Salam qardaşlar. Elmli qardaşlardan bir xahişim var. Vəhhabilər tez-tez İmam Əli (ə) öz qızı Gülsümü Ömərə ərə verməsindən söz açırlar. Amma mən eşitmişəm ki, bu məsələyə əhli-sünnənin altı mötəbər kitabının heç birində rast glinmir. Xahiş edirəm bu məsələyə aydınlıq gətirilməsi üçün mənə kömək edərdiniz.
İlk öncə onu qeyd edim ki, bəli, Ümm Gülsüm Əvn ibn Cəfərlə evlənib, lakin Ömərin (r.a) şəhid edilməsindən sonra. Əvn ibn Cəfər də vəfat edəndən sonra, onun qardaşı Məhəmməd ibn Cəfərlə evlənib. Onun oğlü Zeyd ibn Ömər ibn əl-Xəttab anası ilə eyni vaxtda vəfat etmişdir və cənazə namazı hər ikisinə eyni vaxtda qılınmışdır. Aşağıdakı şiə mənbələrindən bu barədə oxuya bilərsiz:
1) "əl-Məsəlah əl-Müvəddihəh ən əsbab nikah Əmir ül Müminun". Müəllifi Şeyx əl-Müfid olmuşdur və bu barədə "İnkah Əmir əl-Müminun min Ömər" bölməsində oxuya bilərsiz.
2) "Cavəb əs-Sual ən Vəjh Tazvij Əmir əl-Müminin İbnatahu min Ömər". Seyyid Murtada tərəfindən yazılmışdır.
3) "Təzvij Ömər li-Ümm Gülsüm". Şeyx Süleyman ibn Abdullah əl-Məhuzi tərəfindən yazılmışdır. Ağa Buzurğ Tehraninin əz-Zəriə kitabında qeyd edilmişdir.
Bu evlilik barədə şiə mənbələrindən bəzi hədislər:
1) Humeyd ibn Ziyad - İbn Səmaa - Məhəmməd ibn Ziyad - Abdullah ibn Sinan - Muaviyə ibn Əmmar - İmam Cəfər əs-Sadiqdən rəvayət edir: - Mən İmam Cəfərdən qadının ərinin ölümündən sonra iddəni harada keçirəcəyini soruşdum. O dedi: "Harada istəyir. Ömərin vəfatından sonra Əli ibn Abu Talib Ümm Gülsümü öz evinə götürdü".
(Fürul əl-Kafi, cild 6, səh 117, Dar əl-Ədva, Beyrut, 1992)
2) İmam Cəfər əs-Sadiq demişdir: "Ümm Gülsüm bint Əli və onun oğlu Zeyd ibn Ömər ibn əl-Xattab hər ikisi eyni vaxtda vəfat etmişdir"
(Təhdib əl-Əhkam cild 2, səh 380, fəsil "Miras")
3) İmam Baqir demişdir: "Ümm Gülsüm bint Əli ibn Əbu Talib və onun oğlu Zeyd ibn Ömər ibn əl-Xattab hər ikisi eyni vaxtda vəfat etmişdir"
1) əl-Zariə, cild 5, səh 184, Ağa Burzuğ əl-Təhrani
2) əl-Müfdi fi Ənsab əl-Talibiyyin, səh 17, Əli ibn Muhamməd əl-Ələvi
3) əl-Münəmmaq fi Əkbər Qureyş, səh 301, Məhəmməd ibn Həbib əl-Bağdadi
4) Ömər (r.a) mühacirlərin yanına gəldi. Əli, Osman, Zübeyr, Talha və Əbdürrəhman da orada idilər. Ömər dedi: "Məni təbrik edin". Onlar dedilər "Ya Əmirül möminün nə münasibətlə təbrik edək"?. O dedi: "Mənim Əli ibn Əbu Talibin qızıyla evliliyimi"
(əl-Təbəqat əl-Kübra, cild 8, səh 338, İbn Sad) İsnadının səhih olduğunu şiə alimləri də deyir - Cəmi ər-Rüvat, cild1, səh 109.