Sən nəyə görə öz sözünü bizə gücnən yedizdirirsən ki,siz də İmamlara(ə.s) ibadət edirsiz.Sənə də cavab veririk ki,Allahdan başqasına ibadət etmək şirkdir.
demək ayrı, əməl ayrı.
Əsas əmələ baxılır.
Məsələn insanlar var deyir ki, Allah təkdir, ancaq gedir tanınmış insanların qəbirləri qarşısında baş əyir.
SOruşanda deyir hörmət mənasında baş əyirəm, ibadət etmirəm ki.
ancaq bilmir ki, baş əymək özü elə ibadətdir. Təkcə Allahın qarşısında baş əymək lazımdır.
Ayədə nə deyilir onlar ibadət edirlər.
Yəni,şəfaətçilərini,vasitəçilərini mütləq güc sahibi bilirdilər.Haçan biz etiqad etsək ki,Peyğəmbər(səəv) və İmamlar(ə.s)mütləq qüdrət sahibidirlər,Allahın izni olmadan kiməsə övlad verirlər,müşkülləri həll edirlər,şəfaət edirlər və s.hə bu halda ayələr bizə aid olar.
Bəli ayədə deyilir ki, ibadət edirlər. Siz də ibadət edirsiniz. Kömək istəmək, qurban kəsmək, ziyarət etmək, qoruma istəmək, dua etmək ibadət sayılır.
Siz də bu ibadətləri Allahdan qeyrilərinə imamlara, qəbirlərə, pirlərə aid edirsiniz.
İbadət etmək mütləq qüdrət sahibi hesab etmək deyil.
Əgər onalr bütləri mütləq qüdrət sahibi hesab etsəydilər, onda onlara Allaha yaxınlaşmaq üçün ibadət etməzdilər. Elə birbaşa bu bütlərə ibadət edərdilər.
Məkkə müşriklərinin Allaha yaxınlaş üçün bütlərə ibadət etməsi sübut edir ki, bütləri Allahdan aşağı dərəcədə görürdülər.
Bu sübut edir ki, onlar bütləri mütləq qüdrət sahibləri və sərbəst varlıqlar hesab etmirdilər.
Şiə təvəssül və şəfaətə etiqad edir.Eyni zamanda da etiqad edir ki,Allahın izni olmadan heç kim şəfaət edə bilməz və onun müşküllərini həll edə bilməz. İnşəƏllah Quran və sünnədən ehtiyac olsa,imkanım daxilində və vaxtım daxilində danışarıq.
Bu ayələri gətirməkdə məqsədin aydındır ki,təvəssül və şəfaəti inkar etmək üçün gətirmisən.Yaxşı əgər bilirdinsə ki,əhli-sünnə alimləri arasın da təvəssül və şəfaət barəsin də ixtilaf var.Bəs nəyə görə bu ayələri gətirirsən.Adama deyərlər get bu ayələri təvəssül və şəfaətə icazə verən alimlərinə verdəəəə.Deməli bilmirdin.Bisəydin bu ayələri gətirməzdin. Sənin dilinlə deyirəm bəlkə də xəvariclərin saytından oxudun.Bəlkə də.Doğrusunu Allah bilər.
Sələfi də təvəssül və şəfaətə etiqad edir. Ancaq sələfi əqidəsində təvəssül və şəfaət Quran və səhih hədislərdə olan dəlillərlə kifayətlənir.
Şiələrdə isə şəfaət və təvəssül o qədər şişirdilib Məkkə müşriklərini keçiblər.
Əhli Sünnə alimlərində şəfaət və təvəssül anlayışı şiələrdən yer-göy qədər fərqlənir.
Əhli Sünnə alimləri arasında əsas ixtilaflar aşağıdakılardır:
1) Ölmüş əməlisaleh insanların xatirinə Allahdan nəsə istəmək kimi dualar
Bu duada da diqqət yetirsən Allahdan istənilir.
2) Peyğəmbərdən (s)Qiyamət günü olan şəfaəti istəmək.
Bu ixtilaflar əsasən bu məsələlərlə bağlı bəzi hədislərin səhih və ya zəif olması səbəbindən doğur.
Ancaq Əhli Sünnə alimləri qəbirlərdən, pirlərdən və əməlisaleh insanlardan kömək istəmək, uşaq istəmək, qorumaq istəmək və onlara qurban kəsməyin şirk olması bəradə ittifaq etmişlər.
“VƏFATINDAN SONRA NƏBİYLƏ TƏVƏSSÜL.
Fəqihlər, vəfatından sonra Nəbiylə - sallallahu aleyhi və səlləm - təvəssül eləmənin məşru olması haqda ixtilaf etmişlər. Yəni, belə deyən kimsənin sözü haqqında: “Allahım! Nəbin xatirinə, Nəbinin Cahı üçün, Nəbinin haqqı üçün səndən istəyirəm”
Birinci Görüş (Caiz olduğu):
Fəqihlərin çoxu (Məlikilər, Şafiilər, Hənəfilərin son dönəm alimləri, Hənbəli məzhəbində əsas görüş) təvəssülün bu növünün caiz olduğuna hökm etmişlər.
Nəbinin - sallallahu aleyhi və səlləm - sağlığında və ya vəfatından sonra olması arasında fərq yoxdur...
İkinci Görüş (Məkruh olduğu):
“Ət Tətərxaniyyə”də“Əl Muntəqa“ adlı kitabdan nəqlən belə gəlmişdir: Əbu Yusuf, İmam Əbu Hənifədən rəvayət etmişdir: Hər kəsin Allaha ancaq Onunla (isim və sifətləriylə) dua eləməsi lazımdır. İzin verilmiş, əmr edilmiş dua Uca Allahın bu kəlamından çıxan nəticədir: “Ən gözəl isimlər Allahındır. Ona bunlarla dua edin””
Əbu Yusufdan, bu əməldə bir bəis olmadığı rəvayət edilmişdir. Rəvayət olunmuş əsər səbəbilə Leysin görüşü də budur.
Üçüncü Görüş (Caiz olmadığı):
Taqiyyuddin ibn Teymiyyə və son dönəm Hənbəli alimlərindən bəziləri, Nəbinin zatı ilə təvəssülün caiz olmadığı görüşündədir…”
Qaynaq: Əl Məvsuatul Fiqhiyyətul Kuveytiyyə: 14/156-161 http://archive.org/d...ikh_pdfbook_ara
Get bu ayələri əhli-sünnə alimlərinə gətir.Denən niyə Peyğəmbərə (səəv)ibadət edirsiz.Axı Quran da belə ayələr var.
2.
[/color][/size]
Bu məsələni yuxarıda izah elədim.
Klassik alimlərinizə məsləhətin olsa,verərsən.
3.Məzhəb imamın (Əhməd ibn Hənbəl)Peyğəmbərin (səəv) tükünü öpüb gözünə qoyarmış sönra da şəfa tapmaq üçün tükü suya batırıb suyuda içərmiş. İmamına denən ki,ay mənim imamım axı Quran da ayə var.Tükə ibadət etmək sayılır axı.[/color]
Bu sənədin səhihliyi haqda bilmirəm. Ancaq imam Əhməd tükdən kömək istəməyib. Başqa bir tərəfdən Peyğəmbərin (s) tükü və paltarı ilə təbərrük etmək ilə bağlı hədislər var.
İmamlardan uşaq istəmək ilə bağlı hədis var?Hənbəli 84 məndə səni başa düşmürəm.
İnşəAllah sənə kitablar deyərəm, oxuyarsan. Allah sənə doğru yolu göstərsin.
Сообщение отредактировал hənbəli_84: 31 октября 2012 - 10:34