Insallah siz sual vereceksiniz.Mende bu sualari qamete verecem insallah el feth sualina cavab...
Əvvəla, biz onun bütün suallarınl cavablandırdıq, hətta özünə bir-iki sual verdik ki, ondan sonra yoxa çıxdı, fikirləşdik ki, yəqin ağıllanıb, elm öyrənməyə başlayıb...
1. Peyğəmbər (s.a.v.) deyib ki, mənim səhabələrimi söyməyin. Bu barədə kifayət qədər hədislər var. Hətta onlardan bəziləri böyük günahlar etsələr belə, necə ki, Hatib (r.a.) casusluq etmişdi Məkkə əhlinə, peyğəmbər (s.a.v.) dedi ki, o Bədrdə döyüşüb. Səhabələri söymək peyğəmbəri (s.a.v.) təhqir etməkdir, yəni o pis müəllim olub, yəni 100 min səhabədən yalnız dördü yaxşı səhabə olub. Başqa bir hədisində peyğəmbər (s.a.v.) deyib ki, səhabəni söymək fasiqlik, öldürmək isə küfrdür. Təsəvvür edin ki, Allah Təalanın təriflədiyi, razı qaldığı səhabəni sən söyürsən, bu Allahın ayəsinə qarşı çıxmaqdır və küfrdür.
yaxşı onda sən qəbul edirsənmi ki, Muaviyə və Əmr ibni As (lən.) kafirdir? çünkü onlar Hz. imam Əlini (ə.s) söyürdülər və onların bu bidəti 70 il davam etdi. ikinci: sən deyirsən səhabəni öldürən kafirdir. çox gözəl, onda Abdullah ibni Məsudu (r.ə) döydürüb, ölümünə səbə olan, Əmmar ibni Yasiri (r.ə) öldürən, Hz. imam Həsəni (ə.s) zəhərlədərək öldürən və Hz. imam Hüseyini (ə.s) şəhid edənlərin kafir olduğunu qəbul edirsən? axı onlar da səhabədir. üçüncü olaraq da: səhabəni söyən kafirdirsə onda möminlərin anasının kafir olduğunu qəbul edirsən (mən buna inanmıram sadəcə sənin məntiqinlə belə gəlir)? çünkü O, Osmana söymüşdü, kafir demişdi. dördüncü olaraq: Allahın səhabənin hamısından razı olduğunu deyirsən. bəs Allahın razı olduğu şəxs cəhənnəmə gedər? əgər "yox" desən onda deməli Allah səhabənin hamısında razı deyil. çünkü onların bəzisi cəhənnəmə gedəcək:
32- (2297) Bize Ebû Bekr b. Ebî Şeybe ile Ebû Küreyb ve İbnî Nü-meyr rivayet ettiler. (Dediler ki) : Bize Ebû Muâviye, A'meş'den, o da Şekîk'den, o da Abdullah'dan naklen rivayet etti. Abdullah şöyle demiş : Resûlüllah [Sallallahü Aleyhi ve Sellem): «Ben havzın başına sizden önce varacağım. Ve bîr takım kavimler hakkında münakaşa edeceğim. Sonra onlar üzerine bana galebe çalınacak. Ben: Yâ Rabbî (bunlar benîm) ashabım! Ashabım! diyeceğim. Bunun üzerine: "Sen onların senden sonra neler icad ettiklerini bilmezsin, denilecek." buyurdular. (Səhihi Müslim, Fəzilətlər kitabı, Peyğəmbərin hövzü və o hövzün isbatı babı, hədis 32)
2. Zövcələr isə səhabələrdən də dəhşətlidir. Allah Təala peyğəmbərə (s.a.v.) zövcələr seçib, onları möminlərin anaları adlandırıb, peyğəmbərdən (s.a.v.) sonra onları kiminsə almasını haram edib. Əgər adicə bir cahilin, hətta boşanmış zövcəsinə fahişə desələr, əgər həmin cahilin bir balaca qeyrəti varsa, onun xoşuna gəlməz. Bəs boşanmamış zövcəsinə belə desələr? Təsəvvür edin peyğəmbərin (s.a.v.) zövcələrinə belə demək. Bunu deyən ümid edir ki, gedib peyğəmbərlə (s.a.v.) görüşəcək? Buna nə ad vermək olar?
əvvəlcə demək lazımdır ki, siz artistliyi çox gözəl bacarırsız. sizi təbrik edirəm. ikinci olaraq: siz bunu şiənin bir kitabında göstərə bilərsiz? amma mən deyirəm ki, əgər siz "ifk hadisəsi" ilə əlaqədar hər hansı bir şiə təfsir kitabına baxsanız görəcəksiniz ki, Aişə necə müdafiə olunur. ümumiyyətlə bizim inancımız odur ki, Peyğəmbərlərin (hamısına minlərcə salam və salat olsun) zövcələri heç bir zaman zina etməz, bu bütün peyğəmbərlər haqqında inancımızdır. nümunə üçün Mizan Tefsirinin Nur surəsinin təfsiri bölümünə baxa bilərsiniz.
3. Belə deməyimə səbəb odur ki, peyğəmbər (s.a.v.) vaxtında zövcəsinə iftira atanlarla danışmadı və sonra möminlərin anası Aişə (r.a.) haqqında Nur surəsində 10-26 ayələri nazil olduqdan sonra münafiqləri cəzalandırdı. Ayədə möminlərin anasının təmiz olduğu sübut olunur:
"10 - Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən, hikmət sahibi olmasaydı (halınız necə olardı)? (O, günahkarların cəzasını dərhal verib onları rüsvay edərdi).
11 - Həqiqətən, (Aişə barəsində) yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni (Abdulah ibn Ubeyyi) isə (qiyamət günü) çox böyük (şiddətli) bir əzab gözləyir!
12 - Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” – deməli deyildilərmi?
13 - (Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar!
14 - Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı.
15 - O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır!
16 - Məgər siz onu eşitdiyiniz zaman: “Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman (Allah)! Bu, çox böyük bir böhtandır!” – deməli deyildinizmi?
17 - Allah sizə öyüd-nəsihət verir ki, əgər möminsinizsə, bir daha belə şeylər etməyəsiniz.
18 - Və Allah sizin üçün ayələrini (belə ətraflı, açıq-aydın) izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
19 - Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz!
20 - Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah şəfqətli, rəhmli olmasaydı (Halınız necə olardı)? (Dediyiniz yalanlara, yaxdığınız iftiralara görə sizi dərhal məhv edərdi).
21 - Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan danışmağı, özgələrə böhtan atmağı) əmr edər. Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (günahdan) pak olmazdı. Lakin Allah dilədiyini (günahdan) pak edər. Allah (hər şeyi) eşidəndir, biləndir!
22 - Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrabaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!
23 - Zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab gözləyir.
24 - Qiyamət günü (onlar dünyada qazandıqları günahlarını dandıqda) dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.
25 - O gün Allah onların cəzasını layiqincə verəcək və onlar Allahın (Allahın onlara verdiyi vədin) açıq-aşkar bir haqq olduğunu biləcəklər!
26 - Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. (Pis sözlər pis adamlara, pis adamlar pis sözlərə, eləcə də yaxşı sözlər yaxşı adamlara, yaxşı adamlar da yaxşı sözlərə layiqdirlər). Bunlar (Aişə və Səfvan kimi pak adamlar) onların (münafiqlərin) dediklərindən (yalan, pis sözlərdən) uzaqdırlar. Onları (günahlardan) bağışlanma və (Cənnətdə) tükənməz (minnətsiz) ruzi gözləyir!"
Sonuncu ayəni diqqətlə oxu, əgər Aişəyə (r.a.) elə söz deyirsənsə, onun əri necə olacaq? Məgər küfr deyilmi?
təbrik edirəm , indi güya sən nə isə yeni bir şey kəşf ettin. əvvəlcə bunu deməliyəm ki, siin dedikləriniz və hər zaman söylədiklərinizdən belə anlaşılır ki, peyğəmbərin qohumu kafir ola bilməz. indi bunlara cavab verib sonra möminlərin anası Aişə haqqında danışacağam:
əvvəlvə: deyilir ki, Əbu Bəkir Peyğəmbərin (s.ə.ə) dostudur, bəs o kafir ola bilməz. biz deyirik ki: Peyğəmbərin dostu oğlu, əmisi olmaq insanın üzərindən məsuliyyəti götürmür. əvvəlcə dost məsələsinə açıqlıq gətirək. Allah Yusuf surəsinin 39-cu ayəsində deyir:
"Ey mənim zindan dostlarım! Ayrı-ayrı tanrılar yaxşıdır, yoxsa Tək olan, hər şeyə Qalib gələn Allah?"
"Onunla söhbət edən dostu isə dedi: "Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış Rəbbini inkarmı edirsən?"
görüldüyü kimi, Yusiflə (ə.s) zindanda olanlar kafir idi, Yusif (ə.s) onlara tövhidi təbliğ edirdi, ancaq ayədə onlara "dostlarım" deyərək xitab olunur.
keçək peyğəmbərin oğlu məsələsinə:
"Gəmi onları dağlar kimi dalğalar içərisində apardığı zaman Nuh kənarda duran oğlunu səsləyib dedi: "Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!". O dedi: "Məni sudan qoruyacaq bir dağa sığınacağam!" Nuh dedi: "Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bilməz!" Sonda dalğa onları bir-birindən ayırdı və o, suda boğulanlardan oldu." (Hud surəsi 42-43-cü ayələr)
deməli peyğəmbərin oğlu olmaqda insanın kafir olmasının qarşısını ala bilməz. indi isə keçək peyğəmbərin zövcəsinə. biz deyirik ki, peyğəmbərin zövcəsi olmaqda insanı kafir olmaqdan qorumur. buna dəlilimiz isə Hz. Nuhun və Hz. Lutun (ikisinədə salam olsun) qadınlarının kafir olmasıdır:
"Allah kafirlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi. Onlar Bizim əməlisaleh qullarımızdan iki qulun nikahı altında idilər. Onlar ərlərinə xəyanət etdilər və bunlar onları Allahdan heç cür xilas edə bilmədilər. Onlara: "Girənlərlə birgə ikiniz də oda girin!"– deyildi." (Təhrim surəsi 10-cu ayə)
deməli, peyğəmbərin zövcəsi olmaqda insanı kafir olmaqdan qorumur. əksinə məsuliyyətini artırır və peyğəmbərlərin zövcələrinin ettiyi hər pis əmələ iki qat cəza var:
Ey Peyğəmbərin zövcələri! Sizlərdən hər kim açıq-aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat artar. Bu, Allah üçün asandır. (Əhzab surəsi 30-cu ayə)
bütün bunlardan sonra mən deyirəm ki, Rəsulullahın (s.ə.ə) zövcəsi və mənim anam olan Aişəyə kafir deməkdən çəkinirəm. ancaq, Onun Rəsullahın (s.ə.ə) zövcəsi və mənim anam olması əzab çəkməyəcəyi demək deyil. Hz. imam Əlinin (ə.s) dediyi kimi: "O, Rəsulullahın zövcəsi olduğu üçün, Rəsulullahın (s.ə.ə) sağlığında və vəfatından sonra hörməti saxlanılır. Onun cəzası Allah qatındadır"