Перейти к содержимому


Фотография

Əhli-sünnənin səhabələr barəsində etiqadı


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 328

#301 AZERITURK

AZERITURK

    Raqib – Seargeant

  • Murid
  • 169 сообщений

Отправлено 01 июля 2013 - 20:15

Əli (r.a) deyir: “Mən Muhəmmədin (səlləllahu əleyhi və alih)səhabələrini görmüşəm və sizlərdən heç birinin onlar kimi olduğunu görmürəm. Onların səhərlər saçları dağınıq və tozlu olar, gecələri səcdə və qiyam halında oyaq keçirərdilər. Alınları ilə üzləri arasında növbə qoymuşdular.Qayıdışı xatırlayaraq köz kimi yanardılar. Alınları səcdənin uzunluğundan keçilərin dizləri kimi idi. Pak Allah zikr ediləndə əzab və cəzanın qorxusundan, savab və mükafata ümiddən gözlərindən axan yaşlardan yaxaları islanar və şiddətli küləkli günlərdə ağacın titrədiyi kimi əsərdilər. “ Nehcul-Balaga(xütbə 96)

yeqin siz shiyelere gore Alinin Allah ondan razi olsun besirei zeif olub? belke sizler imamin yalan danishdigini ve ya bilmediyini deyeceksiniz? o aciqca sehabeni terifleyir ve hec kimin munafiqliyinden danishmir nece ki sizler indi danishirsiniz


Exlaqina,terbiyesine sahib olanlar yazsinlar...

#302 AZERITURK

AZERITURK

    Raqib – Seargeant

  • Murid
  • 169 сообщений

Отправлено 01 июля 2013 - 20:19

burada lap gozel terif edir.

Əli (r.a) və Ömər ibn Xəttab (r.a) Rum döyüşünə çıxarkən məsləhətləşəndə Əli (r.a) Ömərə (r.a) belə dedi:“Allah İslam əhlinin sərhəd və hüdudlarını qorumağa, övrətlərini örtməyə zamin olmuşdur. Allah az olduqları və intiqam ala bilmədikləri vaxt onlara yardım etdi. Az olduqları və özlərini qorumağa gücləri olmadığı vaxt onları yenilməkdən saxladı.O Allahdiridir və heç vaxt ölməyəcək. Sən özün bu düşmənə doğru gedib onlarla görüşdə məğlub olsan, ucqar şəhər və sərhədlərdəki müsəlmanlar üçün pənah yeri qalmayacaq. Onların səndən sonra müraciət etməyə yerləri yoxdur. Onların üstünə bir müharibə görmüş igid göndər. Döyüşün bəla və çətinliklərinə taqəti olan, öyüd-nəsihət eşidənləri onunla yola sal. Əgər Allah-təala zəfər yetirsə, bu elə sənin istədiyin olacaq. Başqa bir hadisə baş versə, sən müsəlmanların köməyi və pənahı olacaqsan.” (xütbə 134)

İbn Əbil Hədid bu sözlərin şərhində yazır: “Əli (r.a) Ömərin həlak olmasından ehtiyyat edirdi.Onu döyüşə getməməyə və yerinə qalmağı məsləhət gördü.Çünki,onun gedişi ilə müsəlmanlar tərəddüdə düşər və başsız qalardılar.Yaxşı olardı ki,yerinə başqasını göndərsin.Özü isə Mədinədə qalsın ki,müsəlmanlar əgər məğlub olsalar kimə üz tutacaqlarını bilsinlər.”(İbn Əbil-Hədid "Şərhu Nəhcil-Bələğa", c.2,səh 369-370,cüz 12,cüz 8)

Exlaqina,terbiyesine sahib olanlar yazsinlar...

#303 AZERITURK

AZERITURK

    Raqib – Seargeant

  • Murid
  • 169 сообщений

Отправлено 01 июля 2013 - 20:20

“İmam Əli İran əhli ilə döyüşə gedərkən buyurduğu kəlamlarındandır. Onunla məsləhətləşən Ömər ibn Xəttaba demişdir:

“Bu işə yardım və ya onu xar etmək azlıq və çoxluğu ilə olmamışdır.O, Allahın dinidir ki, onu qalib edib. O, Allahın qoşunudur. Çatmalı olduğu mərtəbəyə çatana, aşkar olmalı olduğu yerdə aşkarlanana qədər onları hazırladı və kömək etdi. Biz Allah tərəfindən verilən vədi gözləyirik. Allah öz vədinə vəfa edərək qoşununa yardım edər. Din başçısının və məmləkətin hökmdarının yeri fəqərələri toplayıb onları bir-birinə birləşdirən ipə bənzəyir. Əgər ip qırılsa, fəqərələr bir-birindən ayrılaraq dağılar və heç vaxt bir yerə yığılmaz. Ərəblər bu gün az olsalar da, İslam dininə görə çoxdurlar. Birlik və bütövlüyünə görə qalibdirlər. Sən dəyirmanın ortasındakı mismar kimi ol. Dəyirmanını ərəblərin vasitəsilə fırlat. Onları müharibə alovuna daxil edərək özün döyüş meydanına getmə. Çünki, sən bu torpaqdan bayıra çıxsan, ətraf və nahiyələrdən ərəblər səninlə olan peymanlarını pozacaq və fitnə-fəsad salacaqlar. İş o yerə çatacaq ki, arxada qoyduğun sərhədləri qorumaq sənin üçün döyüş meydanına getməkdən daha mühüm olacaq. İranlılar səni görəcək və deyəcəklər: Bu ərəblərin rəhbəridir. Onu aradan götürsəniz,rahatlıq taparsınız. Bu düşüncə onların sənə olan hərisliyini və səni tamahını daha da artırar. İranlıların müsəlmanlarla döyüşə gəlmələri barədə xatırlatmana gəlincə isə, səndən daha çox Allah-təala onların gəlişini xoşlamır və O, bəyənmədiyi şeyi aradan götürməkdə daha qüdrətlidir. Sayların çoxluğu barədə dediyinə gəlincə isə, biz bundan əvvəl qoşunun çoxluğu ilə döyüşmürdük, əksinə, Allah-təalanın yardımı, köməyi ilə döyüşürdük.” (xütbə 146)


Exlaqina,terbiyesine sahib olanlar yazsinlar...

#304 AZERITURK

AZERITURK

    Raqib – Seargeant

  • Murid
  • 169 сообщений

Отправлено 01 июля 2013 - 20:22

bu da rafizilerin beini qiran subutlardan novbetisi

Əli (r.a) Osman (r.a)-a deyir: “Xalq mənim arxamdadır və məni səninlə özləri arasında elçi və vasitə təyin edib. Allaha and olsun ki, sənə nə deyəcəyimi bilmirəm. Sənin özünün xəbərsiz olduğun bir şey bilmirəm. Sənə tanımadığın və bilmədiyin bir iş barəsində bələdçi deyiləm. Bizim bildiyimizi sən də bilirsən. Bir şeydə səndən qabağa düşməmiş, səni ötməmişik ki, səni ondan xəbərdar edək. Heç bir hökmdə xəlvətə çəkilməmişik ki, onu sənə çatdıraq. Sən bizim gördüklərimizi görmüş və eşitdiklərimizi eşitmisən. Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih)ilə biz ünsiyyətdə olduğumuz kimi, sən də ünsiyyətdə olmusan.” (xütbə 163)

İbn Əbil-Hədid "Nəhcul-Bələğə" əsərinin şərhində nəql edir ki, Əbu Bəkrin xəlifə seçilməsinin səbəbi soruşulduqda Həzrəti Əli belə cavab vermişdir: "Biz insanlar içində bu işə ən layiq olanın Əbu Bəkr olduğunu düşünürdük.Çünki, O (Quranda zikr olunmuş) mağara yoldaşıdır, iki nəfərdən ikincisidir və bir onun təcrübəsini də bilirdik və Allahın Elçisi (s.a.s) sağ olduğu zaman ona namazda imam durmağı əmr etmişdi."("İbn Əbil Hədid "Şərhu Nəhcil Bələğa”, c.1,səh 332)

Exlaqina,terbiyesine sahib olanlar yazsinlar...

#305 AZERITURK

AZERITURK

    Raqib – Seargeant

  • Murid
  • 169 сообщений

Отправлено 01 июля 2013 - 20:23

movzuya birbasha aid olmasada bunuda yazdim sizin imamet etiqadinizi darmadagin eden sozler-

Həmçinin Əli (r.a) digər xütbəsində belə buyurmuşdu: “Allaha and olsun ki, mən xilafəti istəmirdim, hakimiyyətə meylim yox idi. Amma, siz məni dəvət edərək ona məcbur etdiniz.” (xütbə 196)


Exlaqina,terbiyesine sahib olanlar yazsinlar...

#306 AZERITURK

AZERITURK

    Raqib – Seargeant

  • Murid
  • 169 сообщений

Отправлено 01 июля 2013 - 20:25

Şamlıları söyən ordusunun əsgərlərinə Əli (r.a) deyir: “Mən sizin söyüş söyməyinizi bəyənmirəm. Amma, əgər onların əməllərini açıqlasanız və vəziyyətlərini xatırlatsanız, bu, danışarkən daha yaxşı və dəlil gətirmək məqamında daha tutarlı və yetərli olar. Yaxşı olar ki, onları söyməyin əvəzinə belə deyəsiniz: “Allahım! Bizim və onların qanlarını tökülməkdən qoru; bizimlə onların aralarını düzəlt; onlara azğınlıqlarından nicat ver ki, haqqdan xəbərsiz olan onu tanıya bilsin və azğınlıq və düşmənçilik hərisi və vurğunu olan kəs ondan əl çəksin.” (xütbə 197)


bes siz shiyeler imamin vesiyyetine niye emel etmirsiniz eksine zidd olursunuz.meyer onun yolund deyilsiniz?

Exlaqina,terbiyesine sahib olanlar yazsinlar...

#307 AZERITURK

AZERITURK

    Raqib – Seargeant

  • Murid
  • 169 сообщений

Отправлено 01 июля 2013 - 20:48

Əli (r.a) deyir: “Allah filankəsin (Ömər ibn Xəttabın) şəhərlərinə bərəkət versin və qorusun ki, o, əyriliyi düzəltdi, xəstəliyi müalicə etdi,sünnəni bərqərar etdi və fitnə-fəsadı arxaya atdı. Dünyadan pak paltar və az eyblə getdi. Xilafətin xeyrini əldə etdi və onun şərini qabaqladı. Allahın itaətini yerinə yetirərək itaətsizlikdən çəkinib, Onun haqqını əda etdi. O, köçdü, onları (müsəlmanları) elə haçalanmış yollarda qoyub getdi ki, o yollarda yolunu azan hidayət, hidayət edilmiş isə yəqinlik tapmaz.” (xütbə 219)



Nəhcul Bəlağanın məşhur şərhçisi Meysəm əl Bəhrani bu sözlərin şərhində deyir:

“Bilin ki,Şiə Əli (r.a)-n bu sözləri qarşısında ortaya bir sual qoyub.Bu mədhlər bizim bu iki şəxs baradə olan iddialarımızı alt üst edir.Hansı ki,biz bu iddialar üzərində icma etmişik.Ola bilsin ki,Nəhcul Bəlağada olan Əli (r.a)-ın bu sözləri heç Əli (r.a)-ın sözləri deyil,ya da bizim bu icmamız xətadır. Xülasə bizə vacibdir ki,Əli (r.a)-ın bu sözlərini təqiyyəyə aid edək.”(c.4,səh 98)

İbn Əbil Hədid yazır: “Burada rəhbər sözündən qəsd olunan Ömər ibn Xəttabdır.Mən bu nəqlin Əbul Həsən ər Riza tərəfindən Nəhcul Bəlağada yazıldığı digər nüsxəni tapdım və filankəs sözünün yanında Ömər yazıldığını gördüm.Mən bunu Naqib Əbu Cəfər Yəhya ibn Əbu Zeyd əl Ələvidən soruşdum və O dedi ki,bu Ömərdir.Mən ondan soruşdum: “Məgər Möminlərin Əmiri Öməri tərifləyib?”

O dedi: “Bəli”(İbn Əbil-Hədid "Şərhu Nəhcil-Bələğa", c.3,səh 92,cüz 12)


Exlaqina,terbiyesine sahib olanlar yazsinlar...

#308 AZERITURK

AZERITURK

    Raqib – Seargeant

  • Murid
  • 169 сообщений

Отправлено 01 июля 2013 - 20:50

Əli (r.a) deyir: “Əgər siz İslamdan qeyrisinə sığınsanız, kafirlər sizinlə vuruşacaqlar. Həmin vaxt Cəbrail, Mikail, Mühacirlər və Ənsar da olmayacaq ki, sizə kömək etsin.” (xütbə 234)


Exlaqina,terbiyesine sahib olanlar yazsinlar...

#309 AZERITURK

AZERITURK

    Raqib – Seargeant

  • Murid
  • 169 сообщений

Отправлено 01 июля 2013 - 20:50

İmam Əli Ənsarın mədhində buyurmuşdur: “Allaha and olsun ki, onlar var-dövlətləri, səxavətli əlləri və iti dilləri ilə İslamı süddən ayrılmış at balası bəslənən kimi bəsləyərək yetişdirdilər.” (457-ci kəlam)

Сообщение отредактировал AZERITURK: 01 июля 2013 - 20:50

Exlaqina,terbiyesine sahib olanlar yazsinlar...

#310 AZERITURK

AZERITURK

    Raqib – Seargeant

  • Murid
  • 169 сообщений

Отправлено 01 июля 2013 - 20:52

İmam Əli (Ömər ibn Xəttab barəsindəki) bir kəlamında buyurmuşdur:



“Birvali xalqa hakim oldu. (Ömər xilafət məqamında oturdu). Beləliklə, (xilafət işini) bərpa etdi və müqavimət göstərdi, nəhayət,din qərar tutdu.”(459-cu kəlam)



Nəhcul Bəlağənin məşhur şərhçisi Meysəm əl Bəhrani və əd Dənbali dedilər: “Rəhbər- Ömər ibn Xəttabdır.” (“Şərh Nəhcul Bəlağa” Meysəm Bəhrani c.5,səh 463; “Diraru Nəcəfiyyə” səh 394)



Mötəzilə Şiə olan İbn Əbil-Hədid Əli (r.a)-ın çıxışlarından bəhs edərkən yazır: “Rəhbər sözündən qəsd olunan Ömər ibn Xəttabdır.Bu sözlər isə onun Xəlifəliyi vaxtı etdiyi çıxışdandır.Bu sözlərdə onun Peyğəmbər (s.a.s)-ə yaxınlığı,etibar və sirr sahibi olması xatırlanır.Əli (r.a) deyir:

“Müsəlmanlar Peyğəmbər (s.a.s)-dən sonra elə insanı seçdilər ki,O insanların aralarını yaxınlaşdırdı,hər kəsə bacardığı qədər özündə ciddilik və zəiflik olan halda haqqını verdi.Ondan sonra dini ucaldan,haqq yoluna qoyulan və dini möhkəmləndirən rəhbər gəldi.”(İbn Hədid “Şərh Nəhcul Bəlağa” c.4,səh 519)

Exlaqina,terbiyesine sahib olanlar yazsinlar...

#311 AZERITURK

AZERITURK

    Raqib – Seargeant

  • Murid
  • 169 сообщений

Отправлено 01 июля 2013 - 20:55

“....Mühacir və Ənsarın bir hissəsi Allah yolunda öldürüldü və onların hamısı şərafət və fəzilət sahibi idi........ Görmürsənmi ki, Allah yolunda bir dəstənin qolları ayrıldı və onların hamısı fəzilət və şərafətə malik idi. Onların başına gələn iş bizlərdən də birinin (Cəfər ibn Əbu Talibin) başına gəldi...” (məktub 28)
Exlaqina,terbiyesine sahib olanlar yazsinlar...

#312 AZERITURK

AZERITURK

    Raqib – Seargeant

  • Murid
  • 169 сообщений

Отправлено 01 июля 2013 - 21:03

bu mektubda sizin eqideni puca cixardir.

Əli (r.a) Siffin döyüşü ilə bağlı demişdi: “İşimizin əvvəlində biz Şam əhli ilə zahiri görünüşdə Rəbbimiz bir, Peyğəmbərimiz bir və İslamda təbliğ üsulumuz eyni imiş kimi qarşılaşdıq. Biz onlardan Allaha və Onun Peyğəmbərinə imanlarını artırmalarını istəmirdik. Onlar da bizdən bunu istəmirdilər.İş bərabər və yeksan idi və Osmanın qanı məsələsindən başqa, aramızda heç bir ixtilaf və fikir ayrılığı yox idi. Biz həmin işdən uzaq və kənar idik.” (Məktub 58)

Meysəm Bəhrani şərhində yazır: “Əli (r.a) deyir: “Mən artıq demişəm ki,Allah Təala öz Peyğəmbərinə müsəlmanlardan olan köməkçilər seçib.Dediyim kimi bu müsəlmanlar öz təqvaları ilə seçilirdilər.Onlardan Allaha və Peyğəmbər (s.a.s)-ə ən sadiqi Siddiq və onun varisi Faruq idi.And içirəm ki, onların İslamda yerləri həqiqətən böyükdür. Onların yoluxduğu adam şiddətli İİslam xəstəliyinə tutular (yəni, onlardan ibrət götürənlər dinlərində daha möhkəm olardılar). Allah onlara rəhmət etsin və onları gördükləri ən yaxşı işlərə görə mükafatlandırsın.” (Meysəm “Şərh Nəhcul bəlağə”, 1/31, Tehran çapı)



Сообщение отредактировал AZERITURK: 01 июля 2013 - 21:04

Exlaqina,terbiyesine sahib olanlar yazsinlar...

#313 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 01 июля 2013 - 23:12

“İmam Əli İran əhli ilə döyüşə gedərkən buyurduğu kəlamlarındandır. Onunla məsləhətləşən Ömər ibn Xəttaba demişdir:

“Bu işə yardım və ya onu xar etmək azlıq və çoxluğu ilə olmamışdır.O, Allahın dinidir ki, onu qalib edib. O, Allahın qoşunudur. Çatmalı olduğu mərtəbəyə çatana, aşkar olmalı olduğu yerdə aşkarlanana qədər onları hazırladı və kömək etdi. Biz Allah tərəfindən verilən vədi gözləyirik. Allah öz vədinə vəfa edərək qoşununa yardım edər. Din başçısının və məmləkətin hökmdarının yeri fəqərələri toplayıb onları bir-birinə birləşdirən ipə bənzəyir. Əgər ip qırılsa, fəqərələr bir-birindən ayrılaraq dağılar və heç vaxt bir yerə yığılmaz. Ərəblər bu gün az olsalar da, İslam dininə görə çoxdurlar. Birlik və bütövlüyünə görə qalibdirlər. Sən dəyirmanın ortasındakı mismar kimi ol. Dəyirmanını ərəblərin vasitəsilə fırlat. Onları müharibə alovuna daxil edərək özün döyüş meydanına getmə. Çünki, sən bu torpaqdan bayıra çıxsan, ətraf və nahiyələrdən ərəblər səninlə olan peymanlarını pozacaq və fitnə-fəsad salacaqlar. İş o yerə çatacaq ki, arxada qoyduğun sərhədləri qorumaq sənin üçün döyüş meydanına getməkdən daha mühüm olacaq. İranlılar səni görəcək və deyəcəklər: Bu ərəblərin rəhbəridir. Onu aradan götürsəniz,rahatlıq taparsınız. Bu düşüncə onların sənə olan hərisliyini və səni tamahını daha da artırar. İranlıların müsəlmanlarla döyüşə gəlmələri barədə xatırlatmana gəlincə isə, səndən daha çox Allah-təala onların gəlişini xoşlamır və O, bəyənmədiyi şeyi aradan götürməkdə daha qüdrətlidir. Sayların çoxluğu barədə dediyinə gəlincə isə, biz bundan əvvəl qoşunun çoxluğu ilə döyüşmürdük, əksinə, Allah-təalanın yardımı, köməyi ilə döyüşürdük.” (xütbə 146)

heç olmazsa bir şeyi kopyalayanda bunu daha öncə edib-etmədiyini yadına sal: http://313news.net/forum/index.php?/topic/5268/page__view__findpost__p__97080

#314 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 01 июля 2013 - 23:14

Meysəm Bəhrani şərhində yazır: “Əli (r.a) deyir: “Mən artıq demişəm ki,Allah Təala öz Peyğəmbərinə müsəlmanlardan olan köməkçilər seçib.Dediyim kimi bu müsəlmanlar öz təqvaları ilə seçilirdilər.Onlardan Allaha və Peyğəmbər (s.a.s)-ə ən sadiqi Siddiq və onun varisi Faruq idi.And içirəm ki, onların İslamda yerləri həqiqətən böyükdür. Onların yoluxduğu adam şiddətli İİslam xəstəliyinə tutular (yəni, onlardan ibrət götürənlər dinlərində daha möhkəm olardılar). Allah onlara rəhmət etsin və onları gördükləri ən yaxşı işlərə görə mükafatlandırsın.” (Meysəm “Şərh Nəhcul bəlağə”, 1/31, Tehran çapı)

cavab: http://313news.net/forum/index.php?/topic/5268/page__view__findpost__p__88226

#315 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 01 июля 2013 - 23:15

davamı var sadəcə indi vaxt yoxdur, sabah səni sürprizlər gözləyir :flowers1:
  • Arif это нравится

#316 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 02 июля 2013 - 09:11

Əli (r.a) deyir: “Allah filankəsin (Ömər ibn Xəttabın) şəhərlərinə bərəkət versin və qorusun ki, o, əyriliyi düzəltdi, xəstəliyi müalicə etdi,sünnəni bərqərar etdi və fitnə-fəsadı arxaya atdı. Dünyadan pak paltar və az eyblə getdi. Xilafətin xeyrini əldə etdi və onun şərini qabaqladı. Allahın itaətini yerinə yetirərək itaətsizlikdən çəkinib, Onun haqqını əda etdi. O, köçdü, onları (müsəlmanları) elə haçalanmış yollarda qoyub getdi ki, o yollarda yolunu azan hidayət, hidayət edilmiş isə yəqinlik tapmaz.” (xütbə 219)

cavab: http://www.h-alajmi.com/news.php?newsid=137 (inşaAllah tərcüməsi yaxınlarda velayet bloqunda)

#317 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 02 июля 2013 - 09:17

Mötəzilə Şiə olan İbn Əbil-Hədid Əli (r.a)-ın çıxışlarından bəhs edərkən yazır:

"mötəzilə-şiə" bu yeni bir firqədir? bəlkə olmaya "mötəzilə-sünnü (səfeh)"? http://313news.net/forum/index.php?/topic/839/

#318 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 02 июля 2013 - 09:23

Əli (r.a) deyir: “Mən Muhəmmədin (səlləllahu əleyhi və alih)səhabələrini görmüşəm və sizlərdən heç birinin onlar kimi olduğunu görmürəm. Onların səhərlər saçları dağınıq və tozlu olar, gecələri səcdə və qiyam halında oyaq keçirərdilər. Alınları ilə üzləri arasında növbə qoymuşdular.Qayıdışı xatırlayaraq köz kimi yanardılar. Alınları səcdənin uzunluğundan keçilərin dizləri kimi idi. Pak Allah zikr ediləndə əzab və cəzanın qorxusundan, savab və mükafata ümiddən gözlərindən axan yaşlardan yaxaları islanar və şiddətli küləkli günlərdə ağacın titrədiyi kimi əsərdilər. “ Nehcul-Balaga(xütbə 96)


Əli (r.a) deyir: “Əgər siz İslamdan qeyrisinə sığınsanız, kafirlər sizinlə vuruşacaqlar. Həmin vaxt Cəbrail, Mikail, Mühacirlər və Ənsar da olmayacaq ki, sizə kömək etsin.” (xütbə 234)


İmam Əli Ənsarın mədhində buyurmuşdur: “Allaha and olsun ki, onlar var-dövlətləri, səxavətli əlləri və iti dilləri ilə İslamı süddən ayrılmış at balası bəslənən kimi bəsləyərək yetişdirdilər.” (457-ci kəlam)


“....Mühacir və Ənsarın bir hissəsi Allah yolunda öldürüldü və onların hamısı şərafət və fəzilət sahibi idi........ Görmürsənmi ki, Allah yolunda bir dəstənin qolları ayrıldı və onların hamısı fəzilət və şərafətə malik idi. Onların başına gələn iş bizlərdən də birinin (Cəfər ibn Əbu Talibin) başına gəldi...” (məktub 28)

bunların isə mənə göstərdiyin kitabda olub-olmadığını yoxlamaq belə lazım deyildir. çünkü bunlar eyni ilə bu mövzuda Qurani Kərimdə mövcud olan ayələr kimidir, cavabı isə daha öcə vermişdik: http://313news.net/forum/index.php?/topic/4107/page__view__findpost__p__97720

yeqin siz shiyelere gore Alinin Allah ondan razi olsun besirei zeif olub? belke sizler imamin yalan danishdigini ve ya bilmediyini deyeceksiniz? o aciqca sehabeni terifleyir ve hec kimin munafiqliyinden danishmir nece ki sizler indi danishirsiniz

bu isə lap Abu Zındığın risaləciyindəki "elmi nəticələr"ə bənzəyir.

Сообщение отредактировал Elmeddin: 02 июля 2013 - 09:25


#319 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 02 июля 2013 - 09:28

bu da rafizilerin beini qiran subutlardan novbetisi


movzuya birbasha aid olmasada bunuda yazdim sizin imamet etiqadinizi darmadagin eden sozler-

sənin "rafizilərin belini qıran" dəlillərini az-çox gördük, elə bilirəm indi də "nasibilərin belini qıran dəlillər"i görsək pis olmaz.

http://velayet.wordpress.com/2012/09/16/sahabenin-adaleti-konusu-uzerine-bir-inceleme/
http://nasibiler.wor.../tag/sahabeler/


#320 AZERITURK

AZERITURK

    Raqib – Seargeant

  • Murid
  • 169 сообщений

Отправлено 06 июля 2013 - 17:41

heç olmazsa bir şeyi kopyalayanda bunu daha öncə edib-etmədiyini yadına sal: http://313news.net/forum/index.php?/topic/5268/page__view__findpost__p__97080


men turkce oxumuram.eyer orada nechul belagani inkar edecek bir cavab varsa oz sozlerinle yaz biz de baxaq gorek ne cavabdir.mene ssilka vermek lazim deyil.gozleyirem.
Exlaqina,terbiyesine sahib olanlar yazsinlar...

#321 AZERITURK

AZERITURK

    Raqib – Seargeant

  • Murid
  • 169 сообщений

Отправлено 06 июля 2013 - 17:45

cavab: http://www.h-alajmi.com/news.php?newsid=137 (inşaAllah tərcüməsi yaxınlarda velayet bloqunda)


he ,onda da cavab verdik deyib yazarsan ,indi ise bunu bura qoymagin ve adini da "CAVAB" qoymagin yersizdir.
Exlaqina,terbiyesine sahib olanlar yazsinlar...

#322 AZERITURK

AZERITURK

    Raqib – Seargeant

  • Murid
  • 169 сообщений

Отправлено 06 июля 2013 - 17:57

"mötəzilə-şiə" bu yeni bir firqədir? bəlkə olmaya "mötəzilə-sünnü (səfeh)"? http://313news.net/forum/index.php?/topic/839/


Nəhcul Bəlağənin məşhur şərhçisi Meysəm əl Bəhrani və əd Dənbali dedilər: “Rəhbər- Ömər ibn Xəttabdır.” (“Şərh Nəhcul Bəlağa” Meysəm Bəhrani c.5,səh 463; “Diraru Nəcəfiyyə” səh 394)
buna ne deyirsen?(sefeh)

Exlaqina,terbiyesine sahib olanlar yazsinlar...

#323 AZERITURK

AZERITURK

    Raqib – Seargeant

  • Murid
  • 169 сообщений

Отправлено 06 июля 2013 - 18:11

“....Mühacir və Ənsarın bir hissəsi Allah yolunda öldürüldü və onların hamısı şərafət və fəzilət sahibi idi........ Görmürsənmi ki, Allah yolunda bir dəstənin qolları ayrıldı və onların hamısı fəzilət və şərafətə malik idi. Onların başına gələn iş bizlərdən də birinin (Cəfər ibn Əbu Talibin) başına gəldi...” (məktub 28)


Ay Elmeddin,bu mektuba bawqalari ile birge bir "cavab" yazmisan.mektubda deyilir ki, .... onların hamısı şərafət və fəzilət sahibi idi. hamisi sozu ne mena verir hami bilir.nese yozumun varsa buyur.amma ssilka lazim deyil.eyer hardasa cavab varsa ,eybi yox ehli-beyt yolunda bir az ezziyyet cek ,onlari tekrar burada oz sozlerinle yerleshdir,bizde ele burada cavabimizi verek.
Exlaqina,terbiyesine sahib olanlar yazsinlar...

#324 AZERITURK

AZERITURK

    Raqib – Seargeant

  • Murid
  • 169 сообщений

Отправлено 06 июля 2013 - 18:15

sənin "rafizilərin belini qıran" dəlillərini az-çox gördük, elə bilirəm indi də "nasibilərin belini qıran dəlillər"i görsək pis olmaz.

http://velayet.wordpress.com/2012/09/16/sahabenin-adaleti-konusu-uzerine-bir-inceleme/
http://nasibiler.wor.../tag/sahabeler/


beyem biz deyirik sehabe mesum olub? subhanAllah .Allahdir pak ve muqeddes.2-ciside sen yaxshi olardiki bunlara cavab veresen , neinki mene sehabe haqda yazilar gosteresen.
Exlaqina,terbiyesine sahib olanlar yazsinlar...

#325 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 07 июля 2013 - 20:48

men turkce oxumuram.eyer orada nechul belagani inkar edecek bir cavab varsa oz sozlerinle yaz biz de baxaq gorek ne cavabdir.mene ssilka vermek lazim deyil.gozleyirem.

türkcə oxuyursan yoxsa oxumursan bu mənim üçün maraqlı deyil. mənim üçün maraqlı olan sənin kimilərin ortaya atdığı cızma-qalar qarşısında məsələnin əslindən xəbəri olmayan şəxslərin şübhəyə düşməməsidir.

he ,onda da cavab verdik deyib yazarsan ,indi ise bunu bura qoymagin ve adini da "CAVAB" qoymagin yersizdir.


Nəhcul Bəlağənin məşhur şərhçisi Meysəm əl Bəhrani və əd Dənbali dedilər: “Rəhbər- Ömər ibn Xəttabdır.” (“Şərh Nəhcul Bəlağa” Meysəm Bəhrani c.5,səh 463; “Diraru Nəcəfiyyə” səh 394)
buna ne deyirsen?(sefeh)

(ərəbcə) cavabın olduğu linki yerləşdirmişdim bunun haqqında nəsə gücənmisən amma anlamadım. mümkündürsə sələfi dilində deyil normal insan şəklində və azərbaycanca yaz.

Meysəm əl-Bərani r.a-ın sözünə gəlincə, böyük ehtimal ilə O bunu xütbənin nəql olduğunu daha öncəki məbələrə əsaslanaraq demişdir. bu isə xütbənin imam Əli a.s-a nisbətinin rəddi üçün kifayətdir. çünkü elə həmi mənbədə sənəd də səhih deyildir.


Ay Elmeddin,bu mektuba bawqalari ile birge bir "cavab" yazmisan.

bəli, hansı ki, yazdığım normal ağıl sahibi və ana dilimizdə anlayanlar üçün kifayət idi amma nə etmək olar ki, sələfilər normal ağıldan çox-çox aşağıdadırlar.

mektubda deyilir ki, .... onların hamısı şərafət və fəzilət sahibi idi. hamisi sozu ne mena verir hami bilir.nese yozumun varsa buyur.amma ssilka lazim deyil.eyer hardasa cavab varsa ,eybi yox ehli-beyt yolunda bir az ezziyyet cek ,onlari tekrar burada oz sozlerinle yerleshdir,bizde ele burada cavabimizi verek.

müsəlman görmüş kafirin qorxduğu kimi bizim verdiyimiz linklərdən qorxmayın, bunlarda təhlükəli bir şey yoxdur. sadəcə olaraq, səfehlər müxtəlif və dəyişik olur, iddialar isə eyni. ona görə də eyni şeyləri təkrar-təkrar yazmaq əvəzinə link veririk.

"hamısı" sözü əhdinə bağlı qalan, münafiq olmayan, mürtəd olmayan kimsələri əhatə edir. bunu anlamaq sənin üçün belə çətindirsə bir misal verək: sənə görə, ilk mühacirlərdən olub Həbəşistana hicrət edən və orada mürtəd olan Ubeydullah b. Cahş, ədinə münafiqlərinin başcısı ibni Səlul, alkaş və mürtəd Rabia b. Üməyyə və bu kimi digər şəxslər "hamısı" sözünə daxildirmi?


beyem biz deyirik sehabe mesum olub? subhanAllah .Allahdir pak ve muqeddes.

məgər mən "siz deyirsiniz ki, səhabə məsum olub" dedim ki?

1. siz deyirsiniz ki: səhabənin hamısı adildir, güvənilirdir və s.

məndə bu əqidənizi çürüdən bir məqalə qoydum. həmən məqalə göstərir ki, nə Rəsulullah s.a.a, nə səhabələr, nə də ilk nəsillər "səhabənin hamısı adildir, güvənilirdir" və s. kimi bir şey bimir və demirdilər. yəni bu sizin icad etdiyiniz bir bidətdir.

2. biz deyədə ki, filan səhabə mürtəd olub, səhabə kimi tanına filankəs münafiq olub və s. onda siz özünüzü lezvalayırsınız ki, ay dad ay aman bəs səhabə belə helə.

məndə bir başa sizin səhih mənbələrinizdən dəlillər qoydum ki, səhabələrin alkaşda, mürtəd də, münafiq də olmağı mümkündür və olmuşdur.


2-ciside sen yaxshi olardiki bunlara cavab veresen , neinki mene sehabe haqda yazilar gosteresen.

deyəsən sən nə yazdığı və yazdığının mövzuya nə dərəcədə aid olub olmadığını bilmirsən. ona görədə öncə mövzuya bax, sonra mənim yazdıqlarımla öz yazdıqlarını müqayisə elə. və nəticə əldə etməyə çalış.

#326 AZERITURK

AZERITURK

    Raqib – Seargeant

  • Murid
  • 169 сообщений

Отправлено 09 июля 2013 - 10:18

Nehcul Belagadan goturulmush ve burada yerleshdirilmish sozlerin heresine ayrica temada yer vereceyem,insheAllah.oz shexsi cavablarini azerice oraya yerleshdir.her soz ayrica arashdirilsin.
Exlaqina,terbiyesine sahib olanlar yazsinlar...

#327 Abu AZRAİL

Abu AZRAİL

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 16 сообщений

Отправлено 13 декабря 2021 - 23:11

https://saqaleyn.wor...adil-sehabeler/

#328 Abu AZRAİL

Abu AZRAİL

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 16 сообщений

Отправлено 13 декабря 2021 - 23:12

men bilmek isterdim siz shiyeler umumen nece sehabeni ve hansilarini heqiqi sehabe sayirsiniz ?


https://saqaleyn.wor...adil-sehabeler/

#329 SHEHRIYAR

SHEHRIYAR

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 38 сообщений

Отправлено 24 марта 2022 - 11:22

Salam aleykum,ehli sünnəyə gore sehabe kimi deyilir




Количество пользователей, читающих эту тему: 2

0 пользователей, 2 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru