Quran təhrİf olunmayıb
#121
Отправлено 16 февраля 2010 - 17:42
Əxbarilərə görə Quranı adi insanlar oxuyub anlaya bilməzlər. Ona görə də onlar dəlil kimi yalnız mə`sumlardan rəvayət olunmuş hədislərə istinad edirlər. Bu hədislərin də əksəriyyətinin səhih olduğunu qəbul edirlər. Xüsusən də 4 mö`təbər kitablardakı hədislərin səhih olduğunu iddia edirlər. Bunun nəticəsində bə`ziləri zahirən təhrif barədə olan zəif hədislərə istinad edərək Quranın təhrif olunmasını iddia etmişlər.
Maraqlı tərəfi budur ki, zəif hədislərə əsasən təhrif iddiası edən bə`zi əxbarilər bu cür hədisləri rədd edən Quran ayələrini və səhih hədisləri tə`vil etmişlər.
Hiyləgər vəhhabilər isə ədalətsizcəsinə əxbarilərdən bə`zilərinin iddialarını bütün şiyə məzhəbinin ayağına yazmağa çalışırlar. Əgər bizdə bu metodla hərəkət etsək necə ki, bunu etməyə bizi vadar ediblər onda vay onların halına!
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#122
Отправлено 16 февраля 2010 - 18:33
فقد حدَّثَ العلماء المرضيون وأولياؤه المقبولون: أن محمدًا رسول الله يجلسه ربه على العرش معه
Muhəmməd rasulallahı(s.a.a.s.) Rəbbi ərşinin üzərində Özü ilə birlikdə oturdacaq.
İbn Teymiyyə "Məcmu əl-fətəva" 4-cü cild
Və yaxud İbn Teymiyyənin "Sunən" kitabının müəllifi Osman b. Səid əd-Darimidən nəql etdiyi sözlər:
ولو قد شاء الله لاستقرّ على ظهر بعوضة فاستقلّت به بقدرته ولطف ربوبيته، فكيف على عرش عظيم
Şübhəsiz Allah istəsə rubibiyyətinin lütfü və qudrəti ilə ağcaqanadın belində qala bilərdi. Əzəmətli ərşinin üzərində niyə qala bilməsin?
41473-cü vəhhabi fətvası
İndi biz bu axmaq sözləri bütün sünnülərin əqidəsinə aid edək?
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#123
Отправлено 16 февраля 2010 - 19:25
Yoxsa deyək yeni tikililərin yuxarı mərtəbəsində yaşayanlar Allaha daha yaxındır. Çünki alimləri bu cür səfeh sözlər işlədiblər. yeri gəlmişkən eşitdiyimə görə türkiyədə bu əqidədə olanlar var.
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#124
Отправлено 16 февраля 2010 - 20:26
Yoxsa deyək yeni tikililərin yuxarı mərtəbəsində yaşayanlar Allaha daha yaxındır. Çünki alimləri bu cür səfeh sözlər işlədiblər. yeri gəlmişkən eşitdiyimə görə türkiyədə bu əqidədə olanlar var.
Məndə deyirəm səud nəsli niyə Məkkədə 565 metrlik bina tikirlər.
Kəbə bu binanın yanında kosmosdan baxılırmış kimi görünür.
Abraj al Bayt Tower
Abraj al Bayt 2
...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!
313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ
Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!
#125
Отправлено 16 февраля 2010 - 20:44
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"
#126
Отправлено 18 февраля 2010 - 06:46
واختلفوا في وقت الدخول بالصغيرة فقيل لا يدخل بـها ما لم تبلغ ، وقيل يدخل بـها إذا بلغت تسع سنين ، وقيل إن كانت سمينة جسيمة تطيق الجماع يدخل بـها وإلا فلا
(Alimlər) Kiçik yaşlı qız uşağı ilə cinsi əlaqənin vaxtında ixtilaf etmişlər. Bə`ziləri "Baliğ olmamış cinsi əlaqə olmaz", bə`ziləri "9 yaşına çatsa olar", bə`ziləri isə "Əgər toppuş olsa və cinsi əlaqəyə taqəti çatsa onunla cinsi əlaqə olar, əks halda isə olmaz" demişlər.
İbn Nəcim "əl-Bəhrur-Raiq" 3/211
İndi biz aləmə car çəkək ki, vəhhabilərin hamısı toppuş uşaqla cinsi əlaqəni halal bilir?
لبس الكعب العالي لا يجوز لأنه يعرض المرأة للسقوط ، والإنسان مأمور شرعا بتجنب الأخطار ، بمثل عموم قول الله { وَلاَ تُلْقُوا بِأَيْدِيكُمْ إِلَى التَّهْلُكَةِ }(البقرة/195). ، وقوله { وَلاَ تَقْتُلُوا أَنفُسَكُمْ }(النساء/29).
Hündür dabanlı ayaqqabı geyinmək caiz deyil. Çünki bu qadının yıxılmağına səbəb ola bilər. İnsan şər`ən xətərlərdən çəkinməyə əmr olunmuşdu. Necə ki, Allah buyurur: "Öz əllərinizlə özünüzü təhlükəyə atmayın". (Bəqərə-195)), "Bir-birinizi məhv etməyin."(Nisa-39)
İndi vəhhabinin bu fətvasına görə bütün hündür daban geyinən sünnü xanımlarınin hamısının haram iş gördüyünü iddia edək?
Yoxsa axmağın dəlillərinə əsasən maşına, qatara, təyyarəyə, liftə minmək və s. kimi daha təhlükəli və nəticəsi daha ağır olan gündəlik işlərin hamısı haramdır?
Biz Şiə olaraq bütün sünnü aləmini bu cür şeylərdə ittiham etmərik. Çünki bu ayrı-ayrı fərdlərin fikirlərindən başqa bir şey deyil.
"Hənbəli" nikli vəhhabi yuser "Quranın təhrifinə inananın hökmü" adı altında mövzu açmışdır. Cavabında da istəyirdi ki, məsələdən xəbərdar olmayan şiələr desin ki, bu cür şəxs kafirdir. Necə ki, istəyinə qismən nail oldu və qardaşlardan bə`ziləri səhv edib bu cür də dedilər. Vəhhabilərə görə bütün şiələr Quranın təhrifinə inanır necə ki, bunu onların fətvalarında görmək olur. Vicdansız və hiyləgər vəhhabi dolayısıyla Şiəninin bir-birinə kafir deməsini əldə etmək istəyirdi. Bu onların məşhur üslubudur.
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#127
Отправлено 23 марта 2010 - 17:02
Scanı görmək mümkün olmur. Admin və Moderlərdən xahiş edirəm qardaşa bu problemin həllində yardım göstərsinlər.
#128
Отправлено 15 апреля 2010 - 00:40
http://www.alquran-n...net/masael1.htm
Сообщение отредактировал master_ier: 15 апреля 2010 - 00:43
...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!
313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ
Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!
#129
Отправлено 15 апреля 2010 - 17:49
Seyid Milaninin Quranın təhrifi barədə verilən suala cavabıdır. Vəhhabilər bundan yaman yapışıblar. Burda nə yazılıb axı?
http://www.alquran-n...net/masael1.htm
Burada məncə təhrifdən danışılmır axı. Söhbət Quranın məxluq olub-olmaması barədədir. Məxluq olub-olmaması başqa mövzudur ki, təhrifə aidiyyatı yoxdur.
Səhvəmsə düzəliş verin.
اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای
#130
Отправлено 26 апреля 2010 - 11:19
#131
Отправлено 26 апреля 2010 - 12:06
De ki, təhrif olunmamış kitabını bizə göstərsin. Onda da müzakirə edərik.qardaşlar, əxbari şiələrdən biri iddia edir ki, Kafinin 2-ci cildində, Quranın fəziləti kitabının Nadir hədislər babında təhrifə aid 92 hədis var. mən bu şəxsə cavab olaraq dedim ki, bu babda o qədər hədis yoxdur. və link verdim ki, kitaba baxsın ama cavabında mənə "siz (yəni usuli şiələr) kitabı təhrif etmisiz. əslində o babda 92 hədis var və hamısı təhrifə aiddir" dedi. xahiş edirəm bu məlumatı araşdırın.
#132
Отправлено 03 мая 2010 - 21:47
Qardaşlardan xahiş edirəm Kuleynin(r.a)(yalnız Kuleyni, başqa alim yox) Quranın təhrif olunub-olunmaması barədə fikrini yazasınız.
Zürarə rəvayət etmişdir: Əbu Cəfər (imam Baqir əsleyhissələm) buyurdu: "Quran təkdir, tək olanın qatından nazil edilmişdir. ixtilaflar ancaq ravilərdən qaynaqlanır" (Sigatul İslam Əllamə Şeyx kuleyni (r.a), "Əl Kafi", cild 2, Quranın fəziləti kitabı, Nadir həidslər babı, hədis 12)
#133
Отправлено 05 мая 2010 - 00:37
Peyğəmbər də “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!” – deyəcək.(Furqan-30)
Əgər Quran təhrif olunsa idi Peyğəmbər s.a.s.-in bu şikayəti mə`nasiz olardı. Təhrif olunmuş Quranı tərk edənlərdən nəyə görə şikayət etsin ki? Həmçinin Quranın tərk edilməsindənsə təhrif edilməsinin şikayətini etməyi daha doğru olardı.
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#134
Отправлено 05 мая 2010 - 23:24
11.Şiələrin doğrucul hesab etdikləri İbn Babveyh Qümmi öz kitabında belə rəvayət edir: "Bağdad hafizi Məhəmməd ibn Ömər Hafiz Bağdadi bizə Abdulla ibn Bişrdən, onun Əcləhdən, onun Əbu Zübeyrdən, onun da Cabirdən eşitdiyi bir hədis danışmışdır. Cabir belə demişdir: "Mən Rəsulullah səlləllahü əleyhi və alihinin bu sözləri dediyini eşitmişəm: "Qiyamət günü gələndə üç şey şikayət edəcək: Müshəf, məscid, mənim nəslim. Müshəf deyəcək: — Ya Rəbb, məni yandırıblar və parça-parça ediblər" (İbn Babveyh Qümminin "əl-Xisal" kitabı, səh.83, Tehran çapı, 1302 h.)
Bu hədisin orijinal mətni və "əl-Xisal" kitabına ssılka:
حدثنا محمد بن عمر الحافظ البغدادي المعروف بالجعابي قال : حدثنا عبد الله بن بشير ( 1 ) قال : حدثنا الحسن بن الزبرقان المرادي قال : حدثنا أبوبكر ابن عياش ، عن الاجلح ( 2 ) ، عن أبي الزبير ، عن جابر قال : سمعت رسول الله صلى الله عليه وآله يقول : يجئ يوم القيامة ثلاثة يشكون إلى الله عزوجل : المصحف ، والمسجد ، والعترة.
يقول المصحف : يا رب حرقوني ومزقوني ، ويقول المسجد : يا رب عطلوني وضيعوني ، وتقول العترة : يا رب قتلونا وطردونا وشردونا فأجثوا للركبتين للخصومة ، فيقول الله جل جلاله لي : أنا أولى بذلك.
Şeyx Səduq "Əl-Xisal" 232-ci hədis
Ərəb dilində azacıq oxuya bilənlər murdar vəhhabinin hədisin sənədini ixtisar etdiyini asanlıqla görə bilər. Sənədində qırmızı rənglə işarə etdiyim və vəhhabinin ixtisar etdiyi ravi Əbu Bəkr b. Əyyaşdır. Əhli-sünnənin ravilərindəndir. Bax əz-Zəhəbi "Siyər a`lamun-Nubəla" أبو بكر بن عياش
Digər ravi Əbu Zubeyr Muhəmməd b.Muslim. Yenədə əhli-sünnə ravilərindəndir. Bax əz-Zəhəbi "Siyər Ə`lamun-Nubəla" أبو الزبير محمد بن مسلم
Deməli hədisin sənədində iki sünnü ravilər var.Hədisin mətnindəki "Ya Rəbb, məni yandırıblar və parça-parça ediblər" cümləsi təhrifə dəlalət etmir. Hədisdə Osmanın dövründə yandırılan və Vəlidin parça-parça etdiyi mushəflərin şikayətindən söhbət gedir. Axmaq vəhhabilər isə bunu şiələrə qarşı dəlil kimi istifadə edirlər.
Başqa bir maraqlı məqam murdar vəhhabinin öz kitablarında rəvayət olunmuş bu hədisi bizə qarşı dəlil kimi gətirməyidir.
Zır vəhhabi saytından Muttəqi Hindi "Kənzul-Umməl fi Sunənil-Əqval val-Əf`al" 31190-cı hədis. Hədisdən sonra isə bildirilib ki, Əd-Deyləmi bunu Cabirdən, Əhməd, Ət-Təbərani və Səid b. Mənsur isə Əbu İmamədən rəvayət ediblər. Buda ssılka
كنز العمال في سنن الأقوال والأفعال
Belə bir sual meydana çıxır. Necə olur ki, Şiə raviləri sünnü ravilərindən rəvayət edirlər? Əl-Kəşşi öz "Rical"ında (səh 590) rəvayət edir:
انّ محمد بن أبي عمير قيل له: انّك قد لقيت مشايخ العامة ، فكيف لم تسمع منهم ؟
فقال: قد سمعت منهم، غير انّي رأيت كثيراً من أصحابنا قد سمعوا علم العامّة و علم الخاصة، فاختلط عليهم، حتى كانوا يروون حديث العامّة عن الخاصة وحديث الخاصة عن العامّة، فكرهت أن يختلط عليّ، فتركت ذلك و أقبلت على هذا
Muhəmməd b. Əbu Umeyrdən soruşuldu: Sən "ammə"nin (əhli-sünnənin) şeyxləri ilə görüşmüsən. Necə olur ki, onlardan heç nə eşitməmisən?
(Cavabında) Dedi: Eşitmişəm. Lakin gördüm ki, əshabımızdan çoxu "ammə"dən və "xassə"(şiə) eşitdiklərini bir-birinə qarışdırıblar, "ammə"nin hədisini "xassə"dən, "xassə"nin hədisini isə "ammə"dən rəvayət edirlər. İstəmədim ki, mən də qarışdıram. Odur ki, bu işi tərk elədim.
- fidan это нравится
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#135
Отправлено 05 мая 2010 - 23:36
13.Seyid Ne'mətulla Hüseyni "əl-Ənvar" kitabında deyir: "Qur'anı nazil olduğu kimi Əmirəlmö'minindən başqa heç kəsin tərtib etmədiyi barədə xəbərlərin sayı-hesabı yoxdur". (Seyid Ne’mətulla Cəzairi. "əl-Ənvar ən-Ne’məniyyə fi bəyan mə’rifət ən-nəş’ə əl-insaniyyə".)
14.Məhəmməd ibn Yə'qub Küleyninin Cabir Cü’fidən rəvayət etdiyi bu məşhur şiə hədisi də bu rəvayəti təsdiq etmək məqsədi güdür. Guya Cabir demişdir: "Mən Əbu Cə'fər əleyhissəlamın belə dediyini eşitmişəm: "Yalnız yalançı bütün Qur'anı nazil olduğu kimi topladığını iddia edə bilər; onu nazil olduğu kimi Əli ibn Əbu Talib və ondan sonrakı imamlardan başqa heç kəs toplamamış və hifz etməmişdir".( "əl-Kafi fi əl-üsul", "Kitab əl-hüccə", "İmamlardan başqa heç kəs bütün Qur’anı toplamamışdır" fəsli, səh.228, 1-ci cild, Tehran çapı.)
Burada isə Seyyid Ne`mətullah açıq aydın bildirir söhbət Quranın tərtibindən gedir təhrifindən yox.
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#136
Отправлено 06 мая 2010 - 02:00
9."Əbülhəsən Musa əleyhissəlam həbsdə olan Əli ibn Süveydə yazmışdır: "Öz şiələrindən olmayanların dinini qəbul etmə və sevmə, onlar Allaha, Onun Rəsuluna və onların əmanətlərinə xəyanət etmişlər" — dedikdə nəyi nəzərdə tuturam? Allahın Kitabı onlara əmanət qoyulmuşdur, onlar isə onu təhrif və təbdil etmişlər".("əl-Kafi", "Kitab ər-rövzə" fəsli, səh.125, 8-ci cild, Tehran çapı və səh.61, Hindistan çapı.)
Bu hədisin mətni böyük olduğundan kitaba ssılka verirəm və sadəcə olaraq sənədini bura kopyalayıram:
عدة من أصحابنا، عن سهل بن زياد، عن إسماعيل بن مهران، عن محمد بن منصور الخزاعي، عن علي بن سويد، ومحمد بن يحيى، عن محمد بن الحسين عن محمد بن إسماعيل بن بزيع، عن عمه حمزة بن بزيع، عن علي بن سويد، والحسن بن محمد، عن محمد بن أحمد النهدي، عن إسماعيل بن مهران، عن محمد بن منصور، عن علي بن سويد قال
"əl-Kafi", "Kitab ər-rovzə" 8/124
Hədisin sənədində işarə etdiyim ravi Səhl b. Ziyad zəifdir. Bax Əbul-Qasim Xoi "Mu`cəmu Ricalil-Hədis" 5639-cu nömrəli ravi. 5639 سهل بن زياد
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#137
Отправлено 06 мая 2010 - 08:59
Burada da yenə murdar vəhhabi öz ən`ənəsinə sadiq qalaraq mətni ixtisar, mə`nanı təhrif edib.3.Adnan əl-Bəhrani demişdir: Quranı təhrif edilmiş və dəyişdirilmiş olması hamı tərəfindən razılaşdırılmış məsələlərdəndir. Məzhəbin zəruriyyətlərindən (vacibatlarından) olduğuna görə, bu (məsələdə) “haqlı firqə” (rafiziləri nəzərdə tutur) həmfikirdirlər.( “Məşariqu–l-şumus əd-durriyyə”, səh. 126)
الأخبار التي لا تحصى كثيرة وقد تجاوزت حد التواتر، ولا في نقلها كثير فائدة بعد شيوع القول بالتحريف والتغيير بين الفريقين، وكونه من المسلمات عند الصحابة والتابعين، بل وإجماع الفرقة المحقة، وكونه من ضروريات مذهبهم
Saya-hesaba gəlməyən xəbərlər çoxdur, təvatür həddini keçmişdir. İki firqə(sünnü, şiə) arasında təhrif və diyişidirilmə fikri yayıldıqdan sonra onları nəql etməkdə fayda yoxdur. Səhabələrin və Tabeinin nəzərində doğruluğunda şübhə bilinməyən məsələlərdəndir. Həmçinin doğru olan firqənin(əxbarilərin) icması budur və məzhəblərinin zəruriyyətlərindəndir.
Bu şəxs həm sünnülərin həmdə şiələrin, həm sahəbələrin həm də tabeinlərin bu əqidədə olduqlarını bildirir. İcma və zərurət olaraq da Əxbariləri nəzərdə tutur.
O, bu nəticəyə hər iki məzhəbin mənbələrində olan hədislərdən gəlibdir. Sözünə e`tina olunsa həm əhli-sünnənin həm səhabələrin həm də tabeinlərin təhrifə inandığını söyləməliyik. Bu isə doğru deyil.
- fidan это нравится
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#139
Отправлено 06 мая 2010 - 22:52
17.Əhməd ibn Əbu Talib Təbərsi də özünün "əl-İhticac" kitabında həmin Kaşidən nəql edir ki, zindiqlərdən biri Əli ibn Əbu Talibdən bə'zi şeylər soruşmuş və o, cavabında bə'zi ayələri təfsir edərək demişdir: "Onlar Kitabda Allahın demədiklərini yazmışlar ki, xəlifəlik məsələsini dolaşıq salsınlar. Bundan başqa, onlar Qur'ana ziddiyyətli və narazılıqlar doğuran şeylər artırmışlar". Sonra demişdir: "Sənin Allahın "Yetimlərə qarşı ədalətsizlik etməkdən qorxsanız, qadınlardan istədiyiniz qədər nikah edin..." kəlamında aşkara çıxartdığın ziddiyyətli ifadə isə münafiqlərin Qur'andakı "Yetimlərə..." və "qadınlardan... nikah edin" ifadələrinin arasındakı bütün xitablardan və hekayətlərdən çıxardıqları Qur'anın üçdə birindən çoxunu təşkil edən hissəsindən əvvəl gələn ifadədir". ("əl-İhticac" səh.119 və "əs-Safi" səh.11; müqayisə et: 4/3 (tərc.))
Murdar vəhhabi "Təbərsi də özünün (əl-İhticac" kitabında həmin Kaşidən nəql edir ki) dedikdə nəyi nəzərdə tutduğunu anlamaq mümkün deyil. Ola bilsin hədisin ünvanı kimi göstərdiyi ("əs-Safi" səh.11; müqayisə et)kitabının müəllifi Kaşanini nəzərdə tutur. Doğrusunu Allah bilir. Əslində isə Kaşani "əs-Safi" təfsirində bunu "əl-İhticac" kitabından nəql edir.
Bu rəvayət "əl-İhticac" kitabında həcm e`tibarilə böyük olduğundan Mərhum Kaşaninin isə "əs-Safi" təfsirindən bu rəvayətin bir hissəsini nəql etdiyindən elə həmin kiçik parçanı kopyalayıb hər iki kitabda rəvayətə ssılka verirəm.
وفي الإحتجاج عن أمير المؤمنين عليه السلام قال لبعض الزنادقة في حديث وأما ظهورك على تناكر قوله تعالى وان خفتم ألا تقسطوا في اليتامى فانكحوا ما طاب لكم من النساء فليس يشبه القسط في اليتامى نكاح النساء ولا كل النساء اليتامى فهو مما قدمت ذكره من اسقاط المنافقين من القرآن وبين القول في اليتامى وبين نكاح النساء من الخطاب والقصص أكثر من ثلث القرآن
Feyz Kaşani "Əs-Safi" 1/420
Şeyx Ət-Təbərsi "əl-İhticac" 1/358
Ssılkadan əl-İhticac kitabını nəzərdən keçirən insaf əhli bu hədisin sənədinin olmadığını asanlıqla müşahidə edə bilər. Beləliklə bu rəvayətin əsli yoxdur. Əsli olmayan bir rəvayətə necə e`timad etmək olar?
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#140
Отправлено 07 мая 2010 - 00:32
12.Tanınmış şiə təfsirçisi Şeyx Mühsin Kaşi şiələrin bu böyük təfsirçisi haqqında belə nəql edir: "O öz təfsirində Əbu Cə'fər əleyhissəlamın belə dediyini qeyd etmişdir: — Allahın Kitabını artırıb-əksiltməsəydilər, bizim haqqımız ağıllı adamlardan gizli qalmazdı və bizim qaimimiz (müdafiəçimiz: sonuncu imama işarədir — tərc.) üzə çıxanda Qur'an onu təsdiq edərdi".( Mühsin Kaşinin "əs-Safi" adlı təfsiri, altıncı nəşrə müqəddimə, səh.10, Tehran çapı.)
Burada isə murdar vəhhabi öz cəhalətini bir daha nümayiş etdirib. Şiə Təfsirçisi Kaşanini Kaşi kimi təqdim edib. Böyük təfsirçisi dedikdə Əyyaşi nəzərdə tutulur. Yə`ni vəhhabi demək istəyir ki, Kaşani Əyyaşının təfsirindən belə nəql etmişdir. Mərhum Kaşaninin "əs-Safi" təfsirində bu sözlərin əsl mətni və ssılka:
وفي تفسير العياشي عن أبي جعفر عليه السلام قال : لولا إنه زيد في كتاب الله ونقص ما خفي حقنا على ذي حجى ولو قد قام قائمنا فنطق صدقه القرآن
"əs-Safi" "6-cı müqəddimə" səh 41
Bu isə hədisin əsl mənbəsi olan "Təfsirul-Əyyaşı"yə ssılka və hədisin mətni:
عن ميسر عن أبى جعفر (عليه السلام) قال: لو لا انه زيد في كتاب الله ونقص منه ما خفى حقنا على ذى حجى، ولو قد قام قائمنا فنطق صدقه القرآن
"Təfsirul-Əyyaşı" 1/13
Gördüyümüz kimi hədis mursəldir. Əyyaşı ilə Ravi Meysər arasında irsal vardır. Ümumiyyətlə Əyyaşınin təfsirində hədislərin sənədi yoxdur və bu qədim təfsir kitablarından olub bizə yalnız 2 cildi gəlib çatmışdır. Odur ki, hədislərin əsli tapılmalıdır. Bu hədisin isə əsli yoxdur.
Həmçinin hədisin mətni bu cür də tə`vil oluna bilər: "Allahın kitabını (y`əni təfsirini, ayələrin həqiqi mə`nalarını) artırıb-əksilməsəydilər bizim haqqımız ağıllı adamlardan gizli qalmazdı və bizim qaimimiz (sonuncu imama işarədir)zuhur edərkən nitq söyləyəndə Qur'an onu təsdiq edərdi". Hamını bildiyi məsələdir ki, əhli-sünnə ilə şiələr Quranın bə`zi ayələrin mə`nasında ixtilaf etmişlər. Məsələn əhli-sünnə bə`zi ayələrin guya Əbu Bəkrin, Ömərin və s. şə`ninə nazil olduğunu iddia etmiş, əksinə Əli a.s. və əhli-beytin şə`ninə nazil olan ayələri isə başqa cürə təfsir etmişlər. Nəticədə Quranın mə`nasında artırıb-azalmalar baş vermiş və həqiqət müsəlmanlardan gizli qalmışdır. Lakin hədisin əsli olmadığı üçün bu məsələ bir o qədər də əhəmiyyətli deyil.
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#141
Отправлено 07 мая 2010 - 02:11
8."Bəsair əd-dərəcat"ın müəllifi deyir: "Bizə Əli ibn Məhəmməd Qasim ibn Məhəmməddən, o da Süleyman ibn Davuddan, o da Yəhya ibn Ədimdən, o da Şərikdən, o da Cabirdən bir dəfə Əbu Cə'fərin belə dediyini söyləmişdir: — Rəsulullah Minada öz əshabələrini yanına çağırdı və onlara dedi: — Mən sizə Allahın müqəddəs şeylərini: Allah Kitabını, öz ailə üzvlərimi və Müqəddəs Kə'bəni qoyub gedirəm. Guya sonra Əbu Cə'fər demişdir: — İndi baxıram: Peyğəmbərdən sonra Allahın Kitabını təhrif etmişlər, Kə'bəni dağıtmışlar, Peyğəmbərin ailə üzvlərini isə öldürmüşlər. Beləliklə, Allahın bütün əmanətlərinin axırına çıxmışlar".("Bəsair əd-dəracat", 2-ci hissə 17-ci fəsil, İran çapı, 1285 h.)
Hədisin mətnini və kitaba ssılkanı nəzərinizə çatdırıram:
حدثنا علي بن محمد عن القاسم بن محمد عن سليمان بن داود عن يحيى بن أديم عن شريك عن جابر قال قال أبو جعفر ع دعا رسول الله أصحابه بمنى فقال يا أيها الناس إني تارك فيكم الثقلين أما إن تمسكتم بهما لن تضلوا كتاب الله و عترتي أهل بيتي فإنهما لن يفترقا حتى يردا علي الحوض ثم قال يا أيها الناس إني تارك فيكم حرمات الله كتاب الله و عترتي و الكعبة البيت الحرام ثم قال أبو جعفر ع أما كتاب الله فحرفوا و أما الكعبة فهدموا و أما العترة فقتلوا و كل ودائع الله فقد تبروا.
Sa`d b Abdullah əl-Qummi "Bəsairud-dərəcat" 17-ci fəsil səh 413
əl-Qasim b. Muhəmməd güvəniləcək ravi deyil. Bax Əbul-Qasim əl-Xoi "Mucamu ricalil-hədis" 9555-ci ravi
Suleyman b. Davud haqqında ixtilaflı fikirlər var. Əllamə Məclisi və İbn Davud əl-Ğəzairinin onu zəif hesab etməsini nəql etmişlər. lakin əl-Xoi onların əl-Ğəzairiyə təriqlərində cəhalətləri olduğunu bildirərək bu nisbəti qəbul etmir. Bax Əbul-Qasim əl-Xoi "Mucamu ricalil-hədis" 5447-ci ravi
Yəhya b. Ədim (Adəm) əhli-sünnənin ravilərindəndir. Bax əz-Zəhəbi "Siyər A`ləmun-Nubələ" يحيى بن آدم
Şərik b. Abdullah əhli-sünnənin ravilərindəndir. Bax əz-Zəhəbi "Siyər A`ləmun-Nubələ" شريك بن عبد الله
Nəticə e`tibarilə bu hədis sənəd e`tibarilə zəifdir.
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#142
Отправлено 07 мая 2010 - 02:14
8."Bəsair əd-dərəcat"ın müəllifi deyir: "Bizə Əli ibn Məhəmməd Qasim ibn Məhəmməddən, o da Süleyman ibn Davuddan, o da Yəhya ibn Ədimdən, o da Şərikdən, o da Cabirdən bir dəfə Əbu Cə'fərin belə dediyini söyləmişdir: — Rəsulullah Minada öz əshabələrini yanına çağırdı və onlara dedi: — Mən sizə Allahın müqəddəs şeylərini: Allah Kitabını, öz ailə üzvlərimi və Müqəddəs Kə'bəni qoyub gedirəm. Guya sonra Əbu Cə'fər demişdir: — İndi baxıram: Peyğəmbərdən sonra Allahın Kitabını təhrif etmişlər, Kə'bəni dağıtmışlar, Peyğəmbərin ailə üzvlərini isə öldürmüşlər. Beləliklə, Allahın bütün əmanətlərinin axırına çıxmışlar".("Bəsair əd-dəracat", 2-ci hissə 17-ci fəsil, İran çapı, 1285 h.)
Hədisin mətnini və kitaba ssılkanı nəzərinizə çatdırıram:
حدثنا علي بن محمد عن القاسم بن محمد عن سليمان بن داود عن يحيى بن أديم عن شريك عن جابر قال قال أبو جعفر ع دعا رسول الله أصحابه بمنى فقال يا أيها الناس إني تارك فيكم الثقلين أما إن تمسكتم بهما لن تضلوا كتاب الله و عترتي أهل بيتي فإنهما لن يفترقا حتى يردا علي الحوض ثم قال يا أيها الناس إني تارك فيكم حرمات الله كتاب الله و عترتي و الكعبة البيت الحرام ثم قال أبو جعفر ع أما كتاب الله فحرفوا و أما الكعبة فهدموا و أما العترة فقتلوا و كل ودائع الله فقد تبروا.
Sa`d b Abdullah əl-Qummi "Bəsairud-dərəcat" 17-ci fəsil səh 413
əl-Qasim b. Muhəmməd güvəniləcək ravi deyil. Bax Əbul-Qasim əl-Xoi "Mucamu ricalil-hədis" 9555-ci ravi
Suleyman b. Davud haqqında ixtilaflı fikirlər var. Əllamə Məclisi və İbn Davud əl-Ğəzairinin onu zəif hesab etməsini nəql etmişlər. lakin əl-Xoi onların əl-Ğəzairiyə təriqlərində cəhalətləri olduğunu bildirərək bu nisbəti qəbul etmir. Bax Əbul-Qasim əl-Xoi "Mucamu ricalil-hədis" 5447-ci ravi
Yəhya b. Ədim (Adəm) əhli-sünnənin ravilərindəndir. Bax əz-Zəhəbi "Siyər A`ləmun-Nubələ" يحيى بن آدم
Şərik b. Abdullah əhli-sünnənin ravilərindəndir. Bax əz-Zəhəbi "Siyər A`ləmun-Nubələ" شريك بن عبد الله
Nəticə: Hədis sənəd e`tibarilə zəifdir.
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#143
Отправлено 07 мая 2010 - 16:38
Sa`d b Abdullah əl-Qummi "Bəsairud-dərəcat" 17-ci fəsil səh 413
qardaş, Allah razı olsun, əziyət çəkmisən. xahiş edirəm bu alimlərin -Təbərsi, Əyyaşi və Sa`d b Abdullah əl-Qummi- təhrif haqqında olan fikirlərini də yazardınız. hədislərin zəif olduğu aydındır. alimlərin fikirlərini də yazsan daha gözəl olar.
Сообщение отредактировал Elmeddin.88: 07 мая 2010 - 16:39
#144
Отправлено 07 мая 2010 - 21:58
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#145
Отправлено 07 мая 2010 - 21:59
4.Əli əl-Kufi Əbu-l-Qasım demişdir: Nəğl və hədis əhlinin xüsusi və ümumi əhli həmfikirdirlər ki, insanların əllərində olan bu Quran Qurani-kərimin hamısı deyildir.( “Faslu-l-xitab”, səh. 27)
Əbul-Qasim Əli b. Əhməd əl-Kufi. ən-Nəccaşi öz "Rical"ında yazır:
رجل من أهل الكوفة كان يقول إنه من آل أبي طالب، و غلا في آخر أمره و فسد مذهبه و صنف كتبا كثيرة أكثرها على الفساد
Kufə əhlindəndir. Əbu Talibin nəslindən olduğunu deyərdi. Ömrünün axırında qulat olmuş, məzhəbini xarab etmişdir. Əksəriyyəti xarab əqidədən ibarət olan çoxlu kitablar yazmışdır.
Bax "Rical əl-Nəccaşi" 691- علي بن أحمد أبو القاسم الكوفي
Şeyx Tusi "əl-Fihrist" kitabında onun haqqında olan mə`lumata nəzər yetirdikdə xarab əqidədə olduğunu görürük:
أظهر مذهب المخمسة
Muxəmməsə məzhəbində olduğunu izhar etmişdir
Bax "əl-Fihrist" 379- علي بن أحمد الكوفي
Nəticə: Bu şəxsin əqidəsi xarab olduğundan onun sözünə e`tina olunmaz.
- fidan это нравится
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#146
Отправлено 12 мая 2010 - 01:35
Mushafda (Qur`an nüsxəsində) Qureyş qəbiləsindən yetmiş nəfərin adı yazılmışdı.
عن احمد بن محمد قال: "دفع إلي أبو الحسن (ع) مصحفاً وقال: لا تنظر فيه. ففتحه وقرأت فيه: ((لم يكن الذين كفروا)) فوجدت فيها اسم سبعين رجلاً من قريش بأسمائهم وأسماء آبائهم. قال: فبعث إلي: ابعث إلي بالمصحف". (ج2 ص631).
Əhməd bin Muhəmməddən rəvayət edilmişdir ki, demişdir: "Əbul-Həsən (Musa əl-Kazım) (əs) mənə bir mushaf verdi və: "Ona, heç baxma" dedi. Mən, onu açdım və orda, olan: "Kitab əhlindən və müşriklərdən inkar edənlər ..." ayəsini oxudum və orada, Qureyş qəbiləsindən yetmiş nəfərin adının və atasının adının olduğunu gördüm. (Bunun üzərinə, Əbul-Həsən): "Onu mənə qaytar. Mushaf ilə mənim yanıma qayıt" dedi. (2/səh. 631).
http://mezan.net/boo...kafi-2/279.html Bax: (16 saylı rəvayət).
عن أمير المؤمنين (ع) قال: "نزل القرآن أثلاثاً: ثلث فينا وفي عدونا، وثلث سنن، وثلث فرائض وأحكام" . (ج2 ص627).
Mö`minlərin əmirindən (Əli) (əs) rəvayət edilmişdir ki, demişdir: "Qur`an üçdə bir, üçdə bir üzrə nazil olub. Üçdə biri bizim (əhli beytimiz) və düşmənlərimiz barədə, üçdə biri sünnətlər barədə və üçdə biri də, fərzlər (vaciblər) və əhkamlar barədədir". (2/səh. 627).
http://mezan.net/boo...kafi-2/279.html Bax: (2 saylı rəvayət).
عن أبي جعفر (ع) قال: "نزل القرآن أربعة أرباع: ربع فينا، وربع في عدونا، وربع سنن وأمثال، وربع فرائض وأحكام" . (ج2 ص628).
Əbu Cəfərdən (Muhəmməd əl-Baqirdən) (əs) rəvayət edilmişdir ki, demişdir: "Qur`an dörddə bir, dörddə bir üzrə nazil olmuşdur. Dörddə biri bizim (əhli beytimiz) barədə, dörddə biri düşmənlərimiz barədə, dörddə biri sünnətlər və misallar barədə və dörddə biri də fərzlər (vaciblər) və əhkamlar barədədir". (2/səh. 628).
http://mezan.net/boo...kafi-2/279.html Bax: (4 saylı rəvayət).
Subhanallah! Bir rəvayətdə deyilir ki, Qur`an üçdə bir, üçdə bir üzrə, o biri rəvayətdə isə, dörddə bir, dörddə bir üzrə nazil edildiyi deyilir.
Subhanallah! Əgər, belədirsə, bəs, onda, Qur`anın yarısı və ya üçdə biri haradadır (rəvayətdə deyilir ki: "... Üçdə biri bizim (əhli beytimiz) və düşmənlərimiz barədə, ..." və o biri rəvayətdə isə: "... Dörddə biri bizim (əhli beytimiz) barədə, dörddə biri düşmənlərimiz barədə, ...". Əgər, bu belədirsə, onda Qur`anın qalan hissəsi haradadır.
Əl-Kuleyni Qur`anı rəvayət edənlərə tənə edir.
عن أبي جعفر (ع) قال: "إن القرآن واحد نزل من عند واحد ولكن الاختلاف يجيء من قبل الرواة". (ج2 ص630).
Əbu Cəfərdən (Muhəmməd əl-Baqirdən) (əs) rəvayət edilmişdir ki, demişdir: "Şübhəsiz ki, Qur`an bir dənədir və bir Olanın (Allahın) nəzdindən nazil edilmişdir. Lakin, onun (Qur`anın) ixtilafı rəvayət edənlər tərəfindən gəlmişdir (edilmişdir)". (2/səh. 630).
http://mezan.net/boo...kafi-2/279.html Bax: (12 saylı rəvayət).
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#147
Отправлено 12 мая 2010 - 02:38
Kaşani səh 370-in sonuncu sətrində yazır:Аллах в Коране сказал: "Вы являетесь лучшей из общин" Сура 3, аят 110.
шиитский толкователь Корана Фейз Кашани с своем толковании "ас-Сафи" пишет:
فقال نزلت كنتم خير أئمة أخرجت للناس
Когда у имама АсСадика спросили как был нисполан этот аят, он ответил: "Вы являетесь лучшими из имамов"
Тафсир «Ас Сафи» том 1, стр 370.
а вот и ссылка, можете проверить, последнее предложение на 370 странице, толкование к 110 аяту.
http://www.rafed.net...safi-01/23.html
القمي عن الصادق عليه السلام أنه قرأ عليه كنتم خير امة فقال خير أمة يقتلون أمير المؤمنين والحسن والحسين ابني علي صلوات الله وسلامه عليهم فقال القارئ جعلت فداك كيف نزلت ؟ فقال نزلت كنتم خير أئمة أخرجت للناس
ألا ترى مدح الله لهم تأمرون بالمعروف وتنهون عن المنكر وتؤمنون بالله
Əl-Qummi İmam Sadiq a.s.-dan rəvayət edir: O,(İmam Sadiq a.s.) "ən yaxşı ümmət" ayəsi oxunandan sonra buyurdu: " Xeyirli ümmət Əmirəl-muminini (Əli a.s.-ı)Həsəni, Huseyn b. Əlini (Allahın salamı onlara olsun)öldürər?
Ayəni oxuyan şəxs soruşdu: "Sənə fəda olum bəs necə nazil olub?"
İmam a.s. buyurdu:" Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı imamlarsınız. Məgər Allahın onları "yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız." deyə mədh etdiyini görmürsən?
Bədbəxt vəhhabilər təfsir ilə ayəni bir-birindən ayırd etmə qabiliyyətindən məhrum olduqlarından yalnız öz fantaziyalarına uyurlar. Burada imam ayəni təfsir edərək sual edir ki, ən yaxşı ümmət Peyğəmbər s.a.s.-in ailəsini əzizlərini övladlarını şəhid edər?
Hansısa vəhhabinin ailəsini qətlə yetirsələr həmin tayfanı ən yaxşı tayfa adlandırar?
Sonra İmam a.s. Allahın mədhini dəlil gətirərək bildirir ki, burada ən xeyirli imamlardan söhbət gedir hansı ki, insanları pis işlərdən çəkindirir, yaxşı işlərə əmr edir və s.
Bədbəxt vəhhabilərə məsləhət görürəm 371-ci səhifənin 1,2,3,4,5-ci sətrlərini oxusunlar.
Bundan başqa gördüyümüz kimi Kaşani bu ayənin təfsirində müxtəlif təfsirlərdən nümunələr gətirib. Bu rəvayəti də əl-Qumminin təfsirindən nəql edibdir. Əsl mənbəyə müraciət etdikdə görürük:
قوله (كنتم خير امة اخرجت للناس) وحدثني ابي عن ابن ابي عمير عن ابن سنان قال قرئت عند ابي عبدالله (عليه السلام) " كنتم خير امة اخرجت للناس " فقال ابوعبدالله (عليه السلام) " خير امة " يقتلون امير المؤمنين والحسن والحسين (عليهم السلام)؟ فقال القاري جعلت فداك كيف نزلت؟ قال نزلت " كنتم خير ائمة اخرجت للناس " الا ترى مدح الله لهم " تأمرون بالمعروف وتنهون عن المنكر وتؤمنون بالله ".
Hədisi yuxarıda tərcümə etdiyim üçün burada bir daha təkrarlamıram. Hədəfim hədisin sənədidir. İşarələdiyim ravi İbn Sənandır. İbn Sənan kimi zikr olunan ravilər bir neçə nəfər olduğundan bu hədisdə hansi birisinin olduğu ixtilaflı məsələdir. Odur ki, bu ravinin hali bizlərə məchuldur.
"Mu`cəmu ricalil-hədis"15116: İbn Sənan
Bundan başqa Suyuti də "Əd-Durrul-Mənsur" təfsirində yazır:
وأخرج ابن أبي حاتم عن أبي جعفر {كنتم خير أمة أخرجت للناس} قال: أهل بيت النبي صلى الله عليه وسلم.
İbn Əbi Hatim Əbu Cə`fərdən belə dediyini təxric etmişdir: "Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz" O,dedi:(Ən yaxşı ümmət Peyğəmbər s.a.s.-in əhli-beytidir"
"Əd-Durrul-mənsur" Ali İmransurəsi 110-cu ayənin təfsiri
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#148
Отправлено 13 мая 2010 - 14:49
.Həqiqi Qur`anı Əli bin Əbu Talib (Ra) gizlətmişdir və o (Qur`an), indi, Məhdinin nəzdindədir.
محمد بن يحيى، عن محمد بن الحسين، عن عبدالرحمن بن أبي هاشم،عن سالم بن سلمة قال : "قرأ رجل على أبي عبد الله (ع) وأنا استمع حروفاً من القرآن ليس على ما يقرأها الناس فقال أبو عبد الله (ع): كف عن هذه القراءة. اقرأ كما يقرأ الناس حتى يقوم القائم فإذا قام القائم قرأ كتاب الله عز وجل على حده. وأخرج المصحف الذي كتبه علي (ع) وقال: أخرجه علي (ع) إلى الناس حين فرغ منه وكتبه فقال لهم: هذا كتاب الله عز وجل أنزله الله على محمد (ص) وقد جمعته من اللوحين. فقالوا: هو ذا عندنا مصحف جامع فيه القرآن لا حاجة لنا فيه. فقال: أما والله ما ترونه بعد يومكم هذا أبداً إنما كان عليّ أن أخبركم حين جمعته لتقرأوه". (ج 2 ص633).
Muhəmməd bin Yəhyə, o da, Muhəmməd bin əl-Huseyndən, o da, Əbdurrəhman bin Əbi Haşimdən, Səlim bin Sələmədən rəvayət edilmişdir ki, demişdir: "Bir nəfər Əbu Abdullaya (Cəfər əs-Sadiqə) (əs) (Qur`an) oxudu və mən insanların oxumadığı və Qur`anda olmayan (bir qisim) hərflər eşitdim. (Bunun üzərinə) Əbu Abdulla (Cəfər əs-Sadiq) (əs): "Burda dur". Qaim (Məhdi) gələnə qədər, hətta, (sən də) insanların oxuduğu kimi oxu. Qaim (Məhdi) gəldiyi zaman, isə, Əziz və Cəlil Allahın Kitabını həddi üzərinə (olduğu kimi) oxuyarsan" dedi və Əlinin (əs) yazdığı mushafı (Qur`anı) çıxartdı və: "Əli (əs) onu yazıb qurtardıqdan sonra, insanların yanına çıxartdı və onlara: "Bu, Əziz və Cəlil Allahın Muhəmmədə (sas) nazil etdiyi Qur`andır və mən onu iki lövhənin üzərindən (köçürərək) cəm etdim" dedi. (Bunun üzərinə) İnsanlar: "Bizim nəzdimizdə cəm edilən mushaf vardır ki, (ondan başqa bir mushafa) bizim ehtiyacımız yoxdur" dedilər. (Bundan sonra, Cəfər əs-Sadiq) dedi: "Allaha and olsun ki, sizin bu gününüzdən başqa, əbədiyyən, (bu Qur`anı) görməyəcəksiniz. Əli onu, cəm etdiyi zaman, yalnız, sizin onu oxumağınız üçün, (cəm etdiyini) xəbər verdi". (2\səh. 633).
əl-Kafi 2/633 "Nadirlər" fəsli 23-cü hədis
Bu hədis Salim b. Sələmə səbəbinə zəifdir. Skanda da göründüyü kimi Əllamə Məclisi hədisin zəif olduğunu bildirmişdir.
#149
Отправлено 13 мая 2010 - 14:51
Mushafda (Qur`an nüsxəsində) Qureyş qəbiləsindən yetmiş nəfərin adı yazılmışdı.
عن احمد بن محمد قال: "دفع إلي أبو الحسن (ع) مصحفاً وقال: لا تنظر فيه. ففتحه وقرأت فيه: ((لم يكن الذين كفروا)) فوجدت فيها اسم سبعين رجلاً من قريش بأسمائهم وأسماء آبائهم. قال: فبعث إلي: ابعث إلي بالمصحف". (ج2 ص631).
Əhməd bin Muhəmməddən rəvayət edilmişdir ki, demişdir: "Əbul-Həsən (Musa əl-Kazım) (əs) mənə bir mushaf verdi və: "Ona, heç baxma" dedi. Mən, onu açdım və orda, olan: "Kitab əhlindən və müşriklərdən inkar edənlər ..." ayəsini oxudum və orada, Qureyş qəbiləsindən yetmiş nəfərin adının və atasının adının olduğunu gördüm. (Bunun üzərinə, Əbul-Həsən): "Onu mənə qaytar. Mushaf ilə mənim yanıma qayıt" dedi. (2/səh. 631).
http://mezan.net/boo...kafi-2/279.html Bax: (16 saylı rəvayət).
Skandan da göründüyü kimi hədis mursəldir.
#150
Отправлено 02 июня 2010 - 07:33
Аллах в Коране сказал: «Воистину, Аллах избрал над мирами Адама, Нуха (Ноя), род Ибрахима (Авраама) и род Имрана» Сура 3 аят 33
Фейз Кашани, Тафсир «Ас Сафи» том 1, стр 330:ان الله اصطفى آدم ونوحا وآل ابراهيم وآل عمران وآل محمد هكذا نزلت على العالمين ذرية بعضها من بعض والله سميع عليم
«Воистину, Аллах избрал над мирами Адама, Нуха (Ноя), род Ибрахима (Авраама) и род Имрана и род Мухаммада, чтобы они наследовали всему мир(или унаследовали весь мир)»
темным это из Корана, а подчеркнутое - это шиитская добавка к Корану.
http://www.rafed.net...safi-01/21.html
на 330 странице конец 2-го начало 3 строчки, написано темно-зеленым цветом в скобках.
Burada vəhhabinin iddia etdiyi kimi altından xətt çəkilmişin hamısı deyil yalnız "и род Мухаммада"dən söhbət gedir. Yalançı vəhhabi utanmadan tərcümədə öz fantaziyasını yazmışdır. Əslində isə tərcümə bu cürdür:
Allah Adəmi, Nuhu, İbrahim övladını, İmran ailəsini və Muhəmməd ailəsini---bu cür nazil etmişdir--aləmlər üzərində seçilmiş (üstün) etdi.Onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir!(Ali İmran-33,34)
Воистину, Аллах избрал и возвысил над мирами Адама, Нуха (Ноя), род Ибрахима (Авраама),род Имрана и род Мухаммада---так был нисполан этот аят---Одни из них были потомками других. Аллах — Слышащий, Знающий. (Аль Имран-33,34)
Kaşani bu hədisi Əyyaşinin təfsirindən rəvayət edir. Əyyaşinin təfsirinə müraciət etdikdə isə hədisin sənədinin silindiyini görürük. Odur ki, bu hədisə e`timad olunmaz.
Mətn e`tibarilə isə ayədə "Muhəmməd ailəsi" əlavəsi sadəcə olaraq bəyan məqsədi də daşıya bilər.
"Təfsir əl-Əyyaşi" 1/170
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
Количество пользователей, читающих эту тему: 0
0 пользователей, 0 гостей, 0 скрытых пользователей