Salam aleykum bacı və qardaşlar.
Bir müddətdir ki, Əbu Bəkr məscidinin forumunda hamımızın tanıdığı şeyx Qamətin, ona verilən sualları necə cavablandırdığını müşahidə edirəm. Düzünü deyim ki, bu cavablar məni çox təəccübləndirdi və mən bəziləri ilə Sizi tanış etmək istərdim. Həmçinin yaxşı olardı ki, şeyx mənim suallarımı da öz forumunda cavablandırsın, amma nədənsə onları (suallarımı) foruma daxil etmirlər. Buna görə də qərara gəldim ki, onları burada verim, istəsə ya özü, ya nümayəndələri gəlib cavablandırarlar.
SHİYA adlı istifadəçi şeyxə sual verir: (orijinalı)
SALAM ALEYKUM,,, EHLI SUNNE VE CEMMAT , EHLI SHIYENIN KESDIYI , HEYVANIN ETINDEN YEYE BILER ?
Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Şiələr fərqlidirlər. Elə şiə var ki, normaldır, səhabələri söymür, peyğəmbərin (s.a.v.) zövcələrinə fahişə demir, belələrindən eyib etməz. Amma bilsən ki, zövcləri və səhabələri söyür, belələrindənm nəinki mən, lap peyğəmbərin (s.a.v.) özü də deyərdi ki, beləsindən heç nə alma.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!
Budur sualın cavabı?
Mən həmişə sələfilərə məhtəl qalırdım ki, onlar hamısı eyni üsulda danışır və qoyulan suala tamam aid olmayan, primitiv bir cavab verirdilər. İndi aydın oldu niyə...
Şeyxdən soruşmaq istərdim ki:
1. Məgər səhabələri söymək insanı ismandan çıxarır? Əgər çıxarırsa şiənin səhabələri söyməsini və bunun insanı islamdan çıxarmasını hədislərlə sübut edin!
2. Zövcələrinə fahişə demək insanı islamdan çıxarır? Əgər çıxarırsa şiənin belə deməsini və bunun insanı islamdan çıxarmasını hədislərlə sübut edin!
3. Peyğəmbərin demədiyi şeyi necə onun adından deyirsiz? nəinki mən, lap peyğəmbərin (s.a.v.) özü də deyərdi ki, beləsindən heç nə alma.
Xəbərdarlıq edirəm ki, bu temaya özüm ciddi nəzarət edəcəyəm. Burada artıq heç nə yazılmayacaq, yalnız şeyxin sual-cavabları və bizim ona olan sual-cavablarımız.
Insallah siz sual vereceksiniz.Mende bu sualari qamete verecem insallah el feth sualina cavab...
Əvvəla, biz onun bütün suallarınl cavablandırdıq, hətta özünə bir-iki sual verdik ki, ondan sonra yoxa çıxdı, fikirləşdik ki, yəqin ağıllanıb, elm öyrənməyə başlayıb...
1. Peyğəmbər (s.a.v.) deyib ki, mənim səhabələrimi söyməyin. Bu barədə kifayət qədər hədislər var. Hətta onlardan bəziləri böyük günahlar etsələr belə, necə ki, Hatib (r.a.) casusluq etmişdi Məkkə əhlinə, peyğəmbər (s.a.v.) dedi ki, o Bədrdə döyüşüb. Səhabələri söymək peyğəmbəri (s.a.v.) təhqir etməkdir, yəni o pis müəllim olub, yəni 100 min səhabədən yalnız dördü yaxşı səhabə olub. Başqa bir hədisində peyğəmbər (s.a.v.) deyib ki, səhabəni söymək fasiqlik, öldürmək isə küfrdür. Təsəvvür edin ki, Allah Təalanın təriflədiyi, razı qaldığı səhabəni sən söyürsən, bu Allahın ayəsinə qarşı çıxmaqdır və küfrdür.
2. Zövcələr isə səhabələrdən də dəhşətlidir. Allah Təala peyğəmbərə (s.a.v.) zövcələr seçib, onları möminlərin anaları adlandırıb, peyğəmbərdən (s.a.v.) sonra onları kiminsə almasını haram edib. Əgər adicə bir cahilin, hətta boşanmış zövcəsinə fahişə desələr, əgər həmin cahilin bir balaca qeyrəti varsa, onun xoşuna gəlməz. Bəs boşanmamış zövcəsinə belə desələr? Təsəvvür edin peyğəmbərin (s.a.v.) zövcələrinə belə demək. Bunu deyən ümid edir ki, gedib peyğəmbərlə (s.a.v.) görüşəcək? Buna nə ad vermək olar?
3. Belə deməyimə səbəb odur ki, peyğəmbər (s.a.v.) vaxtında zövcəsinə iftira atanlarla danışmadı və sonra möminlərin anası Aişə (r.a.) haqqında Nur surəsində 10-26 ayələri nazil olduqdan sonra münafiqləri cəzalandırdı. Ayədə möminlərin anasının təmiz olduğu sübut olunur:
"10 - Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən, hikmət sahibi olmasaydı (halınız necə olardı)? (O, günahkarların cəzasını dərhal verib onları rüsvay edərdi).
11 - Həqiqətən, (Aişə barəsində) yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni (Abdulah ibn Ubeyyi) isə (qiyamət günü) çox böyük (şiddətli) bir əzab gözləyir!
12 - Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” – deməli deyildilərmi?
13 - (Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar!
14 - Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı.
15 - O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır!
16 - Məgər siz onu eşitdiyiniz zaman: “Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman (Allah)! Bu, çox böyük bir böhtandır!” – deməli deyildinizmi?
17 - Allah sizə öyüd-nəsihət verir ki, əgər möminsinizsə, bir daha belə şeylər etməyəsiniz.
18 - Və Allah sizin üçün ayələrini (belə ətraflı, açıq-aydın) izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
19 - Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz!
20 - Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah şəfqətli, rəhmli olmasaydı (Halınız necə olardı)? (Dediyiniz yalanlara, yaxdığınız iftiralara görə sizi dərhal məhv edərdi).
21 - Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan danışmağı, özgələrə böhtan atmağı) əmr edər. Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (günahdan) pak olmazdı. Lakin Allah dilədiyini (günahdan) pak edər. Allah (hər şeyi) eşidəndir, biləndir!
22 - Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrabaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!
23 - Zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab gözləyir.
24 - Qiyamət günü (onlar dünyada qazandıqları günahlarını dandıqda) dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.
25 - O gün Allah onların cəzasını layiqincə verəcək və onlar Allahın (Allahın onlara verdiyi vədin) açıq-aşkar bir haqq olduğunu biləcəklər!
26 - Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. (Pis sözlər pis adamlara, pis adamlar pis sözlərə, eləcə də yaxşı sözlər yaxşı adamlara, yaxşı adamlar da yaxşı sözlərə layiqdirlər). Bunlar (Aişə və Səfvan kimi pak adamlar) onların (münafiqlərin) dediklərindən (yalan, pis sözlərdən) uzaqdırlar. Onları (günahlardan) bağışlanma və (Cənnətdə) tükənməz (minnətsiz) ruzi gözləyir!"
Sonuncu ayəni diqqətlə oxu, əgər Aişəyə (r.a.) elə söz deyirsənsə, onun əri necə olacaq? Məgər küfr deyilmi?