Отправлено 16 октября 2011 - 23:04
Əsas – 2. “Uca Allah ədəd yönündən deyil, şərikinin olmaması yönündən təkdir . Doğmayıb, doğulmayıb, onun heç bir tayı – bərabəri yoxdur. O yaratdıqlarından heç bir şeyə bənzəməz və yaratdıqlarından heç bir şey ona bənzəməz. O, isimlərilə, Zati və Feli sifətlərilə bərabər daima olub və daima olacaq.
Zati sifətlərə gəlincə aşağıdakılardır: Həyat, Qüdrət, Elm, Kəlam, Eşitmə, Görmə, İradə.
Feli sifətlərə gəlincə aşağıdakılardır: Yaratma, Ruzi vermə, İnşa, İbda, Sunu və digərləri .”
“Sifəti və ismi var və var olacaq, Onun sifəti və ismi sonradan meydana çıxmış deyildir. Allahın sifətləri əzəlidir. Allah daima elmiylə alim olmuşdur. Elm onun əzəli sifətidir. Qüdrətilə Qadirdir. Qüdrət onun əzəli sifətidir. Kəlamıyla danışandır. Kəlam onun əzəli sifətidir. Yaratmasıyla Xaliqdir. Yaratma onun əzəli sifətidir. Feliylə Faildir. Fel onun əzəli sifətidir. Fail Uca Allahdır. Fel əzəli sifətdir. Fellə meydana gələn şey isə məxluqdur. Allahın feli isə məxluq deyildir. Kim desə ki, Allahın sifətləri məxluqdur və ya sonradan yaranmışdır və ya bu mövzuda sussa və ya şübhə etsə, o Uca Allahı inkar etmişdir.”
“O bilir, lakin elmi bizim elmimiz kimi deyil. O qadirdir, lakin qüdrəti bizim qüdrətimiz kimi deyil. Görür, lakin görməsi bizim görməmiz kimi deyil. Eşidir, lakin eşitməsi bizim eşitməmiz kimi deyil. Danışır, lakin danışması bizim danışmamız kimi deyil.
Biz alət və hərflərlə danışırıq. Uca Allah isə alətsiz, hərfsiz danışır.
Hərflər yaradılmışdır, Uca Allahın kəlamı isə məxluq deyildir.”
O digər şeylərdən fərqli olan varlıqdır. Varlığın mənası, cismsiz, cövhərsiz və arazsız sabit olmasıdır.
Onun həddi, ziddi, niddi və misli yoxdur.
Uca Allah Quranda zikr etdiyi kimi, Onun əli, üzü və nəfsi var. Uca Allah Quranda əl, üz və nəfs qismindən nə zikr edibsə bu onun sifətidir, lakin keyfiyyəti/necəliyi bilinmir.
Onun əli, Onun qüdrətidir və ya nemətidir deyilməz! Çünki, bunda sifətin batil edilməsi var. Bu isə, əhli Qədər və əhli İtizalın görüşüdür.
Lakin Onun əli, Onun sifətidir necəliyi isə məlum deyil. Həmçinin, Allahın qəzəbi və rızası Uca Allahın sifətlərindən iki sifətdir və necəliyi məlum deyil.”
Terbiye , exlaq ve edebden kenar yazanlara ne cavab verirem ne de yazilarini oxuyuram.Men iqnor edirem : 3_Rengli_HeyaT , Ebul Hesen , Kanan_313N , Elmeddin.88