Перейти к содержимому


Фотография

Əhli-sünnənin səhabələr barəsində etiqadı


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 328

#241 сталь

сталь

    Raqib – Seargeant

  • Murid
  • 180 сообщений

Отправлено 08 ноября 2010 - 10:11

Aydındır siz həmişəki kimi nəyisə müzakirə etmək fikrində deyilsiniz. Sadəcə olaraq vəhhabiləşdirmək üçün növbəti manqurd axtarışındasınız.


Mən vəhhabi deyiləm, eyniliklə siz özünüzü rafizi saymadığınız kimi..

Möminlər (Hüdeybiyyədə) ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. (Allah) onların qəlbində olanı bildi, onlara (mənəvi) rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı.(Fəth-18)

Mənim bu sualıma nəyinki cavab heç reaksiya belə verilmədi. Olsun mən bu ayə barəsində bir-iki kəlimə əlavə etmək istərdim.

Vəhhabilərin yuxarıdakı yazılarında bildirdikləri kimi ayədə söhbət təqribən1400 mö`mindən gedir. Xatırlatmaq istıyirəm ki biz yüz minlərlə səhabənin ədalətinin dəlilini istəyirik. Odur ki, bu dəlil də həmişəki kimi naqisdir. Həmçinin əhli-sünnə və vəhhabilər iddia edirlər ki, Allah 1400 nəfərin hamısından ömürlərinin sonuna qədər razı idi. Bu isə ədalət yox artıq mə`sumluq iddiasıdır. Önəmli olan odur ki, müsəlman Peyğəmbəri (s) görsün və bununlada ona səhabə desinlər. Daha bundan sonra nə istəyir eləsin, Allah onu bağışlayacaq. Nə qədər də gülünc bir iddiadır. Bəs onda bu ayəni necə anlayaq?

İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!(Nəcm-39)


əş-Şovkani yazır:

أي رضي الله عنهم وقت تلك البيعة وهي بيعة الرضوان.

Yə`ni Allah onlardan həmin bey`ət zamanı razı qaldı. Həmin bu bey`ət Ridvan bey`ətidir.("Fəth əl-Qadir" 5/51)




Bəli, Allah Təalə buyurduğu kimi, Ridvan beyətində iştirak edənlərin hamısından razıdır. Məhz buna görədə "Ridvan" deyilib.Burada heç bir məsumluq yoxdur.Allah Təalə bundan qabağki qövmlər barədə də xəbər verib; onların içində möminlər olub Allah Təalə onlardan razı olub.Lakin bu demək deyil ki, onlar gunahsız, məsum olublar.Xeyr.Bu bir şübhədir və bunun dəfi çox asandır.Məsələ burasındadır ki, var ümumən insanı sevmək, ondan razı qalmaq, var onun müəyyən əməllərini xoşlamaq.Siz bütün sevdiyiniz və razı qaldığınız kəslərin hər etdiyi əməlləri ilə razısınız mı?.. Digər tərəfdən yanaşaq; əgər belə böyük tarixi hadisə nəticəsində Allah Təalə onlardan razı qalıbsa, o demək deyil mi ki, artıq onların qəlbindəkini bilərək onları bağışlayıb? Allah Təalə hər bir şeyi öncədən bilir. Və səhabələrin halınıda bilirdi və onların mömin kimi dünyadan köçmələri barədə xəbərdar idi.Və deyəndə ki, artıq bundan sonra istədiyinizi edin Allah Təalə sizi bağışladı, burada başa düşülür ki, onlar qalan həyatları ərzində küfrə yetişəcək əməl etməyəcəklər.Lakin gunahlar, və bəzi nadir hallarda hətta böyük gunahlar etmək onların ümumi qədrini və ədalətini şübhə altına almır.Bütün bunlardan əlavə, tövbə qapısı hər bir kəsə açıq olduğu halda, necə olur ki, Allah Təalə razı qaldığı kəslərə bağlı qalsın? Həmçinin, xeyir işlərin pis işləri silib aparması, müsəlmanların etdiyi dua və cənazə namazı, Qiyamət günü Peyğəmbərimizin şəfaəti və sair səbəblər var ki, ümmətin ən xeyirliləri barədə digərlərindən daha əulədir.


Həmişə qeyd elədiyimiz kimi bir daha təkrarlayırıq. Elə həmin surənin 10-cu ayəsində Allah möminlərə də şərt qoyur. Bu ayədə eynilə 18-ci ayə kimi ridvan bey`əti ilə əlaqədar nazil olmuşdur. Bax təfsirlərə:

Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın (qüdrət) əli onların əllərinin üstündədir. Kim (beyəti) pozsa, ancaq öz əleyhinə pozmuş olar (bunun zərəri yalnız onun özünə dəyər). Kim Allahla etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük mükafat verər! (Fəth-10)

Bu ayə ağıl sahibləri üçün kifayət edər. Göründüyü kimi mükafat həmişəki kimi yalnız əhdinə vəfalı olanlaradır.


Fəth surəsinin 5-ci ayəsində isə Allah Təalə həmin möminlərə cənnəti vəd etmişdir.Ümumiyyətlə Fəth surəsi başdan sonuna qədər həmin möminləri tərifləyir. Nə oldu ki, orada yalnız bir sözü tutdunuz? Məgər görmürsünüz ki,Allah Təalə orada möminləri neçə növ təriflərlə vəsf edib? Bir də ki,tutduğunuz şərt qoymaq məsələsi elə Peyğəmbərin özünə də qoyulub.Bundan da zahir mənada Allah Təalə öz Peyğəmbərini hədələyərək bildirir ki,şah damarını kəsər.Başqa yerdə isə bildirir ki,əgər təbliğ etməsə risaləni çatdırmış olmaz.Həmçinin, möminlər barədə buyurur ki, əgər kömək etməsələr Allah Təalə bundan qabağki döyüşlərdəki kimi kömək edəcək.Nəticədə isə görürük ki, kömək etdilər, Peyğəmbər risaləni çatdırdı, şah damarı qırılmadı,Allah Təalə möminlərdən razı qaldı.Bütün bunlar hamısı Allahın ayələrindəndir və iman gətirib ayələrə laqeyid qalmamaq vacibdir.


İndi isə bu bey`ətdə iştirak edən səhabələrin bə`zilərinin tərcümeyi halına baxaq:

Əbdürrəhman bin Udeys Əbu Məhəmməd əl-Bəlvi


əz-Zəhəbi yazır:

عبد الرحمن بن عديس أبو محمد البلوي، له صحبة، وبايع تحت الشجرة، وله رواية، سكن مصر، وكان ممن خرج على عثمان وسار إلى قتاله، نسأل الله العافية، ثم ظفر به معاوية فسجنه بفلسطين في جماعة، ثم هرب من السجن، فأدركوه بجبل لبنان فقتل، ولما أدركوه قال لمن قتله: ويحك اتق الله في دمي، فإني من أصحاب الشجرة، فقال: الشجر بالجبل كثير، وقتله.

قال ابن يونس: كان رئيس الخيل التي سارت من مصر إلى عثمان.

وعن محمد بن يحيى الذهلي قال: لا يحل أن يحدث عنه بشيء، هو رأس الفتنة.

Əbdürrəhman bin Udeys Əbu Muhəmməd əl-Bəlvi. Səhabədir, Ağac altında bey`ət edənlərdəndir. Rəvayəti vardır. Misrdə yaşamışdı. Osmanın əleyhinə çixmış və onun qatillərindən olmuşdur. Allahdan afiyət diləyirik. Sonra Müaviyə onu tutub fələstində zindana saldırmışdı. Zindandan qaçsa da onu Livan dağında tutub qətlə yetirirlər. Tutulan zaman öz qatilinə belə demişdir: "Vay olsun sənə Allahdan qorxub qanımı axıtma! Mən ağac altında bey`ət edənlərdənəm. Qatili isə cavabında "Dağda o qədər ağac var ki," deyib onu qətlə yetirdi.

İbn Yunis dedi: Misrdən Osmanın üstünə gələn dəstənin rəisi idi.

Muhəmməd b. Yəhya əz-Zuhli dedi: Ondan rəvayət etmək düzgün deyil. O fitnənin başıdır. ("Tarix əl-İslam" səh-464)

Sualım vəhhabilərədir.
Osmanın qatilindən Allah razıdırmı?
Gəlin hamımız birlikdə deyək Allah ondan razı olsun!



Yuxarıda qeyd etdiyim kimi hər bir insana tövbə qapısı açıqdır.Lakin həqiqət budur ki,qeyd etdiyiniz səhabə doğrudanda beyət əhlindəndir və Osmanın üstünə qedən misir qoşunun əmiri idi.Lakin Osmanın qətlində onun əlinin olması tarixdə qeyd olunmayıb.Hətta öldürsəydi belə, İslam dairəsindən çıxmırdı, çünki adam öldürmək böyük günah olsa da İslamdan çıxaran küfr deyil.Allah Təalə iki bir-biri ilə döyüşən tayfanın ikisində mömin adlandırıb.Həmçinin, Əli radıyAllahu anhu xəvariclərlə döyüşdü, onların əksəriyətini öldürdü və onları kafir adlandırmadı, onlardan qənimət tutmadı.
257. Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.

#242 salafi_eqidesi

salafi_eqidesi

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 14 сообщений

Отправлено 08 ноября 2010 - 10:11


رقم الحديث: 24
(حديث قدسي) ثَنَا أَحْمَدُ بْنُ شَبِيبٍ ، قَالَ : ثَنَا أَبِي ، عَنْ يُونُسَ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيِّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّهُ كَانَ يُحَدِّثُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : " يَرِدُ عَلَيَّ يَوْمَ الْقِيَامَةِ رَهْطٌ مِنْ أَصْحَابِي فَيُجْلَوْنَ عَنِ الْحَوْضِ فَأَقُولَ : يَا رَبِّ أَصْحَابِي فَيَقُولُ : إِنَّكَ لا عَلِمَ لَكَ بِمَا أَحْدَثُوا بَعْدَكَ ، إِنَّهُمُ ارْتَدُّوا عَلَى أَدْبَارِهِمُ الْقَهْقَرَى " .

الحكم المبدئي: إسناده حسن رجاله ثقات عدا شبيب بن سعيد التميمي وهو صدوق حسن الحديث.

http://www.islamweb....o=161&startno=0

Bəs bu hədisi necə izah edirsiniz?




Burada vəhhabilərin şeyxi Osman Xəmis bütün bu hədislərə cavab verir.

http://www.d-alsonah...read.php?t=4108

http://www.fnoor.com/fn0189.htm



Bəli, cavab verib. Bəs siz nə deyə bilərsiniz? Şeyx Osman Xəmis bu hədisə bütün iddialara cavab yazıb. Nə isytəyirsiniz? Sadəcə 2 haqqı görən göz lazımdı ki, oxusun.

Bidət əhli, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hovuzu haqqında dediyi hədisi əsas gətirirlər. Hədisdə deyilir: "(Mən Qiyamət günü hovuz başında olarkən) məni tanıyan və mənim tanıdığım bir qrup insanlar mənim yanıma gələcəklər. Lakin (mələklər) onları hovuzdan uzaqlaşdıracaqlar. Mən deyəcəyəm: onlar mənim səhabələrimdir, onlar mənim səhabələrimdir. (Mələklər) Mənə deyəcəklər: Sən, onların səndən sonra nə törətdiklərini bilmirsən[1]".

Bu hədisin, sənəd və məzmun baxımından rəvayətləri çoxdur. Bəzi rəvayətlərdə deyilir: Mən hovuzun başında dayanıb yanıma gələnlərə baxdığım halda, bəzi insanların mənə yaxınlaşmasının qarşısı alınacaqdır. Mən deyəcəyəm: Ey Rəbbim, bunlar axı məndən, mənim ümmətimdəndirlər. Mənə deyiləcəkdir: Məyər sən onların səndən sonra nə etdiklərini bilmirsənmi! Allaha and olsun, səndən sonra az keçmədən dinlərindən üz çevirdilər. Hədis rəvayətçilərindən, İbn Ə bu Məlikə adlı bir nəfər deyir: Allahım, dinimizdən üz çevirməkdən (qorxub) sənə sığınırıq.

İkinci rəvayətdə isə deyilir: "Mən hamınızdan əvvəl hovuzun başına gələcəyəm. Bir dəstə ilə mübahisə edib onlara qalib gələrək deyəcəyəm: Ey Rəbbim, onlar mənim səhabələrimdir, onlar mənim səhabələrimdir. Mənə deyiləcək: Sən, onların səndən sonra nə törətdiklərini bilmirsən. Bu iki hədisi Müslim səhih əsərində rəvayət etmişdir.

Şübhənin cavabı belədir:Birinci cavab: Hədisdə deyilən səhabə sözü ilə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında İslamı təzahür edən münafiqlər nəzərdə tutulur. Bu haqda Allah təala buyurur: "(Ya Peyğəmbər!) Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz sənin, doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk! – deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbər olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir"[2].

Həmin o insanlar da, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) tanımadığı münafiqlərdir. Bunun təsdiqi olaraq Allah təala buyurur: "Ətrafınızdakı və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş (bu işdə mahir) münafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə (dünyada və qəbr evində) əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük əzaba uğrayacaqlar"[3].
Deyilən insanlar münafiqlər idilər. Amma Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onların səhabələrdən olduqlarını zənn edirdi. Amma əslində belə deyildi.

İkinci cavab: Həmçinin hədisdə qeyd olunan insanlar, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfatından sonra mürtəd (İslamdan imtina edib kafir) olanlardır. Onun vəfatından sonra əksər ərəblər mürtəd oldular. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) "onlar mənim səhabələrimdir" – dediyi zaman, ona belə cavab veriləcəkdir: Sən, onların səndən sonra nə törətdiklərini bilmirsən. Sən onlardan ayrılandan sonra mürtəd oldular.

Üçüncü cavab: Burada deyilən səhabə sözü, ümumi məna daşıyan bir ifadə kimi işlədilmişdir. Yəni, Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) itaət etmədən onunla yoldaşlıq edən hər kəsə aiddir. Belə olan təqdirdə həmin insanlar səhabə sözünü şəriət baxımından mənasına daxil deyillər. Buna dəlalət edən məqam budur. Demək, Mədinə şəhərində münafiqlərin başçısı sayılan, Abdullah ibn Ubeyy ibn Səlul bu sözləri: “Əgər biz (Bəni Müstəliq vuruşundan) Mədinəyə qayıtsaq, ən güclülər (ən şərəflilər – münafiqlər) ən zəifləri (ən həqirləri – Peyğəmbəri və ona iman gətirənləri), əlbəttə, oradan çıxardacaqlar!” – dediyi zaman bu sözlər Ömərə (Allah ondan razı olsun) çatır və o deyir: Ey Allahın elçisi, qoy bu münafiqin başını bədənindən ayırım! Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Onunla işin yoxdur. Sonra deməsinlər ki, Məhəmməd öz səhabələrini öldürür"[4]. Bu məqamda Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onu öz səhabəsi olaraq qeyd edir. Lakin burada səhabə sözü, şərii mənaya görə deyil, lüğəti mənaya görədir. Çünki Abdullah ibn Ubeyy ibn Səlul münafiqlərin başçısı sayılırdı. Allah təala tərəfindən ifşa edilən bu insan, öz münafiqliyini açıq-aşkar bildirirdi.

Dördüncü cabab: Ola bilər burada səhabə sözü, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yoluna riayət etməklə ona yoldaşlıq edən, onu görənlərin və görməyənlərin hamısına aiddir. Bu mənaya hədisin digər rəvayətində deyilən, "onlar mənim ümmətimdəndir, onlar mənim ümmətimdəndir" sözləri dəlalət edir. O ki, qaldı Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onları tanımasına, artıq özü bu haqda xəbər verərək demişdir: "(Qiyamət günü) Mən bu ümməti tanıyacağam". Odan soruşurlar: Ey Allahın elçisin, sən axı onları görməmisən, necə tanıyacaqsan? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyir: "Mən onları dəstəmaz izlərindən tanıyacağam"[5]. Bu mənanı təkid edən məqam, İbn Ə bu Məlikə adlı bir nəfər tabiinin bu sözləridir: Allahım, dinimizdən üz çevirməkdən (qorxub) sənə sığınırıq.

Bütün bu deyilənlərdən sonra onu demək olar ki, nə xəvariclər, nə nasibilər nə də mötəzililər bu hədisi dəlil gətirmirlər. Bunu yalnız rafizilər Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinin mürtəd olmaları haqda dəlil olaraq önə çəkirlər. Onlara belə bir müraciət olunur: Hansı əsasla Əlini, Həsəni, Hüseyni və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əhli-beytindən olan digərlərini istisna edirsiniz? Onların, mürtədlərdən olmalarına nə maneə olur?

Təbii ki, biz onların mürtəd olduqlarını demirik, onlar bundan uzaqdırlar. Əslində biz onların imamlığını qəbul edir, onların cənnət əhlindən olduqlarını təsdiqləyirik. Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Hira dağının üzərində olarkən Əli haqqında demişdir: Ey hira, sakit ol. Həqiqətən sənin üzərində bir Peyğəmbər, siddiq və ya şəhid vardır[6]. Əli də Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) birgə idi. O, Cənnət əhlindəndir.

Səhih hədislərin birində Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Həsən və Hüseyn haqqında belə dediyi qeyd olunur: "Onlar Cənnət cavanlarının ağası olacaqlar"[7].

Əgər kimsə Əbu Bəkrin, Ömərin, Əbu Ubeydənin və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) başqa səhabələrinin hovuzun ətrafından qovulacaqlarını deyirsə, o zaman Əlinin də hovuz başından qovulmasını deyən nasibilərə bunu deməyə nə mane olmalıdır? Əgər Əlinin fəziləti haqqında deyilənləri dəlil gətirsələr, o zaman cavab belə olacaqdır: Əbu Bəkr və Ömər haqqıda deyilən fəzilətlər, Əli haqqında deyilən fəzilətlərdən qat-qat çoxdur.


[1] Səhih əl-Buxari, Kitabut Təfsir, Bab "Kəmə Bədənə Əvvələ Xalqin Nuiduhu", 4740. Həmçinin, Kitabul Fitnə, Bab, "Vattaqu Fitnətən" ayəsi.
[2] əl-Munafiqun: 1.
[3] ət-Tövbə: 101.
[4] Səhih əl-Buxari: 4622. (4, 1861).
[5] Səhihi Müslim: Kitabut Təharət, Bab, İstihbab İtalətul Ğurra vət Təhcil Fil Vudu, 367.
Həmin hədisin mətni belədir: Əbu Hureyrə (Allah ondan razı olsun) deyir: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qəbirstanlığa gələrək dedi: Ey Möminlər tayfasının diyarı, sizə Allahın salamı olsun. Biz də bir gün sizə qovuşacayıq. Mən öz qardaşlarımızı görmək istərdim. Ətrafındakılar dedilər: Ey Allahın elçisi, məgər biz sənin qardaşların deyilik? O, dedi: Siz mənim səhabələrimsiniz. Qardaşlarımız isə hələ (dünyaya) gəlməyiblər. Ətrafındakılar dedilər: Ey Allahın elçisin, ümmətindən hələ (dünyaya) gəlməyənləri necə tanıyırsan? O, dedi: Sizcə, tünd rəngli atların arasında, təpəl və (muhəccəl) bir atı olan insan öz atını tanımazmı? Ətrafındakılar dedilər: Bəli, ey Allahın elçisin. O, dedi: Dəstəmaz almaqdan onların alınlarında və ayaqlarında parıltılı iz olacaqdır. Mən onları hovuzun başında qarşılayacağam. Azmış dəvə (bulaq başından) qovulduğu kimi, bir qrup insanlar da hovuzumdan qovulacaqlar. Mən, gəlin, gəlin deyə onları səslədikdə mənə deyiləcəkdir: Onlar səndən sonra (dini) dəyişiblər. Mən deyəcəm: (Elə isə) Məhv olsunlar, məhv olsunlar.
[6] Sünəni Əbu Davud: 4648. Sünəni Tirmizi: 2699. Sünəni Nəsai əl-Kubra: 8156. Sünəni İbn Macə: 124. Səhih İbn Hibban: 6916. Müsnədi Əhməd: 22427. əl-Bəhruz Zəxxar, 1263. Musənnəf İbn Əbi Şeybə: 26.
[7] Sünəni Tirmizi: 2768. Sünəni İbn Macə: 118. Müsnədi Əhməd: 10616.

#243 сталь

сталь

    Raqib – Seargeant

  • Murid
  • 180 сообщений

Отправлено 08 ноября 2010 - 10:31

Bu sualıma da vəhhabilər tərəfindən reaksiya görmədiyim üçün bir daha təkrar etməyə məcburam:

Həqiqətən sizin dininizin banisi İbn Abdul-Vəhhab səhabələr barəsində bu sözlərin yazmışdırmı?


إن جماعة من الصحابة كانوا يجاهدون مع الرسول ويصلون معه ويزكون ويصومون ويحجون ، ومع ذلك فقد كانوا كفاراً بعيدين عن الإسلام

Səhabələrdən Peyğəmbərlə (s) cihad edən, namaz qılan, zəkat verən, oruc tutan, həcc edən bir cəmaət vardır ki, bütün bunlarla yanaşı onlar İslamdan uzaq düşmüş kafirlər idilər.




Əgər söz mənə çatırsa, onda biləsiniz mənim dinim Allah dedi, Rəsul dedidən ibarətdir.Əşhədu ən lə iləhə illəLLAh va əşhədu ənnə Muhammədən rasuluLLAh.

İbn Əbdul Vahhəb isə alimlərdən biridir, haqq söyləyirsə götürülür, xəta edirsə hesabı Allahadır.

257. Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.

#244 cafari

cafari

    Mulazzim – lieutenant

  • Murid
  • 306 сообщений

Отправлено 08 ноября 2010 - 11:34

Əgər söz mənə çatırsa, onda biləsiniz mənim dinim Allah dedi, Rəsul dedidən ibarətdir.Əşhədu ən lə iləhə illəLLAh va əşhədu ənnə Muhammədən rasuluLLAh.

İbn Əbdul Vahhəb isə alimlərdən biridir, haqq söyləyirsə götürülür, xəta edirsə hesabı Allahadır.

:loool: :loool: :loool:

san na danisirsan orda onun haqq sozlarinin hansi olduqunu ayird elamak sana qalib yani san ozunu ondan aqilli sayirsan.o axtaris elayib bela bir soz deyib.
qoy man siza komak elayim. hansi sozlar sizin aqidaniza uyqun deyilsa onu inkar elayirsiz.hatta qurandan olsa bela.inanmirsansa subut elamak olar.bu barada biz sabitqadamik.ALLAHU tala zumar 65 da peyqambarimizi arxayin olmamaqi bildirir siz amma sahabalarin hamisini adalatli bilirsiz.peyqambar saas qoyduqu amanata sahabalarin coxunun xayanat elamayina goz yumursuz.
ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِير

#245 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 08 ноября 2010 - 13:50

Mən vəhhabi deyiləm, eyniliklə siz özünüzü rafizi saymadığınız kimi..


Sizin özünüzü əsl şiə, sələfi, əhli-sünnə val-camaa və s. adlandırmanız sizi vəhhabilikdən çıxarmır. Şiə və sünnü alimlərinin sizi bu cür adlandırması ən azından müsəlman sünnülər ilə səhv salınmamağınıza əminlik yaradır.
Mən isə rafizinin lap zırındanam. Sizi də təqiyyə etməməyi və bizi rafizi hesab etdiyiniz halda şiə adlandırmamağa də`vət edirəm. Sərbəst olun!


Fəth surəsinin 5-ci ayəsində isə Allah Təalə həmin möminlərə cənnəti vəd etmişdir.Ümumiyyətlə Fəth surəsi başdan sonuna qədər həmin möminləri tərifləyir. Nə oldu ki, orada yalnız bir sözü tutdunuz? Məgər görmürsünüz ki,Allah Təalə orada möminləri neçə növ təriflərlə vəsf edib? Bir də ki,tutduğunuz şərt qoymaq məsələsi elə Peyğəmbərin özünə də qoyulub.

Səhabə bütünü müdafə edərkən Peyğəmbərə (s) dil uzatmağa cür`ət etdiyiniz zaman unutduğunuz ayələrdən bə`zilərini xatırlatmaq istəyirəm:

O, kefi istəyəni (havadan) danışmır.(Nəcm-3)
Həqiqətən də, sən böyük əxlaq sahibisən! (Qaləm-4)


Səhabələr necə, kefləri istədkilərini danışırdılarmı? Bəlkə Peyğəmbərin (s) mə`sum olduğunu da unutmusunuz ki, səhabələri onunla müqayisə edirsiniz?

O ki, qaldı Fəth surəsinin 5-ci ayəsinə təklif edirəm Fəth surəsinin 6-cı ayəsini də oxuyasınız və əz-Zəhəbinin söylədiyi kimi zahirdə müsəlman olub həmin dövrdə hamı tərəfindən və islam alimlərini tərəfindən səhabə hesab edilənlərə də əzab və`d edildiyinə baxasınız. Mö`minlərə və`d olunmuşlar həm səhabələrin içində olan mö`minlərə aiddir həm bizim. Bəlkə bunda da şübhə edirsiniz?
Yenə də deyirəm sizin dəlil kimi gətirdiyiniz Fəth-16-da ən yaxşı halda 1400 mö`mindən bey`ətləri səbəbinə Allah razı olmuşdur. Onların bey`ətlərini sındırıb-sındırmadığı məsələsi də var. Mən isə sizdən 100 minlərlə səhabənin doğru danışan, böyük günah etməyən, gözəl əxlaq sahibi olmalarının dəlilini istəyirəm.



