Перейти к содержимому

Фотография
- - - - -

Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 281

Опрос: Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi (13 пользователей проголосовало)

Bu qərar:

  1. Dəyişəcək (11 голосов [84.62%])

    Процент голосов: 84.62%

  2. Dəyişməyəcək (2 голосов [15.38%])

    Процент голосов: 15.38%

Голосовать Гости не могут голосовать

#91 katala

katala

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 17 декабря 2010 - 11:20

HİCAB QADAĞASININ MÜDHİŞ SİRRİ

Azərbaycan hakimiyyətinin Qərblə, xüsusən də ABŞ-la münasibətlərinin pisləşməsi onu yeni planlar cızmağa vadar edib. “WikiLeaks” qalmaqalının yuxarı dairələrdə yaratdığı şok fonunda hökumətin ciddi-cəhdlə hicab qadağasını gündəmə gətirməsinin və ölkədə İslam faktorunun güclənməsi görüntüsü yaratmasının müdhiş səbəbləri barədə redaksiyamıza sensasion məlumatlar daxil olub.

ИзображениеBu məlumatlar son bir neçə gün ərzində bir neçə istiqamətdən gəlib. Onlar həm sırf məlumat xarakterli, həm də dəqiq informasiyalar əsasında təcrübəli ekspertlərin gəldiyi qənaətləri, onların “SOS” xarakteri daşıyan proqnozlarını özündə ehtiva edir. “WikiLeaks” saytının ABŞ Dövlət Departamentinə məxsus məxfi məlumatları əldə edərək yaymasından sonra açıq şəkildə məlum oldu ki, dünyanın ən qüdrətli dövləti sayılan və demək olar əksər bölgələrdə çox ciddi maraqları olan Amerika əslində çoxdan Azərbaycan da daxil, demokratik olmayan ölkələrin hakimiyyətlərinə inanmırmış; onların ikili oyun oynadıqlarını bilir və həmin iqtidarlar əleyhinə dosyelər toplayırmış. Elə “WikiLeaks”ın açıqladığı məxfi hesabatlardan da görünür ki, Amerika onun üçün həyati əhəmiyyət kəsb edən planların reallaşmasına indi və gələcəkdə mane ola biləcək hakimiyyətlərlə hesab çəkməyə, onlara öz yerlərini göstərməyə hazırlaşırmış. Bu sənədlərdən o da aydın olur ki, Amerikanın uzun illər əməllərinə göz yumduğu hakimiyyətlərin hərəsi onu yerləşdiyi bölgənin spesifikasına uyğun olaraq hansısa bir ciddi məsələ ilə təhdid edirmişlər. Bəlli olur ki, bu illər ərzində Azərbaycan hakimiyyəti ABŞ-ın qarşısına əsasən İran kartı və İslam faktoru ilə çıxıb. Doğrudur, ortada demokratiya və Qarabağ məsələsi ilə bağlı müəyyən vədlərin verilməsi də var. Amma bu vədlərin niyə yerinə yetirilməməsi ilə bağlı suallara hakimiyyət özü Qərb üçün daha ciddi işlərlə məşğul olduğunu göstərməklə cavab verib. Bunlar isə Cənubdan olan təhlükənin və İranın burada dindarları radikallaşdırmasının, ölkədə İslam dövləti yaradılması planlarının önlənilməsi və digər bu kimi məsələlərdir. Məlumatlı mənbələr bildirirlər ki, “WikiLeaks” qalmaqalından sonra isə hakimiyyətin bu məsələləri qabartmağa və Amerika qarşısında ondan istifadə etməyə daha çox ehtiyacı yaranıb. Demokratiya, Qarabağ məsələsində, Amerikanın İranla bağlı planlarının reallaşmasında Qərb qarşısında etibarını və nüfuzunu itirən hakimiyyətdə belə bir dəqiq məlumat var ki, Amerika indiki şəraitdə vaxt itirmədən ona alternativ axtarışına çıxıb. Bu axtarışlar müəyyən qüvvələrin fəallaşmasına, “WikiLeaks” vasitəsilə daha müdhiş sirlərin açılmasına, hakimiyyət daxilində çatlara və iqtidarın itirilməsinə gətirib çıxara bilər. Buna görə də, indi hakimiyyət qarşısında bir yol var. Bu da Qərbin Azərbaycanda və bütövlükdə bölgədəki həyati maraqlarına qətiyyən cavab verməyən başqa alternativ qüvvənin meydana çıxması görüntüsünü yaratmaq, Qərbə həmin qüvvələrlə birgə mübarizə aparmaq üçün xitab etməkdir. Bizim əldə etdiyimiz məlumatlara görə, son bir ayda Bakıda inanclılarla baş verən toqquşmalar, hicab qadağası məsələsinin gündəmi zəbt etməsinin də arxasında məhz bu məsələ dayanır.
ИзображениеƏslində bu plan artıq bir neçə ildir ki, dövrədədir. Biz dəqiq bilirik ki, iqtidarımız bu plana yaxşı hazırlaşıb və onun hazır kombinasiyaları özündə daşıyan bir neçə ciddi “ev tapşırıqları” var. Əslində plan sadədir; Qərbi, eləcə də Rusiyanı, hətta qardaş Türkiyəni inandırmaq ki, Azərbaycanda İslam inqilabı etmək istəyən, ölkəni qarışdırmaq iqtidarında olan ciddi dini qruplaşmalar var; onlar xaricdən (əsasən İrandan) idarə olunurlar; bu qüvvələrin də qarşısında yalnız indiki hakimiyyət dayana bilər. Buradan çıxan məntiq də budur: bu hakimiyyət getsə onun yerinə radikal islamçılar gələ bilərlər. Bu baxımdan da, Qərbi, ərazisində milyonlarla müsəlman yaşayan Rusiyanı, Türkiyəni məcbur qoymaq ki, (xoşları gəlsə də, gəlməsə də) Azərbaycanın indiki iqtidarı ilə əməkdaşlıq etsinlər; əks halda, bu regionda onların (Qərb ölkələrinin) strateji maraqları təhlükə altında qala bilər. Bu məqsədlə hətta ölkənin xüsusi xidmət orqanlarının nəzarəti altında olan dini icmalar da yaradılıb. Bu icmalara digər təbii yaranmış icmalardan fərqli olaraq nisbətən geniş şərait yaradırlar; özlərini göstərmək, daha güclü, daha fərqli olduqlarını hiss etmək üçün mümkün olanları edirlər. Yeri gəlmişkən, bu icmaların üzvləri qəti şəkildə bilmirlər ki, mənsub olduqları quruma məxfi şəkildə iqtidar nəzarət edir. Bu prosesi hər icmadan 1, maksimum 3 nəfər bilir. Və hakimiyyətlə də onlar işləyir, təlimatlar alır, iqtidarın işinə yarayan görüntüləri, səhnələri, şüar və mesajları təmin edirlər. Hakimiyyət bütün vasitələrlə Qərbə, dünyaya göstərir ki, indiki halda ölkədəki dini radikallığın qarşısını o alır, dini kəsimin, ölkə ictimaiyyətinin tam İranın təsiri altına düşməsinə məhz o imkan vermir. İndi iqtidara çox kəskin şəkildə lazım olub ki, ölkədə dini fəallığın artmasını, hakimiyyətin üzərinə yeriməsini nümayiş etdirsin. Bu səbəbdən də son günlərdə qəflətən hicab qadağası ortaya atıldı. İnanclı kəsimin ən həssas siniri basılıb - etirazların olacağı hər kəsə aydındır. Və iqtidarımız bu etirazların daha görüntülü, daha ciddi olması üçün də ötən həftə “ev tapşırıqları”ndan birini işə saldı... Bizdə olan bilgilərə görə, aşura günlərində daha başqa “ev tapşırıqları” dövriyyəyə buraxıla bilər.
Bütün bunlarla bağlı bilgilərini bizimlə bölüşən bir məlumatlı qaynağın sözlərinə görə, indi əsas hədəf mümkün qədər vəziyyəti gərginləşdirmək, dindarları qəzəbləndirmək, mümkün olsa, onları təxribatlara çəkmək və iğtişaşlar görüntüsü yaratmağa nail olmaqdır. Hicab qadağasının Məhərrəmlikdə belə sərt formada gündəmə gətirilməsi də təsadüfi sayılmır. Eyni zamanda mənbə qeyd edir ki, Məhərrəm ayında əhalisinin əksəriyyəti dindar olan Nardaran qəsəbəsini 20 gündən çox işıqsız qoymaq da bu planın tərkib hissəsidir. Hansı kəndin, qəsəbənin işığını 10 gün kəssən etiraz etməz? İndi bu vasitə ilə qəsəbə əhalisini gərginlikdə saxlayıb, onları etirazlara sövq etmək, bu etirazları isə ümumi “islam radikalizmi” lövhəsinin bir fraqmentinə çevirmək planı işləməkdədir.
Məlumatlara görə, Məhərrəmliyin 10-cu gününə düşən Aşura mərasimlərində - dekabrın 16-da ölkənin bir çox yerlərində xüsusən də Bakıda dindarların məscidlərə axışmasından istifadə edən qüvvələr böyük təxribatlar törədə, repressiyalar, kütləvi həbslər həyata keçirə bilərlər.
Onu da qeyd edək ki, hakimiyyət deputatları, irili-xırdalı məmurlar hicab qadağası, dindarların buna qarşı etirazları ilə bağlı məsələlərə münasibət bildirərkən Qərbin əsas dəyər verdiyi dünyəvilik prinsipi məsələsini qabardırlar. Bütün bu qadağaların məhz dünyəvilik prinsipinin qorunması üçün tətbiq olunduğunu deyirlər. Məlumatlı mənbə qeyd edir ki, bütün bunlar Amerikanın din amili ilə şantaj olunması, hakimiyyətin zəifləyəcəyi təqdirdə ölkənin dinçi qüvvələrin əlinə keçəcəyi ilə bağlı okeanın o tayına verilən mesajlardır.
İndiki şəraitdə Qərbin bu mesajlara və təhdidlərə necə yanaşacağı, hansı cavabları verəcəyi haqda dəqiq fikir söyləmək mümkün olmasa da, hər halda, “WikiLeaks”ın açıqladığı sənədlər göstərir ki, Amerikada hakimiyyətin siyasətini, nə etdiyini hətta onların özlərindən daha yaxşı bilirlər və bizimkiləri daha yaxşı tanıyırlar.
Bununla belə, ölkədə xoşagəlməz hadisələrin baş verməsi bütövlükdə bu dövlətin və millətin zərərinədir. Ona görə də, əlimizə yetişən məlumatlarla bağlı ictimaiyyəti bilgiləndirməyi ölkənin aparıcı mətbuat orqanı olaraq özümüzə borc bilirik və hər hansı xoşagəlməz proseslərin baş verməsinin önlənməsi istiqamətində əlimizdən gələni edəcəyik.
P.S. Gözlənilən təhlükə ilə əlaqədar dünən bir qrup ilahiyyatçı ölkənin inanclı toplumuna müraciət edib.

http://www.musavat.com/new/G%C3%BCnd%C9%99m/90902-H%C4%B0CAB_QADA%C4%9EASININ_M%C3%9CDH%C4%B0%C5%9E_S%C4%B0RR%C4%B0

:)
“Yeni Musavat”ın hicab yazısının pərdəarxası
De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!

#92 katala

katala

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 17 декабря 2010 - 14:10

Misir Mərdanovun şəkili yandırıldı
De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!

#93 katala

katala

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 17 декабря 2010 - 16:13

De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!

#94 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 18 декабря 2010 - 00:19

ZİREHLİLƏR TƏHSİL NAZİRLİYİNİ KİMDƏN QORUYURLAR?

Xüsusi mühafizə geyimində olan polislər Təhsil Nazirliyini mühasirəyə alıblar

Изображение

Artıq bir neçə gündür Təhsil Nazirliyinin qarşısında fövqəladə vəziyyət rejimi hökm sürür. Nazirliyin dörd bir yanında demək olar ki, barrikada qurulub. İçərisi polislərlə dolu olan avtobuslar və post patrul xidmətinin 10-dan çox maşını nazirliyin ətrafını mühasirədə saxlayaraq, ətrafdan ikibir, üçbir keçən hər bir şəxsi diqqətlə izləyirlər.
Buna səbəb isə dekabrın 10-da mindən çox vətəndaşın Təhsil Nazirliyinin qarşısında geniş etiraz aksiyası keçirməsidir. Qeyd edək ki, həmin aksiya təxminən 40 dəqiqə davam etmiş, aksiya iştirakçıları şüarlar səsləndirərək, təhsil nazirinin verdiyi qərarın qanunsuz olduğunu bildirmişdilər.

Сообщение отредактировал Gunahkar: 18 декабря 2010 - 00:22

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение

#95 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 18 декабря 2010 - 01:34

Axı Misir Mərdanov kimdən qorxur? (Foto)

Bakının Şah İsmayıl Xətai prospektində yerləşən Azərbaycan Təhsil Nazirliyinin inzibati binası ciddi mühafizəyə alınıb.

İslam-Azeri.az İnternet qəzetinə verilən xəbərə görə, Nazirlik ətrafına çox sayda polis əməkdaşları cəlb edilib.

Həmçinin inzibati binaya aparan küçələrin bəzilərində avtobusda əyləşmiş qara maskalılar nəyi isə gözləməkdədir.

Maraqlıdır, görəsən xalqın maariflənməsinə və təhsilinə cavabdeh olan bir nazirlik nə zamandan strateji əhəmiyyətli obyektlər sırasına daxil edilib ki, belə ciddiliklə mühafizə olunur? Yoxsa Misir Mərdanov nədənsə, ya kimdənsə qorxur? Axı onu kimdən qoruyurlar?

Foto: RFERL

Изображение

Изображение

Изображение

Изображение
Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение

#96 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 18 декабря 2010 - 01:39

Kimin kim olduğu aydınlaşır

Изображение

Deyəsən Azərbaycan səmasına aydınlıq günəşi dogur. Muhərrəm ayında yəzidin tərəfdarları içlərini gizlədə bilməyib öz qərarlarını verirlər və özlərinin iç üzlərini göstərirlər.

Rəvayətlərə əsasən Yəzid İmam huseyn(ə)-in mübarək başini görəndə bir şer deyib. Şerin məzmunu bundan ibarətdir. "Ey kaş Bədr döyüşündə ( Məkkə müşriklərinin Həzrət Peyğmbərlə müharibəsi. Bu müharibədə kafir yezidin müşrik babaları cəhənnəmə vasil olmuşdular.) ölən babalarim burada olsaydılar. Onlar mənim bu işimə baxıb deyərdilər. Əhsən sənə yəzid. Yaxşi bizim qisasımızı Peyğəmbər nəslindən aldın."

Həzrət Huseyn(ə) Aşura öncəsi belə bir hədis buyurub; "Mənim kimilər yəzid kimilərə beyət etməzlər".

Diqqət edək. İmam mən yox, mənim kimilər deyir.Yəni hər bir bir zamanda "Huseynlər" və yəzidlər olacaq.

"Huseynlər" hər bir yolla dini və onun müqəddəs dəyərlərini yəzid kimillərin vuracağı zərbələrdən qorumağa çalışacaq. Onlar ağaları Huseyn(ə)-a biz səninləyik və yolundayıq mesajını verirlər. Yəzidilər hər bir vasitəylə dinə ziyan vurmağa və dinin dəyərlərini bir bir aradan aparmağa çalişacaqlar. Bunlar da bu yolla öz şeytani ağalarına biz səninləyik və yolundayıq mesajını verirlər.

Hər il Muhərrəm öncəsi seytancığazlar bu ayin əzadarlığının əleyhinə təbliğatlar aparsalar da bu il əməli işə keçiblər. Muhərrəm təkrarlanır? Daha doğrusu belə demək düzgün olardı ki, Aşura cinayətləri təkrarlanır. Aşura günu İmam Huseyn şəhid olandan sonra, azğın şeytan ordusu İmamın xeymələrinə hucum edərək qızlarının, Həzrət Ruqəyyənin başından hicabı almağa cəhd etdilər. İndi də Aşura öncəsi bizim milli yəzidilərimiz Ruqəyyəçilərimizin başından hicabı açmağa cahd edirlər. Amma yaddan çıxarıblar ki, yəzid tarixdə ən mənfur obrazdır. 3 yaşlı Ruqəyyənin cəlalınadan isə hamının xəbəri var.

İndi bunlar da yezidə deyirlər ki, kaş gələydin, hicabla necə vuruşduğumu, zülmlə öldürdüyün Ruqəyyə davamçılarınin başındakı hicaba qarşi necə qətiyyətlə vuruşram.

Xalqın başını "mən də müsəlmanam" nağılları ılə də aldatmağa dəyməz. Elə yəzid də mən müsəlmanam deyirdi. Hətta zahirdə namaz da qılırdı. Amma dinin evini yıxdı. Bilməməzlikdən? Əsla yox. Bilərəkdən. Vəhy ailəsinin soyunu kəsməyə çalışdı. Bu masştabda olan cinayətlər səhfən olmur. Hicab əleyhinə çıxış edənlər guya səmimidirlər. Yəni olar elə fikirləşirlər ki, həmin uşaqları valideynlərindən çox istəyirlər? Danışanların əksəriyyəti müsəlman Azərbaycan torpaqlarında üzdəniraqların hüquqlarını qoruyan, ana vətənimizdə onlara sərbəst yaşamaq huququna qail olanlardır. Əlbəttə hicab onlar üçün maniədir. Hicab qadınlarımızı istila edənlərə, onları Dübay bazarına çıxaranlara maniədir. Deyirlər ki 8-9 yaşında usaq kimdən qorunmalıdır? Bəs beş yaşında uşagı soyundurub göbək rəqsi oynadanda niyə dinmədinız?

Oğlan uşaği kişiliyə balacalıqdan hazırlaşmalı olduğu kimi, qız uşağı da həyaya balacalıqdan öyrədilməlidir. Yaxşı, soruşmaq ayıb olmasın, xırda qız uşaqlarının məktəbə mini yubkada gəlməyindən xəbəriniz yoxdu?....... Bunun adını nə qoyaq?

Qanun uşaqın tərbiyə olunmasını valideynin öhdəsində bilir. Biz ki, sizə uşaqlarınızı hansı ruhda tərbiyə etməyi öyrətmirik. Bizim ailə işimizə müdaxilə etməyə sizlərə kim haqq verib. Biz sizin uşaqlarınızın necə geyinməsinə müdaxilə etmiriksə, siz niyə bizim uşaqların necə geyinməsini müzakirə edirsiz? Qərb yolu tutmusuz? Eybi yox, heç olmasa qərbə baxın. Xristian qərb dövlətlərində müsəlmanlar bu problemi yaşamırsa, müsəlman Azərbaycanda niyə yaşamalıdır?

Həmçinin şagirdlərin dərslıkləri hələ də tam çap olub qurtarmayıb. 10 dərslikdən 3-ünü valideynlər öz pulları ilə alırlar. Hər il dərslik dəyişdirilir. İbtidai siniflərin hər biri üçün iş dəftərlərinin qiyməti 30 manata çatır. Məktəblərdə fond pulu, süpürgə pulu, asılqan pulu və sairlər valideynləri boğaza yığıb. .....

Bu təhsildə olan problemlərin çox cüzi bir hissəsi.

Deyirsiz bu insan haqqını tapdalamaq deyil. Deyin görək bəs nədir? Niyə insanların seçim azadlığını əllərindən almaq istəyirsiz. Bu dindarların seçimidir, hüququdur. Bu seçim hüququnu onlara Azərbaycan Respublikasının Konstitusiyasi verib.

Sonda bir şeyi də yadınıza salım. Biz yəzidilərin varlığından və İslamla mübarizəsindən xəbərdarıq. Siz də Huseyn(ə)- dan daim ilham alan Huseynilərin var olmasından və hər şərr işinizdə onların buna qarşı divar kimi dayanacaqlarından agah olun.

Yenə də inanırıq ki, ölkə başçısı tezliklə bu işə müdaxilə edib, məmur özbaşnalığın qarşısını alacaq.

İmam Əlı əleyhissalam buyurub; "Ölkə küfr ilə idarə olunar, amma zülm ilə yox".

İmam Huseyn əleyhissalamın bir sözüylə sözümü sona yetirmək istəyirəm. "Qorxun o şəxsə zülm etməkdən ki, onun Allahdan başqa yardımçısı yoxdur".

Allah şiddətli əvəz çıxandır.

Mirmehdi Seyyid Huseyni
Bülbülə ilahiyyatçısı
www.islam-azeri.az

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение

#97 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 18 декабря 2010 - 01:44

Hacı Zülfüqar Türkiyədə hicabdan danışdı (Video)

Изображение

Türkiyədə “Babul Əli” Beynəlxalq Cəmiyyəti tərəfindən Aşura Günü münasibətiylə böyük matəm tədbiri keçirilib.

İslam-Azeri.az İnternet Qəzetinin verdiyi xəbərə görə, tədbirə Türkiyənin məşhur ilahiyyatçısı olan Musa Aydının dəvətiylə Azərbaycanın tanınmış ruhanisi Höccətül İslam Vəlmuslimin Hacı Zülfüqar Mikayılzadə də qatılıb.

Hacı Zülfüqarın Türkiyənin 2 telekanalı ilə canlı yayımlanan çıxışını diqqətinizə çatdırırıq.

Qeyd edək ki, verilişin təkrarı bu gün Bakı vaxtı ilə 17:00-da Türkiyənin "Hilal TV" kanalında da yayımlanacaq. Həmçinin bu gün Kırıkkale şəhərində Aşura ilə bağlı tədbir keçirləcək. Bu tədbir də "Kon TV"-də 21:00-da canlı olaraq yayımlanacaq.

Videya buradan baxa bilərsiniz
  • Proxy это нравится
Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение

#98 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 19 декабря 2010 - 03:27

Cəlilabad möminlərindən birinə 12 sutka cəza

Hicab qadağasına etiraz əlaməti olaraq Cəlilabadda keçirilən aksiyadan sonra dindarların həbs edilməsi barədə xəbər vermişdik.

İslam-Azeri.az İnternet qəzetinə Cəlilabaddan verilən məlumata görə, dünən həbs edilən Həsən Məmmədova rayon məhkəməsi tərəfindən 12 sutka həbs cəzası verilib.

16:00-da keçirilmiş aksiyadan sonra dindarlar məhkəmənin qarşısına toplaşıblar.

Сообщение отредактировал Gunahkar: 19 декабря 2010 - 03:30

  • Proxy это нравится
Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение

#99 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 19 декабря 2010 - 03:29

"Mini hüquqidir, hicabsa yox?"

Изображение

Millət Vəkili Fazil Mustafa: "Mən dəfələrlə demişəm və təklif irəli sürmüşəm ki, bu məsələdə məktəblilər üçün dəqiq hicab forması tapılmalıdır. Məsələnin həlli uğrunda səylər göstərilmədi və problem də öz həllini tapmadı. Məktəblər üçün vahid forma müəyyən edilib hər bir məktəbliyə şamil olunmalıdır. Yoxsa elə çıxır ki, bizim ölkədə məktəblinin mini (qısa) geyinib məktəbə gəlmək hüququ var, hicab geyinib gəlmək hüququ isə yoxdur? Məktəblər üçün heç bir digər ölkəni təqlid etməyən müvafiq hicab forması müəyyən edildiyi təqdirdə bu məsələ öz həllini tapa biləcək. Təhsil səviyyəsinin artmasına korrupsiya mane olur, gətirdikləri əsassız bəhanələr yox. Bu bəhanələr yanlışdır və ciddi deyil. Yaxşı olar ki, bəhanələr axtarılmasın və işin inkişafı uğrunda ciddi addımlar atılsın".

Сообщение отредактировал Gunahkar: 19 декабря 2010 - 03:31

  • Şair это нравится
Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение

#100 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 19 декабря 2010 - 22:36

Artıq televizora baxmaq da olmur. Adam hirsindən partlayır. Bəzi nakəslər var ki (çörəyi bilinir hardan çıxır) sən demə neçə illərdi bu məsələnin gündəmə gəlməyini gözləyirlər. Nə vaxta ki Allahın izni ilə ATV yerlə-yeksan olunmayıb bu nakəslər hələ çox at oynadacaqlar.
Təzə söz çıxıb: "Türk qadını...". Nə türk qadını ala? Türk qadını nədi bunlar üçün bilmirəm. Türk qadını 14 əsrdi müsəlmandı artıq. Bunlar 15 əsr əvvəldə qalıblar. Özdərinə 5 kilo şpaklyovka vurub çıxannar özünü türk qadının simvolu hesab eliyillər.

Mənə maraqlıdı axı kimdi türk qadının etalonu? Tənzilə Rüstəmxanlı? Sevil Nuriyeva?

Vallah çox pis qəzavət eliyillər. Onlar elə bilirlər Allah dövrana tabedi. Elə dövran belədi, biz də bu dövrana qul olaq, başqalarına şah! Amma dövran Allaha tabedi. İnşallah ki biz hamımız bütün İslam düşmənlərinin rüsvayçılığına şahid olacağıq.
Adicə, 1 müsəlmanın abrını aparanın, mütləq abrı aradan gedir. Sən durasan, İslamın abrına, müsəlman qadınının abrına əl atasan, Allah səni bu cahana rüsvay eləmiyincə, əl çəkməyəcək.

  • Proxy это нравится

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#101 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 19 декабря 2010 - 23:03

Bu movzunun aıldığı gündən gözləyirəm ki,1 -cə nəfər də olsun bu "hicab" oyununun ortaya məhz indi atıldığını bir düzgün analiz edə biləcəkmi? Yoxx- ancaq"sionist işi" "Abş tapşırığı" daha nə bilim şeytan əməli kmi "novbətci sozlərdir.Ay user qardaş və bacılar-doğurdanmı anlamınız və gözünüz belə bağlıdır! Ətrafda baş verənləri bu qədər bəsit anlamınız var?
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#102 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 19 декабря 2010 - 23:25

Bu movzunun aıldığı gündən gözləyirəm ki,1 -cə nəfər də olsun bu "hicab" oyununun ortaya məhz indi atıldığını bir düzgün analiz edə biləcəkmi? Yoxx- ancaq"sionist işi" "Abş tapşırığı" daha nə bilim şeytan əməli kmi "novbətci sozlərdir.Ay user qardaş və bacılar-doğurdanmı anlamınız və gözünüz belə bağlıdır! Ətrafda baş verənləri bu qədər bəsit anlamınız var?

Əsas odur ki, başda gedənlər bunu başa düşüb lazımi qərarı veriblər. http://www.salaminfo.az/olke/7196.html

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#103 katala

katala

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 20 декабря 2010 - 10:23

Bu movzunun aıldığı gündən gözləyirəm ki,1 -cə nəfər də olsun bu "hicab" oyununun ortaya məhz indi atıldığını bir düzgün analiz edə biləcəkmi? Yoxx- ancaq"sionist işi" "Abş tapşırığı" daha nə bilim şeytan əməli kmi "novbətci sozlərdir.Ay user qardaş və bacılar-doğurdanmı anlamınız və gözünüz belə bağlıdır! Ətrafda baş verənləri bu qədər bəsit anlamınız var?

Sən yaz, bizdə bilmədiyimizi bilək.

Сообщение отредактировал katala: 20 декабря 2010 - 10:24

De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!

#104 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 20 декабря 2010 - 15:02

Сообщение отредактировал Ehli beyt ashigi: 20 декабря 2010 - 15:03

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#105 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 20 декабря 2010 - 19:12

Bu movzunun aıldığı gündən gözləyirəm ki,1 -cə nəfər də olsun bu "hicab" oyununun ortaya məhz indi atıldığını bir düzgün analiz edə biləcəkmi? Yoxx- ancaq"sionist işi" "Abş tapşırığı" daha nə bilim şeytan əməli kmi "novbətci sozlərdir.Ay user qardaş və bacılar-doğurdanmı anlamınız və gözünüz belə bağlıdır! Ətrafda baş verənləri bu qədər bəsit anlamınız var?

Sən yaz, bizdə bilmədiyimizi bilək.

Mən hələ də gozləmə mövqeyindəyəm,ancaq sadəcə demək istədiyim budur ki,bildiyin-bilmədiyindən daha coxdur-dağla,təpənin müqayisasi qədər.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#106 katala

katala

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 21 декабря 2010 - 13:42

http://ihq.az/hicab.php
De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!

#107 Dr.White

Dr.White

    Белый Форума

  • Murid
  • 741 сообщений

Отправлено 21 декабря 2010 - 15:06

Artıq televizora baxmaq da olmur. Adam hirsindən partlayır. Bəzi nakəslər var ki (çörəyi bilinir hardan çıxır) sən demə neçə illərdi bu məsələnin gündəmə gəlməyini gözləyirlər. Nə vaxta ki Allahın izni ilə ATV yerlə-yeksan olunmayıb bu nakəslər hələ çox at oynadacaqlar.
Təzə söz çıxıb: "Türk qadını...". Nə türk qadını ala? Türk qadını nədi bunlar üçün bilmirəm. Türk qadını 14 əsrdi müsəlmandı artıq. Bunlar 15 əsr əvvəldə qalıblar. Özdərinə 5 kilo şpaklyovka vurub çıxannar özünü türk qadının simvolu hesab eliyillər.

Mənə maraqlıdı axı kimdi türk qadının etalonu? Tənzilə Rüstəmxanlı? Sevil Nuriyeva?

Vallah çox pis qəzavət eliyillər. Onlar elə bilirlər Allah dövrana tabedi. Elə dövran belədi, biz də bu dövrana qul olaq, başqalarına şah! Amma dövran Allaha tabedi. İnşallah ki biz hamımız bütün İslam düşmənlərinin rüsvayçılığına şahid olacağıq.
Adicə, 1 müsəlmanın abrını aparanın, mütləq abrı aradan gedir. Sən durasan, İslamın abrına, müsəlman qadınının abrına əl atasan, Allah səni bu cahana rüsvay eləmiyincə, əl çəkməyəcək.

Nervlənmə gədeş , bizim millət hoydu hoyduya öyrəşib. Bir 20 nəfər yığışıb şirin söhbət elədiyi zaman biri qıraqdan başın divara vurmağa başdıyanda hamı hoydu hoydu salıf , şirin söhbəti buraxıb gedəcək görüm orda nolub. Hakimiyyətin qılığına girmək lazımdı ki , evimdə qazanım qaynasın məntiqiynən yaşayan insanlara nervlənməyin yeri yoxdu.

Qaldı Hicab məsələsidə həll olunacaq inşallah. Hoydu hoyduya salıb lazımsız və vaxtsız küçələrə tökülən "predmet"lər olmasa düzələn işdi. Hakimiyyətə İslamnan problem lazım deyil. Həmcinin hakimiyyətə hoydu hoydudan qorxub zadniyə atıb "İrana" uduzmaqda lazım deyil...
Cin görürem, şeytan görürem - qorxmuram,
Harda "kitayski" şıə görürem - qorxuram !

I am proud to be Rafidi !!!

#108 katala

katala

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 21 декабря 2010 - 15:14

Predmet deyanda sen Tehsil Nazirliyinin qabaginda yigishanlari nezerde tutrsan?
De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!

#109 elay

elay

    Jundi – Soldier

  • Murid
  • 9 сообщений

Отправлено 21 декабря 2010 - 17:06

Elə olmaz inşallah. O məntiqlə düşünsək, onda Kərbaladakı 72 nəfəri də, əstagfrullah, "predmet" adlandırmalıyıq. Onlar olmasaydı, şübhəsiz hər şey "düzələckdi". Bəlkə də indi nə İslam var idi, nə də Quran. Həmən o Quran ki, hicabı vacib edir müsəlman qadınına. Onda bizim işlər də "düzələrdi" e. Nə Nazirliyin qarşısına çıxan olardı, nə də onlara "predmet" damğası vuranlar.
Allahı tapmısansa, kimi itirmisən?
Allahı itirmisənsə, kimi tapmısan?

#110 katala

katala

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 21 декабря 2010 - 17:14

İnşallah. Hoydu-hoyduynan Nazirliyin qarşısında səslənən "Allahu Əkbər" də heç düz gəlmir.
De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!

#111 katala

katala

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 21 декабря 2010 - 17:19

Bir də ki, belə rejimdə hoydu-hoyduçular rəsmi rejimə qarşı nazirlik qarşısına çıxmazlar, buna cürət lazımdır. Kimə lazımdı dəyənək deysin. Onlar maksimum ahəstə etiraz edərlər, ya da ki, astaca avtobusda pıçıldayarlar!
De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!

#112 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 21 декабря 2010 - 21:05

Bir də ki, belə rejimdə hoydu-hoyduçular rəsmi rejimə qarşı nazirlik qarşısına çıxmazlar, buna cürət lazımdır. Kimə lazımdı dəyənək deysin. Onlar maksimum ahəstə etiraz edərlər, ya da ki, astaca avtobusda pıçıldayarlar!

Dr.White,qardaş yəqin demək istəyir ki,bu kafirlərin əlinə kozır vermək lazım deyil.

Fikir verirsiz O, camaata nə adı qoydular,quya ki,Onlar İranın adamıdırlar.

Qardaşlar, lazım gəlsə aksiyada edərik,mitinqdə,qanımızıda axıdacağıq amma biz cox şeyləri bilmirik qoy böyüklərimiz bu işlə məşğul olsunlar.Hər halda mən bilirəm ki,bizim bəsirətli mömin qardaşlarımız var.

Üzdə dindar kimi görsənib möminləri qırğına vermək istəyənlər elə biulirsiz yoxdur?Əlbətdəki var,necə olur ki,Hz.Peyğəmbərin dövründə münafiqlər olub, amma indi yoxdur?

Allah hamımıza səbr versin.Amin!!!

Сообщение отредактировал Ehli beyt ashigi: 21 декабря 2010 - 21:05

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#113 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 декабря 2010 - 21:08

Bir də ki, belə rejimdə hoydu-hoyduçular rəsmi rejimə qarşı nazirlik qarşısına çıxmazlar, buna cürət lazımdır. Kimə lazımdı dəyənək deysin. Onlar maksimum ahəstə etiraz edərlər, ya da ki, astaca avtobusda pıçıldayarlar!

Dr.White,qardaş yəqin demək istəyir ki,bu kafirlərin əlinə kozır vermək lazım deyil.

Fikir verirsiz O, camaata nə adı qoydular,quya ki,Onlar İranın adamıdırlar.

Qardaşlar, lazım gəlsə aksiyada edərik,mitinqdə,qanımızıda axıdacağıq amma biz cox şeyləri bilmirik qoy böyüklərimiz bu işlə məşğul olsunlar.Hər halda mən bilirəm ki,bizim bəsirətli mömin qardaşlarımız var.

Üzdə dindar kimi görsənib möminləri qırğına vermək istəyənlər elə biulirsiz yoxdur?Əlbətdəki var,necə olur ki,Hz.Peyğəmbərin dövründə münafiqlər olub, amma indi yoxdur?

Allah hamımıza səbr versin.Amin!!!

Əhsən! Həqiqətə yaxınlaşılır.Amma mən hələ də susuram!

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#114 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 21 декабря 2010 - 22:51

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#115 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 22 декабря 2010 - 00:39

Salam sheyx. Sheyx shialara qoshulub aksiyalara getmak olar? Shialar Allahin dinini mudafie elayirler, biz ise otururuq evda. Kafirler hicaba el atiblar. Qizlarimizi mektebden qovlayirlar. Sheyx bir terefden mence hicabi biz mudafie elamaliyik. Axi Hicab vacibdi. Sheyx neyleyek?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Biz də hicabı müdafiə edirik. Sadəcə bizim alimlər bu üslubları caiz görmürlər. Vəziyyət göstərir ki, bu üslub hazırda fayda verməyəcək. Ona görə də səbirli olmaq lazımdır, 4-cü sinifə qədər başıaçıq gedə bilər məktəbə, amma sonra hərə bir yol fikirləşməlidir.
Neyləmək üçün isə Qurani Kərimi oxumaq lazımdır, Allah Təala bizə peyğəmbərlərin həyatında nümunələr gətirir, onların vəziyyəti bizimkindən də pis idi.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Şeyx Qamətin online istiftaatı

Bu vəhhabidə deyəsən bəsirət var. Belə şeylər görəndə insan fəxr eliyir, şiə məktəbi ilə. Doğrudan da batilin qabağında ancaq 1 qüvvə var-Hüseyn (ə) və onun şiələri!

Сообщение отредактировал al-Islam: 22 декабря 2010 - 00:41

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#116 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 22 декабря 2010 - 01:48

Biz də hicabı müdafiə edirik.

Necə? harada? nə cür? nə vaxt?

Sadəcə bizim alimlər bu üslubları caiz görmürlər.

Hansı üslubu?

Vəziyyət göstərir ki, bu üslub hazırda fayda verməyəcək.

Vəziyyət onu göstərir ki,atmısız zadniyə.

Ona görə də səbirli olmaq lazımdır, 4-cü sinifə qədər başıaçıq gedə bilər məktəbə, amma sonra hərə bir yol fikirləşməlidir.

Burda uje hec nə tapmır deməyə gör nə deyir;(
amma sonra hərə bir yol fikirləşməlidi) yəni mənlik deyil gedin hərəniz bir şey fikirləşin.Deməkdən ki,bir şey fikirləşərik deyirki gedin fikirləşin.Buda bunların rəhbəri.(asta qacan namərddir məsəli kimi)

Neyləmək üçün isə Qurani Kərimi oxumaq lazımdır, Allah Təala bizə peyğəmbərlərin həyatında nümunələr gətirir, onların vəziyyəti bizimkindən də pis idi.

Peyğəmbərlər pis vəziyyətdə məgər zülmə baş əyiblər?Peyğəmbərlər tək başına zülmə qarşı üsyan ediblər.Necə olur Dağıstana,Cecenistana cihad adıynan cavan cavan uşaqları göndərib bədbəxt eirsən amma hicaba catanda zadni xaraşo? Quran sizin başınız ücün deyil axı ordan bir nəticə cıxarasız, əslində hec bizimdə başımız ücün deyil.Bunun bir cavabı var idi.Neyləmək ücün Əhli beyt məktəbindən ibrət almaq lazımdır.

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#117 katala

katala

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 22 декабря 2010 - 10:53

Goresen bu "Lazim" dayi kimdi ki gelib cixmir. :) Hami ela bir agizdan "Lazim geler" deyib gozleyir

Ne ise sohbeti cox uzatmaq istamirem. Gedin o alimlerinizden sorushun gorun o aksiyani destekleyirler ya yox. Onda her shey aydin olacaq. Derd orasidir ki, ramazan bayraminda camaata deyirsen ki ay gorsendi deyir yox filan alim demasa men orucumu acmayacam. Amma hindi hami oz fikrine gore hereket edir. Alim deyir ged mudafie ela. Bezileri de Musavatdan bir-iki kelme oxuyub ozlerini agilli sayirlar. Guya bunlar her sheyi bilirler.

Vaxtile Shexsiyyet vesiqesine de Hicabla shakil cekmeye qoymurdular. Ondada ekseriyyet, "sebr" etdi, "gozleme" movqeyini tutdu. Axiri ne oldu? Ela insanlar var ki bu gun de shexsiyyet vesiqesi almir. Allah hamimizi hidayet elasin.

Yeqin ozunu Hacidan agilli hesab edan az tapilar. Baxin gorun Haci ne deyir.

Сообщение отредактировал katala: 22 декабря 2010 - 11:02

De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!

#118 katala

katala

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 22 декабря 2010 - 11:08

Eger alimin fikri maraqlidirsa buradan son 7 xutbeni yukleyib qulaq asun gorun ne deyir.

http://islam-azeri.az/xutbe/index.php

Сообщение отредактировал katala: 22 декабря 2010 - 11:09

De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!

#119 katala

katala

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 22 декабря 2010 - 11:12

"Aksiya iştirakçılarını şərləmək əxlaqsızlıqdır"
De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!

#120 elay

elay

    Jundi – Soldier

  • Murid
  • 9 сообщений

Отправлено 22 декабря 2010 - 11:35

Yəqin ki, cavanların yadına gəlməz. Amma orta və yaşlı nəsilə "lazım gəlsə" sözbirləşməsi çox tanışdı. Ermənistandan ilk qaçqınlar Bakıya gələndə az qala bütün millət "lazım gəlsə"yə sarılmışdı. Sonra Daşaltı və digər faciələr baş verdi. Hələ də "lazım gəlməmişdi". Sonra ard-arda şəhərlər və rayonlar əldən getdi. Yenə də eşidilirdi (indi artıq bir az seyrək) - "lazım gəlsə"!..
Artıq Qarabağ haqqında bu "lazım gəlsə"lərə bu "lazım gəlsə"ni deyənlərin özü də inanmır. Baş başqa şeyə qarışıb. Nöyüt satırıq, villalar tikdiririk, Bakının səkilərini mərmərə bürüyürük. Bir sözlə, artıq Qarabağ və "lazım gəlsə" bir növ bəzilərinin "vallah" andına çevrilib: deyir, amma nə andına inanır, nə də Allahına.
Eyniylə məscid məsələsində oldu. Möminlər məhkəmələrin qarşısına çıxır, həbs olunur, bacardıqları və əllərində olan üsullarla bu allahsızlarla mübarizə aparırdılar. "Lazım gəldilər"in isə müxtəlif bəhanələri vardı: kimi dövlət işində işləyir, kimi imtahana gedir, kimi "nasmork" olur. Əlbəttə ki, qorxan-filan yox idi :rolleyes: Əstagfrullah, nəuzubillah! Əli şiəsi axı ancaq Allahdan qorxar! Həm də ki, "lazım" gəlməmişdi ki, gəlməmişdi. Şükür Allaha, məscid Qarabağın aqibətini yaşamadı. Necə də olmasa artıq millət o millət deyil. Tədricən "bütpərəstlikdən" İslama gəlir. Hərçənd, hələ də "bütə" tapınanlar var.
İndi də hicab. "Lazımı" gözləyənlər var. Həmişə olub və olacaq. İsti otağı, buğlanan kofeni, rahat yatağı, müasir televizoru buraxıb bir "kusok parçaya" xatir "dubinka yemək", "içəri düşmək", bu dünyanın naz-nemətindən əl çəkmək asan deyil. Salam olsun Hüseynə (ə)! Bu gün onun ardıcılları var. Həqiqi ardıcılları. Kabinetdən, işdən çıxmaqdan qorxmayanlar, həqiqətən zillətə səbr etməyənlər, baş əyməyənlər. Artıq onlar "lazımla" da görüşüblər, yəqinə də çatıblar. İnşallah, hicabı da əldən verməzlər. "Strateqlər" isə planlarını cızsınlar, "agıllı" gedişlər düşünsünlər. Amma məsələ həll olandan sonra, artıq "lazım" gəlməyəcək. Çünki artıq ona zatən ehtiyac olmayacaq. Salam olsun Hüseynə (ə), əshabına və həqiqi davamçılarına!
Allahı tapmısansa, kimi itirmisən?
Allahı itirmisənsə, kimi tapmısan?

Количество пользователей, читающих эту тему: 4

0 пользователей, 4 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru