Əhli-sünnənin səhabələr barəsində etiqadı
#181
Отправлено 24 октября 2010 - 02:00
Bu iftiraya cavab vermək istəmirdim,lakin sizin israrla eyni şeyi təkrar etdiyiniz camaatda səhv təsurat oyada bilər.Məsələnin mühümlüyünə görə və həmçinin dəfələrlə təkrar olduğu üçün cavab vermək məcburiyyətindəyik.Gəlin gətirdiyiniz sslkaya nəzər salaq:
باب خوف المؤمن من أن يحبط عمله وهو لا يشعر وقال إبراهيم التيمي ما عرضت قولي على عملي إلا خشيت أن أكون مكذبا وقال ابن أبي مليكة أدركت ثلاثين من أصحاب النبي صلى الله عليه وسلم كلهم يخاف النفاق على نفسه ما منهم أحد يقول إنه على إيمان جبريل وميكائيل ويذكر عن الحسن ما خافه إلا مؤمن ولا أمنه إلا منافق وما يحذر من الإصرار على النفاق والعصيان من غير توبة لقول الله تعالى ولم يصروا على ما فعلوا وهم يعلمون
Bir möminin xəbəri olmadan əməlinin puç olmasından qorxmağı haqqında fəsil.
İbrahim ətTeymi belə dedi: "Mən hər dəfə dediyim sözü etdiyim əməl ilə uyğunlaşdırdıqda özüm üçün yalançı olmağlmdan qorxurdum." İbn Əbu Muleykə belə dedi: "Peyğəmbərin 30 səhabəsini gördüm,hər birisi özü üçün nifaqdan qorxurdu və heç birisi iddia etmirdi ki,Cəbrailin,Mikailin imanı dərəcəsindədir." Həsəndən zikr olunur : "Ondan(nifaqdan) yalnız mömin qorxar,münafiq isə ondan(nifaqdan) yalnız əmin qalar və heç də tövbəsiz nifaqı və üsyanı üzərində israrlı qalmağından həzər etməz.Buna Allah Təalənin bu sözü şahiddir: "Bildikləri halda etdikləri(pis əməl) üzərində israrla durmazlar."
SubhənAllah!Mən hər bir münsifi şahid durmağa çağırıram.Harada görürsünüz səhabələrin münafiqliyini?Vallahi, özü üçün nifaqdan qorxan,yalnız mömin ola bilər.Kim bu əsərdən zənn edir ki,İbn Əbu Muleykə səhabələri münafiq görürdü,onda o Əsfəhu-sufəhadır.Necə olur ki də,o Əlini (Allah ondan razı olsun)də görüb..Kim zənn edə bilər ki İbn Əbu Muleykə onu münafiq görüb?SubhənAllah!Əlbətdə bu yalnız iftiradır.Heç kəs özü özünə münafiq olmasını etiraf etməz,çünki münafiq elə odur ki,bu xisləti gizlətsin.
Digər ssılkanın isə mövzuya aid olması mənə aydın olmadı.Orada Huzeyfə bin Yəmənin bioqrafiyası yazılıb vəssəlam..
#182
Отправлено 24 октября 2010 - 17:31
Sən yazmısan ki:
Yəgin Umm Sələmənin hədisini deyirsiniz.Orada zikr olunur ki,Ömər soruşduqda Umm Sələmə deyir sən onlardan deyilsən(yəni münafiqlərdən).Bu hədis bizim səhabələr barədə mövqemizi qüvvətləndirir və bildirir ki,Allah rəsulu münafiqləri tanıyırdı.Buna şahid digər hədislər də var,məsələn Huzeyfə bin Yəmənin münafiqləri ad-ba-ad tanıması və s..
Mən yazmışam ki:
Ömər Hüzeyfədən soruşub. 30 münafiqi isə ibni Məleykə tanıyıb.
Sən yenə yazmısan ki:
Bu ucuz bir iftiradır..Cavab verməyə deyməz..
Mən də hədisləri gətirdim ki, Hüzeyfə yox ibn Məleykə münafiqləri tanıyırdı. Və Ömər Ümmü Sələmədən yox Hüzeyfədən soruşub.
O ki qaldı İbn Məleykənin rəvayət edtdiyi hədisə, öz tərcümənə özün bir də bax: Peyğəmbərin 30 səhabəsini gördüm,hər birisi özü üçün nifaqdan qorxurdu
Hüzeyfənin tərcümeyi-halında məhz Ömərin Hüzeyfədən soruşması yazılıb. Daha sən deyən kimi Ümmü Sələmədən yox.
Təfsirinə isə yalnız cahiliyyə dövrünün cahilləri həsəd apara bilərlər
اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای
#183
Отправлено 25 октября 2010 - 09:17
1.İbn Əbu Muleykə hədis rəvayət etməyib,öz sözlərini deyib.Neyi tərcümə etdiyimi də çox gözəl bilirəm,sadəcə görürəm tərcüməni tam oxumağa təmbəllik etdiniz,ya da oxumamış kimi özünüzü aparırsınız.
2.Umm Sələmənin hədisini siz özünüz gətirdiniz,mən isə işarə etdim ki,bu hədis əslən necədir.
3.Huzeyfə bin Yəmənə münafiqlərin adını Allah rəsulu bildirmişdi,Ömər isə həm onun həm də Umm Sələmənin yanına gedib soruşub və hər ikisi deyib ki,sən onlardan deyilsən.Bu artıq dərəcədə subut edir ki,Ömər münafiq olmayıb.Lakin nifaqdan qorxmaq hər möminin sifətlərindəndir,necə ki,yuxarıdaki tərcümədə qeyd etdim.
#184
Отправлено 25 октября 2010 - 11:58
Bele basha dushdumki ebu bekr momin olmayib.momin olsa idi,nifaqdan qorxaraq gedib ozunu munafiqlerin siyahisinda axtarardi,neceki omer axtarirdi.Ömər münafiq olmayıb.Lakin nifaqdan qorxmaq hər möminin sifətlərindəndir,necə ki,yuxarıdaki tərcümədə qeyd etdim.[/font][/size][/b]
#185
Отправлено 25 октября 2010 - 14:31
Ümumiyyətlə, birinci ədalətin nə olduğunu bizə izah edin. Sizə görə ədalət nədir? Bir insanın ədalətli olması üçün nələrə ehtiyacı var?
...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!
313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ
Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!
#186
Отправлено 25 октября 2010 - 23:02
Səhabələri söymək, onlara dil uzatmaq və bunun hökmü
Səhabələri söymək, onlara dil uzatmaq bir neçə növə bölünür və hər bir növün də özünə xas hökmü vardır.
Söymək, onlara dil uzatmaq – yəni onları aşağı görmək, təhqir etmək, dəyərlərini kiçiltmək deməkdir. Və bu da lənət, ləkə yaxmaq və bu kimi şeylərlə müxtəlif etiqadlı insanların ağılları ilə başa düşülən təhqirlərdən ibarətdir. (Əssarimul məslul səh. 571. (ibn Teymiyyə)) Səhabələri söymək, onlara dil uzatmaq biri-birindən şərli olan müxtəlif təbəqələrdən ibarətdir, kimisi onlara küfr və fasiqlikdə ittiham edərək dil uzadır, kimisi dünyəvi işlərdə, misal üçün xəsislik və ya dar düşüncəlikdə ittiham edərək dil uzadır. Bu da ya səhabələrin hamısına, ya onların çoxuna, ya onların bəzilərinə, ya da onlardan bir nəfərə aid olur. Bu bir nəfər də ya fəziləti barəsində quran və sünnədə çoxlu dəlillər varid olmuş kəs olur və ya bundan aşağı olan kəs olur.
İndi isə bütün bu qisimlərin hökümlərinin izah edək:
Səhabələrin hamısını və ya çoxunu küfür, mürtədlik və fasiqlikdə söymək
Aşağıda gələn şeylərə görə bunu deyən kəsin küfründə heç bir şəkk yoxdur:
Bu sözün mənası budur ki, kitab və sünnəni nəql edənlər kafir və fasiqlərdir. Və bununla da quran və hədislərə şəkk olunur, çünki nəql edənə tənə etmək nəql olunana tənə etməkdir.
Həqiqətən bunda quranın səhabələrdən razılıq və onları tərif dəlillərini yalanlamaq vardır. (Quran və sünnə naslarından hasil olan elm qəti şəkildə onların fəzilətini göstərir. (Ərraddu alərrafida səh. 19)). Və kim qəti dəlil olan şeyi inkar edərsə artıq o, küfür edir.
Həqiqətən bunda peyğəmbər sallallahu aleyhi və səlləmə əziyyət vardır. Çünki onlar peyğəmbər sallallahu aleyhi və səlləmin əshabı idilər.
#187
Отправлено 28 октября 2010 - 12:09
Ona görə sənin bu posta yazdıqlarını vur divara.Təzədən fikirləş və yaz.
#188
Отправлено 28 октября 2010 - 22:37
#189
Отправлено 29 октября 2010 - 03:03
Bele basha dushdumki ebu bekr momin olmayib.momin olsa idi,nifaqdan qorxaraq gedib ozunu munafiqlerin siyahisinda axtarardi,neceki omer axtarirdi.Ömər münafiq olmayıb.Lakin nifaqdan qorxmaq hər möminin sifətlərindəndir,necə ki,yuxarıdaki tərcümədə qeyd etdim.[/font][/size][/b]
Bu minval ilə getsəniz gərək Əlini də spisokdan çıxarasınız,amma...
#190
Отправлено 29 октября 2010 - 03:09
Fəth,18; Hədid, 10; Ənbiya 101-103; Həşr, 8-9; Ali İmran 110; Bəqərə, 143 heç biri sizin iddia etdiyiniz kimi səhabənin ədalətinə dəlil ola bilməz!!!
İsbat edilib, bir daha isbat ediləcək.
Ümumiyyətlə, birinci ədalətin nə olduğunu bizə izah edin. Sizə görə ədalət nədir? Bir insanın ədalətli olması üçün nələrə ehtiyacı var?
Birinci özünüzə əziyyət verib isbat etməmişdən öncə imamətin Quranda mövcud olmasını göstərin,ondan sonra onların məsum olmasını,sonra onlarsız qalmağın mümkünsüslüyünü və nəhayət sonuncu imamın vəsflərini bildirin..
Səhabələrdən isə Allah Təalə razıdır və onlarda Ondan razıdır.Elə bu kifayətdir..
#191
Отправлено 29 октября 2010 - 03:50
Bu minval ilə getsəniz gərək Əlini də spisokdan çıxarasınız,amma...
Ay yezid,kim ki Əhli beytə dil uzadıb xeyir tapib ki,səndə tapasan?Özüdə yazanda belə yaz( Hz.Əli(ə.s.) qandun yoxsa yenə qandıraq?
Öz lənətə qəlmişlərinlə Hz.Əlini(ə.s.) bir eləmə,onlar hec Onun ayağının altının qabarının tozuda ola bilməzlər.
Hz.Əlinin(ə.s.) adı spisokda yox,Ərşin altında yazılıb ay bədbəxt.
- MirMustafa это нравится
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"
#192
Отправлено 29 октября 2010 - 11:23
Ay müsəlman,ibn Teymiyyənin dediklərində ziddiyyətlər var.Bir tərəfdən səhabələrə dil uzatmağı haram bilir.O biri tərəfdən Hz Əli haqda gör nələr yazır.məsələn;O deyir: “İnsanların çoxu Əli (ə)-ı adil hesab etmirdi.Ona görə xəvariclər onu kafir bilirdilər.Osmanin tərafdarları deyir: “O, Osmana zülm edən kəslərdən idi.” Habelə Əlinin əhli-beyti deyir: “Əli insaflı olmayıb.” Ona görə Əlinin öz tərəfdarlarına qarşi göstərdiyi ədalət nəinki Ömərin ədalətinə çatmaz, hətta yaxın da olmayıb.”(Minhacus-sunnə,c.6.s.18)Səhabələri söymək, onlara dil uzatmaq və bunun hökmü
Səhabələri söymək, onlara dil uzatmaq bir neçə növə bölünür və hər bir növün də özünə xas hökmü vardır.
Söymək, onlara dil uzatmaq – yəni onları aşağı görmək, təhqir etmək, dəyərlərini kiçiltmək deməkdir. Və bu da lənət, ləkə yaxmaq və bu kimi şeylərlə müxtəlif etiqadlı insanların ağılları ilə başa düşülən təhqirlərdən ibarətdir. (Əssarimul məslul səh. 571. (ibn Teymiyyə)) Səhabələri söymək, onlara dil uzatmaq biri-birindən şərli olan müxtəlif təbəqələrdən ibarətdir, kimisi onlara küfr və fasiqlikdə ittiham edərək dil uzadır, kimisi dünyəvi işlərdə, misal üçün xəsislik və ya dar düşüncəlikdə ittiham edərək dil uzadır. Bu da ya səhabələrin hamısına, ya onların çoxuna, ya onların bəzilərinə, ya da onlardan bir nəfərə aid olur. Bu bir nəfər də ya fəziləti barəsində quran və sünnədə çoxlu dəlillər varid olmuş kəs olur və ya bundan aşağı olan kəs olur.
İndi isə bütün bu qisimlərin hökümlərinin izah edək:
Səhabələrin hamısını və ya çoxunu küfür, mürtədlik və fasiqlikdə söymək
Aşağıda gələn şeylərə görə bunu deyən kəsin küfründə heç bir şəkk yoxdur:
Bu sözün mənası budur ki, kitab və sünnəni nəql edənlər kafir və fasiqlərdir. Və bununla da quran və hədislərə şəkk olunur, çünki nəql edənə tənə etmək nəql olunana tənə etməkdir.
Həqiqətən bunda quranın səhabələrdən razılıq və onları tərif dəlillərini yalanlamaq vardır. (Quran və sünnə naslarından hasil olan elm qəti şəkildə onların fəzilətini göstərir. (Ərraddu alərrafida səh. 19)). Və kim qəti dəlil olan şeyi inkar edərsə artıq o, küfür edir.
Həqiqətən bunda peyğəmbər sallallahu aleyhi və səlləmə əziyyət vardır. Çünki onlar peyğəmbər sallallahu aleyhi və səlləmin əshabı idilər.
İbni Teymiyyənin Əli (ə)in cihadları barəsində deyir: “ Əli (ə) insanları özünə təslim edib,can və mallarını ələ keçirmək üçün vuruşurdu.Belə olan halda biz necə deyə bilərik ki, Əli (ə) ın müharibələri din uğrunda və dinə xatir idi? Və hər kəs bu dünyada fəsadı istəyənlərdən olsa, Axirətdə səadət əhlindən olmaz.”(bu söz Əli (ə) a işarədir)(Minhacus-sünnə,c.8,s.329 və c 4,s500)
Mən hələ Hz Əlini Ən azından səhabə kimi qeyd edirəm,amma Onun üstümüzdə nə qədər haqqı var onu tək ALLAH bilir.
Qaldı kənarda durub oxumağa,bilirsən ,mənalı bir şey yaz oxuyaq,yoxsa ki,sən nəsibi "kafan"a gələni yazacaqsan, biz də sakit durub qulaq asacağıq?!?!?!AY SƏN Ö.......
- MirMustafa это нравится
#193
Отправлено 29 октября 2010 - 14:48
Sende bu minvalla zindig oldugunu subut eledin!Bu minval ilə getsəniz gərək Əlini də spisokdan çıxarasınız,amma...
#194
Отправлено 29 октября 2010 - 22:50
Bir əqidədə ki, ibn Teymiyyə kimi ifratçılardan(ən yaxşı halda) və Muhəmməd b. Əbdul-Vəhhab kimi doğru-dürüst savadı olmayan məxluqlardan sitatlar gətirilir......
"Səhabə" sünnü alimlərinin yaratdığı bir bütdür. Heç bir vəchlə onu sındırmağa imkan verməzlər. "Səhabə" "əhli-sünnə peyğəmbər"i ilə əhli-sünnə hədis alimləri arasında ilk və ən mühüm bənddir. Əhli-sünnənin sünnə adlandırdığı məfhumun yaradıcıları ilk növbədə səhabələrdir. Məhz buna görədə əhli-sünnə alimləri səhabələrin ört-basdır edə bilmədikləri küfrlərini, nifaqlarını, yalanlarını, cinayətlərini, xətalarını və s. ictihad adlandırırlar. Məhz bu səbəbə hədislərin mətnlərində həqiqət əvəzinə "bu cür", "filankəs" və s. kimi mucməl kəlmələrdən istifadə edirdilər. Guya öz aləmlərində səhabələrin eyiblərini ört-basdır edidilər. Əslində isə xəyanətin ən böyüyünü edirdilər. Bunu anlamaq o qədər də çətin deyil.
Nə qədər də gülüncdür. Yüz minlərlə insanın hamısı ədalətli olublar. Ağlı başında olan, Quranı oxuyan, əvvəlki peyğəmbərlərin (a.s.) ətrafındakı insanların əhvalı ilə tanış olan və ən əsas kor təəssübdən uzaq olan bir kəs bu cür cəfəngiyyatı qəbul etməz.
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#195
Отправлено 30 октября 2010 - 00:03
62. Əgər onlar (düşmənlər) səni aldatmaq istəsələr, bil ki, sənə Allah yetər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi.
63. Allah onların qəlblərini birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir.
64. Ey Peyğəmbər! Sənə və sənin ardınca gedən möminlərə Allah kifayət edər.
65. Ey Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Əgər aranızda iyirmi səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar anlamayan adamlardır.
66. İndi Allah sizin yükünüzü yüngülləşdirdi. Çünki O, sizdə zəiflik olduğunu bilirdi. Əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər aranızda min səbirli kişi olsa, Allahın izni ilə kafirlərdən iki mininə qalib gələr. Allah səbir edənlərlədir. Ənfal 62-66. Ayələrdən göründüyü kimi Allah təalə səhabələrin qəlblərini birləşdirmiş, onları bir-birinə qardaş etmiş, bütün işlərində onlara kifayət olmasını bildirmiş, onların yüklərini yüngülləşdirmiş, onları mömün adlandırmış, onlare səbr etdikdə Öz yardımı, gücləndirməsi ilə onlarla olmasını xəbər vermişdir.
#196
Отправлено 30 октября 2010 - 00:17
Ayələrə cavab verin
#197
Отправлено 30 октября 2010 - 01:24
Nə qədər də gülüncdür. Yüz minlərlə insanın hamısı ədalətli olublar. Ağlı başında olan, Quranı oxuyan, əvvəlki peyğəmbərlərin (a.s.) ətrafındakı insanların əhvalı ilə tanış olan və ən əsas kor təəssübdən uzaq olan bir kəs bu cür cəfəngiyyatı qəb[/size][/font]ul etməz.
Gülüncdürsə,onda oturun millionlarla şiə müctəhidlərinə gülün,çünki onlara imam zamandan vəhylər gəlir,deməli onlar da elə məsumdurlar..
#198
Отправлено 30 октября 2010 - 06:48
gorursan ki burda sobat momunlardan gedir daha ahda vafasizdiq edan, beyati pozan,vasiyyati pozan ,xilafat ucun ahdi pozan va s...62. Əgər onlar (düşmənlər) səni aldatmaq istəsələr, bil ki, sənə Allah yetər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi.
63. Allah onların qəlblərini birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir.(momunlara aiddi)
64. Ey Peyğəmbər! Sənə və sənin ardınca gedən möminlərə Allah kifayət edər.
65. Ey Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Əgər aranızda iyirmi səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar anlamayan adamlardır.
66. İndi Allah sizin yükünüzü yüngülləşdirdi. Çünki O, sizdə zəiflik olduğunu bilirdi. Əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər aranızda min səbirli kişi olsa, Allahın izni ilə kafirlərdən iki mininə qalib gələr. Allah səbir edənlərlədir.
#199
Отправлено 30 октября 2010 - 13:08
Ayələrə cavab verin
Sən burada monoloq söyləməyə gəldiyin halda cavabın sənə və sənin timsalında vəhhabilərə heç bir əhəmiyyəti yoxdur. İlk yazılarımdaca təklif etdim ki, "dəlillərinizi" bir-bir yazın müzakirə edək. Sizlər isə qulağınızı yumub ağzınızı açdınız. Verilən suallara cavab nədir heç reaksiya vermədiniz.
Sadə sualımı bir daha təkrar edirəm. Hansı ayəyə əsasən yüz minlərlə səhabələrin hamısının, 100%, istisnasız olaraq ədalətli olduğunu iddia edirsiniz?
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#200
Отправлено 30 октября 2010 - 13:12
Gülüncdürsə,onda oturun millionlarla şiə müctəhidlərinə gülün,çünki onlara imam zamandan vəhylər gəlir,deməli onlar da elə məsumdurlar..
Deməli- yeməliləri özünə saxlayıb, zəhmət olmasa mövzuya aid sadə bir suala cavab ver:
Hansı ayəyə əsasən yüz minlərlə səhabələrin hamısının, 100%, istisnasız olaraq ədalətli olduğunu iddia edirsiniz?
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#201
Отправлено 30 октября 2010 - 14:02
#202
Отправлено 30 октября 2010 - 18:14
Müctehidlərə dil uzatmağını isə klounluq kimi qiymətləndirirəm.
Yazdığı cəfəngiyyat stalın səviyyəsini tə`yin etməyə yetərlidir.
Gülüncdürsə,onda oturun millionlarla şiə müctəhidlərinə gülün,çünki onlara imam zamandan vəhylər gəlir,deməli onlar da elə məsumdurlar..
Bəlkə müvəkkilindən öncə sadə suala sən cavab verəsən:
Hansı ayəyə əsasən yüz minlərlə səhabələrin ha-mı-sı-nın, 100%, is-tis-na-sız olaraq ədalətli olduğunu iddia edirsiniz?
- al-Islam и master_ier это нравится
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#203
Отправлено 30 октября 2010 - 21:05
mənim belə şeylərdən başım çıxmır.
Əhli-sünnənin "Səhabələr" bütündən başın çıxırsa əl-Fəthə bül-bül kimi cavab verdiyin kimi mənimdə sadə sualıma cavab ver:
Hansı ayəyə əsasən yüz minlərlə səhabələrin ha-mı-sı-nın, 100%, is-tis-na-sız olaraq ədalətli olduğunu iddia edirsiniz?
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#204
Отправлено 30 октября 2010 - 22:52
sənə məsləhət verirəm ctalnan işin olmasın yoxsa baltalıyıb kəsər səni. Bir özün baxda sən hara O hara. Get muştehidlərin gəlsin
Baho... Vallah, göründüyü kimi da həyanızı da itirmisiz. Abu Sufyan Orudusu qardaşımız sizi biyabır eləməkdən yoruldu, amma siz abrınızın getməyindən yorulmadız.
P.S. Maşallah qardaşım! Allah elmini kamil eləsin, batilin gözü çıxartmaqda sənə daha güc versin!
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)#205
Отправлено 31 октября 2010 - 16:48
gorursan ki burda sobat momunlardan gedir daha ahda vafasizdiq edan, beyati pozan,vasiyyati pozan ,xilafat ucun ahdi pozan va s...
Elə həmin mömünlər səhabələrdir. Allah təalə onlarla peyğəmbər sallallahu aleyhi və səlləmi qüvvətləndirib, Alah təalə elə həmin mömünlər barəsində deyir ki, yer üzündə olanları sərf etsəydin onların qəlblərini birləşdirə bilməzdin, lakin Allah onların qəlblərini birləşdirdi. Sizin qəlblərinizdə səhabələrə qarşı olan həsədiniz sizə haqqı haqq kimi görməyə mane olur. Bu həsəd Adəmin bir oğlunun digərinə olan həsədi kimidir.Mən yazacam siz oxuyun. Görürəm danışanda ..............
#206
Отправлено 31 октября 2010 - 16:52
Əhli-sünnənin "Səhabələr" bütündən başın çıxırsa əl-Fəthə bül-bül kimi cavab verdiyin kimi mənimdə sadə sualıma cavab ver:
Hansı ayəyə əsasən yüz minlərlə səhabələrin ha-mı-sı-nın, 100%, is-tis-na-sız olaraq ədalətli olduğunu iddia edirsiniz?
Btün bu ayələr səhabələrin adilliyi barəsində, onların tərifi, onlardan Allahın razılığı barəsində və sair üstünlükləri barəsində nazil olmuşdur. Lakin qəlblərinizdə olan kilid bunu görməyə mane olur. Mən yazaram sən oxu.
#207
Отправлено 31 октября 2010 - 22:58
Hansı ayəyə əsasən yüz min-lər-lə sə-ha-bə-lə-rin ha-mı-sı-nın, 100% is-tis-na-sız olaraq ədalətli olduğunu iddia edirsiniz?
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#208
Отправлено 31 октября 2010 - 23:23
اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای
#209
Отправлено 31 октября 2010 - 23:36
ЛАББЕЙК ЙА ХУСЕЙН!!
www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549
#210
Отправлено 31 октября 2010 - 23:42
Mürtəd olan əshab da Cənnətlikdir?
Qardaş, bunlardan olsa onda Nəmrud, Firon, Ariel Şaron, Yəzid və Müaviyyə də (Allah ali Yəzidə lə`nət eləsin) Cənnətlikdir.
Количество пользователей, читающих эту тему: 0
0 пользователей, 0 гостей, 0 скрытых пользователей