Osmanın qatilindən Allah razıdırmı?
Gəlin hamımız birlikdə deyək Allah ondan razı olsun!


Yuxarıda qeyd etdiyim kimi hər bir insana tövbə qapısı açıqdır. Lakin həqiqət budur ki,qeyd etdiyiniz səhabə doğrudanda beyət əhlindəndir və Osmanın üstünə qedən misir qoşunun əmiri idi.Lakin Osmanın qətlində onun əlinin olması tarixdə qeyd olunmayıb.Hətta öldürsəydi belə, İslam dairəsindən çıxmırdı, çünki adam öldürmək böyük günah olsa da İslamdan çıxaran küfr deyil.Allah Təalə iki bir-biri ilə döyüşən tayfanın ikisində mömin adlandırıb.Həmçinin, Əli radıyAllahu anhu xəvariclərlə döyüşdü, onların əksəriyətini öldürdü və onları kafir adlandırmadı, onlardan qənimət tutmadı.


Əbdurrəhman b. Udeysin tövbə etdiyi tarixdə qeyd olunubdurmu?
Bəlkə biz bilmirik o, Osmanın başını sığallamağa gəlmişdir? Onun "Fitnənin başı" adlandırılması , "Osmanın qatilləri sırasında" olması mənə kifayət edir.
İbn Sa`d yazır:


وكان فيمن رحل إلى عثمان حين حصر حتى قتل ، وكان رأساً فيهم.
Osman mühasirəyə alınıb öldürülən zaman onun üstünə gələnlərdəndən biri və özüdəki onların rəisi idi.
İbn Sa`d "ət-Təbəqat əl-Kubra"

Şəxsən onun öldürüb-ölldürməməsi mənim üçün o qədər də maraqlı deyil. Məgər mən onu kafir adlandırdım? Mən sizə sadə sual verdim və bir daha təkrarlayaraq cavabı rica edirəm:

Adı Osmanın qatilləri sırasında adı çəkilən və fitnənin başı olandan Allah razıdırmı?
Gəlin hamımız birlikdə deyək Allah ondan və onun bu əməlini dəstəkləyən digər səhabələrdən razı olsun!



فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#246 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 08 ноября 2010 - 14:52

Bir dənə də sadə sual verirəm. Əbdürrəhman b. Udeys şəksiz-şübhəsiz hansı tərəfdən baxsan səhabədir. Hətta "Ridvan bey`əti"nin iştirakçılarındandır. Mürtəd-zad olub eləməyib. Bəs onda Muhəmməd b. Yəhya əz-Zuhli nə cür`ətlə səhabəni cərh edir, aşağılayır? Yəqin ki, əz-Zuhlini tanıtdırmağa ehtiyyac yoxdur.

وعن محمد بن يحيى الذهلي قال: لا يحل أن يحدث عنه بشيء، هو رأس الفتنة.
Muhəmməd b. Yəhya əz-Zuhli dedi: Ondan rəvayət etmək düzgün deyil. O fitnənin başıdır.

Məgər səhabə deyil? Birdən-birə səhabənin ədalətinə niyə xələl gəldi, ondan rəvayət etmək düzgün olmadı? Nə olsun ki, Osmanın qətlə yetirənlərdəndir. Allah ondan razı olsun. Kafir zad deyil ki,!

Rica edirəm Əbdürrəhman b. Udeys məsələsinə aydınlıq gətir ki, keçim növbəti "Ridvan bey`əti" iştirakçısı olan səhabə Əbul-Ğadiyəyə.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#247 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 08 ноября 2010 - 15:20

Səhabə Əbdürrəhman b. Udeys Osman barədə həqiqətləri söylədiyi halda onun sözlərini gizlədirlər. Nəyə görə?


فطلع إبن عديس منبر رسول الله (ص) ، فخطب الناس وصلى لأهل المدينة الجمعة ، وقال في خطبته : ألا إن إبن مسعود ، حدثني : أنه سمع رسول الله (ص) : يقول : إن عثمان بن عفان كذا وكذا ، وتكلم بكلمة أكره ذكرها ......
İbn Udeys Peyğəmbərin (s) minbərinə çıxıb camaata xütbə söylədi. Mədinə camaatı üçün cümə namazını qıldı. O, öz xütbəsində dedi: Həqiqətən İbn Məs`ud mənə Peyğəmbərdən (s) bü cür eşitdiyini xəbər verdi: "Osman b. Əffan bu cür-bu cürdür."
Elə bir sözlər dedi ki, onları söyləmək istəmirəm.

İbn Şibbə ən-Numeyri "Tarix əl-Mədinə"




İndi baxaq görək ağac altında bey`ət edən "ədalətli" səhabə Əbdürrəhman b. Udeysi mələklərin utandığı Osman onun barəsində söylədikləri həqiqətlərə reaksiya verərək necə yalançı adlandırır.

Osman mühasirədə olduğu zaman onun yanına daxil olub Əbdürrəhman b. Udeysin camaatla namaz qıldığını söylədim. Osman onun camaata nə söylədiyini soruşdu. Mən də cavab verdim. Osman dedi: Yalan danışır! And olsun Allaha ki, nə Əbdürrəhman b. Udeys İbn Məs`uddan, nədəki İbn Məs`ud Peyğəmbərdən (s) eşitməyib.....

Həmin yuxarıdakı mənbə


Bir sözlə ədalətli səhabələr yalançıdır bir dənə acgöz Osmanla qohum qardaşı düz danışır.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#248 salafi_eqidesi

salafi_eqidesi

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 14 сообщений

Отправлено 08 ноября 2010 - 15:23

Bir dənə Zuhlini rəyi ilə dünya dağılmır ki. Əsas icmadı. O Zuhlinin öz rəyidi.

#249 salafi_eqidesi

salafi_eqidesi

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 14 сообщений

Отправлено 08 ноября 2010 - 15:27

Səhabə Əbdürrəhman b. Udeys Osman barədə həqiqətlər söylədiyi halda onun sözlərini gizlədirlər. Nəyə görə?

فطلع إبن عديس منبر رسول الله (ص) ، فخطب الناس وصلى لأهل المدينة الجمعة ، وقال في خطبته : ألا إن إبن مسعود ، حدثني : أنه سمع رسول الله (ص) : يقول : إن عثمان بن عفان كذا وكذا ، وتكلم بكلمة أكره ذكرها ......


İndi bura şiə forumudu deyə ərəbcə nə gəldi yazmaq olur sizə? Amma mən bura ərəbcə yazı qoysam o saat pozacaqlar ki, forumun qaydalarına ziddir.

#250 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 08 ноября 2010 - 15:50

Cavabın elə bu acizənə iraddan ibarətdir? Ürəyim xarab oldu.
Yavaş-yavaş tərcümə edirəm nəsə e`tirazın var? Əvvəlcə materialın ərəbcəsini yerləşdirirəm ki, itirməyim sonra tərcümə edirəm. Sadəcə olaraq səbr gözəl şeydir.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#251 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 08 ноября 2010 - 15:59

Bir dənə Zuhlini rəyi ilə dünya dağılmır ki. Əsas icmadı. O Zuhlinin öz rəyidi.



Dünyanın dağılması Allahın istəyinə bağlıdır.
Yə`ni demək istəyirsən ki, tüpürüm əz-Zuhli kimi hədis ustadının rə`yinə?
Mən də deyirəm ki, səhabənin ədalətini əz-Zuhli cərh edərək sizin əqidəni paslat eləyib. Zəhmət çək əz-Zuhlini təkfir elə. O, sizə görə səhabələri tə`rifləyən Quran ayələrinə və xüsusilə də Fəth surəsi 16-cı ayəyə küfr edibdir.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#252 Koti

Koti

    Arif – Corporal

  • Murid
  • 96 сообщений

Отправлено 08 ноября 2010 - 16:04

Bir dənə Zuhlini rəyi ilə dünya dağılmır ki. Əsas icmadı. O Zuhlinin öz rəyidi.

Niye Zuhliye rafizi demirsen??Cesaretin chatmir?

Bes qeyretin chatar Əbdurrəhman b. Udeys-e Rafizi deyesen?Yoxsa sehabe olmagi onu sigortalayir?

Men Sen olmusham ey dust !

#253 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 08 ноября 2010 - 16:15

Xatırladım ki, hamımızın bildiyi kimi Osmanın başını sığallamağa gələn səhabələr Əbdürrəhman b. Udeys ilə bitmir, Allah onlardan razı olsun.:rolleyes: Sadəcə olaraq söhbət "Ridvan bey`əti"ndə iştirak edən səhabələrdən gedir.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#254 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 08 ноября 2010 - 16:22

Əzizlərim diqqətli olun Sizə milli vəhhabilərimizin şeyxi unikal qamətin cavabını göstərəcəm inşaallah! Çox xahiş edirəm suala diqqət edin, sonra da cavaba.

Selamün aleyküm ve rahmetullahi ve berekatühü
İbn Sa'd, Tabakat'ı, Cilt 3, Sayfa 71:
الخزاعي والذين قدموا من الكوفة مائتين رأسهم مالك الأشتر النخعي والذين قدموا من البصرة مائة رجل ، رأسهم حكيم بن جبلة العبدي
Osman'a saldıran Mısırlılar 600 kişiydiler ve başlarıda Abdurrahman ibni Hudeys el Belavî, Ömer İbni Humk al Huzaî vardı. Kufe'den gelenlerin öncüsü ise Malik-i Eşter'di.


İbni Abdülbir, İsti'ab, Cilt 2, Sayfa 411:
عبد الرحمن بن عديس البلوي مصري شهد الحديبية ممن بايع تحت الشجرة رسول الله قال أبوعمر: هوكان الأمير على الجيش الذين حصروا عثمان وقتلوه
Abdurrahman bin Hudays el Belavî, Hudeybiye'de bulunanlardandı ve ağaç altında beyat edenlerdendi. Ebu Umur dedi ki: "Osman'a saldırıp öldüren ordunun başındaydı."


İbni Hacer el Askalani, El İsabet, Cilt 4, Sayfa 281:
وقال بن البرقي والبغوي وغيرهما كان ممن بايع تحت الشجرة
وقال بن يونس بايع تحت الشجرة وشهد فتح مصر واختط بها وكان من الفرسان ثم كان رئيس الخيل التي سارت من مصر إلى عثمان في الفتنة
Abdurrahman bin Hudays el Belavî: El Baghavî ve diğerleri onun ağaç altında beyat edenlerden olduğunu söylemiştir. İbni Yunus da onun beyatte bulunduğunu söylemiştir. ... Osman'a saldıran ordunun komutanıdır.


İbni Kesir, el Bidaye ve'n Nihaye, Cilt 8, Sayfa 48:
"وفيها كانت وفاة عمرو بن الحمق بن الكاهن الخزاعى أسلم قبل الفتح وهاجر وقيل إنه إنما أسلم عام حجة الوداع وورد فى حديث أن رسول
الله دعا له أن يمتعه الله بشبابه فبقى ثمانين سنة لا يرى فى لحيته شعرة بيضاء ومع هذا كان أحد الأربعة الذين دخلوا على عثمان
Umur bin Humq el Huzaî Osman'a karşı savaşanlardandı


El Samanî, İnsab, Cilt 1, Sayfa 396:
" ومن الصحابة أبو عمر وعبد الرحمن بن عديس بن عبيد بن كلاب بن دهمان بن غنم بن هميم بن ذهل بن هني بن بلي بن
عمرو البلوي ، بايع رسول الله صلى الله عليه وسلم تحت الشجرة وشهد فتح مصر واختط بها ، وكان أحد فرسان بلي المعدودين بمصر ورئيس الخيل التي سارت من مصر إلى عثمان بن عفان
Ashaptan olan Abdurrahman ibni Hudays el Belavî, Rasulullah'a ağaç altında beyat etmişti. ... Osman'a saldıran Mısırlı ordunun komutanıydı.


El Muntezam fi'l Tarih:
عبد الرحمن بن عُديس البلوي
وشهد فتح مصر واختط بها وكان رئيس الخيل التي سارت من مصر إلى عثمان وقتل بفلسطين في هذه السنة كان قد سجن فهرب فأدركه فارس فقال له‏:‏ اتق الله في دمي فإني من أصحاب الشجرة فقال‏:‏ الشجر في الجبل كثير فقتله‏.‏
Abdurrahman İbni Hudays, Mısır'a gidip Osman'ı öldüren grubun lideriydi.

El Kemal fi'l Tarih:
ومات فيها عبد الرحمن بن عديس البلوي أمير القادمين من مصر لقتل عثمان وكان ممن بايع النبي ـ صلى الله عليه وسلم ـ تحت الشجرة وقيل‏:‏ بل قتل بالشام‏
Ve Abdülrahman ibni Hudays el Belavî bu yıl öldürüldü. Mısır'a gelip Osman'ı öldürenlerin emiriydi ve Rasulullah'a ağaç altında beyat edenlerdendi.

Hocam:Osmanın öldüren kişi Rıdvanda ağaç altında beyat eden bir kişi

Allah ağaç altında beyat eden tüm sahabelere cennetini vaad etmemiş mi haşa Osman(ra) öldüren cennetliki mi?


Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Biz əhli sunnə val camaat xəvaricləri təkfir etmirik, hətta Əli ibn abu Talib (radiyALLAHU 'anhu) onları təkfir etmədi, baxmayaraq ki, xəvariclər Əlini (radiyALLAHU 'anhu) kafir görürdülər.
Xəvariclərin səhabə olmasına gəlincə, ibn Abbas (radiyALLAHU 'anhu) buna etiraz edir, çünki onlarla söhbətə gələndə deyir ki, aranızda peyğəmbərin (sallALLAHU 'aleyhi wa sallam) səhabələrindən heç biri yoxdur.
Rəvayətləri isə təbii ki, yoxlamaq lazımdır – səhihdir yoxsa yox.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


http://www.abubakr-mescidi.com/
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#255 salafi_eqidesi

salafi_eqidesi

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 14 сообщений

Отправлено 08 ноября 2010 - 16:25

Nə inadkar adamlarsız e. Zuhli xəta edib. Mələk zad deyil ki. Allahın bir bəndəsidir də. O xəta edib deyə, biz də xəta edəsi deyilik ki.

Yaxşı olardı ki, 242-ci postdan qaçmayasız. Mənim elmim zəif ola bilər, amma Şeyx Osman Xəmis sizin əqidəni puç edib. Böhtanlarınızı da cavablandırıb.

Allah razı olsun qardaşlardan. Səhabənin ədaləti mövzusunda tərcümələr ediblər Şeyxin kitabından. 12 şübhənin cavabını verib Şeyx. Ta nə istəyirsiz? Haqq qəbul etmək istəmirsiz öz işinizdi.

#256 salafi_eqidesi

salafi_eqidesi

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 14 сообщений

Отправлено 08 ноября 2010 - 16:29

Düz deyir də Hacı Qamət. Həzrət Əli (r.a.) xəvaricləri təkfir edib? YOX!

#257 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 08 ноября 2010 - 16:32

amma Şeyx Osman Xəmis sizin əqidəni puç edib. Böhtanlarınızı da cavablandırıb.

o yalançıdan başqa adam tapmadın? ümumiyyətlə sən çalış vahhabilərdən başqa heç bir məzhə nümayəndələrinin yanında öz alimlərinizin adını çəkmə. çünkü hamısı yalançıdı. ibni Teymiyyədisndən sonuncusuna kimi

Сообщение отредактировал Elmeddin.88: 08 ноября 2010 - 16:33


#258 salafi_eqidesi

salafi_eqidesi

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 14 сообщений

Отправлено 08 ноября 2010 - 16:36

amma Şeyx Osman Xəmis sizin əqidəni puç edib. Böhtanlarınızı da cavablandırıb.

o yalançıdan başqa adam tapmadın?


Yalançı niyə? Hər alimin öz rəy var. Birinə görə hədis zəif olar, o birinə görə səhih. Nə çoxdu belə hədislər. Söhbətdən yayınmayın eee. Cavab verməkdən başqa hər şey edirsiz.

#259 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 08 ноября 2010 - 16:37

Mənim elmim zəif ola bilər,


onda burnun girməyən yerə başını soxma!

Allah razı olsun qardaşlardan. Səhabənin ədaləti mövzusunda tərcümələr ediblər Şeyxin kitabından. 12 şübhənin cavabını verib Şeyx. Ta nə istəyirsiz? Haqq qəbul etmək istəmirsiz öz işinizdi.

kim nəyə cavab verib? səhabə Hudeybiyyədə itaətsizlik edib? hə edib. ağac altında beyət edənlər hansı halda cənnət ilə müjdələnib? əhdlərinə vəfalı olduğu halda. elə bizim də dedikərimiz budur.

#260 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 08 ноября 2010 - 16:39

Yalançı niyə? Hər alimin öz rəy var. Birinə görə hədis zəif olar, o birinə görə səhih. Nə çoxdu belə hədislər. Söhbətdən yayınmayın eee. Cavab verməkdən başqa hər şey edirsiz.

hər alim kefi istədiyinə görə istədiyi hədisə səhih və ya zəif deyə bilər? onda din oyun oyuncaq olar ki.

#261 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 08 ноября 2010 - 17:06

Nə inadkar adamlarsız e. Zuhli xəta edib. Mələk zad deyil ki. Allahın bir bəndəsidir də. O xəta edib deyə, biz də xəta edəsi deyilik ki.


Mən məgər əz-Zuhlinin mələk olduğunu iddia edirəm. Yoxsa onun əqidəsini sizə həml edirəm? Niyə mənim sözümün məğzini qoyub söhbəti başqa səmtə yönəldirsən?? Məcburən bir daha təkrar edirəm bəlkə anladın:

Mən də deyirəm ki, səhabənin ədalətini əz-Zuhli cərh edərək sizin əqidəni paslat eləyib. Zəhmət çək əz-Zuhlini təkfir elə. O, sizə görə səhabələri tə`rifləyən Quran ayələrinə və xüsusilə də Fəth surəsi 16-cı ayəyə küfr edibdir.

əz-Zuhli səhabəni cərh edib, aşağılayıb ya yox? Bəli, edibdir. Bununlada sizə görə küfr edibdirmi? Bəli, edibdir. Rafizi səhabəni cərh edirmi? Bəli. Rafizini buna görə təkfir edirsinizmi? Bəli. İndi zəhmət çək səmimiyyətini göstər əz-Zuhlini təkfir et!

Yaxşı olardı ki, 242-ci postdan qaçmayasız. Mənim elmim zəif ola bilər, amma Şeyx Osman Xəmis sizin əqidəni puç edib. Böhtanlarınızı da cavablandırıb.

Allah razı olsun qardaşlardan. Səhabənin ədaləti mövzusunda tərcümələr ediblər Şeyxin kitabından. 12 şübhənin cavabını verib Şeyx. Ta nə istəyirsiz? Haqq qəbul etmək istəmirsiz öz işinizdi.


Ağlın özünüzə və xüsusən də özünə getməsin. Qaçıb-zad eləmirəm. Səndən öncə növbədə duranlar var. osman xəmisin cəfəngiyyatına və sizin tərcümənizə nəzər etdikdən sonra fikrimi bildirəcəm. Sənə ikinci dəfə xatırladıram. Səbr gözəl şeydir.


فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#262 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 08 ноября 2010 - 17:16

Düz deyir də Hacı Qamət. Həzrət Əli (r.a.) xəvaricləri təkfir edib? YOX!


Ay insan övladı gör qamətə nə sual verirlər?

Hocam:Osmanın öldüren kişi Rıdvanda ağaç altında beyat eden bir kişi

Allah ağaç altında beyat eden tüm sahabelere cennetini vaad etmemişmi haşa Osman(ra) öldüren cennetliki mi?

Söhbət təkfirdən getmir. qamət ortalığa bu məsələni atır. Çünki siz gölgəsindən qorxanlardansınız. Yuxuda da tağut, şirk, haram, bid`ət, radiallahu anh, xəvaric, təkfirdən başqa heçnə görmürsünüz. Sualın nə haqda verilməyindən asılı olmayaraq əlaqəsi oldu ya olmadı beyninizdə olanı cavab kimi təqdim edirsiniz. sizdə suala qulaq asmaq zad yoxdur.

Aykutun sualını 100 dəfə oxu sonra qamətin bu sadə suala cavabını mənə göstər.




فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#263 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 08 ноября 2010 - 18:45

Digər tərəfdən yanaşaq; əgər belə böyük tarixi hadisə nəticəsində Allah Təalə onlardan razı qalıbsa, o demək deyil mi ki, artıq onların qəlbindəkini bilərək onları bağışlayıb?

Allah mö`minlərdən həmin anda etdikləri əmələ görə, həmin anda qəlblərindəkinə görə razı qalmışdır. Ömər kimilərin e`tirazına nə deyirsən?


onların mömin kimi dünyadan köçmələri barədə xəbərdar idi.


Bunu siz iddia edib Allahın elmi kimi çatdırmaq istəyirsiniz. Allah sizə öz elmindən xəbərdar edibdir ki, onların mömin kimi ölməklərinin Allah elmindən olmasını iddia edirsiniz?

Və deyəndə ki, artıq bundan sonra istədiyinizi edin Allah Təalə sizi bağışladı,

Buradan başa düşülən budur ki, istədiyiniz hər bir əməli edin. Siz mə`sum olmadığınız üçün istəyiniz küfr də ola bilər imanda. Allah sizin indiyə qədər etdiyiniz günahlarınızı bağışladı.

burada başa düşülür ki, onlar qalan həyatları ərzində küfrə yetişəcək əməl etməyəcəklər


Bu elə mə`sumluğun özüdür.


Lakin gunahlar, və bəzi nadir hallarda hətta böyük gunahlar etmək

"Nadir hallarda" sizin fantaziyanızdır. Bəs yuxarıda deyirsiniz küfrə yetişəcək əməl etməyəcəklər? Böyük günahlar insanı imana doğru aparır?


onların ümumi qədrini və ədalətini şübhə altına almır.

Əhli-sünnə mənbələrində səhabələrin cinayətlərini, günahlarını, nifaqlarını, xətalarını və s.üstünü örtmək üçün təhrif edilmiş tarix və hədislər belə onların hamısının mütləq şəkildə ədalətli olmasını şübhə altına alır. Gör indi təhriflər olmasa idi nə olardı. Təsəvvür elə hicrətin ilk əsrinin əvvəllərində hədis yazılmasına qadağa qoyulur. Sonra Müaviyə kimisi illərlə hakimiyyətdə oturur, sonra onun qohumları..... Peyğəmbəri (s) gördükləri halda cinayətlər törətmiş bu insanlar özlərinin və qohumlarının zir-zibilini ört-basdır etmək üçün səhabələrin hamısı adildir ideyasını ortalığa niyə atmasınlar?


Bütün bunlardan əlavə, tövbə qapısı hər bir kəsə açıq olduğu halda, necə olur ki, Allah Təalə razı qaldığı kəslərə bağlı qalsın? Həmçinin, xeyir işlərin pis işləri silib aparması, müsəlmanların etdiyi dua və cənazə namazı, Qiyamət günü Peyğəmbərimizin şəfaəti və sair səbəblər var ki, ümmətin ən xeyirliləri barədə digərlərindən daha əulədir.


Allah yanında əuləviyyət mizanını xatırlatmaq istəyirəm:

Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. (Hucurat-13)

Söylədiklərində həqiqət vardır, lakin bütün bunlar səhabənin hamısın 100% ədalətli olmasına dəlalət eləmir. Sadaladıqların Allahın bütün insanlara bəxş etdiyi rəhmət qapılarıdır.

Biz isə deyirik.

Ey Peyğəmbərin zövcələri! Sizlərdən hər kim açıq-aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat artar.(Əhzab-30)

Peyğəmbərin (s)zövcələri onu səhabələrdən çox görməklərinə baxmayaraq bu görmək və onunla birlikdə olmaq onları İlahi əzabdan xilas edə bilməz. Səhabələr göydən zənbillə düşməyiblər. Bütün ravilər kimi onlarında da həyatına baxıb cərh və tə`dili tətbiq etməliyik.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#264 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 08 ноября 2010 - 19:03

Əgər söz mənə çatırsa, onda biləsiniz mənim dinim Allah dedi, Rəsul dedidən ibarətdir.Əşhədu ən lə iləhə illəLLAh va əşhədu ənnə Muhammədən rasuluLLAh.


Təvazökar olma. Sənin və qardaşlarının dini İbn Teymiyyə və İbn Əbdül-Vəhhabın dinidir. Sadəcə olaraq dininizə Quran və Peyğəmbər donu geyindirmisiniz.

İbn Əbdul Vahhəb isə alimlərdən biridir, haqq söyləyirsə götürülür, xəta edirsə hesabı Allahadır.


Əlhəmdulillah İbn Teymiyyə də getdi, İbn Əbdül-Vəhhabda, sizdə gedəcəksiniz. Amma islam dini olduğu kimi qalacaqdır. Əgər fərqindəsinizsə İbn Əbdül-Vəhhab səhabələrin bə`zilərini kafir adlandırmışdı. Bu xətasına görə onu təkfir etmək fikriniz yoxdur?

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#265 сталь

сталь

    Raqib – Seargeant

  • Murid
  • 180 сообщений

Отправлено 09 ноября 2010 - 01:25

Mən vəhhabi deyiləm, eyniliklə siz özünüzü rafizi saymadığınız kimi..


Sizin özünüzü əsl şiə, sələfi, əhli-sünnə val-camaa və s. adlandırmanız sizi vəhhabilikdən çıxarmır. Şiə və sünnü alimlərinin sizi bu cür adlandırması ən azından müsəlman sünnülər ilə səhv salınmamağınıza əminlik yaradır.
Mən isə rafizinin lap zırındanam. Sizi də təqiyyə etməməyi və bizi rafizi hesab etdiyiniz halda şiə adlandırmamağa də`vət edirəm. Sərbəst olun!

Fəth surəsinin 5-ci ayəsində isə Allah Təalə həmin möminlərə cənnəti vəd etmişdir.Ümumiyyətlə Fəth surəsi başdan sonuna qədər həmin möminləri tərifləyir. Nə oldu ki, orada yalnız bir sözü tutdunuz? Məgər görmürsünüz ki,Allah Təalə orada möminləri neçə növ təriflərlə vəsf edib? Bir də ki,tutduğunuz şərt qoymaq məsələsi elə Peyğəmbərin özünə də qoyulub.

Səhabə bütünü müdafə edərkən Peyğəmbərə (s) dil uzatmağa cür`ət etdiyiniz zaman unutduğunuz ayələrdən bə`zilərini xatırlatmaq istəyirəm:
O, kefi istəyəni (havadan) danışmır.(Nəcm-3)
Həqiqətən də, sən böyük əxlaq sahibisən! (Qaləm-4)

Səhabələr necə, kefləri istədkilərini danışırdılarmı? Bəlkə Peyğəmbərin (s) mə`sum olduğunu da unutmusunuz ki, səhabələri onunla müqayisə edirsiniz?

O ki, qaldı Fəth surəsinin 5-ci ayəsinə təklif edirəm Fəth surəsinin 6-cı ayəsini də oxuyasınız və əz-Zəhəbinin söylədiyi kimi zahirdə müsəlman olub həmin dövrdə hamı tərəfindən və islam alimlərini tərəfindən səhabə hesab edilənlərə də əzab və`d edildiyinə baxasınız. Mö`minlərə və`d olunmuşlar həm səhabələrin içində olan mö`minlərə aiddir həm bizim. Bəlkə bunda da şübhə edirsiniz?
Yenə də deyirəm sizin dəlil kimi gətirdiyiniz Fəth-16-da ən yaxşı halda 1400 mö`mindən bey`ətləri səbəbinə Allah razı olmuşdur. Onların bey`ətlərini sındırıb-sındırmadığı məsələsi də var. Mən isə sizdən 100 minlərlə səhabənin doğru danışan, böyük günah etməyən, gözəl əxlaq sahibi olmalarının dəlilini istəyirəm.


Fəth surəsinin 6-cı ayəsini 11-15-ci ayələr ilə tutuşdurmağınız gərəkirdi.Axı 16-cı ilə 10-cı ayələri tutuşdura bildiniz.Yəni münafiqlər möminlərlə bir yerdə olmayıblar, ona görə də qənimət onlara düşmürdü.Baxın ayələrin xronoloqiyasına.
Peyğəmbərə isə mən dil uzatmamışam, Allah şahiddir, əksinə siz səhabələrə dil uzatdıqda sizə çatdırmaq istədim ki, siz başa düşdüyünüz şərt elə Peyğəmbərə də deyilib. Biz isə bunu belə başa düşmürük.Birdə ki, müqayisə Peyğəmbərin kulli vəsfini səhabə ilə bir tutmaq deyil, yalnız halı hala oxşatmaqdır.

Vəhhabi və ya Rafizi demək ən azından ədəbsizlikdir.Məhz bu baxımdan demirəm.Yoxsa, kafirlə söhbət etdikdə demək lazımdır "ey kafir"? Əgər kafirə ədəb cəhətdən deyilmirsə, baxmayaraq laiqdir, ondan yüngül cərimə daşayana necə?

257. Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.

#266 cafari

cafari

    Mulazzim – lieutenant

  • Murid
  • 306 сообщений

Отправлено 09 ноября 2010 - 07:45

İbn Əbdul Vahhəb isə alimlərdən biridir, haqq söyləyirsə götürülür, xəta edirsə hesabı Allahadır.



basa dusmadin abdul vahhab aziyyat cakib siza yeni aqida duzaldib indi deyirsan kihaqq soylasa goturulur. kim goturur?yeni aqida qoruyuculari?(islam dusmanlari).har xatasi ila ardinca gor na qadar kufir gatirir,masalan sizlar.

Сообщение отредактировал cafari: 09 ноября 2010 - 07:46

ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِير

#267 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 09 ноября 2010 - 11:32

Axı 16-cı ilə 10-cı ayələri tutuşdura bildiniz.

Yə`ni bu ayələrin tutuşdurulmasına, ümumiyyətlə bir-birini tamamlamasına e`tirazınız var?

Peyğəmbərə isə mən dil uzatmamışam, Allah şahiddir, əksinə siz səhabələrə dil uzatdıqda sizə çatdırmaq istədim ki, siz başa düşdüyünüz şərt elə Peyğəmbərə də deyilib.

Şərt bütün insanlara aiddir. Mə`sumlar isə məhz mə`sum olduqları üçün istisnadırlar. Bunu unutduğunuz üçün sizə xatırlatmağı lüzum gördüm.
Səhabələrə dil uzatmaq damğasını bizə vurmaqdansa bir az düşünün. Bə`zi səhabələrin törətdiyi bir çox eybəcərliklərə nəyə görə göz yummalıyıq? Nəyə görə onları cərh etməməliyik? Xüsusən də nəzərə alsaq ki, hədislərin ilk raviləri onlardır. Nəyə görə mümkün olduğu halda münafiq səhabəni, kafir səhabəni, yalançı və tamahkar səhabəni, yolunu azmış səhabəni mö`min səhabədən ayırmamalıyıq? Axı nəyə görə? Axı harada bildirilib ki, Peyğəmbəri (s) mücərrəd görüb-eşitmək insanı bütün pisliklərdən çəkindirir?

Vəhhabi və ya Rafizi demək ən azından ədəbsizlikdir.


Yəqinki sən bu sözünlə şiələri rafizi adlandıran bütün sünnüləri və vəhhabilərin ədəbsiz olduğunu nəzərdə tutursan.
Mənə görə ədədbsizlik vəhhabi olduğun halda özünü aid olmadığın məzhəblərə nisbət verməkdir. Sadə bir sual verirəm:

İbn Əbdül-vəhhabi vəhhabilərdən başqa islam aləmində alim hesab edən varmı?

P.S. Əgər şəxsən səni vəhhabi adlandırmağım səni narahat edirsə bəhsini davam etdirməyinə xatir bunu etmərəm.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#268 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 09 ноября 2010 - 11:47

Sadəcə 2 haqqı görən göz lazımdı ki, oxusun.

Gəl birlikdə oxuyaq!

Bidət əhli, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hovuzu haqqında dediyi hədisi əsas gətirirlər. Hədisdə deyilir: "(Mən Qiyamət günü hovuz başında olarkən) məni tanıyan və mənim tanıdığım bir qrup insanlar mənim yanıma gələcəklər. Lakin (mələklər) onları hovuzdan uzaqlaşdıracaqlar. Mən deyəcəyəm: onlar mənim səhabələrimdir, onlar mənim səhabələrimdir. (Mələklər) Mənə deyəcəklər: Sən, onların səndən sonra nə törətdiklərini bilmirsən[1]".


Bu cümləni anlamaq bu qədər çətindir? "Mən deyəcəyəm: onlar mənim səhabələrimdir, onlar mənim səhabələrimdir. (Mələklər) Mənə deyəcəklər: Sən, onların səndən sonra nə törətdiklərini bilmirsən"

Bizdə deyirik ki, səhabə kimi tanınan insanlar Peyğəmbərdən (s) sonra pis əməllər törətdilər. Onların əməl və sözlərinə inanmaq olmaz. Xüsusəndə Peyğəmbərin (s) adından danışırlarsa. Bax bu cür səhabələri mö`min səhabələrdən ayırmaq üçün onları cərh etməliyik.


Bu hədisin, sənəd və məzmun baxımından rəvayətləri çoxdur. Bəzi rəvayətlərdə deyilir: Mən hovuzun başında dayanıb yanıma gələnlərə baxdığım halda, bəzi insanların mənə yaxınlaşmasının qarşısı alınacaqdır. Mən deyəcəyəm: Ey Rəbbim, bunlar axı məndən, mənim ümmətimdəndirlər. Mənə deyiləcəkdir: Məyər sən onların səndən sonra nə etdiklərini bilmirsənmi! Allaha and olsun, səndən sonra az keçmədən dinlərindən üz çevirdilər. Hədis rəvayətçilərindən, İbn Ə bu Məlikə adlı bir nəfər deyir: Allahım, dinimizdən üz çevirməkdən (qorxub) sənə sığınırıq.


Bu hədisdə də açıq-aydın deyilir ki, Peyğəmbərdən (s) sonra səhabə və qeyri-səhabələrdən mürtəd oldular. Elə biz şiələrdə bunu deyirik. Peyğəmbəri (s) görmək onları mürtəd olmaqdan xilas etmədi.

İkinci rəvayətdə isə deyilir: "Mən hamınızdan əvvəl hovuzun başına gələcəyəm. Bir dəstə ilə mübahisə edib onlara qalib gələrək deyəcəyəm: Ey Rəbbim, onlar mənim səhabələrimdir, onlar mənim səhabələrimdir. Mənə deyiləcək: Sən, onların səndən sonra nə törətdiklərini bilmirsən. Bu iki hədisi Müslim səhih əsərində rəvayət etmişdir.


Yuxarıdakı söhbət.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#269 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 09 ноября 2010 - 12:22

Birinci cavab: Hədisdə deyilən səhabə sözü ilə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında İslamı təzahür edən münafiqlər nəzərdə tutulur. Bu haqda Allah təala buyurur: "(Ya Peyğəmbər!) Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz sənin, doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk! – deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbər olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir"[2].


Bizdə elə bunu deyirik ki, səhabə hesab edilən hər kəs mö`min deyil, içlərində hətta münafiqlərdə var. Odur ki, məcburən bütün səhabələrin Peyğəmbərdən (s) sonra törətdikləri əməllərə nəzər salmalıyıq ki, səhabə adlanan münafiqləri səhabə adlanan mö`minlərdən ayıraq.

Həmin o insanlar da, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) tanımadığı münafiqlərdir. Bunun təsdiqi olaraq Allah təala buyurur: "Ətrafınızdakı və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş (bu işdə mahir) münafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə (dünyada və qəbr evində) əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük əzaba uğrayacaqlar"[3].


Bəs biz bu ayədə nəzərdə tutulan münafiqlərin səhabə olduğunu dedikdə özünüzü öldürürsünüz. Bu münafiqlər Peyğəmbərin (s)zamanında səhabə donu geyinərək əsasən sakit dururdular. Elə ki Peyğəmbər (s) dünyadan getdi, onlar üçün münbit şərait yarandıqca özlərini biruzə verməyə başladılar. Bizdə tarix və hədislərlə onların bu əməllərini görə bilirik. Nəyə görə onları ələkdən keçirməməliyik?

Deyilən insanlar münafiqlər idilər. Amma Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onların səhabələrdən olduqlarını zənn edirdi. Amma əslində belə deyildi.


Siz və əz-Zəhəbinin dediyi kimi alimləriniz də onları hələ də mö`min səhabə zənn edirsiniz. Onlar Peyğəmbər (s) zamanında susurdular. Vəfatından sonra isə susmadılar. Siz və alimləriniz onların əməllərini görə-görə nəyinki onları aşkara çıxarmırsınız əksinə onların əməllərini ört-basdır etməklə mö`min səhabələrin içində gizlətmək istəyirsiniz. Niyə anlamırsınız ki, onlar sizə dana əti əvəzinə eşşək əti yedirirlər. Peyğımbərin (s) hədisi adı ilə uydurmaları sizə sünnə kimi soxuşdururlar.

İkinci cavab: Həmçinin hədisdə qeyd olunan insanlar, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfatından sonra mürtəd (İslamdan imtina edib kafir) olanlardır. Onun vəfatından sonra əksər ərəblər mürtəd oldular. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) "onlar mənim səhabələrimdir" – dediyi zaman, ona belə cavab veriləcəkdir: Sən, onların səndən sonra nə törətdiklərini bilmirsən. Sən onlardan ayrılandan sonra mürtəd oldular.


Bəs biz deyəndəki əksər ərəblər mürtəd oldular siz özünüzü öldürürsünüz. Biz hələ sizdən insaflı deyirik. Deyirik ki, onlar dindən dönmədilər müsəlman olaraq qaldılar lakin əhdlərinə vəfa etmədilər.

Üçüncü cavab: Burada deyilən səhabə sözü, ümumi məna daşıyan bir ifadə kimi işlədilmişdir. Yəni, Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) itaət etmədən onunla yoldaşlıq edən hər kəsə aiddir. Belə olan təqdirdə həmin insanlar səhabə sözünü şəriət baxımından mənasına daxil deyillər. Buna dəlalət edən məqam budur. Demək, Mədinə şəhərində münafiqlərin başçısı sayılan, Abdullah ibn Ubeyy ibn Səlul bu sözləri: “Əgər biz (Bəni Müstəliq vuruşundan) Mədinəyə qayıtsaq, ən güclülər (ən şərəflilər – münafiqlər) ən zəifləri (ən həqirləri – Peyğəmbəri və ona iman gətirənləri), əlbəttə, oradan çıxardacaqlar!” – dediyi zaman bu sözlər Ömərə (Allah ondan razı olsun) çatır və o deyir: Ey Allahın elçisi, qoy bu münafiqin başını bədənindən ayırım! Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Onunla işin yoxdur. Sonra deməsinlər ki, Məhəmməd öz səhabələrini öldürür"[4]. Bu məqamda Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onu öz səhabəsi olaraq qeyd edir. Lakin burada səhabə sözü, şərii mənaya görə deyil, lüğəti mənaya görədir. Çünki Abdullah ibn Ubeyy ibn Səlul münafiqlərin başçısı sayılırdı. Allah təala tərəfindən ifşa edilən bu insan, öz münafiqliyini açıq-aşkar bildirirdi.


Bizdə elə bunu deyirik. Peyğəmbər (s) münafiqi tanıdığı halda belə onunla müsəlman kimi rəftar edirdi. Sizdə özünüzü öldürürsünüz ki, əgər Peyğəmbər (s) bilirdisə filankəs münafiqdir niyə ona filan şeyi eləmədi?

Dördüncü cabab: Ola bilər burada səhabə sözü, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yoluna riayət etməklə ona yoldaşlıq edən, onu görənlərin və görməyənlərin hamısına aiddir. Bu mənaya hədisin digər rəvayətində deyilən, "onlar mənim ümmətimdəndir, onlar mənim ümmətimdəndir" sözləri dəlalət edir. O ki, qaldı Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onları tanımasına, artıq özü bu haqda xəbər verərək demişdir: "(Qiyamət günü) Mən bu ümməti tanıyacağam". Odan soruşurlar: Ey Allahın elçisin, sən axı onları görməmisən, necə tanıyacaqsan? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyir: "Mən onları dəstəmaz izlərindən tanıyacağam"[5]. Bu mənanı təkid edən məqam, İbn Ə bu Məlikə adlı bir nəfər tabiinin bu sözləridir: Allahım, dinimizdən üz çevirməkdən (qorxub) sənə sığınırıq.


Həttə sizin səviyyənizə düşüb bu cür mə`nanı belə qəbul etsək belə səhabələr bu qrupun içinə daxildirlər.

Bunu yalnız rafizilər Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinin mürtəd olmaları haqda dəlil olaraq önə çəkirlər.


Çünki rafizilər sizin kimi özünü korluğa vurmayıb. Siz bir yandan deyirsiniz əksər ərəblər mürtəd olublar digər tərəfdən də rafizilərə dil uzadırsınız.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#270 сталь

сталь

    Raqib – Seargeant

  • Murid
  • 180 сообщений

Отправлено 09 ноября 2010 - 18:03

Vəhhabi və ya Rafizi demək ən azından ədəbsizlikdir.


Yəqinki sən bu sözünlə şiələri rafizi adlandıran bütün sünnüləri və vəhhabilərin ədəbsiz olduğunu nəzərdə tutursan.
Mənə görə ədədbsizlik vəhhabi olduğun halda özünü aid olmadığın məzhəblərə nisbət verməkdir. Sadə bir sual verirəm:

İbn Əbdül-vəhhabi vəhhabilərdən başqa islam aləmində alim hesab edən varmı?

P.S. Əgər şəxsən səni vəhhabi adlandırmağım səni narahat edirsə bəhsini davam etdirməyinə xatir bunu etmərəm.


Necə olur ki, mötəzili, əşari, zahiri və bəzi şiə alimlərini alim sayır Muhəmməd bin Əbdul Vəhhabı alim saymırlar.Siz yəgin sünni mənbələri ilə az tanışsınız. Alim qəbul etmək onun bütün əqidəsini götürmək demək deyil. Vəhhabi-Rafizi söhbətinə gəldikdə ədəbsizlik insanın üzünə söyməkdir, bir halda ki, o sizə qarşı təhqir mövqei tutmayıb. Mən yenədə təkrarlayıram, kafirlə mülaim dialoq apararkan, nə dərəcədə düzgün sayılır onu ey kafir deyə çağırasan?

257. Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru