Hənbəli_84, yazmısan ki:
Bizim əqidədə namaz qılmayanın kafir hesab olunması isə iftiradır
Bu məsələ böyük elmi məsələlərdəndir, elm əhlindən olan sələf və xələf bu məsələdə ixtilaf etmişdir. İmam Əhməd ibn Hənbəl demişdir: “Namazı tərk etmək millətdən çıxaran küfr ilə kafirdir, əgər tövbə edib namazını qılmazsa öldürülər.” ”Şərh əl-Mumti alə Zad əl-Mustaqni”, 2/26.
Əli (radıyallahu ənhu) deyir ki: “Namazı qılmayan - kafirdir” (Tirmizi, Həkim.Məhəmməd bin Nərs əl-Mərvəzi “Kitabu Salah” 933, İbn Əbi Şeybə “Musənnəf” 10485, Şuabul İman 41, Buxari “Tarixul Kəbir”).
Hədisdə bildirilir ki, namazı olmayan dində xeyir yoxdur”.[1] Əvvəlki dinlərdəki namaz İslamdakı namaz kimi idi, yoxsa ondan fərqlənirdi?Sual: Hədisdə bildirilir ki, namazı olmayan dində xeyir yoxdur”.[1] Əvvəlki dinlərdəki namaz İslamdakı namaz kimi idi, yoxsa ondan fərqlənirdi?
Cavab: Bu hədis haqda bir şey bilmirəm. Eləcə də zənn etmirəm ki, o, Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun!) gələn səhih hədisdir. Lakin əvvləki dinlərdə namaz, rüku və səcdə var idi. Belə ki, Allah-Təala İsmail haqda belə xəbər verir: “O öz ümmətinə namaz qılmağı, zəkat verməyi əmr edirdi”.[2] Həmçinin, “Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et!”[3] Başqa bir ayədə Allah-Təala bir neçə peyğəmbərin adını çəkdikdən sonra belə buyurur: “Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar”.[4] Bu barədə olan ayələr çoxdur. Hər bir şəriətdə namazın olması labüddür. Çünki o, əməli ibadətlərin əsasıdır. O, iki şəhadətdən sonra ən əfzəl ibadətdir.
Ona görə də elm əhlinin ən üstün rəyinə görə, namazı etinasızlıqdan və tənbəllikdən tərk edən kəs İslamdan çıxan mürtəd, kafir olar və ona kafir hökmü ilə hökm edilər.
Müəllif: Muhəmməd ibn Saleh əl-Üseymin
Fətvalar Məcmusu, 12-ci Cild, 2-ci Sual, səh.13-14.
[1] Hədisi İmam Əhməd Osman ibn Əbil Asdan uzun bir mətnlə nəql etmişdir. Orada bu cür qeyd edilir: “Rükusu olmayan dində xeyir yoxdur”. Həmçinin, bunu Əbu Davud “Xərac” bölümü, “Taif xəbəri” fəslində qeyd etişdir. Albani hədisi zəif adlandırmışdır. Bax: “Əbu Davudun zəifi” 300.
[2] Məryəm, 55.
[3] Ali İmran, 43.
[4] Məryəm, 58.
http://dinifetvalar....ondan-frqlnirdiAmma yenə də sizin əqidədə namaz qılmayanın və namazı tərk edənin kafir olması ixtilaflı məsələdir. yəni hər hansı birinin üzərində icma yoxdur. Kafir deyən də xəta etmiş olur müsəlman deyən də xəta etmiş olur. Bir də bu mövzuya toxunanda qəti olaraq demə ki, iftiradır. Deməlisən ki, bizim əqidədə bu ixtilaflı məsələdir
Сообщение отредактировал Ebul Hesen: 15 июня 2012 - 20:15