Bismilləh,
Burda isə ikinci şərti pozmusan!
Çünki, "şiələr belə edirlər" deyib dəlil gətirməmisən .
2.Bundan əlavə, lap şiələr bu məsələni MÜTLƏQ olaraq belə izah etsələr belə sənin bu məsələni küfr adlandırmağın yenə də məntiqsizdir.
3. Sənin iradın məhz "qüdrət və qüdrət" təfsirinədir ? Yoxsa, qeyri-ilkin mənada olan mənlaradır ?
Əgər qeyri-ilkin mənada olan mənalara irad tutursansa, o zaman əhli-sünnə alimləri də bu ayələri məhz belə ( qeyri-ilkin mənada ) təfsir ediblər. Bəs o zaman nəyə görə "şiə alimləri belə edirlər" deyirsən, amma, "sünni alimləri belə edirlər" demirsən ?
Şiələr arasında hamıya bilinən və hamıya məlum olan şeylər üçün də dəlil gətirməliyəm?
Məsələn möhür haqqında danışırıqsa, dəlil gətirməliyəm ki, şiələr möhürlə namaz qılır? Dəlil gətirməsəm sən inkar edəcəksən?
İnşəAllah adil qaydada müzakirə aparaq.
İnşəAllah nələrlə sən razılaşmasan onlara dəlil gətirim.
Mən dəlil gətirə bilməsəm dediyimi geri götürərəm.
Burada hələlik "qüdrət və qüdrət" təfsirinə irad tuturam.
Keçək iradlara :
1. "Allah hər şeyin yaracısıdır" fikri ilə "Allah özü də şeydir" fikirləri arasında heç bir ziddiyyət yoxdur.
Çünki, Allahu təala özü də varlıqdır və yaratdıqları da varlıqdır.
Çox məntiqsiz izah edirsən. Öz yazdığıvı bir qıraqdan oxu. Mənə şiələrin savadsız olduğunu demişdilər ta bu dərəcədə təsəvvür etmirdim. Hələ bunların elm tələbəsi bu gündədirsə o birisilər nə gündədir?
Qardaşım qulaq as mənə. ola bilər elə hesab edibsən ki, dini məktəb bitiribsən.Elə hesab edirsən çoxlu dini kitablar oxuyubsan. Amma sən sabah dünyavı dəyişəndə görəcəksən ki, mövhumatdan başqa bir şey oxumuyubsan. Ona görə indidən ayıl. Bax gör bəlkə nələrdəsə səhv edirsən. Əlbəttə mən deməklə deyil gərək Allah hidayət edə.
Allahdn diləyirəm sənə hidayət versin.
"Allah hər şeyin yaracısıdır"
Diqqət yetir burada "hər" sözü var.
Sən deyirsən ki, Allaha "şey" demək olar. Sən deyirsən ki, "Allahın Əli"nə şey demək olar.
"hər şey" deyəndə bu anlayışlar ona daxil olmur?
Sən deməyindən belə çıxır ki, olur.
"Allah hər şeyin yaracısıdır" ayəsindən və sənin batil fikirlərindən çıxır ki,
1) Allah Özü Özünü yaratdı (Əuzu billəh)
2) Allah Özü Öz əllərini (Öz qüdrət və qüvvətini) yaratdı. (Əuzu billəh)
Şərh verməyə ehtiyac yoxdur.
Yəni, Allah da vücuddur, yaratdıqları da vücuddur. Amma, "Allah vücuddur" fikri ilə "Yaratdıqları vücuddur" fikri arasında heç bir ziddiyət yoxdur.
Burda İnşəAllah problem yoxdur. Çünki "hər" və ya "bütün" sözlərini işlətmirsən.
Yaxud , ALlah Əkbərdir. Amma, Əli də Əkbərdi. Dünya da nə qədər "əkbər"-lər varsa , Allah bütün "əkbər"-lərin yaradıcıdır. Amma, bu o demək deyildir ki, "Allah bütün əkbərlərin yaradıcıdır" sözü ilə " Allahu əkbər" arasında ziddiyyət var.
Bu isə problemlidir. "Bütün əkbərlər" deyəndə Allaha da aid olmur?
Sən deyəsən "bütün" və "hər" sözlərinin mənalarını bilmirsən.
Və ya , Allah özü haqqında da "Huva" ( "O" - kişi cinsi üçün şəxs əvəzliyi ) damirini işlədir.
Bundan əlavə, yer üzərində yer üzərində olan kişilər üçün də "huva" damiri işlənir.
Allah "huva"-ların xaliqidir. Özü haqqında da "huva" damirini işlədir. AMma, bu o demək deyildir ki, Allah özü özünü yaradıb HAŞA!
Deməli, " Allah "huva"-dır" anlayışı ilə "Allah "huva"-ların xaliqidir" fikri arasında heç bir ziddiyyət yoxdur.
Burada isə "bütün" və "hər" sözlərini işlətmiyibsən. İnşəAllah problem yoxdur.
Yaxud, Allahu subhənəhu və təala Muminun surəsinin 14-ci ayəsində buyurur :
فَتَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ
Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır!
Ayənin zahirindən də başa düşüldüyü kimi başqa xaliqlər də var. Allah da bu xaliqlərin yaradıcıdır.
Amma, "Allah xaliqlərin yaradıcıdır" sözü ilə "Allah xaliqdir" fikri arasında ziddiyyət yoxdur.
Burada da "bütün" və "hər" sözlərini işlətmiyibsən. İnşəAllah problem yoxdur.
Bundan əlavə, Fəxri Razi kimi əhli-sünnə alimi Allahın "şey" adlandırılmasını caiz bilir.
Amma, sən bunu küfr hesab edirsən.
Fəxri Razinin bu barədə fikrini oxu :
http://313news.net/f...hp?/topic/5472/
Amma, inşaAllah Fəxri Razinin bu barədə fikirləri də burda yazılacey inşaAllah!
Sənin bu hala "küfr" hökmü verməyindən belə çıxır ki, Fəxri Razi kafir olub.
Alimdən gətirdiyin dəlil bizim üçün əsas ola bilməz. Bizim üçün əsas Quran və Sünnədir.
Alim də ictihad edəndə Quran və Sünnəyə əsaslanmalıdır. Alimin fikri Quran və Sünnəyə ziddirsə burax getsin.
Biz alimləri təqlid etmirik Quran və Sünnə yolu ilə gedirik.
Bundan əlavə!
Sən " Şey" adlandırmaq olmaz " hökmünü verərkən nəyə əsaslanırsan ? Nəyə əsasən, Allahın "şey" adlandırılmasını küfr hesab edirsən ?
Amma, bu mənim əsas sualım deyil.
Bu barədə dəlilivi və Fəxri Razinin kafir olub-olmaması barədə nəzərivi sonra səndən istəyəcəyəm.
Bunu yuxarıda izah etdim.
İndi isə Sual :
"Lə iləhə illəllah" kəlməsindən başa düşmək olarmı ki, "Allahdan başqa ilah yoxdur" ? Yəni, bu cümlədən anlamaq olurmu ki, "ALlah ilahdır, ondan başqa ilah yoxdur" ?
P.S
İnşaAllah yalnız bir sual , bir cavab olduğu üçün bir suala cavab ver. AMma, növbəti yazılarda sənə digər sualları da ünvanlayacağam biiznilləh!
Əlbəttə də elə də başa düşülür.
Сообщение отредактировал Abdurrahmən: 12 мая 2012 - 17:29