Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi
#31
Отправлено 13 декабря 2010 - 12:06
#32
Отправлено 13 декабря 2010 - 13:25
#33
Отправлено 14 декабря 2010 - 16:48
Bismillah,zordu eeee,ermenilerde baxib deyir bu da azerbaycanlilar,daha dogrusu Azerbaycan.Butun dunyanin qebul etdiyi bir seyi qadagan edir ve ustelik bu ise qarsi cixanlara da zor tetbiq edirler.Allah onlara da,bunlara da lenet elesin.http://www.youtube.com/watch?v=_Gjw3E3iB08&feature=related
#34
Отправлено 14 декабря 2010 - 16:52
Bismillah,qardas ora getmeye biler.Sohbet bu meseleye bigane qalmaqdan gedir,yeni veclerine olmamaq.Axi vahhabilere serf edir:geyindirirler yoldaslarini qapqara,ise getdi yoxdu,ders oxudu yoxdu,pul da ki,Seudiyyeden gelir deee.Oturun evde,heee evde de televizora baxdi yoxdu!))Amma ora ehli-sunneden ve qeyri-dindarlardan da gelen olub,o kesler ki,qizlari hicablidir!!!Əxilərnən uxtilərin susmağı şiələrin hagg yolda olmasını bir daha sübut edir.
Yəqin onlar misirin bu qərarı ilə artıq razılaşıblar və əxilərindən fətva gözləyirlər ki,başlarını acsınlar ya yox.
Amma əslində onların məntiqi ilə baxsaq acmalıdırlar,cünki onların imamları bunu deyir.
HARDASIZ EY NAMUSDAN DƏM VURAN, SAXAB SAXAB DEYƏN ƏXİLƏR???ANALARINIZIN,BACILARINIZIN,ZÖVCƏLƏRİNİZİN BAŞINDAN HİCABI ACIRLAR!!! ÖLMÜSÜZ ???
SUSMAQ RAZILIQ ƏLAMƏTİDİR ????????????
Sen gelmushdun?
#35
Отправлено 14 декабря 2010 - 17:38
Сообщение отредактировал katala: 14 декабря 2010 - 17:48
#36
Отправлено 15 декабря 2010 - 11:09
İlahiyyatçılar dini kəsimə müraciət etdi: “Siz əziz inanclılara çağırış edirik ki, təxribatlara yol verməmək üçün Tasua-Aşura günlərində hər hansı formada hicabla bağlı etiraz aksiyası keçirilməsin”
Ölkənin dini kəsiminin əksəriyyətini təmsil edən bir qrup ilahiyyatçı inanclı topluma müraciət etmişdir. Müraciətdə bildirilir:
“Əziz bacı və qardaşlar!
Məhərrəm ayının ongünlüyünü yaşayırıq. Tasua-Aşura ərəfəsindəyik. Bu günlərin müqəddəsliyi və hər bir Azərbaycan insanı üçün önəmliliyi hər kəsə aydındır. Bu müqəddəs duyğular tarixin qanlı-qadalı imtahanlarından keçib. Hətta Sovetin ən ağır günlərində də xalqımız bu günləri bir ümumxalq hüzn dönəmi olaraq keçirmişdir.
Çox böyük əfsuslar olsun ki, bu günlərdə anlaşılmayan, çoxlu sayda suallar doğuran hadisələr baş verməkdədir. Biz bunun şahidiyik ki, hansısa islamofobik qüvvələr bu həssas günlərdə dəfələrlə cəmiyyətin inanclı kəsimi üçün ən müqəddəs, ən heysiyyat tutumlu mövzulara toxunurlar. Bu həssas dönəmdə hicab mövzusu artıq müəyyən məmurların seçdiyi bir hədəfə çevrilib və bu mövzu ətrafında süni və məqsədyönlü ajiotajın yaradılması aşkar sezilir. Son günlərdə ardıcıl surətdə məktəblərdə hicab mövzusu ilə bağlı əsassız çıxışların edilməsi, bunun qıcıq yaradacaq formada edilməsi və bu çıxışların artıq bəzi telekanallar tərəfindən də geniş tirajlanması onu göstərir ki, inanclı insanların təxribatlara çəkilməsi ilə bağlı ciddi proses gedir. Kimlərsə Tasua-Aşura günlərində dəyərli inanclıları təxribatlara çəkməklə bağlı məqsədyönlü addımlar atır, inanclıların müqəddəs duyğularının təbii təzahürlərindən sui-istifadə edərək, dini etiqad azadlığı ilə bağlı köklü pisləşməyə rəvac vermək istəyirlər. Məsələnin təhlili göstərir ki, geniş və fundamental bir təxribat yönündə işlər gedir.
Bütün bunları nəzərə alaraq, Uca Allah qarşısında, toplum qarşısında məsuliyyətimizi dərk edərək, biz heç də sadə olmayan bir çağırışla bütün inanclı kəsimə müraciət etməyi qərarlaşdıq. Siz əziz inanclılara müraciət edirik və çağırış edirik ki, Tasua-Aşura günlərində təxribatlara imkan verməmək üçün hicabla bağlı hər hansı formada etiraz aksiyası keçirilməsin.
Əzizlərimiz, təxribatlara imkan yaratmamaq üçün Tasua-Aşura günlərində hicab mövzusu ilə bağlı hər hansı küçə aksiyasında iştirak etməyiniz. Bu, bizim ümumi məsuliyyətimizdir. Bəsirətlilik, geniş nəzərlilik tələb edir ki, hər vəziyyətə uyğun müvafiq qərarlar qəbul edilsin.
Hicab – namaz kimi, oruc kimi dini vacibatdır, Allah Təalanın buyuruşudur. Bu məsələdə mövqe birmənalıdır və heç bir halda bu məsələdə digər fikir ola bilməz. Bu, Konstitusiyamızla, qanunlarla inanclılara verilən vicdan azadlığının ayrılmaz tərkib hissəsidir. Bəzi məmurların nə deməsindən asılı olmayaraq, dövlətimiz inanclıların bu hüququnu tanımışdır və hazırda bu hüququ təftiş etmək – insan haqlarını məhdudlaşdırmaq cəhdindən başqa bir şey deyildir.
Hicabla bağlı həyata keçirilən müdafiə tədbirləri bundan sonra daha da sistemli, daha da köklü, daha da fundamental surətdə həyata keçiriləcəkdir. Məsələnin tamamilə çözülməsi istiqamətində mövcud qanunlar çərçivəsində mümkün olan bütün addımlar atılacaqdır.
Bu ağır durumda biz bir daha Qafqaz Müsəlmanları İdarəsinin sədri cənab Hacı Allahşükür Paşazadəyə müraciət edirik. Biz onun bu məsələdə daşıdığı tarixi məsuliyyətə diqqət çəkirik və əlində olan bütün səlahiyyət imkanlarından istifadə edərək, ölkə rəhbərliyini problemin mahiyyəti barədə məlumatlandırması üçün, habelə bu problemin Azərbaycan dövlətçiliyinə, Azərbaycanın milli-mənəvi dəyərlərinə təhlükə kəsb etməsini, Azərbaycan toplumunun bütövlüyünə yönəli dağıdıcı xarakter daşımasını ölkə rəhbərliyinin diqqətinə çatdırması üçün ona müraciət edirik. Biz, məsələnin çözülməsi üçün əlindən gələn bütün işləri təcili yerinə yetirmək üçün Hacı Allahşükür Paşazadəyə bir daha müraciət ünvanlayırıq.
Sonda bir daha hər birimiz üçün Uca Allahdan xüsusi tofiqatlar diləyirik. Allahdan istəyirik ki, əsrlər boyunca xalqımızın ülvi hisslərini formalaşdıran Tasua-Aşuranın hörmətinin, müqəddəsliyinin salınması istiqamətində edilən təxribatlardan hamımızı amanda saxlasın və bu müşküllərdən bəsirətliliklə, dinimizin bəyəndiyi şəkildə çıxmağı nəsib etsin.
Hacı İlqar İbrahimoğlu
Hacı Şahin Həsənli
Hacı Əhliman Rüstəmov
Hacı Yüsif Bağırov
Hacı Zülfüqar Mikayılzadə
Hacı Abgül Süleymanov
Hacı İqbal Novruzov
Hacı Ceyhun Cəfərov
Hacı Elşən Mustafaoğlu
Hacı Mir Mehdi Hüseyni
Hacı Bəxtiyar Hüseynov
http://www.salaminfo.az/olke/7196.html
Harda "kitayski" şıə görürem - qorxuram !
I am proud to be Rafidi !!!
#37
Отправлено 15 декабря 2010 - 13:28
#38
Отправлено 15 декабря 2010 - 15:54
[ 15 Dekabr 2010 11:26 ]
Bakı. İlhamə İsabalayeva – APA. “Hicab məsələsi ilə bağlı müəllimələrdən söhbət gedə bilməz. Söhbət yalnız orta məktəb şagirdlərindən gedir”.
APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərin hicablı müəllimələrin orta məktəblərə buraxılmaması ilə bağlı suallarına cavabında bildirib.
Nazir, həmçinin deyib ki, universitet tələblərinə də hicaba qadağa qoyulması barədə söhbət getməyib: “Bizim əsas məqsədimiz odur ki, Azərbaycanı irəliyə aparaq. Öz milli dəyərlərimizi qorumalıyıq. Kimin nə deməsindən asılı olmayaraq, biz dövlətin qaydalarına riayət etməyə üstünlük veririk və verəcəyik”.
#39
Отправлено 15 декабря 2010 - 16:11
#40
Отправлено 15 декабря 2010 - 16:12
#41
Отправлено 15 декабря 2010 - 16:13
#42
Отправлено 15 декабря 2010 - 16:15
#43
Отправлено 15 декабря 2010 - 16:16
#44
Отправлено 15 декабря 2010 - 16:18
#45
Отправлено 15 декабря 2010 - 16:19
#46
Отправлено 15 декабря 2010 - 16:23
#47
Отправлено 15 декабря 2010 - 16:24
#48
Отправлено 15 декабря 2010 - 16:28
#49
Отправлено 15 декабря 2010 - 16:30
#50
Отправлено 15 декабря 2010 - 16:31
#51
Отправлено 15 декабря 2010 - 16:34
#52
Отправлено 15 декабря 2010 - 16:36
#53
Отправлено 15 декабря 2010 - 16:37
#54
Отправлено 15 декабря 2010 - 16:39
#55
Отправлено 15 декабря 2010 - 16:41
#56
Отправлено 15 декабря 2010 - 16:43
#57
Отправлено 15 декабря 2010 - 16:46
#58
Отправлено 15 декабря 2010 - 16:47
#59
Отправлено 15 декабря 2010 - 16:47
#60
Отправлено 15 декабря 2010 - 16:48
Количество пользователей, читающих эту тему: 5
0 пользователей, 5 гостей, 0 скрытых пользователей