın bu səyinə görə üzündən öpəcək,əgər şeytan qabağa düşməsə əlbətdə.Ayələri bura yazmaqla iş bitmir axı .Mən də sənə Qurani Kərimin Muaviyə kimi iki sifətlilər üçün dediklərini yazım.OxU

Onlar (yalan) andlarını özlərində sipər edib (xalqı) Allah yolundan döndərirlər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir!

Bunun səbəbi odur ki, onlar (dildə) iman gətirdilər, sonra isə (ürəklərində gizli) kafir oldular. Buna görə də onların ürəklərinə möhür vurulmuş, özləri isə anlamaz kimsələr olmuşlar.
İndi sənə bütün əhli-sünnəyə verdiyim sualı verirəm.O vaxt yaşasaydın kimin tərəfindən vuruşardın?
Amma demə ki,ortalıqda dayanıb aralaşdırardım.Bu gülməli olar.
Özünü yuxuya qoymuş insanı oyatmaq,yatmış insanı oyatmaqdan çox-çox çətindir.

#71 Omarin qilinci

Omarin qilinci

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 28 сентября 2010 - 23:04

Əhli sünnənin səhabələr barəsində etiqadı (Allah onların hamısından razı olsun)davamı



Pak sünnədən səhabələrin ədalətli olmaları barəsində dəlillər:





Birinci hədis:
Əbu Səid deyir ki, Xalid ibn Validlə Abdurrahmən ibn Avf arasında bir şeylər olmuşdur. Xalid onu söydü. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: "Səhabələrimdən heç kəsi söyməyin. Həqiqətən sizlərdən biri Uhud dağı qədər qızıl sədəqə etsə belə onların verdiyi bir ovuca və ya heç onun yarısına belə çata bilməz." Buxari 3673, Muslim 2541, 4/1967.

İbn Teymiyyə "Əssarim ulməslul" kitabında deyir: "Və həmçinin İmam Əhməd və başqları da belə deyir: Hər kim peyğəmbər sallallahu aleyhi və səlləmlə bir il və ya bir ay və ya bir gün yoldaşlıq (səhabəlik) edərsə və ya peyğəmbər sallallahu aleyhi və səlləmi iman gətirərək görərsə, o insan peyğəmbər sallallahu aleyhi və səlləmin səhabəsi sayılır. Həmin kəsin səhabəlikdən bu qədər nəsibi vardır.(yəni çox görən az görəndən bu şeydə üstündür- bu mənim açıqlamamdır.).
Əgər deyilsə ki, nə üçün peyğəmbər sallallahu aleyhi və səlləm Xalidə səhabəni söyməyi qadağan etdi, axı Xalid də peyğəmbər sallallahu aleyhi və səlləmin səhabəsi idi? Cavab budur ki, Çünki Abdurrahmən ibn Avf və onun kimilər islamı ilk əvvəl qəbul edənlərdən idi.(tövbə 100) Hansı ki, elə bir vaxtda ona səhabəlik etmişdilər ki, Xalid və başqaları peyğəmbər sallallahu aleyhi və səlləmə düşmənçilik edirdilər, fəthdən qabaq mallarından xərcləmiş və döyüşmüşlər. Onların dərəcəsi mallarını fəthdən sonra xərcləyib döyüşənlərdən daha üstündür.Amma Allah onların hamısına ən gözəl olanı vəd etmişdir. (Hədid 10). Əvvəlkilər səhabəlikdən Xalidin və onun kimi səhabələrin yəni Hüdeybiyyə sülhündən sonra islama girən və döyüşən səhabələrin şərik olmadığı şeylə təkləşdirildilər. Peyğəmbər sallallahu aleyhi və səlləm də (ona) ilk əvvəl islamı qəbul edənləri söyməyi qadağan etmişdir.







#72 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 28 сентября 2010 - 23:35


Çox xahiş edirəm ki, sənə indi ünvanlayacağım sualıma öz dilinlə cavab verəsən(yəni kopipeyst etmədən).

Peyğəmbər(s) hədisdə buyurur ki, Qiyamət Günü əshabımdan bir dəstənin Cəhənnəmə getdiyini görəndə Allahdan nəyə onların bu aqibəti yaşadıqlarını soruşacam və o mənə - sən bilmirsən onlar səndən sonra nələr etdilər- deyə xitab edəcək.

Necə ola bilər ki, əshabın hamısı ədalətlidir və eyni zamanda Cəhənnəmə düşəcəklər?

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#73 Omarin qilinci

Omarin qilinci

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 29 сентября 2010 - 00:02

Birincisi Allaha and olsun ki, mən heç yerdən kopipeyst etməmişəm. Deyəsən bir balaca dəlillərlə və ya sizin yazmadığınız kimi yazmadıqda belə zənn edirsiniz.

İkincisi hədisin sənədini ver. Sadəcə sənin dilindən, özüdə sənədsiz qəbul emirəm.

#74 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 29 сентября 2010 - 00:25

Əshab barədə zıppıltı fikirlər sizin saytlarda çoxdur. Gərək dəyərli vaxtını israf etməyib sadəcə kopipeyst edərdin.

Haşa! Bu hədisi eşiməmisən? Buxarinin hədisindədir ki, bu hədis. Məndə rus dilindədir Buxari. Orada bu hədislər 1343 (3349) və 2041 (6587) nömrəli hədislərdir.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#75 Omarin qilinci

Omarin qilinci

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 29 сентября 2010 - 21:46

Rus dilində hədis sənəd deyil.

#76 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 30 сентября 2010 - 00:14

Rus dilində hədis sənəd deyil.


Onda buyur ərəbcəsi və tərcüməsi:


‏حدثنا ‏ ‏إبراهيم بن المنذر الحزامي ‏ ‏حدثنا ‏ ‏محمد بن فليح ‏ ‏حدثنا ‏ ‏أبي ‏ ‏قال حدثني ‏ ‏هلال بن علي ‏ ‏عن ‏ ‏عطاء بن يسار ‏ ‏عن ‏ ‏أبي هريرة

عن النبي ‏ ‏صلى الله عليه وسلم ‏ ‏قال ‏ ‏بينا أنا قائم إذا زمرة حتى إذا عرفتهم خرج رجل من بيني وبينهم فقال هلم فقلت أين قال إلى النار والله قلت وما شأنهم قال إنهم

ارتدوا بعدك على أدبارهم القهقرى ثم إذا زمرة حتى إذا عرفتهم خرج رجل من بيني وبينهم فقال هلم قلت أين قال إلى النار والله قلت ما شأنهم قال إنهم ارتدوا بعدك

على أدبارهم القهقرى فلا أراه يخلص منهم إلا مثل همل النعم

Bizə İbrahim bin Munzir əl-Hizəmi rəvayət etdi: Bizə Muhamməd bin Fuleyh rəvayət etdi: Bizə atam rəvayət etdi: Hiləl bin Əli mənə Ata bin Yəsardan, o da Əbu Hureyrədən peyğəmbərin, salləllahu aleyhi va səlləm, belə dediyini rəvayət etdi: "Mən yatdığım müddətdə, bir zümrə gətiriləcək və mən onları tanıyacam. Bizdən və onlardan bir nəfər (mələk) çıxacaq və deyəcək: "Onları aparın!" Soruşacam: "Haraya?" Deyəcək: "Allaha and olsun ki, atəşə!" Soruşacam: "Onların halı nədir ki?" Deyəcək: "Onlar səndən sonra arxalarıran dönərək irtida etdilər." Sonra bir başqa zümrə gələcək və mən onları tanıyacam. Bizdən və onlardan bir nəfər çıxacaq və deyəcək: "Onları aparın!" Soruşacam: "Haraya?" Cavabında deyəcək: "Allaha and olsun ki, atəşə!" Soruşacam: "Onların halına nə gəlib?" Deyəcək: "Onlar səndən sonra üz döndərdilər." Yalnız çobansız dəvələrə bənzəyən bəzi kimsələrdən başqa onlardan heç kəsin xilas olduğunu görmədim."

"Səhih əl-Buxari", cild 5 (Kitəb ər-Riqaq: 6215)

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#77 Omarin qilinci

Omarin qilinci

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 30 сентября 2010 - 21:44

Bu əlbətdə ki, səhabələrə aid deyil. Bu ümumi ümmətdə olan bidətçilərə aiddir. Bidət də bilindiyi kimi dində yenilik edərək Allah, rəsulu Allahın ona və ailəsinə salamı və salavatı olsun və səhabələrin yolunda olmayan olmayan ixtiralar etməkdir. Allah təalə quranda bizə Onun, rəsulunun və səhabələrin yolunu tutub getməyi əmr etmişdir. Şübhəsiz, sözlərin ən doğrusu Allahın, yolların ən gözəli Məhəmmədin sallallahu aleyhi və səlləm-in yoludur və əməllərin ən pisi sonradan çıxarılanlardır. Sonradan uydurulub dinə soxulan hər yenilik bidətdir və hər bidət azğınlıqdır. Və hər azğınlıq da atəşdir

#78 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 30 сентября 2010 - 22:24

Yuxarıdakı hədisdə Peyğəmbər (s) buyurur ki, mən onları tanıyacam. Bu cümləni necə izah edirsiniz?

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#79 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 30 сентября 2010 - 22:28

Bu əlbətdə ki, səhabələrə aid deyil. Bu ümumi ümmətdə olan bidətçilərə aiddir. Bidət də bilindiyi kimi dində yenilik edərək Allah, rəsulu Allahın ona və ailəsinə salamı və salavatı olsun və səhabələrin yolunda olmayan olmayan ixtiralar etməkdir. Allah təalə quranda bizə Onun, rəsulunun və səhabələrin yolunu tutub getməyi əmr etmişdir. Şübhəsiz, sözlərin ən doğrusu Allahın, yolların ən gözəli Məhəmmədin sallallahu aleyhi və səlləm-in yoludur və əməllərin ən pisi sonradan çıxarılanlardır. Sonradan uydurulub dinə soxulan hər yenilik bidətdir və hər bidət azğınlıqdır. Və hər azğınlıq da atəşdir


Rəhmətlik Şəhriyar nə gözəl deyib: Kor oldu gözlərin qan tutdu Şimrin...

İnsan bu qədər də həyasız olarmış. Hədisə diqqət et, ey qafil. Peyğəmbər(s) buyurur ki, mən onları tanıyacam. Hədis həmçinin deyir ki, səndən sonra üz döndərdilər. Deməli, onlar onunla idilər. Başqa bir hədis də gətirə bilərəm amma deyəsən bu hədis də kar etməyəcək. Amma ümidsiz Şeytan olar və Allahın rəhməti vəsidir.

حدثنا ‏ ‏موسى بن إسماعيل ‏ ‏حدثنا ‏ ‏أبو عوانة ‏ ‏عن ‏ ‏مغيرة ‏ ‏عن ‏ ‏أبي وائل ‏ ‏قال قال ‏ ‏عبد الله


قال النبي ‏ ‏صلى الله عليه وسلم ‏ ‏أنا ‏ ‏فرطكم ‏ ‏على الحوض ليرفعن إلي رجال منكم حتى إذا أهويت لأناولهم ‏ ‏اختلجوا ‏ ‏دوني فأقول أي رب أصحابي

يقول لا تدري ما أحدثوا بعدك



"Bizə Musa bin İsmail rəvayət etdi: Əbu Avanə bizə Muğiradan, o da Əbu Vaildən rəvayət etdi: dedi: Abdullah dedi: Peyğəmbər, salləllahu aleyhi va səlləm, dedi:
"Mən sizdən əvvəl hovuzun yanında olacam və sizdən bəzi kəslər yanıma gətiriləcək. Mən onlara su verməyə çalışacam, bu zaman onlar məndən güclə uzaqlaşdırılacaqlar. Deyəcəm: "Ya Rabb! Əshabım!" Deyəcəklər? "Səndən sonra nə yeniliklər etdiklərini bilmirsən."

"Sahih əl-Buxari",

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#80 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 30 сентября 2010 - 22:30


رقم الحديث: 24
(حديث قدسي) ثَنَا أَحْمَدُ بْنُ شَبِيبٍ ، قَالَ : ثَنَا أَبِي ، عَنْ يُونُسَ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيِّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّهُ كَانَ يُحَدِّثُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : " يَرِدُ عَلَيَّ يَوْمَ الْقِيَامَةِ رَهْطٌ مِنْ أَصْحَابِي فَيُجْلَوْنَ عَنِ الْحَوْضِ فَأَقُولَ : يَا رَبِّ أَصْحَابِي فَيَقُولُ : إِنَّكَ لا عَلِمَ لَكَ بِمَا أَحْدَثُوا بَعْدَكَ ، إِنَّهُمُ ارْتَدُّوا عَلَى أَدْبَارِهِمُ الْقَهْقَرَى " .

الحكم المبدئي: إسناده حسن رجاله ثقات عدا شبيب بن سعيد التميمي وهو صدوق حسن الحديث.

http://www.islamweb....o=161&startno=0

Bəs bu hədisi necə izah edirsiniz?

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#81 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 30 сентября 2010 - 22:31

حَدَّثَنَا مُسْلِمُ بْنُ إِبْرَاهِيمَ حَدَّثَنَا وُهَيْبٌ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ عَنْ أَنَسٍ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لَيَرِدَنَّ عَلَيَّ نَاسٌ مِنْ أَصْحَابِي

الْحَوْضَ حَتَّى عَرَفْتُهُمْ اخْتُلِجُوا دُونِي فَأَقُولُ أَصْحَابِي فَيَقُولُ لَا تَدْرِي مَا أَحْدَثُوا بَعْدَكَ

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#82 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 30 сентября 2010 - 22:42

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ مُغِيرَةَ عَنْ أَبِي وَائِلٍ قَالَ قَالَ عَبْدُ اللَّهِ قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَا فَرَطُكُمْ


عَلَى الْحَوْضِ لَيُرْفَعَنَّ إِلَيَّ رِجَالٌ مِنْكُمْ حَتَّى إِذَا أَهْوَيْتُ لِأُنَاوِلَهُمْ اخْتُلِجُوا دُونِي فَأَقُولُ أَيْ رَبِّ أَصْحَابِي يَقُولُ لَا تَدْرِي مَا أَحْدَثُوا بَعْدَكَ


اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#83 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 30 сентября 2010 - 22:49

Burada vəhhabilərin şeyxi Osman Xəmis bütün bu hədislərə cavab verir.

http://www.d-alsonah...read.php?t=4108

http://www.fnoor.com/fn0189.htm

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#84 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 30 сентября 2010 - 22:51

Sehabeler baresinde edaletli movqe tutmaq lazimdir.Bir mohkem aye vardir birde muteshabih.O cumlede muqeyyed mucmel ayeler.
Gerey mohkeme qaytarila o biri ayeler.Yani achiq aydin menasi hamiya belliolan birbasha gosterish veya fikir.Allah Quranda muselman ve emeli saleh bendelerinden razi olduqunu ve onlari cennetlerde yerleshdireceyini vede verir.Islam tarixin hansi donemindese ayelerin sheni nuzulu olubsa ister sehabeler haqqinda yada tabeinler baresinde
bu butun zaman ve mekanlara aiddir.Hetta mesum insanlar bele bu ayelerden kenar deyil.Zelzele suresi buna bir ayri delildir.
Xevaric ifrata varirsa murcie tefrit edir.Iman emelden ayri deyil emelde imandan.Achiq veya gizli kufre shirke varan insan olmasa biri mujde ayelerinden kenar deyil.
Beyyine suresi 7-ci aye bu ayede Peygemberden(s) sonra Quran ve Ehlibeyte sarilan her bir sehabe ve tabein ayrica hetta yaranmishlarin en yaxshilari ustunleri kimi tanitdirilmishdir(yani melekdende ustun).Allahin raziliqi ve cennet ved olunmushdur belelerine.Bu aye Ali(as) ve shieleri haqqindadir.Bashqa firqeledende kimse quluvv etmirse nasibi ve xevaric deyilse mustezefdirlerse -ya Islamda istisna olunmushlardandirsa-inshallah onlarinda qurtulmaq shansi var ve qurtulan bir firqeye yaxindirlar.
yani 72 cehennemliyden uzaqdirlar.Shielerde neche curedi neceki butun dunyevi ve dini hemchinin kufr ve shirk din ve firqeleri muxtelifdir.Ona gorede Allahdan naumid olmaq olmaz semavi dinleri mehveri Tekallahchiliqdir.Bunun boyuk tesirleri vardir muvehhid birisinin heyatinda o cumleden:
Allahı tanıma, çalışmaq və ümid.
İnsan öz həyatında çətinliklərlə üzləşdikdə, qapılar hər tərəfdən onun üzünə bağlandığı zaman çətinliklərin müqabilində tənhalıq və zəiflik hiss etdikdə Allaha olan iman onun köməyinə tələsərək ona arxa və kömək olur.
Allaha imanı olan şəxslər hec vaxt özlərini tənha və zəif hiss etmir, məyus olmurlar. Çünki onlar Allahın qüdrətinin hər şeydən üstün və çətinliklərin onun əlində asan olduğunu bilirlər. Onlar Allaha, Onun lütf- mərhəmətinə, köməyinə və himayəsinə ümid bağlamaqla çətinliklərə qarşı mübərizəyə qalxır və bütün qüvvələrindən istifadə edirlər. Ona ümid bağlamaqla çətinlikləri arxada qoyur, onlara qalib gəlirlər. Doğrudan da Allaha imanlı olmaq insanlar uçün böyük bir arxadır. Ona imanlı olmaq insanı səbrli və dözümlü edir. Ona iman bağlamaq ümid çırağını həmişə ürəklərdə saxlayır.
Məhz bu səbəbdən mömin insanlar heç vaxt özlərinə qəsd etmirlər. Özünə qəsd etməyin səbəbi yalnız məğlub, ümidsiz və məyus olmaqdır. Mömin insanlar isə, heç vaxt məğlub və məyus olmurlar.
Allah taaladaki hemin selbiyye ve subutuyye sifetlerine malik muqeddes varliqin adidir erebce.Sitayishe oyulmeye layiq yegane varliq.
Elbetde xatirladim ki Zalimlarin ve komekchilerinin bir ayrica yeri vardir cehnnemde.Zalimlar deyildikde ebedi cehennemlikler ve cennete chox gec girenler nezerde tutulur.Islam Edaletdir zulme qarshidir.

Сообщение отредактировал Mumin: 30 сентября 2010 - 22:59


#85 Omarin qilinci

Omarin qilinci

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 30 сентября 2010 - 23:11

Əhli sünnənin səhabələr barəsində etiqadı (Allah onların hamısından razı olsun)davamı



Pak sünnədən səhabələrin ədalətli olmaları barəsində dəlillər:




İkinci hədis: Peyğəmbər sallallahu aleyhi və səlləm Ömərə (Allah ondan razı olsun) dedi: Sən nə bilirsən, Allah təalə Bədr əhlinin qəlblərinə baxıb və istədiyinizi edin, artıq Mən sizi bağışlamışam. Səhih Buxari Fəthul Bəri 3983, Səhih Muslim 2494.
Deyilib ki
, " "İstədiyinizi edin" təkrim - yəni hörmətləndirmək üçün deyilib. Buradan istək: Bu sadiq vəd`ə görə Bədr əhli etdikləri heç bir əmələ görə qınanılmayacaq." Və həmçinin deyilib ki, "Məna budur ki, etdiklərininz pis əməllər bağışlanacaq və sanki olmamış kimidir." ("Mə`rifətul xisalul mukəffira" ibn Həcər Əsqalani)

İmam Nəvəvi deyir: "Alimlər deyirlər ki: Bunun mənası axirətdə bağışlanmadır. Ancaq dünyada isə onlardan har hansı birinə hədd va ya başqa şey tətbiq edilə bilər. Qadi İyad hədd tətbiq edilməsi haqda icma nəql edib. Ömər (Allah ondan razı olsun) onlardan bəzilərinə - Qudəmə ibn Məz`una hədd tətbiq edib."

İmam İbn Qeyyim deyib: " Allah daha yaxşı bilir. Bu xitab elə bir qövmə idi ki, artıq Allah təalə bilirdi ki, onlar dinlərini dəyişməzlər, əksinə islam üzərində oləcəklər. Onlar da başqalarının etdikləri bəzi günahları ediblər, lakin Allah təalə onları etdikləri günahların üzərində israrlı, davamlı saxlamaz. Əksinə onları səmimi tövbəyə, istiğfara və günahları silən yaxşı əməllərə müvəffəq edər. Onların bu şeydə xüsusiliyi başqa heç kimə yox, yalnız onlara aiddir. Çünki bu artıq onlarda baş verib və onlar bağışlanmışlardır. BU bağışlanmaq onlarin əməl etmələrinə mane olmayıb, bu məğfirata (bağışlanmaya) arxalanmaq fərzləri dayandırmağı, səhlənkar yanaşmağı tələb etmir. Əgər belə olsaydı onda əmrləri davamlı yerinə yetirməzdilər. bundan sonra da nə namaza, nə oruca, nə həccə, nə zəkata və nə də ki, cihada ehtiyac olmazdı, bu da qeri-mümkündür." (Fəvaid ibn Qeyyim)

#86 Omarin qilinci

Omarin qilinci

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 30 сентября 2010 - 23:22

Sizin gətirdikləriniz hamısı şübhədir. Sizi yenə də ALDADIBLAR. Sadəcə oxuyun, lazım deyil küfrünüzü artırmaq. Onsuz da yetərincə küfrünüz var. Bir də səhaələri söyərək artırmayın. Mən yazıram siz oxuyun, iman gətirin. Dua edin Allah təalə sizə haqqı haqq kimi göstərsin və ona müvəffəq etsin və batili batil kimi göstərsin və ondan uzaqlaşdırsın.

#87 Fajr

Fajr

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 30 сентября 2010 - 23:43

Sizin gətirdikləriniz hamısı şübhədir. Sizi yenə də ALDADIBLAR. Sadəcə oxuyun, lazım deyil küfrünüzü artırmaq. Onsuz da yetərincə küfrünüz var. Bir də səhaələri söyərək artırmayın. Mən yazıram siz oxuyun, iman gətirin. Dua edin Allah təalə sizə haqqı haqq kimi göstərsin və ona müvəffəq etsin və batili batil kimi göstərsin və ondan uzaqlaşdırsın.

Hədislərdə "əshab" sözü dəfələrlə təkrarlanan halda, bunu necə qulağardısına vurursuz? Üzr istəyirəm, bizi kim aldadıb ki? Peyğəmbərin (s) özü? Quran Kərim, pak sünnə və əqlnən heç bir əlaqəsi olmayan bütün səhabələrə mütləq şəkildə ədalətli saymağınızin kökləri məlun Müaviyyənin dövrünə gedib çıxır. Bəzilərinin ümmətə xəyanət etmələrinə, Peyğəmbərin (s) sünnəsinə tüpürmələrinə, cinayətlərinə, bidətlərinə və irgənc əməllərinə birtəhər bəraət qazandırmağ lazım gəldiyindən Müaviyyə və onun hədisuyduranları üçün bu işi ərsəyə gətirmək çox da çətin deyildi. Analatik tarixdə bu gözəl nəzərə çarpır. Amma bu sizin çərçivəli düşüncələrinizdən xaricdir deyənə, sizə ancaq hidayət olunmağa dair dua etməkdən savayı başqa bir əlacım qalmır. Verilən suallara cavab verməyiniz yaxşı olardı...Peyğəmbər (s) bidətçiləri, azğınları "əshabım" deyə niyə çağırır?

Maalim.Net - Особенности школы Ахл аль-Бейт (а) и ответы на критику

Передал Хаким в "Мустадрак" (10/382):

... فأقبل رسول الله (ص) والغضب يُعرف في وجهه فقال: "ما تريدون من علي، إنَّ علياً مني وأنا منه وهو وليُّ كلِّ مؤمن بعدي". هذا حديث صحيح على شرط مسلم

Посланник Аллаха (с) сказал: «Что вы хотите от Али (а)? Али (а) от меня и я (с) от него. И он повелитель всех мусульман после меня!»

Хаким ан-Нишабури: "Хадис достоверен по условиям Муслим" и согласился с ним аз-Захаби.
ал-Албани: "Достоверен". ("ас-Силсила ас-сахиха", ал-Албани, 5/222)
Ибн Хиббан: "Достоверен". ("Сахих", Ибн Хиббан, 28/400)


#88 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 30 сентября 2010 - 23:45

Burada vəhhabilərin şeyxi Osman Xəmis bütün bu hədislərə cavab verir.

http://www.d-alsonah...read.php?t=4108

http://www.fnoor.com/fn0189.htm


Qonşu forumda tüllabdan olan Abu İbrahim də nəsə etmək istəyib

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#89 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 30 сентября 2010 - 23:46

Sizin gətirdikləriniz hamısı şübhədir. Sizi yenə də ALDADIBLAR. Sadəcə oxuyun, lazım deyil küfrünüzü artırmaq. Onsuz da yetərincə küfrünüz var. Bir də səhaələri söyərək artırmayın. Mən yazıram siz oxuyun, iman gətirin. Dua edin Allah təalə sizə haqqı haqq kimi göstərsin və ona müvəffəq etsin və batili batil kimi göstərsin və ondan uzaqlaşdırsın.


Kim aldadıb Buxari yoxsa ravilər?

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#90 сталь

сталь

    Raqib – Seargeant

  • Murid
  • 180 сообщений

Отправлено 01 октября 2010 - 01:10

Kim aldadıb Buxari yoxsa ravilər?

Dəqiq bilmirəm,bəlkə Abdullah bin Səba..
257. Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru