İndi isə Buxarinin dıgər nəaliyyətinə baxaq:
Bildiyimiz kimi Buxari və Muslim, müəllim-tələbə öz aləmlərində "Səhih" kitablar yazıblar.
حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدِ بْنِ أَسْمَاءَ، قَالَ حَدَّثَنَا جُوَيْرِيَةُ، عَنْ نَافِعٍ، عَنِ ابْنِ عُمَرَ، قَالَ قَالَ النَّبِيُّ صلى الله عليه وسلم لَنَا لَمَّا رَجَعَ مِنَ الأَحْزَابِ " لاَ يُصَلِّيَنَّ أَحَدٌ الْعَصْرَ إِلاَّ فِي بَنِي قُرَيْظَةَ
Əbdullah b. Muhammad, Cuveyrə, Nafi, Abdullah b. Ömər rəvayət edir: Peyğəmbər s.a.s Əhzabdan qayıdanda bizə buyurdu: "Heç kəs "əsr" namazını qilmasın məgər ki, Bəni Qureyzədə.
"Səhihul-Buxari" 954-cü hədis
وَحَدَّثَنِي عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدِ بْنِ أَسْمَاءَ الضُّبَعِيُّ، حَدَّثَنَا جُوَيْرِيَةُ بْنُ أَسْمَاءَ، عَنْ نَافِعٍ، عَنْ عَبْدِ اللَّهِ، قَالَ نَادَى فِينَا رَسُولُ اللَّهِ صلى الله عليه وسلم يَوْمَ انْصَرَفَ عَنِ الأَحْزَابِ " أَنْ لاَ يُصَلِّيَنَّ أَحَدٌ الظُّهْرَ إِلاَّ فِي بَنِي قُرَيْظَةَ
Əbdullah b. Muhammad, Cuveyrə, Nafi, Abdullah b. Ömər rəvayət edir: Peyğəmbər s.a.s Əhzabdan qayıdan gün bizə buyurdu: "Heç kəs "zöhr" namazını qilmasın məgər ki, Bəni Qureyzədə".
"Səhihu-Muslim" 4701-ci hədis
Gördüyümüz kimi eyni ravı silsiləsinin olmağına baxmayaraq Muslim namazın "zöhr" olduğunu, Buxari isə "əsr" olduğunu deyir.
Sizcə bunlardan kim yalançıdır?
İbn Həcər Əsqəlani buna əhli-sünnə metodu ilə cavaba oxşar bir şey yazıb.
"Fəthul-Bari"
İbn Hacər cavaba oxşar yox, əməlli başlı cavab yazıb...sözün düzü sənin kimi bir cahilin İbn Hacəri tənqid etməsi insanın ətini tökür.
İbn Hacər – rahiməhullah – “Fəthul-Bari”də deyir:
“
Əbu Yalə və digərləri bunda Muslim’ə müvafiqdirlər, bunu eyni şəkildə İbn Sad, Əbu Atbən Malik bin İsmayıldan, o da Cuveyriyədən “zöhr” ləfzi ilə rəvayət etmişdir. Eynilə İbn Hibban bunu Əbu Atbən yolu ilə eyni şəkildə rəvayət etmişdir. Cuveyriyə’nin rəvayətində yalnız “zöhr” sözü ilə mövcuddur, sadəcə Əbu Nueym “əl-Mustəxrəc” kitabında bunu Əbu Hafs əs-Silmi yolu ilə Cuveyriyə’dən rəvayət etmiş və rəvayətində “əsr” sözünü qeyd etmişdir. Lakin peyğəmbərin döyüşləri üzrə mütəxəssis olanlar bunun “əsr” olmasında ittifaq ediblər. İbn İshaq deyir: “Peyğəmbər – salləllahu aleyhi va səlləm xəndəkdən ayrılıb Mədinəyə geri dönərkən Cəbrayıl zöhr vaxtı ona gəldi və dedi: “Allah sənə Bənu Qureyza’ya yürüş etməyi əmr edir.” Bilala azan verməyi əmr etdi və insanlar üçün azan verdi: “Kim eşidirsə, əsr namazını yalnız Bənu Qureyza’da olarkən qılsın!” Bunu eyni ləfzlə ət-Tabərani və əl-Beyhəqi “əd-Dəlail”də əz-Zuhriyə qədər səhih sənədlə Abdurrahmən bin Abdilləh bin Kab bin Malik’dən, o da əmisi Ubeydullah bin Kab’dan rəvayət etmişdir ki, Allahın Elçisi – salləllahu aleyhi va səlləm – ... insanlardan əsr namazını Bənu Qureyza’ya çatmamış qılmamaqlarını tələb etdi. Dedi: “İnsanlar silahlarını taxdılar, günəş batdıqdan sonra Bənu Qureyza’ya gəldilər. Günəş batarkən aralarında münaqişə düşdü, bəziləri namazı qıldılar, digərləri isə tərk etdilər və dedilər: “Biz peyğəmbərin – salləllahu aleyhi va səlləm – tələbinə əməl edirik, üzərimizə günah olmasın.” Bu iki qrupdan heç birini qınamadı.” ət-Tabərani bunu bu şəkildə məvsul olaraq rəvayət etdi və Kab bin Maliki orada zikr etdi. əl-Beyhəqi isə əl-Qasim bin Muhamməd yolu ilə Aişədən – radiyallahu anhə - uzun şəkildə eyni sözlərlə rəvayət etmişdir....Bütün bunlar bunun əsr barəsində olmasında əl-Buxarinin rəvayətini dəstəkləməkdədir. Bəzi alimlər bu rəvayətlərin arasını cəm edərək deyirlər ki, mümkündür ki, insanlardan bəziləri peyğəmbərin əmrindən əvvəl zöhr namazını qılmışdılar, bəziləri isə qılmamışdı. Qılmayanlara ora çatmayana qədər heç kəsin zöhr namazını qılmaması, qılanlara isə heç kəsin əsr namazını qılmaması söylənmişdir. Digər alimlər isə bu iki rəvayətin arasını başqa bir ehtimalla cəm edərək deyirlər ki, onlardan bir qrup digərindən sonra yola çıxmışdır və birinci qrupa “zöhr”, ikinci qrupa isə “əsr” namazı deyilmişdir. Hər iki cəm metodunda heç bir bəis yoxdur. Lakin hədisin məxrəcinin bir olması bunu uzaqlaşdırır, çünki izah etdiyimiz kimi şeyxeyndə əvvəlindən sonuna qədər sənəd birdir. Sənəddəki ravilərdən hər birinin hədisi iki şəkildə rəvayət etməsi uzaq bir ehtimaldır, çünki əgər belə olsaydı onlardan biri ravilərindən bəzilərindən iki şəkildə rəvayət edərdi və bu, mövcud deyildir. Sonra əmin oldum ki, sözlərdəki fərq ravilərdən bəzisinin hifzi ilə əlaqədardır, beləki əl-Buxari’nin siyaqı özlüyündə, bunu Abdullah bin Muhamməd bin Əsmə və onun əmisi Cuveyriyə’dən rəvayət edən hər bir kəsin siyaqına müxalifdir. əl-Buxari’nin ləfzi belədir: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – dedi: “Sizdən heç biriniz Bənu Qureyza’da olmayınca əsr namazını qılmasın!” Onlardan bəziləri yolda olarkən əsr namazı girdi və onlardan bəziləri dedi: “Ora çatmayana qədər namaz qılmayacağıq” Digərləri isə dedi: “Yox, namaz qılacağıq, (peyğəmbərin) bizdən istədiyi bu deyil!” Bu, peyğəmbərə -salləllahu aleyhi va səlləm – çatdırıldı və onlardan heç birini qınamadı.” Muslimin və bunu rəvayət edən digərlərinin ləfzi belədir: “Allahın Elçisi – salləllahu aleyhi va səlləm – Əhzəbdən ayrıldığımız gün bizim aramızda səsləndi: “Sizdən heç biriniz Bənu Qureyza’da olmayana qədər zöhr namazını qılmasın!” İnsanlardan bəziləri namazın vaxtının çıxmasından qorxaraq Bənu Qureyza’ya çatmamış qıldılar. Digərləri isə dedi: “Vaxt çıxsa belə yalnız peyğəmbərin – salləllahu aleyhi va səlləm - əmr etdiyi yerdə qılacağıq!” Dedi: “Bu iki qrupdan heç birini qınamadı.” Görünən budur ki, ləfzlərin fərqlənməsi hər iki şeyxin şeyxi Abdullah bin Muhamməd bin Əsməidədir, əl-Buxari ondan rəvayət edərkən bu şəkildə rəvayət etmiş, digərləri isə rəvayət edərkən başqa ləfzlə rəvayət etmişdir və bu, Cuveyriyənin rəvayət etdiyi ləfzdir. Əbu İtbən’in bunda ona müvafiq olması, əl-Buxari’nin rəvayət etdiyi ləfzə müxalif olması bunun dəlildir. Ya da ki, əl-Buxari bunu hifzindən yazmış və hədisin ləfzi qorunulmamışdır, beləki onun məzhəbində bunun (məna ilə rəvayət etməyin) caiz olması bilinir. Muslim bunda ondan fərqlənir, çünki o, çox vaxt ləfzi mühafizə edir. Bunun əksi mümkün deyildir, çünki bunda müvafiq olanlar əl-Buxari’yə deyil, Muslimə müvafiq olublar. Lakin Əbu Həfs əs-Silmi’nin ona (yəni, əl-Buxariyə) müvafiq olması birinci ehtimalı dəstəkləyir və bunların hamısı İbn Ömərin hədisindəndir. Lakin başqalarının hədisinə nəzərən isə daha əvvəl qeyd olunmuş, bir qrupa zöhr, digər qrupa isə əsr namazının əmr olunması ətrafındakı iki ehtimalın əsaslı olduğu görünür. Mümkündür ki, zöhr rəvayətini İbn Ömər eşitmişdir, əsr rəvayətini isə Kab bin Malik və Aişə - radiyallahu anhə - eşitmişdir. Doğrusunu Allah bilir” (“Fəthul-Bari”, 7/408-409)
əl-Hafiz İbn Hacərin rəvayətlərdəki ixtilaflar barədəki sözünü qısa olaraq belə qısaltmaq olar.
Bu İbn Ömər, Kab bin Malik, Aişədən və digərlərindən rəvayət olunmuşdur. İbn Ömərdən gələn rəvayətlər əsasən Cuveyriyyə yolu ilə gəlir. Cuveyriyyədən rəvayət edənlərin arasında Muslim də daxil olmaqla bütün ravilər “zöhr” sözünü qeyd edərək rəvayət etmişdir, yalnız iki ravi istisnadır: əl-Buxari və Əbu Həfs əs-Silmi, yalnız bu ikisi əl-Cuveyriyyə’dən “əsr” sözünü qeyd edərək rəvayət edir. Lakin digər səhabələrdən gələn rəvayətlər əl-Buxari ilə Əbu Həfsin rəvayətini dəstəkləyir. əl-Məğazi əhli də bunun əsr namazı olmasında ittifaq etmişdir. Hədis əhli isə yuxarıdakı iki hədisi nəql etdiyimiz şəkildə cəm etmişdir.
İstənilən halda...bunun xəta olub olmamasından asılı olmayaraq, bununla hansı şəkildə əl-Buxari və ya Muslimin adına bir söz deyilə bilər ki?
Tutaq ki, xəta edilib...sonra? Bununla nə isbat olunur? əl-Buxari guya nəyisə təhrif edir? Görəsən nəyi təhrif edir? əsr namazı ilə zöhr namazını qarışdırmaq istəyir? Bunu buraya yerləşdirən gərək əvvəla öz niyyətindəki xətaları düzəltsin...özünü biyabır etməkdən başqa heç bir şeyə yaramır!