1.Əhməd ibn Hənbəl təbərrük etsədə şəfaət məqsədilə edir.Özüdə ölünün
tükü ilə.Bizlərdən kimsə belə etsəydi Allah bilir nələr
deyərdiz."Ölünün tükündən kömək istədi" "Şirk Şirk" Harada yazılıb
belə şəfaət? Ölünün tükünü sal suya sonrada iç ki, şəfa tapasan.
Harada yazılıb ki,Peyğəmbərin (saəv)vəfatından sonra Onun tükü ilə
təbərrük etmək olar?Özüdə şəfa tapmaq məqsədilə.Sənin Səudiyyə
şeyxlərin ölüdən şəfaət istəməyi şirk bilirlər.(Şəfaət yəni ölü dua
edib Allahdan mənim hacətimi istəsin)O ki,qaldı tükdən şəfa tapmaq
üçün təbərrükə.Allahdan şəfa tapmaq üçün ölünün duası fayda
vermirsə,tükü necə fayda verəcək? Sizin məntiqiniz budur.Nəticə
etibarı ilə Əhməd ibn Hənbəl şirk edir.
2.Peyğəmbərdən(saəv),İmamlardan(ə.s),Salehlərdən (r.a)heç kim kömək istəmir.Böhtan atma.Onlardan şəfaət istənilir.Yəni,Allahdan mənim şəfa tapmağımı istəsinlər.Mənim üçün dua etsinlər.Onlar Allahın sevdiyi bəndələridir.Allah istəsə Onların duasını tez qəbul edər.Düzdür ki,bizimdə duamızı qəbul edər.Lakin Allah qarşısında günahkar və qeyri günahkar bəndə təvazökarlıq edir.Peyğəmbər(saəv) və Onun pak Əhli-Beytindən (ə.s)və ya Salehlərdən onun üçün Allaha dua etmələrini istəyir.Tovhid əhlidə buna etiqad edir.İmam Qurtubi Yusif (ə.s) surəsinin 21-ci ayəsini təfsir edərkən deyir:Yusifi(ə.s)kölə kimi satın alıb apararkən Kənan qəbirsanlığının yanından keçirdilər.Bu zaman Yusif (ə.s) anasının qəbrini gördü.Yusif(ə.s)özünü anasının qəbri üstünə atıb dedi:Anacan məni atamdan ayırdılar.Anacan mənim üçün dua edib Allahdan istəginən ki,məni atama qovuşdursun.Allah ərhəmər-rahimindir. Əhli-sünnənin digər böyük və qədim alimləri buna bənzər rəvayətləri nəql ediblər.Və bu rəvayətlərə etirazda etməyiblər.Əksinə bu rəvayətləri nəql etməkdə bu işlərə dəstək veriblər.Bu əməllər şirk olsaydı mütləq sənin gətirdiyin ayələri gətirərdilər.Və cammatı bu işlərdən çəkindirərdilər.Necə ki,Səudiyyə alimlərin o an münasibət bildirib bu əmələ şirk,balaca şirk,bidət deyiblər.Sən demə İmam Nəvəvi,İbn Kəsir,Qurtubi və s.bidət və şirk nəql edib camaatı şirkə,bidətə dəvət edirmişlər.Yox belə deyil.İbn Teymiyyə meydana gəlib əhli-sünnə icması ilə müxalifət etdi. Sənin gətirdiyin ayələri öz kəlləsinə görə anlayıb bu əməllərə etiraz etdi.Bu əməllərə şirk deyən onun (vəhhabilər) davamçılarıdır.İbn Teymiyyəyə qədər qədim və böyük əhli-sünnə alimləri tapa bilərsənmi ki,bu əmələ şirk və bidət desinlər? İbn Teymiyyə əhli-sünnədən ayrılıb bu işləri qadağan etdi.Buna görədə əhli-sünnənin adından danışmıyın.Əhli-sünnənin qədim və böyük alimləri İbn Teymiyyəyə rədiyyələr yazıb onun əhli-sünnədən ayrıldığını və sapıq,zındıq,münafiq,mücəssəmə olduğunu bildirdilər.Deyin ki,İbn Teymiyyənin dəlillərinə bağlanmışıq.Və bu məsələdə əhli-sünnədən ayrılmışıq.
3.Deyirsən ki: "Əgər siz desəydiniz ki, "Ya Allah, imam xatirinə mənə kömək elə" bunu təvəssül adlandırmaq olardı". Sizə sərf edəndə əhli-sünnəyə bağlanırsız,sərfetmədikdə sələfə(vəhhabiliyə).Sənin sələf alimlərin bu əmələ bidət deyir axı.Hərdəndə əhli-sünnə adından deyirsən ki,bu məsələ ixtilaflıdı.Məndə bu işi etmirəm.Əhli-sünnənin arxasında gizlənməyin.Sübut edə bilərsənmi ki,əhli-sünnədə bu məsələ ixtilaflıdı?İbn Teymiyyəyə qədər əhli-sünnə alimlərinin fətvalarını gətirə bilərsənmi ki,bu əmələ bidət deyiblər?Xeyr.Əhli-sünnədə ixtilaflı deyil.Bunuda İbn Teymiyyə bidət bilib.Və sonra onun davamçıları onun fikirlərinə bağlanıblar.
Azərbaycanımızda tanınmış üçlüklərdən Bin Baz,Useymin gör nə deyir.
Useymin:Ancaq insanların ‘Allahdan filankəsin xatirinə, filankəsə görə, Peyğəmbərinin haqqına istəyirəm’ söyləməsi isə, elm əhlinin cumhuruna görə şirk deyil bidətdir və eyni zamanda şirkə aparan yollardan biridir. http://www.dinifetva...ban-ksmk-irkdir
Bin Baz:
أما إذا توسل بجاه النبي صلى الله عليه وسلم وقال: اللهم إني أسألك يا رب بجاه محمد أو بحق محمد; فهذا بدعة عند جمهور أهل العلم، ونقص في
"Nəbinin - sallallahu aleyhi və səlləm - cahıyla təvəssül edib belə deyərsə: Allahım, Ya Rəbbim səndən Muhəmmədin cahıyla və ya haqqı üçün istəyirəm. Elm əhlinin cumhuru qatında bu bidətdir, imanda bir nöqsan və zəiflikdir". Elm əhlinin cumhuru yəni vəhhabilərin cumhuru. http://www.binbaz.org.sa/mat/168
Sən demə əhli-sünnənin böyük alimləri bidətlə məşqul olurmuş.Hamısı cəhənnəm əhlidir.Camaatı cəhənnəmə tərəf istiqamətləndirirlər.Öz əqidənə görə bu əməl bidətdir axı.Bidət necə təvəssül ola bilər?Bidət əhli cəhənnəmdədir axı? Başa düşürəm sərf edirdə sənə.Ona görə əhli-sünnənin arxasında gizləndin.Hamıda bilir ki,əhli-sünnə buna icazə verir.Məcbursan hə bir təhər düzüb qoşasan ki,şiələrə gücnən yedizdirim ki,siz İmamlardan (ə.s)kömək istəyirsiz. İmamlardan bizim üçün Allaha dua etmələrini istəyirik. Əhli-sünnədə bu etiqaddadır.İbn Teymiyyə və davamçılarından başqa.
ehsen!! qardasim....Allah senden razi olsun!! bunlarin bir dusmenleri var, oda Shiadi !! cun ki sionstlerinde dusmeni Shiadi !! vessalam! yahudi ne deyir onuda ediller!
أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَا أَوْ آذَانٌ يَسْمَعُونَ بِهَا فَإِنَّهَا لَا تَعْمَى الْأَبْصَارُ وَلَكِن تَعْمَى الْقُلُوبُ الَّتِي فِي الصُّدُورِ (46)
Разве они не странствовали по земле, имея сердца, посредством которых они могли разуметь, и уши, посредством которых они могли слушать? Воистину, слепнут не глаза, а слепнут сердца, находящиеся в груди. 22,46